Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-435/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X9 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli (hakim Günay Cavadova) hökmü ilə, xx.xx.1995-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 23 avqust 2020-ci il tarixdən 25 avqust 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 mart 2021-ci il tarixdən hesablanması, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməsi müəyyən edilmişdir. işin halları: Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə 2019-cu ilin iyul ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanına getməklə özünü polis əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 aldadıb ondan polis şöbəsinə şikayət edildiyini yalan olaraq bildirib həmin şikayəti onun xeyrinə həll edəcəyi vədini verərək ilkin olaraq 406 manat dəyərində qızıl boyunbağısını və həmin ilin iyul ayının ortalarında istintaqla müəyyən edilməyən gündə 200 manat nəğd pulunu vahid niyyətlə qəsdən ələ keçirməklə Zərərçəkmiş şəxs1 cəmi 606 (altı yüz altı) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə 08 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 Tapdıx qızının Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən yaşadığı evə getməklə özünü Bərdə Rayon Məhkəməsinin əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 aldadıb ondan Bərdə Rayon Məhkəməsinin icraatında olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X6 həbsdən azad edilməsinə köməklik edəcəyinə yalan vəd verərək 800 manat nəğd pulunu qəsdən ələ keçirməklə Zərərçəkmiş şəxs2 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə 15 may 2020-ci il tarixdə Naftalan şəhər sakini Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanına gədərək, özünü məhkəmə işçisi Elnur adlı şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 keçmiş qaynanası Şahid6 onun barəsində məhkəmədə iddia qaldırdığını yalan olaraq bildirərək, bir ədəd 375 əyyar, 5 qram safir qaşlı qızıl dəsti (sırğa və üzük), bir ədəd 2,8 qram 585 əyarlı qızıl üzük, bir ədəd 1,2 qram 585 əyarlı qızıl bilərziyi məhkəməyə təqdim edəcəyini deyərək qəsdən ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 1250 (min iki yüz əlli) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 4 ünvanına gedərək, Zərərçəkmiş şəxs4 qızları Şahid1 və Şahid2 az yaşlı övladlarına görə vaxtlı-vaxtında aliment pullarının ödənilməsinə köməklik göstərəcəyi adı ilə aldadıb, onun etibarından sui-istifadə edərək 01 sentyabr 2020-ci il tarixdə 800 manat, 02 sentyabr 2020-ci il tarixdə 300 manat, 03 sentyabr 2020-ci il tarixdə 700 manat, 05 sentyabr 2020-ci il tarixdə 600 manat, 11 sentyabr 2020-ci il tarixdə 400 manat nəğd pulunu vahid niyyətlə qəsdən ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə cəmi 2800 (iki min səkkiz yüz) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində ona daha yüngül və daha humanist cəza təyin edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmündən zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X15 apelyasiya şikayətinin təmin olunmasını, Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 apellyasiya şikayətinin təmin edilməməsini, lakin Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 8 X2 X13 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən amnistiya tətbiq edilməsini və ona təyin edilmiş cəzanın 6 ay müddətinə azaldılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Nümayəndə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 2019-cu ilin iyun ayının əvvələrində görmüş, o, Yevlax şəhərində yerləşən “Səma” mağazasında satıcı işləyirmiş. Bir neçə gün sonra İlhamənin həmin mağazadan işdən çıxarıldığını öyrənmişdir. Sonradan öyrənmişdir ki, İlhamə Yevlax şəhəri Gənclər və İdman idarəsində işə düzəlmişdir. O, 2019-cu ilin iyul ayının əvvələrində heç bir xidməti vəsiqə təqdim etmədən, mülki geyimdə İlhaməyə yaxınlaşaraq adının Vasif olduğunu, Yevlax rayon polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Rüstəm adlı mağaza sahibinin ondan şikayət etdiyini bildirərək onunla polis şöbəsinə getməsini demişdir. İlhamə onun polis əməkdaşı olmağına inanaraq telefon nömrəsini ona vermiş və onunla ələqə saxlayacağını demişdir. Ertəsi gün səhər saatlarında İlhamənin yaşadığı ünvana getmiş, İlhamə onu evə dəvət etmiş və evdə onun barəsində aparılan işlə ona məlumat verərək barəsində tədbir görəcəyini demişdir. İlhamə anası xəstə olduğuna görə evdə pulu olmadığından ona pul verə bilməyəcəyini demişdir. Həmin vaxt masanın üzərində qızıl boyunbağı görmüş, o, İlhaməyə “pulun yoxdursa qızıl boyunbağını ver, aparıb pula dəyişim şikayət ərizəni həll edim” sözlərini demişdir. İlhamə razı olmuş, qızıl boyunbağını klonu ilə birlikdə ona vermiş və dəfələrlə də xahiş etmişdir ki, onun barəsində aparılan işi bağlasın. O, da İlhaməyə “narahat olma işi tezliklə sənin xeyrinə bağlayacağam” sözlərini deyərək getmişdir. O, həmin gün Bərdə şəhərinə getmiş, avtovağzalın yaxınlığındakı bazarda qızıl-alqı satqısı ilə məşğul olan adını və soyadını sonradan bildiyi Şahid9 yaxınlaşaraq boyunbağını klonu ilə birlikdə ona göstərərək, özünü X1 təqdim edərək atası xəstə olduğu üçün təcili pul lazım olduğundan satdığını demişdir. Ramil qızılı çəkərək 260 manata götürə biləcəyini ona demişdir. O, da razı olaraq qızılı Ramilə satıb pulu xərcləmişdir. 10 gün keçdikdən sonra pulu qurtarmış o, yenidən İlhaməyə zəng edib aldadıb ondan pul almaq fikrinə düşmüş və bu məqsədlə ona zəng edərək barəsində aparılan iş hələ yekunlaşmadığını yenidən 200 manat pul lazım olduğunu ona demişdir. İlhamə evdə olduğunu və gəlib pulu ondan götürməsini demişdir. O, İlhamənin yaşadığı evə getmiş İlhamə bundan baqa pulu olmadığını deyərək ondan işi bağlamağını xahiş etmiş, 200 manatı İlhamədən alıb getmişdir. Sonradan İlhamə onun polis əməkdaşı olmadığını öyrənmiş və ondan polis şöbəsinə şikayət etmişdir. Bundan sonra o, Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlama yerində inzibati həbsdə saxlanılarkən Yevlax rayon Qoyunbinəsi kəndində yaşayan X10 ilə tanış olmuş, Rəşad tanışları ilə bir baş inək oğurlayıb satdıqlarına görə məsuliyyətə cəlb edilmişdir. Rəşadla yaxın münasibət yaratmış, oğurluğu harada etdiklərini, kimlərlə etdiyini, ailə üzvüləri barədə məlumat almışdır. Rəşadgil hadisəni 2019-cu ilin iyun ayında törətsələr də, onun məhkəməsi xeyli çəkmişdir. 07.03.2020-ci il tarixdə ona pul lazım olmuş və kimisə aldadıb pul əldə etmək fikirinə düşmüşdür. Bu məqsədlə həmin gün Rəşadın bacısı Gülxarın telefon nömrəsini taparaq ona zəng etmiş və Bərdə Rayon Məhkəməsinin hakiminin köməkçisi olduğunu deyərək Rəşadın azadlığa çıxmasına kömək edə biləcəyini demişdir. Gülxar ona xəstə olduğuna görə Bərdə şəhərinə gələ bilməyəcəyini və onlara gəlib işlə bağlı söhbət etməsini xahiş etmişdir. O, Bərdə şəhərində tanımadığı taksi kimi fəaliyyət göstərən avtomobillə Yevlax rayonu Qoyunbinəsi kəndinə gedərək Gülxarla görüşmüş, söhbət zamanı Gülxar onun hakim köməkçisi olduğuna inanmasa da, sonradan o, Rəşadın törətdiyi hadisədən ona danışdıqda Gülxar ona tam inanmışdır. Gülxar Rəşadın işinin yaxşı nəticə ilə bitməsi üçün nə qədər pul lazım olduğunu demiş, o, da Rəşadın axırıncı məhkəmə baxışından azadlığa çıxması üçün ondan 1000 manat pul istəmişdir. Gülxar hazırda onda pul olmadığını və səhər həmin pulu düzəltsə zəng edib deyəcəyini demiş, bundan sonra Gülxarın evindən çıxıb getmişdir. Ertəsi gün yəni 08.03.2020-ci il tarixdə o, Gülxara zəng edib danışmış, Gülxar pulu hazırladığını və gəlib aparmasını ona demişdir. O, Gülxargilə gedərək onunla görüşüb söhbət edərkən Gülxarı tam inandırmaq üçün pulun 500 manatını indi alacağını, 500 manatını isə Rəşad buraxıldıqdan sonra gəlib alacağını demiş, Gülxarda razı olaraq 500 manat pulu ona vermiş o, çıxıb getmişdir. Həmin günün ikinci yarısı o, Gülxara zəng edərək yaxşı xəbəri olduğunu, “gözün aydın olsun hakimə sənin vəziyyətini barədə məlumat vermişəm, o, Rəşadın işinin müsbət həll edəcəyi üçün 800 manat alacaq” sözlərini demiş və ona görə də 300 manat pulun bu gün lazım olduğunu demiş, Gülxar da razı olmuş, o, Gülxargilə gedib 300 manat pulu götürərək çıxıb getmişdir. Sonradan eşitmişdir ki, Gülxar onun Bərdə Rayon Məhkəməsinin hakim köməkçisi olmadığını öyrənmiş və ondan polis şöbəsinə şikayət etmişdir. Bundan sonra o, əvvəllər Naftalan şəhərində “Ay Ulduz” şadlıq sarayında ofisiant işlədiyi vaxt Elçin adlı şəxslə münasibət qurmuş, Elçin ona evində olan problemlər barədə danışmış, onun yoldaşı ilə anası arasında narazılıqların olduğunu bilmişdir. 15.05.2020-ci il tarixdə Mingəçevirdə olanda Naftalan şəhərinə gedib Elçinin yoldaşını taparaq ona bəhanə etməklə pul almağı fikirləşmişdir. Naftalan şəhərinə gedərək məhkəmə binasının qarşısına getmiş, orada tanımadığı şəxsdən Elçin barəsində soruşmuş, həmin adam onların işlərinin məhkəmədə olub qurtardığını demiş, onunla söhbət edən zaman orada bağban işləyən kişi ona Nizaminin evini tanıyıb tanımadığını soruşmuş, onunla qonşu olduğunu demiş, evin yerini göstərmişdir. O, Nizaminin evinə getmiş, Nizamiyə adının Elnur olduğunu, Goranboy məhkəməsində işlədiyini, qızının əvvəlki qaynanası ona qızıllara görə məhkəmədə iddia qaldırdığını demişdir. Nizami onun yanında qızı Aynura zəng etmiş, ona onun dediklərini demiş, daha sonra özü ilə telefonda danışmış, telefonda Aynurla danışan zaman ona yenə həmin sözləri demişdir. Ona öz nömrəsini vermiş, evdə danışmağını demişdir. O, Aynurun yaşadığı evə getmiş, qapını Aynur açmış, ona yenə keçmiş qaynanasının onun barəsində iddia qaldırdığını, onda olan qızılları tələb etdiyini demişdir. Aynur onu evə dəvət etmiş, lakin o, evdə kişi olmadığı üçün evə girməkdən imtina etmiş, Aynur ilə qapının yanında danışmışdır. Aynur qaynanası haqqında və öz problemləri barədə danışmağa başlamış, həmin vaxt qardaşı Elnur ona zəng etmiş, onunla telefonda danışmış, ona bacısının qızılları vermək istəmədiyini demiş, Elnur ona Aynurun qələt elədiyini, məsələni yoluna qoymasını demişdir. Həmin vaxt onlar da maşın tələb edəcəklərini demişdir. O, Aynurdan qaynanasınının nömrəsini almış, onların yanında ona zəng etmiş, ona da məhkəmə işçisi olduğunu, keçmiş gəlini Aynurun maşını tələb etdiyini demiş, o, telefonda Aynurun tələb etməyə maşını olmadığını demiş və zəngi bitirmişdir. Daha sonra o, Aynuru inandırmış və qızılları gətirməsini, qaynanasına qaytarmasını və işin uzanmamasını demişdir. Aynurla orada təxminən 1 saat danışmış, sonra Aynur qızılları gətirmiş, Aynur ona 1 ədəd üzük və sırğadan ibarət qızıl dəst, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl bilərzik vermişdir. O, həmin qızılları götürüb oradan bir başa Naftalanda yerləşən qızıl mağazasına getmiş, orada qızılları göstərmiş, satıcı təxminən 490 manat pul demiş, lakin hazırda pulunun olmadığını bildirmişdir. O, oradan çıxıb Goranboy rayonunda yerləşən qızıl mağazasına getmiş, orada da işi alınmamışdır. Daha sonra Tərtər rayonuna getmiş, mağazanın qapısında yazılmış nömrəyə zəng etmiş, ona qızıl üzük düzəltdirmək istədiyini demiş, satıcı mağazaya gəlmişdir. O, qızıl üzüyü 180 manata düzəldəcəyini demiş, ona qızıl dəsti və tək üzüyü vermiş, bunları pul hesabla razılaşaq demişdir. O, həmin qızıllara 285 manat pul hesablamış, 100 manatı beh saxlamasını, qalanını verməsini demiş, satıcı ona 185 manat pul vermişdir. O, oradan getmiş, ertəsi gün gəlmiş və üzüyü düzəltmək istəmədiyini demiş və onda olan 100 manat pulu da almışdır. Bir gün sonra isə ona əlavə bilərzik verərək 120 manat pul almışdır. O, həmin pulları şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa 15 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək Yevlax Rayon Məhkəməsi tərəfindən barəsində 10 gün müddətinə inzibati həbs cəzası seçilmiş, inzibati həbsdən 25 avqust 2020-ci il tarixdə azad olunmuşdur. 01.09.2020-ci il tarixdə, səhər saatlarında barəsində olan məhkəmə qərarını götürmək üçün Yevlax Rayon Məhkəməsinə getmiş, həmin vaxt orada bir orta yaşlı qadın və iki cavan xanımların məhkəmənin əməkdaşı ilə danışdıqlarını görərək onların danışıqlarına qulaq asmış, xanımların birinin adının Rəsmiyyə, digərinin adının Nərminə olduğunu, onların yanlarında olan orta yaşlı qadının adının Həqiqət olduğunu, həmçinin Həqiqətin həmin xanımların anası olduğunu, Rəsmiyyə və Nərminənin məhkəmədə işlərinin olduğunu bilmişdir. Belə ki, Rəsmiyyə həyat yoldaşından boşanmış, aralarında ev ilə bağlı mübahisə olmuş, Nərminə isə həyat yoldaşından boşanmış, iki az yaşlı övladına görə aliment pullarını ala bilməmişdir. Bu barədə eşidəndən sonra onlarla münasibət yaratmaq, mümkün olsa qazanc əldə etmək qərarına gəlmişdir. Həqiqət, qızları Nərminə və Rəsmiyyə ilə məhkəmə binasından çıxandan sonra onlara yaxınlaşıb özünü Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru kimi təqdim edərək adının Elnur Baxşəliyev olduğunu demiş, daha sonra onlara “mən sizə icra şöbəsində olan işlərinizlə bağlı kömək edə bilərəm, bunun üçün əlavə ərizə verməyiniz tələb olunur, mən şöbə rəisindən xahiş edəcəm, sizin işlərinizi həll etməyi mənə həvalə edəcəkdir” sözlərini demişdir. Həqiqət və qızları onun sözünə inanaraq yaşadıqları evin ünvanını demişlər. Bundan sonra Həqiqət və qızları ondan ayrılaraq yaşadıqları evə getmiş, təxminən 2 saat sonra özü də onların yaşadıqları evə gedərək Rəsmiyyə və Nərminəyə ərizə yazdırmış, bundan sonra Həqiqətə işin onların xeyrinə həll olunmasına köməklik göstərməyi üçün müəyyən vəsait tələb olunacağını, dövlət rüsumlarının ödənilməli olduğunu demişdir. Həqiqət bunun üçün nə qədər pul lazım olduğunu soruşmuş, ona təxminən 3000 manat pul lazım olacağını demişdir. Həqiqət bu qədər pullarının olmadığını demiş, ona bu pulu hissə-hissə də verə biləcəyini bildirmişdir. Həqiqətə ilkin olaraq işin düzəlməsi üçün 800 manat pul lazım olacağını demiş, Həqiqət həmin gün ona 800 manat pul vermiş, pulu alaraq çıxıb getmiş, həmin gün 800 manat pulun hamısını öz ehtiyaclarına xərcləmişdir. Ertəsi gün, yəni 02 sentyabr 2020-ci il tarixdə yenidən Həqiqətin yaşadığı evə gedərək artıq qızlarının işlərinin həll olunması ona həvalə edildiyini deyərək Həqiqətdən işlərin görülməsi üçün əlavə pul istəmiş, Həqiqət ona 300 manat pul vermiş, pulu alaraq çıxıb getmiş, 300 manat pulu həmin gün şəxsi ehtiyaclarına xərcləmişdir. Ertəsi gün, yəni 03 sentyabr 2020-ci il tarixdə yenidən Həqiqətin yaşadığı evə gedib ona yenidən işlərin görülməsi üçün pul lazım olduğunu demiş, Həqiqət ona 700 manat pul vermiş, pulu götürərək evindən çıxıb getmiş, həmin 700 manat pulu 03 sentyabr və 04 sentyabr 2020-ci il tarixlərdə, iki gün ərzində öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Həqiqətin yaşadığı evə 05 sentyabr 2020-ci il tarixdə gedərək ona yenidən pul lazım olduğunu demiş, Həqiqət pulunun olmadığını demiş, Həqiqətə “işləri yarımçıq saxlamaq olmaz, pul tapmaq lazımdır” sözlərini demiş, Həqiqət evdə qızı Nərminəyə məxsus mebellərin olduğunu, həmin mebelləri satmaq istədiyini demiş, Həqiqətə mebellərə müştəri tapa biləcəyini bildirmiş, Həqiqət müştəri olsa mebelləri satıb pulunu ona verəcəyini demişdir. Bundan sonra Həqiqətin evindən çıxıb mebellərə müştəri axtarmağa getmiş, Bakı-Gəncə avtomobil yolunun kənarına çıxaraq yol ilə keçən kiçik həcmli yük avtomobillərini saxladaraq satlıq mebel olduğunu bildirmiş, həmin avtomobillərdən birinin sürücüsü avtomobilin hazırda boş olduğunu, münasib qiymətə olsa mebelləri ala biləcəyini demiş, həmin sürücünün avtomobilinə əyləşərək onu Həqiqətin yaşadığı evə aparmışdır. Həqiqət həmin şəxsə mebellərin onun qızına məxsus olduğunu, pul lazım olduğuna görə satdıqlarını demiş, həmin şəxs mebellərə baxmış, Həqiqət ilə 600 manata mebelləri almağa razılaşmış, 600 manatı Həqiqətə verərək mebelləri öz avtomobilinin yük yerinə yığıb aparmışdır. Mebelləri alan şəxsin adını və harada yaşadığını bilmir, avtomobilinin markasını və qeydiyyat nömrəsini xatırlamır. Bundan sonra Həqiqət mebellərin satışından əldə etdiyi 600 manat pulu ona vermiş, həmin pulu da 3-4 gün ərzində öz ehtiyaclarına xərcləmişdir. Sonuncu dəfə 11.09.2020-ci il tarixdə Həqiqətin yaşadığı evə getdib ona işin düzəlməsi üçün yenidən pul lazım olduğunu demiş, Həqiqət ona 400 manat pul vermiş, bundan sonra evdən çıxıb getmişdir. Həmin gün axşam saatlarında Həqiqət ona zəng edərək “sən məni aldatmısan, sən icra probasiya şöbəsinin əməkdaşı deyilsən, bizi aldatmısan, pulumuzu qaytar” sözlərini demiş, bu sözləri eşidəndən sonra etdiyi əməllərin üstünün açıldığını bilərək bundan sonra Həqiqətin zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs4 aldadaraq onun ümumilikdə 2800 manat pulunu ələ keçirmiş, həmin pulun hamısını öz şəxsi məsrəflərinə xərcləmiş, əməlindən peşimandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Hazırda törətdiyi əməldən səmimi peşiman olduğunu, evli olduğunu və himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Tapdıx qızı ifadəsində bildirmişdir ki, qardaşı X10 2019-cu ilin iyun ayında Bərdə rayonunda oğurluq etdiyinə görə tutularaq məsuliyyətə cəlb edilmişdir. Rəşad istintaqla bağlı Bərdə rayon Polis Şöbəsində saxlanılarkən ona ərzaq aparsa da, onunla görüşə bilməmişdir. 07.03.2020-ci il tarixdə səhər vaxtlarında onlara bir oğlan gəlmiş, onunla görüşüb söhbət edərək özünü Bərdə Rayon Məhkəməsində hakimin köməkçisi olduğunu, adının isə Elnur olduğunu, Rəşadın barəsində olan cinayət işinin onların icraatlarında olduğunu demişdir. Elnur həmin vaxt Rəşadın kimlərlə oğurluq etdiyini, oğurladıqları heyvanı necə satdığını, Rəşadın əvvəllər məhkum olmasından ona danışdığına görə onun hakim köməkçisi olduğuna inanmışdır. Söhbət zamanı Elnur ona demişdir ki, 1000 manat düzəldə bilsə hakim Rəşadı axırıncı iclasdan azad edə bilər. O, Elnura hazırda pulunun olmadığını, səhər pulu düzəldib əlaqə saxlayacağını demiş, Elnur onunla razılaşaraq çıxıb getmişdir. Ertəsi gün yəni 08.03.2020-ci il tarixdə səhər Elnur onunla telefon əlaqəsi yaratmış, pulu düzəltiyini və gəlib aparmasını demiş, bir qədər sonra Elnur onlara gəlmiş, söhbət edərkən Elnur ona “istəyirsən 500 manatı indi ver, qalan 500 manatı isə Rəşad buraxılandan sonra verərsən” sözlərini demiş, razılaşaraq 500 manat pulu Elura vermiş, Elnur çıxıb getmişdir. Həmin günü axşam Elnur ona zəng edərək şad xəbəri olduğunu, hakimə pulu verdiyini və onların vəziyyətləri barədə hakimə danışdığını, hakim qalan 500 manatdan 300 manat alacağını deyərək gəlib pulu aparacağını bildirmişdir. Bir qədər sonra Elnur onlara gəlmiş, 300 manatı Elnura vermiş, Elnur isə pulu götürüb getmişdir. Ertəsi gün Elnurun ona zəng etdiyi nömrəyə zəng etsə də, telefona zəng çatmamış, sonradan Rəşadın işinə baxan hakimin Elnur adlı köməkçisinin olmaması barədə bilmiş, bu səbəbdən polis şöbəsinə gedərək şikayət etmişdir. Polis şöbəsində onu aldadıb 800 manat pulunu alan şəxsin Bərdə Rayon Məhkəməsində hakimin köməkçisi olmadığı, həmin şəxsin Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs olduğu, Vasifin ondan başqa bir neçə nəfər başqa şəxsləri eyni qaydada aldadaraq pullarını ələ keçirməsi barədə bilmişdir. Polis şöbəsində Vasifi görmüş, ondan nəyə görə belə etdiyini soruşmuş, Vasif pulu olmadığına görə belə etdiyini demişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Şahid1 və Şahid2 onun qızlarıdır. Hər iki qızının boşanması və alimentlə bağlı Yevlax rayon İcra və Probasiya Şöbəsində işləri olmuşdur. Sonuncu dəfə 01.09.2020-ci il tarixdə qızlarının işi ilə bağlı məlumat almaq üçün Yevlax Rayon Məhkəməsinə getmişlər. Məhkəmənin adını bilmədiyi əməkdaşı onlara müraciətləri ilə bağlı rayon icra və probasiya şöbəsinə müraciət etmələrini demiş, məhkəmə binasından çölə çıxan zaman bir nəfər şəxs onlara yaxınlaşaraq icra şöbəsində işlədiyini, adının Elnur Baxşəliyev olduğunu, qızlarının işinə onun baxmağı üçün rəisdən xahiş edəcəyini və işlərinə köməklik edəcəyini bildirmişdir. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmiş, Vasif onları aldatmaq üçün adının Elnur olduğunu yalan olaraq demişdir. Bundan sonra Təqsirləndirilən şəxs evlərinə gəlmiş, qızları Rəsmiyyə və Nərminəyə ərizə yazdırmış, bundan əlavə ona işin qızlarının xeyrinə həll olunmasına köməklik göstərməsi üçün müəyyən vəsaitin tələb olunduğunu demiş, dövlət rüsumlarının ödənilməli olduğunu bildirmişdir. Vasifin sözlərinə inanmış, lazım olan rüsumları ödəyəcəyini bildirmiş, Vasif işin düzəlməsi üçün ilkin olaraq 800 manat pul lazım olduğunu demiş, Vasifə 800 manat pul vermiş, Vasif pulu alaraq çıxıb getmişdir. Bundan bir gün sonra, yəni 02 sentyabr 2020-ci il tarixdə Vasif yenidən yaşadığı evə gələrək ondan pul istəmiş, Vasifə 300 manat pul vermiş, Vasif pulu alaraq çıxıb getmişdir. Bundan bir gün sonra, yəni 03 sentyabr 2020-ci il tarixdə Vasif bir daha yaşadığı evə gələrək ondan 700 manat pul istəmiş, həmin pulu Vasifə vermişdir. Bundan sonra Vasif 05 sentyabr 2020-ci il tarixdə yenidən yaşadığı evə gələrək işin düzəlməsi üçün əlavə olaraq pul lazım olduğunu demiş, ona pulunun olmadığını dedikdə Vasif qızının mebelini satıb pulu ona verməyini bildirmiş, Vasifə mebeli satmaq üçün müştəri tapmaq lazım olduğunu demiş, Vasif müştərini özü gətirəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında Vasif mebeli almaq üçün müştəri gətirmiş, mebeli 600 manata satacağı barədə razılığa gəlmiş, gələn-adını bilmədiyi şəxs ona 600 manat pul vermiş, həmin 600 manat pulu Vasifə vermişdir. Bundan sonra qızlarının işi barədə Vasifdən məlumat aldıqda o, işin düzəlmə ərəfəsində olduğunu, gözləmələrini bildirmişdir. Sonuncu dəfə 11.09.2020-ci il tarixdə yaşadığı evdə Vasif ondan işin düzəlməsi üçün 400 manat pul almış, pulu verdikdən sonra axşam saatlarında qızlarının işini düzəldən şəxsin dələduz olduğunu öyrənmiş, bundan sonra dəfələrlə həmin şəxsə zəng etsə də, cavab verməmişdir. Təqsirləndirilən şəxs onun ümumilikdə 2800 manat pulunu vədinə əməl etməyərək dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 nümayəndəsi-vəkili Nümayəndə ifadəsində bildirmişdir ki, Gülxar Yevlax şəhər H.Əliyev prospektində yerləşən Rüstəm adlı şəxsin mağazasında az müddətə satıcı işləmiş, sonra işdən çıxaraq Gənclər və İdman idarəsində işə düzəlmişdir. 2019-cu ilin iyul ayının əvvəllərində iş yerində olarkən Gülxara bir nəfər oğlan yaxınlaşaraq özünü Yevlax rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Vasif adlı əməkdaş kimi təqdim edərək, ondan polis şöbəsinə şikayət olduğunu və onunla polis şöbəsinə getməsini demişdir. Gülxar anasının xəstə olduğunu ondan polis şöbəsinə şikayət edildiyini eşitsə narahat olacağını bildirərək Vasifə telefon nömrəsini verərək onunla əlaqə saxlamasını demişdir. Həmin günü evə getmiş, bir qədər sonra evlərinin qapısı döyülmüş, Gülxar qapını açmış və görmüşdür ki, qapını döyən polis əmədaşı kimi özünü təqdim edən Vasifdir. Vasif onunla yüksək səslə danışdığına görə qonşular onun səsini eşitməsin deyən ondan xahiş edərək evə dəvət etmişdir. Evdə Vasif ondan əvvəl işlədiyi mağazanın sahibi Rüstəmin şikayət etdiyini və işi tezliklə yoluna qoya bilməsə barəsində tədbir görüləcəyini demişdir. Gülxar söhbət zamanı Vasifə pulu olmadığını demiş, Vasifdə masanın üstündə ona məxsus 750 manata aldığı boyunbağını və klonu görərək qızılı aparıb satıb əldə edəcəyi pul ilə şikayət ərizəsin yoluna qoya biləcəyin demişdir. O, razı olmuş Vasif boyunbağını götürüb getmiş və gedərkən işin nəticəsi ilə bağlı ona xəbər verəcəyin demişdir. Aradan bir neçə gün keçmiş Vasif onun telefonuna zəng edərək işi düzəldə bilmədiyini və əlavə 200 manat lazım olduğunu demişdir. Gülxar, barəsində tədbir görüləcəyindən qorxaraq 200 manat düzəldərək Vasifə zəng edərək evdə olduğunu və pulu aparmasını demişdir. Az sonra Vasif onlara gəlmiş və 200 manat pulu alıb getmişdir. Həmin müddətdə anası xəstə olduğu üçün müalicə almağa getmiş, anası qayıtdıqdan sonra hadisəni anasına danışmış, anası Rüstəmə zəng edərək nəyə görə qızından şikayət etməsinin səbəbin soruşmuş və Rüstəm anasına heç vaxt İlhamədən şikayət etmədiyini demişdir. Onda bilmişlər ki, onu aldadıb qızıl boyubağını və pulunu alan adam polis əməkdaşı olmamışdır. Ona görə Gülxar DİNnin 102 xidmətinə zəng etmiş, sonra isə polis şöbəsinə gedərək şikayət etmişdir. Polis şöbəsində o, bilmişdir ki, onu aldadıb boyunbağısını və 200 manat pulunu alan şəxs polis əməkdaşı olmamışdır. Onu polis şöbəsində görmüş, o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs olmuşdur. Vasifin ondan başqa bir neçə nəfər şəxsi eyni qaydada aldadaraq pullarını aldığını bilmişdir. Hazırda Gülxara dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 15.05.2020-ci il tarixdə yaşadığı evdə olarkən atası Nizami zəng edib məhkəmədən Elnur adlı şəxsin onunla danışmaq istədiyini demiş, atasının telefonu ilə həmin şəxslə danışmış, telefondakı şəxs onun birinci gün məhkəməyə gəlməli olduğunu demiş, həmin şəxsdən nə olduğunu soruşmuş, o, qaynanasının onun barəsində iddia qaldırdığını demiş və ondan telefon nömrəsi istəmiş, o da telefon nömrəsini vermişdir. Təxminən 3-5 dəqiqədən sonra həmin şəxs ona zəng edərək evin yerini soruşmuş, o da evin ünvanını başa salmışdır. Daha sonra evin qapısı döyülmüş, qapını açanda həmin şəxsin qapıda olduğunu görmüşdür. Həmin şəxs ona məhkəmədə işlədiyini, adının Elnur olduğunu, qaynanasının onu əxlaqsızlıqla, oğurluqla ittiham etdiyini və qızlarını ondan almaq istədiyini demişdir. O da qaynanasının onun uşaqlarına baxmadığını, bu səbəbdən ondan uşaq istəməyə haqqının olmadığını demişdir. Elnur “nişanlı olan qız hansıdırsa əsas onu almaq istəyir” demişdir. Nişanlı olan qızı Əfsanə onun 18 yaşı tamam olduğunu, ona heç kimin qarışa bilməyəcəyini demişdir. Həmin vaxt Elnur “onda balaca qızı alacaqdır” demiş, balaca qızı Kübra həmin vaxt ağlamağa başlamış, o da buna əsəbləşmişdir. Elnur həmçinin qaynanasının onu oğurluqla da ittiham etdiyini, evdən 1500 manatlıq qızıl apardığını demiş, qaynanasının evində 1500 manat pulu olmadığını demişdir. Özünü Elnur kimi təqdim edən şəxs “onda qızılları ver, məhkəmədə onların qiymətini öyrənək, məhkəmə olanda deyərik ki, qızılın qiyməti bu qədərdir” demişdir. O da qızılları gətirib ona vermiş, sonra qızılların arasında özünün aldığı qızılın olduğu yadına düşmüş, həmin qızılı özünün aldığını deyərək, sepi onların arasından götürmüş, 1 ədəd safir dəst, 1 ədəd qızıl bilərzik və 1 ədəd briliant qaşlı qızıl üzüyü selofana qoyub Elnura vermişdir. Elnur həmçinin onun şəxsiyyət vəsiqəsini də almış və məhkəməyə gələndə qaytaracağını demiş, qızılları və sənədləri götürüb getmiş, sonradan həmin şəxsin ona qarşı dələduzluq edib onu aldatdığını bilmiş və polis şöbəsinə şikayət etmişdir. Şahid8 məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilən Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 tanıyır. 2019-cu ilin təxminən may ayında İlhamə onun işlətdiyi mağazada az müddətdə satıcı işləmiş, İlhamənin satıcı kimi işi xoşuna gəlmədiyinə görə onu işdən çıxarmış, İlhamə isə sonra Yevlax şəhərində yerləşən İdman və Gənclər idarəsində işə düzələrək orada işləməyə başlamışdır. 2019-cu ilin iyul ayının əvvəllərində onun telefonuna zəng gəlmiş o, telefonu açıb danışarkən özünü polis əməkdaşı kimi təqdim edən şəxs İlhamənin barəsində şikayət olduğunu və polis şöbəsinə gəlməsini bildirmişdir. O, İlhamənin onun yanında işləmədiyini və hazırda İdman və Gənclər idarəsində işlədiyi həmin şəxsə demişdir. Aradan bir neçə gün keçmiş İlhamənin anası Şəfəq ona zəng edərək “sən nəyə görə İlhamədən polis şöbəsinə şikayət etmisən” sözlərini demiş, ona İlhamədən heç vaxt şikayət etmədiyini bildirmişdir. Sonradan ona zəng edib özünü polis əməkdaşı kimi təqdim etmiş şəxsin Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs olması, Vasifin İlhamə ilə görüşərək onu da polis əməkdaşı olmağı ilə aldadaraq onun tərəfindən şikayət olunduğunu və İlhaməni məsuliyyətə cəlb edəcəyi ilə hədələyərək ondan klon ilə birlikdə qızıl boyunbağı alması, sonra isə 200 manat pul alması barədə bilmişdir. Şahid9 məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilən Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Bərdə şəhər avtovağzalının yaxınlığındakı bazarda qızıl alqı-satqısı ilə məşğul olur. 2019cu ilin iyul ayında bazarda olarkən özünü X1 təqdim edən şəxs qızıl boyunbağı klonu ilə birlikdə ona göstərərək atasının xəstə olduğuna görə ona pul lazım olduğunu, bu səbəbdən həmin qızılları satmaq istədiyini bildirmişdir. O, qızılı çəkmiş 6,24 qram olmuş, qızıla 260 manat pul verə biləcəyin demiş, İlkin razılaşmışdır. İlkindən şəxsiyyət vəsiqəsini istəmiş, o, şəxsiyyət vəsiqəsi olmadığına görə qızıl alıbsatarkən qeydiyyat kitabında İlkin barədə məlumatı, qızılın çəkisini qeyd edərək 260 manata qızılı ondan almış, bir neçə gün keçdikdən sonra həmin qızılı ərinti qiymətinə satmaq üçün Bakı şəhərinə göndərmişdir. Sonradan ona qızıl satan şəxsin adının İlkin olmadığını, həmin şəxsin Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Şahid1 məhkəməyə ərizə göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, həyat yoldaşı ilə 2019-cu ilin may ayında boşanmışdır, yaşamaq üçün qaynatasına məxsus evdə ona bir otaq ev verilmişdir, lakin qaynatası buna etiraz etmişdir. Bundan əlavə bacısı Rəsmiyyə də həyat yoldaşından boşanmışdır, onun iki azyaşlı övladlarına məhkəmə tərəfindən aylıq 240 manat aliment ödənilməsi barədə qərar qəbul olunmuşdur. Rəsmiyyənin həyat yoldaşı Səxavət həmin pulu ödəmirdi. O, anası Həqiqət və bacısı Rəsmiyyə 01 sentyabr 2020-ci il tarixdə şikayət etmək üçün Yevlax Rayon Məhkəməsinə getmişlər. Məhkəmənin adını bilmədiyi əməkdaşı onlara artıq məhkəmə prosesinin bitdiyini, evlə bağlı məsələ və alimentin ödənilməsi ilə bağlı şikayətlərə rayon icra və probasiya şöbəsində baxıldığını bildirmişdir. Onlar məhkəmənin binasından çölə çıxandan sonra bir nəfər həmin vaxt tanımadıqları şəxs onlara yaxınlaşmış, onlara icra və probasiya çöbəsinin əməkdaşı olduğunu, icrada olan işləri ilə bağlı onlara kömək edəcəyini bildirmişdir. Özünü Elnur kimi təqdim edən şəxs həmin işlərin görülməsinə müəyyən vəsait tələb olunduğunu bildirmiş və müxtəlif vaxtlarda anasından cəmi 2800 manat pul alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Şahid2 məhkəməyə ərizə göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 izahatı ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma qızıdır. O, onkoloji xəstədir, xəstəliyi ilə bağlı Bakı şəhərində, İranda xəstəxanalarda müalicə almışdır. O, 2019-cu ilin iyul ayında ağrıları olduğuna görə müayinə üçün İran İslam Respublikasına getmişdir. İyul ayının axırlarında evə qayıtdıqdan sonra qızı İlhamə ilə görüşmüş və qızı ona Vasif adlı şəxsin onu aldadarq ondan qızıl boyunbağını, klonunu, 200 manat pulunu aldığını bildirmişdir. Bundan sonra qızı İlhamə Vasifin hərəkətləri barəsində polisə şikayət etmişdir. Hazırda qızına vurulmuş ziyan ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxs qismində tutma haqqında 23 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. (İ cild iş vər. 126); qətimkan tədbirinin seçilməsi haqqında 25 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild iş vər. 147); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 yanvar 2020-ci il tarixli 1573 №li rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən ortada olmayan bir ədəd çəkisi 6,24 qram, 585 əyarlı klonu ilə birlikdə qızıl boyunbağının hazırki vaxta respubilkadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 406 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. (İ cild iş vər. 209-211); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 sentyabr 2020-ci il tarixli 9/2926 №li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının(1 ədəd 375 əyar 5 qram safir qaşlı qızıl dəst(sırğa-üzük), 1 ədəd 2,8 qram 585 əyar qızıl üzük, 1 ədəd 1,2 qram 585 əyar olan qızıl bilərzik) 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 440,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. (İİ cild iş vər. 37-38); Mingəçevir şəhər 4 saylı Mənzil İstismar Sahəsinin 20.08.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü uşağı var.(İ cild iş vər.265); Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir; Yevlax rayon Polis Şöbəsinin 10.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 19.10.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 29.08.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 06.02.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişik edilməsi haqqında qanun tətbiq edilmiş və təyin edilmiş islah işləri cəzasından azad edilərək icraata xitam edilmişdir. (İ cild iş vər.23-24); Yevlax Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5ci maddlərinə əsasən X4 Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası hazırkı hökm ilə təyin olunmuş cəza ilə tam toplanmaqla, qəti olaraq aylıq qazancından 15 % dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (İ cild iş vər. 25-28) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs hazırkı cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı təqsirləndirilən şəxs X5 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş iki il müddətinə azadlıqdan məhrum etmə cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 178.2.2-ci maddəsinin törədilməsinə görə şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan da halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə üzrə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu baxımından təqsirləndirilən şəxsə daha sərt cəza, yəni azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, onun Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 8 X2 X13 haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən bu qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır. (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9-cu bəndində qeyd edilir ki: 9.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə: 9.2.1. bu Qərarın 1-ci, 3-cü və 6-cı hissələrində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.2. bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.3. bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmçinin həmin qərarın 23-cü bəndində qeyd edilir ki:
23. Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir: 23.1. cəzaçəkmə müəssisələri – bu Qərarın 1-ci hissəsində, 2.1-ci, 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.2. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı – bu Qərarın 2.6-cı, 2.7-ci və 3.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.3. icra məmurları – bu Qərarın 2.8-ci, 2.9-cu, 2.10-cu və 2.11-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.4. təhqiqat və ya ibtidai istintaq orqanları – bu Qərarın 8-ci hissəsində nəzərdə tutulan şəxslər barəsində; 23.5. məhkəmələr – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində. Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkumetmənin əsaslarını müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 44-cü maddəsində qeyd edilir ki, 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda- təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda-ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə; 44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi haldatəqsirləndirilən şəxsə cəza təyin etməklə; 44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallardatəqsirləndirilən şəxsə cəza təyin etməklə. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 8 X2 X13 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay müddətə azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. 8 X2 X13 haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ona qəti cəza olaraq təyin edilmiş 1(bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ay müddətinə azaldılaraq onun üzərində 1(bir) il 5 (beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
İş üzrə sədrlik edən hakim: Akif Eyvazov