Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-436/2021 23.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum olunmasına dair Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(035)-38/2021 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin Məhkəmənin 22 oktyabr 2021-ci il tarixli, 1(035)-38/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxaraq müəyyən etdi: Zərdab Rаyоn Məhkəməsinin 1(035)-38/2021 sаylı, 30 iyul 2021-ci il tаrixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixli, 1(035)-38/2021 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizə verərək ərizəni onunla əsaslandırmışdır ki, hökmün surətini gec almış, bu səbədən o, vaxtında apellyasiya şikayət verə bilməmişdir. Zərdab Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 1(035)-38/2021 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs həmin Məhkəmənin 30 iyul 2021-ci il tarixli, 1(035)-38/2021 nömrəli hökmündən apellyаsiyа şikаyətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Zərdab Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 1(035)-38/2021 nömrəli qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o dəfələrlə Zərdab Rayon Məhkəməsinə müraciət etməsinə baxmayaraq hökmün surəti ona verilməmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində ona hökmün surəti verilsə də hökmün verildiyi tarixin qeyd edilməsindən imtina edilmişdir. Ona görə də hökmdən apellyasiya şikayətinin verilməsi müddətini buraxmasının üzrlü səbəbdən baş verdiyini nəzərə alaraq həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 1(035)- 38/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-in 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, sözügedən hökm 30 iyul 2021-ci il tаrixdə təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə keçirilən məhkəmə iclasında elan edilmişdir. Apellyasiya şikayəti isə 16.10.2021-ci il tarixdə Zərdab poçt filialına (zərfin üzərindəki poçt möhrünə əsasən) təqdim edilmiş və həmin gün poçt (zərfin üzərindəki poçt möhrünə əsasən) vasitəsi ilə Zərdab Rayon Məhkəməsinə çatdırılmışdır. Həmçinin iş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs hökm qəbul edildikdən sonra 20 gün müddətində şikayət verməli olduğu halda hökmün elan edildiyi vaxtdan 02 ay 16 gün sonra apellyasiya şikayəti vermiş, buraxılmış müddətin üzrlü olmasına dair heç bir sənəd və ya sübut əlavə etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətini üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Həqiqətən də, məhkum Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin onun barəsindəki 30 iyul 2021-ci il tarixli, 1(035)-38/2021 nömrəli hökmü elan edildiyi vaxtdan 02 ay 16 gün sonra həmin hökmdən apellyasiya şikayəti vermək qərarına gəlmişdir, halbuki, qanun hökmdən apellyasiya şikayətinin verilməsi üçün 20 gün müddət müəyyən etmişdir. Məhkum Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı vəsatətdə hökmün ona gec verildiyini göstərsə də məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, CPM-in 384.1-ci maddəsinə əsasən Apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində aşağıdakı hallarda verilir: Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Göründüyü kimi məhkum məhkəmə prosesində iştirak etmiş və məhkəmənin hökmü ilə cərimə edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkum Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Onun apellyasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzibolunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 1(035)-38/2021 nömrəli qərarı ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386, 387, 391 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum olunmasına dair Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1(035)-38/2021 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin Məhkəmənin 22 oktyabr 2021-ci il tarixli, 1(035)-38/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-436/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-436/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver