Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-439/2021 15.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, kiçik-ədliyyə müşaviri X13, müdafiəçilər-Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X25 və İsmayıllı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli (sədrlik edən hakim X21, hakimlər X19 (məruzəçi) və X8 ibarət tərkibdə) hökmü ilə, xx xxxxxx 1994-cü ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, İsmayıllı rayon məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İsmayıllı şəhəri, V.Osmanov küçəsi, ev 1, mənzil 22-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 31 may 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əziyyət çəkdiyinə görə barəsində narkomanoyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilməsi, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olmasının nəzərə alınması; xx xxxxx 1972-ci ildə İsmayıllı rayonunun Müdürsə kəndində do]ulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamiş, işsiz, İsmayıllı şəhəri, V.Osmanov küçəsi,ev 1, mənzil 22-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 31 may 2020-ci il tarixdən 01 iyun 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu cəza ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 28 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması; xx xxxxxxxx 1962-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum edilməmiş, işsiz, İsmayıllı şəhəri, V.Osmanov küçəsi, ev 1, mənzil 6-da qeydiyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu və həbsə alınıdığı 31 may 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalında dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat altmış on qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 23,04 AZN (iyirmi üç manat dörd qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 1 ədəd polietilen bağlamada ekspert rəyindən sonrakı qalıq çəkisi 245 kq 948,60 qram olan 784 ədəd çətənə bitkiləri, həmçinin 1 ədəd sintetik torbada və 1 ədəd sellofan torbada ekspert tədqiqatından sonakı təmiz çəkisi 12 kiloqram 634,90 qram olan çətənə bitkisinin budaq, saplaq və yarpaq şəklində olan hissələri, üzəri möhülənmiş vəziyyətdə 1 ədəd kağız paketdə qablaşdırılmış təmiz çəkisi 111, 23 qram olan 372 ədəd çətənə bitkisinin şitilləri, 1 ədəd kağız zərfdə qablaşdırılmış təmiz çəkisi 17,71 qram olan 109 ədəd çətənə bitkisini şitilləri, 1 ədəd sintetik kisədə qablaşdırılmış 1 ədəd bel, 1 ədəd bitkilərə su vermək üçün yaşıl rəngli plasmas qab, 20 ədəd sintetik kisələrdə qablaşdırılmış üzəri möhürlənmiş vəziyyətdə olan 784 ədəd plasmas qablar, 3 ədəd ağ rəngli qablarda bitkilərə verilmək üçün gübrələr, 1 ədəd sellofan paketdə üzərində “Tarimix” sözləri yazılmış gübrə, 1 ədəd ağcaqanad dərmanı, bitkilərin yarpaqlarına gübrə hazırlayıb vurmaq üçün 1 ədəd göy rəngli aparat, 1 ədəd su vermə hissəsi olan yaşıl rəngli qab, 20 metr ağ rəngli ip, 1 ədəd gübrə hazırlamaq üçün böyük ölçülü göy rəngli plasmas qab, onun yanında plasmas qabda üzərində 1 ədəd “Sprinte” sözləri yazılmış gübrə və 1 ədəd plasmas qabda üzərində “Quma Kaliya” sözləri yazılmış gübrə, 1 ədəd su matoru və 50 metr uzunluğunda elektrik naqili, 40 metr uzunluğunda plasmas su borusu, 1 ədəd sintetik torbada qablaşdırılmış 1 ədəd qatlanan çarpayı və çarpayının üstünə çadır şəklində çəkmək üçün 1 ədəd qara rəngli örtük, 1 ədəd zərfdə üzəri möhürlənmiş vəziyyətdə 3 ədəd “West” markalı siqaretin kötükləri məhv edilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən gələcəkdə tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə toxumlarını toplayaraq özündə saxlamış, bu məqsədlə 2020-ci ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə atası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 10 metr enində 15 metr uzunluğunda olan 150 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək torpaq üzərində boş sahə yaradıb həmin yerə çətənə bitkilərinin əkilib becərilməsi üçün 784 ədəd plasmas dibçəkləri yerləşdirmiş, dibçəklərdə hər birinə 1, 2 və ya 3 ədəd olmaqla tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 çətənə bitkilərinə qulluq göstərmələri üçün su nasosu və elektrik kabeli alıb gətirərək quraşdırmış, əkdikləri çətənə bitkisinin toxumlarına gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək qanunsuz olaraq külli miqdar təşkil edən ümumilikdə 784 (yeddi yüz səksən dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 100 santimetrdən 130 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, həmin çətənə bitkilərinin hissələrindən budaq, saplaq və yarpaq şəklində olan yararsız hesab etdikləri 820 ədəd hissələrini toplayaraq əldə etdiyi ümumilikdə təmiz çəkisi 12 kiloqram 635 qram çətənə bitkilərinin hissələrini torpağın üzərinə yığıb saxlamış, 31 may 2020-ci il tarixdə, saat 8 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, o, çətənə bitkilərini əkib-becərdiyi yerdə saxlanılaraq həmin yerə baxış keçirilən zaman onun Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 100 santimetrdən 130 santimetrədək uzunluqda təmiz çəkisi 245 kiloqram 950 qram təşkil edən, külli miqdarda, yəni 784 (yeddi yüz səksən dörd) ədəd çətənə bitkiləri və həmin çətənə bitkisinin üzərindən yığılmış ümumi təmiz çəkisi 12 kiloqram 635 qram təşkil edən əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisinin budaq, saplaq və yarpaq şəklində olan 820 ədəd hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən gələcəkdə tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə toxumlarını toplayaraq özündə saxlamış, 2020-ci ilin may ayının ortalarında dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə atası Təqsirləndirilən şəxs2 və qonşusu Təqsirləndirilən şəxs3 ilə çətənə bitkisinin toxumlarını gizli yer taparaq həmin yerdə əkib-becərmək barədə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 çətənə bitkilərinin əkilib-becərilməsi üçün yer taparaq ona və Təqsirləndirilən şəxs2 həmin yeri göstərmiş, bu məqsədlə İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı 9 metr enində 11 metr uzunluğunda olan 99 kvadrat metr torpaq sahəsini becərmək məqsədi ilə kol-kosdan təmizləyərək və şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirmiş, bundan təxminən 2-3 gün sonra o, qanunsuz olaraq çətənə bitkisinin toxumlarından 372 (üç yüz yetmiş iki) ədədini şumladıqları torpaqda, qalan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin toxumlarını isə ağ rəngli dibçəklərdə əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 çətənə bitkilərinin şitillərinə mütəmadi nəzarət edib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək torpaqda bitmiş 372 ədəd çətənə bitkisinin şitillərini 8 santimetrdən 15 santimetrədək hündürlüyə çatdırmaqla, habelə dibçəklərdə yetişmiş 109 ədəd çətənə bitkisinin şitillərini 3 santimertdən 5 santimetrədək hündürlüyə çatdırmaqla ümumilikdə 481 ədəd, külli miqdar təşkil edən çətənə bitkilərinin şitillərini təkrarən kultivasiya etmiş, 31 may 2020-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə saxlanılaraq hadisə yerinə baxış keçirilərkən onun Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən əkib yetişdirməklə kultivasiya etdiyi 8 santimetrdən 15 santimetrədək uzunluqda təmiz çəkisi 111,23 qram olan 372 (üç yüz yetmiş iki) ədəd çətənə bitkisinin şitilləri, həmçinin dibçəklərdə kultivasiya etdiyi 3 santimetrdən 5 santimetrədək uzunluqda ümumi təmiz çəkisi 17,71 qram olan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin şitilləri, yəni ümumilikdə külli miqdar təşkil edən 481 (dörd yüz səksən bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 2018-ci ilin oktyabr ayındadəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən topladığı tərkibində narkotik maddələr olan çətənə bitkilərininin toxumlarını kultivasiya etmək məqsədi ilə 2020-ci ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 10 metr enində 15 metr uzunluğunda olan 150 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək torpaq üzərində boş sahə yaradıb həmin yerə çətənə bitkilərinin əkilib becərilməsi üçün 784 ədəd plasmas dibçəkləri yerləşdirmiş, dibçəklərdə hər birinə 1, 2 və ya 3 ədəd olmaqla tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, çətənə bitkilərinə qulluq göstərmələri üçün su nasosu və elektrik kabeli alıb gətirmiş, əkdikləri çətənə bitkisinin toxumlarına gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək qanunsuz olaraq külli miqdar təşkil edən ümumilikdə 784 (yeddi yüz səksən dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 100 santimetrdən 130 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, həmin çətənə bitkilərinin hissələrindən budaq, saplaq və yarpaq şəklində olan yararsız hesab etdikləri 820 ədəd hissələrini toplayaraq əldə etdiyi ümumilikdə təmiz çəkisi 12 kiloqram 635 qram çətənə bitkilərinin hissələrini torpağın üzərinə yığıb saxlamış, 31 may 2020-ci il tarixdə, saat 8 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs1 çətənə bitkilərini əkibbecərdiyi yerdə saxlanılaraq həmin yerə baxış keçirilən zaman onun Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 100 santimetrdən 130 santimetrədək uzunluqda təmiz çəkisi 245 kiloqram 950 qram təşkil edən, külli miqdarda, yəni 784 (yeddi yüz səksən dörd) ədəd çətənə bitkiləri və həmin çətənə bitkisinin üzərindən yığılmış ümumi təmiz çəkisi 12 kiloqram 635 qram təşkil edən əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisinin budaq, saplaq və yarpaq şəklində olan ümumilikdə 820 ədəd hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, Təqsirləndirilən şəxs1 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən topladığı tərkibində narkotik maddələr olan çətənə bitkilərininin toxumlarını kultivasiya etmək məqsədi ilə 2020-ci ilin may ayının ortalarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə oğlu Təqsirləndirilən şəxs1 və qonşusu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 çətənə bitkilərinin əkilib-becərilməsi üçün yer taparaq ona və Təqsirləndirilən şəxs1 həmin yeri göstərmiş, bu məqsədlə İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 9 metr enində 11 metr uzunluğunda olan 99 kvadrat metr torpaq sahəsini becərmək məqsədi ilə kol-kosdan təmizləyərək və şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirməklə təkrarən özbaşına tutmuş, bundan təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs1 əvvəlcədən aralarında olan razılığa əsasən, qanunsuz olaraq çətənə bitkisinin toxumlarından 372 (üç yüz yetmiş iki) ədədini şumladıqları torpaqda, qalan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin toxumlarını isə həmin yerə gətirdiyi ağ rəngli dibçəklərdə əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 çətənə bitkilərinin şitillərinə mütəmadi nəzarət edib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək torpaqda bitmiş 372 ədəd çətənə bitkisinin şitillərini 8 santimetrdən 15 santimetrədək hündürlüyə çatdırmaqla, habelə dibçəklərdə çıxmış 109 ədəd çətənə bitkisinin şitillərini 3 santimertdən 5 santimetrədək hündürlüyə çatdırmaqla ümumilikdə 481 ədəd, külli miqdar təşkil edən çətənə bitkilərinin şitillərini təkrarən kultivasiya etmiş, 31 may 2020-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə saxlanılaraq hadisə yerinə baxış keçirilərkən onun Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən əkib yetişdirməklə kultivasiya etdiyi 8 santimetrdən 15 santimetrədək təmiz çəkisi 111,23 qram olan 372 (üç yüz yetmiş iki) ədəd çətənə bitkisinin şitilləri, həmçinin dibçəklərdə kultivasiya etdiyi 3 santimetrdən 5 santimetrədək ümumi təmiz çəkisi 17,71 qram olan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin şitilləri, yəni ümumilikdə külli miqdar təşkil edən 481 (dörd yüz səksən bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qonşusu Təqsirləndirilən şəxs1 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən topladığı tərkibində narkotik maddələr olan çətənə bitkilərininin toxumlarını kultivasiya etmək məqsədi ilə 2020-ci ilin may ayının ortalarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə qonşusu Təqsirləndirilən şəxs1 və sonuncunun atası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, çətənə bitkilərinin əkilib-becərilməsi üçün yer taparaq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumat verib həmin yeri göstərmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 9 metr enində 11 metr uzunluğunda olan 99 kvadrat metr torpaq sahəsini becərmək məqsədi ilə kol-kosdan təmizləyərək və şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirmiş, həmin vaxtdan təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs1 əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən qanunsuz olaraq çətənə bitkisinin toxumlarından 372 (üç yüz yetmiş iki) ədədini şumladıqları torpaqda, qalan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin toxumlarını isə həmin yerə gətirdiyi ağ rəngli dibçəklərdə əkmiş, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çətənə bitkilərinin şitillərinə mütəmadi nəzarət edib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək torpaqda bitmiş 372 ədəd çətənə bitkisinin şitillərini 8 santimetrdən 15 santimetrədək hündürlüyə çatdırmaqla, habelə dibçəklərdə yetişmiş 109 ədəd çətənə bitkisinin şitillərini 3 santimertdən 5 santimetrədək hündürlüyə çatdırmaqla ümumilikdə 481 ədəd, külli miqdar təşkil edən çətənə bitkilərinin şitillərini kultivasiya etmiş, 31 may 2020-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə saxlanılaraq hadisə yerinə baxış keçirilərkən onun Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 8 santimetrdən 15 santimetrədək təmiz çəkisi 111,23 qram olan 372 (üç yüz yetmiş iki) ədəd çətənə bitkisinin şitilləri, həmçinin dibçəklərdə kultivasiya etdikləri 3 santimetrdən 5 santimetrədək ümumi təmiz çəkisi 17,71 qram olan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin şitilləri, yəni ümumilikdə külli miqdar təşkil edən 481 (dörd yüz səksən bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 və Təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Müdafiəçi1 oğlu verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsini, onun əməlinin Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrindən dəyişdirilərək Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə tövsif edilməsini, onu xarakterizə edən müsbət halları nəzərə almaqla barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı yeni hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində düzgün və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi4 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası daxilində ən az həddə cəza təyin edilməsi ilə bağlı yeni hökm çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsini, onun əməlinin Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrindən dəyişdirilərək Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə tövsif edilməsini, onu xarakterizə edən müsbət halları nəzərə almaqla barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı yeni hökm çıxarılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, o, ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli hesab edir. Atası Vüqarın bu işdə heç bir aidiyyatı yoxdur. Ona görə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 oğlu verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə bəraət verilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirdi ki, onun bu işdə ümumiyyətlə əlaqəsi yoxdur. Polislər özləri yazıb ona imza etdirmişlər. O, yazıb oxuya bilmir. Ailələri çox çətin vəziyyətdədir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X25 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində düzgün və ədalətli qərar qəbul edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs3 əlavə olaraq bildirdi ki, Polislər ona təzyiq edib qorxuzublar. Ona görə o, da məcbur olub Vüqarın adını vermişdir. O, özünü təqsirli hesab etmir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X22 hökmün qanuni və əsaslı, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaların isə ədalətli olduğunu göstərib, apelyasiya şikayətlərinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət- Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslərin və müdafiəçilərinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş CM-in 237.2.1, 237.2.2, 237.2.3-cü maddələri ilə olan ittihamla özünü təqsirli bilmiş, digər maddələrlə isə təqsirli bilməmişdir. Atası Təqsirləndirilən şəxs2 bu işdə təqsiri olmamışdır. İsmayıllı rayon Polis Şöbəsində sahə rəisi işləyən Mahir Nuralıyev rəhbərlikdən ona etibar olduğunu və təklif olduğunu bildirərək ona sonda 5000 manat vermək şərtilə narkotik tərkibli bitkiləri əkməyi təklif etmişdir. 2020-ci ilin mart ayında, yəni Novruz bayramına kimi toxumları əkməli olmuş, əvvəlcə Mahirlə razılaşmasa da sonradan müalicəsi üçün pula ehtiyacı olduğuna görə razılaşmışdır. 2020-ci ildə Novruz bayramından sonra Mahir ona 300 manat vermiş, 270 manatını kabel, gübrə və motor almaq üçün xərcləmiş, 30 manatını isə kafedə xərcləmişdir. Həmin vaxt Mahir ona toxum vermiş, həmin toxumlardan 1000 ədədini yetişdirmişdir. Mahir toxumları əkmək üçün ona İsmayıllı rayon Polis Şöbəsinə yaxın məsafədə yerləşən ərazini göstərmiş, həmin yeri gəzərək orada böyürtkən və qaratikan kollarının olduğunu görmüşdür. Martın 21-nə kimi toxumları 1000 plastik stəkanlarda əkmiş, 870-ə yaxın toxum becərilmişdir Moruq parniki olmuş, 270-dən 230-u yararlı olmuşdur. Peyinləri gətirərək təxmini 5-10 kisə peyinləri daşımışdır. Həmin vedrələrə şitillər əkmiş, hər gün oraya gedib sulamışdır. Kabelləri qoşaraq arx olan tərəfdən suyu çəkmişdir. Sonra öz yerinə sulamaq üçün gələndə Əlmuradı görmüşdür. Mahir ona etibarlı adamı olsa həmin şəxsə də köməklik etməsini deidiyinə görə Əlmuraddan köməklik etməsini istəmişdir. Əlmurada sahəni suvarması üçün 1500-2000 manat söz vermiş, əvvəlcə Əlmurad razı olmasa da, polis şöbəsindən olan adamın köməklik etdiyini dedikdən sonra Əlmurad onunla razılaşmışdır. 23-24 may 2020-ci il tarixdə şitillər hazır olmuş, Həmin vaxtdan evə qayıtmamışdır. 30 may 2020-ci il tarixdə saat 4 radələrində Mahirlə telefon danışıqları olmuş və sonuncuya artıq əkib bitirdiyini demişdir. Mahir onun işini bəyənərək 15-20 günə kimi sahədən yığacağını demişdir. Həmin vaxtı gecə polislər sahəyə baxış keçirdib onu tutmuşlar. Atasının bu işdə günahı olmamış, onlara heç bir köməklik etməmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, atası Vüqara Əlmuradla birlikdə çətənə bitkiləri əkib-becərdiyi barədə məlumat vermiş, lakin atası həmin yerə gedib baxmamışdır. Atasına çoxlu sayda çətənə bitkiləri əkibbecərdiyini bildirmiş, sonra isə Əlmuradı görməmişdir. 2020-ci il may ayının axırlarında atası Vüqara Əlmurada su matorunun kolluq hissədə olmasını və gedib bitkilərə qulluq etməsi çatdırmasını demiş, Vüqar onun sözünü Əlmurada çatdırmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə günorta vaxtı saat 16 radələrində qoyun alarkən polis əməkdaşları onu avtomaşına qoyub aparmış, əvvəl ailəsinə nə isə olduğunu demişlər. Sonra onu bağa aparmışlar və həmin narkotik sahəsindən xəbəri olmadığını söyləmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Diyallı kəndi ərazisində özünə məxsus fermada Tariyel adlı şəxs özünə məxsus heyvanları saxlamış və ona məxsus 16 baş qoyunlara da baxmışdır. 2020-ci ilin aprel ayının ortalarında oğlu Eşqin ona fermanın yaxınlığındakı meşəlik ərazidə narkotik vasitə olan çətənə bitkiləri əkib-becərəcəyini demiş, Eşqin narkotik vasitə istifadəçisi olduğundan buna heç bir etiraz etməmişdir. Lakin həmin əraziyə getməmiş, Eşqinin hansı sayda çətənə bitkiləri əkib-becərdiyindən məlumatı olmamışdır. Eşqin ona həmin ərazidə istifadə etməsi üçün su matoru və işıq çəkməsi üçü kabel alıb gətirməyini bildirdiyinə görə İsmayıllı şəhəri ərazisində hazırda xatırlamadığı yerdən kabel və su matoru nasosu alıb Eşqinə aparıb vermişdir. Eşqin özü fermanın ərazisindən həmin kabeli və su matorunu həmin əraziyə aparmış, 26 və ya 27 may 2020-ci il tarixdə Əlmurada verdiyi ot biçən aparatını almaq üçün Əlmuradın fermanın yaxınlığında işlədiyi meyvə sahəsinə gedərkən Əlmurad ona Eşqinin su matorunu çətənə bitkiləri əkdikləri yerdə hara qoymasını soruşmuş, o da Eşqinin ona deməsinə görə su motorunun çətənə əkdikləri yerdə qamışlıqda olduğunu Əlmurada demişdir. 31 may 2020-ci il tarixdə saat 13 radələrində Göyçay rayonu ərazisində olarkən polis şöbəsi əməkdaşlarının dəvəti ilə İsmayıllı şəhərinə gəlmiş, polis əməkdaşları ona narkotik vasitələri əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə verərək yuxarıda göstərdiklərini təsdiq etmiş, bağa baxmaq üçün 250 manat haqq aldığını, müalicəsi üçün pula ehtiyacı olduğuna görə Eşqinlə razılaşdığını, həmin işlərdən Təqsirləndirilən şəxs2 heç bir məlumatının olmadığını göstərmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında həyətində əkdiyi pamidor, xiyar və göy-göyərtiyə əlavə olaraq gübrə vermək məqsədilə qonşusu Təqsirləndirilən şəxs2 məxsus fermanın ərazisində kisəyə peyin yığarkən Vüqarın oğlu Eşqin onu görüb söhbət edən zamanı Eşqin həbs edilmiş oğlu Turalın həbsdən azad olması üçün pul lazım olduğunu və əgər istəyirsə ona köməklik edə biləcəyini deməklə yer tapıb narkotik tərkibli çətənə bitkisi əkməyi təklif etmişdir. İlk əvvəl Eşqinə qorxduğunu, tutula biləcəklərini desə də Eşqin ona narahat olmamasını, çətənə bitkilərini özünün əkəcəyini, onun yalnız suvarmaya köməklik edəcəyini demişdir. Eşqinlə razılaşmış, Eşqin ona çətənə bitkilərini əkmək üçün yer tapmağını və gedib birlikdə baxmaqlarını bildirmişdir. 2020-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs1lə meyvə bağlarının yanında rastlaşarkən sonuncuya təxminən 500- 600 metr məsafədə meşəlik ərazidə gizlin bir yer olduğunu, oradan əvvəllər quru şax qırıb apararkən gördüyünü demişdir. Eşqinlə birlikdə həmin əraziyə gedib baxmış, həmin ərazidə çətənə bitkisi əkmək üçün münasib yer olduğunu bildirmişdir. Həmin ərazidə həmçinin çətənə bitkisi əkərkən bitkilərə qulluq etmək üçün kiçik su arxı da olmuşdur. Eşqin ona gələn dəfə gələndə hər biri 1 ədəd bel gətirmələrini, çətənə bitkisinin toxumlarını özünün gətirəcəyini demişdir. 2020-ci ilin may ayının 20-dən sonra ilk günlərdə saat 11 radələrində Eşqin meyvə bağına işlədiyi yerə gələrək özü ilə ağzı düz bel gətirmişdir. O, da özündə dərin bel götürərək bir yerdə ağaclıq və kolluqdan ibarət əraziyə getmişlər. Həmin ərazi taxıl sahəsinin yanı olmuş, kiçik içik su arxını keçdikdən sonra 9 metr enində 11 metr uzunluğunda ərazidə bellə bir qədər təmizlik işləri gördükdən sonra Eşqin bellə torpağı şumlamış, o, isə iri kəsəkləri xırdalamışdır. Təxminən 1 saat işlədikdən sonra Eşqinə yaşlı olduğundan bədəninin ağrıdığını və getmək istədiyini, səhhəti ilə əlaqədar həkimə müraciət edəcəyini demişdir. Oradan çıxıb ilk olaraq işlədiyi meyvə sahəsinə, sonra isə yaşadığı evə gəlmiş, səhəri gün böyrəyinin ağrısı ilə əlaqədar Göyçay rayon Mərkəzi xəstəxanasına getmişdir. Həkim müalicə yazdıqdan sonra İsmayıllı şəhərinə yaşadığı evə qayıtmış, 25 və ya 26 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona həmin əraziyə gedib baxmasını, çətənə bitkisinin şitillərinin nə yerdə olmasını görməsini demişdir. Həmin yerə gedib baxdıqda çətənə bitkisinin şitillərinin təxminən 2-3 sm uzunluğunda çıxdıqlarını görmüş, sonra isə oradan çıxıb yaşadığı evə gəlmişdir. 27 və ya 28 may 2020-ci il tarixdə İsmayıllı rayonunun Diyallı kəndində meyvə sahəsində ağaclara su verərkən Təqsirləndirilən şəxs2 işlədiyi yerə gəlmiş, Vüqar sonuncudan bir gün əvvəl alıb işlətdiyi ot biçən aparatı istəmişdir. Ot biçən aparatı Vüqara verərkən sonuncu ona su matorunun Eşqinlə birlikdə çətənə bitkiləri əkdikləri yerdə qamışlıqda olduğunu, oradan su nasosunu elektrikə qoşub şitillərə verməyin lazım olduğunu demişdir. 31 may 2020-ci il tarixdə saat 11 radələrində çətənə şitilləri olan yerə gedib bitkilərə su verərkən İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə daxil olub xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra ona narkotik vasitələri əkibbecərməkdə şübhəli olduğunu və bu barədə əməliyyataxtarış tədbiri qərarının olduğunu bildirib çətənə bitkisinin şitillərinin olduğu əraziyə baxış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşlarının, 2 nəfər hal şahidinin və dəvət eidlmiş aqronomun iştirakı ilə əraziyə baxış keçirilən zaman 372 ədəd ədəd 15 sm-dək çətənə bitkisinin şitilləri aşkar edilmişdir. Həmçinin 109 ədəd plasmas qablarda hər birində 1 ədəd olmaqlda kiçik ölçülü çətənə bitkisinin şitilləri aşkar edilmiş və dibçəklə birlikdə 2 ədəd plasmas qabalara, 1 ədəd qırmızı rəngli plasmas qaba və 1 ədəd ağ rəngli vedrədə qablaşdırılaraq götürülmüşdür. Həmçinin əraziyə baxış zamanı 1 ədəd bel, 1 ədəd bitkilərə su vermək üçün yaşıl rəngli plasmas qab aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Diyallı Bələdiyyəsinin üzvü işləyən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və atası Təqsirləndirilən şəxs2 İsmayıllı rayonun Diyallı kəndi ərazisində əkibbecərdiyi 784 ədəd narkotik tərkibli çətənə bitkiləri və həmçinin çətənə bitkisinin budaq, yarpaq və saplaq şəklində olan hissələri, həmçinin həmin yerin yaxınlığında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 İsmayıllı rayonu Diyallı kəndi ərazisində 109 ədəd plasmas qablarda və 372 ədəd torpaqda əkilib-becərilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürüldüyünü eşitmişdir. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculardan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon polis şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləy Şahid3 ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə saat 8 radələrində İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Diyallı kəndindəki meşəlik sahədə narkotik tərkibli çətənə bitkiləri əkibbecərməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat-istintaq qrupu ilə birlikdə İsmayıllı rayonu Diyallı kəndi ərazisində ağaclıq və kolluqla örtülü yerə yaxınlaşıb baxdıqda Təqsirləndirilən şəxs1 özü də orada olmuşdur. Bundan sonra baxış zamanı iştirak etmək üçün onlar 2 nəfər hal şahidləri və mütəxəssis qismində iştirak etmək üçün İsmayıllı rayon X31 Mərkəzinin bitkiçik sektorunun baş məsləhətçisi X11 da dəvət etmişlər. Təqsirləndirilən şəxs1 şübhəli şəxsi qismindı tutulduqdan sonra yuxarıda qeyd etdiyi şəxslərin iştirakı ilə baxış keçeirlən zaman İsmayıllı rayonunun Diyallı kəndində 10 metr enində, 15 metr uzunluğunda ağaclıqda sıx ağaclıqla əhatələnmiş yerdə çoxlu sayda kiçik və böyük plasmas qablarda çətənə bitki kollarına bənzər bitkilərin, müxtəlif qabların, gübrələrin, su matorunun olduğu müəyyən edilmişdir. Plasmas qablarda olan çətənə bitkilərinə bənzər bitki kollarının arasında yerdə çətənə bitkilərinə bənzər bitkilərin yaş halda bəziləri sarı rəngdə və bəziləri yaşıl rəngdə olmaqla budaq, saplaq və yarpaqları olmuş, Təqsirləndirilən şəxs1 plasmas qablarda olan bitki kollarının çətənə bitkiləri olmaqla özünə məxsus olduğunu, yerdə aşkar edilmiş bitkinin budaq, saplaq və hissələrinin bitkinin lazımsız hissələri olduğunu, solmuş və qırılmış olduğundan bitkinin üzərindən qırıb yerə atdığını, başqa hər hansı məqsədinin olmadığını bildirmişdir. Bitki kollarının yanında həmin yerdə yatmaq üçün qatlanan çarpayı və həmin çarpayının üstünə çəkilməsi üçün qara rəngli sellofan örtük də aşkar edilmiş, orada 3 ədəd ağ rəngli qablarda bitkilərə verilmək üçün gübrələr, 1 ədəd ağcaqanad dərmanı, 1 ədəd sellofan paketdə üzərində “Tarimix” sözləri yazılmış gübrə, bitkilərin yarpaqlarına gübrə hazırlayıb vurmaq üçün dərman hazırlamaq üçün 1 ədəd göy rəngli aparat, 1 ədəd su vermə hissəsi olan yaşıl rəngli qab, 20 metr ağ rəngli ip, 1 ədəd gübrə hazırlamaq üçün böyük ölçülü plasmas qab, onun yanında üzərində “Sprinte” sözləri yazılmış plasmas qabda olan 1 ədəd gübrə və 1 ədəd plasmas qabda üzərində “Quma Kaliya” sözləri yazılmış gübrə, 1 ədəd su matoru və 50 metr uzunluğunda elektrik naqili, 40 metr uzunluğunda plasmas su borusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddələrin gübrə olduğunu və inkişaf etməsi üçün bitkilərə həmin götürülmüş göy rəngli aparatla verdiyini, su matoru ilə su arxından bitkilərə su verdiyini, yaşıl rəngli qabla isə zərurət olduqda arxdan su daşıyıb bitkilərə verdiyini, su borusu ilə motorla bitkilərə su verdiyini, iplə isə çətənə bitkilərinin qırılmaması üçün ağac çubuqlarına bağladığını demişdir. Baxış zamanı içərisində çətənə bitkilərinə bənzər bitkilər olan qabların sayı 784 ədəd, hündürlükləri isə 100 sm-dən 130 sm-dək olmuşdur. Həmin çətənə bitkiləri qablaşdırılaraq götürülmüş, bundan başqa hadisə yerinə baxış zamanı bitki kollarının arasından bitkilərin budaq, saplaq və yarpaqları yığılaraq 1 ədəd sellofan bağlamaya və 1 ədəd sintetik torbada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa əhəmiyyət kəsb etdiyindən 784 ədəd plasmas qablar, həmin 3 ədəd ağ rəngli qablarda bitkilərə verilmək üçün gübrələr, 1 ədəd ağcaqanad dərmanı, 1 ədəd sellofan paketdə üzərində “Tarimix” sözləri yazılmış gübrə, bitkilərin yarpaqlarına gübrə hazırlayıb vurmaq üçün 1 ədəd göy rəngli aparat, 1 ədəd su vermə hissəsi olan yaşıl rəngli qab, 20 metr ağ rəngli ip, 1 ədəd gübrə hazırlamaq üçün böyük ölçülü plasmas qab, onun yanında plasmas qabda üzərində 1 ədəd “Sprinte” sözləri yazılmış gübrə və 1 ədəd plasmas qabda üzərində “Quma Kaliya” sözləri yazılmış gübrə, 1 ədəd su matoru və 50 metr uzunluğunda elektrik naqili, 40 metr uzunluğunda plasmas su borusu qablaşdırılıb 20 ədəd sintetik kisələrdə üzəri möhürlənərək götürülmüşdür. Baxış zamanı 1 ədəd qatlanan çarpayı və çarpayının üstünə çəkmək üçün 1 ədəd qara rəngli örtük də 1 ədəd sintetik torbaya qoyularaq götürülmüş, baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon X23 Təhlükəsizlik Bölməsinin sahə rəisi Şahid2, X1 baş inspektor kriminalisti X20, Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid6, X37 X27 Xidməti inspektoru Şahid5, hal şahidləri Şahid7 və Şahid9 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon X10 X24 əməliyyat müvəkkili X6 ifadəsində göstərmişdir ki, 31 may 2020-ci il tarixdə İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs3 İsmayıllı rayonunun Diyallı kəndi ərazisində sahəsində narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə daxil olmuş məlumatlar əsasında yaradılmış əməliyyat-istintaq qrupu ilə birlikdə İsmayıllı rayonu Diyallı kəndi ərazisində ağaclıq hissədə Təqsirləndirilən şəxs3 çətənə bitkiləri olan yerdə olması barədə məlumat alıb həmin yerə getmişlər. Təqsirləndirilən şəxs3 orada olmaqla çətənə bitkilərinə su vermiş, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçisinin, aqronom-mütəxəssisin və iki nəfər hal şahidinin iştirakları ilə hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs3 qonşusu Təqsirləndirilən şəxs2 göstərişi ilə orada çətənə bitkilərinin şitillərinə su verdiyi yeri 9 metr enində 11 metr uzunluğunda olan yeri göstərmişdir. Ərazidə çoxlu sayda torpaqda çıxmış vəziyyətdə və plasmas dibçəklərdə çıxmış vəziyyətdə spesifik iyi olan yaşıl rəngli narkotik tərkibli çətənə şitillərinə bənzər 10-15 sm-də hündürlükdə şitillər aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 30 may 2020-ci il tarixdə saat 18 radələrində ona yaxınlaşaraq çətənə bitkilərinə qulluq etməsini, ona sonda pul verəcəyini bildirdiyinə görə 31 may 2020-ci il tarixdə saat 11 radələrində bitkilərə su verdiyini, lakin həmin çətənə şitillərini özü əkmədiyini, həmin işin arxasında Təqsirləndirilən şəxs2 dayandığını göstərmişdir. Əraziyə baxış zamanı torpaqda çıxmış 372 ədəd 10 sm-dən 15 sm-dək hündürlükdə çətənə bitkilərinə bənzər bitkilər aşkar olunmuş, həmin çətənə şitillərinə bənzər şitillər torpaqdan çıxarılaraq 1 ədəd zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Bundan sonra 109 ədəd plasmas dibçəklərdə olan 3 sm-dən 5 sm-dək olan çətənə şitillərinə bənzər şitillər 2 ədəd qara rəngli plasmas qaba, 1 ədəd qırmızı rəngli plasmas qaba və 1 ədəd ağ rəngli plasmas qaba qablaşdırılaraq götürülmüşdür. Bundan başqa baxış zamanı 1 ədəd bel və 1 ədəd yaşıl rəngli plasmas qab aşkar olunaraq 1 ədəd sintetik kisəyə qablaşdırılaraq götürülmüşüdr. Bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş rayon X7 Tədqiqatlar Qrupunun baş inspketor kriminalisti X20, Post Patrul Xidmət Bölüyünün polis nəfərləri Şahid4 və Şahid10, hal şahidlər Şahid11 və Şahid8, mütəxəssis eyni məzmunlu ifadə verərək X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin CinayətAxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə qonşu olmaqla televizorda sonuncunun tutulması barədə eşitmişdir. Eşqinlə əvvəldən çay işmiş, telefonla danışmış və münsibətləri normal olmuşdur. Lakin heç vaxt Eşqinə narkotik tərkibli çətənə bitkilərinin əkilməsi barədə heç bir söz deməmişdir. Eşqin tutulandan sonra sonuncunun atası Vüqarla görüşmüş, Vüqar ona oğlu Eşqinə köməklik etməsini xahiş etmişdir. Vüqara Eşqinə heç bir köməklik edə bilməyəcəyini demişdir. Eşqin məsuliyyətdən yayınmaq üçün onun baərsində həmin ifadələri vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 31 may 2020-ci il tarixli 17/331 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd polietilen bağlamanın içərisində hündürlükləri 100 sm-dən 130 sm-dək, ümumi təmiz çəkisi-245 kiloqram 950 qram olan 784 (yeddi yüz səksən dörd) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabsi) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1an məxsus aşkar edilərək götürülmüş ....11,01 kiloqram narkotik vasiətəyə bənzər bitki kollarının hissələri” sözləri yazılmış sintetik torbanın içərisində, ümumi təmiz çəkisi 10 kiloqram 720 qram olan budaq, saplaq və yarpaqlar əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin budaq, saplaq və yarpaqlarıdır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 məxsu aşkar edilərək götürülmüş ...3,65 kiloqram narkotik vasitəyə bənzər bitki kollarının hissələri” sözləri yazılmış sellofan torbanın içərisində, ümumi təmiz çəkisi 1 kiloqram 915 qram olan budaq, saplaq və yarpaqlar əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin budaq, saplaq və yarpaqlarıdır. Tədqiqata təqdim olunmuş çətənə bitkiləri və çətənə bitkisinin budaq, saplaq və yarpaqları tərkiblərinə görə eynidirlər. Ekspertiza rəyinə əsasən, çətənə bitkilərinin ümumi təmiz çəkisi 245 kiloqram 950 qram olmuş, tədqiqaqa 1,40 qram (28 ədəd bitkidən 0,05 qram) sərf edilmiş, qalıq-245 kq 948,60 qramdır. Aqronom mütəxəssis X9 31.05.2020-ci il tarixli rəyinə əsasən, 784 (yeddi yüz səskən dörd) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydda qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 31 may 2020-ci il tarixli 17/331 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs3 əkib-becərdiyi 372 (üç yüz yetmiş iki) ədəd narkotik vasitəyə bənzər bitki kolları” sözləri və imzalar yazılmış zərfin içərisindəki hündürlükləri 08 sm-dən 15 sm-dək, ümumi təmiz çəkisi 111,23 qram olan 372 (üç yüz yetmiş iki) ədəd bitki şitilləri narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd ağ vedrənin, 2 (iki) ədəd qara və 01 (bir) ədəd qırmızı rəngli plasmas yeşiklərin içərisindəki plastik qablarda hündürlükləri 03 sm-dən 05 sm-dək, ümumi təmiz çəkisi-17,71 qram olan 109 ədəd ( bir yüz doqquz) ədəd bitki şitilləri narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqim olunmuş çətənə bitkisinin şitilləri inkifaının ilkin fazasında olduğu üçün onların müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Aqronom mütəxəssis X9 31.05.2020-ci il tarixli rəyinə əsasən, 372 (üç yüz yetmiş iki) ədəd və 109 (bir yüz doqquz) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydda qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının 22 iyun 2020-ci il tarixli 20/310R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində tədqiqata təqdim edilmiş 03 (üç) ədəd “West” markalı ticarət markalı siqaret kötüyünün sonluğunda insana məxsus bioloji mənşəli materialların (epiteli hüceyrələri) mövcud olduğu müəyyən edildi. Ekspertiza nəticəsində müəyyən edildi ki, hadisə yerindən götürülmüş 03 (üç) ədəd “West” ticarət markalı siqaret kötüyünün sonluğunda aşkar eidlmiş bioloji mənşəli materiallar (epiteli hüceyrələri) Təqsirləndirilən şəxs1 (20.11.1994 İsmayıllı r.) məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 3 avqust 2020-ci il tarixli 652 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 3 avqust 2020-ci il tarixli 651 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkoik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhətə görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 oktyabr 2020-ci il tarixli 956 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış 11 iyun 2020-ci il tarixli 186 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də qeydiyyatda olan və yaşayan xx.xx.1994-cü il təvəllüdlü Paşayev X14 RMXnın Konsultativ Poliklinika şöbəsinin “Ruhi-Əsəb) kabinetində dispanser qeydiyyatda yoxdur, “Narkoloji” kabinetində 26.03.2020-ci il tarixindən “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinə əlavə edilmiş İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış 11 iyun 2020-ci il tarixli 188 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 6-da qeydiyyatda olan və yaşayan xx.xx.1962-ci il təvəllüdlü Bəkirov X4 RMX-nın Konsultativ Poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi-Əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış 11 iyun 2020-ci il tarixli 189 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də qeydiyyatda olan və yaşayan xx.xx.1972-ci il təvəllüdlü Paşayev X17 RMXnın Konsultativ Poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi-Əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş 13 oktyabr 2020-ci il tarixli 72 nömrəli arayışdan görünür ki, X16 və Təqsirləndirilən şəxs2 784 (yeddi yüz səksən dörd) ədəd çətənə bitkilərini əkibbecərdiyi əraziyə baxış keçirilmiş, həmin İsmayıllı rayonunun Diyallı kəndində yerləşməklə Diyallı bələdiyyəsinin kolluq ərazisinə aid olmaqla kənd təsərrüfatı təyinatlı deyildir. İsmayıllı rayonunun Diyallı kəndi ərazisində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi ərazi İsmayıllı rayonu Diallı kəndində yerləşməklə Diyallı bələdiyyəsinin kolluq ərazisinə aid olduğundan kənd təsərrüfatı təyinatlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Bəkirov X12 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Paşayev X14 rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmü ilə 8 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlama müddəti nəzərə alınaraq cəzasını çəkmiş hesab edilərək azad edilmiş, hazırda məhkumluğu ödənilməmişdir. CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi müəyyən edilir. Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsindən alınmış 5 iyun 2020-ci il tarixli ********** nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs3, İsmayıllı şəhəri, V.Osmanov küçəsi ev 1, mənzil 22-də qeydiyyatda olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Nazirlik yanında Dövlət Sosial müdafiə Fondunun İsmayıllıı rayon şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən İsmayıllı şəhəri Vahab Osmanov küçəsi 1 saylı kommunal yaşayış evinin 22 saylı mənzilində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən İsmayıllı şəhəri Vahab Osmanov küçəsi 1 saylı kommunal yaşayış evinin 06 saylı mənzilində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən İsmayıllı şəhəri Vahab Osmanov küçəsi 1 saylı kommunal yaşayış evinin 22 saylı mənzilində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 31 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 31 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 31 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İsmayıllı rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 29 sentyabr 2020-ci il tarixli 4(037)-33/2020 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 oktyabr 2020-ci tarixli 4(107)-96/2020-ci nömrəli qərarı ilə İsmayıllı rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs1 barəsində 30 noyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan İsmayıllı rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti 2 (iki) ay yəni, 1 oktyabr 2020-ci il tarixdən, 30 noyabr 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 01 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakcell MMC-dən daxil olmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** nömrəsi ilə Mahir Nurəliyevə məxsus ***-***-**- ** nömrələri arasında 23.04.2020-ci il tarixdə saat 21:56-da 77 saniyə, saat 22:15-də 9 saniyə, saat 22:18-də 19 saniyə, 13.04.2020-ci il tarixdə saat 20:14-də 35 saniyə, 14.04.2020-ci il tarixdə saat 10:50-də 102 saniyə, 18.04.2020-ci il tarixdə saat 21:35-də 105 saniyə telefon danışıqları olmuşdur. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən gələcəkdə tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə toxumlarını toplayaraq özündə saxlamış, bu məqsədlə 2020-ci ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə atası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 10 metr enində 15 metr uzunluğunda olan 150 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək torpaq üzərində boş sahə yaradıb həmin yerə çətənə bitkilərinin əkilib becərilməsi üçün 784 ədəd plasmas dibçəkləri yerləşdirmiş, dibçəklərdə hər birinə 1, 2 və ya 3 ədəd olmaqla tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 çətənə bitkilərinə qulluq göstərmələri üçün su nasosu və elektrik kabeli alıb gətirərək quraşdırmış, əkdikləri çətənə bitkisinin toxumlarına gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək qanunsuz olaraq külli miqdar təşkil edən ümumilikdə 784 (yeddi yüz səksən dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 100 santimetrdən 130 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, həmin çətənə bitkilərinin hissələrindən budaq, saplaq və yarpaq şəklində olan yararsız hesab etdikləri 820 ədəd hissələrini toplayaraq əldə etdiyi ümumilikdə təmiz çəkisi 12 kiloqram 635 qram çətənə bitkilərinin hissələrini torpağın üzərinə yığıb saxlamış, 31 may 2020-ci il tarixdə, saat 8 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, o, çətənə bitkilərini əkib-becərdiyi yerdə saxlanılaraq həmin yerə baxış keçirilən zaman onun Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 100 santimetrdən 130 santimetrədək uzunluqda təmiz çəkisi 245 kiloqram 950 qram təşkil edən, külli miqdarda, yəni 784 (yeddi yüz səksən dörd) ədəd çətənə bitkiləri və həmin çətənə bitkisinin üzərindən yığılmış ümumi təmiz çəkisi 12 kiloqram 635 qram təşkil edən əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisinin budaq, saplaq və yarpaq şəklində olan 820 ədəd hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən gələcəkdə tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə toxumlarını toplayaraq özündə saxlamış, 2020-ci ilin may ayının ortalarında dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə atası Təqsirləndirilən şəxs2 və qonşusu Təqsirləndirilən şəxs3 ilə çətənə bitkisinin toxumlarını gizli yer taparaq həmin yerdə əkib-becərmək barədə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 çətənə bitkilərinin əkilib-becərilməsi üçün yer taparaq ona və Təqsirləndirilən şəxs2 həmin yeri göstərmiş, bu məqsədlə İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı 9 metr enində 11 metr uzunluğunda olan 99 kvadrat metr torpaq sahəsini becərmək məqsədi ilə kol-kosdan təmizləyərək və şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirmiş, bundan təxminən 2-3 gün sonra o, qanunsuz olaraq çətənə bitkisinin toxumlarından 372 (üç yüz yetmiş iki) ədədini şumladıqları torpaqda, qalan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin toxumlarını isə ağ rəngli dibçəklərdə əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 çətənə bitkilərinin şitillərinə mütəmadi nəzarət edib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək torpaqda bitmiş 372 ədəd çətənə bitkisinin şitillərini 8 santimetrdən 15 santimetrədək hündürlüyə çatdırmaqla, habelə dibçəklərdə yetişmiş 109 ədəd çətənə bitkisinin şitillərini 3 santimertdən 5 santimetrədək hündürlüyə çatdırmaqla ümumilikdə 481 ədəd, külli miqdar təşkil edən çətənə bitkilərinin şitillərini təkrarən kultivasiya etmiş, 31 may 2020-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə saxlanılaraq hadisə yerinə baxış keçirilərkən onun Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən əkib yetişdirməklə kultivasiya etdiyi 8 santimetrdən 15 santimetrədək uzunluqda təmiz çəkisi 111,23 qram olan 372 (üç yüz yetmiş iki) ədəd çətənə bitkisinin şitilləri, həmçinin dibçəklərdə kultivasiya etdiyi 3 santimetrdən 5 santimetrədək uzunluqda ümumi təmiz çəkisi 17,71 qram olan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin şitilləri, yəni ümumilikdə külli miqdar təşkil edən 481 (dörd yüz səksən bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 2018-ci ilin oktyabr ayındadəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən topladığı tərkibində narkotik maddələr olan çətənə bitkilərininin toxumlarını kultivasiya etmək məqsədi ilə 2020-ci ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 10 metr enində 15 metr uzunluğunda olan 150 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək torpaq üzərində boş sahə yaradıb həmin yerə çətənə bitkilərinin əkilib becərilməsi üçün 784 ədəd plasmas dibçəkləri yerləşdirmiş, dibçəklərdə hər birinə 1, 2 və ya 3 ədəd olmaqla tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, çətənə bitkilərinə qulluq göstərmələri üçün su nasosu və elektrik kabeli alıb gətirmiş, əkdikləri çətənə bitkisinin toxumlarına gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək qanunsuz olaraq külli miqdar təşkil edən ümumilikdə 784 (yeddi yüz səksən dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 100 santimetrdən 130 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, həmin çətənə bitkilərinin hissələrindən budaq, saplaq və yarpaq şəklində olan yararsız hesab etdikləri 820 ədəd hissələrini toplayaraq əldə etdiyi ümumilikdə təmiz çəkisi 12 kiloqram 635 qram çətənə bitkilərinin hissələrini torpağın üzərinə yığıb saxlamış, 31 may 2020-ci il tarixdə, saat 8 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs1 çətənə bitkilərini əkibbecərdiyi yerdə saxlanılaraq həmin yerə baxış keçirilən zaman onun Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 100 santimetrdən 130 santimetrədək uzunluqda təmiz çəkisi 245 kiloqram 950 qram təşkil edən, külli miqdarda, yəni 784 (yeddi yüz səksən dörd) ədəd çətənə bitkiləri və həmin çətənə bitkisinin üzərindən yığılmış ümumi təmiz çəkisi 12 kiloqram 635 qram təşkil edən əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisinin budaq, saplaq və yarpaq şəklində olan ümumilikdə 820 ədəd hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, Təqsirləndirilən şəxs1 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən topladığı tərkibində narkotik maddələr olan çətənə bitkilərininin toxumlarını kultivasiya etmək məqsədi ilə 2020-ci ilin may ayının ortalarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə oğlu Təqsirləndirilən şəxs1 və qonşusu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 çətənə bitkilərinin əkilib-becərilməsi üçün yer taparaq ona və Təqsirləndirilən şəxs1 həmin yeri göstərmiş, bu məqsədlə İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 9 metr enində 11 metr uzunluğunda olan 99 kvadrat metr torpaq sahəsini becərmək məqsədi ilə kol-kosdan təmizləyərək və şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirməklə təkrarən özbaşına tutmuş, bundan təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs1 əvvəlcədən aralarında olan razılığa əsasən, qanunsuz olaraq çətənə bitkisinin toxumlarından 372 (üç yüz yetmiş iki) ədədini şumladıqları torpaqda, qalan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin toxumlarını isə həmin yerə gətirdiyi ağ rəngli dibçəklərdə əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 çətənə bitkilərinin şitillərinə mütəmadi nəzarət edib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək torpaqda bitmiş 372 ədəd çətənə bitkisinin şitillərini 8 santimetrdən 15 santimetrədək hündürlüyə çatdırmaqla, habelə dibçəklərdə çıxmış 109 ədəd çətənə bitkisinin şitillərini 3 santimertdən 5 santimetrədək hündürlüyə çatdırmaqla ümumilikdə 481 ədəd, külli miqdar təşkil edən çətənə bitkilərinin şitillərini təkrarən kultivasiya etmiş, 31 may 2020-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə saxlanılaraq hadisə yerinə baxış keçirilərkən onun Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən əkib yetişdirməklə kultivasiya etdiyi 8 santimetrdən 15 santimetrədək təmiz çəkisi 111,23 qram olan 372 (üç yüz yetmiş iki) ədəd çətənə bitkisinin şitilləri, həmçinin dibçəklərdə kultivasiya etdiyi 3 santimetrdən 5 santimetrədək ümumi təmiz çəkisi 17,71 qram olan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin şitilləri, yəni ümumilikdə külli miqdar təşkil edən 481 (dörd yüz səksən bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qonşusu Təqsirləndirilən şəxs1 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən topladığı tərkibində narkotik maddələr olan çətənə bitkilərininin toxumlarını kultivasiya etmək məqsədi ilə 2020-ci ilin may ayının ortalarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə qonşusu Təqsirləndirilən şəxs1 və sonuncunun atası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, çətənə bitkilərinin əkilib-becərilməsi üçün yer taparaq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumat verib həmin yeri göstərmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 9 metr enində 11 metr uzunluğunda olan 99 kvadrat metr torpaq sahəsini becərmək məqsədi ilə kol-kosdan təmizləyərək və şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirmiş, həmin vaxtdan təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs1 əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən qanunsuz olaraq çətənə bitkisinin toxumlarından 372 (üç yüz yetmiş iki) ədədini şumladıqları torpaqda, qalan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin toxumlarını isə həmin yerə gətirdiyi ağ rəngli dibçəklərdə əkmiş, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çətənə bitkilərinin şitillərinə mütəmadi nəzarət edib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək torpaqda bitmiş 372 ədəd çətənə bitkisinin şitillərini 8 santimetrdən 15 santimetrədək hündürlüyə çatdırmaqla, habelə dibçəklərdə yetişmiş 109 ədəd çətənə bitkisinin şitillərini 3 santimertdən 5 santimetrədək hündürlüyə çatdırmaqla ümumilikdə 481 ədəd, külli miqdar təşkil edən çətənə bitkilərinin şitillərini kultivasiya etmiş, 31 may 2020-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə saxlanılaraq hadisə yerinə baxış keçirilərkən onun Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 8 santimetrdən 15 santimetrədək təmiz çəkisi 111,23 qram olan 372 (üç yüz yetmiş iki) ədəd çətənə bitkisinin şitilləri, həmçinin dibçəklərdə kultivasiya etdikləri 3 santimetrdən 5 santimetrədək ümumi təmiz çəkisi 17,71 qram olan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin şitilləri, yəni ümumilikdə külli miqdar təşkil edən 481 (dörd yüz səksən bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Hazırda qeyd edilən verilmiş apelyasiya şikayətindən bəlli olur ki, Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsini, onun əməlinin Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrindən dəyişdirilərək Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə tövsif edilməsini, onu xarakterizə edən müsbət halları nəzərə almaqla barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı yeni hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində düzgün və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi4 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası daxilində ən az həddə cəza təyin edilməsi ilə bağlı yeni hökm çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin bu dəlilləri ilə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllər düzgün olaraq CM-nin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 isə əməli CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Belə ki, məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, o, ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli hesab edir. Atası Vüqarın bu işdə heç bir aidiyyatı yoxdur. Ona görə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini, Təqsirləndirilən şəxs2 bu işdə ümumiyyətlə əlaqəsi yoxdur. Polislər özləri yazıb ona imza etdirmişlər. O, yazıb oxuya bilmir. Ailələri çox çətin vəziyyətdədir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs3 əlavə olaraq bildirmişdir ki, Polislər ona təzyiq edib qorxuzublar. Ona görə o, da məcbur olub Vüqarın adını vermişdir. O, özünü təqsirli hesab etmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək narkotik vasitələrin kultivasiyasına heç bir aidiyyətinin olmamasını göstərməsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, ibtidai araşdımanın ilkin mərhələsində Təqsirləndirilən şəxs3 ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs2 göstərişi əsasənda əkdiyini göstərmiş, video çəkilişlə aparılan hadisə yerinə baxış zamanı da Təqsirləndirilən şəxs3 heç bir təzyiq-təsir olmadan Təqsirləndirilən şəxs2 göstərişi əsasında çətənə bitkilərini əkdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 sonrakı ifadələrində narkotik tərkibli çətənə bitkilərini Təqsirləndirilən şəxs1 göstərişi ilə əkdiyini göstərməsini Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayınması üçün sonuncunu ifadəsini müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs1 də istintaqın ilkin mərhələsində verdiyi ifadəsində atası Təqsirləndirilən şəxs2 onun narkotik tərkiblin çətənə bitkisini əkdiyindən məlumatı olduğunu bildirməsi məhkəmənin yuxarıda göstərilənlərlə bağlı qənaətini bir daha təsdiq edir. Bundan başqa Təqsirləndirilən şəxs1 Mahir Nurəliyev tərəfindən narkotik təkibli bitkiləri əkdirməsini göstərməsi də məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 bu halı təsdiq edən əsaslı dəlil gətirə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Mahir Nurəliyevlə bir neçə dəfə mobil telefonla danışması da sonuncunun Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkisini əkməyə təhrik etmə kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə kollegiyası bildirir ki, hər üç təqsirləndirilən şəxsin qeyd etdikləri cinayət işinin materiallarında olan hər hansı dəlil vasitəsi ilə öz təsdiqini tapmamışdır, həmçinin təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə kollegiyası bütün bu qeyd edilənləri əsas tutaraq təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı gətirdikləri dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və hesab edir ki, hər üç təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Ona görə də, məhkəmə kollegiyası hər üç təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri işin faktiki hallarına uyğun hesab edərək məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, o cümlədən iş materialları ilə onların ibtidai istintaq zamanı verdikləri ifadələrin üst-üstə düşdüyü, birinin digərini tamamladığı qənaətinə gəlir və qeyd edilən səbəbdən həmin ifadələri əsaslı sayaraq onlara qarşı irəli sürülmüş ittihamların əsasına məhz həmin ifadələri qoyur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Vüqar oğlunun və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitələrin təqsirləndirilən şəxslərdən aşkar edilib götürülməsi birmənalı və mübahisə edilmədən sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Odur ki, birinci instansiya məhkəməsi də onlara qanunla müəyyən edilmiş qaydada, təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməkdə haqlı olmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Ali Məhkəmə Plenumunun Qərarında cinayətkar əməllərin ixtisaslı, təkmilləşmiş alibilərlə lazımi qiymətindən kənarda qalmasının qarşısının alınması üçün daha mükəmməl yanaşmalarla məhkəmə təcrübəsinə əsaslı tövsiyyələr verilmişdir. Belə ki, Plenum Qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxslərin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxslərin məlum cinayət əməllərini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməllərinin Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri (Təqsirləndirilən şəxs3 münasibətdə Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri) ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin residividir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. Apellyasiya məhkəməsi araşdırması zamanı təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran və yüngülləşdirən əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan kifayət qədər həddə, humanist, qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apelyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinin tövsifini, onların barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-439/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-439/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver