Məhkəmə qərarları › İş №1(107)-44/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-44/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-44/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X9, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə X26 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(091)-117/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X26 Məhkəməsinin (sədrlik edən hakim N.Mirzəyev) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1989-cu il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində üç azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, İsmayıllı rayonunun Keyvəndi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.3-cü maddəsi ilə təqsirli bilinib, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin olunan əsas cəzaya hesablanaraq çıxılaraq, Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcının xx xxxxx 2020-ci il tarixdən hesablanması, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan “Qaz 2705” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21074” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılmasının nəzərə alınması, Məhkəmə məsrəfləri olan 200 manat (iki yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə məhkum edilmişdir ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 13:15 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən keçən 38-ci kilometrində idarə etdiyi “QAZ 2705” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərini pozaraq avtomobili qarşı hərəkət zolağına çıxararaq əks yolla Muğanlı istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “VAZ 21074” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ 21074” markalı avtomobilin sürücüsü X4 başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, təpə, burun, alt çənə, sol dirsək, sol baldır (qamış və incik) sümüklərinin açıq yerdəyişən sınıqları, kəllə əsası, hər iki almacıq, üst çənə, sağ körpücük sümüklərinin, sağdan İİİ, İV, V, Vİ və soldan İV, V, Vİ, Vİİ qabırğaların qapalı yerdəyişən sınıqları, başın, burnun, alt çənə nahiyəsinin, sol saidin, xayalığın, sol baldırın əzilmiş yaraları, başın, bədənin sıyrıq və qançırları kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə, həmin avtomobildə olan sərnişinlər X13 başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın və kəllə əsası sümüyünün sınığı, sol baldır (qamış və incik) sümüklərinin açıq-qəlpəli sınıqları, başın, bədənin sıyrıq və qançırları kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə, X10 başın yumşaq toxumalarının iç səthinə, baş-beyin toxumasına və beynin yumşaq qişasına, beyin kötüyünə geniş qansızmalar, koma İV dərəcə, kəllə əsası sümüyünün sınığı, hər iki almacıq, burun və sağ bazu sümüklərinin qapalı-qəlpəli sınıqları, hər iki göz qapaqlarının əzilmiş yaraları (cərrahi tikilmiş), başın sıyrıq və qançırları kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə, o cümlədən “QAZ 2705” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs alın nahiyəsinin yaraları, sifətin sıyrıq və qançırları xəsarətləri yetirərək sağlamlığına yüngül zərər vurulmasına, habelə X4 məxsus “VAZ 21074” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə sonuncuya 5200 (beş min iki yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X26 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(091)-117/2020 nömrəli hökmündən narazı qalan Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsi onun təqsiri üzündən baş verməmişdir. Buna baxmayaraq o ibtidai istintaq zamanı günahlandırıldı. Odur ki, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X26 Məhkəməsinin 1(091)-117/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmünü əsassız, qanunsuz və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İbtidai istintaqın qərəzli aparıldığını, yol-nəqliyyat hadisəsi yerinə baxış protokolunun və sxemin düzgün tərtib edilmədiyini, xx xxxx 2020-ci il tarixli məhkəmə-trasolji ekspertizası və xx xxxx 2020-ci il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi barədə qərarlardakı məlumatların düzgün olmadığını, hələ ibtidai istintaqda bunlara etiraz etdiyini, təkrar yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsini xahiş etdiyini, lakin əsassız olaraq vəsatətinin rədd edildiyini, toqquşma anında VAZ 21074 markalı avtomobilin 140-150 km/saat sürətlə hərəkətdə olduğunu bildirdiyini, bunun işin materiallarında olan fotoşəkillərlə müəyyən edildiyini, istintaq orqanı, müstəntiq özündə VAZ 21074 markalı avtomobil üçün 60-70 km/saat sürət müəyyən etdiyini bildirmiş, xx xxxx 2020-ci il tarixli qərarla və həmin qərar əsasında verilmiş xx xxxxx 2020-ci il tarixli, 8/420 nömrəli ekspert rəyi ilə razılaşmadığını, yol-nəqliyyat hadisəsi yerinə müdafiə tərəfinin iştirakı ilə əlavə baxış keçirilməsini və yeni sxem çəkdikdən kompleks məhkəmə-yol nəqliyyat hadisələri və məhkəmə-trasolji ekspertizası təyin edilməsim xahiş etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini ixtisar edərək göstərilən məlumatları hökmdə göstərməmişdir. Cinayət işində olan yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu və sxemi ilə hər iki avtomobilin hərəkət troyektoriyası və toqquşma yeri müəyyən edilmişdir. Həmin sxemdən görünür ki, QAZ 2705” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerinə (nöqtəsinə) təxminən 15 metr qalmış 35 dərəcə bucaq altında sola, yəni VAZ 21074 markalı avtomobilin hərəkət zolağına getmiş və həmin yolun mərkəzində toqquşmuşlar. Toqquşmadan sonra avtomobillərin hansı məsafədə dayandıqları müəyyən edilməmişdir. Cinayət işində olan foto şəkillərə baxdıqda görünür ki, hadisədən sonra QAZ 2705” markalı avtomobil sol yanı üstə aşaraq üzü Muğanlı istiqamətində, toqquşma nöqtəsi qəbul edilmiş yerdə dayanmış, VAZ 21074 markalı avtomobil isə bundan təxminən 40-50 metr irəlidə, yolun sağında Muğanlı istiqamətində dayanmışdır. Hadisədən sonra işin faktiki hallarını müəyyən edən, mübahisə doğurmayan mötəbər sübut iş materiallarında olan həmin foto şəkillərdir. QAZ 2705” markalı avtomobilin çəkisi təxminən 3,5 ton, VAZ 21074 markalı avtomobilin şəkisi isə 1 tondur. Qarşı-qarşıya toqquşmadan sonra 1 ton çəkisi olan avtomobil 3,5 ton çəkisi olan avtomobili 180 dərəcə əks istiqamətə çevirərək özü 40-50 metr irəlidə dayanır. Toqquşma anında VAZ 21074 markalı avtomobilin surətinin 150 km/saatdan az olması mümkündürmü? Toqquşma anında VAZ 21074 markalı avtomobilin surətinin 70-80 km/saat olduğunu istintaqın və məhkəmənin necə müəyyən etdiyi iş materiallarından görünmür! Təqsirləndirilən şəxs yalnız xx xxxxx 2020-ci İİ tarixli, 8/420 nömrəli ekspert rəyinə əsasən ağır cinayətdə ittiham edilir. Hansı ki, həmin rəy göstərilən səbəblərə görə mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, X26 Məhkəməsinin 1 (091)-117/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmü qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də, işə apellyasiya qaydasında baxılarkən yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu və onun sxemi məhkəmə istintaqında tədqiq edilməli, hal şahidi kimi adı qeyd edilmiş, lakin imzalamayan A. İmamverdiyevin dindirilməsinə nail olunmalı, yol-nəqliyyat hadisəsi yerinə ekspertin iştirakı ilə baxış keçirilməli, yeni sxem çəkilərək kompleks məhkəmə-yol nəqliyyat hadisələri və məhkəmə-trasolji ekspertizası təyin edilməli, göstərilən ziddiyyətlər aradan qaldırıldıqdan sonra ədalətli qərar çıxarılmalıdır. Odur ki, X26 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(091)-117/2020 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. X26 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(091)-117/2020 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X19 apellyasiya şikayətlərinin təmin edilməməsini, X26 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(091)- 117/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 Apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının Apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, X26 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(091)-117/2020 nömrəli hökmü onlara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunda ifadə verərək bildirdi ki, Keyvəndidən İsmayıla gələn zaman Muğanlı-İsmayıllı yoluna çatanda həmkəndlisi Zərərçəkmiş şəxs yolun kənarında götürüb yolunu davam etdirib. İsmayıllı rayonunun Diyallı kənd ərazisinə çatanda Nexia markalı avtomaşın və arxasında VAZ 21074 markalı avtomaşının gəldiyini görüb. Qəfildən VAZ 21074 markalı avtomobil Nexia avtomobil ötmə əməliyyatı aparan zaman o öz avtomobilini qaçıra bilməyib toqquşub. O özüdə xəsarət aldığından, komaya düşmüşdür. O xəstəxanada ayılanda xəbəri oldu ki, Vaz 21074 markalı avtomobildə olan şəxslər rəhmətə gediblər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X5 bildirdi ki, bu hadisə ilə bağli uzun müddət istintaq gedib, araşdırmalar olub və hadisənin gedişi işdə qeyd edilib. Təqsirləndirilən şəxs burada yalan ifadələr verməklə bəraət almaq istəyir. Onun yanında olan şahid uşaq deyib ki, qarşıda olan maşın sürəti yavaşıdanda o qəfildən ona yaxın gedib və sol istiqamətə çıxıb və bu hadisə baş verib. Həmin şahid Zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir ki, o qarşıdan gələn maşını görürdü. Bu an Təqsirləndirilən şəxs qarşıdan gələn maşını görəndə sola çıxıb və maşınla toqquşub. Təqsirləndirilən şəxs qərəzli ifadələri ilə bizim hisslərimizi oyadir. Ona hadisədən sonra xəbər verilib və o hadisə yerinə gedəndə ordan ona uşaqları xəstəxanaya apardıqlarını bildiriblər. Hazırda təqsirləndirilən şəxslə barışmamışıq, ona yüngül cəza verilib, ondan şikayətçiyik. O etdiyi əməli etiraf edib bizdən üzr istəməyib. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X16 zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsinə uyğun ifadə verərək təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X14 zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsinə uyğun ifadə verərək təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirərək,apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə günorta saatlarında kənddən çıxıb İsmayıllı rayonunun məkəzinə gedərkən Muğanlı-İsmayıllı yoluna çatanda həmkəndlisi Zərərçəkmiş şəxs yolun kənarında dayandığını görmüş, avtomobilini onun yanında saxlamışdır. İlham rayon mərkəzinə getmək istədiyini bildirdikdə onu da idarə etdiyi avtomobilə götürmüş, İlham qabaq oturacaqda əyləşmiş, 60-70 km/saat sürətlə yoluna davam etmişdir. İsmayıllı rayonunun Diyallı kəndinin ərazisinə çatarkən qarşıdan əks yolla tünd rəngli xarici istehsallı avtomobil, onun arxasınca da qırmızı rəngli “Vaz 21074” markalı avtomobil hərəkətdə olmuş, ara məsafələri az olduqda “Vaz 21074” markalı avtomobil qarşıdakı avtomobili ötmək üçün onun yoluna daxil olaraq düz üstünə gəlmiş, o, sükanı sağa bursa da, hadisənin qarşını ala bilməmiş, avtomobillər onun hərəkət zolağında toqquşmuşdur. Hadisənin təsirindən huşunu itirmiş, bir müddət sonra xəstəxanada ayılmış, ayıldıqdan sonra “Vaz 21074” markalı avtomobildə olanların rəhmətə getdiklərini öyrənmişdir. Odur ki, baş verən hadisədə onun günahı olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə günorta saatlarında İsmayıllı rayonunun mərkəzinə getmək üçün Muğanlı-İsmayıllı yolunun kənarında dayanmış, yoldan keçən avtomobillərdən bir neçəsinə əl edib rayona getmək istəmişdir. Bu zaman həmkəndlisi kimi tanıdığı Şöhrətin idarə etdiyi Qazel markalı avtomobilin yaxınlaşdığını görmüş və əl edəndə o, yanında saxlamış, o, Şöhrətə rayon mərkəzinə getdiyini bildirmiş və Şöhrət də eyni istiqamətdə getdiyini bildirib onu götürmüşdür. Avtomobildə ikisi olmuş, Şöhrət avtomobili idarə etmiş, o isə qabaq oturacaqda əyləşmişdir. Yolboyu normal qaydada hərəkət etmişlər. Diyallı kəndinin ərazisinə çatanda onlardan qarşıda rəngini və markasını xatırlamadığı avtomobil hərəkətdə olmuş, saat təxminən 13:15 radələrində Muğanlı-İsmayıllı yolu ilə İsmayıllı istiqamətində hərəkət edərkən Diyallı kəndinin ərazisində qarşıdan gələn “VAZ 2107” markalı avtomobil özündən irəlidə hərəkət edən rəngini və markasını xatırlamadığı avtomobili ötüb öz yoluna qayıtmış, bu zaman onlardan irəlidə hərəkət edən avtomobil sürətini azaltdığı üçün Şöhrət həmin avtomobilin arxasıyla toqquşmamaqdan ötrü sükanı sola burub avtomobili qarşı zolağa çıxartmışdır. Bu zaman qarşı hərəkət zolağında onların avtomobili ilə qırmızı rəngli “VAZ 21074” markalı avtomobil toqquşmuşdur. Hadisənin təsirindən bir anlıq özünü itirsə də, sonradan özünə gəlmişdir. Bir qədər sonra hadisə yerinə gəlmiş təcili yardım briqadası ilə onu xəstəxanaya aparmışlar. Sonradan ona “VAZ 21074” markalı avtomobildə olan şəxslərin vəfat etdiyi məlum olmuşdur. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X5 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində bildirmişdir ki, X7 onun oğlu olmuşdur. Birlikdə bir ünvanda yaşamışlar. “Vaz 21074” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə Musaya məxsus olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində Musa evdən çıxıb dostu Nadirlə birlikdə Nadirin qohumunun hüzr məclisində iştirak etmək üçün İsmayıllı rayonunun Tircan kəndinə getmiş, həmin vaxt onlarla birlikdə digər dostları Rüstəm də olmuşdur. Günorta saat 13 radələrində məlumat vermişlər ki, oğlu Musa Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu Diyallı kəndi ərazisindən keçən hissəsində yol qəzasına düşmüşdür. O, dərhal hadisə yerinə getmiş, hadisə yerində olanda orada olan şəxslər bildirmişlər ki, uşaqların hamısı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə yerində ona məlum olmuşdur ki, oğlu Musanın idarə etdiyi “Vaz 21074” markalı avtomobil Muğanlı İsmayıllı yolunun İsmayıllı rayonunun Diyallı kəndi ərazisində İsmayıllı rayonunun Keyvəndi kənd sakini Şöhrət adlı şəxsin idarə etdiyi Qazel markalı avtomobillə toqquşmuşdur. Bundan sonra o, təcili olaraq xəstəxanaya getmiş və orada məlum olmuşdur ki, Musa artıq rəhmətə gedib və onun meyiti morqdadır. Bir qədər keçdikdən sonra isə Rüstəmin də meyitini morqa gətirmişlər, digər sərnişin Nadir isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsində olmuşdur. Musanın meyiti ekspert müayinəsindən sonra onlara verilmiş və onu gətirib dəfn etmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X20 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 da məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə xidmətdə olduğu zaman günorta saat təxminən 13 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. O, dərhal idarə etdiyi BMV markalı xidməti patrul avtomobili ilə hadisə yerinə yollanmışdır. Hadisə yerinə çatanda orada insanların və avtomobillərin toplaşdığını görmüş, sonra hadisə yerini mühafizə etməkdən ötrü orada olan şəxsləri hadisə yerindən kənarlaşdırmışdır. Həmin vaxt Muğanlı istiqamətində yolun sağ zolağında hərəkət hissəsində aşmış vəziyyətdə Qazel markalı, ondan bir qədər sağda isə ağaca çırpılmış vəziyyətdə qırmızı rəngli VAZ 21074 markalı avtomobil olmuşdur. VAZ 21074 markalı avtomobilin sürücüsü Musa adlı şəxs hadisə yerində rəhmətə getmiş, digər şəxslər isə yaralı vəziyyətdə xəstəxanaya göndərilmişlər. O, hadisə barədə növbətçi hissəyə məlumat vermiş, çox keçmədən hadisə yerinə təhqiqatçı gəlmiş, hal şahidlərinin iştirakı ilə birlikdə hadisə yerinə baxış keçirmişlər. Hadisə yerində olarkən orada olan şəxslərdən eşitmişdir ki, hadisədən əvvəl Qazel markalı avtomobil qarşı yola, yəni VAZ 21074 markalı avtomobilin yoluna daxil olmuş və qarşı yolda toqquşma baş vermişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Muğanlı İsmayıllı yolunun İsmayıllı rayonu ərazisindən keçən 38-ci kilometrliyidir. Protokola hadisə yerində çəkilmiş şəkillər və sxem əlavə olunmuşdur. (cild 01, iş vər. 7-23) İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər - alın nahiyəsinin yaraları, sifətin sıyrıq və qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. (cild 01, iş vər. 115-117) İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, mərhum X2 meyitində aşkar edilmiş xəsarətlər üzərində başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, təpə, burun, alt çənə, sol dirsək, sol baldır (qamış və incik) sümüklərinin açıq yerdəyişən sınıqları, kəllə əsası, hər iki almacıq, üst çənə, sağ körpücük sümüklərinin, sağdan İİİ, İV, V, Vİ və soldan İV, V, Vİ, Vİİ qabırğaların qapalı yerdəyişən sınıqları, başın, burnun, alt çənə nahiyəsinin, sol saidin, xayalığın, sol baldırın əzilmiş yaraları, başın, bədənin sıyrıq və qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qəzaya düşməsi zamanı salonun qabarıq hissələrinə dəyməsi nəticəsində mərhum M.Ə.İsmayılzadədə əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum M.Ə.İsmayılzadənin ölümünə səbəb olmuşaldığı travma nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar olmuşdur. Mərhum M.Ə.İsmayılzadənin meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitul turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 01, iş vər. 129-135) İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, mərhum X12 meyitində aşkar edilmiş xəsarətlər başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın və kəllə əsası sümüyünün sınığı, sol baldır (qamış və incik) sümüklərinin açıq-qəlpəli sınıqları, başın, bədənin sıyrıq və qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qəzaya düşməsi zamanı salonun qabarıq hissələrinə dəyməsi nəticəsində mərhum R.R.Əzimovda əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum R.R.Əzimovun ölümünə səbəb olmuşaldığıtravma nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar olmuşdur. Mərhum R.R.Əzimovun meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitul turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 01, iş vər.136- 142) İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, mərhum X8 meyitində aşkar edilmiş xəsarətlər basin yumşaq toxumalarının iç səthinə, baş-beyin toxumasına və beynin yumşaq qişasına, beyin kötüyünə geniş qansızmalar, koma İV dərəcə, kəllə əsası sümüyünün sınığı, hər iki almacıq, burun və sağ bazu sümüklərinin qapalı-qəlpəli sınıqları, hər iki göz qapaqlarının əzilmiş yaraları (cərrahi tikilmiş), başın sıyrıq və qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qəzaya düşməsi zamanı salonun qabarıq hissələrinə dəyməsi nəticəsində mərhum N.A.Səlimlidə əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum N.A.Səlimlinin ölümünə səbəb başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalarla müşayiət olunan ağır kəllə-beyin travması nəticəsində inkişaf edən kəskin beyin ödemi olmuşdur. Mərhum N.A.Səlimlinin ölümü xx.xx.2020-ci il tarixdə saat 09:00-da baş vermişdir (İsmayıllı RMX-nın tərtib etdiyi xx.xx.2020ci il tarixli ******* saylı stasionar tibbi kartasına əsasən). Mərhum N.A.Səlimlinin meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitul turşusutörəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 01, iş vər. 144-151) İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunələrində metil, etil, propil, butil və amil spirtləri, barbitul turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkilərindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Qaz 2705 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (cild 01, iş vər. 197-198) İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş avtomobillərin üzərində olan zədələrin təsviri və istiqaməti rəyin tədqiqi hissəsində verilib. İlkin kontakt anında Qaz 2705 markalı 23-BG086 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi (qabaq sol qanad) ilə Vaz 21074 markalı **-FZ-*** dövlət qeydyyat nişanlı avtomobilin qabaq sol hissəsi (qabaq sol qanad) arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. (cild 02, iş vər. 21-23) İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş DİN-in X15 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 016-21084-1220 nömrəli məktudan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə AC seriyalı 542084 nömrəli BC dərəcəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. (cild 01, iş vər. 127) İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş arayışdan görünür ki, hadisə nəticəsində VAZ 21074 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5200 (beş min iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. (cild 01, iş vər. 179) İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 02, iş vər. 34-36) Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlini CM-in 263.3-cü maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Lakin, hazırda öyrənilən işdən bəlli olur ki, Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində, həm də ifadəsində VAZ 21074 markalı avtomobilin onun yoluna çıxdığını, yolnəqliyyat hadisəsində onun heç bir günahının olmadığını bildirmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası göstərilənlərin hazırkı işə xüsusi təsirini nəzərə alaraq, bununla bağlı aşağıdakıları bildirməyi zəruri bilir. Belə ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun x xxxxxxx 2004-cü il tarixli 2 nömrəli Qərarının 1-ci bəndinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən həmin qaydaların pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması yolu ilə nəticələnmiş olsun. Həmin Qərarın 2-ci bəndinə əsasən bu qəbildən olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Bu Qərarın 8-ci bəndində isə göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması və bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə yolnəqliyyat hadisələrinin ekspertizasının rəyi əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizanın səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan Qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il və xx xxxx 2001-ci il tarixli fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Görünüdüyü kimi, şəxsin yol-nəqliyyat hadisəsində təqsirliliyi onun və ya hər hansı bir şəxsin subyektiv mülahizələrinə görə deyil, həmin iş üzrə keçirilən məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının rəyi ilə müəyyən edilir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Qaz 2705 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (cild 01, iş vər. 197-198) Bundan başqa apellyasiya şikayətlərində VAZ 21074 markalı avtomobilin Qaz 2705 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxması bildirilsə də, işdə olan Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan, üzləşdirmədə dindirmə protokolundan, eyni zamanda birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs avtomobildə Təqsirləndirilən şəxs yanında oturmuş və hadisənin birbaşa şahidi olmuşdur. O bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə günorta saatlarında İsmayıllı rayonunun mərkəzinə getmək üçün Muğanlı-İsmayıllı yolunun kənarında dayanmış, yoldan keçən avtomobillərdən bir neçəsinə əl edib rayona getmək istəmişdir. Bu zaman həmkəndlisi kimi tanıdığı Şöhrətin idarə etdiyi Qazel markalı avtomobilin yaxınlaşdığını görmüş və əl edəndə o, yanında saxlamış, o, Şöhrətə rayon mərkəzinə getdiyini bildirmiş və Şöhrət də eyni istiqamətdə getdiyini bildirib onu götürmüşdür. Avtomobildə ikisi olmuş, Şöhrət avtomobili idarə etmiş, o isə qabaq oturacaqda əyləşmişdir. Yolboyu normal qaydada hərəkət etmişlər. Diyallı kəndinin ərazisinə çatanda onlardan qarşıda rəngini və markasını xatırlamadığı avtomobil hərəkətdə olmuş, saat təxminən 13:15 radələrində Muğanlı-İsmayıllı yolu ilə İsmayıllı istiqamətində hərəkət edərkən Diyallı kəndinin ərazisində qarşıdan gələn “VAZ 2107” markalı avtomobil özündən irəlidə hərəkət edən rəngini və markasını xatırlamadığı avtomobili ötüb öz yoluna qayıtmış, bu zaman onlardan irəlidə hərəkət edən avtomobil sürətini azaltdığı üçün Şöhrət həmin avtomobilin arxasıyla toqquşmamaqdan ötrü sükanı sola burub avtomobili qarşı zolağa çıxartmışdır. Bu zaman qarşı hərəkət zolağında onların avtomobili ilə qırmızı rəngli “VAZ 21074” markalı avtomobil toqquşmuşdur. Müəyyən edilmiş bu xüsusatlar Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokolla, hadisənin baş vermə mexanizmini özündə əks etdirən sxemlə və sözügedən protokola əlavə edilmiş hadisə yerində çəkilmiş foto şəkillərlə bir daha təsdiq olunur. Həmçinin, öyrənilən apellyasiya şikayətindən bəlli olur ki, müdafiə tərəfi işə apellyasiya qaydasında baxılarkən yol-nəqliyyat hadisəsi yerinə baxış protokolunun və onun sxeminin məhkəmə istintaqında tədqiq edilməsini, hal şahidi kimi adı qeyd edilmiş, lakin imzalamayan A. İmamverdiyevin dindirilməsinə nail olunmasını, yol-nəqliyyat hadisəsi yerinə ekspertin iştirakı ilə baxış keçirilməsini, yeni sxem çəkilərək kompleks məhkəmə-yol nəqliyyat hadisələri və məhkəmə-trasolji ekspertizasının təyin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayətdə qeyd edildiyi kimi hadisə yerinə baxış protokolunda hal şahidi kimi adı qeyd edilmiş, lakin imzalamayan A. İmamverdiyevin dindirilməsinə zəruriət görmür. Çünki, bu məsələlər artıq birinci instansiya məhkəməsində kifayət qədər ətraflı araşdırılmış və müəyyən edilmişdir ki, hal şahidinin imzası yalnız mübahisələndirilən protokolun yalnız ön səhifəsində olmamış, protokolun digər səhifəsində, həmçinin sonuncu səhiməsində şahidin imzası mövcud olmuşdur. Ona görə də kollegiya həm təqsirləndirilən şəxsin baş vermiş yol nəqliyyat hadisəsindən onun təqsirinin olmamaması, həmçinin bununla bağlı apellyasiya şikayətinin dəlillərini özünü müdafiə xarakteri daşımaqla, obyektiv gerçəkliyi əks etdirməməsi səbəbindən inandırıcı qəbul etmir və uyğun olaraq müdafiə tərinin “yol-nəqliyyat hadisəsi yerinə ekspertin iştirakı ilə baxış keçirilməsini, yeni sxem çəkilərək kompleks məhkəmə-yol nəqliyyat hadisələri və məhkəmə-trasolji ekspertizasının təyin edilməsi” ilə bağlı vəsatətini təmin etməkdən imtina edir. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 263.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, təqsirkarın törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X7, X21 və X17 ölmüşdür. Göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisənin ümumi mənzərəsi, səbəbli nəticəsi, bu tipli hadisələrin cəmiyyədə mənfi emosiya doğurması təqsirkar barəsində daha yüngül cəzaların təyin edilməsini istisna edir. Bu baxımdan da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə, (CM-in 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə X26 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(091)- 117/2020 nömrəli hökmünün məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli X26 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(091)-117/2020 nömrəli hökmü verilən apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. X26 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(091)-117/2020 nömrəli hökmü verilən apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar