Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-45/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1988-ci ildə Balakən rayonu Poştbinə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Balakən rayonu Talalar kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki yeni hökm üzrə təyin edilmiş cəzaya Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1 (019)11/2020 saylı hökmü üzrə təyin edilmiş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 3 ay 22 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılması, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması, onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilməsi, iş üzrə 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az. MEM; VÖEN**********;AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 5,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,93 qramı məhv edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı videoçəkiliş əks olunmuş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılması, hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-cui il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 2020-ci ilin iyul ayının sonlarında Balakən rayonu Tülü kəndi ərazisindən axan Mazım çayının kənarından 1 ədəd sellofan bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,95 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı taparaq, satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sarıyev X1 RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən həmin təmiz çəkisi 5,95 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı,ədliyyə müşaviri Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə, eləcə də hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti və eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Təqsirləndirilən şəxs çıxışında əlavə olaraq bildirdi ki, etdiyi cinayət əməlindən peşmandır. Ailəsində olan problemlərə görə narkotik vasitədən istifadə etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X6 apellyasiya protestinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hazırda cəza çəkir. Əvvəllər hər hansı psixi xəstəliklər keçirməmişdir. 2012-ci ildə Talalar kənd sakini Tükəzban Nəsibova ilə ailə həyatı qursa da, təxminən 3 ildir ki, boşanmışdır və həmin evlilikdən olan 2 azyaşlı övladı üçün aliment ödəyir. Məhkəmə qətnaməsinə əsasən təxminən 5000 manatdan artıq aliment ödəmişdir və azyaşlı uşaqlarını saxlayır. Təxminən 2-3 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin iyul ayının sonlarında istirahət etmək üçün Balakən rayonu Tülü kəndi ərazisindən axan Mazımçayın kənarına getmişdir. Bir müddətdən sonra çayın kənarında olan zaman daşın yanında oturub paltarını dəyişmiş, elə həmin vaxt daşın yanında 1 ədəd sellofan büküm görmüşdür. Həmin bükümü açıb baxdıqda, içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu görmüşdür. Narkotik vasitə istifadə etdiyi üçün həmin narkotiki də götürüb, üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə Balakən rayon Tülü kəndi ərazisində etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı maşınla hərəkətdə olduğu zaman Balakən RPŞnin yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, onu Balakən RPŞ-yə dəvət etmişlər. O, Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş və ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi vəkil Müdafiəçi iştirakı ilə videoçəkililş vasitəsilə ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan öncə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qeyri-qanuni əşyanın, predmetin, narkotikin olub-olmaması ilə bağlı sual olunduqda, üzərində narkotik vasitənin olduğunu bildirib, əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə-marixuananı çıxarıb, təqdim etmişdir. 1 ədəd sellofan bükümdə olan marixuana elektron tərəzidə çəkildikdə ümumi çəkisi 6,17 qram olmuşdur. Həmin 1 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq, möhürlənmiş və üzərini də imzalarla təsdiq etmişlər. Üzərində şəxsi axtarış davam etdirildikdə, əlavə olaraq hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra idarə etdiyi VAZ 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınına baxış keçirilmiş, baxış zamanı maşınından hər hansı bir qeyri-qanuni əşya, predmet, narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra, yəni xx.xx.2020-ci il tarixdə Balakən rayonu Talalar kəndində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı hər hansı bir qeyri-qanuni əşya, predmet, narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin onu da qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə 17/515 nömrəli məhkəmə-bioloji ekpertizasının rəyi ilə tanış olan zaman ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi 5,95 qramdır. Üzərində narkotik vasitə saxlamasından heç kimin məlumatı olmamışdır. O, xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 01 radələrində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə axşama yaxın Balakən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Ona polis şöbəsində nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Əməlindən peşimandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Onun himayəsində 2 azyaşlı uşağı və tək qoca xəstə anası vardır. Anasının ondan başqa bir kimsəsi yoxdur. Maddi vəziyyətləri olduqca ağırdır. Anasını və uşaqlarını o, saxlayır. Həbs olunduğu təqdirdə tək qoca anasının və uşaqlarının vəziyyəti ağır olacaqdır. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın saxlanılaraq, polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün DYPB-nin baş inspektoru Şahid2 tərəfindən raportla Balakən RPŞ-nin rəisinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya və vasitə olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm açıldıqda içərisində spesifik iyi olan tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Həmin 1 ədəd sellofan bükümdə olan narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkildikdə sellofan bükümlə birlikdə çəkisi 6,17 qram olmuşdur. Bir ədəd sellofan büküm kağız zərfə qoyulub qablaşdırılaraq, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Üzərini də digər iştirakçılarla birlikdə imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz saxlanılan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21063 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşından hər hansı qanunsuz saxlanılan əşya, predmet və sairə vasitə aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Balakən rayonu Talalar kəndi ərazisində yerləşən evinə baxış keçirilməsi üçün getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış zamanı qanunsuz saxlanılan əşya, predmet və sair vasitə aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşin 19-22-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin üzərində axtarış aparılması barədə protokloldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib, şübhəli şəxs qismində tutulub, həmin gün saat 01:22-dən 01:50-dək olan müddətdə üzərində şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qeyri-qanuni əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmişdir. Həmçinin həmin 1 ədəd narkotik vasitəyə bənzər bitki kütləsi olan sellofan bükümü 1 ay əvvəl Mazımçayın kənarından tapdığını və özü çəkib istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin 1 ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 6,17 qram olmuşdur. Bundan sonra 1 ədəd sellofan bükümdə ümumi çəkisi 6,17 qram olan narkotik vasitəyə bənzər bitki kütləsi 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq, DİN-nin 185 nömrəli möhürü ilə möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin kriminalisti Sadiq Vəzirov tərəfindən Sony markalı videokamera ilə çəkilmiş və həmin videoçəkiliş disk formasında protokola əlavə olunmuşdur. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş, ucadan oxunmuş, əlavə və qeydlər, vəsatətlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. İşin 40-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış xx xxxxxx 2020-ci il tarixli, 17/515 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir: Təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi... bitki kütləsi...." sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 5,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi – 5,95qr., tədqiqata sərf edildi - 0,02 qr.qalıq- 5,93 qr. İşin 98-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 772 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 13-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Cinayət işi başlanana kimi şəxsi tutma haqqında” protokoldan görünür ki, xx xxxxxx 2020ci ildə saat 01:02-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-da saxlanılmışdır. İş materiallarından və işin 64-65-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Balakən RPŞ-nin MSY-dən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İşin 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 82-83-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nin Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 962 nömrəli arayışdan görünür ki, Sarıyev X1 rayonu Talalar kəndində yaşayır. Himayəsində işləməyən anası, arvadı, 2012-cü il təvəllüdlü Zəhra və 2016-cı il təvəllüdlü Uğur adında iki azyaşlı uşaqları vardır. İşin 84-85-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 869631 №-li doğum haqqında şəhadətnamədən və AA0948074 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X7 olmaqla Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaq vardır. İşin 94-97-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1 (019)-11/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin 86-87-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2020-ci il tarixli, 13 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Balakən Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 100-104-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından və iş materilallarından görünür ki, iş üzrə 5,95 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,93 qramımaddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı videoçəkiliş əks olunmuş 01 ədəd CD diski sübut kimi tanınaraq, cinayət işi üzrə icraat materiallarına əlavə edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 831 nömrəli məktub-arayışdan görünür ki, Balakən Rayon Məhkəməsinin 1(019)-11/2019 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən məhkum Balakən rayonu Talalar kəndində yaşayan Təqsirləndirilən şəxs 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, məhkum kimi xx.xx.2020-ci il tarixdə şöbənin qeydiyyatına götürülmüşdür. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki yeni hökm üzrə təyin edilmiş cəzaya Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1 (019)11/2020 saylı hökmü üzrə təyin edilmiş1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 3 ay 22 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təyin edilmiş həmin cəza işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ”az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”da marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram olduğu halda, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarının yuxarı həddindən artıq miqdarda, yəni təmiz çəkisi 5,95 qram marixuananı satış məqsədi olmadan qanunsuz olaraq saxlamışdır ki, bu da onun əməlinin ictimai təhlükəliliyinə dəlalət edən haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM- in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasma aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir, həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Sarıyev X1 rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın birinci instansiya məhkəməsi hökmü çıxan günə münasibətdə 1 il 3 ay 22 gün müddəti çəkilməmiş qalmışdır. Məhkəmə cəza təyin edərkən bu hala, yəni şəxsin məhkumluğunun olmasına diqqət yetirməmiş, onun azadlıqdan məhrum edilmədən də islah oluna bilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə bağlı azadlıqdan məhrum etmə ilə bağlı cəzaya məhkum olunması, həmin cəzadən heç bir islahedici nəticə çıxarmaması, əvvəlki cəza ilə islah olunmaması onun şəxsiyyətini mənfi xarakterizə edən hallardır və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini, yəni məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğunu bir daha göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41 -ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi üçün tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsini sanksiyasında bir ildən üç dək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə sası nəzərdə tutulmuşdur. İşin bütün halları, təqsirləndirilən şəxsin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən şəxsə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Birinci instansiya məhkəməsi həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz sayılmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin edilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi cinayət qanunvericiliyində residiv çıxış edir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Konsitusi Məhkəməsinin Plenumu bir çox qərarlarında hüquqi mövqe sərgiləyərək qeyd etmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, o, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bununla da müəyyən olunur ki, ona təyin edilmiş əvvəlki cəzanın islah təsiri yetərli olmamış, cəzanın məqsədinə nail olunmamışdır. Onun məhkumluğu ödənilmədən, təyin olunmuş cəzanı belə çəkmədən yenidən cinayət törətməsi, onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bu baxımdan qanunverici onun barəsində daha sərt cəza tətbiq olunmasını nəzərdə tutur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş Balakən Rayon İcra və probasiya Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il 9 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsaəsn cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli və o, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla onun üzərində qalan 6 (altı) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbs olunmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin və o, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla onun üzərində qalan 6 (altı) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 7 (yeddi) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: /imza/ Hаkimlər: /imzalar/ Əsli ilə düzdür İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-45/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-45/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver