Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-45/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və X23 ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X17, təqsirləndirilən şəxs X10 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X8, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X24, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 1(016)-56/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 1(016)-56/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli (hakim X53) hökmü ilə, xx.xx.1955-ci il tarixdə Ağsu rayonu, Abasxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi təsərüfatla məşğul olan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Abasxanlı kəndində qeydiyyatda olmaqla faktiki yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, X10 üzərinə hər gün saat 22:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, X10 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, X10 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökm qanuni qüvvəyə minənədək X10 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvəsində saxlanılması, iş üzrə mütəxəssis rəyinin verilməsinə dair ekspertiza tədqiqatlarının dəyəri olan 120,70 (bir yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci X9 tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına ödənilməsi, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxs X18 məhkəmə istintaqı zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi Natiq oğlunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi müəyyən edilmişdir. işin halları: İstintaq orqanının mövqeyinə görə X25 2020-ci ildə torpaq sahəsində əkin işləri aparmaqla qazanc əldə etmək vahid niyyəti ilə əhatə olunan qəsdlə Ağsu rayonu Abasxanlı kəndi ərazisində bir-birilə qonşuluqda yerləşən, Ağsu rayonu Kəndoba bələdiyyəsinin mülkiyyətində olan 0,65 ha kənd təsərrüfatı təyinatlı örüş, Ağsu rayonu Kəndoba bələdiyyəsinin mülkiyyətində olan 2,44 ha yaşayış məntəqələri təyinatlı və Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 0,12 ha yaşayış məntəqələri təyinatlı, ümumilikdə 3,21 ha torpaq sahəsinin ətrafını, qeyd olunan bələdiyyəyə müraciət etmədən, icarə müqaviləsi bağlamadan, bələdiyyənin icazəsi olmadan, eləcə də Zərərçəkmiş şəxs1 razılığı alınmadan, qəsdən tikanlı məftillərlə hasarlayıb, qanuni sahiblərini həmin torpaq sahələrinə daxil olmaqdan və ya torpaq sahələrindən sair formada istifadə etməkdən məhrum edərək, 2020ci ilin aprel ayında sözü gedən ərazinin 1,64 ha hissəsini əkinə yararlı vəziyyətə gətirməklə, həmin ərazidə pambıq toxumları əkib, onlara qulluq edib yetişdirməklə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Ağsu rayonu, Kəndoba bələdiyyəsinə məxsus 2,44 ha, Zərərçəkmiş şəxs1 məxsus 0,12 ha yaşayış məntəqəsi təyinatlı, Kəndoba bələdiyyəsinə məxsus 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini özbaşına hasarlamaqla becərmişdir. Bununla da X25 CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağsu Rayon Məhkəməsinin 1(016)-56/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs X25 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs X25 verdiyi apellyasiya şikayətində hökmün ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bildirir ki, o, mübahisəli ərazini öz şəxsi vəsaiti hesabına təmizləmişdir. Tam təmizlədikdən sonra mütəxəssisə müraciət etmiş və o baxıb demişdir ki, burda suvarma işi aparmaq olmaz. Ona görə orada heç bir əkin işi aparmamışdır. Lakin hökmdə göstərilib ki, guya o, 2018, 2019-cu illərdə taxıl və arpa əkmişdir. Bu yalandır. O, 2020-ci ilin aprel ayında ora pambıq əkmişdir ki, qozaları heyvan yeməsin deyə ərazinin açıq qalan kənarlarını bağlamışdır. Belə ki, taxta parçalarından qapı qoymuşdu. Belə ki, Rasimlə Aqil gecələr heyvanlarinı onun pambıq əkdiyi əraziyə buraxırdı və onun sahəsinə ziyan vururdu. Həmin ərazinin bir hissəsi qohumlarınıdır və onların razılığı ilə əkmişdir. Qalan hissəsi isə bələdiyyə mülkiyyətindədir. X5, X26, Zərərçəkmiş şəxs1 və mərhum X32r. Onların da torpaqlarının özəlləşməsində bütün dövlət rüsumlarını özü ödəmişdir. Hətta Bahargül uşaqlarin 4-nün də sənədlərini gətirdi ki, sən torpaq götür və birləşək işləyək. O, da rüsum çox olduğu üçün onun və bir oğlunun adına torpağı o, öz şəxsi vəsaiti hesabına özəlləşdirmişdir. X43, X26, hazırda ondan şikayətçi deyillər. Bələdiyyənin onların adına sənədləşdirdiyi torpaqların rüsumların o ödəmişdir. Ona gərə də Bahargül istisna olmaqla onlar ondan şikayətçi deyillər və bu barədə iş materiallarında onların ərizələri də var hətta bunu məhkəmədə də təsdiq ediblır və yenə də edə bilərlər. Bələdiyyənin nümayəndəsi də pulların onun tərəfindən ödənildiyini ifadəsində bildirmişdir. Bundan başqa ifadəsində bildirmişdir ki, o, orada cəmi 2 hektar ərazidə pambıq əkmişdir, sonra quru ağacdan hasar kimi etdim ki, heyvanlar pambığa ziyan vurmasinlar. Lakin onun həmin ağac budaqlarından olan hasar da demək olmaz həmin hasarı Rasimgil qırırdı. O, da 15 m məsafədə məcbur qalıb tikanlı məftildən hasar çəkmişdir. Ona da hasar demık olmazdı. Zərərçəkmiş şəxs1 ilə də əvvəllər münasibəti yaxşı olmuşdur. Bildirir ki, hökmdə Bahargülün şikayət etməsinin səbəbini dəqiq bilməmiyini son vaxtlar ona qarşı qərəzli mövqedədir kimi ifadə verdiyi yazılıb. Lakin o, məhkəmədə bunun səbəbin bildirmişdir. İş üzrə cinayət işində şahid qismində dindirilən Rasim və Oktayın onunla ədavəti vardır. Bunu bütün kənd bilir. Rasimin özü torpaq zəbt etmişdir və bu barədə şikayəti nəticəsində onun barəsində aidiyyəti qurumlarda araşdırma aparılır. Zərərçəkmiş şəxs1 onların təsiri ilə hazırda ondan şikayət etmişdir. Bələdiyyə ilə hər hansı müqaviləni ona görə bağlamamışdır ki, həmin torpaqları alanda Bahargül ona bildirmişdi ki, mənə lazım deyil sən pambıq ə-sı gedək işləyək. Onun imkanı yoxdur pambıq əkməyə. Bir sözlə onun aldadılmağı nəticəsində ona deyil özünə ziyan dəymişdir. Ona həm maddi həm də mənəvi ziyan dəymişdir. Bildirir ki, Bahargül onunla qalırdı. O, ilk dəfə həmin torpaqlara görə icarə müqaviləsini 2017-ci il tarixdə Bələdiyyə ilə bağlamışdır və sonra o, həmin torpaqları onların adına 2018-ci ildə sənədləşdirmişdir..Yoxsa o, elə icarə bağlamaqla orada əkin edəcəkdi. Onu elə Bağdagül başdan çıxardı ki, get torpağı onun adına al ək. Bildirir ki, həmin torpaqlar 40 ildir istifadəsiz qalaraq xarabaya çevrilmişdir. O, orani təmizlədikdən sonra Bələdiyyə və Rasim həmin torpaqları ondan almaq istəyib bağ salmaq istədilər. Bu oyun da onların oyunudu. Ona görə ki, hər gün Rasim və Oqtay Bağdagülgildədi. Bu vaxta kimi heç qapısın da açmırdılar. Burdan da görünür ki, bu ona qurulan bir oyundur. O, 2020-ci il tarixdə o Bələdiyyəyə şifahi olaraq müraciət etmişdir ki, əgər razı olsalar pambıq əkmk üçün müqavilə bağlayır o isə ona bildirdi ki, kənddə hər kəsin zəbt etdiyi torpaq sahəsi var və hətta Rasim də səninlə paralel 2 hektara qədər toroaq zəbt edib,şəxsi mənafeyi üçün əkir, sən isə dövlətə lazım olan strateji məhsul olan pambıq əkirsən sənə heç kəs heç nə deyə bilməz get ək. Sonra o, Ağsu Rayon İcra Hakimiyyətinə 2020-ci ildə yazilı müraciət etmiş və ona xx.xx.2020-ci il tarixli məktubla bildirdilər ki, Bələdiyyə torpağı olduğu üçün get Bələdiyyəyə müraciət et. O, da ora müraciət etdikdə ona dedilər get ək, sənə heç kəs heç nə deyə bilməz. Lakin sonra Bələdiyyə Rasimlə birləşib ondan şikayət etdilər. Lakin ondan şikayət etsələr də cinayət işi rədd olundu. Həmçinin bildirir ki, həmçinin Bahargülün onunla hər hansı ədavəti olsaydı niyə ona o 2021 -ci il tarixdə mülki etibarnamə verməklə ona inanırdı. O isə onun adından həmin etibarnamədən istifadə etməklə hər hansı onun ziyanına heç bir iş görməmişdir və fikri də olmayıb. Əgər onun onunla hər hansı ədavətim olsaydı o ona bu etibarnaməni verə bilərdimi.? Burdan da görünür ki, onu ona qarşı olması üçün təsir ediblər. Onun Bağdagüllə heç bir bu vaxta kimi ədavətim olmayıb. Bildirir ki istintaq zamanı da X62 və qardaşı Oqtay aparıb gətirirdi. Hətta bilir ki, Bağdagülün ona qarşı verdiyi ifadələr Oqtay və Rasimin sözləridi. Bilmir ona nə söz veriblər, ya hədə qorxu gəliblər, nədi bilmir. Bu qardaşlardan Oqtay 2012-ci il tarixdə onun şikayəti əsasında Əmək Məcəlləsinin 70c maddəsi ilə işdən azad olunub və Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə təqsirli bilinib. Oqtay həmçinin onun evinin dam örtüyünü qırdığı üçün də 5 sutka inzibati məsuliyyətə cəlb olunub. O vaxtdan da onunla ədavət və düşmənçilik aparirlar və niyyəti onu tutdurmaqdır. O, 2020-ci ilin 29 dekabrda həmin sahədə pambıq yığmışdır və o vaxtan bu günə kimi həmin torpaqdan istifadə etməmiş, heç bir məhsul əkməmişdir. 2020-ci ilin 24 sentyabrında çəkdiyi 15 metrlik hasar hazirda orda olan həmin hasardır. O, 2020-ci ilin 29 dekabrdan o torpaqla əlaqəni kəsmişdir və o torpaqdan o vaxtdan istifadə etməməklə ora girib-çıxmır. Bunu o, Ağsu rayonu Kəndoba Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə də təsdiq edə bilər. Belə ki, arayışdan da məlum olur ki, o, 2021-2022-ci illərdə o torpaqlardan istifadə etməmişdir. Nəyə görə ona bu qanunsuz hökm çıxarılmışdır. Bildirir ki, əgər o, oranı hasarlasaydı normal bir hasar çəkərdi və oradan mütamadi istifadə edirdi. O, sadəcə 2020-ci ildə pambıq əkdiyi üçün sadəcə tikanlı məftildən hasar kimi etmişdir, ona tam hasar demək olmaz, belə ki, 2 hektarın 15 metr. O, o torpaqları zəbt etməmişdir. Ölkə Başçımızın çıxışına istinad etməklə torpaği mümbitləşdirib həmin torpaqda pambıq əkməklə dövlətə xeyir vermişəm.Həmçinin həmin ərazidə tək mənim heyvanlarım ot yemir, orada Bağdagülün və qonşu Aqilin heyvanları da gəlib otlayır.Belə ki axı ora tam hasarlı deyil orada qapı var gediş gəliş yolu var.Bir sözlə mənə qarşı qərəzli ifadələr verilib.Bir də 15 metr hasarlanan yer .çün bütün 4 hektar sahəni mənim adıma yazıblar ki, min zəbt etmişəm.Həmin ərazinin cəmi sahəsi 3 hektar olsa da oranı 4 hektara yaxın göstərib bildiriblır ki mən zəbt etmişdir. Bildirir ki, aldadılmışdır, təqsirli deyil, heç bir cinayət törətməmişdir, ona şər və böhtan atılmışdir, ona görə də yuxarıda göstərdiklərini nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etsə də ona qarşı məhkəmə ədalətsiz mövqe tutmuşdur. Hətta bu qərardan sonra o, o qədər stres keşirdim onda ağır xəstəlik də yarandı. Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmündən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs X25 və onun müdafiəçisi X20 apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs X25 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X33 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X44 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 təqsirləndirilən şəxs X1 edilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs X25 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 1(016)-56/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X25 ona CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, Ağsu rayonu, Abasxanlı kəndində qeydiyyatda olmaqla yaşayır. Təxminən 2016-cı ildə dövlət başçısı televizyada çıxış edərkən harada yararsız torpaq görsəniz yararlı vəziyyətə gətirib orada pambıq, taxıl və ya ağac əkilməsini bildirmişdir. Mübahisə predmeti olan ərazidə tamamilə yararsız halda idi, kol-kos basmışdı, böyürtikan kolları ilə örtülü vəziyyətdə idi, orada yırtıcı heyvanlar yuva salmışdı və kənd sakinlərinin həyətinə daxil olaraq ev heyvanlarına ziyanlıq edirdilər. Hətta həmin ərazidə həmin il narkotik vasitə də əkilmişdi və Ağsu RPŞ-nin əməkdaşları tərəfindən orada əməliyyataxtarış tədbirləri keçirilmiş və narkotik vasitə əkənlər tutulmuşdur. Bundan sonra o, qərara gəlmişdir ki, həmin təxminən 2 hektarlıq ərazini təmizləyib dövlət üçün iqtisadi cəhətdən köməklik etsin. Oranı öz şəxsi vəsaiti hesabına təmizlətmiş, tam təmizlənməsi üçün 2018, 2019-cu illərdə taxıl və arpa əkmiş, 2020-ci ildə isə pambıq əkmişdir. Pambığın qozalarını heyvan yeməsin deyə ərazinin açıq qalan kənarlarını bağlamış və taxta parçalarından qapı qoymuşdur. Həmin ərazinin bir hissəsi qohumlarının xüsusi mülkiyyətidir və onların razılığı ilə əkmiş qalan hissəsi isə bələdiyyə mülkiyyətindədir. X5, X26, Zərərçəkmiş şəxs1 və mərhum X32r. Onların hamısı üçün həmin torpaqları o, öz şəxsi vəsaiti hesabına özəlləşdirmişdir. X43, X26 və mərhum X27 arvadı hazırda ondan şikayətçi deyillər. Bu barədə iş materiallarında onların ərizələri də var, hətta bunu məhkəmədə də təsdiq edə bilərlər. Zərərçəkmiş şəxs1 ilə də əvvəllər münasibəti yaxşı olmuşdur. Hazırda şikayət etməsinin səbəbini dəqiq bilmir. Son vaxtlar ona qarşı qərəzli mövqedədir. Hazırkı cinayət işi üzrə şahid qismində dindirilən Rasim və Oktayın onunla ədavəti vardır. Rasim özü torpaq zəbt etmişdir və bu barədə şikayəti nəticəsində onun barsində aidiyyəti qurumlarda araşdırma aparılır. Yəqin ki, Zərərçəkmiş şəxs1 onların təsiri ilə hazırda ondan şikayət etmişdir. Bələdiyyə ilə hər hansı müqavilə bağlamamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində özünü təqsirli bilmədiyini, heç bir cinayət törətmədiyini, ona şər və böhtan atıldığını, ona qarşı atılmış ciddi addım olduğunu nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin əmlində cinayət tərkibinin olmadığını, onun özünü təqsirli bilməməsini, heç bir cinayət törətmədiyini nəzərə alaraq X25 barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı zərərçəkmiş Ağsu rayon Kəndoba bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən Ağsu rayon Kəndoba bələdiyyəsinin sədri vəzifəsində çalışır. Ağsu rayon Kəndoba bələdiyyəsinə Ağsu rayon Abasxanlı və Kəndoba kəndləri daxildir. X7 rayonu Abasxanlı kənd sakinidir və aralarında ədavət yoxdur. Ağsu rayonu Abasxanlı kəndi ərazisində yerləşən Əflakə Məmmədovanın özbaşına tutduğu torpaq sahəsi əvvəllər kol-kosdan ibarət imiş. Əflakə Məmmədova 2017-ci ildə həmin 3 ha-dan çox torpaq sahəsini traktorlar vasitəsilə təmizlətdirmişdir. 2020-ci ildə Əflakə Məmmədova ona sözügedən torpaq sahəsində əkin işləri aparmaq istədiyini bildirmişdir. O, Əflakəyə həmin torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyətində olmasını, bir hissəsinin kənd təsərrüfat təyinatlı olmasını və orada sənədləşmə aparılmadan əkin işləri aparılmasının qanunsuz olduğunu bildirmişdir. 2020-ci ildə Əflakə Məmmədova həmin torpaq sahəsini şumlatdıraraq orada pambıq əkdirmişdir. X40 torpaq sahəsinin bir hissəsini tikanlı məftillə çəpərləmişdir. 2022ci ilin may ayında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin işçiləri tərəfindən Ağsu rayonu Abasxanlı kəndi ərazisində Əflakə Məmmədovanın çəpərlədiyi və əkin işləri apardığı əraziyə baxış keçirilmiş və baxış zamanı həmin ərazinin 0,65 ha bələdiyyə mülkiyyətində olan örüş sahəsi olması, 2,44 ha bələdiyyə mülkiyyətdə olan yaşayış məntəqələri təyinatlı, 0,48 ha xüsusi mülkiyyətdə olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsi olmaqla ümumilikdə 3,57 ha torpaq sahəsi olması müəyyən edilmişdir. X50 gündəlik olaraq həmin torpaq sahəsində öz mal qarasını otarır. Zərərçəkmiş şəxsin nümayəndəsi daha sonra ifadəsində təqsirləndirilən şəxs qadın olmasını, təqaüdçü olmasını, həmçinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Abasxanlı kəndində yaşayır. Ağsu rayonu Abasxanlı kəndində fərdi təsərrüfatla məşğul olur. Əflakə Məmmədova onun baldızıdır. Əflakə Məmmədova ilə münasibətləri pisdir. 2018-ci ildə Əflakə Məmmədova ona Ağsu rayonu Abasxanlı kənd ərazisindən 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ala biləcəyini bildirmiş və o, da öz növbəsində bununla razılaşmışdır. Bundan sonra Əflakə ona bildirmişdir ki, bələdiyə ilə danışıb sənədləşməyə 2000 manat pul lazımdır və onun razılığı əsasında onun adına torpaq sahəsi rəsmiləşdirilmişdir. Həmin pulu ilk öncə Əflakə ödəmiş və o, da sonra həmin pulu Əflakəyə qaytarmışdır. Torpaq aldıqdan sonra bir müddət orada Əflakə öz heyvanlarını otarmış və 2020-ci ildə onun icazəsi olmadan pambıq əkmişdir. O, dəfələrlə irad bildirsə də Əflakə Məmmədova məhəl qoymamışdır. Daha sonra həmin torpağa gedən yolun giriş hissəsinə oduncaqdan hazırlanmış qapı yerləşdirmiş və torpaq sahəsinin Aqil Məmmədovun evinin yaxınlığında yerləşən hissəsinə tikanlı məftillər çəkdirmişdir. Bundan sonra onların münasibətləri kəskin pisləşmiş və 2022ci ildə ona və oğluna məxsus torpaq sahəsinin Əflakə Məmmədova tərəfindən qanunsuz olaraq tutulmasına dair ərizə ilə Ağsu Rayon Polis Şöbəsinə müraciət etmişdir. Hazrda da X67 rayon Abasxanlı kəndi ərazisində yerləşən 3 hektardan çox torpaq sahəsində öz malqarasını otarır və heç kimi həmin əraziyə buraxmır. Hazıradək şikayət etməməsinin səbəbi də ona məxsus torpağın geri qaytarılacağı olmuşdur. Lakin bugünədək ona məxsus torpaq qaytarılmamış və Əflakə Məmmədova zəbt etdiyi ərazidə hazırda da heyvanlarını otarmaqda davam edir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, ona məxsus torpağın qaytarılmasını xahiş etdi və təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini də məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Birinci instansiya məhkəməsi iclası zamanı iş üzrə şahid qismində dindirilən X45 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Abasxanlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Ağsu rayonu Abasxanlı kəndində fərdi təsərrüfatla məşğul olur. X25 əmisi qızıdır. Əflakənin evi onun evinin yaxınlığında yerləşir. 2020-ci ildə X67 rayonu Abasxanlı kəndi ərazisində yerləşən 3 ha-dan çox torpaq sahəsini özbaşına şumladaraq orada pambıq əkmişdir. Bu barədə o, həmin ildə Əmlak Məsələləri Dövlət Xidmətinə şikayət etmişdir. Lakin Ağsu rayon Polis Şöbəsində araşdırma aparıldıqdan sonra cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Əflakə Məmmədova hazırda Ağsu rayonu Abasxanlı kəndi ərazisində yerləşən 3 hektardan çox torpaq sahəsini özbaşına olaraq tutmuşdur. Belə ki, sözügedən torpaq sahəsi 2016-cı ildə kol-kosdan ibarət imiş. Əflakə Məmmədova oranı traktorlar vasitəsilə təmizlətdirmişdir. İlk dəfə 2018-ci ildə orada taxıl, 2019-cu ildə taxıl və 2020-ci ildə isə pambıq əkdirmiş, 2020-ci ildən sonra orada əkin işləri aparmamışdır. X50 Ağsu rayon Abasxanlı kəndi ərazisində yerləşən 3 hektardan çox torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Əflakə Məmmədova zəbt etdiyi torpaq sahəsində gündəlik olaraq öz mal-qarasını otarır, heç kimi həmin əraziyə buraxmır, həmin torpaq sahəsinin bir hissəsi Zərərçəkmiş şəxs1, oğlu Əfraz Məmmədovun, Xalidə Məmmədovanın və Səid Məmmədovun, geridə qalan hissəsi isə bələdiyyənin mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı və kənd təsərrüfat təyinatlı torpaq sahələridir. X38 kəndi ərazisində yerləşən həmin torpaq sahəsinin ətrafını tikanlı məftillə çəpərləyərək oraya başqa şəxslərin mal-qarasının daxil olaraq orada otlamasına icazə vermir və həmin torpaq sahəsini öz xüsusi mülkü kimi istifadə edir. Şikayətinin əsas məqsədi həmin ərazidə kənd sakinlərinin mal-qaralarının otlamasına X10 imkan verməməsi olmuşdur. Birinci instansiya məhkəməsi iclası zamanı iş üzrə şahid qismində dindirilən X46 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Abasxanlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. 2019-cu ildən X58 İdarəsində nəzarətçi vəzifəsində çalışır. Həmçinin Ağsu rayonu Abasxanlı kəndində fərdi təsərrüfatla məşğul olur. X25 əmisi qızıdır. Münasibətləri uzun müddətdir ki, pisdir. X67 rayonu Abasxanlı kəndi ərazisində yerləşən 3 ha-dan çox torpaq sahəsini özbaşına olaraq tutmuşdur. Belə ki, sözügedən torpaq sahəsi 2016-cı ildə kolkosdan ibarət imiş və Əflakə Məmmədova oranı traktorlar vasitəsilə təmizlətdirmişdir. Orada 2018-ci və 2019-cu illərdə taxıl, 2020-ci ildə isə pambıq əkdirmişdir. 2020-ci ildə Əflakə Məmmədovanın barəsində Əmlak Məsələləri Dövlət Xidmətinə şikayət etmişdir. Bundan sonra Əflakənin barəsində Ağsu rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Bundan sonra orada əkin işləri aparmamış, lakin həmin ərazini çəpərləyərək qanunsuz olaraq zəbt etmiş və gündəlik olaraq öz mal-qarasını orada otarır. Həmin torpaq sahəsinin bir hissəsi Zərərçəkmiş şəxs1, oğlu Əfraz Məmmədovun, Xalidə Məmmədovanın, Səid Məmmədovun, geridə qalan hissəsi isə bələdiyyənin mülkiyyətindədir. Şikayətinin əsas məqsədi həmin ərazidə kənd sakinlərinin mal-qaralarının otlamasına X10 imkan verməməsi olmuşdur. Əlavə olaraq bildirmişdir ki, həmin ərazi əvvəl kolxozun ərazisi olmuşdu. X68 atası Bəybala nəzarətçi idi. Sonradan bələdiyyə mülkiyyətinə veriləndə Bəybala həmin ərazini icarəyə götürmüşdü. Əflakə Məmmədovun şikayəti əsasında həmin icarə müqaviləsi məhkəmə qərarı ilə ləğv edilmiş və bundan sonra Əflakə Məmmədova həmin ərazini zəbt etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı iş üzrə şahid qismində dindirilən X39 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Abasxanlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Ağsu rayonu Abasxanlı kəndində fərdi təsərrüfatla məşğul olur. X25 onun əmisiqızıdır. Əflakə Məmmədova ilə münasibətləri uzun müddətdir ki, pisdir. X67 rayonu Abasxanlı kəndi ərazisində yerləşən 3 ha-dan çox torpaq sahəsini özbaşına olaraq tutmuşdur. Sözügedən torpaq sahəsi 2016-cı ildə kol-kosdan ibarət imiş. Əflakə Məmmədova oranı traktorlar vasitəsilə təmizlətdirmiş və ilk dəfə 2018-ci ildə, bundan sonra 2019-cu ildə orada taxıl, 2020-ci ildə isə pambıq əkdirmişdir. Həmin torpaq sahəsi onun yaşadığı evin arxasında yerləşir. Əflakə Məmmədova 2020-ci ildə orda əkin işləri aparmağa başlayan zaman bir neçə ay müddətinə onun həyətyanı sahəsindən torpaq sahəsi istəmişdir. O, Əflakə Məmmədovaya öz həyətyanı sahəsindən əkin işləri apardığı yerə yol açılması üçün təxminən 1 sot yarım ərazi vermişdir. Əflakə Məmmədova onun icazəsi əsasında ona məxsus olan ağacları kəsdirərək əkin işləri apardığı əraziyə yol açmışdır. 2020-ci ilin oktaybr ayında Əflakə Məmmədovadan ona verdiyi torpaq sahəsini geri istəmişdir. X34 həyətyanı sahəsini ona geri verməyəcəyini demişdir. X50 Ağsu rayon Abasxanlı kəndi ərazisində yerləşən 3 hektardan çox torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. X40 zəbt etdiyi torpaq sahəsinin kənarına tikanlı məftil çəkdirmiş və həmin üç hektardan çox torpaq sahəsində öz mal-qarasını otarır. Əlavə olaraq qeyd etmişdir ki, həmin torpaq sahəsi əvvəl bələdiyyə ilə bağladığı icarə müqavilə əsasında onun istifadəsində olmuşdur, X63nın çoxsaylı şikayətləri əsasında həmin müqavilə məhkəmə qaydasında ləğv edilmişdir. Bundan sonra Əflakə Məmmədova qanunsuz olaraq heç bir icarə müqaviləsi olmadan həmin ərazini zəbt edib mənimsəyərək istifadə etmişdir. Hazırda da onun istifadəsindədir, həmin ərazidən bugündə istifadə edir. Əlavə olaraq bildirmişdir ki, həmin ərazi əvvəl kolxozun ərazisi olmuşdu. Orada atası Bəybala nəzarətçi imiş. Sonradan bələdiyyə mülkiyyətinə veriləndə atası Bəybala həmin ərazini icarəyə götürmüşdü. Əflakə Məmmədovun şikayəti əsasında həmin icarə müqaviləsi məhkəmə qərarı ilə ləğv edilmiş və bundan sonra Əflakə Məmmədova həmin ərazini özü zəbt edərək istifadə etməyə başlamışdır. Bugündə həmin ərazidən heç kimi istifadə etməyə qoymur, sadəcə özü istifadə edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Ağsu rayonu Abasxanlı kənd sakini X14 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək X10 Ağsu rayonu Abasxanlı kənd ərazisində 03 ha-dan çox torpaq sahəsini qanunsuz zəbt etdiyini bildirmiş və fakta görə CM-nin 188.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Ağsu rayonu Abasxanlı kəndi ərazisində Kəndoba bələdiyyəsinə və Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsinə keçirilmişdir. Baxış üçün hadisə yerini O.Məmmədov və Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Ərazi Abasxanlı kəndinin giriş hissəsində yolun sağ kənarında yerləşir. Ərazinin girişi dəmir tordan və ağac parçalarından düzəldilmiş qapıdandır. Əraziyə daxil olduqda sağ tərəfdə həyətyanı sahə və çəpər vardır. Ərazinin sağ hissəsində beton dirəklər və onlara bərkidilmiş tikanlı məftillə ərazi hasarlanmışdır. Oktay Məmmədov həmin hissəni göstərib bildirmişdir ki, həmin hissə Əflakə Məmmədova tərəfindən dəmir torlar vı tikanlı məftillə hasara alınaraq zıbt edilmişdir. Ərazinin digər hissələri də kol-kos və ağac budaqları ilə hasarlanmışdır. Ərazidə bir neçə baş iri buynuzlu heyvanlar vardır. O.Məmmədov həmin heyvanların Əflakə Məmmədovaya məxsus olduğunu bildirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 həmin ərazidə ona və mərhum oğlu Əfraz Məmmədova məxsus torpaq sahəsinin olduğunu, X63nın ərazini zəbt etmək səbəbiindən ərazidən istifadə edə bilmədiyini bildirmişdir. Baxış zamanı ərazinin kordinatları və sahəsi ƏMDX-nin əməkdaşı Əkrəm Əhmədov tərəfindən ölçülmüş və nəticə araşdırma materiallarına əlavə edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, naturada ölçülmüş Ağsu rayon Abasxanlı kəndində yerləşən mübahisəli 3,57 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən kameral araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0,65 ha hissəsi bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş, 2,44 ha hissəsi bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri təyinatlı və 0,48 ha hissəsi isə xüsusi mülkiyyətdə olmaqla yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. Eyni zamanda bildirilir ki, elektron baza məlumatlarına (NECAS) əsasən xüsusi mülkiyyətdə olan 0,48 ha torpaq sahəsi aşağıda qeyd olunan vətəndaşların hər birinin adına 0,12 ha olmaqla mülkiyyətlərinə verilmişdir: 1. X43 (**********90 reyestr №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən), 2. X26 (**********88 reyestr №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən), 3. Zərərçəkmiş şəxs1 (**********87 reyestr №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən), 4. X48 (**********89 reyestr №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən). - Ağsu rayonu Kəndoba Bələdiyyəsinin 08 iyun 2022-ci il tarixli 7 saylı məktubundan görünür ki, Ağsu rayon Kəndoba bələdiyyəsinə məxsus sözü gedən ərazi bələdiyyə tərəfindən icarəyə verilməmiş, həmin ərazi Ağsu rayon Abasxanlı kənd sakini X25 tərəfindən zəbt edilmişdir. - Baxış aparılması haqqında 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Ağsu rayonu Abasxanlı kəndi ərazisində yerləşən torpaq sahələridir. Baxış keçirilən yerə baxışda iştirak edən Ağsu rayon Kəndoba bələdiyyəsinin sədri Mirfazil Mirhəsənlinin göstərməsinə əsasən gəlinmişdir. Mirfazil Mirhəsənlinin göstərdiyi torpaq sahəsi Ağsu rayon Cəlayır və Hacıuşağı kəndlərinə gedən yolun sağ tərəfində yerləşir. Torpaq sahəsinin yaxınlığında Adil Məmmədova məxsus fərdi yaşayış evi yerləşir. Torpaq sahəsinin yaxınlığından su kanalı keçir. Mirfazil Mirhəsənli bildirmişdir ki, həmin torpaq sahəsinə 0,65 ha Ağsu rayon Kəndoba bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi, 2,44 ha Ağsu rayon Kəndoba bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, 0,12 ha X28 xüsusi mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, 0,12 ha X11 mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, 0,12 ha Zərərçəkmiş şəxs1 mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və 0,12 ha X27 mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsi daxildir. Baxış zamanı torpaq sahəsinin kənarlarında gəzilərkən torpaq sahəsinin bir tərəfi ağaclarla və su kanalı ilə əhatə olunması, digər tərəfinin isə sıx ağaclarla əhatə olunması müəyyən edilmişdir. Torpaq sahəsinə giriş mümkün olan yerdə kustar üsulla hazırlanmış, taxta və odundan ibarət qapı qoyulmuşdur. Torpaq sahəsinin Aqil Məmmədova məxsus evi tərəfindəki hissəsində 40 metr uzunluqla tikanlı məftillər çəkilmişdir. Tikanlı məftillər Aqil Məmmədovun evi ilə torpaq sahəsini ayırır. Baxış zamanı torpaq sahəsinin sərhədləri mobil telefonda olan “Google Earth” proqramı vasitəsilə müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, torpaq sahəsinin perimetri 989 metr, təxmini isə 36000 kvadrat metrdir. Bundan başqa Mirfazil Mirhəsənli bildirmişdir ki, Ağsu rayonu, Abasxanlı kənd sakini X25 2017-ci ildə həmin torpaq sahəsini kol-kosdan təmişlətmiş, 2020-ci ildə orada pambıq əkdirmişdir. X50 həmin torpaq sahəsini istifadə edir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. - Ağsu rayon Kəndoba bələdiyyəsinin 16 iyun 2022-ci il tarixli məktubuna əsasən, Ağsu rayon Abasxanlı kənd ərazisində yerləşən 0,65 ha bələdiyyə mülkiyyətində olan örüş sahəsi və 2,44 ha bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə tərəflərindən baxış keçirilmişdir və müəyyən edilmişdir ki, göstərilən torpaq sahələri hər hansı şəxsin mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməmişdir. - Baxış aparılması haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Ağsu rayonu Abasxanlı kəndi ərazisində yerləşən torpaq sahəsidir. Torpaq sahəsinə giriş mümkün olan hissədə oduncaq və məftillərdən hazırlanmış qapı yerləşir. Torpaq sahəsinə daxil olduqda ərazinin yabanı halda bitmiş otlardan və digər kollardan ibarət olması müşahidə edilmişdir. Baxışda iştirak edən Əlşah Məmmədov (Ağsu DAİM-in bitkiçilik sektorunun müdiri) və X64 (Ağsu DAİM-in maliyyə-təsərrüfat sektorunun müdiri) bildirmişlər ki, həmin torpaq sahəsinə 2020-ci ildə pambıq bitkisi əkilmişdir. Bunu pambığın cərpələri və bitki qalıqları sübut edir. Sonrakı illərdə orada əkin işləri aparılmamışdır. Bundan başqa torpaq sahəsinin ətrafı Elnur Mirzəyev (“ƏMDX DƏDRX” Publik Hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin yer qurluşu üzrə mühəndisi) tərəfindən xüsusi cihaz vasitəsilə ölçülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Həmçinin həmin ərazinin kordinatları protokola əlavə edilmişdir. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağsu X78 Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/1-2-22-2-2022-29 nömrəli məktubundan və ona əlavə edilmiş rəydən görünür ki, Ağsu rayon PŞ-nin İQ-nin müstəntiqi, polis baş leytenantı Samir Məmmədovun imzası ilə daxil olmuş xx.xx.2022-ci il tarixli 130-11167-1222 nömrəli Ağsu rayonu, Abasxanlı kəndi ərazisində yerləşən 0,65 ha bələdiyyə mülkiyyətində olan örüş sahəsinin, 2,44 ha bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı və 0,48 ha xüsusi mülkiyyətdə olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin özbaşına olaraq tutulması və həmin sahələrdə əkinin aparılıb-aparılmamasının müəyyən edilməsi məqsədilə Ağsu X78 Mərkəzinə daxil olmuş məktuba əsasən sözügedən sahədə araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, həmin sahələrin 2 hektarında 2020-ci ildə pambıq bitkisi əkilmişdir. Bunu pambığın cərgələri və bitki qalıqları sübut edir. Sonrakı illərdə həmin sahələrdə heç bir əkin aparılmamışdır. - Zərər çəkmiş şəxs qismində tanınma haqqında 08 iyul 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - Zərər çəkmiş şəxs qismində tanınma haqqında 08 iyul 2022-ci il tarixli qərarından görünür ki, Ağsu rayonu Kəndoba bələdiyyəsi cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - Zərər çəkmiş şəxsin nümayəndəsi kimi tanınma haqqında 09 iyul 2022-ci il tarixli qərarından görünür ki, Ağsu rayonu Kəndoba bələdiyyəsinin nümayəndəsi qismində Ağsu rayonu Kəndoba bələdiyyəsinin sədri X4 tanınmışdır. - X28 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, X14 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək X10 Ağsu rayon Abasxanlı kənd ərazisində yerləşən 03 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyini bildirmişdir. Həmin torpaq sahəsinin 0,12 hektarı ona məxsus olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsidir. X51 rayonu, Abasxanlı kəndi ərazisində yerləşən ona məxsus olan 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində əkin işləri aparmasına o özü icazə vermişdir. Əflakə Məmmədovanın həmin torpaq sahəsini istifadə etməsinə etirazı və şikayəti yoxdur. - X12 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, X14 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək X10 Ağsu rayon Abasxanlı kənd ərazisində yerləşən 03 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyini bildirmişdir. Həmin torpaq sahəsinin 0,12 hektarı mərhum əri X35 məxsus olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsidir. O, Əfraz Məmmədovla evli olan dövr ərzində həmin torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. X51 rayonu, Abasxanlı kəndi ərazisində yerləşən mərhum əri Əfraz Məmmədova məxsus olan 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində əkin işləri aparmasına Əfraz Məmmədov özü icazə vermişdir. X52 həmin torpaq sahəsini istifadə etməsinə etirazı və şikayəti yoxdur. - Azərbaycan Respublikası Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kəndoba kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 13 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci ildə Ağsu rayonunun Abasxanlı kəndində anadan olmuş X48 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhum vəfat edən günədək Ağsu rayonunun Abasxanlı kəndində qeydiyyatda olmuş və orada yaşamışdır. - X11 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, X14 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək X10 Ağsu rayon Abasxanlı kənd ərazisində yerləşən 03 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyini bildirmişdir. Həmin torpaq sahəsinin 0,12 hektarı ona məxsus olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsidir. X51 rayonu, Abasxanlı kəndi ərazisində yerləşən ona məxsus olan 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində əkin işləri aparmasına o özü icazə vermişdir. Əflakə Məmmədovanın həmin torpaq sahəsini istifadə etməsinə etirazı və şikayəti yoxdur. - Ağsu rayon polis şöbəsi tərəfindən qəbul edilmiş 16 may 2020-ci il tarixli qərardan görünür ki, HK-1/251 nömrəli toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Ağsu rayon prokurorluğu tərəfindən qəbul edilmiş 07 avqust 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müraciəti əsasında Ağsu RPŞ-nin İQ-da toplanmış HK-1/251 nömrəli toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında Ağsu RPŞ-nin İQ-nin müstəntiqi, polis mayoru İlqar Əhmədovun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və əlavə yoxlama aparılması üçün Ağsu RPŞ-nin İstintaq Qrupuna göndərilmişdir. - Ağsu rayon polis şöbəsi tərəfindən qəbul edilmiş 17 avqust 2020-ci il tarixli qərardan görünür ki, HK-1/251 nömrəli toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağsu rayon X79 rayon prokuroruna ünvanladığı xx.xx.2022-ci il tarixli ********* nömrəli vəsatətindən görünür ki, X10 Ağsu rayonu Kəndoba bələdiyyəsinə məxsus 1,52 hektar torpaq sahəsində şumlama işləri aparılması faktı əsasında toplanmış HK-1/25 saylı material üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qanuni və əsaslığının yoxlanılması xahiş olunmuşdur. - Ağsu rayon prokurorluğunun 29 iyul 2022-ci il tarixli, 705-çıx-22 saylı məktubundan və “Cinayət işi başlanmasının rədd edilməsinə dair qərarının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Ağsu rayon polis şöbəsinin İQ-da araşdırılmış HK-1/251 saylı material üzrə müstəntiq İlqar Əhmədovun xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və material Ağsu rayon polis şöbəsinin İQ-da istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********40 nömrəli məktubundan görünür ki, Ağsu rayonu, Abasxanlı kənd sakini X6 ərazisində yerləşən 3,0 hektar bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin həmkəndlisi X25 tərəfindən zəbt edilərək orada əkin işlərinin aparılması barədə müraciəti ilə balı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şamaxı ərazi şöbəsinə ünvanladığı 21 fevral 2020-ci il tarixli, 411 nömrəli məktubu əsasında torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttiş tərəfindən bələdiyyə ərazisində monitorinq aparılmışdır. Monitorinq zamanı vətəndaş Ə.Məmmədova tərəfindən ümumi sahəsi 2,0 hektar olan ərazidə şumlama işlərinin aparılması faktı təsdiqini tapmışdır ki, bunun da 0,48 hektarının bələdiyyənin 26 aprel 2018-ci il tarixli, 07 nömrəli qərarı ilə hər biri 0,12 hektar olmaqla kənd sakinləri olan qohumları X19, Zərərçəkmiş şəxs1, X36 və X35 həyətyanı məqsədi ilə satıldığı və hüquqların daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla rəsmiləşdirildiyi məlum olmuşdur. Yerdə qalan 1,52 hektar bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin isə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istifadə edildiyi müəyyən edilmişdir ki, bu da CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğun gəlir. Göstərilənləri və “Torpaqdan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci yarımbəndinin tələblərini nəzərə alaraq, qeyd olunan 1,52 hektar torpaq sahəsinin istifadəsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədi ilə sənədlər təqdim edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı Ərazi şöbəsinin baş məsləhətçisi X37, Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi X21, Ağsu rayon Kəndba bələdiyyəsinin sədri X2, Ağsu rayon Abasxanlı kənd sakini X29 və Ağsu rayon Abasxanlı kənd sakini X13 iştirakları ilə tərtib edilmiş 02 mart 2020-ci il tarixli aktın surətindən görünür ki, Ağsu rayon Abasxanlı kənd sakini X29 Abasxanlı kəndi ərazisində həmin kənd sakini X25 tərəfindən qanunsuz orpaq sahələrinin zəbt etməsinin araşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı şikayət ərizəsi ilə əlaqədar araşdırılma aparılmış və qeyd olunan əraziyə baxış keçirilmişdir. Araşdırma zamanı əldə olunmuş sənədlərə əsasən məlum olmuşdur ki, Əflakə Məmmədova 04 fevral 2020-ci il tarixdə verdiyi izahatında həqiqətən də Ağsu rayon Abasxanlı kəndi ərazisində 2,0 ha torpaq sahəsini şumladığını və orada pambıq əkəcəyini bildirmişdir. Əflakə Məmmədova qeyd olunan izahatda həmçinin bildirmişdir ki, şumladığı 2,0 ha torpaq sahəsinin 0,48 ha hissəsi qohumlarına məxsus xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsi, yerdə qalan 1,52 ha hissəsi isə bələdiyyəyə məxsus ərazidir. Qeyd olunan qanun pozuntusunun CM-nin müvafiq maddəsinə (188-ci maddə) əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına zəbtetmə xarakteri daşıdığı baxış zamanı öz təsdiqini tapmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı Ərazi şöbəsinin baş məsləhətçisi X37, Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi X21, Ağsu rayon Kəndba bələdiyyəsinin sədri X2 və Ağsu rayon Abasxanlı kənd sakini X29 iştirtakları ilə tərtib edilmiş 02 mart 2020-ci il tarixli imtina aktının surətindən görünür ki, Ağsu rayon Abasxanlı kənd sakini X29 Abasxanlı kəndi ərazisində həmin kənd sakini X25 tərəfindən qanunsuz orpaq sahələrinin zəbt etməsinin araşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı şikayət ərizəsi ilə əlaqədar araşdırılma aparılmış və qeyd olunan əraziyə baxış keçirilmişdir. Araşdırma zamanı hazırlanmış aktı Əflakə Məmmədova imzalamaqdan imtina etmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 fevral 2020-ci il tarixli məktunun surətindən görünür ki, Ağsu rayonu, Abasxanlı kənd sakini X45 tərəfindən “Qonşu 3,0 ha bələdiyyə torpağını qeyri-qanuni şumlayıb, sənəd olmadan taxıl əkilməsi” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə daxil olmuş xx.xx.2020-ci il tarixli İD-5180 saylı müraciəti İdarənin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırma müddətində şikayətçi Rasim Məmmədov yazılı izahat verərək Məmmədova Əflakə tərəfindən Kəndoba bələdiyyəsindən torpaq sahəsinin qanunsuz zəbt edərək taxıl əkilməsini bildirmişdir. Şikayətçi R.Məmmədov tərəfindən göstərilən əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Ə.Məmmədova Kəndoba bələdiyyəsi ərazisindən 2,0 ha torpaq sahəsini şumlamışdır. Əflakə Məmmədova yazılı izahat verərək həmin ərazidə əvvəl taxıl əkdiyini, hal-hazırda isə pambıq əkəcəyini bildirmişdir. Araşdırma zamanı müəyyən olmuşdur ki, qeyd olunan 2,0 ha ərazidən 4 nəfər Abasxanlı kənd sakinlərinə 06 may 2018-ci il tarixdə X36 0,12 ha, X35 0,12 ha, X19 0,12 ha və Zərərçəkmiş şəxs1 0,12 ha həyətyanı torpaq sahəsi kimi verilmişdir. Araşdırma müddətində Ə.Məmmədova 1,62 ha torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim etməmişdir. - Baxış keçirilməsi haqqında 04 may 2020-ci il tarixli protokoldan görünür ki, baxış Ağsu rayonu Abasxanlı kəndində Ağsu rayonu Kəndoba bələdiyyəsinə məxsus torpaq sahəsinə keçirilmişdir. Baxış üçün hadisə yerini Kəndoba bələdiyyəsinin sədri Mirhəsənli Mirfazil təqdim etmişdir. Ərazi Ağsu-Cəlayir yolunun sağ tərəfində suvarma kanalının yanında yerləşir. ərazi təxminən 2 hektar təşkil edir. Həmin ərazi şumlanmış və pambıq əkilmiş, təxminən 5-10 sm hündürlükdə pambıq bitkisi inkişaf etmişdir. Mirhəsənli Mirfazil bildirmişdir ki, həmin ərazinini 1,52 hektarı Kəndoba bələdiyyəsinini həyətyanı torpaq sahəsi üçün prespektiv torpaqdır.Əflakə Məmmədovaya dəfələrlə xəbərdarlıq etsə də sonuncu onun xəbərdarlıqlarına məhəl qoymayaraq orada pambıq əkmişdir. Baxış gündüz vaxtı təbii işıqlandırma şəraitində keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Ağsu rayonu, Abasxanlı kəndində yerləşən, xüsusi mülkiyyət olan, yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı, 0,12 ha ölçülü, **********87 reyester nömrəli torpaq sahəsi Zərərçəkmiş şəxs1 məxsusdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Ağsu rayonu, Abasxanlı kəndində yerləşən, xüsusi mülkiyyət olan, yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı, 0,12 ha ölçülü, **********90 reyester nömrəli torpaq sahəsi X36 məxsusdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Ağsu rayonu, Abasxanlı kəndində yerləşən, xüsusi mülkiyyət olan, yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı, 0,12 ha ölçülü, **********89 reyester nömrəli torpaq sahəsi X35 məxsusdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Ağsu rayonu, Abasxanlı kəndində yerləşən, xüsusi mülkiyyət olan, yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı, 0,12 ha ölçülü, **********88 reyester nömrəli torpaq sahəsi X19 məxsusdur. - X10 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Ağsu rayonu Kəndoba bələdiyyəsinə məxsus, boş və istifadəsiz qalmış prespektivli inkişaf fondu torpaq sahəsində pambıq bitkisi əkmişdir. Torpaq sahəsinin pambıq əkməmişdən qabaq yararlı vəziyyətə gətirməsi üçün kol-kosdan təmizləmiş, bunun üçün öz şəxsi vəsaitindən istifadə etmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, X25 CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham edilməsi, Səd Məmmədov, Xalidə Məmmədova və Əfraz Məmmədova məxsus torpaq sahələrinin özbaşına tutulması xüsusatı üzrə Əflakə Məmmədovanın əməlində cinayət tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibi başlanmasının rədd edilməsi, X39 müraciətində göstərdiyi Əflakə Məmmədovanın ona məxsus həyətyanı sahəsinin bir hissəsini zəbt etməsi xüsusatı üzrə Əflakə Məmmədovanın əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibi başlanmasının rədd edilməsi, Əflakə Məmmədovanın barəsində CM-nin 188.4.1-ci maddəsi ilə cinayət təqibi başlanmasının rədd edilməsi, Oqtay Məmmədovun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibi başlanmasının rədd edilməsi, Ağsu rayon Kəndoba bələdyyəsinin 08 iyun 2022-ci il tarixli və 16 iyul 2022-ci il tarixli məktubları, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X41 X65 14 saylı Şamaxı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubu və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağsu DAİM-in xx.xx.2022-ci il tarixli məktubuna qoşma şəklində əlavə edilmiş rəy və şahdlərin ifadələri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna göndərilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X25 CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, qərar təqsirləndirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittihamın mahiyyəti ona izah olunmaqla, qərarın surəti ona təqdim edilmişdir. - Təqsirləndirilən şəxsin ifadə verməkdən imtina etməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Əflakə Məmmədova özünü ona qarşı sürülmüş ittiham üzrə təqsirli bilmədiyini və ittiham üzrə ifadə verməkdən imtina etdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. - Etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesinin iştirakçısına bildirilməsi haqqında 02 avqust 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məmmədova Əflakə bildirmişdir ki, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı ona elan olunmuş və qərarın surətini almışdır. O, özünü ittihamda təqsirli bilmir. Hesab edir ki, prokuror onun barəsində qərəzli iş başlamış, prokurora və ibtidai istintaqı aparan müstəntiq Samir Məmmədova qəti olaraq etiraz edir. Ağsu rayonunda istintaqın aparılmamasını tələb edir və ona görə də Ağsu rayonunda fəaliyyət göstərən müstəntiqlərə ifadə vermir. Tələb edir ki, işi başqa rayona verilsin, prokuror Səfər Məmmədov adlı imkanlı şəxsin təsirilə ona qarşı qəsdən ittiham irəli sürülmüşdür. - Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədovun “Etirazın rədd edilməsi” barədə 04 avqust 2022-ci il tarixli qərarından görünür ki, Ağsu rayon polis şöbəsinin istintaq qrupunda CM-nin 188.3-cü maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs X10 cinayət işinin istintaqının qeyriobyektiv aparılması ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroru Elnur Cəfərova edilmiş etirazı əsassız olduğundan rədd edilmişdir. - Ağsu rayon prokuroru Elnur Cəfərovun “Etiraza baxılması” haqqında 04 avqust 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X10 həmin cinayət işi üzrə ibtidai istintaqı aparan Samir Məmmədova etirazı əsassız olduğundan rədd edilmişdir. - Ağsu rayon Polis Şöbəsinin İQ-nin 10 avqust 2022-ci i tarixli qərarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X10 cinayət işi üzrə icraata xitam verilməsi barədə vəsatəti əsassız olduğundan rədd edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-150/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Ağsu rayonunun Kəndoba Bələdiyyəsinin cavabdeh X30 qarşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilərək X22 Kəndoba Bələdiyyəsinin mülkiyyətində olan və heyvandarlıq və kənd təsərrüfatı məqsədi üçün ayrılmış 3,0 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh X39 apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-887/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Ağsu Rayon Məhkəməsinin 2(016)-150/2014 saylı xx.xx.2014cü il tarixli qətnaməsi dəyişdirilməmişdir. - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1955ci il tarixdə Ağsu rayonu, Abasxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi təsərrüftla məşğul olan, Ağsu rayonu, Abasxanlı kəndində qeydiyyatda olmaqla yaşayan X25 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və qərarın surət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X7 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 147.2 və 148, 66.2-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay islah işləri cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci ildə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. - Azərbaycan Respublikası ünvan 4rə Nümayəndəliyinin 29 iyul 2022-ci il tarixli məktubuna əsasən xx.xx.1955-ci il təvəllüdlü X7 rayonunun Abasxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. - Azərbaycan Respublikası ünvan 4rə Nümayəndəliyinin 29 iyul 2022-ci il tarixli xasiyyətnaməsinə əsasən xx.xx.1955-ci ildə Ağsu rayonunun Abasxanlı kəndində anadan olmuş, qadın, dul, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, pensiyaçı X25 ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə ərə getmiş və 2009-cu ilədək orada yaşamışdır. 2009cu ildə atası vəfat etdikdən sonra Ağsu rayonunun Abasxanlı kəndinə ata evinə qayıtmış, analığını və onun xəstə oğlunu həmin evdən çıxararaq orada yaşamışdır. O, 2011-ci ildən Ağsu rayonunun Abasxanlı kəndində pasport qeydiyyatına alınmışdır. Həmin ildən halhazırkı dövrə o, qohumları və yaxın qonşuları ilə daim münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Onun heç bir təhsili olmadığı halda özünü jurnalist kimi təqdim edərək rayonun ayrı-ayrı idarə və təşkilatlarının rəhbərlərini öz şəxsi maraqlarına görə hədə-qorxu gələr şantaj etmişdir. Belə əməllərinə görə o, Ağsu Rayon Məhkəməsi tərəfindən 1 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması hökmü ilə cəzalandırılmışdır. Məhkumluq müddəti bitməmiş həmin əməllərindən yenə də əl çəkmir. O, nazirlər respublikanın hansı rayonuna səyyar qəbula gələrsə dərhal qəbula yazılaraq rayonumuzun haqqında mənfi fikir formalaşdırmağa cəhd edir. X25 belə əməllərinə görə özünü rayon və kənd əhalisi arasında mənf xarakterli şəxs kimi tanıdıb. - Azərbaycan Respublikası İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyi Ş.T.Quliyev adına Ağsu Rayon Mərkəzi X42 Şəxsinn 14 iyul 2022-ci il tarixli məktubuna əsasən, xx.xx.1955-ci il təvəllüdlü, Ağsu rayonu Abasxanlı kəndində anadan olmuş, Ağsu rayonu Abasxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X25 ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs X10 törətdiyi əməldə Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliyi kifayət qədər sübutа yetirilmişdir. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən X10 əməli Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X10 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X25 verdiyi apellyasiya şikayətində hökmün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, həmin şikayətin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək təqsirləndirilən şəxs X31 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 188.3-cü maddəsi üzrə bəraət verilməsi üçün əsas deyildir. Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə iş üzrə təqsirləndirilən şəxs X10 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi, özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi daşıyır, onun ifadəsi iş üzrə şahidlərin ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində, həmçinin iş materiallarına əlavə edilmiş 02 mart 2020-ci il tarixli aktdan görünür ki, təqsirləndirilən şəxs özü etiraf edir ki, ittihamda göstərilən ərazini heç bir sənəd olmadan, heç kimlə müqavilə bağlamadan təmizlətmiş, şumlatdırmış və pambıq əkmiş, sonradan pambığın qozasını heyvan yeməməsi üçün kənarlarını kol kosla çəpərləmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs dolayısı ilə törətdiyi əməli etiraf etmiş, lakin özünü təqsirli bilməmişdir. Beləliklə təqsirləndirilən şəxs X10 ittihamda ona istinad olunan cinayət əməllərini törətməsi istintaq zamanı tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, həmçinin zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin nümayəndəsinin, yuxarıda sadalanmış şahid ifadələri və sair istintaq hərəkətlərinin protokolları, verilmiş sorğulara alınmış cavablar, mütəxəssis rəyləri və toplanılmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlilləri əsassızdır. Cinayət qanunvericiliyinə əsasən, şəxs tərəfindən törədilmiş əməldə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs X10 məhkəmə prosesində verdiyi ifadəsini özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan, cinayət məsuliyyətlərini və cəzalarını yüngülləşdirmək niyyətilə verilən ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X18 qarşı irəli sürülmüş ittiham kifayət qədər əsaslıdır, birinci instansiya məhkəməsi onu Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilib ona cəza təyin etməkdə haqlı olmuşdur. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi X10 təqaüdçü olmasını, zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsinin hazırda ona qarşı şikayətinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, həmçin onun əməlində cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi araşdırması zamanı X10 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X18 cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış, onlara bu halların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əməl üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X18 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyası üzrə ən aşağı həddə, yəni 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs X18 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bəraət verilməsi üçün əsaslar, habelə onun cəzasını daha artıq yüngülləşdirməyə əsas verən başqa hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxs X10 apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 1(016)-56/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 1(016)-56/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-45/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-45/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver