Məhkəmə qərarları › İş №1(107)-451/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-451/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-451/2022 14.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(016)-43/2022 saylı hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(016)-43/2022 nömrəli (X46) hökmü ilə, xx.xx.1988-ci ildə Ağsu rayonu, Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Ağsu rayonu, Cəfərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi,iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X5, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilməsi müəyyən edilmişdir. işin halları: İstintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə saat 23 radələrində Ağsu rayonu Kəndoba kəndi ərazisindən keçən avtomobil yolunda AB 784235 seriya və nömrəli, B kateqoriyalı sürücülük vəsiqəsi əsasında, ayıq halda, mülkiyyətində olmaqla idarə etdiyi «X30 Yük» markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yolun birləşdiyi Kəndoba kəndi ərazisindən keçən Ağsu-Hacıuşağı avtomobil yolu istiqamətində hərəkətdə olarkən «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu və həmin Qanunun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda sərnişinləri daşımaq qadağan edildiyi və Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda avtomagistral olmayan yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda qeyd edilən tələblərə əməl etməyərək, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X1 qismində avtomobilində əyləşmələrinə icazə verib, avtomobilinin kabinasında texniki xarakteristikasında nəzərdə tutulandan artıq sayda, yəni 3 nəfər daşımaqla, avtomobili yaşayış məntəqəsindən kənarda saatda 130 km sürətlə hərəkət etdirərək, qeyd edilən maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, idarəetməni itirərək yol ayrıcında düzünə hərəkət edib yoldan çıxaraq, avtomobili Ağsu-Hacıuşağı avtomobil yolunun kənarındakı kolluq sahəyə aşırması nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs2 ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən, büzdüm sümüyündə arxa yuxarıya yerdəyişmiş sınıq və oma sümüyünün sol hissəsində S4 və S5 səviyyədə sol sakral foramena keçən boylama xətti sınığı, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən sağ baldır sümüklərinin yuxarı və aşağı 1/3-nin ikili yerdəyişmiş qəlpəli sınıqları, L2 bel fəqərəsinin kompression qəlpəli sınığı, T 12 arxa çıxıntısının sınığı, sağ İY-Y və sol X-Xİ- Xİİ qabırğalarının sınığı və sol tış topuğunun yerdəyişmiş sınığı xəsarətlərinin yetirilməsinə, X10 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid alnın yumşaq toxumalarının iç səthinə qansızma,alının sıyrığı, sol alın qabarı-qaşüstü nahiyəsinin əzilmiş-didilmiş yaraları, sol qaş üstü nahiyənin əzilmiş yarası,sol göz yuvası ətrafının qançırı və üst göz qapağının sıyrığı, sağ qaş qövsünün əzilmiş yarası,sağ almacıq nahiyəsinin,alt çənənin dodaqlatı nahiyəsinin sıyrıqları, burun belinin sıyırığı, sol əlinin arxa səthinin çoxsaylı sıyrıqları, sol qalça qanadı nahiyəsinin,sağ baldırın yuxarı və aşağı 1/3-nin ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin,sol ayaq pəncəsinin ön-iç səthinin qançırları, sağ said sümüklərinin distal hissəsinin, sağ bud-çanaq oynağı nahiyəsində oturaq-qasıq sümüyünün sınığı və kiçik çanağın yumşaq toxumalarının qanla imbibisiyası, dərin venaların zədələnməsi, sağ baldır sümüklərinin ikili sınıqları, sol incik sümüyünün sınığı və sol ayaq pəncəsinin daraqarxası sümüklərinin sınıqları xəsarətlərinin yetirilməsi nəticəsində, travmatik şokla müşayiət olunan çanaq, sağ baldır sümüklərinin çoxsaylı sınıqları və dərin venaların zədələnməsi, trombozi ilə əlaqədar baş vermiş ağciyər arteriyası şaxələrinin tromboemboliyası səbəbindən Səfər Ədilovun ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(016)-43/2022 saylı hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ağsu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(016)-43/2022 saylı hökmünün Təqsirləndirilən şəxs yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi müəyyən edilməklə dəyişdirilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(016)-43/2022 saylı hökmündən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X7 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X13 apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsi hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X17 məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X17 teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini, təqsirləndirilən şəxs ilə barışmadığını, ailə vəziyyəti ilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X8 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(016)- 43/2022 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş və göstərmişdir ki, ailə üzvlərilə birlikdə Ağsu rayonu Cəfərli kəndində yaşayır. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və mərhum X11 uzun müddətdir ki, tanıyır. Onlarla düşmənçiliyi və ədavəti yoxdur. “Mercedes-Benz Sprinter” markalı, ağ rəngli, **-VR-*** dövlət qeydiyyat nişanlı yük avtomobil onun mülkiyyətindədir. Onun sürücülük hüququ vardır. 11 fevral 2022-ci il tarixdə saat 22 radələrində Ağsu rayonu Kəndoba kənd sakini Şahid1 təşkil etdiyi toy məclisinə ona məxsus olan yük avtomobili ilə həmin kəndə toya getmişdir. Həmin vaxt Bakı şəhərindən gəlmiş meyxanaçılar arasında deyişmə keçirilirmiş. O, orada tanışları Zərərçəkmiş şəxs1, X47un və Zərərçəkmiş şəxs2 eyni masada əyləşdiyini görüb onların yanına gedərək onlarla eyni masada əyləşmişdir. Bundan sonra təxminən bir saat ərzində meyxana deyişməsini seyr etmişlər. Həmin tarixdə saat 23 radələrində yaşadıqları evə getmək qərarına gəlmişlər. Yaşadığı evin yolu Ağsu rayonu Cəfərli və Hacıuşağı kəndindən keçdiyi üçün Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X47u öz avtomobili ilə yaşadıqları evlərə apara biləcəyini bildirmişdir. Onlar onunla razılaşaraq yük avtomobilinə minmişlər. Zərərçəkmiş şəxs2 avtomobilin qarşı tərəfində sərnişinlər üçün ayrılmış yerdə, onun yanında, Zərərçəkmiş şəxs1 də Zərərçəkmiş şəxs2 yanında oturubmuş, X47 sərnişin oturacağının az olması səbəbindən Zərərçəkmiş şəxs2 qucağında oturubmuş. Bundan sonra onlar Kəndoba kəndindən çıxaraq avtomobillə yola düşmüşlər. Həmin vaxt atası onun mobil nömrəsinə zəng vurub astma xəstəsi olan anasının halının pisləşdiyini, istifadə etdiyi dərmanların qurtardığını və ona təcili dərman alınmalı oduğunu bildirmişdir. O, artıq yolda olduğunu və qısa müddətdə dərman vasitələri alıb evə aparacağını demişdir. Bundan sonra Kəndoba kənd yolunda avtomobilini yüksək surətlə idarə etməyə başlamışdır. Zərərçəkmiş şəxs2 ondan avtomobilini yavaş sürətlə sürməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 anasının səhhətinin pisləşdiyini, təcili anasına dərman vasitələri almalı olduğundan avtomobili sürətlə idarə etməli olduğunu demişdir. Bir neçə dəqiqə yol getdikdən sonra qarşıda yolun bitdiyini və şose yola birləşdiyini görmüşdür. Həmin vaxt avtomobilini təxminən 120 km/saat surətlə idarə edirmiş. O, əyləcə bassa da avtomobili dayandıra bilməmişdir. Bundan sonra o, idarəetməni itirərək avtomobilini Kəndoba kəndinin yaxınlığından keçən şose yolun kənarındakı kolluq sahəyə aşırmışdır. Qəzanın təsirindən o, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X47 avtomobilin ön şüşəsindən çıxaraq kolluq əraziyə çırpılmışlar. O, bir neçə dəqiqədən sonra özünə gələrək sərnişinlərdən xəsarət alıb-almadıqlarını soruşmuşdur. Onlar əzildiklərini ona bildirmişlər. Avtomobilinin hava şarı açıldığı üçün qəza zamanı o, yüngül sıyırıq xəsarətləri almışdır. Digərləri isə müxtəlif dərəcəli xəsarətlər almışlar. O, yaralı sərnişinlərə, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X47a kömək göstərilməsinə adam çağırmaq üçün kolluq sahədən çıxaraq Kəndoba kəndinə tərəf qaçmışdır. Həmin vaxt kənd yolunda onun qarşısına Kəndoba kənd sakini, əvvəlcədən tanıdığı Seyyubun oğlu Asif çıxmışdır. O, Asifə yol-nəqliyyat hadisəsi törətdiyini və yaralılara kömək göstərilməli olduğunu bildirmişdir. Asif atasının mobil nömrəsinə zəng vuraraq qəza törətməyi barədə məlumat vermişdir. Bundan sonra Asiflə birlikdə piyada hərəkət edərək hadisə yerinə geri qayıtmışlar. Onlar oraya çatdıqda artıq orada bir neçə nəfər adam var imiş. Həmin şəxslər həmin vaxt yaralılara kömək edirlərmiş. Bundan sonra o, avtomobilə mindirilərək Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində bildirmişdir ki, ümumiyyətlə içki içmir, siqaret çəkmir, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etmiş, sonuncular ondan şikayətçi deyil, X47un yas mərasimində özü və valideyinləri iştirak etmiş, yas və digər xərclərlə bağlı köməklik təklif etmiş, həmçinin mərhumun hüquqi varisi X17 ilə dəfələrlə barışığa cəhd etsə də, sonuncu onu bağışlamamış və maddi köməkliyini qəbul etməmişdir. Ona görə də, vurmuş olduğu mənəvi və maddi ziyanın əvəzi kimi məhkəmənin depozit hesabına 10000 (on min) manat pul qoymuşdur. Məhkəmədən bu halın, eləcə də, ailəli olmasını, himayəsində iki azyaşlı uşağnın olmasını, əvvəllər məhkum olunmamasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında mərhum zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Cəlayır kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəlcədən tanıyır. Onlarla düşmənçiliyi və ədavəti yoxdur. X18 onun qardaşıdır. 11 fevral 2022-ci il tarixdə Ağsu rayonu Kəndoba kənd sakini Şahid1 yaşadığı evdə təşkil etdiyi toy məclisinə onu və qardaşı X47u da çağırıbmış. 11 fevral 2022-ci il tarixdə saat 20 radələrində dəvət edildiyi Ağsu rayonu Kəndoba kəndindəki toya getmişdir. Həmin tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və qardaşı Səfər Ədilov həmin toy məclisinə gələrək eyni masada əyləşmışlər. O, onlardan ayrı masada əyləşibmiş. Həmin vaxt Bakı şəhərindən gəlmiş meyxanaçılar arasında deyişmə keçirilirmiş, Təqsirləndirilən şəxs sonradan gələrək mərhum qardaşı Səfər Ədilovla eyni masada əyləşmişdir. Bundan sonra təxminən bir saat ərzində meyxana deyişməsini seyr etmişlər. Həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və qardaşı Səfər Ədilov birlikdə toy məcilisini tərk edib getmişlər. Bundan bir neçə dəqiqə sonra toy məclisində olan zaman kənd sakinlərindən Təqsirləndirilən şəxs yük avtomobili ilə Kəndoba kəndinin yaxınlığından keçən şose yolda yol-nəqliyyat hadisəsi törətdiyini, avtomobildə sərnişin olan qardaşı Səfər Ədilovun, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət aldıqlarını eşitmişdir. Bundan sonra dərhal hadisə yerinə getmişdir. Orada olarkən DİN-in “102” xidməti-zəng mərkəzinə hadisə barədə məlumat vermişdir. Daha sonra qardaşı Səfər Ədilov və digərləri ilkin tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Təqsirləndirilən şəxsı hadisə yerində görməsə də xəstəxanada görmüşdür. Səfər Ədilovun qəza nəticəsində aldığı xəsarətlərin ağır olduğunu görüb onu 12 fevral 2022-ci il tarixdə Bakı şəhərində yerləşən 1 saylı X31 aparmışlar. Lakin həkimlər qardaşı Səfər Ədilovun həyatını xilas edə bilməmişdir. 12 fevral 2022-ci il tarixdə Səfər Ədilov həmin xəstəxanada ölmüşdür. Daha sonra X17 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq təqsirləndirilən şəxsin hadisə günü içkili olduğunu bildirsə də, sonradan həmin xüsusatı təqsirləndirilən şəxsə qarşı əsəbləşdiyi üçün dediyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmamışlar, məhkəmənin depozit hesabına qoyulan pulu qəbul etmirlər, ondan şikayətçidirlər, maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Ağsu rayonu Hacıuşağı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və mərhum X11 əvvəlcədən tanıyır. Onlarla düşmənçiliyi və ədavəti yoxdur. 11 fevral 2022-ci il tarixdə saat 22 radələrində Ağsu rayonu, Kəndoba kənd sakini Şahid1 təşkil etdiyi toy məclisinə tanışları Zərərçəkmiş şəxs1 və Səfər Ədilov ilə birlikdə getmişlər və bir masada oturmuşlar. Həmin vaxt Bakı şəhərindən gəlmiş meyxanaçılar arasında deyişmə keçirilirmiş. Onlar masaya əyləşdikdən sonra tanışı Təqsirləndirilən şəxs da yanlarına gələrək onlarla eyni masada əyləşmişdir. Bundan sonra təxminən bir saat ərzində meyxana deyişməsini seyr etmişlər. Həmin tarixdə saat 23 radələrində yaşadığıqları evə getmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs onu, Zərərçəkmiş şəxs1 və X47u öz avtomobili ilə yaşadıqları evlərə apara biləcəyini bildirdikdə onlar razılaşıb Təqsirləndirilən şəxs ağ rəngli, “Mercedes-Benz Sprinter” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə minmişlər. O, avtomobilin qarşı tərəfində sərnişinlər üçün ayrılmış yerdə, sürücünün yanında oturmuşdur. Zərərçəkmiş şəxs1 də onun yanında oturmuşdur. X47 sərnişin oturacağının az olması səbəbindən onun qucağında oturmuşdur. Bundan sonra onlar Kəndoba kəndindən çıxaraq həmin avtomobillə yolda düşmüşlər. Təqsirləndirilən şəxs kənd yolunda avtomobilini yüksək surətlə idarə etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs avtomobili yavaş sürməsini tələb etmişdir. Təqsirləndirilən şəxs anasının səhhətinin pisləşdiyini, təcili ona dərman vasitələri almalı olduğundan avtomobili surətlə idarə etməli olduğunu demişdir. O, bundan sonra Təqsirləndirilən şəxs heçnə deməmişdir. Bir neçə dəqiqə yol getdikdən sonra qarşıda yolun bitidiyini və şose yola birləşdiyini görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobili 130 km/saat surətlə idarə edirmiş. Təqsirləndirilən şəxs əyləcə bassa da avtomobili saxlaya bilməmiş və idarəetməni itirərək avtomobili Kəndoba kəninin yaxınlığından keçən şose yolun kənarındakı kolluq sahəyə aşırmışdır. Daha sonra olanlardan xəbəri olmamışdır. O, gözlərini açanda artıq Ağsu rayon Mərkəzi Xəstəxanasında olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsi iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Cəlayır kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və mərhum X11 əvvəlcədən tanıyır. Onlarla düşmənçiliyi və ədavəti yoxdur. 11 fevral 2022-ci il tarixdə saat 22 radələrində Ağsu rayonu Kəndoba kənd sakini Şahid1 yaşadığı evdə təşkil etdiyi toy məclisinə tanışları Zərərçəkmiş şəxs2 və Ədilov Səfərlə birlikdə getmiş və eyni masada əyləşmişlər. Həmin vaxt Bakı şəhərindən gəlmiş meyxanaçılar arasında deyişmə keçirilirmiş. Onlar masaya əyləşdikdən sonra tanışı Təqsirləndirilən şəxs da yanlarına gələrək onlarla eyni masada əyləşmişdir. Bundan sonra təxminən bir saat ərzində meyxana deyişməsini seyr etmişlər. Həmin tarixdə saat 23 radələrində yaşadıqları evə getmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs onu, Zərərçəkmiş şəxs2 və X47u öz avtomobili ilə yaşadıqları evlərə apara biləcəyini bildirmişdir. Onlar razılaşıb Təqsirləndirilən şəxs “Mercedes-Benz Sprinter” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə minmişlər. Zərərçəkmiş şəxs2 avtomobilin qarşı tərəfində sərnişinlər üçün ayrılmış yerdə, sürücünün yanında, o, isə digər oturacaqda oturmuşdur. X47 sərnişin oturacağının az olması səbəbindən Zərərçəkmiş şəxs2 qucağında oturmuşdur. Bundan sonra onlar Kəndoba kəndindən çıxaraq həmin avtomobillə yolda düşmüşlər. Təqsirləndirilən şəxs kəndin şose yolunda avtomobilini yüksək surətlə idarə etməyə başlamışdır. Zərərçəkmiş şəxs2 Rəşadan avtomobili yavaş sürətlə sürməsini tələb etmişdir. Təqsirləndirilən şəxs anasının səhhətinin pisləşdiyini və təcili ona dərman vasitələri almalı olduğundan avtomobili surətlə idarə etdiyini bildirmişdir. Bir neçə dəqiqə yol getdikdən sonra qarşıda yolun bitidiyini və şose yola birləşdiyini görmüşlər. O, qışqıraraq yolun bitdiyini deyib əyləcə basmasını ondan istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobili təxminən 120-130 km/saat surətlə idarə edirmiş. Təqsirləndirilən şəxs əyləcə bassa da avtomobili saxlaya bilməmişdir. Bundan sonra o, idarəetməni itirərək avtomobili Kəndoba kəninin yaxınlığından keçən şose yolun kənarındakı kolluq sahəyə aşırmışdır. Qəzanın təsirindən o, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və X47 avtomobilin ön şüşəsindən çıxaraq kolluq əraziyə çırpılmışdır. Təqsirləndirilən şəxs bir neçə dəqiqədən sonra özünə gəlib xəsarət alıb-almadıqlarını soruşmuşdur. O və digərləri əzildiklərini bildirmişlər. O, müxtəlif dərəcəli xəsarətlər alıbmış. Təqsirləndirilən şəxs kolluq sahədən çıxaraq Kəndoba kəndində tərəf qaçmışdır. Bir neçə dəqiqə sonra yanlarına üzlərini xatırlamadığı şəxslər gələrək onları təcili tibbi yardım avtomobilinə mindirmişlər. Bundan sonra onu təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 daha sonra ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq məhkəmədə təqsirləndirilən şəxsin hadisə günü içkili olmasını bildirsə də, sonradan bu xüsusatı qərəzli olaraq dediyini bildirmiş, əslində isə Təqsirləndirilən şəxs hadisə günü içkili olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxsla barışdığını, sonuncunun ona dəymiş ziyanı ödədiyini və Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Ağsu rayonu Kəndoba kəndində yaşayır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və mərhum X11 uzun müddətdir ki, tanıyır. Onlarla arasında ədavət və ya düşmənçilik yoxdur. 11 fevral 2022-ci il tarixdə yaşadığı evdə, azyaşlı oğlu Əkbər Həsənova kiçik toy məclisi təşkil edibmiş. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X47u və təşkil etdiyi, el arasında “toy axşamı” deyilən toy məclisinə dəvət etmişdir. 11 fevral 2022-ci il tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs1, X47 və Zərərçəkmiş şəxs2 birlikdə toy məclisinə gəlmiş və o, onları qarşılayaraq masaların birində əyləşdirmişdir. Həmin vaxt Bakı şəhərindən gəlmiş meyxanaçılar arasında deyişmə keçirilirmiş. Daha sonra Təqsirləndirilən şəxs məclisə gələrək Zərərçəkmiş şəxs1, X47un və Zərərçəkmiş şəxs2 əyləşdikləri masada oturmuşdur. Həmin tarixdə saat 23 radələrində toy məclisi artıq yekunlaşırmış. Həmin ərəfədə adını xatırlamadığı tanışlarından biri onun mobil nömrəsinə zəng vuraraq Təqsirləndirilən şəxs yaşadıqları kəndin yaxınlığından keçən yolda avtomobil qəzası törətdiyini, Səfər Ədilovun və avtomobilində sərnişin olan digər şəxslərin xəsarət almasını bildirmişdir. Bundan sonra dərhal o, hadisə yerinə getmişdir. O, hadisə yerinə çatanda oraya çoxlu insanlar toplaşıbmış. Bundan sonra su kanalını keçərək Təqsirləndirilən şəxs yük avtomobilinin aşdığı kolluq əraziyə daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X47 halsız vəziyyətdə yerdə uzanıbmışlar. O, oradakı digər şəxslərlə köməkləşib onları təcili tibbi yardım avtomobilinə mindirmişdir. Bundan sonra hadisədən xəsarət almış şəxslər ilkin tibbi yardım göstərilməsi üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Şahid qismində dindirilmiş Şahid1 əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs toy məclisində spirtli içki qəbul etməmişdir. Çünki o, gələndə artıq stolların üzərindəki spirtli içkilər yığılmış və stəkanlarda çay paylanılırmış. Birinci instansiya məhkəməsi iclasında şahid kimi dəvət olunmuş Şahid2 ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Ağsu rayonu Kəndoba kəndində yaşayır. Onu kənd camaatı “Aska” və ya “Asif” ləqəbi ilə çağırır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və mərhum X11 uzun müddətdir ki, tanıyır. Onlarla arasında ədavət və ya düşmənçilik yoxdur. 11 fevral 2022-ci il tarixdə Ağsu rayonu Kəndoba kənd sakini Şahid1 yaşadığı evdə təşkil etdiyi toy məclisinə onu dəvət edibmiş. Toy məclisinə gedərək orada iştirak etdikdən sonra həmin tarixdə saat təxminən 23 radələrində piyada hərəkət edərək yaşadığı evə gəlirmiş. Onun yaşadığı ev Kəndoba kəndinin çıxışına yaxın yerdə yerləşir. O, yaşadığı evə yaxınlaşan zaman yolla ona tərəf bir nəfər şəxsin qaçdığını görmüşdür. Həmin şəxs ona yaxınlaşdıqda onun əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs onun yanına gələrək Kəndoba kəndinin yaxınlığından keçən yolda avtomobilini aşırtmasını, nəticədə özünün və avtomobilində sərnişin olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X47un xəsarət aldığını və həmin şəxslərə kömək göstərilməli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan atasının mobil nömrəsinə zəng vurub bu barədə məlumat verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs atası Yaşarın mobil nömrəsinə zəng vurub ona Rəşadın Kəndoba kəndinin yaxınlığından keçən şose yolda yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Yaşar dərhal hadisə yerinə gələcəyini demiş və telefon əlaqəsini bitirmişdir. Bundan sonra o, piyada hərəkət edərək hadisə yerinə getmişlər. Daha sonra Təqsirləndirilən şəxs avtomobilə mindirilərək Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə yerində olan şəxslər yaralıların kolluqdan çıxarılmasına kömək edirmış. O, kolluq əraziyə yaxınlaşaraq Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X47un təcili tibbi yardım avtomobilinə mindirilməsi üçün kömək göstərmişdir. Daha sonra adlarını sadaladığı şəxslər təcili tibbi yardım avtomobilinə mindirilərək Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Şahid qismində dindirilmiş Şahid2 əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs toy məclisində spirtli içki qəbul edib-etməməsindən məlumatı olmamışdır, çünki o, ayrı masada əyləşmişdir. Birinci instansiya məhkəməsi iclasına şahid kimi dəvət olunmuş Ağsu RPŞ-nin İQ-nin müstəntiqi, polis baş leytenantı X27 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və mərhum X6 qardaşı X12 icraatında olan iş üzrə tanıyır. Onlarla arasında ədavət və ya düşmənçilik yoxdur. Hadisə ilə əlaqədar cinayət işi başlanmış və həmin iş üzrə ibtidai istintaqın aparılması ona həvalə edilmişdir. Hadisə günü onun iştirakı ilə Təqsirləndirilən şəxs qan nümunəsi götürülmüş və sərxoşluq müayinəsindən keçmişdir. Sərxoşluq müayinəsindn keçən zaman onda sərxoşluq aşkar edilməmiş, eyni zamanda qanında spritli içki aşkar edilməmişdir. Zərər çəkmiş şəxslər və şahidlər də ifadə verdikləri zaman Təqsirləndirilən şəxs içkili olmadığını bildirmişlər. Təqsirləndirilən şəxsin içkili olması ilə bağlı ibtidai istintaq zamanı heç kim müraciət etməmişdir. Eyni zamanda sərxoşluq müayinəsindən keçirildikdən sonra rəyin düzgün olub-olmaması mübahisələndirilməmişdir. X43 və Zərərçəkmiş şəxs1 ziddiyətli ifadə verməsinin səbəbi onlar arasında problem olmasıdır. Birinci instansiya məhkəməsi iclasına şahid kimi dəvət olunmuş Ağsu RMX-nin PHŞdə feldşer vəzifəsində işləyən X14 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan tədqiqat üçün qan nümunəsi götürülən zaman tanımışdır. Onunla arasında ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs qan nümunəsi götürülən zaman tanımışdır. Qan nümunəsi götürülən zaman Təqsirləndirilən şəxs sərxoşluq hiss olunmurdu, ayıq idi. Qan nümunəsinin götürülməsində müstəntiq Samir Məmmədov iştirak etmişdir. Birinci instansiya məhkəməsi iclasına şahid kimi dəvət olunmuş Ağsu RMX-nin PHŞdə X25 müdiri vəzifəsində işləyən X19 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə əlaqədar müayinə edən zaman tanımışdır. Onunla arasında ədavət və ya düşmənçilik yoxdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs sərxoşluq aşkar edilməmişdir. Bundan başqa müayinə vaxtı onun ağzından da alkaqol iysi gəlməmişdir. Bu barədə rəydə müvafiq qeydlər aparılmışdır. Hadisə günü akt tərtib edilərək Təqsirləndirilən şəxs müstəntiq Samir Məmmədovun iştirakı ilə qan nümunəsi götürüldü. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 00:00-dan saat 00:30-dək yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı aşma yol-nəqliyyat hadisəsinin baş verdiyi yerin Ağsu şəhərindən Ağsu rayonu, Hacıuşağı kəndi istiqamətində olduğu, Ağsu rayonu Kəndoba kəndinin yaxınlığından keçən şose yol olması, yolun hərəkət hissəsinin düz, örtüyünün asfalt, örtüyün vəziyyətinin quru, yol örtüyünün eninin 8 metr olması, yolun hər biri 4 metr enində olmaqla iki hərəkət zolağından ibarət olması, yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xəttinin olmaması, yolun hərəkət hissəsinə sağdan çökəklik, soldan Ağsu rayonu Kəndoba kəndinə gedən yol, sonra sağdan su kanalı və kolluq ərazi, soldan çöllük ərazi, hərəkətin nizamlama üsulunun müəyyən edilməməsi, yolun işıqlandırlmaması, Ağsu rayonu Kəndoba kəndinin ərazsindən keçən yolun şose yola birləşdiyi yerdə, yolun sağ ehtiyyat hissəsində “Yol ver” nişanının yerləşməsi, sürücü yerindən faraların işığında görünüş məsafəsinin uzaq işıqda 40 metr, yaxın işıqda 20 metr olması, gecə vaxtı olduğu üçün hadisə yerində nəqliyyat vasitəsinin vəziyyətinin müəyyən edilmədiyi, nəqliyyat vasitəsinin kolluq sahəyə aşdığı, şinlərin izlərinin müəyyən etmək mümkün olmadığı, tormoz izini müəyyən etmək mümkün olmadığı, nəqliyyat vasitəsinin yol ayrıcını düz keçməklə su kanalının üzərindən kolluğa aşması, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğunun müəyyən edilmədiyi, nəqliyyat vasitəsinin şose yolun kənarından kolluq sahəni yarması müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:30-dan saat 11:20-dək yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı aşma yol-nəqliyyat hadisəsinin baş verdiyi yerin Ağsu rayonu Kəndoba kəndinin yaxınlığından keçən şose yol olması, yolun hərəkət hissəsinin düz, örtüyünün asfalt, örtüyün vəziyyətinin quru, yol örtüyünün eninin 8 metr olması, yolun hər biri 4 metr enində olmaqla iki hərəkət zolağından ibarət olması, yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xəttinin olmaması, yolun hərəkət hissəsinə soldan Ağsu rayonu Kəndoba kəndinə gedən yol, sağdan çökəklik, su kanalı və kolluq sahə birləşməsi, yolun işıqlandırlmaması, Ağsu rayonu Kəndoba kənd avtomobil yolunun yol şose yola birləşdiyui yerdə, yolun sağ ehtiyyat hissəsində “Yol ver” nişanının yerləşməsi, ağ rəngli, “Mercedes-Benz Sprinter” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı, yük avtomobilinin yolun hərəkət hissəsindən 35 metr, yol ayrıcından 43 metr, çökəklikdən 33 metr, su kanalından 17 metr uzaqlıqda yerləşməsi, Ağsu-Hacıuşağı şose yolunun Ağsu rayonu Kəndoba kəndinin yaxınlığından keçən hadisənin baş veridiyi hərəkət hissəsində, yolun kənarından 02 metr məsafədə ağ rəngli, “Mercedes-Benz Sprinter” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı, yük avtomobilinə məxsus sürtünmə izi yerləşməsi, tormozlama izinin olmaması, hadisə zamanı ağ rəngli, “Mercedes-Benz Sprinter” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı, yük avtomobilinin Ağsu rayonu Kəndoba kəndi istiqamətindən gəlməklə yol ayrıcını düzünə keçərək, çökəkliyin və su kanalının üzərindən kolluq sahəyə aşması və həmin kolluq sahəsini 17 metr uzunluqda yarması müəyyən edilmişdir. Hadisə yerinin sxemi müstəntiq tərəfindən çəkilərək hal şahidlərinin imzası ilə təsdiq edilərək iş materiallarına əlavə edilmişdir. Tədqiqatın aparılması üçün nümunələrin götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Məhkəmə-Kimya şöbəsinə göndərilməsi məqsədi ilə Təqsirləndirilən şəxs qram qan nümunəsi, qramlıq şpris vasitəsilə sağ qolunun vena damarından çəkilərək şiprisə doldurulmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 12 fevral 2022-ci il tarixli 90 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02:00-da keçirilən müayinə zamanı sərxoş olmamışdır. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, X18 yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən ölməsi nəzərə alınaraq onun zərər çəkmiş şəxs kimi tanınması və onun hüquq və vəzifələrinin hüquqi varisinə elan olunması qərara alınmışdır. X9 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində onun yox, qaynı X8 tanınmasını xahiş etmişdir. “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, X6 qardaşı X17 cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. Təqsirləndirilən şəxs AB № 784235 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, onun sürücülük vəsiqəsi “B” kateqoriyalı olmaqla xx.xx.2022-ci il tarixədək qüvvədədir. AD № 766280 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şöhadətnaməsinin surətindən görünür ki, “Mercedes-Benz Sprinter” yük markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X44 25 fevral 2022-ci il tarixli, 707/K saylı aktından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X33 12 fevral 2022-ci il tarixli 13/MEŞ saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü X6 meyitinin məhkəmə-tibbi müayinəsinə, tibbi sənəddə yazılanlara və əlavə laborator müayinənin cavabına əsaslanaraq, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun ekspert aşağıdakı nəticəyə gəlinmişdir:

1. X6 meyitində alnın yumşaq toxumalarının iç səthinə qansızma, alının sıyrığı, sol alın qabarı-qaşüstü nahiyəsinin əzilmiş-didilmiş yaraları, sol qaşüstü nahiyənin əzilmiş yarası, sol göz yuvası ətrafının qançırı və üst göz qapağının sıyrığı, sağ qaş qövsünün əzilmiş yarası, sağ almacıq nahiyəsinin, alt çənənin dodaqlatı nahiyəsinin sıyrıqları, burun belinin sıyırığı, sol əlinin arxa səthinin çoxsaylı sıyrıqları, sol qalça qanadı nahiyəsinin, sağ baldırın yuxarı və aşağı 1/3-nin ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin, sol ayaq pəncəsinin ön-iç səthinin qançırları, sağ said sümüklərinin distal hissəsinin, sağ bud-çanaq oynağı nahiyəsində oturaq-qasıq sümüyünün sınığı və kiçik çanağın yumşaq toxumalarının qanla imbibisiyası, dərin venaların zədələnməsi, sağ baldır sümüklərinin ikili sınıqları, sol incik sümüyünün sınığı və sol ayaq pəncəsinin daraqarxası sümüklərinin sınıqları aşkar edilmişdir. 2. Qeyd olunan xəsarətlər həyati olub bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qararın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərlə ölümün səbəbi arasında birbaşa səbəbli əlaqə vardır. 3. X6 ölümünün bilavasitə səbəbi travmatik şokla müşayiət olunan çanaq, sağ baldır sümüklərinin çoxsaylı sınıqları və dərin venaların zədələnməsi, trombozi ilə əlaqədar baş vermiş ağciyər arteriyası şaxələrinin tromboemboliyası olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə saat 17:30-da X34 baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X33 28 mart 2022-ci il tarixli, 53 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində büzdüm sümüyündə araxa yuxarıya yerdəyişmiş sınıq və oma sümüyünün sol hissəsində S4 və S5 səviyyədə sol sakral foramena keçən boylama xətti sınığı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən avtomobil qəzası zamanı minik avtomobilinin içərisində gedərkən küt hissələrinin təsirindən törənə bilərlər, törənmə müddətləri qararda göstərilən vaxta-yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X33 28 mart 2022-ci il tarixli, 54 saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü X3 bədən səthində sağ baldır sümüklərinin yuxarı və aşağı 1/3-nin ikili yerdəyişmiş qəlpəli sınıqları, L2 bel fəqərəsinin kompression qəlpəli sınığı. T-12 arxa çıxıntısının sınığı. Sağ İY-Y və sol X-Xİ-Xİİ qabırğalarının sınığı. Sol tış topuğunun yerdəyişmiş sınığı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən avtomobil qəzası zamanı minik avtomobilinin içərisində gedərkən küt hissəslərinin təsirindən törənməsi mümkündür, törənmə müddətləri qararda göstərilən vaxta yəni, xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X33 28 mart 2022-ci il tarixli, 55 saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində başın sol gicgah nahiyyəsinin və alt çənə nahiyyəsinin yaraları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən avtomobil qəzası zamanı minik avtomobilinin içərisində gedərkən küt hissəslərinin təsirindən törənməsi mümkündür, törənmə müddətləri qararda göstərilən vaxta-yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2022-ci il tarixli 8/890 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə X30 markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs X30 markalı avtomobilin kabinasında texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda adam daşıdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasın Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs X30 markalı avtomobili yaşayış məntəqəsindən kənarda 90 km/saatdan artıq, yəni 130 km/saat surətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasın Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 23 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb olunması və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində CM-nin 263-1 və 264-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələrinin, 12 fevral 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolunun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizasının 13 aprel 2022-ci il tarixli 8/890 saylı rəyinin, Ağsu rayon Mərkəzi Xəsəxanası PHŞ-nin 12 fevral 2022-ci il tarixli 90 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında aktının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X33 28 mart 2022-ci il tarixli, 53, 54, 55 saylı rəylərinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X33 12 fevral 2022-ci il tarixli 13/MEŞ saylı rəyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X44 25 fevral 2022-ci il tarixli, 707/K saylı məhkəmə-kimyəvi aktının və cinayət işinin materiallarına əlavə edilmiş digər mötəbər sənədlərin sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 fevral 2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 182 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispenser qeydiyyata götürülməmişdir (Əsas: “Ağsu RMX” PHŞ-in 1845 nömrəli ambulator tibbi kartası). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X51 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-312-593-1222 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs AB № 784235 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixədək aktivdir. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən 18 aprel 2013-cü il tаrixdə verilmiş АZ-İ № 822786 saylı nikah haqqında şəhаdətnаmədən görünür ki, həmin tаrixdə Təqsirləndirilən şəxs оğlu ilə X24 аrаsındа nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 aprel 2013-cü il tarixdə 132 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Salahov və arvada Salahova soyadı verilmişdir. Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən 15 avqust 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 799365 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2016-cı il tаrixdə Ağsu rayonu Ağsu şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 15 avqust 2016-cı il tarixdə 711 № ilə qeyd edilmişdir. Atası Təqsirləndirilən şəxs оğlu, anası X15r. Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş AZ-İV № 555840 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2014-cü il tаrixdə Ağsu rayonu Ağsu şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 16 aprel 2014-cü il tarixdə 307 № ilə qeyd edilmişdir. Atası Təqsirləndirilən şəxs оğlu, anası X15r. Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Kəndoba Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15 fevral 2022-ci il tarixli 59 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun ailə tərkibi: arvadı – xx.xx.1993-cü il təvəllüdlü X21, qızı – xx.xx.2014-cü il təvəllüdlü X20 və oğlu- xx.xx.2016-cı il təvəllüdlü X22r. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 263.2-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İşdən görünür ki, dövlət ittihamçısı verdiyi apellyasiya protestində hazırkı cinayət işinin faktiki halları və təqsirləndirilən şəxsin əməlinin tövsifi deyil, yalnız cəza məsələsi mübahisələndirilmişdir. Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ağsu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(016)-43/2022 saylı hökmünün Təqsirləndirilən şəxs yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi müəyyən edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül rejimli cəza, yəni təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunurlаr; İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Kəndoba Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarxili xasiyyətnamədən görünür ki, xx xxxxxxxx 1988-ci ildə Ağsu rayonu, Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, kişi, ailəli, tam orta təhsilli, heç bir yerdə işləməyən Təqsirləndirilən şəxs Ağsu rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla və orada yaşamaqla kənd camaatı ilə yaxşı münasibətdədir. Təvazökarlığı və səmimiyyəti ilə öz həmyaşıdları arasında dərin hörmət qazanmışdır. Onun himayəsində 2 azyaşlı övladı var. Ailə üzvləri 4 nəfərdən ibarətdir və ailəyə yeganə qazanc gətirən odur. Ailə üzvlərindən heç biri işləmir. Təqsirləndirilən şəxs kəndin xeyir-şər işlərində yaxından iştirak edir və bu xüsusiyyətlərinə görə kənd ağsaqqallarının hörmətini qazanmışdır. O, dövlətin apardığı uğurlu siyasəti dəstəkləyir və dövlətin keçirdiyi tədbirlərdə yaxından iştirak edir. Təqsirləndirilən şəxs ailə və məişətdə özünü nizam-intizamlı aparır. O, kənd əhalisi arasında özünü nümunəvi şəxs kimi tanıdıb. Onun barəsində kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Dördüncüsü, təqsirləndirilən şəxs ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi, Təqsirləndirilən şəxs оğlunun himаyəsində 2 azyaşlı övladı olmaqla аilədə yegаnə qаzаnc gətirən kişi оlmаqlа, hаzırdа аiləsinin necə mənəvi və mаddi sarsıntı keçirməsi, оnun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi аiləsinin mənəvi sarsıntısını daha da ağırlaşdıra bilər. Cinаyət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu müddəa cəzanın ailə həyatının mənəvi tərəfinə təsirini də özündə ehtiva edir; Altıncısı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onun barəsində daha ağır həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi onun hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Yeddincisi iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmış ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X17 ilə də barışıq əldə etməyə cəhd göstərmiş, bundan əlavə 31 avqust 2022-ci il tarixli BPM**********88 mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ******************** nömrəli hesaba B41, Yeni Depozit mədaxil təyinatı üzrə 10000 manat pul köçürülmüşdür. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da ilk növbədə onun himаyəsində оlаn azyaşlı uşaqlarının fiziki, əqli və mənəvi cəhətdən inkişaflarına pis təsir göstərər. Belə ki, BMT Baş Assambleyanın 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyümələrini vurğulamışdır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi qeyd edilmişdir. Göründüyü kimi BMT Baş Assambleyanın və BMT Konvensiyasının bu prinsipləri baxımından da Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsini məqsədə uyğun hesаb etmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni aşağı həddə azadlıqdan məhrumetmə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(016)-43/2022 saylı hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qərara aldı:

Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(016)-43/2022 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar