Məhkəmə qərarları › İş №1(107)-452/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-452/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-452/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibаrət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(024)-58/2022 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 06 oktyabr 2022-ci il tarixli, 1(024)- 58/2022 nömrəli hökmü ilə xx.xx.1996-cı ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci, il tarixli 395-VİQR nömrəli qərarının 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 06 ay azaldılmış, Zaqatala rayonu İcra və Probasiya şöbəsinin 16 fevral 2022-ci il tarixli qərarı ilə “8 noyabr Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş, işsiz, Zaqatala rayonu Aşağı Tala kəndində pasport qeydiyyatında olmaqla tutulana qədər orada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli onun tutulduğu 12 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi; xx.xx.1998-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Zaqatala rayonu Aşağı Tala kəndində pasport qeydiyyatında olmaqla, orada yaşayan, barəsində Qax Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulub 12 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək həbsdə və 14 iyun 2022-ci il tarixdən 06 oktyabr 2022ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətin ona təyin edilmiş cəzadan çıxılması və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən evinin hüdudlarını gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəli Zaqatala rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi, iş üzrə mülki iddianın təmin edilməsi və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada 7100 manat pulun alınıb Zərərçəkmiş şəxs verilməsi, iş üzrə maddi sübut olan 03 (üç) ədəd qızıl üzüyün Zərərçəkmiş şəxs geri qaytarılmasının nəzərə alınması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını talamaq məqsədilə saxlanc yerinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə 06 iyun 2022-ci il tarixdə saat 21 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Qax şəhəri Müslüm Maqomayev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə, yəni, yaşayış evinin darvazasının üzərindən evin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, evin pəncərəsini vintaçanla açmaq yolu ilə evə daxil olmuş, oradan 1 ədəd 750 əyarlı dəyəri 2200 manat olan qızıl boyunbağını, 2 ədəd 750 əyarlı dəyəri 700 manat olan bir cüt qızıl sırğanı, 1 ədəd 750 əyarlı dəyəri 500 manat olan qızıl üzüyü, 1 ədəd 700 əyarlı dəyəri 700 manat olan qızıl qolbağını, 3 ədəd 750 əyarlı dəyəri 1500 manat olan qızıl üzükləri, 1 ədəd 750 əyarlı dəyəri 1100 manat olan qızıl üzüyü, 1 ədəd 750 əyarlı dəyəri 2800 manat olan qızıl boyunbağını, 3 ədəd 750 əyarlı dəyəri 1500 manat olan qızıl üzükləri gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 11000 manat miqdarında, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını talamaq məqsədilə saxlanc yerinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə 06 iyun 2022-ci il tarixdə saat 21 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Qax şəhəri Müslüm Maqomayev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq etmək qərarına gəldikləri üçün, həmin evin yaxınlığında dayanmış, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə, yəni, yaşayış evinin darvazasının üzərindən evin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, evin pəncərəsini vintaçanla açmaq yolu ilə evə daxil olmuş, oradan 1 ədəd 750 əyarlı dəyəri 2200 manat olan qızıl boyunbağını, 2 ədəd 750 əyarlı dəyəri 700 manat olan bir cüt qızıl sırğanı, 1 ədəd 750 əyarlı dəyəri 500 manat olan qızıl üzüyü, 1 ədəd 700 əyarlı dəyəri 700 manat olan qızıl qolbağını, 3 ədəd 750 əyarlı dəyəri 1500 manat olan qızıl üzükləri, 1 ədəd 750 əyarlı dəyəri 1100 manat olan qızıl üzüyü, 1 ədəd 750 əyarlı dəyəri 2800 manat olan qızıl boyunbağını, 3 ədəd 750 əyarlı dəyəri 1500 manat olan qızıl üzükləri gizli yolla talayaraq zərəçəkmiş şəxsə ümumilikdə 11000 manat miqdarında, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə M.Maqomayev küçəsi ev 15-də ona məxsus mənzildən həyat yoldaşı və gəlininə aid qızıl-zinət əşyaları Zaqatala şəhər sakinləri Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 tərəfindən qarət üsulu ilə oğurlanmışdır. Cinayətkarlar qısa müddətdə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb olunmuşdur. Dəyəri 11050 manat olan qızıl-zinət əşyalarının böyük qismini əlbir olduqları xalası Şahid1 köməyi ilə tez bir vaxta satmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qardaşları Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3. və 177.2.4.-cü maddələri ilə təqsirləndirərək barələrində cinayət işi açılmışdır. Lakin, sadəcə Təqsirləndirilən şəxs1 haqqında həbs qəti imkanı seçilmiş, qardaşı Təqsirləndirilən şəxs2 ev dustaqlığına buraxılmış, əlbir olduqlan xalası Şahid1 haqqında heç bir tədbir görülməmişdir. Bildirir ki, ona dəymiş 11050 manat həcmindəki zərərin yalnız 3900 manatı polis əməkdaşlarının səyi ilə onlardan zorla alınmış və ona qaytarılmışdır. Lakin, dəymiş zərərin qalan hissəsi bu günə kimi nə azadlıqda olan Təqsirləndirilən şəxs2, nə də atası Şahid5 tərəfindən ona ödənilməyib, ödəmək kimi fikirləri də yoxdur. xx.xx.2012, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində baş tutan 3 (üç) məhkəmə iclasının heç birində istintaq materialları düzgün qiymətləndirilməmiş, CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinin tələbləri yerinə yetirilməmiş və düzgün qərar qəbul edilməmişdir. Ona dəymiş zərərin ödənilməsi isə təmin edilməmişdir. O, Qax Rayon Məhkəməsinin qərarı ilə razı deyildir. Göstərilənlərə əsasən Qax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(024)-58/2022 nömrəli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs2 həbs olunmasını apellyasiya məhkəməsindən xahiş edir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilməyib. Ona ümumilikdə 11000 manat ziyan dəyib. Həmin məbləğdən təqsirləndirilən şəxslər tərəfindən cəmi 3000 manat ödənilib. Onun təqsirləndirilən şəxslərlə heç bir ədavəti yoxdur. Onları əvvəllərdə tanımamışdır. Onların həbs olunmaqlarını da istəmir, sadəcə ona dəymiş ziyanı ödəsinlər. Təqsirləndirilən şəxslərin maşını da var, mülkləri də. Atalarına dəfələrlə demişdir ki, maşını, mülklərini satsın, kredit götürsün və ona dəymiş ziyanı ödəsinlər. Təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmək fikirləri yoxdur. Ona görə də ona dəymiş ziyan ödənilmədiyi təqdirdə Qax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(024)-58/2022 nömrəli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs2 həbs olunmasını xahiş edir. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Abdulla Abdullayev çıxışında bildirdi ki, Qax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(024)-58/2022 nömrəli hökmünün birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının Təqsirləndirilən şəxs2 münasibətdə istədiyi cəza həddində dəyişdirilməsinə etiraz etmir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi X4 çıxışında qeyd etdi ki, müdafiə etdiyi Elxan Canıyevə münasibətdə şikayət yoxdur. Apellyasiya şikayətinə münasibətdə isə bildirdi ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi X6 çıxışında bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs2 bu işdə heç bir günahının olmamasını, oğurluq hadisəsini qardaşı Elxan Canıyevin törətməsini, Qax rayonuna birlikdə getsələrdə onun oğurluq hadisəsindən xəbərinin olmadığını, sadəcə küçənin başında dayanıb qardaşını gözləməsini bildirdi, ona görə də apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Bundan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, onun belə işlərdən anlayışı yoxdur. Ona görə də apellyasiya şikayəti verməli olduğunu bilməmişdir. İbtidai istintaq dövründə onu döyüblər. Döyülməyi ilə bağlı prokurorluq orqanına şikayət etməmişdir. Dəymiş ziyanı bir dəfəyə ödəməyə imkanı yoxdur. O, ayda 200 manat olmaqla dəymiş ziyanı ödəyə bilər. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs1 bildirdi ki, oğurluq hadisəsini o tək törətmişdir. Zərərçəkmiş şəxsin evinə girib qızılları oğurlamışdır. Bunu özü etiraf edir. O, qardaşına Qax rayonuna getməyi təklif edəndə, o, bilmirdi ki, oğurluq etməyə gedir. Həmin vaxt üzərində əlcək və vintaçan da olub. Qardaşına demişdir ki, gedək Qaxa, qayıdanda ataya deyərik bizi maşınla götürər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, ehtiyacı olduğu üçün oğurluq etmişdir. O, prokurorluq orqanına deyil, cəzaçəkmə müəssisəsinin rəhbərliyinə şikayət etmişdir. Hüquq məsələləri Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsı CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(024)-58/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs2 cəzasına aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə məhkumluq həyatı yaşamışdır. 2022-ci ilin mart ayının 3-də həbsdən azad edilmişdir. 06 iyun 2022-ci il tarixdə qardaşı Seymurla Qax rayonunda yerləşən evlərdən oğurluq etmək barədə danışaraq razılaşmış, həmin günü saat təxminən 15 radələrində Seymurla birlikdə velosipedlə Zaqatala rayonundan Qax rayonuna gəlmişlər. Saat təxminən 21 radələrində Qax şəhərində küçələri velosipedlə gəzərək oğurluq etməyə qapısı bağlı olan ev axtarmağa başlamış, küçələrin birində qapısı bağlı ev görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Seymura dayanaraq ətrafa göz-qulaq olmasını tapşırmış, özü isə hasardan əvvəlcə həyətə, oradan da evin giriş qapısının yanında olan pəncərəni vintaçanla açaraq evə daxil olmuşdur. Əl izinin düşməməsi üçün əlcəkdən istifadə etmişdir. Evə daxil olduqdan sonra sağ tərəfdəki otağa daxil olaraq otağı axtarmağa başlamışdır. Otaqdakı şkafın siyirməsini açdıqda siyirmədə qızıl-zinət əşyalarının olduğunu görmüş və qızıl boyunbağı, qızıl sırğalar, qızıl üzüklər və qızıl qolbağı götürmüşdür. Bundan sonra gəldiyi yerdən evi tərk etmiş, Seymura qızıl-zinət əşyaları oğurladığını demişdir. Daha sonra Seymurla velosipedə minərək Zaqatala rayonuna geri qayıtmış, yolda vintaçan və əlcəyi atmışdır. Qızıl-zinət əşyalarının bir qismini Seymurla xalası Leyla 1350 manata satmışlar. Həmin puldan 100 manat xalasına vermiş, 1250 manat pulu isə Seymurla birlikdə şəxsi ehtiyaclarına sərf etmişlər. 11 iyun 2022-ci il tarixdə xalası Leyla və qardaşı Seymurla qızılların qalanını satmaq üçün Şəki şəhərinə gəlmiş, qızılların qalan bir qismini isə 1793 manata satmış, həmin puldan xalasına 150 manat pul vermiş, qalan 1643 manat pul isə onlarda qalmışdır. 11 iyun 2022-ci il tarixdə polis əməkdaşları onları Zaqatala şəhərində saxlamış və özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində törətdiyi oğurluq əməlini etiraf etmişdir. Xalası Leylanın qızıl-zinət əşyalarının oğurluq olmasından xəbəri olmamışdır. Hərəkətindən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, Zərərçəkmiş şəxs onunla barışmamışdır. Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı qismən ödəmişdir. Hərəkətindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. 06 iyun 2022-ci il tarixdə qardaşı Elxanla Qax rayonundan evlərdən oğurluq etmək barədə razılığa gəlmişlər. Bundan sonra Elxanla velosipedlə Qax şəhərinə gəlmiş, həmin günü saat təxminən 21 radələrində, Qax şəhərində küçələri velosipedlə gəzərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamışlar. Küçələrin birində qapısı bağlı ev görmüş, qardaşı Elxan ona dayanaraq ətrafa göz-qulaq olmasını tapşırmış və hasardan həyətə düşərək evə daxil olmuşdur. Bir müddət sonra Elxan geri qayıtmış və evdən qızıl-zinət əşyaları oğurladığını demişdir. Daha sonra velosipedlə Zaqatala rayonuna geri qayıtmışlar. Zaqatala rayonunda həmin qızılları xalası Leylaya göstərərək satmaqda onlara köməklik göstərmək üçün razı salmış, qızılların oğurluq olmasını ona deməmişlər. Leyla razılıq verdikdən sonra 10 iyun 2022-ci il tarixdə Zaqatala bazarında Leyla ilə birlikdə qızılların bir qismini 1350 manata satmış, həmin puldan 100 manat Leylaya vermiş, 1250 manat pulu isə özü və qardaşı Elxan şəxsi ehtiyacları üçün xərcləmişlər. 11 iyun 2022-ci il tarixdə xalası Leyla ilə qızılların qalanını satmaq üçün Şəki şəhərinə getmiş, Şəki şəhərində qızılların qalan bir qismini isə 1793 manata satmış, həmin puldan xalasına 150 manat pul vermiş, qalan 1643 manat pulu isə özlərində saxlamışlar. 11 iyun 2022-ci il tarixdə polis əməkdaşları onları Zaqatala şəhərində saxlamış və özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində törətdiyi oğurluq əməlini etiraf etmişdir. Xalası Leylanın qızıl-zinət əşyalarının oğurluq olmasından xəbəri olmamışdır. Hərəkətindən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, Zərərçəkmiş şəxs onunla barışmamışdır. Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı qismən ödəmişdir. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı qismən ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qax şəhəri Müslüm Maqomayev küçəsində fərdi yaşayış evi vardır. 06 iyun 2022-ci il tarixdə, saat təxminən 20 radələrində ailə üzvləri ilə birlikdə qaynı Vasifin ad günü münasibəti ilə onlara getmiş, saat təxminən 23 radələrində yaşadığı evə qayıtmışlar. Səhəri günü, oğlu Ülvi evin yataq otağında siyirmədə olan qızılların yerində olmadığını dedikdə oğurlandığından şübhələnmiş və 11 iyun 2022-ci il tarixdə qızıl-zinət əşyalarının oğurlanması barədə Qax RPŞ-yə ərizə ilə müraciət etmişdir. Ona məxsus yaşayış evindən 1 ədəd 10 qramlıq 750 əyarlı dəyəri 2200 manat olan qızıl qadın boyunbağı, 2 ədəd 5 qramlıq 750 əyarlı dəyəri 700 manat olan 1 (bir) cüt qızıl qadın sırğası, 1 ədəd 4 qramlıq 750 əyarlı dəyəri 500 manat olan qızıl qadın üzüyü, 1 ədəd 5 qramlıq 700 əyarlı dəyəri 700 manat olan qızıl qadın qolbağı, 3 ədəd 4 qramlıq 750 əyarlı dəyəri 1500 manat olan qızıl qadın üzükləri, 1 ədəd 4 qramlıq 750 əyarlı dəyəri 1100 manat olan qızıl kişi üzüyü, 1 ədəd 5 qramlıq 750 əyarlı dəyəri 2800 manat olan dəst halda qızıl qadın boyunbağısı, 3 ədəd 5 qramlıq 750 əyarlı dəyəri 1500 manat olan qızıl qadın üzükləri oğurlanmışdır. Həmin qızıl-zinət əşyalarını oğlu Ülvi, gəlini Gülçin və həyat yoldaşı Gülara üçün almışdır. Qax RPŞ-nin əməkdaşları tərəfindən araşdırma aparılarkən ona məxsus yaşayış evindən qızılları oğurlayan şəxlərin Zaqatala rayon sakinləri Elxan və Seymur adlı şəxslər olmasını bilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 11000 (on bir min) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduqları maddi ziyanın 3900 manatını qaytarmış, 7100 manatını isə ödəməmişlər. Ona görə də, onların hər ikisindən şikayətçidir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanuni cəza verilməsini xahiş edir. Eyni zamanda mülki iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxslər Seymur və Təqsirləndirilən şəxs1ların xalasıdır. 10 iyun 2022-ci il tarixdə bacısı oğlu Seymur onun yanına gələrək onda qızılzinət əşyalarının olduğunu, həmin qızılları satmaq istədiyini demiş, Seymurdan qızılları haradan əldə etməyini soruşduqda, qızılların ona məxsus olduğunu demişdir. Seymur ona dəst halda qızıl-zinət əşyalarını göstərmiş, həmin dəstin içərisində qolbaq, sırğalar, üzük olmuşdur. Bundan sonra 10 iyun 2022-ci il tarixdə Seymurla birlikdə Zaqatala bazarında yerləşən “Diamond” qızıl mağazasında 1350 manata satmışlar. Daha sonra 11 iyun 2022ci il tarixdə Seymurla birlikdə qızılların bir hissəsini Şəki şəhərində “Moskva” qızıl mağazasında 1793 manata satmışlar. 13 iyun 2022-ci il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunduğunu, polis şöbəsində Seymurun və qardaşı Elxanın Qax şəhərində evdən qızıl-zinət əşyaları oğurladığını öyrənmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Moskva” qızıl mağazasının sahibidir. 11 iyun 2022-ci il tarixdə, təxminən saat 10 radələrində bir nəfər tanımadığı qadın mağazaya gəlmiş, qızıl satmaq istədiyini demişdir. Həmin qadından qızılların oğurluq olub-olmadığını soruşmuş, oğurluq olmadığını, pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. Daha sonra adının Leyla olduğunu sonradan öyrəndiyi həmin qadın ona 9 qramlıq 585 əyarlı qızıl sep, 3,7 qramlıq 585 əyarlı qızıl klon, 3,8 qramlıq 585 əyarlı qızıl sırğa, 5,3 qramlıq 583 əyarlı qızıl üzük və 6,75 qramlıq 750 əyarlı qızıl üzüyü təqdim etmiş, həmin qızılların qiymətini hesablayaraq qızılları 1793 manata almışdır. Həmin qızılların oğurluq olduğundan xəbəri olmamış, Qax RPŞ-də bu barədə məlumatı olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 onun arvadıdır. Təqsirləndirilən şəxslər Seymur və Təqsirləndirilən şəxs1lar isə Leylanın bacısının övladlarıdır. Arvadı Leylanın bacısı oğlu Təqsirləndirilən şəxs2 qızıl oğurladığından xəbəri olmamışdır. Qax RPŞ-nə dəvət olunan zaman polis şöbəsində Seymurun və qardaşı Elxanın Qax şəhərində evdən qızıl-zinət əşyaları oğurladığından və həmin oğurlanan qızıl-zinət əşyalarının Zaqatala və Şəki şəhərində həyat yoldaşı Leyla ilə satmasından xəbəri olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Elxan və Seymur onun övladlarıdır. Elxan 2019-cu ildə Zaqatala rayonunda oğurluq cinayətinə görə məhkum olunmuş, 2022-ci ilin mart ayının 3-də həbsdən azad olunmuşdur. Elxan və Seymur Zaqatala rayonu Aşağı Tala kəndində bir yerdə qalırlar. 09 iyun 2022-ci il tarixdə Elxan evə gəldikdə əlində üzük olduğunu görmüşdür. Həmçinin Elxanın cibində pul olmuşdur. Ondan qızıl üzüyün və pulun haradan əldə etdiyini soruşduqda Elxan and içərək üzüyü və pulu dostunun ona verdiyini demişdir. 11 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Qax rayon polis şöbəsinə dəvət olunduqda polis şöbəsində Elxanla Seymurun oğurluq etdiyindən xəbəri olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs həyat yoldaşıdır. 06 iyun 2022-ci il tarixdə, saat 20 radələrində qohumu Vasifin ad günü məclisində iştirak etmək üçün onlara getmiş, saat 23 radələrində evə qayıtmışlar. Səhəri günü, oğlu Ülvi evin yataq otağında siyirmədə olan qızılların yerində olmadığını demişdir. Bundan sonra evi axtarmış, lakin qızıllar tapılmamışdır. Qızılların oğurlanmasından şübhələndiyi üçün əri Zəfər qızıl-zinət əşyalarının oğurlanması barədə Qax RPŞ-yə ərizə ilə müraciət etmişdir. Onlara məxsus evdən 1 ədəd 10 qramlıq 750 əyarlı dəyəri 2200 manat olan qızıl qadın boyunbağısı, 2 ədəd 5 qramlıq 750 əyarlı dəyəri 700 manat olan 1 (bir) cüt qızıl qadın sırğası, 1 ədəd 4 qramlıq 750 əyarlı dəyəri 500 manat olan qızıl qadın üzüyü, 1 ədəd 5 qramlıq 700 əyarlı dəyəri 700 manat olan qızıl qadın qolbağı, 3 ədəd 4 qramlıq 750 əyarlı dəyəri 1500 manat olan qızıl qadın üzükləri, 1 ədəd 4 qramlıq 750 əyarlı dəyəri 1100 manat olan qızıl kişi üzüyü, 1 ədəd 5 qramlıq 750 əyarlı dəyəri 2800 manat olan dəst halda qızıl qadın boyunbağısı, 3 ədəd 5 qramlıq 750 əyarlı dəyəri 1500 manat olan qızıl qadın üzükləri oğurlanmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid9 şahid Gülarə Abdullayevanın ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən “Diamond” qızıl mağazasının sahibidir. 10 iyun 2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində bir nəfər qadın mağazaya gəlmiş, ona qızıl satmaq istədiyini bildirmişdir. Həmin qadından qızılların oğurluq olub-olmadığını soruşduqda həmin qadın qızılların oğurluq olmadığını, pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. Həmin xanımdan ilk öncə şəxsiyyət vəsiqəsini tələb edərək surətini çıxartmış, daha sonra həmin qızılların qiymətini hesablayaraq həmin xanıma qızılları 1350 manat məbləğində alacağını demişdir. Bundan sonra bu barədə mağazanın iş dəftərində qeydlər apararaq qızılları almış, 1350 manat pulu xanıma vermişdir. Daha sonra həmin günü qızılları Bakı şəhərində satmışdır. Qızılların oğurluq olduğundan xəbəri olmamış, polis şöbəsində bu barədə məlumatı olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun övladlarıdır. Oğlu Elxan 2019-cu ildə Zaqatala rayonunda oğurluq cinayətinə görə məhkum olunmuş, 2022-ci ilin mart ayının 3-də həbsdən azad olunmuşdur. Elxan və Seymur onunla bir yerdə yaşamır. Onlar Zaqatala rayonu Aşağı Tala kəndində bir yerdə qalırlar. 11 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Qax rayon polis şöbəsinə dəvət olunmuş, polis şöbəsində oğlu Elxan və Seymurun Qax rayonundan oğurluq etdiyindən xəbəri olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X12 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qayınatası Zəfərə məxsusdur. Həmin evdə qayınatası Zəfər, qayınanası Gülarə, həyat yoldaşı Ülvi yaşayır. 06 iyun 2022-ci il tarixdə, saat 20 radələrində qohumu Vasifin ad günü məclisində iştirak etmək üçün onlara getmiş, saat 23 radələrində evə qayıtmışlar. Səhəri günü, əri Ülvi evin yataq otağında siyirmədə olan qızılların yerində olmadığını demişdir. Bundan sonra evi axtarmış, lakin qızıllar tapılmamışdır. Qızılların oğurlanmasından şübhələndiyi üçün qayınatası Zəfər qızıl-zinət əşyalarının oğurlanması barədə Qax RPŞ-yə ərizə ilə müraciət etmişdir. Onlara məxsus evdən 1 ədəd 10 qramlıq 750 əyarlı dəyəri 2200 manat olan qızıl qadın boyunbağısı, 2 ədəd 5 qramlıq 750 əyarlı dəyəri 700 manat olan 1 (bir) cüt qızıl qadın sırğası, 1 ədəd 4 qramlıq 750 əyarlı dəyəri 500 manat olan qızıl qadın üzüyü, 1 ədəd 5 qramlıq 700 əyarlı dəyəri 700 manat olan qızıl qadın qolbağı, 3 ədəd 4 qramlıq 750 əyarlı dəyəri 1500 manat olan qızıl qadın üzükləri, 1 ədəd 4 qramlıq 750 əyarlı dəyəri 1100 manat olan qızıl kişi üzüyü, 1 ədəd 5 qramlıq 750 əyarlı dəyəri 2800 manat olan dəst halda qızıl qadın boyunbağısı, 3 ədəd 5 qramlıq 750 əyarlı dəyəri 1500 manat olan qızıl qadın üzükləri oğurlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs gəlini X12 06 iyun 2022-ci il tarixdə qayınatası Zərərçəkmiş şəxs məxsus Qax şəhəri Müslüm Maqomayev küçəsində yerləşən yaşayış evindən 1 ədəd 750 əyarlı qızıl boyunbağının, 2 ədəd 750 əyarlı bir cüt qızıl sırğanı, 1 ədəd 750 əyarlı qızıl üzüyün, 1 ədəd 700 əyarlı qızıl qolbağını, 3 ədəd 750 əyarlı qızıl üzüklərin, 1 ədəd 750 əyarlı qızıl üzüyün, 1 ədəd 750 əyarlı qızıl boyunbağının, 3 ədəd 750 əyarlı qızıl üzüklərin oğurlandığını göstərmişdir. Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 15 avqust 2022-ci il tarixli 9/4567 saylı Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd 750 əyarlı qızıl boyunbağının dəyəri 2200 manat, 2 ədəd 750 əyarlı bir cüt qızıl sırğanın dəyəri 700 manat, 1 ədəd 750 əyarlı dəyəri qızıl üzüyün dəyəri 500 manat, 1 ədəd 700 əyarlı qızıl qolbağın dəyəri 700 manat, 3 ədəd 750 əyarlı qızıl üzüklərin dəyəri 1500 manat, 1 ədəd 750 əyarlı qızıl üzüyün dəyəri 1100 manat, 1 ədəd 750 əyarlı dəyəri qızıl boyunbağının dəyəri 2800 manat, 3 ədəd 750 əyarlı dəyəri 1500 manat olmaqla həmin qızıl-zinət əşyalarının dəyəri ekspertiza tədqiqatına təqdim edilməyən zərgərlik məmulatlarının nəzəri hesablanma yolu ilə orta bazar qiyməti təxminən 7100,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilməyən 8 adda zərgərlik məmulatlarının nəzəri hesablanma yolu ilə 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 7100,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 iyun 2022-ci il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. Qax Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 4(024)-10/2022 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs1 həbsə alındığı xx.xx.2022-ci il tarixdən saat 12:30-dan hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 iyun 2022-ci il tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşdur. Qax Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 4(024)-11/2022 saylı “Təqsirləndirilən şəxs haqqında ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığının əvvəli Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu vaxtdan - 12 iyun 2022-ci il tarixdən saat 13:50-dən hesablanmaqla müddəti 14 sentyabr 2022-ci il il tarixədək müəyyən edilmişdir. 21 iyun 2022-ci il tarixli “götürmə aparılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xalası Şahid1 ilə birlikdə oğurladığı qızılları satdığı Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Moskva” qızıl mağazasını işlədən Şahid2 satılmış qızılların qəbulu aktı götürülmüşdür. 24 iyun 2022-ci il tarixli “götürmə aparılması barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xalası Şahid1 ilə birlikdə oğurladığı qızılları satdığı Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən “Diamond” qızıl mağazasını işlədən Şahid3 satılmış qızılların qəbulu aktı götürülmüşdür. “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06 iyun 2022-ci il tarixdə, saat 21 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Qax şəhəri Müslüm Maqomayev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq etdiyi yeri və şəraiti göstərmişdir. “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 iyun 2022-ci il tarixdə, saat 21 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Qax şəhəri Müslüm Maqomayev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq etdiyi yeri və şəraiti göstərmişdir. “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, şahid X13 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona verdiyi qızıl-zinət əşyalarını Zaqatala şəhərində yerləşən “Diamond” adlı qızıl mağazasında və Şəki şəhərində yerləşən “Moskva” mağazasına satdığı yeri və şəraiti göstərmişdir. “Əşyanın tanınması haqqında” protokoldan görünür ki, 16 avqust 2022-ci ildə Zərərçəkmiş şəxs ona təqdim olunan qızıl-zinət əşyalarının içərisində özünə məxsus fərdi yaşayış evindən oğurlanmış 3 (üç) ədəd qızıl üzüyü tanımışdır. “Əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxsə qaytarılması haqqında” qərardan görünür ki, 3 (üç) ədəd qızıl üzük maddi sübut kimi tanınmış və öz qanuni sahibi Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Zərərçəkmiş şəxs X14 tərəfindən imzalanmış qəbzdən görünür ki, o 3 (üç) ədəd qızıl üzüyü istintaq orqanından təhvil aldığını göstərmişdir. Zaqatala RİHB-nın Aşağı Tala kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Zaqatala RİHB-nın Aşağı Tala kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Canımov X9 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 66.5 və 68.1.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə AR. MM. 05.11.21 il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş AME cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Zaqatala rayonu İcra və Probasiya şöbəsinin 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 “8 noyabr Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mütənasib olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən, isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, o cümlədən hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli CM-in 15-ci maddəsinə əsasən, az ağır cinayət hesab olunmaqla yanaşı, bu cinayət tamah niyyəti ilə birbaşa qəsdlə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmişdir. Birinci instansiya məhkəməsi CM-in 59.2-ci maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını bildirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Səmimi peşmançılıq anlayışı CM-in 72.1-ci maddəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsindən dəymiş ziyanı ödəmə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi verilmişdir. CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin hallarından göründüyü kimi, məhkəmə məhkuma cəza təyin edərkən CM-in 59-cu maddəsində nəzərdə tutulmamış, yəni Təqsirləndirilən şəxs2 əməlindən peşmançılığını cəzanı yüngülləşdirən hal qismində qəbul etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, cəza təyini zamanı CM-in 59-cu maddəsində nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-in 59-cu maddəsində nəzərdə tutulmamış göstərilən bu halı cəzanı yüngülləşdirən hal qismində nəzərə almasına baxmayaraq, onun yüngülləşdirici hal kimi qəbul edilməsinin motivini hökmdə əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 72.1-ci maddəsində sadalanan hallar olmadığından, onun «əməlindən səmimi peşman olmasını» cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddələrin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə kollegiyasının bu mövqeyi həm də ondan irəli gəlir ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, ona dəymiş ziyanın 7900 manat məbləğində olan hissəsni ödəməmişlər. Bunun nəticəsində isə Zərərçəkmiş şəxs birinnci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 həbs olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа da Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam ödənilmədyini, təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmək fikirlərinin olmadığını bildirdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Belə olan halda, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməyərək onunla razılıq əldə etmədiyi halda onun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza ilə cəzalandırılması qanunilik və ədalətlilik baxımından düzgün hesab edilə bilməz. CPM-in 399.1.5-ci maddəsinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər (CM-in 56.1.2-ci maddəsi). Beləliklə, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığını yoxlayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ağırlığına, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmadığına görə, apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(024)- 58/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun ibtidai istintaq zamanı tutulub 12 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək həbsdə və 14 iyun 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı 08 dekabr 2022-ci il tarixdən hesablanmalı, birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(024)-58/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs2 cəzasına aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulub 12 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək həbsdə və 14 iyun 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 08 dekabr 2022-ci il tarixdən hesablansın. Qax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(024)-58/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar