Məhkəmə qərarları › İş №1(107)-459/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-459/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-459/2024 21.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Hüseynov Elçin Şirin oğlu, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs1 sədri vəzifəsini icra edən hakimSultanov Cavid Rizvan oğlunun özünün-özünə verdiyi etirаz barədə Şəki Apellyasiya Məhkəməsi hakiminin qərarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunmasına dair ********* nömrəli cinayət işi Zərərçəkmiş şəxs1 icraatına daxil olmuşdur. Cinayət işinin məhkəmə hazırlıq iclasında 1(014)-151/2024 saylı cinayət işinə baxan hakim Cavid Sultanov özü-özünə yazılı etiraz etmişdir. Hakim (sədr vəzifəsini icra edən) Cavid Sultanov özü-özünə etirazını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Hazırkı cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 olduğundan tərəfindən baxılması yekun məhkəmə aktının obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğura bilər... Zərərçəkmiş şəxs1 02 oktyabr 2024-cü il tarixli, 1(014)-151/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sədr vəzifəsini icra edən hakimin özü-özünə etirazı baxılması üçün işin materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin hakimi X1 17 oktyabr 2024-cü il tarixli, 1(107)- 459/2024 saylı qərarı ilə Zərərçəkmiş şəxs1 hakimi Cavid Sultanovun özünün-özünə verdiyi etirаz təmin edilmiş və ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Elçin Hüseynova təqdim edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 1(107)-459/2024 saylı qərarı ilə Zərərçəkmiş şəxs1 hakimi Cavid Sultanovun özünün-özünə verdiyi etirаz təmin edildiyindən, ərazi üzrə məhkəmə aidiyyəti dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özüözünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir; 109.5-ci maddəsinə əsasən birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir; 76.1-ci maddəsinə əsasən cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən, aşağıdakı hallarda dəyişdirilə bilər: 76.1.1-ci maddəsinə əsasən bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; 76.1.2-ci maddəsinə əsasən məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə; 76.2-ci maddəsinə əsasən bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən, belə qənaətə gəlirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 1(107)-459/2024 saylı qərarı ilə etiraz təmin olunduğundan məhkəmənin ərazi aidiyyəti dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi baxımından Ağdaş rayonuna yaxın olan Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 109 və 76-cı maddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Şəki Apellyasiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar