Məhkəmə qərarları › İş №1(107)-46/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-46/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-46/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, müdafiəçi-Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçit Neymət qızının iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1997-ci ildə Yevlax rayonun Qaroğlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu tarixədək 02 gün gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanması,onun yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 1,82 qram qurudulmuş marixuana qalığı məhv edilməsi, iş üzrə 34,55 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi, vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 174 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: ********** Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, ibtidai istintaq orqanının mövqeyinə görə o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd ağ kağıza bükülmüş bükümdə təmiz çəkisi 1.84 qram olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən “Ağbaba” marketin yanında əvvəldən tanıdığı Şahid4 qanunsuz olaraq 10 manata satmış, xx.xx.2019-cu il tarixdə 18 radələrində Mingəçevir ŞPŞ-nin X2 və PPBX-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 70 saylı binanın bərabərliyində yerləşən “Lalə” çay evində saxlanılıb Mingəçevir ŞPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs satmış olduğu narkotik vasitə isə Şahid4 üzərinə şəxsi-axtarış keçirilərkən aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apelyasiya şikayəti vermişdir. apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi olan ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi olan ittiham üzrə bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X1 Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət- Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdir ki, xx.xx.2019-cu il tarixdə saat 17:45 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 70 saylı binanın bərabərliyində yerləşən Lalə çay evində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onu zorla aparmışlar. Sonradan onu polis maşınına mindirdikdə ona məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşlarıdır. Polis maşınında olduğu zamn həmin şəxslər ona narkotik vasitəni uzatmış və həmin narkotik vasitənin guya ona məxsus olmasını hədə-qorxu ilə təkid etmişlər. Ona polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlər olmuşdur. Bu səbəbdən də narkotik vasitənin ona məxsus olmasını boynuna almışdır. Şahid4 əvvəllər ətir satan şəxs kimi tanımış və münasibətləri normal olmuşdur. xx.xx.2019-cu ildə Ceyhun ona zəng etmiş və ondan narkotik vasitə olan qurudulmuş marixuana tapmasını xahiş etmişdir. O isə Ceyhuna birdə belə bir şeydən ötrü onu narahat etməməsini bildirmişdir. O, narlotik vasitə istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb və onun əməlində sözügedən maddənin tərkibi yoxdur. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Apellyasiya Məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla heç bir ədavəti və düşmənçiliyinin olmadığını, özünün yaxın zaman baş vermiş Qarabağ müharibəsində iştirak etdiyini, orada aldığı travma nəticəsində hazırda heçnə xatırlamadığını bildirdi. İbtidai istintaq və birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirdi. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir.Bildirmişdir ki, o 2019-cu ilin may ayından Mingəçevir şəhəri, Mingəçevir şəhər Dövlət Universitenin qarşısında fərdi qaydada ətir satışı ilə məşğul olurmuş. Həmin ərəfədə onun çoxlu sayda müştərilərim var imiş və Təqsirləndirilən şəxs da mütamadi olaraq ondan ətir alımış. Beləliklə Ruhin ilə onun münasibəti yaranmış və aralarındakı münasibət çox yaxşı olmuşdur. O, Ruhini tanıdıqdan sonra Ruhinin narkotik vasitə olan marixuana istifadəçisi olduğunu bilirmişdir. 2019-cu ilin oktyabr ayının 26-da saat 21 radələrində o, Ruhinə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurub özünə narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Ruhin isə ona özündə narkotik vasitə olan marixuanın olduğunu və əgər istəsə ona 10 manata sata biləcəyini demişdir. O,isə razılaşmış və Ruhinlə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən Ağbaba marketin qarşısında görüşməyə qərara gəlmişdir. 26 oktyabr saat 21 radələrində o, Ruhin ilə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 1 saylı tam orta məktəbin yaxınlığında olan Ağbaba marketin qarşısında görüşmüş və Ruhin ona bir ədəd ağ kağıza bükülmüş bükümdə mariuxnanı vermişdir. O isə bunun müqabilində Təqsirləndirilən şəxs 10 manat pul vermişdir. Daha sonra Ruhinlə sağollaşıb oradan uzaqlaşmışlar. O, Ruhindən uzaqlaşan kimi ona məxsus olan Samsung markalı telefonun zəng tarixçəsindən Ruhinlə danışıq zəngini silmişdir. O, Ruhindən aldığı narkotik vasitəni çəkmək üçün uyğun vaxt gözlədiyindən çəkməmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlayırmışdır. xx xxxxxx 2019-cu il tarixdə o və qardaşı Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən Mingəçevir şəhəri mərkəzi xəstəxanasının qarşısında dayandıqları zaman iki nəfər mülki geyimli polis əməkdaşları onlara yaxınaşaraq barəsində Mingəçevir şəhəri, Polis şöbəsində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirmiş və onları Mingəçevir şəhər polis şöbəsinə dəvət etmişlər. Qardaşı Elvin və o polis əmədaşları ilə birlikdə gəlmişlər. Həmin gün polis şöbəsinin MSY-də hüquqlarını müdafiə etmək üçün vəkil X6 iştirakı ilə üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O video çəkiliş aparmaqla baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədə ağ kağıza bükülmüş bükümdə içərisində qurudulmuş marixuana olan bükümü könüllü olaraq təqdim etmişdir. Daha sonra onun üzərimə baxış keçirilmiş və onun üzərindən əlavə olaraq qanunla saxlanılması qadağan olunan hər hansı bir əşya çıxmamışdır. Həmin büküm açıldıqda orada olan kütlənin rəngindən və spesfik iyindən narkotik vasitəqurudulmuş marixuana oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmişdir. Bundan sonra o polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 1 saylı tam orta məktəbin yaxınlığda olan Ağbaba adlı marketin qarşısında Təqsirləndirilən şəxs 10 manata aldığını bildirmişdir. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi müayinə zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan əlavə Şahid4 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini dəyişdirməsi ilə əlaqədar bildirmişdir ki, Təqsirləndirilən şəxs valideynləri ondan kömək etməsini istəmiş və o da onlara yazığı gəldiyi və Ruhinə kömək etmək istidiyi üçün ifadəsini dəyişmişdir. Lakin o yalan ifadə verməsi ilə əlaqədar məsuliyyət daşımasını anlamış və hazırda qəti olaraq bildirir ki, narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid1 və o, Mingəçevir şəhərində yaşayan Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid4 Mingəçevir şəhəri, Nizami küçəsi, 1 nömrəli tam orta məktəbin yaxınlığında olan zaman o, kənarda dayanıb gözləmiş,Şahid1 və Şahid2 oğli Şahid4 görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Şahid4 onun iştirakı ilə Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X6 dəvət olunmuş və vəkilin iştirak ilə Şahid4 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir.Təhqiqatçı tərəfindən Şahid4 izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Şahid4 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Şahid4 təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Şahid4 könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü çıxarıb təqim etmişdir Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Şahid4 üzərinə baxış keçirilmiş və baxış zamanı X8 üzərindən əlavə olaraq heç bir şübhəli əşya aşkar olunmamışdır. Şahid4 tərəfindən könüllü olaraq təqdim olunmuş həmin bir ədəd ağ kağıza bükülmüş Şahid4 və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar 1(bir) ədəd ağ kağıza bükülmüş bükümün içindəki kütlələnin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. İçərisində narkotik vasitəyə oxşar kütlə bir ədəd ağ kağız büküm ilə birlikdə çəkisi 7.0 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Şahid4 özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Şahid4 üzərindən aşkar edilib götürülmüş 1(bir) ədəd ağ kağız bükümdə olan kütlənin qurudulmuş marixuana olduğunu, həmin marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə təxminən saat 21 radələrində Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, 1 saylı tam orta məktəbin yaxınlığında olan Ağbaba marketin yaxınlığında 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyənləşdirmək üçün həmin günü saat 18 radalərində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid1, Şahid2 və o, Mingəçevir şəhəri, Ş.i.Xətai küçəsi ev 2, mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospekti 70 saylı binanın bərbarəliyində yerləşən “Lalə” adlı çayxanada olan zaman o, yenədə kənarda dayanmış və digər iki polis əməkdaşı Təqsirləndirilən şəxs Lalə çay evində yaxınlaşıb, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onun və digər iki polis əməkdaşlarının işitrakı ilə Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X7 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmiş və onun üzərində heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 21 radələrində, Mingəçevir şəhəri 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən Ağbaba marketin yaxınlığında xx.xx.2019cu il tarixdə tapdığı bir ədəd ağ rəngli kağız bükümün içərisində olan qurudulmuş marixuananı Şahid4 10 manata satmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 ifadəsinə uyğun məzmunda ifadə verərək həmin faktları bir daha təstiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2019cu il tarixli 570 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi1.84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 887 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materialarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Cinayət işində olan xx.xx.2019-cu il tarixli, 3(051)-672/2019 saylı qərarına əsasən Şahid4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd ağ kağıza bükülmüş bükümdə təmiz çəkisi 1.84 qram olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən “Ağbaba” marketin yanında əvvəldən tanıdığı Şahid4 qanunsuz olaraq 10 manata satmış, xx.xx.2019-cu il tarixdə 18 radələrində Mingəçevir ŞPŞ-nin X2 və PPBX-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 70 saylı binanın bərabərliyində yerləşən “Lalə” çay evində saxlanılıb Mingəçevir ŞPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs satmış olduğu narkotik vasitə isə Şahid4 üzərinə şəxsiaxtarış keçirilərkən aşkar edilərək götürülmüşdür. Hazırda Təqsirləndirilən şəxs müdafiəçisinin apelyasiya şikayətindən bəlli olur ki, təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli hesab etmir, ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Lakin, məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcə də bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməməsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunan sübutlara, yəni şahid ifadələri, ekspert rəyi və digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs narkotik vasitələr satmadığını bildirsə də bu şahid ifadələri, ekspert rəyi və məhkəmə baxışında toplanmış sübutlarla öz təstiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs almasını birbaşa göstərmişdir. Təqsirləndirilən şəxs bunu etiraf etməsə də özünündə ifadəsində bildirdiyi kimi Şahid4la hər hansı bir ədavəti olmamasına baxmayaraq Şahid4 polis əməkdaşları tərəfindən saxlanıldığı zaman narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirməsi və heç bir təzyiq olmadan məhkəmədə bunu bir daha təstiq etməsi təqsirləndirilən şəxsin həqiqətən də Şahid4 narkotik vasitə satmasına dəlalət edir. Məhkəmə bütün bunları müqayisəli şəkildə nəzərdən keçirərkən və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli şahid ifadələri, ekspert rəyi və digər sübutlarla tam sübut olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Ali Məhkəmə Plenumunun Qərarında cinayətkar əməllərin ixtisaslı, təkmilləşmiş alibilərlə lazımi qiymətindən kənarda qalmasının qarşısının alınması üçün daha mükəmməl yanaşmalarla məhkəmə təcrübəsinə əsaslı tövsiyyələr verilmişdir. Belə ki, Plenum Qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Hazırkı cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Məhkəmə kollegiyası toplanmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi şahid ifadələri, ekspertiza rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş işin digər materialları və sübutların məcmusu ilə tam və heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, o törətdiyi cinayətə görə cəza almalıdır. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, müdafiə və ittiham tərəfindən də tələb edilmədiyindən məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış,ona təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan kifayət qədər həddə, humanist, qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə də həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-tarixli, 1(051)-27/2020 saylı hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020tarixli, 1(051)-27/2020 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar