Məhkəmə qərarları › İş №1(107)-462/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-462/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-462/2022 14.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundаn ibаrət tərkibdə, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(063)-49/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (sədrlik edən H.Xəlilov) 27 sentyabr 2022-ci il tarixli, 1(063)-49/2022 nömrəli hökmü ilə, xx xxxxx 1980-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, оrta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ikinci qrup əlil, Ucar şəhəri, Koroğlu küçəsi, ev 48-də qeydiyyatda olan və Ucar şəhəri, Azərbaycan küçəsi, döngə 2, ev 12-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 306.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs оğlunun üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar şəhəri, Azərbaycan küçəsi, döngə 2, ev 12-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, cavabdeh kimi ondan 10 fevral 2015-ci il tarixdən başlayaraq sabit pul məbləğində hər ay hər uşağa 70,00 manat olmaqla, cəmi 140,00 manat alimentin tutulub 04 avqust 2009-cu ildə anadan olmuş Məhruzənin və 09 dekabr 2013-cü ildə anadan olmuş Əsmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Qəhrəmanova (Hacıyeva) Günel İsmət qızına verilməsinə dair Ucar Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli, 2(063)-192/2015 saylı qətnaməsini, həmçinin həmin qətnamə ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq 19 yanvar 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 100,00 manat, cəmi 200,00 manat məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs verilməsinə dair Ucar Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(063)-1263/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 01 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 18 oktyabr 2018-ci il, 26 noyab 2018-ci il və 25 fevral 2019-cu il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 24 aprel 2019-cu il tarixədək şəxsi maraq niyyətilə 11 iyun 2015-ci il tarixli, 2(063)-192/2015 saylı qətnamə üzrə 4900,00 manat, 14 dekabr 2017-ci il tarixli, 2(063)-1263/2017 saylı qətnamə üzrə isə 3000,00 manat olmaqla, cəmi 7900,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(063)-49/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs apellyasiya şikayətləri vermişlər. Apelyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, İİ qrup əlil olmasını, aldığı təqaüdün özünün müalicəsinə kifayət etmədiyini, əvvəllər məhkum olmadığını, aliment borcunu ödəməkdən boyun qaçırmadığını yüngülləşdirən hal kimi nəzərə almamışdır. O qardaş və bacısının yardımı ilə ayaqda durur. Ağır xəstəliyi səbəbindən işləyə bilmir. O HİV xəstəsi olduğundan onun iş tapması, hansısa əmək müəssisəsində işləməsi qeyri-mümkündür. Bundan başqa ona təyin edilmiş cəza nə sosial ədalətin, nə də məhkumun islah edilməsi üçün heç də təsirli vasitə hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar müəyyən olunmuş ərazidən çıxa bilməməsinin onun gələcək həyatına, sağlamlığına, psixoloji durumuna vura biləcək mənfi təsirləri nəzərə almamışdır. Odur ki, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin görünən halı budur ki, Təqsirləndirilən şəxs bu qədər tədbirlərin görüldüyü müddət ərzində heç bir məsuliyyət hiss etmədən, yəni hətta azadlıqdan məhrum edilə biləcək ehtimallarına da əhəmiyyət verməmiş, cüzi də olsa ödəniş etməmişdir. Məhkəmədə verdiyi ifadəsində xəstə olduğu üçün işləmədiyini və bu səbəbdən də aliment ödəmədiyini bildirsə də aşkar şəkildə bundan sonra da bu şəkildə davam edəcəyini hərəkətləri və davranışı ilə nümayiş etdirirdi. Göründüyü kimi Təqsirləndirilən şəxs əməllərini xarakterizə edərkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bunun nəticəsi olaraq da sanki təqsirləndirilən şəxsin mövqeyinə uyğun ona daha yüngül cəza verilməsi qərara alınmışdır. 27 sentyabr 2022-ci il tarixli hökmdə məhkəmə təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verərkən daha bir məqama diqqət yetirməmişdir. Belə ki, hökmdə alimentin 24 aprel 2019-cu il tarixədək hesablanmış məbləği göstərilmiş, məhkəmə isə əlavə araşdırma aparmadan təqdim edilən materiallarda göstərilənlərlə kifayətlənmişdir. Sanki, təqsirləndirilənin öhdəliyi 2019-cu ildə və 7900 manatla bitir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verdikləri apellyasiya şikayətinin təmin edilməsini və Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X4 Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya protestinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya protestinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apelyasiya protestinin və ya apelyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməli Ucar Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(063)-49/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, müadfiə tərəfinin verdiyi apelyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlini CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin CM-in 306.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təhlil olunan hər iki apellyasiya şikayəti ilə bağlı aşağıdakıları bildirməyi zəruri bilir. Belə ki, öyrənilən işdən aydın olur ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 10 fevral 2015-ci il tarixdən başlayaraq sabit pul məbləğində hər ay hər uşağa 70,00 manat olmaqla, cəmi 140,00 manat alimentin tutulub 04 avqust 2009-cu ildə anadan olmuş Məhruzənin və 09 dekabr 2013-cü ildə anadan olmuş Əsmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Qəhrəmanova (Hacıyeva) Günel İsmət qızına verilməsinə dair Ucar Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli, 2(063)-192/2015 saylı qətnaməsini, həmçinin həmin qətnamə ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq 19 yanvar 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 100,00 manat, cəmi 200,00 manat məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs verilməsinə dair Ucar Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(063)-1263/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 01 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 18 oktyabr 2018-ci il, 26 noyab 2018-ci il və 25 fevral 2019-cu il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 24 aprel 2019-cu il tarixədək şəxsi maraq niyyətilə 11 iyun 2015-ci il tarixli, 2(063)-192/2015 saylı qətnamə üzrə 4900,00 manat, 14 dekabr 2017-ci il tarixli, 2(063)-1263/2017 saylı qətnamə üzrə isə 3000,00 manat olmaqla, cəmi 7900,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Müdafiə tərəfinin verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs əməlində CMin 306.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığı bildirilsədə, məhkəmə kollegiyası şikayətin dəlillərini məqbul saymır. Belə ki, işdə olan 02 mart 2020-ci il tarixli şahidin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq qətnamələrin icrasından qərəzli olaraq yayınmadığını, uşaqlarına baxmağın mənəvi borcunun olduğunu, lakin xəstəliyi ilə əlaqədar işləyə bilmədiyinə görə ötən müddətdə qətnamələri icra edə bilmədiyini bildirmişdir. Bundan başqa işdə olan 14 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq məhkəmə qərarını icra etməməyin cinayət məsuliyyətinə səbəb olduğunu bildiyini, aliment borcunu hazırda ödəyə bilmədiyini, imkanı olsa gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” 27 dekabr 2001-ci il tarixli qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Göründüyü kimi, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı kifayət qədər böyük zaman kəsiyində icra etməmiş və Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Əslində bu cinayət əməlinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə bütövlükdə götürdükdə məhkəmə orqanlarını nüfüzdan salır və ən başlıcası, pozulmuş hüquqların bərpası təqsirkarın cəzalandırılması, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin çıxardığı başqa qərarlar yuxarıda qeyd edildiyi kimi kağız üzərində qalır. Bununla da, təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmiş olur. Məhkəmə kollegiyası bu fikridədir ki, həm yuxarıda sadalanan hallar, həm də Təqsirləndirilən şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması (məhkəmə qətnamələri 11 iyun 2015-ci il və 14 dekabr 2017-ci il tarixlərində çıxıb) onun barəsində daha ciddi cəza tədbirinin tətbiqinə zərurət yaradır. İşdən bəlli olur ki, birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, CM-in 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CPM-in 346.1.11-ci maddəsinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməsi, o cümlədən cinayətlərin residivi, hökmlərin məcmusu üzrə cəza təyini məsələləri məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırda qüvvədə olan cinayət qanununvericiliyinin tələbinə görə CM-in 306-cı maddəsi uzanan cinayətlərə aiddir. Hüquq ədəbiyyatında uzanan və davam edən cinayətlərin elmi anlayışına görə uzanan cinayət məlum dövr ərzində fasiləsiz olaraq törədilən müəyyən kriminal əməldir. Davam edən cinayət isə ümumi məqsədə yönələn, vahid niyyətlə əhatə olunan bir sıra eyni, yaxud da eyni növlü ictimai təhlükəli hərəkətlərdən ibarət bir əməldir. Göründüyü kimi, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 306.1-ci maddəsi, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməmə uzanan cinayətdir. Məhkəmənin qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli icra etməmə məhkəmə və ya icra məmuru tərəfindən müvafiq şəxslərin həmin aktları müəyyən müddətə icra etmək vəzifəsi haqqında yazılı xəbərdarlıq edildiyi andan başlayır və bu aktların icra edildiyi, yaxud bu əməlin istintaq orqanları və ya buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən dayandırıldığı anda başa çatır. Məhkəmə aktının icra edilməsinə maneçilik törətmə məhkəmə qərarlarının icrasına yol verməməyə yönələn hərəkətin edildiyi andan başa çatmış hesab edilir. İş materiallarından görünür ki, Ucar Rаyоn Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 3(063)-102/2018 nömrəli, 01 avqust 2018-ci il tarixli qərаrı ilə Təqsirləndirilən şəxs qаnuni qüvvəyə minmiş məhkəmə qərаrının icrаsı ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi ilə bаğlı inzibаti məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli CMnin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş digər alternativ cəza növlərinin təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə haqlı olmamış, məhkəmənin bu qərarı cinayət qanunun normasına, cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. CPM-in 405.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Nəticəvi hissə Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Ucar Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(063)-49/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(063)-49/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalında dərhal həbs olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 14 dekabr 2022-ci il tarixdən hesablansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar