Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-465/2021 22.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu sədrliyi, Şükürov İmanverdi Həşimxan oğlu və Əsədli Mahir Abdulla oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi ilə, təqsirləndirilən şəxs NəzarTəqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, NəzarTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunması barədə Qax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli qərarından NəzarTəqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 10 iyun 2021-ci il tarixli 1(024)- 05/2021 nömrəli hökmü ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işsiz, Qax rayonu Turaclı kəndində pasport qeydiyyatında olmaqla, faktiki Xızı rayonu Yeni Yaşma kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş NəzarTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, NəzarTəqsirləndirilən şəxs üzərinə 08 avqust 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddətin bir günü CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Kəmalə Nəzarəliyevaya qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması, cəzasının əvvəlinin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, təqsirləndirilən şəxs NəzarTəqsirləndirilən şəxs üzərinə gün ərzində yaşadığı Xızı rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Xızı rayonu Yeni Yaşma kəndində yerləşən yaşayış evini saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının təqsirləndirilən şəxs NəzarTəqsirləndirilən şəxs yaşayış yeri üzrə Xızı rayon İcra və Probasiya şöbəsinə tapşırılması, CM-in 79.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs NəzarTəqsirləndirilən şəxs azyaşlı uşağı 24.09.2019-cu il təvəllüdlü X1 on dörd yaşına çatanadək Kəmalə Nəzarəliyevaya təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin təxirə salınması, iş üzrə zərərçəkmiş şəxs X3 vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah olunması, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın NəzarTəqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi hökm edilmişdir. NəzarTəqsirləndirilən şəxs 15.10.2021-ci ildə birinci instansiya məhkəməsinə ərizə verərək Qax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli hökmündən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddəti üzrlü sayıb onun bərpa edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli qərarı ilə Qax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair NəzarTəqsirləndirilən şəxs verdiyi vəsatəti rədd edilmişdir. Bundan sonra NəzarTəqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli qərarından narazı qaldığından apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş 20 günlük müddətin buraxılmasını üzrlü hesab etməklə buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını və qərarın icra etmək üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. NəzarTəqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2021-ci ilin oktyabr ayına kimi məhkəmənin hökmünü almamış, buna görə apellyasiya şikayəti verə bilməmişdir. Həm də azyaşlı uşağı xəstə olduğundan onun müalicəsi ilə bağlı məşğul olduğundan imkan edib hökmün alınması üçün gedə bilməmiş və şikayəti vaxtında verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Kəmalə Nəzarəliyeva və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(024)- 05/2021 nömrəli qərarı ləğv edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan qəbzlərdən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən Qax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmünün surətlərinin elə həmin gün, yəni 10 iyun 2021-ci il tarixdə alınması görünsə də, məhkəmə kollegiyası hesab edir ki, hökmün çıxarıldığı gün onun tərəflərə verilməsi ağlabatan deyil. Bundan başqa, cinayət işinin materiallarında olan və Qax Rayon Məhkəməsinə 07.10.2021-ci il tarixdə daxil olmuş Kəmalə Nəzarəliyevanın ərizəsinin məzmunundan aydın olur ki, X5 Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmünün surətinin bu günə kimi ona verilmədiyini bildirərək həmin hökmün surətinin ünvanına göndərilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra Qax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmünün surəti 11 oktyabr 2021-ci il tarixli müşahidə məktubu ilə Kəmalə Nəzarəliyevaya göndərilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işin bu halları təqsirləndirilən şəxsin onun barəsində çıxarılmış məhkəmə aktını almadığını təsdiq edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 386.1-ci maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. 386.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Ona görə də, Qax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli qərarı ləğv edilməli, NəzarTəqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli hökmündən apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddət bərpa olunmalıdır. CPM-in 391.3.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərаr qəbul еdə bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsаsən və CPM-in 391.3-cü mаddəsini rəhbər tutаrаq, qərаrа аldı : Apellyasiya şikayəti təmin edilsin. NəzarTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunması barədə Qax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli qərarı ləğv edilsin. NəzarTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli hökmündən apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddət bərpa olunsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işinin materialları Qax Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-465/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-465/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver