Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-469/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 13 oktyabr 2022-ci il tarixli 1(063)- 60/2022 nömrəli hökmü ilə, xx xxxx 1988-ci ildə Ucar rayonu, Bağman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Bağman kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzası saxlanılması, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs оğlunun üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Bağman kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 14 (on dörd) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs 34 (otuz) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, Təqsirləndirilən şəxs оğlunun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması və maddi sübutun-narkotik təbiətli çətənə (kannabis) bitkilərinin məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, Məhkəmədə Təqsirləndirilən şəxs оğluna göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 63 (altmış üç) manat məbləğində pul ödənilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əldə edərək 2022-ci ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə həmin toxumlardan 2 ədədini yaşadığı Ucar rayonu, Bağman kəndində yerləşən evinin həyətyanı sahəsindəki yarım tikilinin içərisində dəmir vedrələrdə, 2 ədədini həmin yarımtikilidə torpaqda, 10 ədədini isə həmin evin həyətyanı sahəsində torpaqda əkib sulamaqla, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, 09 iyun 2022-ci il tarixdə, saat 15 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı 2 ədədi evin həyətyanı sahəsindəki yarım tikilinin içərisində dəmir vedrələrdə, 2 ədədi həmin yarımtikilidə torpaqda, 10 ədədi isə həmin evin həyətyanı sahəsində torpaqda qanunsuz olaraq əkilərək, aqrotexniki qaydada qulluq edilmiş, xeyli miqdarda, yəni 14 (on dörd) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkiləri 1015,0 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya protestində göstərilmiş xüsusatlarla bağlı oxşar məzmunda izahat verərək, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-60/2022 nömrəli hökmünun Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, həmin narkotik vasitəni istifadə etmək üçün əkmişdi. Əməlimdən peşmandır. Qoca anası və atası var. Onlara o baxır. Hazırda burada qohumları da məhkəmə iclasında iştirak edirlər. Onlar da təsdiq edərlər ki, o, nəinki narkotik vasitə çəkmir, hətta spirtli içki də qəbul etmir. Hazırda daş karxanasında işləyir. Yaşlı atası və anası infarkt keçiriblər. Onlara ondan başqa heç kim baxmır. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-60/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar rayonu, Bağman kəndində ailə üzvləri ilə birlikdə yaşayır, özü fəhləliklə məşğul olub ailəsini dolandırır. Mütəmadi olaraq Bakı şəhəriİ, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən daş karxanasında işləyir, bu səbəbdən elə həmin karxanada vaqonda qalır, arabir isə yaşadığı kəndə gəlib bir neçə gün qalıb yenidən karxananın olduğu yerə qayıdır. Təxminən 1 il narkotik vasitə olan qurudulmuş marixuanadan tapdıqca istifadə etmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində dəqiq günü və saatını xatırlamadığı vaxtda Bakı şəhəri, Qaradağ rayonu ərazisində işlədiyi karxanaya gedərkən yolun kənarında 1 ədəd ağ rəngli kağız büküm tapmışdır. Həmin bükümü açdıqda içərisində toxumlar görmüşdür. O, əvvələr də narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün kağızın içində olan toxumların narkotik vasitə marixuana toxumları olduğunu bilib özü ilə götürmüşdür. Həmin toxumları bir neçə gün sonra özü ilə birlikdə yaşadığı Ucar rayonu, Bağman kəndində yerləşən evinə gətirmiş, bu barədə heç kimə bir söz deməmişdir. Həmin toxumlardan 2 (iki) ədədini ayrıayrılıqda dəmir vedrələrdə, 2 (iki) ədədini yaşadığı evin həyətyanı sahəsində tikdiyi yarımtikilinin içərisində, 10 ədədini isə yaşadığım evin həyətyanı sahəsində torpaqda cərgə ilə səliqəli şəkildə əkmişdir. Çətənə bitkilərinin toxumlarını əkdiyi 2 (iki) ədəd dibçəyi də yarımtikilinin içərisinə qoymuşdur. Həyətin həmin yeri evdən bir qədər kənardan olduğu üçün həmin yerə ailə üzvlərindən heç kim gedib-gəlməmişdir. O, toxumları əkib bir neçə gün həmin toxumların özünü tutması üçün həm dəmir vedrələrdə olanların, həm də yerdə əkdiyi toxumların torpağını yumşaltmış, onlara su vermişdir. Hər dəfə Bakı şəhərinə gedibgəldikdə həmin toxumlara qulluq etmişdir. Belə ki, toxumların olduğu torpağı yumşaq saxlamış, həmçinin toxumları əkdiyi yeri və dəmir vedrələri sulamışdır. Bir neçə dəfədən sonra əkdiyi toxumlardan 14 ədəd bitki çıxdığını görmüşdür. Həmin bitkilərin həqiqətən də narkotik tərkibli çətənə (kannabis) bitkisi olduğunu görmüşdür. Bundan sonra da bitkilərin inkişafı üçün eyni qaydada bitkilərə qulluq göstərmişdir. Sonuncu dəfə yaşadığı kəndə 04 iyun 2022-ci il tarixdə gəlib kənddə qonşuluqda olan yas mərasimində iştirak etmiş, həmin gün axşam saatlarında heç kim görmədən bitkiləri əkdiyi yerə gedib onlara su vermiş və növbəti gün, yəni 05 iyun 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə getmişdir. 09 iyun 2022-ci il tarixdə yaşadığı evə polis əməkdaşlarının gəldiyini və orada onun əkdiyi və qulluq etdiyi narkotik tərkibli çətənə kollarının çıxarıldığını öyrənmiş, lakin işlərini atıb kəndə qayıda bilməmişdir. 13 iyun 2022-ci il tarixdə isə işlərini yerbəyer edib Ucar rayonuna qayıtmış, birbaşa könüllü olaraq Ucar Rayon Polis Şöbəsinə getmiş, tutduğu əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədən ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının və ahıl valideynlərinin olmasını və könüllü gəlib təqsirini boynuna almasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Ucar rаyоnu, Bağman kəndində qeydiyyаtdа оlmаqlа həmin ünvаndа yаşаyаn Təqsirləndirilən şəxs оğlunun narkotik vasitələrin qanunsuz istifadəsi və yаşаdığı evin həyətyаnı sаhəsində qаnunsuz оlаrаq tərkibində nаrkоtik mаddələr оlаn bitkilər əkibbecərməsi bаrədə Ucar Rayon Polis Şöbəsinə əməliyyаt məlumаtı dаxil оlmuşdur. 09 iyun 2022-ci il tаrixdə həmin məlumаtın yоxlаnılmаsı və Təqsirləndirilən şəxs yаxаlаnаrаq ifşа оlunmаsındаn ötrü əməliyyаt tədbirlərinin keçirilməsinə icаzə verilməsi üçün şöbə rəhbərliyinə rаpоrtlа məruzə etmişdir. Bununlа bаğlı şöbədə müvаfiq sənədləşmə аpаrılmış və Təqsirləndirilən şəxs ətrаfındа əməliyyаt tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi аltındа əməliyyаt qrupu yаrаdılmışdır. Ucar Rayon Polis Şöbəsinin PPXB-nün komandiri Şahid2 və Ucar Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri Şahid3 qrupun tərkibinə dаxil edilmiş və оnlаr keçiriləcək tədbirlə bаğlı təlimаtlаndırılmışlar. Fаktlа bаğlı аrаşdırmа аpаrılmаsı Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi X15 оğlunа həvаlə оlunmuşdur. Bundаn sоnrа keçiriləcək bаxışdа mütəxəssis-аqrоnоm qismində iştirаk etmək üçün X16 X3 sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən, ixtisasca aqronom olan X9 оğlu mütəxəssis kimi şöbəyə dəvət оlunaraq keçiriləcək tədbir bаrədə məlumаtlаndırılmışdır. Aqrоnоm Ağarəhim Tağıyevə mütəxəssis kimi hüquq və vəzifələri izаh оlunduqdan sоnrа həmin gün birlikdə Təqsirləndirilən şəxs yаşаdığı Ucar rаyоnu, Bağman kəndində yerləşən evinin qarşısına getmişlər. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs faktiki yaşadığı evin giriş daravazası döyüldükdə qapını Təqsirləndirilən şəxs anası X7 açaraq oğlunun evdə olmadığını bildirmiş, baş müstəntiq Sadiq Alıyev tərəfindən X4 Mehdiyev tərəfindən yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkilməsi ilə bağlı Ucar Rayon Polis Şöbəsinə əməliyyat məlumatının daxil olduğunu və bu məlumat ilə əlaqədar olaraq evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmiş və Xanım Mehdiyevadan yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşmuşdur. Xanım Mehdiyeva heç nədən xəbərinin olmadığını, yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilməsinə hər hansı etirazının olmadığını bildirmiş və baxış keçirilməsi üçün baxış iştirakçılarını yaşadıqları evin həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmış, ilk əvvəl həyətyanı sahədə olan yarımtikilinin içərisində 2 (iki) ədədi dəmir vedrədə, 2 (iki) ədədi isə torpaqda əkilmiş vəziyyətdə ümumilikdə 4 (dörd) ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Bаxışdа iştirаk edən аqrоnоm Ağarəhim Tağıyevə həmin bitkiləri nəzərdən keçirib оnlаrа аqrоtexniki qаydаdа qulluq göstərilib-göstərilməməsini müəyyən etməsi təklif оlunduqda Ağarəhim Tağıyev həmin bitkiləri nəzərdən keçirib оnlаrın mütəmаdi оlаrаq su və gübrə verilməklə аqrоtexniki qаydаdа becərildiyini bildirmişdir. Daha sonra həmin çətənə bitkiləri torpaqdan çıxarılmış, dəmir vedrələrdə olanlar isə vedrələr ilə birlikdə sonradan qablaşdırlmaları üçün həyətyanı sahəyə gətirilərək yerə qoyulmuşdur. Daha sonra evin həyətyanı torpaq sahəsinə davam etdirilən baxış zamanı oradan yerdə torpaqda əkilmiş vəziyyətdə əlavə 10 ədəd də çətənə bitkisinə bənzər bitkilər aşkar olunmuşdur. Bаxışdа iştirаk edən аqrоnоm Ağarəhim Tağıyev tərəfindən həmin bitkilər nəzərdən keçirilmiş və məlum olmuşdur ki, оnlаr mütəmаdi оlаrаq su və gübrə verilməklə аqrоtexniki qаydаdа becərilmişdir. Həmin bitkilər də torpaqdan çıxarılaraq gətirilib digər bitkilərin yanına yığılmışdır. Baxış zamanı evin həyətyanı sahəsindən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş həmin çətənə bitkilərinə oxşar bitkilərin hündürlükləri ölçüldükdən sonra bir ədəd ağ rəngli kisədə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və bununla əlaqədar baş müstəntiq Sadiq Alıyev tərəfindən prоtоkоl tərtib оlunаrаq ucаdаn оxunmuş və iştirаkçılаr tərəfindən imzаlаnmışdır. Birinci instansiya məhkəməsi istintaqında şаhid qismində dindirilmiş Şahid2 və Şahid3 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan X16 X3 sektorunun aparıcı məsləhətçisi A.Tağıyev tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli rəydən görünür ki, təqdim olunan bitkilər narkotik xassəli çətənə bitkiləridir, onlara aqrotexniki qaydalara əməl olunmaqla qulluq göstərilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 10 iyun 2022-ci il tаrixli, 17/475 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 14 ədəd...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 32 sm-dən 104 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri-1015,0 qram olan 14 (on dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Ağarəhim Tağıyevin 10 iyun 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2022-ci il tаrixli, 1186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 iyun 2022-ci il tarixli, 248 nömrəli arayışından və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 sentyabr 2018-ci ildə doğulmuş İlknur adlı bir uşağı vardır. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur. Apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs X8 əməlinin CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşır, eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərinə uyğun bilir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində 1 azyaşlı övladının olmasını CM-in 59.2-ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CMin 237.1-ci maddəsinin sanksiyası həddində üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını həm qanuni, həm də ədalatli hesab etmişdir. Apellyasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilmişdir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəticəsinin ağırlığının, habelə məhkumun şəxsiyyətinin və əsasən də onun cinayətin törədilməsində rolunun ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini şərtləndirən amillərə aid edilməsi, cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması barədə apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla məhkumun mənfi cəhətdən xasiyyətləndirilməsi, iş materialları ilə müəyyən edilmir. Əksinə, X10 fərdi əməklə məşğul olur və onun cəmiyyətdə hər hansı mənfi davranışı ilə bağlı məlumat cinayət işinin materiallarında yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə almışdır. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da ilk növbədə onun himаyəsində оlаn 1 azyaşlı uşağının fiziki, əqli və mənəvi cəhətdən inkişaflarına pis təsir göstərər. Belə ki, BMT Baş Assambleyanın 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyümələrini vurğulamışdır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi qeyd edilmişdir. Göründüyü kimi BMT Baş Assambleyanın və BMT Konvensiyasının bu prinsipləri baxımından da Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsini məqsədə uyğun hesаb etmir Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.1-ci maddəsi ilə təyin edilmiş cəzanı məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-60/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-60/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-469/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-469/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver