Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-47/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(014)-91/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (sədrlik edən F.Nəsibov) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxxxx 1985-ci ildə Ağdaş rayonu, Güvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Güvə kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından on beş faiz məbləğində dövlət nəfinə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəza çəkməsinin əvvəlinin hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılması, hökmün icrasının Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə məhkum edilmişdir ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Ağdaş rayonu, Cüvə kənd sakini xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş münaqişə zamanı yaşadıqları Ağdaş rayonu, Cüvə kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus bağ sahəsinin yaxınlığında sonuncunun baş və sol qol nahiyəsindən, həmçinin də bədənin müxtəlif yerlərindən əlindəki ağacla qəsdən vuraraq ona, baş təpə nahiyəsinin yumuşaq toxumalarının əzilməsi, boynun sağ nahiyəsinin, üzün sağ nahiyəsinin, sol qulaq sırğalığının sıyrıqları, döş qəfəsinin ön sol nahiyəsinin yumuşaq toxumalarının əzilməsi, sol mil bilək oynağının, sol əlin İİ barmağının əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(014)-91/2020 nömrəli hökmündən narazı qalan Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə şahid qismində iştirak edən Şahid3 və Şahid2 həm istintaqda həm də məhkəmə iclasında verdikləri ifadələrində onunla Zərərçəkmiş şəxs arasında münaqişənin olmadığını, onun Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmədiyini bildirsələr də, müstəntiq onların savadsız olmalarından istifadə edərək onlara qərəzli formada yazılmış ifadələrə imza etdirmişlər. Hesab edir ki, onun əməlində heç bir cinayət hadisəsi yoxdur və iş üzrə icraata xitam verilməlidir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(014)-91/2020 nömrəli hökmünün iş üzrə icraata xitam verilməklə dəyişdirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(014)-91/2020 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(014)-91/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(014)-91/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunda ifadə verərək bildirdi ki, bu hadisə 2019-cu ilin aprel ayında şəxsi münaqişə zəminində olmuşdur. Bu hadisədən sonra Zərərçəkmiş şəxs onu harda gördü təhqir edir, ona və ailəsinə qarşı nalayiq söyüşlər söyürdü. Bununla əlaqədar bir neçə dəfə 102 xidmətinədə zəng vurmuşdur. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 13:40 radələrində yaşadığı evə getdiyi zaman qonşuluğunda yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs oğlunun öz yaşadıqları evin qarşısında dayandığını görmüş, ona təxminən 5-10 metr qalmış yolunu dəyişib evə tərəf gedərkən Mürvətin onun arxasınca nalayiq söyüşlər söyərək gəldiyini görüb, onun dediklərinə əhəmiyyət verməyərək evə getmişdir. Evdə bir az dincəldikdən sonra axşam təxminən 19:00 radələrində xırdabuynuzlu heyvanlarını tövlədən çıxarıb bağda otarmış və nəzarət etmişdir ki, heyvanlar digər qonşunun həyətinə keçməsin. Bu vaxt Mürvətin onun ünvanına nalayiq söyüşlər söyərək gəldiyini görmüşdür. O onun nalayiq söyüşlərinə dözə bilməyib ona yaxınlaşıb bir əli ilə gödəkçəsindən tutaraq vurmaq istəyəndə onun üzündəki ifadəni görüb yaziğı gəlib onu vurmamışdır. Sonra onların mübahisəsini eşidib Mürvətin oğlu və qardaşı Hacıbayram gələrək onları ayırmışlar. Qardaşı ona evə getməyini bildirmiş, özü də Mürvətlə getmişdir. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs yolda yenidən ona və qardaşı Hacıbayrama söyüşlər söyüb, qardaşıda buna dözməyib onu itələyib və aralarında əlbəyaxa mübahisə yaranıb. Sonra Zərərçəkmiş şəxs qardaşı ilə barışmış, lakin ondan şikayət edib. Qardaşının onu vurmağına baxmayaraq ondan şikayət edib. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 Ağasallam oğlu bildirdi ki, bağda işləyən zaman çöldə səs-küy eşitmişdir. Çölə çıxanda qardaşı Hacımuradla Zərərçəkmiş şəxs sözlə mübahisə etdiyini görmüşdür. O onlara yaxınlaşıb ayırdıqdan sonra, qardaşının qolundan tutub evə getməsini bildirmişdir. Sonra Zərərçəkmiş şəxslə birlikdə çıxdığı bağa tərəf gedəndə Zərərçəkmiş şəxs ona qarşı nalayiq sözlər işlətməyə başlamışdır. O, ona bir neçə dəfə xəbərdarlıq edərək qohum-qonşu olduğunu xatırladaraq, nalayiq sözlər işlətməməsini bildirmişdir. Lakin, o təhqir etməyə davam edəndə onunla orada əlbayaxa dalaşmağa başlamış və bir-birini vurmağa başlamışlar. O, onun sinəsinə şillə vursa da onu küt alətlə və yumruqla vurmamışdır. Sonra oğlu gəlib onları ayırandan sonra o evə getmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 13:40 radələrində yaşadığı evə getdiyini, həmin vaxt qonşuluğunda yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs oğlunun öz yaşadıqları evin qarşısında dəyandığını gördüyünü, ona təxminən 5-10 metr qalmış yolunu dəyişib evə tərəf gedərkən Mürvətin onun arxası ilə onun ünvanına nalayiq söyüşlər söyərək gəldiyini gördüyünü, Mürvətin dediklərinə əhəmiyyət vermədən iti addımlarla evə gəldiyini, Mürvətlə aralarında əvvəllər də söz söhbətlərinin olduğunu, ona söyməyi ilə bağlı polisə müraciət etdiyini, evə getdikdən sonra biraz dincəldiyini və axşam radələrində xırdabuynuzlu heyvanlarını tövlədən çıxarıb bağ sahəsinə otarmaq üçün apardığını, həmin gün saat təxminən 19:00 radələrində, heyvanların bağda otladığını və heyvanlarının digər qonşunun həyətinə keçməməsi üçün yol hissəyə çıxdığını, bu vaxt Mürvətin onun ünvanına nalayiq söyüşlər söyərək gəldiyini gördüyünü, ona yaxınlşadığını və əli ilə onun gödəkçəsindən tutaraq ona nə səbəbə görə onun ünvanına nalayiq ifadələr işlətdiyini dediyini, həmin vaxt Mürvətin yaxşı etdiyini dediyini, bundan sonra aralarında mübahisə yarandığını və mübahisə zamanı ona nalayiq ifadələr işlətdiyini, daha sonra səslərinə Mürvətin oğlu Ülfətin və onun qardaşı Hacıbayramın gəldiklərini və onları aralaşdırdıqlarını, bundan sonra aralanıb yaşadığı evə getdiyini, Mürvətlə qardaşı Hacıbayramın öz yaşadıqları evin qarşısında dalaşdıqlarını sonradan eşitdiyini, daha sonra da Mürvətin həmin gün gecə radələrində Ağdaş RMX-na müraciət etdiyini, həmçinin də polis şöbəsinə onun və qardaşının onu döyməkləri barədə ərizə verdiyini eşitdiyini, hadisə vaxtı orada Mürvət və özü olduğunu, sonradan səslərinə Mürvətin oğlu Ülfət və qardaşı Hacıbayramın gəldiklərini, hadisə vaxtı Mürvətin əlində ketman, onun əlində isə qoyunları otarmaq üçün istifadə etdiyi bir metr uzunluğunda dairəvi formada ağac olduğunu, Mürvətə heç bir xəsarət yetirmədiyini, Mürvətin ona heç bir xəsarət yetirmədiyini, Mürvət və qardaşı Hacıbayramın arasında olan dava dalaşı görmədiyini və onların da biri birlərinə xəsarət yetirmələrini də bilmədiyini, Mürvət izahatında və ifadəsində hadisə vaxtı onun əlindəki ağac parçası ilə iki dəfə baş nahiyəsindən vurmasını, daha sonra, hadisə yerinə gələn qardaşı Hacıbayramın əlləri ilə onun üz nahiyəsini cırmaqlayaraq, yumruqla vurduğunu, daha sonra yerdən daş parçası götürərək onun sinə nahiyəsindən vurduğunu bildirməsinin yalan olduğunu, hadisə vaxtı özü və qardaşının ona heç bir xəsarət yetirmədiklərini, Mürvətin xəsarəti necə almasını bilmədiyini, hadisə vaxtı sərxoş olmadığını, lakin Mürvətin sərxoş olubolmasını bilmədiyini göstərdi. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs və Şahid4 tanıdığını, onların onun həmkəndliləri olduğunu, Hacımuradla aralarında əvəllər də davadalaşlar baş verdiyini, xx xxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində özünə məxsus bağ sahəsindən çıxıb yaşadığı evə getdiyini, həmin zaman heç bir səbəb olmadan Hacımuradın onun üstünə gəldiyini və ona nəsə dediyini, lakin Hacımuradın ona nə dediyini başa düşmədiyini, həmin vaxt onun əlində ağac olduğunu, həmin ağacı Hacımuradın hər iki tərəfindən əlləri ilə tutub bel nahiyəsində saxladığını, əlindəki ağac parçası ilə onun üstünə gəlib heç bir səbəb olmadan onu iki dəfə baş nahiyəsindən və bədəninin müxtəlif yerlərindən, həmçinin də sol qol nahiyəsindən vurduğunu, bundan sonra Hacımuradın qardaşı Hacıbayramın gəldiyini və onu itələməyə başladığını, həmin vaxt Hacıbayrama qardaşını da götürüb oradan getməsini dediyini, həmçinin Hacıbayramın onun üzünü cırmaqlamağa başladığını və üz nahiyəsinə yumruqla bir neçə dəfə vurduğunu, eyni zamanda yerdən də daş götürüb sinə nahiyəsindən bir dəfə vurduğunu və sol tərəfindən ona daşla xəsarət yetirdiyini, həmin vaxt ora yığışan kənd sakinlərinin onları sakitləşdirdiklərini, bundan sonra onlardan aralanıb yaşadığı evə getdiyini, onunla Hacımurad və Şahid4 arasında mübahisə və dava dalaşın xx xxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində yaşadıqları Ağdaş rayonu, Cüvə kəndində yerləşən çöl sahəsinə gedən yolda baş verdiyini, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində onunla mübahisə etdiyini lakin həmin vaxtı onu vurmadığını və ona hər hansı bir xəsarət yetirmədiyini bildirməsi ilə bağlı yalan dediyini, əvəllər də aralarında mübahisələr olduğunu və həmin gün də ona heç bir səbəb olmadan ağac parçası ilə xəsarət yetirdiyini, həmin ağac parçasının onun baş nahiyəsinə, sol bilək nahiyəsinə dəydiyini, həmçinin Hacımurad onlardan aralandıqdan sonra Hacıbayramın da ona yenə də təpiklə xəsarət yetirdiyini, hadisə vaxtı spirtli içki qəbul etmədiyini, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atası olduğunu, həmçinin Təqsirləndirilən şəxs və Şahid4 tanıdığını,onun həmkəndliləri olduğunu, Hacımuradla atası və onun arasında əvəllər də dava-dalaş və mübahisələr baş verdiyini, xx xxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində çöl sahəsində olduğunu, orada taxıl biçdirdiyini, həmin vaxt orada işləyənlərə çay və su apardığını, həmin gün saat təxminən 19:40 radələrində evə gələndə yaşadıqları evin qarşısında küçədə atası Mürvət, həmkəndlisi Hacıbayram, Hacıbayramın atası Ağasalam və digər kənd sakinlərinin toplaşdıqlarını gördüyünü, Hacıbayramın atasına və onun ailə üzvlərinə nalayiq ifadələr işlətdiyini, onlara yaxınlaşdığını və Hacıbayrama atasına nə üçün nalayiq ifadələr işlətdiyini dediyini, ona təxminən saat 19:30 radələrində həmkəndlisi Hacımuradın yaşadıqları evin bağ sahəsinin yaxınlığında atasını ağac parçası ilə vurub atasına xəsarət yetirməsi, daha sonra da həmin yerə Hacımuradın qardaşı Hacıbayram gəlməsinin ona həmin vaxt məlum olduğunu, həmin hadisənin davamı olaraq da Hacıbayramın onların yaşadığı evin qarşısında yenə də atasına nalayiq ifadələr işlətdiyini, lakin Hacımuradı həmin yerdə görəmədiyini, Hacımuradın atasını vurduqdan sonra çıxıb getdiyini, atasını evə çəkib apardığını, Hacıbayrama və Hacıbayramın atası Ağasalama isə öz iradlarını bildirib və onlara ayıb olduğunu, çıxıb evlərinə getmələrini bildirdiyini, daha sonra isə həmin gün atasının 102 xidmətinə zəng edib məlumat vermək istəsə də 102 xidmətinə düşə bilmədiyi üçün Bakı şəhərində yaşayan bibisinin gəlini X5 hadisə barədə məlumat verdiklərini və Saranın 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdiyini, həmçinin atasının həmin gün Hacımurad tərəfindən döyülərək xəsarət alması ilə əlaqədar Ağdaş RMX-na da müraciət eddiyini, daha sonra da Ağdaş RPŞ-nə ərizə ilə müraciət etdiyini, atasının dediyinə görə xx xxxx 2020-ci il tarixdə yaşadıqları kənd ərazisində həmkəndlisi Hacımuradın onu ağac parçası ilə vurub xəsarət yetirdiyini, daha sonra isə Hacımuradın qardaşı Hacıbayramın hadisə yerinə gəldiyini, Hacıbayramın da onu vurduğunu, lakin onların həmin vaxt dalaşmarını görmədiyini, atasını görəndə onun baş nahiyəsində, sol qol nahiyəsində və bədənin müxtəlif yerlərində qızartı və göyərti yerləri gördüyünü, atasının həmin vaxt sərxoş olmadığını, lakin Hacımurad və Hacıbayramın sərxoş olub olmamalarını bilmədiyini, həmin vaxt Hacımuradı görmədiyini, Hacıbayramı isə hadisədən sonra görsə də aralarında dava dalaş olmadığını, Şahid4 izahatında hadisə baş verən zaman onun da həmin yerə gəldiyini, atası Mürvət ilə birlikdə onu döydüklərini və daş parçası ilə onu sağ qol nahiyəsindən vurduğunu, daha sonra isə bədənin müxtəlif yerlərinə yumruqla və təpiklə vurmağını bildirməsinin yalan olduğunu, Hacıbayrama heç bir xəsarət yetirmədiyini, ümumiyyətlə atası ilə Hacıbayram və Hacımurad dava dalaş edən zaman onları görmədiyini, hadisənin də necə baş verməsini evə gələdikdən sonra atasından eşitdiyini, Hacıbayramın xəsarəti necə alması barədə də heç nə deyə bilmədiyini, xx xxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edədərk Hacıbayram və Hacımurad adlı şəxslər tərəfindən atasının xx xxxx 2020-ci il tarixdə döyülməsini və bu barədə şikayət etməyini bildirərək qarşı tərəfin onu öldürməklə hədələmələri, habelə onların ona böhtan atmalarını bildirməsi barədə onların onun atasını döyərək atasına xəsarət yetirdiklərini, xx xxxx 2020-ci il tarixdə küçədə dəyanərkən Hacımuradın onu gördüyünü və ona atasına onun barəsində polisə etdiyi şikayəti geri götürməsini, yoxsa onu öldürəcəyini dediyini, lakin hansı formada və necə öldürəcəyi barədə heçnə demədiyini, həmin vaxt onun əlində ağac parçası olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıdığını, onun həmkəndliləri olduqlarını, həmin şəxslərlə aralarında düşmənçilik və ədavət olmadığını, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 19:30 radələrində çöl sahəsindən evə gəldiyini, həmin vaxt Mürvətgilin evinin yaxınlığında bağ sahəsi tərəfdə küçədə səs küy gəldiyini gördüyünü, tez həmin tərəfə gedəndə Mürvət ilə Hacımuradın əlbəyaxa olduqlarını, onların biri birlərinin yaxalarından tutduqlarını, Hacıbayram və həmkəndlisi Elməddin isə onları aralaşdırmaq istədiklərini gördüyünü, həmin vaxt özü də həmkəndli olduqlarını, dalaşmamalarını, ayıb olduğunu deyərək onlara köməklik etdiyini, Hacımurada onlar dalaşdıqdan sonra Hacımuradın aralanıb ev tərəfə getdiyini, həmin vaxt aralıdan səs küyə Mürvətin oğlu Ülfətin də gəldiyini, Ülfətin də gəldikdən sonra atasını götürüb evə getdiyini, daha sonra özü də yaşadığı evə getdiyini, Mürvətin polisə ərizə ilə müracət edərək Hacımurad və Hacıbayram qardaşlarının onu döyərək ona xəsarət yetirdiyini sonradan eşitdiyini, lakin həmin yerə gələnə qədər artıq onlar dalaşıb qurtardıqlarını, onların biri birini vurmalarını görmədiyini, həmin vaxt onlarda da gözlə görünən hər hansı bir xəsarət olmadığını, onları görən zaman onların əlində heç nə olmadığını, Mürvət və Hacımuradın əlləri ilə biri birlərinin köynəklərindən tutduqlarını, Elməddin və Hacıbayramın isə onları biri birindən ayırdıqlarını, Zərərçəkmiş şəxs ilə Hacımurad arasında ədavət və düşmənçilik olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıdığını, onun həmkəndliləri olduğunu, həmin şəxslərlə aralarında düşmənçilik və ədavət olmadığını, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 19:30 radələrində qardaşıgildən evə gələndə Mürvətgilin evinin yaxınlığında bağ sahəsi tərəfdə küçədə səs küy gəldiyini gördüyünü, tez həmin tərəfə gedəndə Mürvət ilə Hacımuradın əlbəyaxa olduqlarını gördüyünü, onlar biri birləinin yaxalarından tutduqlarını, həmin vaxtı Hacımuradın qardaşı Hacıbayramın da həmin yerə gəldiyini, onları bir-birlərindən aralayan zaman, həmkəndlisi Röyalın da həmin yerə gəldiyini, onlara həmkəndli olduqlarını, dalaşmamalarını, ayıb olduğunu dediklərini, Hacımurada onlar dalaşdıqdan sonra Hacımuradın aralanıb ev tərəfə getdiyiini, daha sonra da oradan aralanıb getdiyini, Mürvətin polisə ərizə ilə müracət edərək Hacımurad və Hacıbayram qardaşlarının onu döyərək ona xəsarət yetirdiyini bildirdiyini sonradan bildiyini, lakin özü həmin yerə gələnə qədər artıq onların dalaşıb qurtardıqlarını, onların biri birini vurmalarını görmədiyini, həmin vaxt onlarda da gözlə görünən hər hansı bir xəsarət olmadığını, onları görən zaman onların əlində heç nə olmadığını, Mürvət və Hacımuradın əlləri ilə biri birlərinin köynəklərindən tutduqlarını, özü və Hacıbayramın onları biri birindən ayırdıqlarını, onları aralayıb evə getdiyini bildirmişdir. İşdə olan məhkəmə-tibb ekspertizanın xx.xx.2020-ci il tarixli 340 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs Hacıbala oğlunun bədənində olan xəsarətlər-başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, boynun sağ nahiyəsinin, üzün sağ nahiyəsinin, sol qulaq sırğalarının sıyrıqları, döş qəfəsinin ön sol nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol mil bilək oynağının, sol əlin İİ barmağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, birlikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Ayrı-ayrılıqda başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, boynun sağ nahiyəsinin, üzün sağ nahiyəsinin,sol qulaq sırğalarının sıyrıqları, döş qəfəsinin ön sol nahiyəsinin yumşaq toxumalarının əzilməsi sol əlin İİ barmağının əzilməsi sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Sol mil bilək oynağının əzilməsi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlini CM-in 128-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hazırda öyrənilən işdən bəlli olur ki, Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində, Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini, məhkəmə kollegiyasının iclasında isə Zərərçəkmiş şəxsa qardaşı Şahid4 Ağasallam oğlunun vurduğunu bildirmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır. Çünki, məhz təqsirləndirilən şəxsin vəsatəti əsasında sonuncunun qardaşı Şahid4 Ağasallam oğlu şahid qismində dindirilmiş və şahid ifadəsində göstərmişdir ki, “bağda işləyən zaman çöldə səs-küy eşitmişdir. Çölə çıxanda qardaşı Hacımuradla Zərərçəkmiş şəxs sözlə mübahisə etdiyini görmüşdür. O onlara yaxınlaşıb ayırdıqdan sonra, qardaşının qolundan tutub evə getməsini bildirmişdir. Sonra Zərərçəkmiş şəxslə birlikdə çıxdığı bağa tərəf gedəndə Zərərçəkmiş şəxs ona qarşı nalayiq sözlər işlətməyə başlamışdır. O, ona bir neçə dəfə xəbərdarlıq edərək qohum-qonşu olduğunu xatırladaraq, nalayiq sözlər işlətməməsini bildirmişdir. Lakin, o təhqir etməyə davam edəndə onunla orada əlbayaxa dalaşmağa başlamış və bir-birini vurmağa başlamışlar. O, onun sinəsinə şillə vursa da onu küt alətlə və yumruqla vurmamışdır”. Halbuki, işdə olan məhkəmə-tibb ekspertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs Hacıbala oğlunun bədənində olan xəsarətlər-başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, boynun sağ nahiyəsinin, üzün sağ nahiyəsinin, sol qulaq sırğalarının sıyrıqları, döş qəfəsinin ön sol nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol mil bilək oynağının, sol əlin İİ barmağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, birlikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Ayrı-ayrılıqda başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, boynun sağ nahiyəsinin, üzün sağ nahiyəsinin,sol qulaq sırğalarının sıyrıqları, döş qəfəsinin ön sol nahiyəsinin yumşaq toxumalarının əzilməsi sol əlin İİ barmağının əzilməsi sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Sol mil bilək oynağının əzilməsi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Digər tərəfdən, işdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin xüsusat şahid ifadələri və üzləşdirmə protokolu və digər istintaq sənədlərindən sübuta yetirilmədiyindən Şahid4 əməlində CM-in 128-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibi rədd edilmişdir. Şahid4 hadisə zamanı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyindən onun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTBnə göndərilmişdir. Daha sonra apellyasiya şikayətinin müəllifi verdiyi apellyasiya şikayətində göstərir ki, “iş üzrə şahid qismində iştirak edən Şahid3 və Şahid2 həm istintaqda həm də məhkəmə iclasında verdikləri ifadələrində onunla Zərərçəkmiş şəxs arasında münaqişənin olmadığını, onun Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmədiyini bildirmişlər”. Lakin, məhkəmə kollegiyası sadalanan dəlilə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsi üçün əsas bilmir. Çünki, həmin şəxslər həm ibtidai isintaqda, həm də birinci instansiya məhkəməsinin iclasında verdikləri ifadələrində göstərmişlər ki, onların hər ikisi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə əlbəyaxa olaraq münaqişə etdiyini görmüşlər, onlar hadisə zamanı baş vermiş səs-küyə gəlmişlər və onlar gələrkən artıq onlar dalaşıb qurtarmışlar. Mürvətin polisə ərizə ilə müracət edərək Hacımurad və Hacıbayram qardaşlarının onu döyərək ona xəsarət yetirdiyini sonradan eşitmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməməsi ilə bağlı ifadəsi və bununla bağlı apellyasiya şikayətində qeyd edtiyi dəlillər tamamilə özünümüdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham işdə olan zərərçəkmiş şəxsin ifadəsi, onunla təqsirləndirilən şəxs arasında olan üzləşdirmə protokolu, şahid ifadələri və ekspertiza rəyləri ilə heç bir şübhə və ehtimal olamadan təsdiq olunur. Belə olan halda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 128ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə, (CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(014)-91/2020 nömrəli hökmünün məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Sadalananlarla yanaşı məhkəmə kollegiyası Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya münasibət bildirərək hesab edir ki, hazırki vəziyyətdə mülki iddianın qəbul edilməsi mümkün deyildir. Belə ki, oxşar münasibətləri nizama salan CPM-in 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-in 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. İşdən göründüyü kimi mülki iddia xx xxxxxx 2020-ci il tarixində Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mülki iddia vaxtında verilməmişdir və ona görə də mülki iddianın qəbul edilməsindən imtina edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(014)-91/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(014)-91/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və sonuncuya mülki qaydada birinci instansiya məhkəməsinə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-47/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-47/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver