Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-48/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, 1(035)-10/2020 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs X3 tərəfindən Zərdab Rayon Məhkəməsinin hakimi Tahir Qubadova verilmiş etiraza açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zərdab Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Mövsüm oğlunun sədrliyi ilə keçirilən məhkəmə iclasında 1(035)-10/2020 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2020-ci il tarixli teleqram göndərərək məhkəmə tərkibinə etiraz etdiyini bildirmiş və işin başqa rayon məhkəməsində baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (sədrlik edən, hakim Tahir Qubadov) xx xxxxxx 2020-ci il tarixli protokol ilə 1(035)-10/2020 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs X3 tərəfindən işə sədrlik edən hakimə edilmiş etiraz məsələsinin həlli üçün iş Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hakim Tahir Qubadov tərəfindən cinayət hadisəsi baş verəndə də təqsirkar şəxslərin azad edilməsi barədə qərar qəbul edilmişdir. hakim Tahir Qubadovun işlə əlaqədar maddi marağı olmuşdur. Bu gün də maraqlıdır. Təqsirləndirilən şəxslər açıq şəkildə bildirirlər ki, hakim Tahir Qubadovla danışıblar ki, yüngül cəza alsınlar. İstintaqda gizlədilən bir qrup şəxslərin isə məsuliyyətdən kənarda saxlanılmasına nail olunacaq. Ona görə də, Zərdab Rayon Məhkəməsinin hakiminə etiraz etimişdir. İşin başqa rayon məhkəməsinə verilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə ərizədə göstərilən dəlilləri iş materialları ilə birlikdə аrаşdırıb hesаb edir ki, etirazda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) tələblərinə uyğun konkret əsaslar mövcud olmadığındancinayət işi üzrə iş materialları mahiyyəti üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə qаytаrılmаlıdır. Belə ki, CPM-in 109.1-ci maddəsində göstərilir ki, hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun. 109.1.1. şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə; 109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda; 109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda; 109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; 109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə; 109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir); 109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; 109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. İş materiallarından və cinayət işi üzrə zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, hakim Tahir Qubadov tərəfindən cinayət hadisəsi baş verəndə də təqsirkar şəxslərin azad edilməsi barədə qərar qəbul edilməsi, hakim Tahir Qubadovun işlə əlaqədar maddi marağının olması, bu gün də həmin maraqların davam etməsi, təqsirləndirilən şəxslərin açıq şəkildə hakim Tahir Qubadovla yüngül cəza almaları barədə danışdıqları, istintaqdan gizlədilən bir qrup şəxslərin isə məsuliyyətdən kənarda saxlanılmasına nail olunacağını əsas gətirərək hakim Tahir Qubadova etiraz etmişdir. Ancaq, iş materiallarından görünür ki, X3 öz etirazının dəlili kimi istinad etdiyi halları təsdiq edən konkret və mötəbər sübutu məhkəməyə təqdim etməmiş, etirazını mülahizələr üzərində qurmuş və hakim Tahir Qubadovun hazırda icraatında olan işə baxmaqda maraqlı olmasını əsaslandıra bilməmişdir. Həmçinin etirazın aşkar surətdə əsassız olmasına əhəmiyyət verməyən hakim etirazı baxılmamış saxlamaq əvəzinə verilmiş etiraz barədə ərizəni qəbul edərək etirazın həll edilməsi üçün işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Digər tərəfdən CPM-in 109.1.6-cı maddəsinin tələbinə görə hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir. CPM-in 109.3.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına, cinayət təqibi ilə bağlı digər materiala isə hakim tərəfindən təkbaşına baxıldıqda hakimin özü-özünə və ya ona edilmiş etirazı-həmin məhkəmənin sədri, CPM-in 109.3.3-cü maddəsinə əsasən isə göstərilmişdir ki, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apelyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X2 etiraz ərizəsi təmin edilməməli, cinayət işi materialları mahiyyəti üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsаsən və CPM-in 109.3.3-cü və 321.2.3-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA A L D İ: Cinayət işi üzrə zərərçəkmiş şəxs X2 Zərdab Rayon Məhkəməsinə verdiyi etirаz ərizəsi təmin edilməsin. 1(035)-10/2020 saylı cinayət işi materialları mаhiyyəti üzrə bаxılmаsı üçün Zərdab Rayon Məhkəməsinə qаytаrılsın. Qərаrdаn şikаyət və yа protest verilə bilməz.
Məhkəmə qərarları › İş №1(107)-48/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-48/2020
20.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver