Məhkəmə qərarları › İş №1(107)-482/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-482/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-482/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ birinci dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X16, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X17 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 1(024)-28/2022 nömrəli (hakim Malik Qarayev) hökmü ilə, xx.xx.1996-cı ildə Şəki rayonunun İbrahimkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, Şəki rayonunun İbrahimkənd kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsi, məhkəmə zalından həbsə alınması, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmas, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli onun tutulduğu 10 fevral 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması müəyyən edilmişdir. xx.xx.1988-ci ildə Əsgəran rayonu Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Əsgəran rayonu Kosalar kəndində pasport qeydiyyatında olan, barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli onun tutulduğu 11 fevral 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi, iş üzrə maddi sübut kimi 3 ədəd kibrit qutusunda hər birində 3,24 qram, 5,80 qram, 2,77 qram olan və 01 ədəd sellofan torbada 429,95 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd kibrit qutusunun içərisində ümumi çəkisi 5,91 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə olunması və tam həcmdə məhv edilməsi, 4 ədəd “DVD” diski isə cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti onların yaşayış yerləri üzrə Şəki RMX-na göndərilməsi müəyyən edilmişdir. işin halları: İbtidai istintaq orqanın mövqeyinə görə Təqsirləndirilən şəxs1 qəsdən qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, qəsdən, 10 fevral 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 Qax rayonu, Ağyazı kəndində 40 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, 10 fevral 2022-ci il tarixdə, saat 18 radələrində Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax rayonu, Qıpçaq kəndi ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin sol cibindən 01 ədəd kibrit qutusunun içərisindən ümumi çəkisi 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşıyaraq narkotik vasitəni satmışdır. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və müddətdə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan 447,92 qram çətənə bitkisində küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, 10 fevral 2022-ci il tarixdə saat 16:30 radələrində Qax rayonu, Ağyazı kəndində 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs1 40 manata satmış, həmçinin 11 fevral 2022-ci il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, Qax rayonu, Ağyazı kəndi ərazisində yerləşən körpünün altında gizlətdiyi 3 ədəd kibrit qutusunda hər birində 3,29 qram, 5,85 qram, 2,82 qram olan və 01 ədəd sellofan torbada 430 qram ümumilikdə, 441,96 qram çətənə bitkisində küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana baxış zamanı aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qax Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X17 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətləri və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində hökmün dəyişdirilərək azadlıqdan məhdudlaşdırma cəzasıyla əvəz edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində hökmün ləğv edilməsini, onun barəsində daha ədalətli və humanist qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi X17 verdiyi apellyasiya şikayətində hökmün Təqsirləndirilən şəxs2 aid hissəsinin ləğv edilməsini, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan əməllərin onun tərəfindən törədilmədiyini və onun belə cinayəti törətməsinin nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmündən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X25 apellyasiya şikayətlərinin təmin edilməsini və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirdi ki, ona qarşı zor tətbiq edərək ondan etirafedici ifadələr alıblar. Məhkəmədə şahid qismində bir nəfər dindirildi. Qalan şahidlər dindirilmədi. Onu oturduğu yerdə aidiyyəti olmayan bir şeyə görə axtarışıla bağlı aparıblar. Polis şöbəsində isə narkotik satışı ilə bağlı iş açıblar. Onun barəsində axtarış vergi ilə bağlı olub. Onu yoxlamadan barəsində məcburi müalicə təyin edilib. Sonradan onlar vəsatət vermişlər. Onları yenidən yoxlamışlar. Onların bədənlərindən heç bir narkotik maddənin tərkibi çıxmamışdır. Onun xahişi odur ki, ona bəraət verilsin. Ona aid olmayan maddə ilə məni ittiham ediblər. Sədlrik edənin suallarına cavab olaraq bildirdi ki, Elçini tanıyır. İzahat zamanı onlara təyziqlər ediblər. Səhərə qədər işgəncə veriblər. Bununla bağlı prokurorluğa müraciət etmişlər. Ancaq zor tətbiq edilməsi barədə fakt təsdiq edilməmişdir. Onun polis əməkdaşları ilə bağlı düşmənçiliyi yoxdur. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X8 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə o, Səxavətlə danışaraq onunla Qax rayonunda görüşmək istəyib. Onların polislərlə ədavətləri Qax rayonunda obyekt açmaq istəməkləri ilə əlaqədar olmuşdur. O, həmin zaman Səxavətin axtarışda olmasını bilməyib. X34 restoranının sahibi Zülfüqar adlı şəxs də olmuşdur. Hansı ki, onlar həmin obyekti almaq istəyiblər. Onlar məhkəmədə onun şahid qismində dindirilməsi barədə vəsatət versələr də o, vəsatətləri də təmin edilməyib. onları polislərlə üz-üzə gətirən həmin şəxsdir. Barələrində sanksiya qətimkan tədbiri seçiləndən sonra təyziq altında izahat və ifadə verməyi barədə Qax rayon prokurorluğuna məktub da yazmışdır. Döyüldüyündən 2 gün sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına gedərək müayinədən keçmişdir. Kəllə-beyin travması almağı barədə sənədlər almışdır. Bu sənədləri məhkəməyə təqdim etmişdir. Onu onunla bağlı Qax rayon prokurorluğuna çağırıblar. Ərizəsini geri götürməyini istəyiblər. Həmin vaxtı da o, korona xəstəsi olduğu üçün cinayət işi açacaqları ilə hədələyiblər. Bu barədə də onun məlumatı olmamışdır. Onları müayinəyə göndərəndə bilmişdi ki, o, korona xətəsidir. Məhkəmədə neçə dəfə xahiş etmişdir ki, onların məhkəmələri video çəkilişlə olsun. Onların şahidlərin dindirilməsi zamanı olan səs yazılarına baxsanız əməliyyat müvəkkillərinin ziddiyyətli ifadələrini özünüz də görərsiniz. Əməliyyatçı Azər onun tutulmağında şəxsən iştirak etmişdir. Onlar xahiş edəndən sonra həmin əməliyyatçı Azəri şahid qismində məhkəməyə dəvət edir. O ifadə verən zaman bu kəlmələri işlədir. “Bilsəydi onu yükləyərdi.” Şəxsən onu dövlət yol polisi əməkdaşları saxlayıb. O, avtomobildən düşəndə avtomobilə baxış keçirilib. Həmin vaxtı nə onun üzərindən nə də avtomobildən narkotik vasitə tapılmayıb. Narkotik vasitəni özləri onun cibinə qoyublar. Ona bildiriblər ki, ona 234.1 ilə bağlayasıdılar. Narkotik vasitənin tərkibi az olduğu üçün ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edəcəklər.O, da həmin vaxtı xəstə olmuşdur. Onların işlərinə ədalətli baxılmasını və hər iki apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 cavab verdi ki, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat verilən zaman məhkəmədə verdiyi ifadələr təyziq altında olub. Polis onlara hədə-qorxu gəlib. Onlar da bilmirlər ki, nə üçün onları ayrı-ayrı saxlayırlar. Guya biz bir-birlərinə məlumat ötürə bilərlər. O, izahatını vəkil Müdafiəçi1 yanında verəndə artıq onu döyüb ittiham olunan əməli boynuna qoymuşdular. O, ittiham aktı ilə tanış olandan sonra prokurorluğa müraciət etmişdir. Bundan başqa rayon prokurorluğunda bu işə baxılması barədə müraciəti olub. Həmin müraciət təmin edilməyib. Narkotik vasitənin təsirindən əziyyət çəkdiyini deyiblər. Qax rayonunda olmağının səbəbi əvvəlki cinayət əməliylə əlaqədar yaranmış borclarını bağlamaq üçün iş görmək istəyirdi. Qax rayonuna getdiyi taksinin sürücüsü dostu olub. Ona 20 manat pul verməmişdir. Səxavət o cür ifadə verməyib. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apellyasiya şikayətlərinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Dövlət ittihamçısı X12 əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri iş üzrə toplanmış sübutlarla tam təsiqini tapmışdır. İstintaq mərhələsində hər ikisi narkotik vasitənin satışı və istifadəsi barədə əməllərini etiraf etmişlər. Şahidlər də bu işlə bağlı xüsusatları təsdiq etmişlər. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X17 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş edir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X17 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Qax Rayon Məhkəməsinin 21 okyabr 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək şəxsi axtarış zamanı üzərindən aşkar edilən tərkibində narkotik maddə olan qurudulmuş marixuananın ona məxsus olduğunu, həmin narkotik maddə olan qurudulmuş marixuananı Qax rayonu, Ağyazı kəndində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 aldığını, belə ki, Səxavəti 1 (bir) aya yaxındır ki, tanıdığını, Qax rayonu, Qıpçaq kəndi ərazisində çörək bişirmə sexi işlətmək istədiyini, Səxavətlə də orada tanış olmadığını, Səxavətin narkotik vasitələrin istifadəçisi olub-olmadığını bilmədiyini, 2022-ci ilin yanvar ayının sonlarında Qax rayonu, Qıpçaq kəndində olarkən Səxavətlə söhbət edən zaman ona “spirtli içki qəbul etmədiyini, lakin narkotik vasitə olsaydı qəbul edərdim” dediyini, Səxavətin ona marixuana olan yeri bildiyini, “50 (əlli) manat versən təşkil edərəm” dediyini, əvvəllər də narkotik vasitə olan marixuanadan istifadə etdiyini, 2022-ci ilin yanvar ayının 31-də Səxavətə zəng edərək “mənə marixuana gətirməyə söz vermişdin, nə oldu verdiyin söz” dediyini, Səxavətin ona “50 manat pulu Qax rayonu, Qıpçaq kəndinə gətir və marixuananı götür” dediyini, bundan sonra tək Qax rayonu, Qıpçaq kəndinə gələrək 50 manat pulu Səxavətə verdiyini, Səxavətin ona 1 kibrit qutusunda marixuana verdiyini, bundan sonra 10 gün müddətində gündə 1 ədəd olmaqla həmin marixuanadan istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə həmin marixuananın qurtardığını, yenidən Səxavətə zəng edərək marixuananın qurtardığını bildirdiyini, həmin marixuanadan yenə də ona təşkil etməsini xahiş etdiyini, Səxavətin ona “Qax rayonu Ağyazı kəndinə gəl, orada avtobus dayanacağında daşın altına qoymuşam oradan götür” dediyini, daha sonra orada yerləşən “artezian” adlanan yerə gəl 50 manat pulumu ver dediyini, bundan sonra tanışı Şahid3 onu taksi kimi Qax rayonuna aparmağını xahiş etdiyini, onunla 20 manata razılaşdığını, Qax rayonuna gəldiyini, Qax rayonu, Qıpçaq kəndində Elvindən avtomobili idarə etmək üçün ona verməsini xahiş etdiyini, onun isə Qax rayonu, Qıpçaq kəndinə Qürbət bağı adlanan yerdə gözləməsini dediyini, onunla razılaşdığını, Elvinin avtomobilini idarə edərək Qax rayonu, Ağyazı kəndinə getdiyini, Səxavətin dediyi yerdən marixuananı götürdüyünü, daha sonra onun dediyi artezian adlanan yerə gedərək Səxavətlə görüşdüyünü, ona 40 manat pul verdiyini, geri qalan 10 manatı da başqa vaxt verəcəyinə söz verdiyini, maşını idarə edərək Elvinin yanına gəldiyini, Qax rayonu, Qıpçaq kəndində maşını Elvinə verdiyini, özünün isə yanında sərnişin kimi əyləşdiyini, Qax rayonu, Qıpçaq kəndindən Şəki istiqamətində 2 kilometr yol getdiyini, həmin vaxtı polis əməkdaşlarının onları saxlayaraq polis şöbəsinə gətirdiklərini, polis şöbəsinə gətirməkdə məqsədin üzərində narkotik vasitənin saxlanmasında şübhələr olduğunu, polis şöbəsinə şübhəli şəxs qismində tutulduğunu, üzərinə dərhal vəkilinin iştirakı ilə şəxsi axtarış aparıldığını, əynindəki gödəkçəmin sol cibində olan kibrit qutusunun içindəki marixuananı təqdim etdiyini, həmin vaxt təqdim etdiyi marixuananı yalandan yoldan tapdığını desə də, lakin, həmin marixuananı Səxavətdən aldığını, şəxsi axtarış zamanı üzərindən aşkar edilən marixuananın götürülüb qablaşdırıldığını, yekunda protokol tərtib edildiyini, həmin protokola qol çəkdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi baxışı zamanı özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitədən istifadə etməmiş, Təqsirləndirilən şəxs2 və ya hər hansı bir şəxsdən narkotik vasitə almamışdır. Qax RPŞ-də polis əməkdaşları tərəfindən döyülmüş və təzyiq altında ifadə vermişdir. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilmədiyini göstərərək ona bəraət veilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs1 ilə 3 ay əvvəl Şəki şəhərində tanış olduğunu, onunla söhbət əsnasında narkotik vasitə istifadəçisi olduğunu ona dediyini, ondan haradan narkotik vasitə əldə edə biləcəyini soruşduğunu, ona narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu, “sənə pay verərəm” dediyini, 2022-ci ilin yanvar ayının əvvəllərində Şəki şəhərində ona 2-3 bükümdə, yəni hər bükümdə 1 siqaretlik olmaqla təxminən 2-3 dəfə narkotik vasitə olan marixuananı pay verdiyini, təxminən 1 həftə əvvəl Elçinə 1 kibrit qutusu marixuananı 50 manata satdığını, satdığı marixuananı o, Qax rayonu Ağyazı kəndində Aqropark adlanan yerin yaxınlığında Elçinin ondan 50 manat pul verərək aldığını, xx.xx.2022-ci il tarixdə pul lazım olduğu üçün Elçinlə telefonla əlaqə saxladığını, ondan 50 manat gətirərək yenə ondan marixuana almasını xahiş etdiyini, xx.xx.2022-ci il tarixdə əvvəlcədən razılaşdığı yerə Qax rayonu Ağyazı kəndinə gələrək avtobus dayanacağının yaxınlığında daşın altına qoyduğum 1 kibrit qutusunda olan qurudulmuş marixuananı götürdüyünü, həmin marixuananın orada daşın altında olmasını Elçinə dediyini, daha sonra marixuananın pulunu, yəni 40 manatı Qıpçaq kəndində yerləşən restoranın yaxınlığında bulağın yanında gətirib Elçinin ona verdiyini, həmin marixuananı Şəki rayonu Çapaxan kəndi ərazisində 2021-ci ilin mart ayında meşədə əkdiyini, həmin ilin avqust ayının əvvəllərində yığaraq qurutduğunu, onları Qax rayonu Ağyazı kəndi ərazisində Aqroparkın yaxınlığında meşəlikdə gizlətdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi baxışı zamanı özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və yaxud hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. Qax rayon məhkəməsi tərəfindən barəsində qətimkan tədbiri seçildikdən sonra apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsində proses başa çatdıqdan sonra döyülməsi barədə Şəki Prokurorluğuna şikayət etmişdir. Bundan sonra Qax RPŞ-nin əməkdaşları tərəfindən döyülmüş və təzyiq altında ifadə vemişdir. Özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilmədiyini göstərərək ona bəraət verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 fevral 2022-ci il tarixdə əməliyyat aparatına Şəki rayon sakini Elçin adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, dərhal əməliyyat tədbiri hazırlanmışdır. Daxil olan əməliyyat məlumatına əsasən Qax rayonunun Qıpçaq kəndi ərazisində olduğu müəyyən edildikdən sonra həmin kəndə gedilmiş və Elçin adlı şəxsə yaxınlaşmış, özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmiş, polis şöbəsində Elçinə onun üstünə baxış keçirmək istədiklərini demişlər. Əvvəlcədən Elçinə təklif olunmuşdur ki, üstündə narkotik vasitə və ya hər hansı qeyri-qanuni əşya varsa könüllü təqdim etsin. Elçin üstündə hər hansı qeyri-qanuni əşya və ya narkotik vasitə olmadığını bildirmiş və onlara üstünə baxış keçirilməsinə könüllü razılıq vermişdir. Bundan sonra onun üstünə baxış keçirilmiş, əynindəki gödəkçənin sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunun təqdim etmişdir. Kibrit qutusuna baxış keçirilərkən içərisində yaşıl rəngli kəskin iyli kütlə aşkar edilmişdir. Elçin üzərindəki kibritin içərisindəki kütlənin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, onu əvvəllər tanıdığı Şəki rayon sakini Təqsirləndirilən şəxs2 40 manata aldıqdan sonra üzərində saxlayarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Qax şəhəri ərazisində yeri müəyyən edilmiş, o saxlanılaraq polis şöbəsinə dəvət olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkarlanan 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı Elçinə 40 manata satdığını etiraf etmişdir. Qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kəskin iyli kütlə çəkilərək təmiz çəkisi 8.22 qram olmuş, narkotik vasitə qablaşdırılmış və 108 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edildikdən sonra əməliyyat tədbiri iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir fiziki təzyiqlərə məruz qalmamış, onları nə özü, nədə ki, başqa polis əməkdaşı döyməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı könüllü olaraq həmin narkotik vasitəni satmaq niyyətində olmasını etiraf edib sərbəst ifadə vermişdir. Təqsirləndirilən şəxs2 evindən narkotik vasitənin satışına dəlalət edən tərəzi və ya başqa avadanlıq aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, 2020-ci ildən Baş mühafizə idarəsinin Şəki rayonlararası mühafizə şöbəsində mülki mühafizə xidmətində işləyir. Boş vaxtlarında etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəlaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Şəki şəhər sakini Təqsirləndirilən şəxs1 ona məxsus ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək idarə etdiyi avtomobillə onu Qax rayonuna aparmasını xahiş etmişdir. Elçin 20 manat pul müqabilində Qax rayonuna gətirmiş, Qax rayonunda tanımadığı ünvana çatanda Elçin ondan avtomobili sürmək üçün ona verməsini xahiş etmişdir. Elçinin xahişini yerə salmamış, Elçin maşını sürüb getdikdən sonra onu gözləmiş, təxminən 30 dəqiqə sonra Elçin geri qayıtmışdır. O, avtomobili bir qədər idarə etdikdən sonra YPX-nin əməkdaşlarının onun maşınını saxladaraq maşının cərimə borcuna görə həbsi olduğunu demiş, həmin vaxtı mülki formada olan polis əməkdaşları onlara yaxınlaşaraq Elçinin üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, Elçin üzərində narkotik vasitə sayılan qurudulmuş marixuananın olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə saxladığını bilməmiş, Elçinin ona vacib sənədlərin olduğunu, onları götürməli olduğunu, bunun üçün tək getməsi lazım olduğunu demişdir. Ona görə də, Elçinin avtomobili sürüb getməsinə icazə vermişdir. Birinci instansiya məhkəməsi iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, o Təqsirləndirilən şəxs2 tanıyır. Səxavətlə birlikdə Qax rayonu Ağyazı kəndinin ərazisində kafe işlədirlər. xx.xx.2022-ci il tarixdə kafedə olan zaman polis əməkdaşları kafeyə daxil olmuş və Səxavətə vergi borcuna görə axtarışda olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxtı Səxavəti və onu Qax RPŞ-nə aparmışlar. Birinci instansiya məhkəməsi iclasında əlavə şahid qismində dindirilmiş şahid X28 ifadəsində göstərdi ki, Qax RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. 10 fevral 2022-ci il tarixdə əməliyyat aparatına Şəki rayon sakini Elçin adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, dərhal əməliyyat tədbiri hazırlanmışdır. O, əməliyyat qrupunun yaradılması ba rədə qəra qəbul etsə də, əməliyyat tədbirində iştirak etməmiş, təqsirləndirilənş şəxslərin saxlanı dığı yerə getməmişdir. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 Qax RPŞ-nin inzibati binasına gətirilərkən görmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1493 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabioiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Halhazırda narkotk absitensiya əlamətləri (narkotik aclığı) olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1492 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabioiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 71-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 34.55 manatdır. İşin 198-199-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 193-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki RİHB-nın İbrahimkənd kənd İƏD-nin verdiyi xx.xx.2022-ci il tarixli 77 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki rayonu İbrahimkənd kəndində yaşayır. İşin 194-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki RİHB-nın İbrahimkənd kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 201-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki RİHB-nın Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsi üzrə icra nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli 162 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayonu Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsin də yerləşən 212 saylı evdə yaşayır, onun ailə tərkibi onun özündən, atası X13, anası X20, qardaşları X18 və X6 ibarətdir. İşin 202-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki RİHB-nın Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsi üzrə icra nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, X18 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 26-31-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən 1 (bir) ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin 64-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Qax rayonu, Ağyazı kəndində yerləşən körpünün altında saxladığı 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana və 3 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin 129-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “diskə baxış keçirilməsi haqqında” 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitə olan qurudulmuş marixuananı Qax rayonu, Ağyazı kəndində yerləşən körpünün altında saxladığı yeri əyani şəkildə göstərmiş, həmin yerə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 gizlətdiyi 01 ədəd sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuana 435 qram, 3 ədəd kibrit qutusu isə 19,7 qram təşkil etmişdir. İşin 130-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “diskə baxış keçirilməsi haqqında” 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən 1 (bir) ədəd kibrit qutusunun içərisində 5,97 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin 131-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “diskə baxış keçirilməsi haqqında” 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 məxsus “Opel” markalı, ** HN *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobildən maddi sübut əhəmiyyətli əşya aşkar edilməmişdir. İşin 132-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “diskə baxış keçirilməsi haqqında” Təqsirləndirilən şəxs2 üzərindən sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya aşkar olunmamış, lakin Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs1 özünün satdığını bildirmişdir. İşin 15-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həmin gün saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 44-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həmin gün saat 08:45-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 114-118-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 12 fevral 2022-ci il tarixli 4(024)-05/2022 saylı “Təqsirləndirilən şəxs haqqında ev dustaqlığı qətimkan tədbirinin seçilməsindən imtina barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən saat 08:45-dən hesablanmaqla 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 173-176-cı vərəqələrində olan Şəki Apellyasiya Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 4(107)-15/2022 saylı qərarından görünür ki, həmin tarixdə Qax rayon məhkəməsinin 12 fevral 2022-cu il tarixli 4(024)-05/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin 134-140-cı vərəqələrində olan Qax rayon məhkəməsinin 12 fevral 2022-ci il tarixli 4(024)-04/2022 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə” qərarından görünür ki, həmin tarixdə X7 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşin 189-190-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 fevral 2022-ci il tarixdə saat 16:30 radələrində Qax rayonu, Ağyazı kəndində 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuananı Qax rayonu Ağyazı kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs2 40 manata aldığı yeri və şəraiti göstərmişdir Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxslər X22 və Təqsirləndirilən şəxs2 istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclası zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biridigərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən şəxslər X9 və Təqsirləndirilən şəxs2 məhkum olunduğu cinаyət əməllərini törətməkdə təqsirli olmaları bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək, törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxslərin cinаyət əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin X10 apellyasiya şikayətinin əsas dəlili onun əməlində cinayət tərkibi olmadığından Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs2 ilkin ifadələrini, təqsirləndirilən şəxs X3 istintaq və məhkəmə iclasları zamanı vermiş olduqları ifadələri (həmçinin məhkəməsi iclasında barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə xahişi), ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllərdə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özünü Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.2-ci mаddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilməsə də, məhkəmə kollegiyası hesab edir ki, onun həmin cinayət əməlləri məhkəmə istintaqında tədqiq edilmiş biri digərini tamamlayan, yuxarıda qeyd edilən mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 həmin ifadəsini özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və müddətdə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan 447,92 qram çətənə bitkisində küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, 10 fevral 2022-ci il tarixdə saat 16:30 radələrində Qax rayonu, Ağyazı kəndində 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs1 40 manata satmış, həmçinin 11 fevral 2022-ci il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, Qax rayonu, Ağyazı kəndi ərazisində yerləşən körpünün altında gizlətdiyi 3 ədəd kibrit qutusunda hər birində 3,29 qram, 5,85 qram, 2,82 qram olan və 01 ədəd sellofan torbada 430 qram ümumilikdə, 441,96 qram çətənə bitkisində küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana baxış zamanı aşkar edilərək götürülmüşdür. Həmçinin cinayət işi materiallarının 72-73-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 17/139 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 götürülmüş qurudulmuş marixuana” sözləri və imzaları yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-5,96 qram olan bitki mənşəli kütlə tərkibinndə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 götürülmüş 3 ədəd kibrit qutusunda olan bitki kütləsi” sözləri və imzaları yazılmış zərfin içərisindəki 03 (üç) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri-3,29 qram, 5,85 qram və 2,82 qram, ümumi təmiz çəkiləri 11,96 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd sellofan torbada bitki kütləsi” sözləri və imzaları yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi- 430,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ümumilikdə 04 (dörd) ədəd kibrit qutularında və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Oxşar münasibətləri tənzimləyən məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin aşkar olunmuş narkotik vasitələrin onlara məxsus olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması, polis əməkdaşlarının onları döyərək işgəncə verməsi barədə ifadələrini cinayət məsuliyyətdən yayınmaq üçün özlərini müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə X3 həm istintaq, həm birinci instansiya zamanı verdiyi ifadəsi və kolegiyanın iclasında barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qeyd etdikləri ilə yanaşı, aşkar olunan narkotik vasitənin miqdarı, çeşidi və işdə olan digər sənədlər əsas verir. Həmçinin məhkəmə kollegiyası belə bir halı da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü Qax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra orada fiziki təzyiqlərə məruz qalmış, RPŞ-nin Azər və adlarını bilmədiyi digər polis əməkdaşları ona hədə qorxu gələrək, döyərək və aldadaraq narkotik vasitəni üzərində saxlaması barədə etirafedici ifadə verməsinə nail olmuşlar. Təqsirləndirilən şəxslərin məhkəmə baxışında verdikləri həmin ifadələri ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qax rayon prokuroruna məlumat göndərilməklə baxılan cinayət işi üzrə prosessual əhəmiyyət kəsb etdiyinə görə məlumatın araşdırılması və nəticəsi barədə məhkəməyə bildirilməsi xahiş olunmuşdur. Qax rayon prokurorluğundan 23 iyun 2022-ci il tarixli, 159X-22 saylı məktubla göndərilmiş “Toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında” 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 və CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 rayon polis şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 eyni zamanda digər şəxslərin izahatları alınmışdır. Araşdırma zamanı Qax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 orada fiziki təzyiqlərə məruz qalmamış, RPŞ-nin əməkdaşı Azər Nəsirov və digərləri tərəfindən onlara hədə qorxu gəlinməmiş, döyülməmiş, aldadılmamış, Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs1 40 manata satması, Təqsirləndirilən şəxs1 isə ondan həmin narkotik vasitəni 40 manata almasını etiraf etmələri üçün onlara təzyiq edilməmişdir. Ona görə də toplanmış materialda cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.1 maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadələri daha obyektiv və işin hallarına uyğun gələn ifadə kimi qəbul edir. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslərin əməllərində Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin tərkibi vardır. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin təqsirləndirilən şəxslərə bəraət verilməsi barədə bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxslərə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin əməllərində onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmaması qənətinə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs X4 nisbətən sərt cəza, yəni azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, İşin 196-197-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs1 Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 3 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq-onlar cəzanı çəkib qurtardıqları gündən 1 (bir) il keçdikdə ödənilmiş sayılır. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilmiş, lakin 1 (bir) il müddət keçməmiş, yəni 10 fevral 2022-ci il tarixdə yenidən cinayət törətmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs1 barəsində məhkumluq ödənilməmişdir. İşin 209-233-cü vərəqələrində olan Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 1(075)-43/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək həbsdə saxlandığı 02 gün və 25 fevral 2021-ci il tarixdən bu günə kimi, yəni 08 oktyabr 2021-ci il tarixədək həbsdə qaldığı 07 ay 13 gün olmaqla, cəmi 07 ay 15 günün CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 01 il 03 ay müddət ona təyin edilmiş cəzasından çıxılaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hesab edilməsi və hökmün icraya yönəlməməsi hökm edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına, həmin məhkumluq ilə bağlı qanunvericilikdə məhkumun islah edilməsi məqsədi ilə onun barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə baxmayaraq yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi birinci instansiya məhkəməsi də Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərəd tutulmuş aşağı həddə, yəni 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmə kollegiyası işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun əsaslı və qanuni cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, hökmündən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X17 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Qax Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X17 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 1(024)-28/2022 saylı hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar