Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-50/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, müdafiəçi-Şəki şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(035)-49/2019 saylı qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxaraq, müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (sədrlik edən hakim Tahir Qubadov) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, xx xxxxxx 1987-ci il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxsxx xxxxxx 2020-ci il tarixdə həmin hökmdən apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət vermişdir. Həmin vəsatət xx xxxxxx 2020-ci il tarixdə Zərdab Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs vəsatətində göstərmişdir ki, barəsində şikayət verdiyi məhkəmə aktını dəfələrlə tələb etməsinə baxmayaraq ona yalnız xx xxxxxx 2020-ci il tarixdə verildiyindən ətraflı şikayət vermək imkanında olmamışdır. Arvadı ağır xəstə olduğundan hökmün surətini israrlı tələb edə bilməmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 1(035)-49/2019 nömrəli hökmündən apellyаsiyа şikаyətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(035)-49/2019 saylı qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 izahat və çıxışlarında Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, məhkum və onun müdafiəçisinin, eləcə də dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Zərdab Rayon Məhkəməsinin hökmü xx xxxxxx 2019-cu il tarixdə elan olunmuş, hökmün surəti artılaraq cinayət prosesinin tərəflərinə, eləcə də tərəf olan Təqsirləndirilən şəxs təqdim edilmiş, onun həmin məhkəmə aktını almasına dair xx xxxxxx 2019-cu il tarixli qəbz iş materiallarına əlavə edilmişdir. Həmçinin məhkəmənin qeyd edilən hökmdə Təqsirləndirilən şəxs hökmün sürətini aldığı gündən 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinin verə bilməsi hüququ izah edilmişdir. İş materialları ilə müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə həmin hökmdən apellyasiya şikayəti vermiş Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 1(035)-49/2019 tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs sözügedən hökmdən vermiş olduğu qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin qərardan narazı qalara apellyasiya şikayəti vermişdir. İş materiallarından görünür ki, sözügedən hökm xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən məhkəmə iclasında elan edilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə şəxsən təqdim edilmişdir. Apellyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə Zərdab poçt filialına (zərfin üzərindəki poçt möhrünə əsasən) təqdim edilmiş və xx.xx.2020-ci il tarixdə poçt (zərfin üzərindəki poçt möhrünə əsasən) vasitəsi ilə Zərdab Rayon Məhkəməsinə çatdırılmışdır. Birinci instansiya məhkəməsi hesab edir ki, sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət Təqsirləndirilən şəxs tərəfindən əsaslandırılmamışdır. O, vəsatətdə vaxtında apellyasiya şikayəti verə bilməməsini göstərsə də, şikayəti vaxtında, yəni hökmün elan olunduğu andan 20 gün müddətində verə bilməməsini və bunun üzürlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab edir ki, Təqsirləndirilən şəxs vaxtında apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olmuşdur. Lakin, o, qanunla müəyyən olunmuş müddətdə, yəni hökmün elan olunduğu andan 20 gün ərzində apellyasiya şikayətini verməmişdir. Azərbaycan Respublikası CPM-nin 506.0 və 506.0.1-ci maddəsinə görə hökm və ya məhkəmənin digər yekun qərarlarını çıxarmış məhkəmələr (onların çıxarılması zamanı məhkəmə iclasında sədrlik edən hakimlər) məhkəmələrin qanuni qüvvəyə minmiş hökmlərinin və ya digər yekun qərarlarının icrası birədə dərhal göstəriş verməlidir. Həmin Məcəllənin 508.1-ci maddəsinə görə müvafiq müəssisə və ya orqanların vəzifəli şəxsləri təxirə salınmadan hökm, yaxud məhkəmənin digər yekun qərarının lazımınca icrasını təmin etməli və onun icraya yönəldilməsi barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər. Cinayət işinin materiallarından görünür ki, barəsində apellyasiya şikayəti verilən hökm xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs sözügedən hökmdən elan olunduğu andan 20 gün müddətində şikayət verməli olduğu halda, qanunun həmin tələbinə əməl etməmiş, vaxtında deyil, 2 ay 24 gün sonra şikayət vermişdir. Nəticədə hökm qanuni qüvvəsini almış və hökm icraya yönəldilmişdir.Məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin l(035)-49/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Həqiqətən də, məhkum Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermiş və qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermək qərarına gəlmişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilmə müddətini ötürməsini məhkəmə kollegiyasının iclasında arvadının səhhəti ilə bağlı xəstəxanada müalicə alması, həmçinin hökmün surətinin ona təqdim edilməməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası məhkumun bu mülahizələrini əsaslı və inandırıcı hesab etmir. Məhkum Təqsirləndirilən şəxs buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini (yəni onun uzun müddət stress zəminində, yaxud başqa səbəbdən xəstə olmasını və müalicə müəssisəsində müalicə almasını, yaxud onun vaxtında apellyasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini) təsdiqləyən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində haqqındakı cinayət işinə baxılarkən Təqsirləndirilən şəxs barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də məhkuma təqdim olunmuş barəsindəki hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkum Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Onun apellyasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzibolunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Zərdab RayonMəhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386, 387, 391 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum Təqsirləndirilən şəxstərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(035)-49/2019saylı qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-50/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-50/2020
10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver