Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-53/2020 18.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi-Şəki şəhər vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (sədrlik edən hakim Misirzadə Namidar Əlöysət oğlu) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 2000-ci ildə Ağsu rayonu, Ərəbuşağı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli, tutulduğu – xx xxxx 2019-cu il tarixdən hesablanması barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan paltarlar Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılması, ondan aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat alınıb Respublika büdcəsinin Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01 hesabına keçirilməsi müəyyən edilmişdir. İşin halları: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, xx xxxx 2019-cu il tarixdə, saat 13 radələrində, yaşadığı Ağsu rayonu Ərəbuşağı kəndi ərazisində yerləşən “Zamiq” şadlıq sarayının həyətində, cinsi ehtirasını təmin etmək məqsədi ilə xx xxxxxx 2010-cu ildə anadan olmaqla on dörd yaşına çatmamış, əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar gerilik əlamətləri müşahidə edilməyən, yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini qavramaq və anlamaq, bu hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olan həmkəndlisi Zərərçəkmiş şəxs qarşı, sonuncunun razılığı ilə, əyninə geydiyi şortunu aşağı çəkməklə, ereksiya vəziyyətində olan cinsiyyət üzvünü arxa keçəcəyinə yeridərək, qeyri-təbii yolla cinsi əlaqədə olub, arxa keçəcəyin girəcəyinin selikli qişasında bütün çevrəsi boyunca qırmızımtılgöyümtül rəngdə qançır və onun fonunda saat sferblatı üzrə yuxarı seqmentində 1,2x0,5 sm ölçüdə ətrafı qansızmalı, qanayan cırıq, aşağı seqmentdə 0,7x0,5sm ölçüdə boylama istiqamətində qansızma ilə müşayət olunan xəsarətlər yetirməklə, seksual xarakterli digər hərəkətlər etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində ailəsində tək övlad olmasını, tutduğu əməldən səmimi peşmançılığını, ilk dəfə məhkum olunmasını nəzərə alıb cəzanın daha yüngül cəza növü ilə əvəz olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli (iş № 1(016)-04/2020) hökmünün dəyişdirilərək həmin hökm üzrə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək qanunla müəyyən edilmiş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər alternativ cəzalar təyin edilməsinə dair və ya onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib sınaq müddəti təyin etməklə azadlıqdan şərti məhrum edilməsini xahiş etmişlər. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə əlavə olaraq bildirdi ki, onun ailəsi hazırda Təqsirləndirilən şəxs bağışlamışlar, ona qarşı gələcəkdə də heç bir şikayət və tələbləri olmayacaqdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 apellyasiya şikayətlərinin təmin edilməməsini, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmününü dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs оğlu ifаdəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 152.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Ağsu rayonu, Ərəbuşağı kəndində atası X17, anası X9 ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 12 radələrində yaşadığı kənddə yerləşən “Zamiq” şadlıq sarayının yaxınlığında, kəndin mərkəzi hissəsində kəndin mal-qaralarının örüş yerində özlərinə məxsus iri buynuzlu heyvanları otaran zaman, həmkəndliləri, əvvəldən tanıdığı Zərərçəkmiş şəxs və X18 həmin yerə gəlmişlər. Üzünü və başını təraş etdirməli olduğundan, həmin yerə gələn Rüfətlə Nicata otardığı iri buynuzlu heyvanlara nəzarət etmələrini tapşırmış, özü də orada yerləşən şadlıq sarayının yaxınlığındakı Ruslan adlı bərbərin bərbərxanasına getmişdir. Bərbərlə işini başa vurduqdan sonra malları tapşırdığı Rüfətlə Nicatın yanına qayıtmışdır. Onların yanına gəldikdən sonra Nicat çıxıb getmiş, o, şadlıq sarayının qarşısında Rüfətlə birlikdə qalmışdır. Həmin vaxt Rüfət ona “gedək kərkişək” deməklə, cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Əvvəlcə, o, Rüfətin təklifini qəbul etməmiş, daha sonra fikrini dəyişmiş və sonuncu ilə razılaşmışdır. Bundan sonra, ikisi də birlikdə olduqları yerdən “Zamiq” şadlıq sarayının həyətində yerləşən manqalxanaya tərəf getmişlər. Manqalxana dəmirlə hasara alındığından, orada manqal, stol və stul olmuşdur. Oraya çatdıqdan sonra Rüfət əynində olan şortikini ayağınadək özü aşağı endirmiş və əlini orada olan oturacağın baş hissəsindən tutub yarıyadək əyilmiş, cinsi əlaqədə olmaq üçün özünü hazır vəziyyətə gətirmişdir. O, da şalvarını soyunmadan, şalvarının zəncirbəndini aşağı çəkib cinsiyyət orqanını çıxarmış və Rüfətin arxa nahiyəsinə sürtmüş, daha sonra cinsiyyət orqanı Rüfətin arxa keçəcəyinə yetirmiş, bu vaxt Rüfət ağlamış, bundan sonra o, hərəkətini dayandırmış, şalvarını qabağını bağlamış, Rüfət də şortunu yuxarı çəkmişdir. O, Rüfətlə cinsi əlaqədə olan zaman cinsi ehtirasını təmin etmiş, cinsiyyət orqanından axmış spermadan Rüfətin əynində olan şorta da tökülmüşdür. İşlərinin başa çatdırdıqdan sonra hər ikisi oradan uzaqlaşmışdır. Rüfət evlərinə tərəf getmiş, o da heyvanlarının yanına gəlmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs ilə sonuncunun öz razılığı əsasında cinsi əlaqədə olmuş, Rüfətə qarşı heç bir zorakılıq hərəkətləri etməmiş, cinsi əlaqədə olmağı Rüfət özü ona təklif etmişdir. Sonuncu özü şalvarını aşağı çəkmişdir. Hazırda əməlindən peşmandır. Ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ağsu rayonu, Ərəbuşağı kəndində atası Zəkəriyyə, anası Rəna ilə birlikdə yaşayır. Atası Zəkəriyyə traktorist işləyir, anası Rəna isə heç bir yerdə işləmir. Bacıları Günel ilə Günay isə ailə həyatı qurublar, onlar ayrı yaşayırlar. Bacılarının ikisi də ondan böyükdür. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 13 radələrində yaşadığı Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən evlərindən çıxıb babası Qırımxanın evinə gəlmişdir. Kənd yolu ilə piyada gedərkən kənddə yerləşən Malik adlı şəxsin ərzaq mağazasının qarşısından keçəndə həmkəndlisi əvvəldən tanıdığı Təqsirləndirilən şəxs və Nicat Fərəcovu görmüşdür. Nicat onunla bir məktəbdə və ondan bir sinif aşağı oxuyur. Mağazanın qarşısından keçib gedərkən orada Nəsimi kənd uşaqları ilə domino oynamışdır. Həmin vaxt orada sinif yoldaşları Sənan və Teymuru görüb onlarla qaçtı-qovdu oyunu oynamışdır. Daha sonra sinif yoldaşları çıxıb getmiş, o, orada Nicatla birlikdə qalmışdır. Bir müddət sonra Nəsimi onların yanına gəlmiş, hər ikisində saçını qırxdırıb qayıdanadək heyvanlarına baxmalarını xahiş etmişdir. Təxminən bir saata yaxın Nicatla malların örüş yerinin yaxınlığına gedib orada olan borunun üstündə oturub heyvanlara nəzarət etmişlər. Nəsimi bir saatdan sonra onların yanına gəlmişdir. Nəsimi onların yanına gələndən sonra, ona pul müqabilində cinsi əlaqədə olmasını təklif etmiş və o da razılaşmışdır. Bundan sonra o, Nəsimin arxasınca düşüb “Zamiq” şadlıq sarayının yanına gəlmişdir. Bundan sonra, Nəsimi onu restoranın həyətindəki kabab bişirilən yerə gətirmiş, orada şortikini ayağınadək aşağı endirmişdir. O, əlini oradakı masanın kənarından tutub əyilmişdir. Nəsimi isə yarıyadək şalvarının qarşısını açmış və soyunmuşdur. Daha sonra Nəsimi cinsiyyət orqanını çıxararaq onun arxa keçəcəyinə yeritmişdir. Həmin vaxtı o, ağrı hiss etmiş və Nəsimidən hərəkətlərini dayandırmasını tələb etmişdir. Nəsimi də onun dediklərini etmiş, işini qurtarandan sonra ona pul vermiş, birlikdə oradan çıxmışlar. Daha sonra, o, babası Qırımxanın evinə gəlmiş, Nicatın isə hara getməsini bilməmişdir. Bu hadisədən iki gün sonra, yəni xx xxxx 2019-cu il tarixdə, saat təxminən 15-16 radələrində anası ondan nə olmasını soruşmuş və o, da Nəsimi ilə elədiyi hərəkətləri anası Rənaya danışmışdır. Anası Rəna da evə gələn atası Zəkəriyyəyə məlumat vermiş, sonuncu onu özü ilə polis şöbəsinə gətirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Ərəbuşağı kəndində həyat yoldaşı X10 və azyaşlı oğlu Rüfətlə birlikdə yaşayır. Qızları Günel və Günay ailə həyatı qurduqları üçün öz ailələri ilə birlikdə yaşayırlar. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin dolanışığı üçün özünə məxsus traktorla yük daşımaqla və kənd təsərrüfatı işləri görməklə məşğuldur. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 17 radələrində yaşadığı evə gəldikdən sonra həyat yoldaşı Bahar ona oğlu Rüfətin yeriməkdə çətinlik çəkməsi barədə məlumat vermişdir. Arvadı Bahardan nə olmasını soruşduqda, həmkəndlisi Təqsirləndirilən şəxs kənddə yerləşən şadlıq sarayının yeməkxananın həyətinə aparıb orada uşaqla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demişdir. Bu barədə oğlu Rüfətdən soruşduqda, sonuncu ona, xx xxxx 2019-cu il tarixdə, saat təxminən 13 radələrində yaşadıqları evdən çıxıb ana babası Qırmxangilin evinə gedəndə yolunun üstündə yerləşən Ramil adlı şəxsin mağazasının qarşısında dayanmış, Nəsimi adlı şəxs onu yeməkxananın həyətinə aparıb orada onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, bundan sonra ona pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxslə həmkəndli olmaqla yaxın qohumdurlar. Ona qarşı şikayəti və tələbi yoxdur. Nəsiminin barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Şahid qismində X10 birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu, Ərəbuşağı kəndində həyat yoldaşı Qanuni nümayəndə Eldar oğlu və azyaşlı oğlu Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Qızları Günel və Günay ailə həyatı qurduqları üçün öz ailələri ilə birlikdə yaşadıqları kənddə yaşayırlar. Özü rəsmi olaraq heç bir yerdə işləmir, həyat yoldaşı Zəkəriyyə isə dolanışacağını təmin etmək üçün özünə məxsus traktorla yük daşımaqla və kənd təsərrüfatı işləri görməklə məşğuldur. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 15 radələrində yaşadığı evdə azyaşlı oğlu Rüfətin düzgün yeriyə bilmədiyini, onun nədənsə bir probleminin olduğunu hiss etmiş və oğlu Rüfətdən ona nə olmasını soruşmuşdur. Rüfət isə ona heç bir şey olmadığını demişdir. Rüfətin yerişinə arxadan baxdıqda görmüşdür ki, Rüfət düzgün addım ata bilmir. Onun əynində olan şortunun arxasında qan ləkəsi olduğunu gördükdən sonra Rüfəti yanına çağırıb onun əynində olan şortunu çıxarıb arxasına baxmış və görmüşdür ki, Rüfətin arxa keçəcəyi qara qançırdır. Oğlu Rüfətdən ona nə olmasını soruşmuş, lakin ona heç nə demək istəməmişdir. Rüfətlə çox uzun söhbət etdikdən sonra ona demişdir ki, iki gün bundan qabaq, yəni xx.xx.2019-cu il tarixdə saat təxminən 13 radələrində yaşadıqları kənddə olan yeməkxananın arxasında yerləşən yemək bişirilən yerdə həmkəndliləri Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla əlaqədə olmuşdur. Bu sözləri oğlu Rüfətdən eşitdikdən sonra ona evdə gözləməsini və atası evə gələndə ona deyəcəyini bildirib, həyat yoldaşı Zəkəriyyənin evə gəlməsini gözləmişdir. Həmin gün saat təxminən 17 radələrində evə gələn həyat yoldaşı Zəkəriyyəyə oğlu Rüfətin ona dediyi sözləri danışmışdır. Zəkəriyyə də oğlu Rüfətə dediyi sözün düz və ya yalan olmasını soruşmuş və oğlu Rüfət “olub” dediyindən, Zəkəriyyə Rüfəti baş vermiş məsələyə aydınlıq gətirməsi üçün özü ilə polis şöbəsinə aparmışdır. Şahid qismində dindirilmiş X14 qanuni nümayəndəsi X11 iştirakı ilə birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Ərəbuşağı kəndində atası Ramil, anası Amaliya, bacısı Nərmin, babası Ramiz, nənəsi Esmira ilə birlikdə yaşayır. M.İsmiyev adına Ağsu rayonu Ərəbuşağı kənd orta məktəbinin 3 a sinifində oxuyur. Yay tətilində olduğu vaxt yaşadığı kənddə, yaşadığı evin qarşısında yerləşən mağazanın yaxınlığında həmyaşıdları Şahlar, Eldəniz, Elşən, Dədəş, Elay, Tunar, Turan və Zülfi ilə futbol oyunu, qaçdı-tutdu oyunları oynayır və arabir də həyətlərində olan iri buynuzlu camışlarını Samir adlı əmisinin yaşadığı evin yaxınlığında yerləşən bulaq kimi tanınan yerdə aparıb otarıb gətirir. Rüfəti tanıyır, Rüfət onun əmisi Zəkəriyyənin oğludur. Rüfəti sonuncu dəfə dəqiq günü bilmədiyi vaxtda görmüşdür. Həmin vaxtı əmisi oğlu Nəsimiyə səhər saatlarında onun otarmağa apardığı camışlarına kömək edib örüşə aparanda yolun üstündə yaşayan Rüfətin evlərindən çıxıb onların yanına gəlmişdir. Daha sonra camışları birlikdə örüşə aparmışlar və orada birlikdə camışların otlamasına nəzarət etmişlər. Daha sonra Nəsimi ona və Rüfətə demişdir ki, üzünü-başını qırxdırmağa gedir, onlar da mala baxsın. Onlar Rüfətlə mallara baxmışlar və Nəsimi şadlıq sarayının yaxınlığında baş qırxan Ruslan adlı bərbərin bərbərxanasına getmişdir. Rüfətlə mallara baxdıqları vaxt Nəsimi üz-başını qırxdırıb onların yanına gəlmişdir. Nəsimi gələndən sonra ona evlərinə getməsini dediyindən o, evlərinə gəlmiş, Rüfətlə Nəsiminin hara getməsindən xəbəri olmamışdır. Şahid qismində dindirilmiş X15 birinci instansiya məhkəməsim iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu rayonun Ərəbuşağı kəndində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onların hər ikisi həmkəndliləridir. Özü yaşadığı Ərəbuşağı kəndində yerləşən “Zamiq” şadlıq sarayının qarşısında yerləşən ərzaq mağazasını işlədir. İşlətdiyi ərzaq mağazasının yanında bərbərxana vardır. Həmin bərbərxananı Ruslan Rizvan oğlu işlədir. “Zamiq” şadlıq sarayı isə X6 məxsusdur. Zamiq onun qohumudur və onun şadlıq evinə nəzarət edir. Daimi olaraq işlədiyi ərzaq mağazasına saat təxminən 09 radələrində gəlir, saat təxminən 13 radələrində isə həmişə olduğu kimi yaşadığı evinə nahara gedir, nahardan sonra isə saat təxminən 15 radələrində yenidən mağazaya gəlir, saat təxminən 22 radələrindək mağazada olur və həm də saraya nəzarət edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə “Zamiq” şadlıq sarayının həyətində qeyri-təbii yolla əlaqədə olmasını görməmişdir, bu barədə xəbəri olmamış və Nəsiminin Rüfətlə harada və nə vaxt qeyri-təbii yolla əlaqədə olmasını eşitməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X19 X16 Ağsu rayon şöbəsinin xx xxxx 2019-cu il tarixli 187 №-li rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən və ekspertiza qarşısında qoyulan sualları nəzərə alaraq aşağıdakı nəticəyə gəlirlər: Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - belin sol tış hissəsinin qançırı və sağ sağrı nahiyəsinin qançırı. Göstərilən xəsarətlər küt əşya təsirindən əmələ gəlmiş və törənmə müddəti müayinədən 1-3 gün əvvəllə uyğun gəlir və həm ayrılıqda, həm də birlikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Bu xəsarətlər müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə və vaxtda da ola bilsin ki, qeyri-təbii yolla cinsi əlaqədə olarkən əllə yetirilmə zamanı əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs müayinəsi zamanı arxa keçəcəyin selikli qişasında qançır və onun fonunda girəcəyin selikli qişasında yuxarı seqmentdə ətrafı qansızmalı və sağrıları araladıqda qanayan cırıq və aşağı seqmentdə isə qansızmalı sahə müəyyən olunmuşdur. Həmin zədə küt əşyanın təsirindən törənmişdir, ereksiya vəziyyətində olan kişi cinsiyyət üzvünün onun arxa keçəcəyinə yeridilməsi nəticəsində əmələ gəlməyə uyğundur və törənmə müddəti 1-3 gün əvvələ, həmçinin Zərərçəkmiş şəxs dediyi vaxta, yəni xx xxxx 2019-cu il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs arxa keçəcəyindən götürülmüş tamponlu yaxmada spermatozoidlərin olubolmaması Birliyin məhkəmə-tibbi biologiya şöbəsinin müayinə rəyi alındıqdan sonra bilinəcəkdir. Həmçinin hadisə zamanı Zərərçəkmiş şəxs məxsus əynində olan alt paltarların xüsusi müayinəsi vacib və zəruridir. Zərərçəkmiş Zərərçəkmiş şəxs özünün və valideyninin deməsinə görə keçmişdə və hal-hazırda müxtəlif mədə-bağırsaq xəstəlikləri - xüsusən sistematik qəbizlik, ishal və sair keçirməmişdir. Dəqiqləşdirmək üçün yaşadığı əraziyə uyğun xidməti tibb mərkəzlərindən tibbi arayışın ekspertizaya təqdim olunması zəruridir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X19 X16 Məhkəmə Tibbi-Biologiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 537/2019 MTKŞ №-li rəyində göstərilmişdir ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə və xx xxxx 2019-cu il tarixli 9/130 saylı rəyin göstəricilərinə əsasən aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi - O-alfa, beta /İ/; Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi - B-alfa, /H//İİİ/; Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şortik üzərindəki ləkələrdə insan qanı qarışmış sperma aşkar olundu. Bu ləkədə qrup göstəriciləri tədqiq olunduqda B, H antigenləri alındı. H antigeni zərərçəkmiş Zərərçəkmiş şəxs qrupunu xarakterizə etdiyindən onun qanı hesabına, həmçinin hissəvi olaraq sperma hesabına alına bilər. B antigeninin alınmasını isə B/İİİ/, /B/H//İİİ/ qruplu şəxsin sperması hesabına izah etmək olar. Göstərilən halda şortikdə olan qan qarışmış sperma ləkələrində qanın O/İ/ qruplu zərərçəkmiş Zərərçəkmiş şəxs, spermanın isə /B/H//İİİ/ qruplu Təqsirləndirilən şəxs məxsus olması ABO sistemi üzrə inkar olunmur. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus trusik üzərindəki ləkələrdə sperma aşkar olundu. Ləkələrdə spermanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri alındı. Beləliklə bu sperma ləkələri B-alfa/H//İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs özünə məxsus ola bilər. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka üzərində qana şübhəli hər hansı bir ləkə, şortik üzərində digər ləkələrdən spermatozoidlər Təqsirləndirilən şəxs məxsus trusik üzərindəki ləkədə isə qan aşkar olunmadı. Zərərçəkmiş şəxs arxa keçəcək möhtəviyyatı olan tampon üzərində olan ləkələrdə spermatozoidlər aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının xx xxxx 2019-cu il tarixli 1359 №-li rəyində məhkəmə-psixiatrik ekspertizası üzrə göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi üzrə materiallardan və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətinin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar edilmir. Şəxsi keyfiyyətlərində və hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunur. Eqosentrizm, məsuliyyətsizlik, laqeyidlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və əqli inkişafı nəzərə alınmaqla öz hərəkətlərini tam dərk etmək, xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək (fizioloji affekt, stress, güclü həyəcan, psixi-emosional gərginlik və s.) yaranmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X8 Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 2088 №-li rəyində göstərilmişdir ki, 1-ci, 2-ci, 3-cü suallar üzrə Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyəti müvvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. 4-cü və 5-ci sualların cavablandırılması məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. Qeyd olunan suallar məhkəmə-psixoloji ekspertizası tərəfindən cavablandırılmalıdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 və Psixofiziologiyasının Tədqiqi Şöbəsinin Təkrar Ambulator Məhkəmə- Psixoloji Ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 25936 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində ünsiyyətçilik, narahatçılıq, həyəcanlılıq və dəyişkənlik kimi əlamətlər üzə çıxır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Lakin, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri üzə çıxır. Zərərçəkmiş şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla hadisə zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs hafizəsi, ilk növbədə ixtiyarı yadda saxlaması və yada salması normal səviyyədədir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla ona qarşı edilən hərəkətlərin xarakterini qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 152.2-ci mаddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbаycаn Respublikаsı CM-nin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-nin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cinayəti səmimi etiraf etməsini, onun əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin şikayəti və tələbinin olmamasını, bu barədə ərizəsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, eyni zamanda, onun əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona CM-in 152.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza, yəni 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirməyə imkan verən halları və cəzasını ağırlaşdıran halın olmamasını, digər tərəfdən, zərərçəkmiş şəxsin mənafeyini kifayət qədər nəzərə almış, ona bu halların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Ona görə də təqsirləndirilən şəxsə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs barəsində cəzanın məqsədlərinə nail olunması baxımından yetərlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsi ilə müəyyən olunmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-53/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-53/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver