Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-53/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X13, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair X20 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X20 Məhkəməsinin (hakimlər N.Mirzəyev (sədrlik edən), hakimlər R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1951-ci ildə Şəki rayonunun Qayabaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Oğuz rayon Olimpiya Mərkəzində məşqçi müəllim işləmiş, Oğuz rayonunun Kərimli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda X7 saxlanılan Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, on iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2020-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 314 manat ekspertiza xərcinin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan və Oğuz Rayon Prokurorluğunda saxlanılan bir ədəd qəhvəyi rəngli cins şalvar, kəmər, bir ədəd açıq boz rəngli uzunqol köynək, bir ədəd boz rəngli sviter və bir cüt qara rəngli ayaqqabının Təqsirləndirilən şəxs, bir ədəd qara rəngli dəri gödəkçə, bir ədəd boz rəngli sviter, bir ədəd göy rəngli cins şalvar, bir ədəd uzunqol qara rəngli alt köynəyi, bir ədəd qara rəngli alt şalvarı, bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd boz rəngli alt tumanı, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı, bir ədəd qara rəngli qolsuz jilet və bir ədəd qara rəngli papaq zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılması, dırnaq və tük nümunələri, eləcə də hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd giliz, bir ədəd patronun tıxacağı və Elşən Abdullayevin meyitinin müayinəsi zamanı bədənin müxtəlif yerlərindən çıxarılmış 08 ədəd karteç qurğuşunu dəyəri olmadığına görə məhv edilməsi, CM-in 99-1.1-ci maddəsinə əsasən, iş üzrə maddi sübut olan 1 ədəd 16 kalibrli, “18205” nömrəli, “TOZ-BM” modelli yivsiz qoşalüləli odlu ov tüfəngi, iki ədəd patron və içərisində 17 ədəd patron olan patronqabı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs xx xxxxxx 2020ci il tarixdə, saat 09 radələrində, Qaraməryəm-İsmayıllı-Bakı yolunun 105-ci kilometrliyində, Oğuz rayonunun Kərimli kəndində “bazar yeri” adlanan ərazidə, həmkəndlisi xx xxxxxx 1966-cı il təvvəllüdlü X2 idarə etdiyi “Qaz 24” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomaşınını onun satmaq üçün gətirib qoyduğu iki ədəd yonca toxumu kisələrinin qarşısında saxladığına görə E.Abdullayevə irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq sözlər deməsinə və yumruqla sol almacıq nahiyəsinə vurub xəsarət yetirməsinə görə E.Abdullayevi qisas alıb öldürmək qərarına gəlmiş, bu məqsədlə mübahisə etdikləri yerdən təxminən 40 metr aralıda saxladığı özünə məxsus “QAZ 2910” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşına tərəf gedərək müvafiq qeydiyyata alınmadan saxlamaqla maşında gəzdirdiyi 1962-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibirli, “18205” nömrəli, “TOZ-BM” modelli yivsiz qoşalüləli odlu ov silahına iki ədəd patron qoymaqla atəşə hazır vəziyyətə gətirmiş, daha sonra həmin avtomaşını idarə edərək Elşən Abdullayevin olduğu yerə qayıtmış, maşını ondan təxminən 6 metr məsafədə saxlayaraq əvvəlcə maşından düşmədən “Qaz 24” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomaşının yaxınlığında dayanmış Elşən Abdullayevə həmin qoşalüləli odlu ov silahından bir dəfə atəş açmaqla bədənin sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindən daxil olmaqla həmin hissədə yumşaq toxumaların, bazu sümüyünün, sağ İ, İİ, sol İİİ, İV qabırğaların qəlpəli açıq sınığı, plevranın, ağ ciyərlərin zədələnməsi ilə müşayiət olan xəsarətlər yetirdiyindən, sonuncu aldığı xəsarətlərdən yerə yıxılmış, o daha sonra həmin tüfəngə yenidən bir ədəd patron qoyub maşından düşüb yerdə uzanıqlı vəziyyətdə olan E.Abdullayevə təxminən 3 metr məsafədən bir dəfə atəş açmaqla sağ budun bayır yuxarı 1/3-də yumşaq toxumaların və bud sümüyünün qəlpəli sınığı kimi xəsarətlər, daha sonra isə yenidən tüfəngə bir ədəd patron qoyub təxminən 1 metr məsafədən bir dəfə atəş açmaqla qarının ön sağ aşağı hissəsindən qarın boşluğuna daxil olmaqla, bağırsaqların, qara ciyərin, dalağın, diafraqmanın, aortanın, ürəyin, sol ağ ciyərin zədələnməsi ilə müşayiət olunan xasərətlər yetirərək, beləliklə də cəmi üç dəfə atəş açmaqla kəskin qan itirmə ilə müşayiət olunan odlu silah yaralanması kimi birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə X4 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir Hökmdən təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətləri vermişdir. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətlərinə qarşı etiraz verilmməişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın azaldılmasını apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona köməklik edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində hökmün ləğv edilərək CM-in 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cəzanın son həddində cəza təyin edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 09 radələrində özümə məxsus “QAZ 2910” markalı avtomaşınla yaşadığım evdən çıxaraq təsərrüfatımdan əldə etdiyim təxminən yüz kiloqram olan iki ədəd əlli kiloluq kisələrdə yığdığım yonca toxumunu satmaq məqsədilə Kərimli kəndindəki “Bazar yeri” adlanan yerə gəldim, həmin kisələri avtomaşından götürüb yerə qoyduqdan sonra gediş-gəlişə mane olmamaq üçün avtomaşınımı təxminən 40 metr kənara sürüb saxladıqdan sonra yaxınlıqdakı çayxanaya getdim. Təxminən 5-10 dəqiqə sonra həmkəndlin Rüstəmin oğlu Qədir məni çağıraraq Elşən Abdullayevin gəlib kisələri götürməyimi dediyini bildirdi. Həmin yerə gedərkən Elşənin öz avtomaşını orada saxladığını və avtomaşının yük yerindən satmaq üçün gətirdiyi meyvə ağacı tinglərini avtomaşının ətrafında düzdüyünü gördüm. Elşənə salam versəm də, salamımı almadı və sinəmdən iki yumburuqla vurub qoyduğum kisələri nalayıq formada oradan götürməyimi tələb etdi. Buna görə donub qaldım. Camaatın içində mənə belə bir söz deyən, belə hərəkət edən olmayıb. Elşənə nə üçün bu cür hərəkət etdiyini, həmin yerin heç kimə məxsus olmadığını dedim, ancaq Elşən məndən avtomaşınımı geri çəkməyi tələb etdi. Həmin vaxt Elşən Abdullayev məndən yenidən kisələri oradan götürməyimi tələb edərək ünvanıma nalayiq söyüşlər söydü. Elşəndən söyüş söyməməsini tələb etdikdə, üstümə gələrək sol göz nahiyəmdən yumruqla vurdu, bu zaman sifətimdən qan gəldi. Kənarda olan insanlar bizi ayırdılar. Həmin vaxt Elşən ağac qıran qayçını götürüb barmağımı partlatdı. Bütün bunlara görə əsəbləşərək özümü kənd sakinləri arasında alçalmış hiss etdim. Elşən həmçinin yoldaşımı da söydü. Elşəndən nə üçün məni vurduğunu, bizi təhqir etdiyini soruşdum və buna görə Elşəni öldürə biləcəyimi dedim. Lakin o, mənə dedi ki, “məni öldürməsən heç kişi deyilsən”. Elşənin bu sözü mənə həddindən artıq pis təsir etdi və bundan sonra özümə məxsus avtomaşına əyləşib bir qədər kənara sürüb saxladım, avtomaşında saxladığım 16 kalibrli ov tüfənginin içərisinə iki ədəd patron qoyub atəşə hazır vəziyyətə gətirdikdən sonra avtomaşınla Elşən Abdullayevlə mübahisə etdiyim yerə qayıtdım. Elşənin mənimlə mübahisə etdiyi yerdə dayandığını görüb oradakı şəxslərə kənara çəkilmələrini bildirdim. İnsanlar kənara çəkildikdən sonra oturduğum avtomaşının sükanının arxasından tüfəngin lüləsini pəncərədən çıxararaq Elşənə sağ yan tərəfindən bir dəfə atəş açaraq sağ çiynindən xəsarət yetirdim. Elşən aldığı xəsarətlərdən yerə yıxıldıqdan sonra avtomaşından düşüb Elşənin yıxıldığı yerə yaxınlaşaraq yenə də ona atəş açdım. Elə əsəbiləşmişdim ki, özümü saxlaya bilmirdim. Elşən öz qanunsuz və əxlaqsız hərəkətlərinə görə hadisənin səbəbkarı oldu. Tətiyi çəkənə qədər mənim günahım olmayıb, tətiyi çəkdikdən sonra da qanundan kənara çıxmamışam. Hadisədən sonra DİN-in qaynar xəttinə zəng vurub hadisə barədə məlumat verdim, bundan sonra Oğuz RPŞ-nin əməkdaşlarına zəng vurdum. Təslim olmaq üçün maşına oturub polisə gedəndə yolda polislərlə rastlaşdım və onlara işarə edib maşını saxladım. Polislər mənə yaxınlaşanda Elşəni öldürdüyümü dedim və tüfəngimi də polislərə verdim. Lakin birinci instansiya məhkəməsi buna qiymət verməmişdir. Mənim əməlimdə CM-in 59.1.10-cu maddəsi var. Qanunvericiliyin tələblərinə görə mənə təqsilri bilindiyim maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dörddə üçündən artıq cəza təyin oluna bilməz. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmamışam. İstintaqa heç bir maneçilik törətməmişəm. Ona görə də əməlimdə CM-in 59.1.10-cu madddəsinin olmasını, yaşımı və hadisənin başlanmasında heç bir günahımın olmamasını nəzərə alınaraq apellyasiya şikayətimin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Ruslan Salahov bildirmişdir ki, Təqsirləndirilən şəxs 69 yaşı olması, yaşlı dövründə əməklə məşğul olması, idman məşqiçisi olması, ailədə, nəsildə, yaşadığı kənd və rayonda böyük nüfuza malik olması, hadiəsəni zərərçəkmiş şəxsin qanunsuz və əsasız hərəkətləri nəticəsində törətməsi, hadisədən dərhal sonra özünü hüquq mühafizə orqanına xəbər verməklə və təqsirini etirf etməklə könüllü təslim olması, cinayət hadisəsindən sonra istifadə etdiyi ov tüfəngini könüllü təqdim etməsi, ibtidai istintaq və məhkəmə istintaqı zamanı səmimi ifadə verməsi, yaxın qohumlarının vasitəsi ilə zərərçəkmiş şəxsin hüquqi varisi və digər ailə üzvləri ilə barışığa cəhd edilməsi kimi yüngülləşdirən hallar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədar nəzərə alınmamış, cəzanı ağırlaşdıran yeganə hal nəzərə alınaraq müdafiə etdiyim şəxsə ağır cəza təyin edilmişdir. Ona görə də təqsirləndirilən şəxs və onun müdafiəçisinin verdiyi apellyasiya şikayətlərinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinin isə təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov bildirmişdir ki, apelyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, birinci instаnsiyа məhkəməsi cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran hаllаrı nəzərə аlаrаq onа qаnuni, əsaslı və ədalətli cəzа təyin etmişdir. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarla yanaşı, cinayətin odlu silahdan istifadə edilməklə törədilməsi kimi cəzanı ağırlaşdıran hal vardır. Ona görə də apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli və X20 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 09 radələrində atası yaşadıqları evdən çıxaraq hər gün olduğu kimi ağac tingləri satmaq üçün “bazar yeri” adlanan əraziyə getmiş, təxminən 20 dəqiqə sonra Oğuz rayonunun Padar kəndi ərazisində olarkən həmkəndlisi İlkin onun mobil telefonuna zəng edərək atasının işlədiyi “bazar yeri” adlanan əraziyə gəlməsini dedikdən sonra həmin yerə gedərkən atasının özünə məxsus avtomaşının arxa tərəfində yerdə uzanıqlı vəziyyətdə olduğunu, ağzından qan gəldiyini, yaxınlaşıb atasının nəbzini yoxladıqda isə huşsuz vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt oradakı insanlar atasının meyitindən təxminən 10-15 metr kənarda dayanmış, bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomaşını gələrək atasını müayinə etdikdən sonra sonuncunun artıq öldüyünü demişlər. Sonradan atasının həmkəndliləri Təqsirləndirilən şəxsla mübahisə etdiyini, aralarında yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs atasına tüfənglə üç dəfə atəş açaraq öldürdüyünü bilmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid2 eyni məzmunlu ifadə verərək X6 göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 08:30 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində yerləşən yolun kənarındakı bazar yeri deyilən yerdə yerləşən piştaxtanın olduğu yerə gedərək işinə başlamaq üçün hazırlıq işləri görmüş, oğlu ilə birgə piştaxtalarını açmağa başladıqda həmkəndlisi Zərqəm oraya gələrək özü ilə iki kisə yonca toxumu gətirib piştaxtanın qarşısına qoyaraq ondan gətirdiyi yonca toxumunu istəyən olsa hər kiloqramını altı manatdan satmasını xahiş etmişdir. Bundan sonra Zərqəm idarə etdiyi avtomaşını sürərək təxminən 40 metr aralıda saxladıqdan sonra piştaxtasının yanına qayıtmışdır. Həmin vaxt həmkəndlisi Elşən Abdullayev idarə etdiyi “QAZ 2410” markalı avtomaşınla gəlib avtomaşınını saxladıqdan sonra özü ilə gətirdiyi ağac tinglərini avtomaşının ətrafına düzməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs Elşəndən avtomaşını bir az kənarda saxlamısını xahiş etmiş, Elşən Abdullayev isə Zərqəmə kobud cavab verərək sonuncunun ünvanına nalayiq söyüş söymüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla Elşən Abdullayevin arasında mübahisə yaranaraq əlbəyaxa olmuşlar. Həmin vaxt Zərqəmin arvadı Mahizər də oraya gəlmiş, kənarda olan insanlar Zərqəmlə Elşənin dalaşdıqlarını görərək sonuncuları ayırmışlar. Bundan sonra Təqsirləndirilən şəxs hara getdiyini görməmiş, mübahisə sakitləşdiyi üçün öz işinə davam edərək göyərtini piştaxtaya düzən zaman atəş səsi eşitmişdir. Elşən ondan təxminən 2 metr aralıda olmuş, həmin vaxt artıq Zərqəm əlində tüfəng Elşənə tərəf gedərək sonuncuya yerdə atəş açdığını görmüşdür. Zərqəmin Elşənə avtomaşından açdığı atəşi görməmiş, ancaq səsini eşitmişdir. Sonradan Zərqəmin avtomaşından düşərək Elşənə yerdə iki dəfə atəş açdığını görmüşdür. Təqsirləndirilən şəxs Elşən Abdullayevə tüfənglə atəş açıb sonuncunu öldürdükdən sonra avtomaşınına əyləşərək oradan uzaqlaşmışdır. X12 və digər insanlar oraya gələrək Elşənə kömək etmək istəsələr də sonuncunun öldüyünü bilmişlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə əri Zərqəm evdən yonca toxumlarını götürüb Kərimli kəndində bazar yeri adlanan ərazidə satmağa aparmış, həmin gün saat 08:20-də o da, oğlu Eminlə evdən çıxaraq Kərimli kəndi “Bazar yeri” adlanan ərazidəki paltar dükanlarına getmişlər. Həmin vaxt əri Zərqəmin həmkəndliləri Elşənlə mübahisə etdiyini eşidib həmin yerə gedərkən Zərqəmin Elşənə avtomaşını yonca toxumları olan kisələrin qabağında saxladığını və sonuncudan avtomaşını bir qədər kənarda saxlamasını bildirməsinə görə mübahisə etdiklərini görmüşdür. Mübahisə zamanı Elşən Zərqəmin ünvanına nalayiq söyüş söyərək sonuncunu yumruqla vurmuşdur. Həmin vaxt orada olan şəxslər Zərqəmlə Elşəni aralamış, Zərqəm avtomaşınına əyləşərək bir qədər aralanmışdır. Həmin vaxt o, mağazaya qayıtmış, mağazada olarkən qəfildən atəş səsi eşidib həmin yerə qaçmışdır. Oraya çatarkən Zərqəmin əlindəki tüfənglə artıq Elşənə atəş açdığını və sonuncunun yerdə uzanıqlı olduğunu görmüşdür. Bundan sonra Zərqəm özünə məxsus avtomaşına minərək oradan uzaqlaşmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid10 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid8 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 08:30 radələrində işlədiyi Oğuz rayonunun Kərimli kəndində yerləşən bazar yeri adlanan ərazidəki piştaxtasının olduğu yerə gedərək işinə başlamaq üçün hazırlıq işləri görən zaman həmkəndlisi Elşən Abdullayev özünün idarə etdiyi “QAZ 24” markall, ağ rəngli avtomaşını saxlayaraq gətirdiyi ağac tinglərini avtomaşından götürüb avtomaşının ətrafına düzməyə başlamışdır. Həmin vaxt Elşən orada olan həmkəndlisi Təqsirləndirilən şəxs yoncanı aparıb başqa yerdə satmasını, özünün həmişə yonca satdığı yer həmin yer olduğunu və oranın qardaşının obyektinin qabağı olduğunu dediyinə görə sonuncuların arasında söz mübahisəsi yaranmış və Elşən Zərqəmin ünvanına nalayiq söyüş işlətmişdir. Zərqəm Elşənə “səni atıb öldürərəm” demiş, Elşən isə “get nə bilirsən elə” deyə cavab vermişdir. Mübahisə zamanı Elşənlə Zərqəm bir-birlərinə əl-qol atmış, həmin vaxt Zərqəmin oğlu Emin də oraya gələrək sonuncuları ayırmağa cəhd göstərmişdir. Zərqəmin arvadı Mahizər də oraya yaxınlaşaraq Zərqəmlə Elşəni aralamağa cəhd etmişdir. Bundan sonra Zərqəm, oğlu Emin və arvadı Mahizər sakitçilik düşdüyü üçün oradan uzaqlaşmış, Elşən isə yenə öz maşınının yanında qalmışdır. Təxminən 5-10 dəqiqə sonra o, öz piştaxtasının arxasında olan zaman Elşən Abdullayevin maşınını saxladığı tərəfdən atəş səsi eşitmiş, dərhal əynindəki gödəkçəni başına tərəf keçirib arxadakı çayxanaya tərəf qaçmışdır. Həmin vaxt çox qorxduğundan qapıdan arxa tərəfə keçib əl üzünü yumuş, həyəcanlı olduğundan ancaq bir atəş səsini xatırlaya bilmişdir. Bir neçə dəqiqə özünə gəldikdən sonra çayxanadan çölə çıxarkən orada çoxlu adamların toplaşdığını görmüşdür. Elşən qanlı vəziyyətdə öz avtomaşınının arxa tərəfində yerdə uzanıqlı vəziyyətdə olmuş, orada olan şəxsləin demələrindən Zərqəmin tüfəngdən üç dəfə atəş açaraq Elşəni öldürdüyünü bilmişdir. Birinci instansiya məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid11, X16 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid8 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Oğuz Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru işləyən Şahid9 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində növbətçilik cədvəli üzrə Qaraməryəm-İsmayıllı-Bakı magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində xidmətin digər əməkdaşı Samir Şirinovla birlikdə xidmətdə olarkən Oğuz rayonu istiqamətində hərəkətdə olan adını xatırlamadığı Kərimli kənd sakini idarə etdiyi avtomaşını onların xidməti avtomaşınlarının yanında saxlayaraq Kərimli kəndi ərazisində Təqsirləndirilən şəxs həmin kənd sakini olan bir nəfər şəxsə tüfənglə atəş açdığı barədə məlumat vermişdir. Onlar dərhal xidməti istifadələrində olan avtomaşınla Kərimli kəndi istiqamətində təxminən 3 kilometr getdikdən sonra Kərimli kəndi ərazisində “Quşçuluq” adlanan ərazidə Oğuz rayonu istiqamətində hərəkətdə olan “Qaz 2910” markalı avtomaşının sürücüsünün onlara avtomaşının pəncərəsindən saxlamaqları üçün işarə etdiyini görüb avtomaşını saxlamışlar. Avtomaşını saxladıqdan sonra həmin şəxsin Oğuz rayonunun Kərimli kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Təqsirləndirilən şəxs avtomaşından düşərək əlindəki tüfəngini onlara təqdim edib həmkəndlisi Elşən Abdullayevi öldürdüyünü bildirmiş və özünü də polis şöbəsinə aparmağı onlardan xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Oğuz Rayon Polis Şöbəsinə gedərək tüfəngi də növbətçi hissəyə təqdim etmişlər. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 02 nömrəli rəyindən görünür ki, X1 meyitində sağ bazunun bayır yuxarı oynağa yaxın hissədə, sağ bazu və sağ bud sümüyünün qəlpəli açıq sınığı, sağ İ, İİ sol İİİ, İV qabırğaların qəlpəli açıq sınığı, hər iki ağ ciyərlərin, plevranın, aorta qövsünün, ürəyin, mədənin, bağırsaqların, qara ciyərin, dalağın zədələnməsi və kəskin qan itirmə ilə müşayiət olunan odlu silah yaralanması kimi xəsarətlər aşkar edilmişdir. Sağ bazu döş qəfəsi və qarının ön sağ nahiyyəsindəki qeyd olunan xəsarətlər içərisi qurğuşun tərkibli səpələnən metal kürəciklərlə (karteşlərlə), sağ bud nahiyəsindəki xəsarət isə qurğuşun tərkibli metal güllə ilə doldurulmuş, odlu silahdan açılan atəşlərin təsirindən törənməsinə xarakterikdir. Qeyd olunan xəsarətlər üç atəşin təsirindən qərarda göstərilən tarixdə, yəni xx xxxxxx 2020-ci ildə törənməsinə uyğun gəlir. Bədən xəsarətlərinin birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərlə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətləri kimi qiymətləndirilir. X1 meyitində aşkar olunmuş bütün xəsarətlər odlu silah yaralanması olub 3 (üç) atəşin təsirindən törənmişlər. Sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindəki xəsarət atəşin giriş dəliyi olub döş boşluğuna daxil olmuşdur və karteşlərdən ikisi döş qəfəsinin sol hissəsindən xaricə çıxmışdır. Qarının ön sağ aşağı hissəsindəki atəşin giriş dəliyi olmaqla karteşlər qarın və döş boşluğuna daxil olmaqla xaricə çıxmamışlar. Sağ budun bayır yuxarı 1/3-dəki odlu silah yarası atəşin giriş dəliyi olmaqla xaricə çıxmamışdır. X1 meyitində aşkar olunmuş xəsarətlər – sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindən döş qəfəsinə, qarının ön sağ aşağı hissəsindəki qarın və döş boşluğuna daxil olan xəsarətlər içərisi səpələnən metal kürəciklərlə (karteşlərlə) doldurulmuş və sağ budun bayır yuxarı 1/3-dəki xəsarət isə içərisi güllə ilə doldurulmuş odlu silahdan açılan atəşin təsirindən törənmişdirlər. X1 meyitində aşkar olunmuş xəsarətlər ayrı-ayrılıqda 3 atəşin təsirindən törənmişlər. Həmin xəsarətlərin quruluşuna, formasına və digər morfoloji xüsusiyyətlərinə görə sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindəki və sağ budun bayır yuxarı 1/3-dəki xəsarətlərdə atəşlər uzaq, yəni 2 (iki) metrdən artıq məsafədən, qarın nahiyəsindəki xəsarət isə yaxın, yəni 2 (iki) metrə qədər məsafədən açılması kimi başa düşülür. Odlu silahdan açılan atəşlərin dəqiq məsafəsini onun əynindəki paltarların xüsusi ekspertizasının aparılması zamanı müəyyən edilə bilər. X1 meyitində aşkar olunmuş xəsarətlərdən birində, yəni sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindəki xəsarət atəşin giriş dəliyi olub döş boşluğuna daxil olmuşdur və karteşlərdən ikisi döş qəfəsinin sol hissəsindən xaricə çıxmışdır. Qarının ön sağ aşağı hissəsindəki və sağ budun bayır yuxarı 1/3-dəki xəsarətlər atəşin giriş dəliyi olmaqla xaricə çıxmamışlar. X1 meyitində aşkar edilmiş odlu silah xəsarətləri xəsarətlərin yerləşmə nahiyyələrinə, formasına və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətləri özü-özünə yetirməsi mümkün deyil və qəti şəkildə inkar edilir. Həmin odlu silah xəsarətləri ekspertizaya təqdim edilən qoşalülə 16 kalibrli ov silahından kənar qüvvənin təsirindən açılan atəşlər nəticəsində törənməsinə xarakterikdir. X1 meyiti üzərində aşkar edilən odlu silah xəsarətlərinin yerləşmə nahiyələrinə, istiqamətlərinə və digər morfoloji xüsusiyyətlərinə görə sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindəki və sağ budun bayır yuxarı 1/3dəki xəsarətlər onun ayaq üstə duran vəziyyətində, qarının ön sağ aşağı hissəsindəki xəsarət isə uzanmış vəziyyətində açılan atəşlərin təsirindən törənməsinə uyğun gəlir. X1 meyiti üzərində aşkar edilən odlu silah xəsarətlərində atəşin istiqamətinə görə sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindən daxil olmaqla həmin hissədə yumşaq toxumaları, bazu sümüyünü, qabırğaları, plevranı, ağ ciyərləri zədələməklə atəşin istiqaməti sağdan sola və cüzi arxadan önə, qarının ön sağ aşağı hissəsindən qarın boşluğuna daxil olmaqla, bağırsaqların, qara ciyərin, dalağın, diafraqmanın, aortanın, ürəyin, sol ağ ciyərin zədələnməsində atəşin istiqaməti öndən arxaya, aşağıdan yuxarıya və sağdan sola, sağ budun bayır yuxarı 1/3-də, yumşaq toxumaların və bud sümüyünün qəlpəli sınığından xəsarətin istiqaməti isə sağdan sola, bir qədər aşağıdan yuxarıya və öndən arxaya olmuşdur. Elşən Abdullayevin meyitində aşkar edilən xəsarətlər həyati olub onun ölümündən qısa müddət əvvəl, yəni xəsarətlər yetirilən anda törənmişlər. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə görə və işə dair toplanmış məlumatlara əsasən meyitin müayinəsindən, yəni xx xxxxxx 2020-ci il tarixdən, saat 12:00-dan 2-3 saat əvvəl baş verməsinə uyğun gəlir. Elşən Abdullayevin meyiti üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 09:28 radələrində kənar şəxs tərəfindən odlu silahdan (qoşalülə ov silahından) açılan atəşin təsirindən törənə bilərlər. Elşən Abdullayevin meyitinin cinsiyyət orqanı və anus dəliyi nahiyəsində hər hansı bir xəsarət və ya onun izlərinin obyektiv əlamətləri, o cümlədən uşaqbazlığa xarakterik əlamətlər aşkar edilmədi. Elşən Abdullayevin meyitindən götürülmüş qanda və sidikdə məhkəmə tibbi kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsiredici maddələr aşkar edilməmişdir. Elşən Abdullayevin ölümünə səbəb həyat üçün vacib olan daxili orqanların odlu silah yaralanması nəticəsində baş verən kəskin qanitirmə olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində üzün sol almaçıq nahiyəsinin qançırı kimi xəsarəti vardır. Həmin xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə törənə bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Təqsirləndirilən şəxs üzün sol almacıq nahiyəsindəki xəsarət yerləşmə nahiyəsinə, formasına və digər morfoloji xüsusiyyətlərinə görə müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə ayaq üstdə olan vəziyyətdə kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində törənməsinə uyğun gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 219/2020-MTBŞ nömrəli rəyindən görünür ki, zərəçəkmiş şəxs X2 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu – B/İİİ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu – O/İ/. Ekspertizaya təqdim olunan 02 ədəd tıxac, 08 ədəd kartec, 01 ədəd tənzif kəsiyi, E.Abdullayevə məxsus gödəkçə, cins şalvar, sviter, alt köynək, alt şalvar, alt mayka, trusik, onun dırnaq nümunələri, meyitin üzərinə qoyulmuş kepka və jilet üzərində insan qanı ləkələri aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigenləri və aqqlyutinləri ABO sistemi üzrə təyin olunduqda “B” və “H” antigenləri, əksər ləkələrdə həmçinin də alfa aqqlyutinini alındı. Bu qan ləkələri bir qruplu şəxsə məxsudursa Balfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən X5 məxsus ola bilər. /Əgər onun qanında müşayiətçi H antigoni varsa/. Qanın qarışıq olması ehtimal olunan ləkələrdə isə, həmçinin Oalfa, beta (İ) qruplu Təqsirləndirilən şəxs da qarışmış qanının olması inkar olunmur. /Əgər onda hadisə zamanı qanaxma ilə müşahidə edilən xəsarət olubsa/. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus poluver, köynək, şalvar, kəmər, 01 cüt qısaboğaz çəkmə, onun dırnaq və tük nümunələrində E.Abdullayevə məxsus 01 cüt corab, 01 cüt ayaqqabı, onun tük nümunələrində, 01 ədəd qoşalülə ov tüfəngi, 19 ədəd patron, patron qabı və bir ədəd giliz üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 128-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, sviter və bir cüt ayaqqabı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. İş materiallarında olan kompleks məhkəmə ballistik-trasoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 3/40, 3/41, 3/73 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “18205” nömrəli qoşalüləli ov tüfənginin üzərində aşkar edilmiş papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kişayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyət eyniləşdirməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tüfəng 1962-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, “18205” №-li, “TOZ-BM” modelli yivsiz qoşa-lüləli odlu ov silahıdır, saz vəziyyətdədir, açmaq üçün yararlıdır, tətiklərini açmadan ondan atəş açılmır, üzərində zavod nişanlarına sonradan əlavə, dəyişiklik edilməmişdir və təyinatı dəyişdirilməmişdir. Həmin tüfəngin ön tətiyi 2,2 kq, arxa tətiyə 2,4 kq qüvvə tələb olunur (normal hesab olunur). Bu modelli ov tüfənglərində zavod üsulu ilə hazırlanmış 16 kalibirli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 m məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə malikdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet 16 kalibrli olub həmin kalibrə malik yivsiz-hamar ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronun hissəsidir-gilizdir, döyüş sursatı hesab edilmir. Həmin giliz “18205” №-li ov tüfənginin sağ lüləlisindən atılmışdır. Tədqiqata təqdim edilmiş 8 ədəd predmet yivsiz lüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin bir hissəsidirkarteçlərdir, döyüş sursatı hesab edilmir. Həmin karteçlərin üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa karakterik izlər vardır. Lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların “18205” №li ov tüfəngindən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizin tərkibində olub-olmamasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd predmet yivsiz odlu ov silahından istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli patronun daxilinə doldurulan atəş kompenentlərinin bir hissəsidir, tıxacdır (konteynerdir) döyüş sursatı hesab edilmir. Həmin tıxac atəş prosesində istifadə edilən zaman üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa karakterik sürtünmə izləri vardır. Lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların “18205” №-li ov tüfəngindən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizin tərkibində olub-olmamasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş ümumilikdə 23 (iyirmi üç) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal edilmiş patronlardır, istifadəyə (atəşə) yararlıdır, pistonlarında vurucunun izi yoxdur. Həmin patronlarda istifadə etməklə tədqiqata təqdim edilmiş “18205” №-li odlu ov silahından atəş açmaq mümkündür. Tədqiqata təqdim edilmiş “18205” №-li qoşalüləli ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Bu da onu göstərir ki, həmin ov tüfəngindən atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından atəşin vaxtını, təmzimləmədən əvvəl, yoxsa sonra açıldığını müəyyən etmk mümkün deyildir. Tədqiqata təqdim edilmiş Elşən Abdullayevə məxsus bir ədəd gödəkçə, bir ədəd sviter, bir ədəd isti alt köynəyi, bir ədəd qolsuz mayka, bir ədəd belində kəməri olan cins şalvar, bir ədəd isti alt şalvarı, bir ədəd alt tumanı üstündə rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Gödəkçənin, sviterin, isti alt köynəyinin və qolsuz maykanın ön hissəsindəki zədələrin formasına ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə əsasən həmin zədələr giriş zədələri olmaqla hamarlüləli (yivsiz) odlu silahdan açılan atəş nəticəsində 5 sm-dən 1 m-ə qədər olan məsafədən, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Gödəkçənin, sviterin, isti alt köynəyinin, qolsuz maykanın, cins şalvarın, isti alt şalvarının və alt tumanının arxa hissəsindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr giriş zədələr olmaqla hamarlüləli (yivsiz) odlu ov silahından açılan atəş nəticəsində 2 metrdən yuxarı məsafədən, arxadan-önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Zədələr üç atəş nəticəsində yaranmışdır. Belə zədələr tədqiqata təqdim edilmiş odlu ov silahından açılan atəşlər nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş Elşən Abdullayevə məxsus bir ədəd qara rəngli papaq, bir cüt qara rəngli ayaqqabı və bir cüt qara rəngli corabın səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Elşən Abdullayevə məxsus bir ədəd qara rəngli papağın səthində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş Elşən Abdullayevə məxsus bir cüt qara rəngli ayaqqabı və bir cüt qara rəngli corabın səthindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthindən və onun sağ və sol əllərindən silinərərk götürülmüş tamponlardan atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş silahın, patronların, patron qabının, gilizin səthindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. İş materiallarında olan məhkəmə lifli materialların tədqiqi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/74 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X9 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1№-li cədvəldə göstərilib. Həmin kənar lif mikrohissəcikərinin arasında Elşən Abdullayevin şalvarının üzərindən tapılmış tünd qəhvəyi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Elşən Abdullayevin şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs dırnaq nümunələrində X1 geyim paltarlarının tərkib liflərindən yoxdur, eləcə də X1 dırnaq nümunələrində, Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur. İş materiallarında olan kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 213/88 nömrəli rəyinin psixiatrik eksperizaya aid hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəki rayon Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli 142 saylı arayış, Oğuz RMX PHŞ-in xx.xx.2020-ci il tarixli 147 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və əsəbiliyə meyilli olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi, verilən sualları çoxsözlü və müfəssəl şəkildə cavablandırması, dəqiqləşdirmələr aparması və s) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xaraktereoloji xüsusiyyətlərə (şəxsiyyətin təktək psixopatik çizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək, hərəkətlərini ölçübbiçmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması (Şəki rayon Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli 142 saylı arayış, Oğuz RMX PHŞ-in xx.xx.2020-ci il tarixli 147 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və müfəssəl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, hazırkı cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi,ekspertiza zamanı onda qavrama təfəkkür, yaddaş və intellekt pozuntularının aşkar edilməməsi, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müşahidə olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun ( ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və əsəbiliyə meyilli olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi, verilən sualları çoxsözlü və müfəssəl şəkildə cavablandırması, dəqiqləşdirmələr aparması və s) az ifadəli olması əsas verir. Həmin rəyin psixoloji ekspertizaya aid hissəsindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyəyə meyilllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt probleminin olması, başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur, bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (pxisoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 050 ***-**-** nömrəli mobil telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Elşən adlı şəxsə 3 güllə atıb öldürməsini bildirmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 16:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Məsimov X10 (hazırda Oğuz) Rayon Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-in 86-cı maddəsinin 1-ci hissəsi ilə 03 il maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Oğuz Rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 207-ci maddəsinin 2-ci hissəsi, 191-1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 93-8-ci madəsinin 4-cü hissəsi, 40, 172, 38, 23-1-ci maddələri ilə 3 il şərti azadlıqdan məhrum etmə cəzasına, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-in 179.2.3-cü maddəsi 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 263-1.1-ci maddəsi ilə CM-in 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddətinə 01 il 06 ay azadlıqan məhrum etmə cəzasına məhkum edilmişdir. “X22 Kompleksi” MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “X22 Kompleksi” MMC-də məşqçi-müəllim kimi işləmiş, işlədiyi yer üzrə müsbət səciyyələndirilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin, onun müdafiəçisinin apellyasiya şikayətindən və onların apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. Yəni o xx xxxxxx 2020-ci il tarixdə, Oğuz rayonunun Kərimli kəndində “bazar yeri” adlanan ərazidə, zərərçəkən şəxs Elşən Abdullayevdən qisas alıb onu öldürmək məqsədlə avtomobilində gəzdirdiyi yivsiz qoşalüləli odlu ov silahından Elşən Abdullayevə təxminən 6 metr məsafədən bir dəfə atəş açmaqla bədənin sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindən daxil olmaqla həmin hissədə yumşaq toxumaların, bazu sümüyünün, sağ İ, İİ, sol İİİ, İV qabırğaların qəlpəli açıq sınığı, plevranın, ağ ciyərlərin zədələnməsi ilə müşayiət olan xəsarətlər yetirmiş, sonuncu aldığı xəsarətlərdən yerə yıxıldıqdan sonra həmin tüfəngə yenidən bir ədəd patron qoyub yerdə uzanıqlı vəziyyətdə olan Elşən Abdullayevə təxminən 3 metr məsafədən bir dəfə atəş açmaqla sağ budun bayır yuxarı 1/3-də yumşaq toxumaların və bud sümüyünün qəlpəli sınığı kimi xəsarətlər, daha sonra isə yenidən tüfəngə bir ədəd patron qoyub təxminən 1 metr məsafədən bir dəfə atəş açmaqla qarının ön sağ aşağı hissəsindən qarın boşluğuna daxil olmaqla, bağırsaqların, qara ciyərin, dalağın, diafraqmanın, aortanın, ürəyin, sol ağ ciyərin zədələnməsi ilə müşayiət olunan xasərətlər yetirərək, cəmi üç dəfə atəş açmaqla zərərçəkmiş şəxs Elşən Abdullayevi qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməklə, ağır cinayət cinayət törətmişdir. Bu əməlinə görə o, təqsirləndirildiyi CM-in 120.1-ci maddəsinin sanksiyasına uyğun olaraq doqquz ildən on dörd ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum oluna bilər. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin iş yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələndirilməsini, habelə könüllü olaraq polisə gəlib təqsirini boynuna almasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və ona ittiham olunduğu cinayət əməlinə görə on iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasında ifadə verərkən səsləndirdiyi “Polislər mənə yaxınlaşanda Elşəni öldürdüyümü dedim və tüfəngimi də polislərə verdim. Lakin birinci instansiya məhkəməsi buna qiymət verməmişdir. Mənim əməlimdə CM-in 59.1.10cu maddəsi var. Qanunvericiliyin tələblərinə görə mənə təqsirli bilindiyim maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dörddə üçündən artıq cəza təyin oluna bilməz” fikirlərinə gəlincə, qeyd olunmalıdır ki, CM-in 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 59.1.10-cu maddəsinə uyğun olaraq, cinayəti törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almışdır. Eyni zamanda, o, cinayəti odlu silahdan istifadə etməklə törətmişdir ki, bu da CM-in 61.1.10-cu maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran haldır. Göründüyü kimi, Təqsirləndirilən şəxs o zaman CM-in 60-cı maddəsinə uyğun cəza təyin oluna bilərdi ki, onun əməlində cəzanı ağırlaşdıran hal olmasın. Ancaq onun əməlində qeyd olunan ağırlaşdırı hal mövcud olduğundan birinci instansiya məhkəməsi ona CM-in 60-cı maddəsinin tələblərini nəzərə almadan cəza təyin etməkdə səhvə yol verməmişdir. Ona görə də məhkəmə kollegiyası ona təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəza qanuni, əsaslı və ədalətli olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. İşdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmasa da, o, bundan əvvəllər də bir neçə dəfə cinayət törədərək məhkumluq həyatı yaşamış, ancaq tam islah olunmamışdır. Belə ki, cinayət işinin materillarında olan (İ cild, i. v.214) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Məsimov X10 (hazırda Oğuz) Rayon Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə Az. SSR CM-in 86-cı maddəsinin 1-ci hissəsi ilə 03 il maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətiə azadlıqdan məhrum etmə cəzasına, Oğuz Rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 207-ci maddəsinin 2-ci hissəsi, 191-1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 93-8-ci madəsinin 4-cü hissəsi, 40, 172, 38, 23-1-ci maddələri ilə 3 il şərti azadlıqdan məhrum etmə cəzasına, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-in 179.2.3-cü maddəsi 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CMin 263-1.1-ci maddəsi ilə CM-in 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddətilə 01 il 06 ay müddətə azadlıqan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olan halda birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi cəzanın islah təsiri baxımından mütənasib deyil. Ona görə də təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Bunlardan əlavə, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya şikayətində əsas dəlil kimi Təqsirləndirilən şəxs əməlinin CM-in 120.1-ci maddəsindən CM-in 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə) maddələrində nəzərdə tutulan cəzanın son həddində cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinin dəlillərilə razılaşmayan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ...hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. CPM-in 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilə bilər. Məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 02 nömrəli rəyinə əsasən, X1 meyitində sağ bazunun bayır yuxarı oynağa yaxın hissədə, sağ bazu və sağ bud sümüyünün qəlpəli açıq sınığı, sağ İ, İİ sol İİİ, İV qabırğaların qəlpəli açıq sınığı, hər iki ağ ciyərlərin, plevranın, aorta qövsünün, ürəyin, mədənin, bağırsaqların, qara ciyərin, dalağın zədələnməsi və kəskin qan itirmə ilə müşayiət olunan odlu silah yaralanması kimi xəsarətlər aşkar edilmişdir. Sağ bazu döş qəfəsi və qarının ön sağ nahiyyəsindəki qeyd olunan xəsarətlər içərisi qurğuşun tərkibli səpələnən metal kürəciklərlə (karteşlərlə), sağ bud nahiyəsindəki xəsarət isə qurğuşun tərkibli metal güllə ilə doldurulmuş, odlu silahdan açılan atəşlərin təsirindən törənməsinə xarakterikdir. Qeyd olunan xəsarətlər üç atəşin təsirindən qərarda göstərilən tarixdə, yəni xx xxxxxx 2020-ci ildə törənməsinə uyğun gəlir. Bədən xəsarətlərinin birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərlə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətləri kimi qiymətləndirilir. X1 meyitində aşkar olunmuş bütün xəsarətlər odlu silah yaralanması olub üç atəşin təsirindən törənmişlər. Elşən Abdullayevin ölümünə səbəb həyat üçün vacib olan daxili orqanların odlu silah yaralanması nəticəsində baş verən kəskin qanitirmə olmuşdur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, qəsdən adam öldürmədə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarının 6-cı bəndində isə göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuiliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Bunlardan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Qəsdən adam öldürmə işləri üzə məhkəmə təcrübəsi haqqında” Plenum qərarının 8-ci bəndində isə göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu sürətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) də həyatı üçün təhlükəli olur. İşdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 09 sadələrində, Qaraməryəm-İsmayıllı-Bakı yolunun 105-ci kilometrliyində, Oğuz rayonunun Kərimli kəndində “Bazar yeri” adlanan ərazidə, həmkəndlisi X2 idarə etdiyi Qaz 24 markalı avtomaşınını onun satmaq üçün gətirib qoyduğu iki ədəd yonca toxumu kisələrinin qarşısında saxladığına görə Elşən Abdullayevə irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı Elşən Abdullayevin onun ünvanına nalayiq sözlər deməsinə və yumruqla sol almacıq nahiyəsinə vurub xəsarət yetirməsinə görə, Elşən Abdullayevi qisas alıb öldürmək qərarına gəlmiş, bu məqsədlə mübahisə etdikləri yerdən təxminən 40 metr aralıda saxladığı özünə məxsus QAZ 2910 markalı avtomobilə tərəf gedərək müvafiq qeydiyyata alınmadan saxlamaqla maşında gəzdirdiyi “TOZ-BM” modelli yivsiz qoşalüləli odlu ov silahına iki ədəd patron qoymaqla atəşə hazır vəziyyətə gətirmiş, daha sonra həmin avtomobili idarə edərək Elşən Abdullayevin olduğu yerə qayıtmış və Elşən Abdullayevə həmin tüfəngdən 3 dəfə atəş açmaqla qisas almaq niyyəti ilə Elşən Abdullayevi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətində xuliqanlıq cinayətinin tərkib əlamətləri yaranmamışdır. Həmçinin, onun qəsdi Elşən Abdullayevi bilavasitə qisas alıb öldürməyə yönəlməklə, onu məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlməmiş, adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi əzab yetirilməsi halları mövcud olmamış, Təqsirləndirilən şəxs həmin cinayəti törədərkən digər şəxslərin həyatı üçün təhlükə yaranmamışdır. Odur ki, Təqsirləndirilən şəxs əməlində CMnn 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, X20 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. X20 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-53/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-53/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver