Məhkəmə qərarları › İş №1(107)-54/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-54/2020

22.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-54/2020 22.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X9, zərərçəkmiş şəxsin hüquqi varisi X12, onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair X13 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 Məhkəməsinin (hakimlər N.Mirzəyev (sədrlik edən), R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı ildə Qəbələ rayonunun Corlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonunun Mirzəbəyli kənd İlham Kərimov adına tam orta məktəbində ingilis dili müəllimi işləmiş, Qəbələ rayonunun Mirzəbəyli kəndində qeydiyyatda olmaqla, orada yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib,on il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxx 2019-cu ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olub Qəbələ Rayon Prokurorluğunda saxlanılan mərhum X1 hadisə vaxtı əynində olmuş 01 ədəd yubka, 01 ədəd uzunqol kofta, 01 ədəd busqalter, 01 ədəd alt tumanı, 01 ədəd kalqotka, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd alt tumanı, Şahid13 məxsus 01 ədəd cins şalvar, 01 ədəd köynək və 01 ədəd alt tumanı, 01 ədəd ədyal tələb edilmədiyindən, 01 ədəd bıçaq və 02 ədəd hadisə yerindən götürülmüş qanabənzər ləkə nümunələrinin dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Ülviyyə İbrahimovaya məxsus 1 ədəd “Samsung Galaxy J2” markalı mobil telefonun zərərçəkmiş şəxsin hüquqi varisi X10, 1 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonun Şahid13 qaytarılması, iş üzrə 213 manat 70 qəpikekspertiza xərcininTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasınındövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs Qəbələ rayonunun Mirzəbəyli kəndində xx.xx.2006-cı ildən rəsmi nikah münasibətində olduğu arvadı xx.xx.1986-cı il təvəllüdlü X1, qonşusu xx.xx.1987-ci il təvəllüdlü Şahid13 ilə 2019cu ilin fevral ayının əvvəllərindən gizli intim münasibətdə olmaqla, ona xəyanət etməsindən şübhələnərək onları izləyib, xx xxx 2019-cu il tarixdə, saat 09:30 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndində yaşadıqları evin həyətində yarımçıq tikilinin zirzəmisində Ülviyyənin Cabirlə cinsi əlaqədə olmasını görüb zirzəmiyə daxil olarkən Şahid13 qaçmış, Ülviyyəni tutaraq üzünə bir dəfə sillə ilə vurduqda, sonuncu qaçıb yaşadıqları evin mətbəxinə girdiyindən, arxasınca gedib Ülviyyəni tutub nə üçün ona xəyanət etməsini soruşduqda, sonuncu “yaxşı etmişəm, sən kişi olsaydın eləməzdim” deməsindən sonra onu qısqanclıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə mətbəxdən götürdüyü təsərrüfat təyinatlı bıçaqla ardıcıl olaraq boğaz nahiyəsindən iki zərbə vuraraq, Ülviyyə İbrahimovaya boyunun sağ yuxarı hissəsində dəri və dərialtı yumşaq toxumaların kəsilməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran və boyunun sağ orta hissəsində döş körpücükməməyəbənzər əzələnin və yuxu arteriyasının kəsilməsi ilə müşayiət olunan kəskin xarici qanaxma, ondan sonra əmələ gələn şok kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran iki ədəd deşilmiş-kəsilmiş yaralardan ibarət xəsarətlər yetirərək X2 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. X13 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti vermişdir. Dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apelyasiya şikayəti verilməmiş, apelyasiya şikayətinə qarşı etiraz verilmişdir. Etiraz onunla əsaslandırımışdır ki, pelyasiya şikayətinin dəlillri əsassızdır. Ona görə də təmin oluna bilməz. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti belə əsalandırılmışdır ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraat aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla, onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Göründüyü kimi, məhkəmə praktikasında şəxsin əməlindən peşman olub, törətdiyi cinayəti etiraf etməsi onun daha tez islah olunmasını şərtləndirən amil kim qəbul edilir. Belə şəxslər tez islah olunmağa meyilli olduqları üçün məhkəmələrin onların barəsində təqsirləndirildikləri maddədə müəyyən ediləndən də daha yüngül cəza təyin etməsi məqsədə müvafiq hesab edilə bilər. Çox təəssüflər olsun ki, birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, nəticədə Təqsirləndirilən şəxs həddindən artıq ağır cəza təyin etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra hadisə yerində qalaraq özünü polis əməkdaşlarına təslim etmiş, təqsirini boynuna almaqla törətdiyi əməl barədə ətraflı məlumat verərək, istintaq orqanına yaxından köməklik etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var. O, cinayət əməlini zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətmiş, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışığa cəhdlər etmişdir. Həm bu hallar, həm törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olması, həm yaşayış yeri üzrə müsbət xarakterizə olunması, həm də cəzanı ağırlaşdıran halların olmaması yüngülləşdirici halların məcmusunu təşkil etməklə onu sübut edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-də nəzərdə tutulmuş sosial ədalətin bərpa edilməsi prinsipini pozmuşdur. Hazırkı işdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən kifayət qədər hallar olmasına baxmayaraq, birinci instansiya məhkəməsi işə CM-in 62-ci maddəsinin tətbiqinin məqsədə müvafiq olub-olmamasını müzakirə etməmiş, Təqsirləndirilən şəxs onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Ona görə də X13 Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilməli və CM-in 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, mənə elan edilmiş ittihamda özümü tam təqsirli bilirəm, əməlimdən peşmanam. Necə cinayət törətməyimi anlamadım. Şok vəziyyətində idim. Mərhum yoldaşımdan mənə etdiyi xəyanətin səbəbini soruşanda, “yaxşı elədim, kişi olardın etməyəydim” sozlərini dedikdən sonra, ümumiyyətlə hissiyətimi itirdim və idarəolunmaz bir vəziyyətə düşdüm, bu necə oldu bilmirəm. Ayılanda təcili yardıma, sonra qardaşıma zəng vurdum ki, polis şöbəsinə məlumat versin. Hadisə yerində qaldım və polislərin gəlməyin gözlədim. Heç bir zaman Ülviyyədən belə bir hərəkət gözləmirdim. Mən onu çox sevirdim. İki azyaşlı uşağım var, 13 ildir ki, müəlllim işləyirəm. Kənddə bu vaxta qədər heç kimə ağır söz belə deməmişəm, heç kim məndən inciməyib. Mən şərəfimi qorumuşam. Yoldaşıma isə həmişə yaxşı baxmışam, onu müalicə etdirmişəm. Ona görə də barəmdə olan cəzanı yüngülləşdirən bütün halların nəzərə alınaraq, apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı Telman Əhmədov bildirmişdir ki, birinci instansiya məhkəməsi ona verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsin əməlləri düzgün tövsif olunmuş, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin etmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apelyasiya şikayətlərinin təmin edilməməsini və X13 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi Rasim Vəliyev bildirmişdir ki, apelyasiya şikayətinə etiraz edirəm. Əgər qızım belə bir hərəkət etsəydi, Təqsirləndirilən şəxs boşana bilərdi. Niyə o, bu barədə mənə heç nə demədi? Mən bir tədbir görərdim. Qızımın ölməsi mənə çox pis təsir etdi. Təqsirləndirlən şəxs atadırsa, mən də atayam. Mən təqsirləndirilən şəxsdən şikayətçiyəm. O, müəllimə yaraşmayan hərəkət etmiş, qəsdlə adam öldürmüşdür. Bundan başqa, qzımın Təqsirləndirilən şəxs belə sözləri deməsi heç nə ilə sübut edilmir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə etirazın dəlillərinə uyğun çıxış edərək apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib, iş üzrə mövcud olan cəzanı yüngülləşdirən bütün halların nəzərə alınmasını, apelyasiya şikayətinin təmin olunmasını və X13 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsini tətbiq etməklə ona ittiham olunduğu CM-in 120.1-ci addəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı hədindən də aşağı həddə cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apelyasiya şikayəti qismən təmin edilməli və X13 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özü və müdafiəçisi tərəfindən mübahisələndirilməsə də, məhkəmə kollegiyasının qənaətincə, ibtidai istintaq orqanı tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış, bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 120.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır, lakin təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab edir. Bununla belə apelyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə dəlili ilə razılaşa bilmir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hər hansı müstəsna hal mövcud deyil, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar da yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müstəsna hal hesab edilə və ona CM-in 62-ci maddəsi tətbiq oluna bilməz. Qeyd olunanlarla yanaşı, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab edən məhkəmə kollegiyası ona təyin olunmuş on il müddətə azadlıqdan məhrum etmə cəzasının azaldılmasının mümkünlüyünü müsbət qiymətləndirir və hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımındanbir qədər sərt olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası iş üzrə həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Digər tərəfdən, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, AzərbaycanRespublikasıKonstitusiyaMəhkəməsiPlenumununAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş xasiyyətnamədə (İ cild, i. v. 105) o, müsbət xarakterizə olunaraq göstərilmişdir ki, Təqsirləndirilən şəxs orta təhsilini Qəbələ Rayon Mirzəbəyli kənd tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra X7 qəbul olmuşdur. Kolleci bitirdikdən sonra Mirzəbəyli kəndində yaşamağa və Mirzəbəyli kənd tam orta məktəbində işləməyə başlamışdır. Yaxın qohumları, qonşuları və məktəb kollektivi ilə münasibəti yaxşı olub, spirtli içkilərə qarşı meyilliyi yoxdur. Onun barəsində Mirzəbəyli kənd İƏN-nə yazılı və şifahi təqsirləndirici məlumat daxil olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs iş yerindən verilmiş xasiyyətnamədə (İ cild, i. v. 106) isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2007-ci ildə Şəki rayon Pedaqoji Kollecinin ingilis dili fakültəsinin əyani şöbəsini bitirmişdir. 2007-ci ilin sentyabr ayından ixtisasına uyğun olaraq İ.Kərimov adına Mirzəbəyli kənd tam orta məktəbində ingilis dili müəllimi kimi çalışmışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə bir gənc müəllim kimi həmişə özünü tanıtmağa çalışmış və buna da nail olmuşdur. O, həmişə məktəbin ictimai siyasi tədbirlərində, məktəblə bağlı aksiyalarda fəal iştirak etmişdir. O, məktəbin daxili nizamintizam qaydalarına hörmətlə yanaşmış, heç vaxt işə gecikməmiş və işdən qalmamışdır. O, bir gənc müəllim kimi həmişə öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə heç bir kəslə şəxsi ədavəti və münaqişəsi olmamışdır. O, işlədiyi müddətdə müəllim kollektivinin və şagird kontingentinin dərin hörmətini qazanmışdır. Qeyd olunanlarla yanaşı, iş materiallarından o da müəyyən olunur ki, (İ cild, i. v. 40-41) Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü oğlu X4 və xx.xx.2009-cu il təvəllüdlü oğlu X3 vardır, heç bir məhkumluğu olmamışdır (İ cild, i. v. 156). O, cinayət əməlini törətdikdən sonra hadisə yerində qalaraq özünü polis əməkdaşlarına təslim etmiş, təqsirini boynuna almaqla törətdiyi əməl barədə ətraflı məlumat verək cinayətin üstünün açılmasında istintaq orqanına yaxından köməklik etmiş, səmimi peşmançılığını bildirmişdir. Bunlardan əlavə, cinayət işinin materiallarında görünür ki, Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Bununla belə o, zərərçəkmiş şəxsin hüquqi varisi olan atası Rasim Vəliyevlə barışığa cəhd etmiş, lakin hüquqi varis onunla barışmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Bu səbəbdən ona CM-in 60-cı maddəsinə əsasən təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan cəza təyin edilmişdir. CM-in 59.1-ci maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar hesab olunur. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasının tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini törətdikdən sonrakı hərəkətləri, yəni özünü polis əməkdaşlarına təslim etməsi, təqsirini boynuna almaqla törətdiyi əməl barədə ətraflı məlumat verərək, istintaq orqanına yaxından köməklik etməsi, səmimi peşmançılığı, cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsi, himayəsində iki azyaşlı uşağının olması, yaşayış və iş yeri üzrə müsbət xarakterli bir şəxs kimi səciyyələndirilməsi məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs təyin edilmiş on il müddətə azadlıqdan məhrum etmə cəzasının azaldılması CM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipi baxımından kifayət qədər əsaslıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi, belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən hallarla müqayisədə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də ədalət prinsipi baxımından Təqsirləndirilən şəxs istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, ona yuxarıda göstərilən əməlinə görə daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd olunanlarla yanaşı, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. Həm apelyasiya şikayətindən, həm də Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərinə bildirdiyi münasibətdən görünür ki, o, törətdiyi əməli səmimi olaraq etiraf etmiş və ondan peşmаn olduğunu bildirmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışdır. Kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilər. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın doqquz ilə endirilməsi də onun islаh olunması üçün yetərli ola bilər. Beləliklə, məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpelyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair X13 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin olunmuş on il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq doqquz il müəyyən edilməlidir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh olunanlara əsaslanıb və CPM-in 394, 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. X13 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin və həmin hökmlə Təqsirləndirilən şəxs CM-in 120.1-cimaddəsi ilə təyin edilmiş on il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti doqquz ilə endirilsin. Baxılmış apelyasiya şikayətinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar