Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-54/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X10 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, zərərçəkmiş hüquqi şəxs İlisu X28 nümayəndəsi X22, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri X11, X2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 259.3-cü maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(024)- 49/2021 nömrəli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 02 noyabr 2021-ci il tarixli 1(024)- 49/2021 nömrəli hökmü ilə xx.xx.1980-ci ildə Qax rayonu Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işsiz, Qax rayonu Qax-İngiloy kəndində pasport qeydiyyatında olmaqla, faktiki Qax rayonu Qaxbaş kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərinə gün ərzində yaşadığı Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evini saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, xx.xx.1963-cü ildə Qax rayonu Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Qax rayonu Qax-İngiloy kəndində pasport qeydiyyatında olmaqla, faktiki Qax rayonu Qaxbaş kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərinə gün ərzində yaşadığı Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evini saat 23:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Qax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, iş üzrə maddi sübut olan 1 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi, vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının zərərçəkmiş hüququ şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və X40 Qoruğuna izah edilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qəsdən qoruq ərazisində olan sahədə meşə fonduna aid olan təbii bitmiş ağacları qanunsuz olaraq təkrarən kəsərək külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib heç bir icazəsi olmadan 2021-ci ilin aprel ayının əvvəllərində İlisu X28 8 saylı dolayında meşə fonduna aid olan 01 ədəd 56 sm, 01 ədəd 60 sm, 01 ədəd 48 sm, 01 ədəd 68 sm, 01 ədəd 80 sm, 01 ədəd 100 sm, 04 ədəd 72 sm və 01 ədəd 76 sm, diametrliklərində fıstıq cinsli, ümumilikdə 11 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağacları qanunsuz olaraq qəsdən kəsərək X40 Qoruğuna və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə külli miqdarda, yəni 12347 manat 60 qəpik dəyərində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib heç bir icazəsi olmadan 28 aprel 2021-ci il tarixdə İlisu X28 8 saylı dolayında meşə fonduna aid olan 01 ədəd 72 sm, 01 ədəd 68 sm, 01 ədəd 56 sm, 02 ədəd 80 sm, 01 ədəd 48 sm diametrliklərində palıd cinsli, ümumilikdə 6 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağacı qanunsuz olaraq qəsdən kəsərək X40 Qoruğuna və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 5819 manat 70 qəpik dəyərində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs2 qəsdən qoruq ərazisində olan sahədə meşə fonduna aid olan təbii bitmiş ağacları qanunsuz olaraq təkrarən kəsərək külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib heç bir icazəsi olmadan 2021-ci ilin aprel ayının əvvəllərində X33 8 saylı dolayında meşə fonduna aid olan 01 ədəd 56 sm, 01 ədəd 60 sm, 01 ədəd 48 sm, 01 ədəd 68 sm, 01 ədəd 80 sm, 01 ədəd 100 sm, 04 ədəd 72 sm, və 01 ədəd 76 sm, diametrliklərində fıstıq cinsli, ümumilikdə 11 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağacları qanunsuz olaraq qəsdən kəsərək X38 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə külli miqdarda, yəni 12347 manat 60 qəpik dəyərində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib heç bir icazəsi olmadan 28 aprel 2021-ci il tarixdə X33 8 saylı dolayında meşə fonduna aid olan 01 ədəd 72 sm, 01 ədəd 68 sm, 01 ədəd 56 sm, 02 ədəd 80 sm, 01 ədəd 48 sm diametrliklərində palıd cinsli, ümumilikdə 6 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağacları qanunsuz olaraq qəsdən kəsərək X38 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 5819 manat 70 qəpik dəyərində maddi ziyan vurmuşlar. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qax Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(024)-49/2021 nömrəli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri və Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin, apellyasiya protestinin dəlilləri və proses iştirakçılarının ifadələri Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi barəsində ədalətsiz hökm çıxarmışdır. Belə ki, o, həmin meşə zolağından ağac kəsməmişdir. Onun bu işdə heç bir təqsiri yoxdur, ona qarşı deyilənlər saxta ifadələrdir. Qax Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(024)-49/2021 nömrəli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, meşədən ağac kəsməmişdir, meşədə ağac kəsərkən gözətçilər onu görməyiblər, onu tutmayıblar. Kəsilmiş ağaclar ortada yoxdur. Zərərçəkmiş şəxslər öz istədikləri kimi aktlar yazaraq öz ehtimalları ilə onların üzərinə bu ziyan məbləğini yazıblar. Ona qarşı qaldıran ittiham əsassızdır və onun bu işdə heç bir təqsiri yoxdur. Ona görə də Qax Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(024)-49/2021 nömrəli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Qax Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(024)-49/2021 nömrəli hökmünün təqsirləndirilən şəxslərə sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yüngüllüyünə görə açıq-aydın ədalətsiz və törədilmiş cinayətin ictimai təhlükəliliyinə, habelə təqsirləndirilən şəxslərin şəxsiyyətinə adekvat olmayan hökm çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü təqsirli hesab etməyərək göstərdi ki, onun heç nədən xəbəri yoxdur. Polis əməkdaşları onu yolda tutub polis şöbəsinə aparmışlar. İzahatını aldıqdan sonra “sənlik heç nə yoxdur” deyib onu sərbəst buraxmışlar. Heç vaxt qoruq ərazisindən qanunsuz ağac kəsməmişdir. Əgər kəsmişdirsə subut etsinlər ki, nə vaxt kəsmiş, harada kəsmiş, kəsilmiş ağacları hara aparmışdır. Qax Rayon Polis şöbəsində və Qax Rayon Məhkəməsində özünü təqsirli bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ona verilən sualları cavablandıraraq bildirdi ki, heç vaxt özünü təqsirli bilməmişdir. Qoruq ərazisinin sərhədlərini tanımır və Şəmsəddinin bağ ərazisinin qoruğun ərazisinə düşüb-düşməməsini bilmir. Əgər həmin ərazi qoruq ərazisidirsə, həqiqətən də, motomişarla həmin əraziyə girmişdir. Hacıibrahimdən qoruq ərazisindən ağac kəsməsinə kömək etməsini xahiş etməmiş, ondan qonşusu Şəmsəddinin qurumuş ağacları budamağına kömək etməsini xahiş etmişdir. Heç bir ziyan vurmamışdur. Əgər ziyan vurmamışdırsa niyə pul ödəməlidir. İzahatında “ağac kəsmişəm” sözlərini yazmamışdır. İzahatı oxumuş, orada ağac kəsilməsi barədə heç nə yazılmamışdır. İstintaqda müdafiəçisi olmamış, istintaqda müdafiəçinin təqdim edildiyini bilməmişdir. Meşə Təsərrüfatı İdarəsindən evdə yandırmaq üçün ağac kəsməyə bilet almışdır. Qoruğun fəaliyyəti barədə Baş Prokurorluğa şikayət etmiş, onlar da gəlib şikayətini geri götürməsi üçün ona pul təklif etmişlər. Qonşu Şəmsəddin bağında olan qurumuş ağacların budaqlarını kəsməsini ondan xahiş etmiş, onun bağının qoruğun ərazisində yerləşdiyini bilmir. Həmin qurumuş ağaclarda budağını kəsməmişdir. Elşənin sexinə ağac aparmamış, sexə apardığı soba yandırmaq üçün yarılmayan kötüklər olmuşdur. Prokurorluqda da izahat verəndə izahatı oxuyub sonra imzalamışdır. Elşənin sexinə bir dəfə 20 ədəd yarılmayan kötük aparmışdır. Polis şöbəsində ona təzyiq edilməmişdir. Çingiz Abdullayevi tanıyır, o, “Qazel” sürücüsüdür. Qoruq işçiləri ona şər atırlar. Təqsirli olması barədə heç bir sənədə imza etməmişdir. Onun heç bir günahı yoxdur. Bütün sənədləri oxuduqdan sonra imzalamışdır. Qoruq işçiləri onun şəkillərini əlində motomişarla qonşu Şəmsəddinin bağındakı qurumuş ağacları budamağa gedərkən çəkmişlər. Qoruğun yegerindən evində yandırmaq üçün qurumuş ağac kəsməyə icazə almışdır. “Qoruqdan bilet alıb ağac kəsmişəm” deyə ifadə verməmişdir. Çünki qoruq meşəqırma bileti vermir, bileti ancaq meşə idarəsi verir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilən ittiham üzrə özünü təqsirli hesab etməyərək ifadəsində göstərdi ki, polis şöbəsində də, prokurorluqda da onun izahatlarını alıb buraxmışlar. Onun günahı yoxdur, o nə ağac kəsmiş, nə də ağac kəsməkdə başqasına kömək etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ona verilən sualları cavablandıraraq bildirdi ki, heç vaxt özünü təqsirli bilməmiş, əksinə təqsirli olmamasını hər yerdə bildirmişdir. Polis şöbəsində izahatı ondan müstəntiq yox, təhqiqatçı almışdır. Həmin ağaclar köhnə və quru ağaclar olmuşdur. Arazgilin həyətindən maşına 11 ədəd fıstıq ağacı yükləmişlər. Ağaclar doğranmış halda bir metr uzunluğunda olmuş, həmin ağacları yalnız katelnidə yandırmaq olardı. Polis şöbəsində ona təzyiqlər edilmişdir. Ona qarşı niyə belə hərəkətlər edildiyini bilmir. Əvvəllər də qoruq ərazisində tutulmamışdır. Beş nəfərdən ibarət ailəsi var, özü 1-ci qrup əlildir. Kim nə iş desə işləyib ailəsini dolandırmağa çalışmışdır. Arazgilin həyətindən kötük yükləməyə köməklik etmiş, Arazın həmin 11 ədəd fıstıq ağacını öz həyətindən kəsibkəsmədiyini bilmir. Ağacları maşına yükləyib Elşənin sexinə boşaltmışlar. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X22 məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərdi ki, qoruğun tərkibində olan 8 saylı dolay Qaxbaş kəndi ilə həmsərhəddir. İşlədiyi müddət ərzində Təqsirləndirilən şəxs1la bir neçə dəfə konflikti olub. Belə ki, 28.04.2021-ci il tarixdə İlisu X28 işçiləri Tələt Abbasov və Cumberi Otaraşvili mühafizə rejiminə nəzarət etmək məqsədilə İlisu meşə sahəsinin 8 saylı dolayının ərazisində qəfləti reyd keçirən zaman həmin ərazidən 11 ədəd fıstıq cinsli, 6 ədəd palıd cinsli, ümumilikdə 17 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağacların qanunsuz kəsilməsi faktını aşkar etmişlər. Həmin faktı da sənədləşdirmiş, daha sonra həmin ağacların kim tərəfindən kəsilməsinin müəyyən edilməsi məqsədi ilə keçirilən tədbirlər zamanı qeyd olunan ağacların Qax rayonu Qaxbaş kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən kəsilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 mütəmadi olaraq X40 Qoruğundan müxtəlif nazirliklərə şikayət edir. Hər dəfə də İlisu X28 fəaliyyəti yoxlanılır və heç bir çatışmamazlıq aşkar olunmayıb. Hadisə nəticəsində X40 Qoruğuna ümumilikdə 18167,30 manat dəyərində maddi ziyan dəymiş, təqsirləndirilən şəxslər maddi ziyanı ödəməmişlər. Daha sonra zərərçəkmiş şəxsin nümayəndəsi ona verilən sualları cavablandıraraq bildirdi ki, ümumilikdə 17 ədəd ağac kəsilib və 18167,30 manat ziyan dəyib. 17 ədəd ağacı 4-5 günə kəsmək mümkündür. Ərazidə yaz və payız təftişi aparırlar. Kəsilmiş ağacların kötüyü aşkar bilinir. Ağaclar eyni ərazidən kəsilib. Ərazidən ağac kəsilməsi barədə məlumatlı olsalar da, onları ağac kəsərkən tuta bilməmişlər. Onlar ağacları yegerin ərazidə olmadığı vaxtlarda kəsmişlər. İlisu X28 əməkdaşları həmin ağaclar kəsilmiş ərazini təftiş etməyə gedərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əllərində motomişarla gəldiklərini görmüşlər. Əməkdaşlar bu barədə ona, o da Qax Rayon Polis Şöbəsinə məlimat vermişdir. Təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X11 təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi X7 Təqsirləndirilən şəxs2 cinayət əməli subuta yetirilmədiyindən apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilərək Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X6 apellyasiya şikayətlərinə etiraz edərək apellyasiya şikayətlərinin təmin edilməməsini, apellyasiya protestinin isə təmin edilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Qax Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(024)-49/2021 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində özünü CM-in 259.3cü maddəsi ilə təqsirli bilməsə də, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2021-ci ilin aprel ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs2la küçədə söhbət edən zaman ona İlisu DTQ-nun ərazisində fıstıq ağacları olduğunu bildirərək, həmin ağacların kəsilməsində ona köməklik göstərməyini xahiş etmişdir. Hacıibrahimə hər reysə 30-50 manat arası pul verəcəyini demiş, Təqsirləndirilən şəxs2 da onunla razılaşmışdır. Təqsirləndirilən şəxs2la 2021-ci ilin aprel ayının əvvəllərində İlisu DTQ-nun “Daş qazmalar” və “Ulubaş” istiqamətlərindən adlanan ərazisindən ümumilikdə 11 ədəd fıstıq cinsinə aid köküstə bitmiş ağacları kəsmiş, həmin ağacları əvvəlcə onun yaşadığı evin həyətinə daşımış, daha sonra isə, yəni həmin ağac materialları bir qədər quruduqdan sonra 26 aprel 2021-ci il tarixdə Qax rayonu Ağçay kənd sakini Çingiz adlı şəxsə məxsus “Qazel” markalı avtomobillə hissə-hissə Qax şəhərində yerləşən Elşən adlı şəxsin sexinə aparmışlar. Fıstıq ağaclarını ümumilikdə 4 reyslə Qax şəhərinə daşımış, hər reysə görə Çingizə 40 manat pul vermişdir. 2021-ci ilin aprel ayının 28-də yenidən Hacıibrahimə küçədə söhbət edən zaman İlisu DTQ-nin ərazisində palıd ağacları olduğunu, həmin ağacların kəsilməsində ona köməklik göstərməsini xahiş etmiş, Hacıibrahim də onunla razılaşmışdır. Yenə də ona hər reysinə 30-50 manat arası pul verəcəyini demişdir. İlisu DTQ-nun “Ulubaş” adlanan istiqamətindən ağacları Hacıibrahimlə kəsib qayıdan zaman İlisu DTQ-nun işçiləri Cumberi və Tələt adlı şəxslər onları saxlamış, kəsdikləri həmin 6 ədəd palıd cinsindən olan ağacı apara bilməmiş, ilkin olaraq PŞ-də və rayon prokurorluğunda izahatı alınan zaman qorxduğundan törətdikləri əməli etiraf etməmiş, fərqli izahatlar vermiş, lakin artıq yalan danışmağın faydasız olduğunu bildiyi üçün törətdikləri əməli etiraf etmişlər. İlisu DTQ-nun ərazisindən ümumilikdə 11 ədəd fıstıq və 6 ədəd palıd cinsinə aid müxtəlif diametrlərdə olan ağacları kəsmiş, həmin ağacları qanunsuz olaraq kəsdiklərini bilmişlər. Çingizin onun “Qazel” markalı avtomobili ilə apardıqları 11 ədəd fıstıq cinsindən olan ağacı qanunsuz olaraq kəsmələrindən məlumatı olmamış, həmin ağacların onun olduğunu və bağ sahəsindən kəsildiyini hesab etmişdir. Qoruq işçiləri onları saxladıqda bir neçə gün öncə həmkəndlisi Şəmsəddinin ondan vaxtı olanda bağında olan quru şabalıd ağacını və digər bir neçə ağacın qol-budağını kəsməyini xahiş etmiş, 28 aprel 2021-ci il tarixdə günortadan sonra gələcəyini demiş, lakin qoruq işçiləri onları saxladıqları üçün Şəmsəddinə verdiyi sözü yerinə yetirə bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında isə Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qanuna zidd heç bir hərəkətə yol verməmişdir. X33 əməkdaşları onu saxladıqda onun əlində sadəcə ağackəsən mişar olmuş, həmin vaxtı sadəcə həmkəndlisi Şəmsəddinin xahişi əsasında ona məxsus ağacları budamağa getmişdir. Yaşadığı evin həyətində olan kəsilmiş halda olan və Çingiz Abdullayevə məxsus “Qazel” markalı avtomaşına Təqsirləndirilən şəxs2la yüklədikləri və Elşən Nəzirova məxsus taxta sexinə təhvil verdiyi ağacları isə qoruğun verdiyi icazə bileti əsasında kəsmişdir. Ona görə də məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özünü CM-in 259.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2021-ci ilin aprel ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs1la küçədə söhbət edən zaman ona İlisu DTQ-nun ərazisində fıstıq ağacları olduğunu, həmin ağacların kəsilməsində ona köməklik göstərməyini xahiş etmişdir. Araz ona hər reysə 30-50 manat arası pul verəcəyini demiş, həmin vaxtı maddi imkanı aşağı olduğu üçün Arazla razılaşmışdır. Arazla 2021-ci ilin aprel ayının əvvəllərində İlisu DTQ-nun “Daşqazmalar” və “Ulubaş” adlanan ərazisindən ümumilikdə 11 ədəd fıstıq cinsinə aid köküstə bitmiş ağacı kəsmiş, həmin ağacları əvvəllcə Arazın yaşadığı evin həyətinə daşımış, daha sonra isə, yəni 26 aprel 2021-ci il tarixdə həmin ağac materialları quruduqdan sonra Qax rayonu, Ağçay kənd sakini Çingiz adlı şəxsə məxsus “Qazel” markalı avtomobillə hissə-hissə Qax şəhərində yerləşən Elşən adlı şəxsin sexinə aparmışlar. Fıstıq ağaclarını ümumilikdə 4 reysə Qax şəhərinə daşımış, Araz hər reysə görə ona 40 manat pul vermişdir. 2021-ci ilin aprel ayının 28-də Araz yenidən ona küçədə söhbət edən zaman İlisu DTQ-nin ərazisində palıd ağacları olduğunu, həmin ağacların kəsilməsində ona köməklik göstərməyini xahiş etmiş, maddi imkanı aşağı olduğundan Arazla razılaşmış, Araz yenə də ona hər reysinə 30-50 manat arası pul verəcəyini demişdir. İlisu DTQ-nun “Ulubaş” adlanan ərazisindən 6 ədəd palıd ağacını kəsib qayıdan zaman onları İlisu DTQ-nun işçiləri Cumberi və Tələt adlı şəxslər saxlamış, kəsdikləri həmin 6 ədəd palıd cinsindən olan ağacı apara bilməmiş, ilkin olaraq PŞ-də və rayon prokurorluğunda izahatı alınan zaman qorxduğundan törətdikləri əməli etiraf etməmiş, fərqli izahatlar vermiş, lakin artıq yalan danışmağın faydasız olduğunu bildiyi üçün törətdikləri əməli etiraf etmiş, İlisu DTQ-nun ərazisindən 11 ədəd fıstıq və 6 ədəd palıd cinsinə aid müxtəlif diametrlərdə olan ağacları kəsmiş, həmin ağacları qanunsuz olaraq kəsdiklərini bilmişdir. Çingizin onun “Qazel” markalı avtomobili ilə apardığı 11 ədəd fıstıq cinsindən olan ağacı qanunsuz olaraq kəsmələrindən məlumatı olmamış, həmin ağacların Arazın olduğunu, onun bağ sahəsindən kəsildiyini hesab etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilkin olaraq təqsirləndirilən şəxs qismində cəlb olunub dindirilən zaman ona elan olunmuş ittihamla özünü təqsirli bilərək şübhəli şəxs qismində dindirilən zaman verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Lakin birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs2 ona CM-in 259.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o ibtidai istintaq zamanı polis əməkdaşlarının təsiri altında ifadə verərək ağacların kəsilməsinə görə cinayət əməlini törətdiyini etiraf etmişdir. O, ümumiyyətlə qoruq ərazisindən və başqa ərazilərdən heç bir ağacı kəsməmişdir. Arazın həyətindəki kəsilmiş ağacları Çingizin “Qazel” markalı avtomobilinə yükləməyə kömək etmiş, Araz ona buna görə 10 manat pul vermişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X17 ifadəsində göstərmişdir ki, 2021-ci ildən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində hüquq məslələri üzrə baş məsləhətçi vəzifəsində işləyir. 2021-ci ilin aprel ayında Qax rayonu İlisu DTQ-nun mülkiyyətinə məxsus torpaq sahəsində qanunsuz olaraq ağac kəsdikləri üçün Qax rayonu Qaxbaş kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Qax RPŞ-də cinayət işi aparıldığından müəssisələrini təmsil etmək üçün rəhbərlik tərəfindən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi göndərilmişdir. Hadisə nəticəsində təbiətə-ekologiyaya 18167,30 manat maddi ziyan vurulmuşdur. Hazırda təqsirləndirilən şəxslər təbiətə vurduqları ziyanı ödəməmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ədalətli cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxs olan İlisu X28 nümayəndəsi Muradov Azərçin Sabir oğlu ifadəsində göstərmişdir ki, 2005-ci ildən İlisu DTQ-nun direktor müavini, 2020-ci ildən isə qoruğun direktor əvəzi vəzifəsində çalışır. 28.04.2021-ci il tarixdə İlisu DTQ-nun işçiləri Tələt Abbasov və Cumberi Otaraşvili mühafizə rejiminə nəzarət etmək məqsədilə İlisu meşə sahəsinin 8 saylı dolayının ərazisində qəfləti reyd keçirən zaman həmin ərazidən 01 ədəd 72 sm, 01 ədəd 68 sm, 01 ədəd 56 sm, 02 ədəd 80 sm, 01 ədəd 48 sm diametrliklərində palıd cinsli, eləcə də 01 ədəd 56 sm, 01 ədəd 60 sm, 01 ədəd 48 sm, 01 ədəd 68 sm, 01 ədəd 80 sm, 01 ədəd 100 sm, 04 ədəd 72 sm və 01 ədəd 76 sm diametrliklərində fıstıq cinsli, ümumilikdə 17 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağacların qanunsuz kəsilməsi faktını aşkar etmişlər. Həmin faktı da sənədləşdirmiş, daha sonra həmin ağacların kim tərəfindən kəsilməsinin müəyyən edilməsi məqsədi ilə keçirilən tədbirlər zamanı qeyd olunan ağacların Qax rayonu Qaxbaş kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən kəsilməsi müəyyən edilmişdir. Hadisə nəticəsində İlisu DTQ-na ümumilikdə 18167,30 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ədalətli cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Qax rayonu Qaxbaş kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Özünə məxsus olan “Qazel” markalı **-BE-*** dövlət qeydiyyatlı nişanlı avtomobillə Qax rayonu ərazisində lazım olan yerlərə yük daşıyır. 26.04.2021-ci il tarixdə Qax rayonu Qaxbaş kənd sakini Araz adlı şəxs ona zəng edərək yaşadığı evin həyətində olan odun materialını “Qazel” avtomobili ilə Qax şəhərinə aparmağı xahiş edərək ona yol xərcini verəcəyini demişdir. Arazla razılaşdıqdan sonra avtomobili ilə Arazgilə getmiş, onun yaşadığı evin həyətindən 11 ədəd fıstıq cinsinə aid olan ağac materialını hissə-hissə Qax şəhərində yerləşən Elşən adlı şəxsə məxsus sexə aparmışdır. Araz həmin materialı avtomobilinə Qaxbaş kənd sakini adını sonradan öyrəndiyi Hacıibrahim adlı şəxslə yükləmiş, onlarla birlikdə həmin materialı sexə aparmış, materialları sexə boşaltdıqdan sonra pulunu alıb yaşadığı evə getmiş, Arazla Hacıibrahim ona qanunsuz ağac kəsmələri barədə heç bir söz deməmiş, həmin ağacların Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 1996-cı ildən İlisu DTQ-da işləyir. Təqribən 10 ildir ki, qoruğun 4 saylı dolayının mühafizə yegeri vəzifəsində işləyir. Eyni zamanda da işçi olmadığı üçün qoruğun 5 və 7 saylı dolaylarının mühafizəsi ona həvalə edilmişdir. 28 aprel 2021-ci il tarixdə qoruğun sahə müfəttişi Tələt Abbasov ilə birlikdə onun bir gün əvvəl aşkar etdiyi qoruq ərazisində olan qanunsuz ağackəsmə faktını sənədləşdirməyə getmiş, əraziyə “Ulubaş” adlanan istiqamətdən daxil olmuş, 8 saylı dolayın ərazisində 01 ədəd 72 sm, 01 ədəd 68 sm, 01 ədəd 56 sm, 02 ədəd 80 sm, 01 ədəd 48 sm diametrliklərində palıd cinsli, eləcə də 01 ədəd 56 sm, 01 ədəd 60 sm, 01 ədəd 48 sm, 01 ədəd 68 sm, 01 ədəd 80 sm, 01 ədəd 100 sm, 04 ədəd 72 sm və 01 ədəd 76 sm diametrliklərində fıstıq cinsli, ümumilikdə 17 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağacların qanunsuz kəsilməsi faktını aşkar etmişlər. Daha sonra bu barədə akt tərtib edib dəymiş ziyanı müəyyən etmişlər. Hadisə nəticəsində İlisu DTQ-na və ekologiyaya ümumilikdə 18167,30 manat maddi ziyan dəymişdir. Daha sonra ərazidən çıxıb gələn zaman yolda Qax rayonu Qaxbaş kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la rastlaşmışlar. Həmin vaxtı Araz və Hacıibrahim əvvəlcə onlardan gizlənmək istəmiş, lakin onları saxlamışlar. Həmin vaxtı Arazın əlində motorlu mişar olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş İlisu DTQ-da yeger vəzifəsində işləyən X25 ifadəsində şahid Cumberi Otaraşvilinin ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2008-ci ildən İlisu DTQ-da işləyir, əvvəl 12 saylı dolayın mühafizə yegeri vəzifəsində işləmişdir. 2020-ci ilin sentyabr ayından isə 8 saylı dolayın mühafizə yegeri vəzifəsində çalışır. Vəzifəsi təhkim olunmuş sahənin mühafizəsini həyata keçirməkdən ibarətdir. 28.04.2021-ci il tarixdə 8 saylı dolayda keçirilən reyd zamanı məlum olmuşdur ki, həmin dolayda ağacların kəsilməsi nəticəsində təbiətə ümumilikdə 18167,30 manat dəyərində maddi ziyan dəymişdir. Reyddən qayıdan zaman Cumberi Otaraşvili və Tələt Abbasov yolda Qaxbaş kənd sakinləri Araz və Hacıibrahim adlı şəxsləri əlində benzin mişarı ilə saxlamışlar. Onlardan Araz adlı şəxs o həmin dolayın mühafizə yegeri təyin olunandan sonra ona yaxınlaşaraq qoruqdan ağac gətirmək istədiyini bildirərək ona köməklik etməsini xahiş etmişdir. Özü isə Araza rədd cavabı vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X42 oğlu ifadəsində göstərmişdir ki, onun Qax şəhəri ərazisində taxta sexi vardır. O, Təqsirləndirilən şəxs1 ona ağac gətirməsini xahiş etmiş, Araz da ona Çingizin avtomaşını ilə fıstıq ağacını gətirmişdir. Araz həmin ağacı icazə bileti əsasında kəsdiyini bildirmişdir. Ondan sonra fıstıq ağacını Arazdan təhvil almışdır. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İlisu X28 ərazisində olarkən həmin qoruğun işçiləri ilə rastlaşmışlar. Həmin hadisədən bir neçə gün öncə qonşusu Araza vaxt edəndə bağında olan quru şabalıd ağacının və digər bir neçə ağacın qol-budağını kəsməsini xahiş etmişdir. Araz bir gün öncə ona 28 aprel 2021-ci il tarixdə günortadan sonra gələcəyini bildirmiş, 28 aprel 2021-ci il tarixdə onu gözləsə də Araz gəlməmiş, daha sonra onun və Təqsirləndirilən şəxs2 qanunsuz ağac kəsməyə görə saxlanıldıqlarını öyrənmişdir. İlisu DTQ ərazisində qanunsuz olaraq ağac kəsilməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin, zərərçəkmiş şəxslərin nümayəndələrinin, şahidlərin ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İlisu X28 28 aprel 2021-ci il tarixli Aktından görünür ki, həmin tarixdə X33 8 saylı dolayında meşə fonduna aid olan 01 ədəd 56 sm, 01 ədəd 60 sm, 01 ədəd 48 sm, 01 ədəd 68 sm, 01 ədəd 80 sm, 01 ədəd 100 sm, 04 ədəd 72 sm, və 01 ədəd 76 sm, diametrliklərində fıstıq cinsli, ümumilikdə 11 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağaclarının qanunsuz kəsilməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İlisu X28 25 iyul 2019-cu il tarixli Aktından görünür ki, həmin tarixdə mühafizə rejiminə nəzarət məqsədi ilə 8 saylı dolayın ərazisində növbəti reyd zamanı Qax rayonu Qaxbaş kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən qoruq rejiminin pozulması, köküstə yaş ağaclardan qanunsuz qırıntı törədilərək, atla sürüyərək daşıyarkən tərəflərindən aşkar edilmişdir. Hadisə yerində qanunsuz qırıntı törədilməsində istifadə edilən motorlu mişar və balta tərəflərindən maddi sübut kimi götürülməsinə qərar verilsə də, Təqsirləndirilən şəxs1 onlara müqavimət göstərərək həmin alətləri verməkdən imtina etmişdir. Hadisə yerində qanun pozan tərəfindən X33 8 saylı dolayında meşə fonduna aid olan 01 ədəd palıd 56 sm, 01 ədəd palıd 60 sm, 01 ədəd palıd 40 sm, 01 ədəd palıd 44 sm-lik ağaclardan qırıntı törətməsi qeydə alınmışdır. Müstəntiqin “maddi sübut kimi tanınma” haqqında 12.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İlisu X28 ərazisində gizlənən zaman özləri ilə götürdükləri 01 ədədə motomişarla aşkar olunmalarını əks etdirən videogörüntülərin olduğu 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İlisu X28 8 saylı dolayında bitmiş ağaclar meşə fonduna aid olan 01 ədəd 56 sm, 01 ədəd 60 sm, 01 ədəd 48 sm, 01 ədəd 68 sm, 01 ədəd 80 sm, 01 ədəd 100 sm, 04 ədəd 72 sm və 01 ədəd 76 sm diametrliklərində, ümumildə 17 ədəd yaş köküstə, bioloji inkişafda olan fıstıq cinsinə məxsus ağaclardır, qanunsuz olaraq kəsilmişdir. “Məlumatların əks olunduğu diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X40 Qoruğu ərazisində gizlənən zaman özləri ilə götürdükləri 1 ədəd motorlu mişarla aşkar olunması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 27.07.2021-ci il tarixli 9/4460 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 ədəd müxtəlif diametrli palıd cinsli, 11 ədəd müxtəlif diametrli fıstıq cinsli ağacların kəsilməsinə görə təbiətə dəymiş ziyanın məbləği ümumilikdə 18167,30 manat müəyyən edilir. O cümlədən: -6 ədəd müxtəlif diametrlli palıd cinsli ağac-5819,70 manat; -11 ədəd müxtəlif diametrli fıstıq cinsli ağac-12347,60 manat; Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. Qax RİH Qax-İngiloy kənd İƏD-nin verdiyi 02.08.2021-ci il tarixli 995 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qax rayonu Qaxbaş kəndində pasport qeydiyyatındadır və onun ailə tərkibi onun özündən, arvadı X13, oğlu X31, qızı X32 və anası X4 ibarətdir. Qax RİH Qax-İngiloy kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qax RİH Qax-İngiloy kənd İƏD-nin verdiyi 02.08.2021-ci il tarixli 994 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qax rayonu Qaxbaş kəndində pasport qeydiyyatındadır və onun ailə tərkibi onun özündən, arvadı X18, oğlu X5, qızı X1 ibarətdir. Qax RİH Qax-İngiloy kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İdris oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi 18.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi 18.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Kollegiya belə nəticəyə gələrkən təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və iş üzrə şahidlərin həm məhkəmə kollegiyasında, həm birinci instansiya məhkəməsinin iclasında, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 259.3cü maddəsi ilə düzgün tövsif olunmuş və onlara bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün yetərli deyildir. Təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin onlara israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrin, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 259.3-cü maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib onlara bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən cinayət əməllərini törətmişdir. Onlara məhkum olunduqları CM-in 259.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Apellyasiya şikayətlərində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətlərinin dəlilləri təqsirləndirilən şəxslərin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyаsının qənаətinə görə apellyasiya protestinin dəlilləri əsaslıdır. Belə ki, protestin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhəd”i müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. İşin hallarından isə görünür ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əməl etməyərək, yüngüllüyünə görə açıq-aydın ədalətsiz və törədilmiş cinayətin ictimai təhlükəliliyinə, habelə təqsirləndirilən şəxslərin şəxsiyyətinə adekvat olmayan hökm çıxarmışdır. Təqsirlənldirilən şəxslərə təqsirli bilindiyi CM-in 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ”az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, ekoloji cinayətlərlə əlaqədardır və bilavasitə obyekti meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində, eləcə də meşə fonduna daxil olmayan ağaclar, kollar və ya digər yaşıllıqlardır, obyektiv cəhəti isə ağacların, kolların və ya digər yaşıllıqların xeyli və ya külli miqdarda ziyan vurmaqla qanunsuz kəsilməsində (götürülməsi) ifadə olunur. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qanunsuz ağac kəsmə cinayəti nəticəsində “X40 Qoruğu”na və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə vurulmuş 18167 manat 30 qəpik məbləğində maddi ziyandan bir qismi belə ödənilməmiş, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsin nümayəndələri ilə barışıq əldə edilməmişdir. Bundan başqa hazırkı cinayət əməlinin bir qrup şəxs halında törədilməsi, eyni zamanda onun törədilməsi şəraiti və forması onun ictimai təhlukəliliyini artıran amillərdir. Belə ki, CM-in 34.8-ci maddəsində göstərilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girməklə ittiham edildikləri cinayəti törətmişlər və onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi ədalətlilik prinsipinin pozulması deməkdir. Ümumiyyətlə, ekologiya və meşə fondlarının qorunması ümumbəşəri problemə çevrildiyi bir vaxtda, habelə ölkəmizdə yaşıllıq zonalarına dövlət səviyyəsində diqqət göstərildiyi və dövlət tərəfindən bu sahəyə həssas yanaşıldığı bir halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girməklə yaş köküstə fıstıq və palıd ağaclarını kəsmələri ekoloji tarazlığın pozulmasına yönəlmiş əməldir. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təqsirləndirilən şəxslərə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə hardasa zəmin yaratmış, cəzasızlıq mühiti formalaşdırmışdır. Təqsirləndirilən şəxslərin şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır və onların azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacaqları inandırıcı görünmür. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə törətdiyi cinayət əməlinə görə təqsirləndirildikləri CM-in 259.3-cü maddəsinin sanksiyasında doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzasının nəzərdə tutulduğu halda onlara qəti olaraq 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onların islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər (CM-in 56.1.2). CPM-nin 398.1.4-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. CPM-in 399.1.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığını yoxlayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanunu norması düzgün tətbiq etmədiyinə və təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığına görə, apellyasiya şikayətləri təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Qax Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(024)-49/2021 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs1 CM-in 259.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 03 fevral 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 CM-in 259.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 03 fevral 2022-ci il tarixdən hesablanmalı, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü bəndlərini tətbiq edilməklə, təyin edilmiş cəzanın 6 (altı) ay azaldılmasını mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarına əsasən məhkəmələr: Həmin qərarın 4-cü bəndinə əsasən, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılsın (bu Qərarın 10cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 5-ci bəndinə əsasən, bu Qərarın 2.5-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.2.3-cü bəndinə əsasən, bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 9.3-cü bəndinə əsasən, icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 30-cu bəndinə əsasən, apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, ona hazırkı hökmlə CM-in 259.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edisin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(024)-49/2021 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 03 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 03 fevral 2022-ci il tarixdən hesablansın. Birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 hazırkı hökmlə CM-in 259.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-54/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-54/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver