Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-56/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair X11 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi təfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: X11 Məhkəməsinin (sədrlik edən hakim X7, hakimlər X10 oğlu və X2 ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxxx 1958-ci il tarixdə Ucar rayonunun Bərgüşad kəndində doğulmuş, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Göyçay rayonunun Cəyirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 03 (üç) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılması, onun üzərində 3 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun dərhal məhkəmə iclas zalında həbsə alınması, barəsində cəza çəkdiyi müddətdə barəsində narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan və Göyçay rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 16 ədəd çətənə kolları və torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: X11 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonunun Cəyirli kəndində yaşadığı evin həyətyanı sahəsində torpaqda və 3 ədəd kəsilmiş plastik su qablarında qanunsuz olaraq əkib 16 ədəd şitillərdən ibarət külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, xx xxx 2020-ci il tarixdə saat 15 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətinə giriş qapısından daxil olanda sağ tərəfdə yerləşən su hovuzunun üstündə 3 ədəd kəsilmiş plastik su qablarında 4 ədəd, sol tərəfdə olan hasarın tinində 11 ədəd və bağın sol tərəfində 1 ədəd olmaqla ümumilikdə 16 ədəd əkilib becərilməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Bununla da Məcidov X5 Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. X11 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində hökmün Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə tövsif edilərək həmin maddə üzrə ona sanksiyada nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. X11 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə məhkum edilməsinə dair X11 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs оğlu birinci instansiya məhkəməsi iclası zamanı verdiyi ifadəsinin oxşar ifadə verərək, оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü qismən, yəni CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilərək ifаdəsində göstərdi ki, özü narkotik vasitə hesab olunan marixuana istifadəçisi olduğu üçün 2020-ci ilin aprel ayında özündə olan toxumlardan 15 ədədini də götürüb həyətində və 3 ədəd plastik su qablarında əkmişdir. Qalan toxumları isə iki ədəd kağıza büküb gələcəkdə lazım olarsa, onları da əkib becərmək üçün zirzəmidə saxlamışdır. Həyətdə əkdiyi toxumlara qulluq etməsə də, əkdiyi plastik qablardakı toxumlara qulluq etməyə başlamış, yəni diblərinə peyin verməklə mütəmadi sulayaraq diblərini yumşaltmış və alaqlarını təmizləmişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı ünvana gələrək onu çağırmışlar. Polis əməkdaşları ona çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirərək ona vəkil Mətanət Həsənovanı təqdim etdikdən sonra hüquq və vəzifələrini izah etmişlər. Onun şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib edilmişdir. Polis əməkdaşları ona yaşadığı evin həyətinə baxış keçirilməsinin zəruri olduğunu bildirdikdə o, polis əməkdaşlarına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidinin, aqronomun və vəkilin iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilən zaman ümumilikdə həyətindən 16 ədəd tərkibində narkotik maddələr olan bitki kolları aşkar edilmiş, daha sonra aşkar edilmiş narkotik tərkibi bitki kolları qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, hal şahidləri və iştirakçılar tərəfindən protokola imza edilmişdir. İfadəsinin davamında Təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, 2011-ci ildə Rusiya Federasiyasında narkotik vasitələrin dövriyyəsində təqsirli bilindiyinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının bitməsinə iki ay qalmış cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyindən Azərbaycan Respublikasına qayıtmışdır. Həmin vaxtdan Göyçay rayonunun Cəyirli kəndində yaşamışdır. Narkotik vasitənin alüdəçisi olduğundan özü istifadə etmək üçün tərkibində narkotik vasitələr olan bitkiləri əkibbecərmişdir. Hazırda əməlindən çox peşmandır, yalnız üç ədəd plastik qabda olan narkotik vasitə tərkibli bitkilərə qulluq etmiş, həyətində əkdiyi toxumlara isə qulluq etməmiş, həmin bitkilər özləri kortəbii şəkildə inkişaf etmişdir. Məhkəmədən əməlinin CM-nin 237.1-ci maddəsinə tövsif olunmasını və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması və yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatına malik olduğundan xx xxx 2020-ci il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq aldıqdan sonra polis şöbəsinin bir neçə nəfər əməkdaşı ilə birlikdə həmin gün onun ətrafında əməliyyat tədbiri keçirilmişdir. Belə ki, xx xxx 2020-ci il tarixdə saat 15 radələrində tədbirdə iştirak edən əməkdaşlarla Göyçay rayonunun Cəyirli kəndinə, Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs çağırıb özlərini təqdim edərək yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib becərməsində şübhəli olduğunu bildirərək ona müdafiəçi təqdim etdikdən sonra hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətinə baxış keçirilməsinin zəruri olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidinin, aqronomun və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətə giriş qapısından daxil olanda sol tərəfdə daşdan olan hasarın dibində müxtəlif uzunluqda 11 ədəd çətənə kollarına oxşar şitillər aşkar edilmişdir. Daha sonra isə həyətdə su hovuzunun üzərində 3 ədəd kəsilmiş plastik su qablarında da 4 ədəd çətənə şitillərinə oxşar şitillər aşkar edilmişdir. Həmin plastik su qablarında olan 4 ədəd şitillər su qabları ilə birlikdə götürülmüşdür. Bundan sonra baxış davam etdirilmiş və həyətdəki sol tərəfdə mişar daşından olan hasarın dibində daha 1 ədəd çətənə bitkisinə oxşar şitil aşkar edilmişdir. Şitillərin bitdiyi yerdən torpaq nümunəsi götürülərək sellofana qoyulmuşdur. Bundan sonra həyətdə olan birmərtəbəli yarım təmirli evə baxış keçirilmişdir. Baxış zamanı evin zirzəmisində içərisində çətənə toxumlarına oxşar toxumlar olan iki büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, həyətindən müxtəlif yerlərdən aşkar olunmuş 16 ədəd bitkilərin çətənə şitilləri olduğunu, həmin çətənə şitillərinə mütəmadi olaraq su verib, onların diblərini yumşaltmaqla və alaqdan təmizləməklə qulluq edib gələcəkdə özü istifadə etmək üçün becərdiyini, zirzəmidən aşkar edilmiş iki ədəd kağız bükümlərdəki toxumların da çətənə bitkisinin toxumları olduğunu, onları gələcəkdə lazım gələrsə, əkmək üçün həmin yerdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 16 ədəd çətənə kollarına oxşar şitillər, onların diblərindən götürülmüş və sellofanda qablaşdırılmış torpaq nümunəsi, eləcə də zirzəmidən aşkar edilmiş iki ədəd kağız bükümlərdə olan toxumlar 1 ədəd karton qutuya qoyularaq qablaşdırılmış, karton qutunun üzəri möhürlənmiş, üzərini Təqsirləndirilən şəxs və hal şahidləri imzalamışlar. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək keçirilmiş əməliyyat tədbirində hal şahidi qismində iştirak etdiyini qeyd edib, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 da Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Göyçay rayonunun Cəyirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olduğu, həmçinin Göyçay rayon Cəyirli kəndində yaşadığı evin həyətində narkotik tərkibli çətənə kolları əkib-becərdiyi barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 04) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədilə Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşadığı evə və həyətinə daxil olmaqla baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 07) Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Göyçay rayonunun Cəyirli kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 26) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış və götürülmə keçirilməsi barədə” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, iki nəfər hal şahidinin, aqranomun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Göyçay rayonunun Cəyirli kəndində yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilərkən külli miqdarda, cəmi 16 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar olunaraq götürülmüşdür. (cild 01, iş vər. 27-38) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxx 2020-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonunun Cəyirli kəndində yerləşən evinin həyətyanı sahəsində yerləşən kolluqların arasından aşkar edilmiş torpağa əkilmiş 16 ədəd yaşıl bitkilər ayrıayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır. (cild 01, iş vər. 39) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ekspertiza mərkəzindən alınmış xx xxx 2020-ci il tarixli 17/278saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş...” sözləri yazılmış karton qutunun içərisində hündürlükləri 3 sm-dən 10 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri- 6,69 qram olan 15 (on beş) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Hündürlüyü 46 sm, yaş vəziyyətdə təmiz çəkisi - 12,21 qram olan 01 (bir) ədəd bitki əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. 02 ədəd kağız bükümlərdə, ümumi təmiz çəkiləri 5,87 qram olan bozumtul-qəhvəyi rəngli bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyillər. 01(bir) ədəd sellofan torbada olan torpaq nümunəsinin içərisindəki bitki hissəcikləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisinin hissəcikləridir. Aqronom mütəxəssis Ş.İsmayılovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən 15 ədəd çətənə (kannabis) bitkisinin şitillərinə və 01 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. (cild 01, iş vər. 53-54) Cinayət işinin materiallarında olan Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış xx xxxx 2020-ci il tarixli 3584 saylı məktubdan görünür ki, Göyçay rayon Cəyirli kənd sakini, xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. (cild 01, iş vər. 129) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 717 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə etməsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 143) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 237.2.3-cü mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyаsiyа şikаyətindən göründüyü kimi təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi cinayət əməlini Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi Müdafiəçi apellyasiya şikayətində qeyd etdiyi dəlillərə tənqidi yanaşaraq hesab edir ki, onlar əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonunun Cəyirli kəndində yaşadığı evin həyətyanı sahəsində torpaqda və 3 ədəd kəsilmiş plastik su qablarında qanunsuz olaraq əkib 16 ədəd şitillərdən ibarət külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, xx xxx 2020-ci il tarixdə saat 15 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətinə giriş qapısından daxil olanda sağ tərəfdə yerləşən su hovuzunun üstündə 3 ədəd kəsilmiş plastik su qablarında 4 ədəd, sol tərəfdə olan hasarın tinində 11 ədəd və bağın sol tərəfində 1 ədəd olmaqla ümumilikdə 16 ədəd əkilib becərilməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi yalnız üç ədəd plastik qabda olan narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirməklə əməlin CM-nin 237.1-ci maddəsinə tövsif olunmasını xahiş etsələr də, cinayət işinin materiallarında olan mütəxəssis rəyi və məhkəmə bioloji ekspertizasının rəyinin tədqiqindən müəyyən olunur ki, həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar olunan bütün narkotik tərkibli şitillərə və bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Ona görə də, məhkəmə kollegiyası yalnız üç ədəd plastik qabda olan narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq edilməsi ilə bağlı müdafiə tərəfinin göstərdiklərini təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinin daha yüngül cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb edilməsinə hesablanmış özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 62 yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Apellyasiya Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs törətdiyi əmələ münasibətdə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsinə, onun törətdiyi cinayət əməlini Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə tövsif edilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair X11 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair X11 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-157/2020 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-56/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-56/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver