Məhkəmə qərarları › İş №1(107)-58/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-58/2020

21.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-58/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsiləndirilməsinə dair X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(091)- 34/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X14 Məhkəməsinin (sədrlik edən hakim B.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1978-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Korarx kəndində qeydiyyatda olmaqla yaşayan, bаrəsində həbs qətimkаn tədbiri seçilmiş, hazırda X4 saxlanılan Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalında həbs olunması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı tarixdən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilməsi, iş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) məhkəmə məsrəfi olan ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış Ağdaş rayon Polis Şöbəsində saxlanılan VAZ21063 markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomaşın sahibi Təqsirləndirilən şəxs qaytarılması, 01 ədəd şalvar, avtomobilin oturacağının 01 ədəd üzlük hissəsi və 01 ədəd döşəkçənin dəyəri olmadığına görə məhv edilməsi, 03 ədəd diskin isə cinayət işinin materiallarında saxlanılsınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 1510 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1 hissəsinin 8- ci bəndinin tələblərini pozmuş, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə etməməli olduğu halda, alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2106 markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Şəkili kənd yolunun 5-ci kilometrliyində Şəkili kənd ərazisində üzü Şəkili kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və əmlakına zərər vurmamalı olduğu halda bunları etməyərək həmin yolda sağa sərt döngədə avtomobilin idarəçiliyini itirməsi nəticəsində avtomobil yolun sol tərəfində yerləşən quru su kanalına aşmış, nəticədə zərərçəkmiş şəxs avtomobildə arxada sağ tərəfdə əyləşmiş Zərərçəkmiş şəxs politravma, qapalı kəllə beyin travması, alın, təpə nahiyələrinin əzilmiş-çapılmış yaraları, sağ bud sümüyünün 1/3-nin açıq qəlpəli yerini kəskin dəyişmiş sınığı, üz sümüklərinin, boyun və döş fəqərələrinin, qabırqalarının çoxsaylı, qapalı, yerdəyişmiş və dəyişməmiş sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olduqlarından ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vuran xəsarətlər, avtomobildə arxada solda əyləşmiş sərnişin X5 ağır qapalı kəllə-beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə alnın sağ nahiyəsində qansızma, sağ İ-İİ-İİİ-İV qabırğaların sınıqları daxili qanaxma (400ml), döş qəfəsinin ön sağ yumşaq toxumalarının iç səthinə qansızmalar, üz və burun sümüklərinin sınıqları, sol bud sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, sol qaş nahiyəsinin, sağ qulaq seyvanının yaraları, alnın sağ nahiyəsinin, sol gözaltı nahiyənin, sol diz oynağının ön səthinin, sağ ayağın üst səthinin qançırları, sağ budun ön səthinin, sağ baldırın aşağı 1/3-nin ön səthinin, sol aşıq daban oynağının iç səthinin sıyrıqları ilə müşayiət olunan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və avtomobildə qabaqda əyləşmiş X3 ağır qapalı-kəllə beyin travması, beynin sərt qişa altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə təpəənsə nahiyəsində qansızma, İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları daxili qanaxma (500 ml), üzün sağ və sol almacıq nahiyəsinin, döş qəfəsinin ön sol nahiyəsinin, sol diz oynağının ön səthinin qançırları, döş qəfəsinin ön səthinin döş sümüyü proyeksiyası üzrə olan sıyrığı, sol bazunun orta 1/3-nin ön səthinin, qarnın ön nahiyəsinin, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları ilə müşayiət olunan ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümlərinə səbəb olan xəsarətlər yetirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(091)-34/2020 nömrəli hökmündən təqsirləndirilən şəxs Həmidov X6 şikayəti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müdafiə tərəfi hökmün cəza nəzərdə tutulan hissəsi ilə aşağıdakı əsaslara görə razılaşmır: Belə ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışması, onlara dəymiş zərərin ödənilməsi, iş üzrə ibtidai istintaq zamanı və hazırki məhkəmə tərəfindən araşdırılmış və tədqiq edilmiş sübut növləri ilə, o cümlədən zərər çəkmiş şəxslərin hüquqi varislərinin ifadələri ilə tam təsdiq edilir. Məhkum edilmiş şəxs barəsində təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə, ictimai təhlükəliliyinə və cinayətin törədilmə hallarına uyğun deyildir. Fikrincə, məhkəmənin onun barəsində cəza seçərkən onun əməlini səmimi etiraf etməsini, peşman olmağını, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisləri ilə, həmçinin ölmüş zərər çəkmiş şəxslərin yaxın qohumları ilə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı özünün də həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid xəsarətlər almasını, habelə təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini hökmdə nəzərə almamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, ailəsinin maddi durumunun yaxşı olmamasını, ailənin yeganə gəlir gətirəni olmasını və.s bu cür digər halları cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamış və məhkum edilmiş şəxsə kifayət qədər ağır cəza təyin etmişdir. Hesab edir ki, iş materiallarında kifayət qədər yüngülləşdirici hallar mövcuddur və həmin hallar məhkəmə tədqiqatında öz təsdiqini tapmasına baxmayaraq məhkəmə onları lazımınca qiymətləndirə bilməmişdir. X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəza növünün dəyişdirilərək daha yüngül cəza növünün təyin edilməsi, bu mümkün olmadıqda CM-in 62-ci maddəsini tətbiq edərək məhkum edilmiş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş cəzanın aşağı həddən də az cəza təyin edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X2 apelyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən təqsirləndirilən şəxs Həmidov X6 şikayətinin təmin edilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, Apelyasiya şikayətinin təmin edilməməsini, X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(091)-34/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apelyasiya şikayətinin və ya Apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən Apelyasiya şikayətinin və ya Apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, Apelyasiya şikayətinin və ya Apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərarqəbuledəbilər. Məhkəmə kollegiyası Apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının Apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(091)-34/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 263.-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 263-1.4-cü maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 263-1.4-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsinşəxsiyyətini,cəzanı yüngülləşdirən və ağırlaşdıran halları,habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 263.-1.4-ci maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasınəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası X14 Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə Apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxsna CM-in 263.1-4-cü maddəsiilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən verilmiş apelyasiya şikayət təmin edilməməli, X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(091)-34/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə X14 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(091)-34/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar