Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-58/2021 05.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X8, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsiləndirilmələrinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-69/2020 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (sədrlik edən T.Əliyev) xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-69/2020 nömrəli hökmü ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq CM-in 69.3 maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 4 (dörd) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, xx xxxxxx 1978-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən üzərində qəti olaraq 02 il, 05 ay, 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq CM-in 69.3 maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 1(039)-85/2019-cu il tarixli hökmü ilə CM-in 234.1 maddəsi ilə təyin edilmiş 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırıması cəzasının çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) günü CM-in 67.1 maddəsinə əsasən ona təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, xx xxxxxxxx 1979-cu il tarixdə Ermənistanın SSRnin Əzizbəyov rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı habelə xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə olduğu və xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət cəmi 51 gün müddət nəzərə alınaraq CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 3 (üç) ay 12 (on iki) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki ) il 2 (iki) ay 18 (on səkkiz ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs3 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilərək, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə həmin qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, maddi sübut, Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd dəmir pəncərə barmaqlıq, 1 ədəd dəmir çarpayı, 1 ədəd tava, 1 ədəd xalça, 1 ədəd qızdırıcı cihaz zərər çəkmiş “xxxx” ASC-yə qaytarılması, iş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗxx xxxx 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 oğlu CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o 2020-ci ilin yanvarın 27-də saat 20:00 radələrində, özgənin əmlakını gizli talamaq məqsədilə, Yevlax rayon “xxxx” ASC-nin inzibati binasına qanunsuz daxil olaraq oradan 10 manat dəyərində 1 ədəd pəncərə barmaqlıq, 300 manat dəyərində 2 ədəd dəmir seyf, 30 manat dəyərində 1 ədəd dəmir çarpayı, 150 manat dəyərində 4x2 ölçüdə 1 ədəd xalça, 50 manat dəyərində 1 ədəd taxta qapı və 30 manat dəyərində 2 ədəd stulu gizli yolla talamaqla “xxxx” ASC-yə cəmi 570 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra, o, təkrarən, 2020-ci ilin fevralın 02-də saat 20:00 radələrində, özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə qrup təşkil etməklə, Yevlax rayon “xxxx” ASC-nin həyətinə qanunsuz daxil olaraq oradan hər birinin ayrıayrılıqda qiyməti 6 manat, ümumi qiyməti 180 manat dəyərində 30 ədəd tava və 80 manat dəyərində 1 ədəd qızdırıcı cihazı gizli yolla talamaqla “xxxx” ASCyə cəmi 260 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2020-ci ilin fevralın 02-də saat 20:00 radələrində, özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə qrup təşkil etməklə, Yevlax rayon “xxxx” ASC-nin həyətinə qanunsuz daxil olaraq oradan hər birinin ayrı-ayrılıqda qiyməti 6 manat, ümumi qiyməti 180 manat dəyərində 30 ədəd tava və 80 manat dəyərində 1 ədəd qızdırıcı cihazı gizli yolla talamaqla “xxxx” ASC-yə cəmi 260 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o 2020-ci ilin fevralın 02-də saat 20:00 radələrində, özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qrup təşkil etməklə, Yevlax rayon “xxxx” ASC-nin həyətinə qanunsuz daxil olaraq oradan hər birinin ayrı-ayrılıqda qiyməti 6 manat, ümumi qiyməti 180 manat dəyərində 30 ədəd tava və 80 manat dəyərində 1 ədəd qızdırıcı cihazı gizli yolla talamaqla “xxxx” ASC-yə cəmi 260 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-69/2020 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apelyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apelyasiya protestini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 “xxxx” ASCnə 830 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə qərar qəbu edərkən dəymiş zərərin qismən ödənilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmalarını, əməllərindən peşman olmalarını qanunun tələblərinə əməl etmədən cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Lakin CM-in 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin dəymiş ziyanın tam olaraq ödəmələrini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. İşin hallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanc yerinə qanunsuz daxil olaraq, Təqsirləndirilən şəxs1 həm də təkrarən özgənin ümumilikdə 830 manat dəyərində əmlakını oğurladıqlarını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. CM-in 177-ci maddəsinin qeyd hissəsinə əsasən həmin Məcəllənin 177.2.1, 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi vurulmuş ziyanın məbləği məsuliyyətin yaranması üçün müəyyən edilmiş məbləğdən 8 dəfə çox olmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 apelyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X10, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X6, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X2 apelyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apelyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin apelyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Dövlət ittihamçısı apelyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-69/2020 nömrəli hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya protestində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri mübahisələndirilməsə də məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər ümumilikdə 830 manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxs1 cinayət əməlinin CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlinin CM-in 177.2.1 və 177.2.3-cü maddələri tövsif edilməsilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsada, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı cinayət qanunvericiliyin tələblərinə uyğun bilmir. Belə ki, CM-in 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Hazırda işdən aydın olur ki, məlum cinayət əməli bir qrup şəxs halında törədilmişdir. Həmçinin, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 verilmiş itihama görə hər iki epizod üzrə təqsirli bilinmiş. Vurulmuş zərər təqsirləndirilən şəxslər tərəfindən könüllü olaraq ödənilməmiş, geri qaytarılan əşyalar bilavasitə polis əməkdaşları tərəfindən sonuncularda müəyyən edilmiş əşyalar olmuş və buna görə də zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmamışdır. Digər tərəfdən işdə olan Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Yevlax rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 03 ay hissəsini çəkmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər ona təyin edilmiş cəzadan islah olmamış və yenidən cinayət törətmişdir. Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdiyi müddətdə qəsdən yenidən az ağır cinayət törətmiş, bununla da islah olunma yolunda olmadığını göstərmişdir. Cinayət qanunvericiliyinin müddəalarına əsasən onun əməlində cinayətlərin residivi olmasa da, məhkumluğu vardır. Qeyd edilən xüsusatlar törədilən cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edən hallar olmaqla bərabər Təqsirləndirilən şəxs2 şəxsiyyətini də mənfi xarakterizə edən əlamətlərdir. Göründüyü kimi birinci instansiya məhkəməsi cinayət qanununun müvafiq normalarının tələblərini və Plenum qərarının tövsiyələrini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməyərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində onların şəxsiyyətinə uyğun olmayan azadlığın məhdudlaşdırılması cəzası tətbiq etməkdə səhvə yol vermişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə uyğun olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri üzrə, Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri üzrə, Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini mümkün bilməsədə, digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 təyin edilmiş cəza ilə razılaşır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-69/2020 hökmü təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından həbs olunmalı, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3 maddələri ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 1(039)-85/2019-cu il tarixli hökmü ilə CM-in 234.1 maddəsi ilə təyin edilmiş 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırıması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 19 (on doqquz) günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla müəyyən edilmiş 5 ay 24 gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki cəza ilə birləşdirilərək üzərində qəti olaraq 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından həbs olunmalı, Hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-69/2020 hökmü təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3 maddələri ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 1(039)-85/2019-cu il tarixli hökmü ilə CM-in 234.1 maddəsi ilə təyin edilmiş 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırıması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 19 (on doqquz) günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla müəyyən edilmiş 5 ay 24 gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki cəza ilə birləşdirilərək üzərində qəti olaraq 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs olunsun. Hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-58/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-58/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver