Məhkəmə qərarları › İş №1(107)-6/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-6/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-6/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X11 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 120.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 1(091)-32/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Hüseynov, hakimlər B.Məmmədov və N.Mirzəyevdən ibarət təkibdə) 09 aprel 2021-ci il tarixli tarixli 1(091)- 32/2021 nömrəli hökmü ilə 20 avqust 1973-cü ildə Tərtər rayonu Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMCdə sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həbs edilənə kimi ünvan 2 ünvanında yaşamış, 04 mart 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddətin təyin edilmiş cəzaya hesablanması, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan, yəni 26 fevral 2020-ci ildən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ekspertiza xərci 304 (üç yüz dörd) manat 16 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və X6 saxlanılan 1 ədəd Vogue markalı siqaretin kötüyü, qan nümunələri, 1 ədəd rəngli zolaqları olan şərf, 1 ədəd qara rəngli üzəri naxışlı jaket, 1 ədəd qara rəngli papaq, 1 ədəd stolüstü süfrə, 1 cüt başmaq, 1 ədəd bıçaq tiyəsi və 1 ədəd bıçaq dəstəyi, X12 meyitinə baxış zamanı götürülmüş paltarlar - 1 ədəd qara-boz rəngli sviter, 1 ədəd bənövşəyi rəngli köynək, 1 ədəd qara rəngli yubka, 1 ədəd qara rəngli retuz, 1 ədəd qara rəngli büstqalter, 1 ədəd ağ rəngli qarının sıxılması üçün bellik və 1 cüt qara rəngli corab, həmçinin S.Əyyubovanın dırnaq və tük nümunələri, Təqsirləndirilən şəxs götürülmüş qan və ağız suyu nümunələrinin məhv edilməsi, 18 manatın zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılması, "xxxx" MMC-dən daxil olmuş məlumatların saxlandığı 02 ədəd diskin cinayət işində saxlanılması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs təxminən 1997-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda yük maşını ilə mişar daşı gətirərək Zaqatala rayonunda həmin daşın fərdi qaydada satışı ilə məşğul olarkən, günlük ödəniş etməklə ünvan 3 ünvanında yerləşən, X19 məxsus fərdi yaşayış evində kirayədə qaldığı dövrlərdə, cinsi ehtirasını təmin etmək məqsədilə ayrı-ayrı qadınlarla tanış olaraq onlarla ayrı-ayrı yerlərdə cinsi yaxınlıq etmiş, eləcə də kirayədə qaldığı evdə başqa qadınlarla görüş təşkil etməyə cəhd etməsi ilə bağlı onunla ev sahibi X12 arasında əvvəllər də narazılıq yaranmışdır. 23 fevral 2011-ci ildə mişar daşı satmaq məqsədilə qohumu Şahid2 ilə birlikdə sonuncuya məxsus yük maşını ilə yenidən Zaqatala rayonuna gəlib 23.02.2011-ci il tarixdən 24.02.2011-ci il tarixinə keçən gecəni S.Əyyubovaya məxsus evdə gecələməyə qərar vermiş, havanın soyuq olması ilə bağlı evdəki sobanın yanında olan çarpayıda yatmaq istəsə də, S.Əyyubova həmin çarpayıda başqa şəxsin gecələyəcəyini bildirib çarpayıdan istifadə etməyə ona icazə verməmiş, səhərisi gün yuxudan oyanıb çarpayını boş gördükdə, S.Əyyubovanın bilərəkdən həmin çarpayını onun istifadəsinə verməməsi qənaətinə gəldiyindən, təklikdə olduqları zaman bununla bağlı S.Əyyubovaya narazılığını bildirərək onunla anası kimi davranmasını xahiş etməsinə baxmayaraq, təbiətcə söyüşkən olan S.Əyyubova onun ünvanına nalayiq sözlər işlətmiş, bundan sonra saat 09 radələrində Şahid2 və qeyriləri ilə birlikdə evdən çıxıb daş bazarına getmiş, S.Əyyubovanın həmin gün onu təhqir etməsi, həmçinin əvvəllər də evə qadın gətirməsinə razılıq verməməsi ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə həmin gün saat 11:30 radələrində Seyran Əyyubovanın olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, onunla həyətdə qeyd edilənlərlə bağlı söhbət edərkən, aralarında yaranmış mübahisə zamanı S.Əyyubova yenidən onun ünvanına nalayiq söyüşlər işlətdiyinə görə qisas almaq niyyəti ilə S.Əyyubovanı öldürmək qərarına gəlmiş, bu məqsədlə həyətdə kimsənin görə biləcəyindən ehtiyat edərək söhbətlərini davam etdirmək üçün S.Əyyubovaya evin otaqlar olan hissəsinə keçməyi təklif etmiş, S.Əyyubova qabaqda, o isə onun arxasınca evə girərkən, giriş qapısından sol tərəfdə qoyulmuş masanın üzərində olan bir neçə mətbəx bıçağından birini götürüb evə girdikdən sonra S.Əyyubovanın ardınca sol tərəfdə olan otağa daxil olmuş, sol əli ilə onun paltarından tutaraq, sağ əlində olan mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə köks qəfəsinin sağ və sol döş nahiyələrində köks boşluğuna keçib ağciyəri və ürək pərdəsini zədələməklə çoxlu qanitirmə ilə nəticələnmiş, hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid 06 ədəd kəsilmiş-deşilmiş yara xarakterli, köks qəfəsinin sağ və sol nahiyələrində 04 ədəd, sağ bazusunda 01 ədəd kəsilmiş-deşilmiş yaralar və sağ saidində 01 ədəd kəsilmiş yara xarakterli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid, başın alın nahiyəsində qançır, sol almacıq sümüyü nahiyəsində sıyrıq, sol yanağında şişkinli qançır və üst dodağının selikli qişasında əzilmiş-kəsilmiş yara xarakterli, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, ümumilikdə 12 ədəd xəsarət yetirməklə X20 qisas niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti, verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayətin motivi ilə bağlı ittiham əsassızdır. Belə ki, təqsirləndirilən şəxs guya 2009-cu il tarixdə Yeganə Quliyeva adlı qadınla zərərçəkmiş şəxsin evində görüşmüş, həmin vaxt guya polis tərəfindən onlar həmin evdə tutulmuş və polisə 600 manat məbləğində pul verildikdən sonra onlar sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs guya bu səbəbdən zərərçəkmiş şəxsi öldürmüşdür. Bununla bağlı qeyd edilir ki, Təqsirləndirilən şəxs dediklərini təsdiq edəcək heç bir fakt müəyyən edilməmişdir. Əksinə əməliyyat tapşırığı verilmiş və Yeganə Quliyeva adlı qadının olmasına dair heç bir məlumat əldə edilməmişdir. Bundan başqa həmin vaxt sahə rəisi vəzifəsində işləmiş şəxs də dindirilmiş və qeyd edilən hadisə barədə məlumatsız olduğunu qeyd etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 2009-cu il tarixdə Rusiya Federasiyasında olmuş və ibtidai sitintaq orqanı onun dediyi vaxtlarda Zaqatala rayonunla gəlib-gəlmədiyini müəyyən etməmişdir. Müdafiə tərəfi bununla bağlı təqsirləndirilən şəxsin telefon anten dairlərinin çıxarılmasını tələb etsə də, lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Bundan başqa təqsirləndirilən şəxs həmin vaxt zərərçəkmiş şəxsin onu satmaması barədə zərərçəkmiş şəxsin ona deməsini qeyd etməsi və eyni zamanda həmin vaxt polisə pul verib məsələni həll etdikdən sonra həmin məsələnin yayılması və Yeganə Quliyevanın ailəsinin və özünün ailəsinin bu söhbətdən xəbər tutuması inandırıcı deyildir. Eyni zamanda aradan uzun müddət keçdidkdən sonra təqsirləndirilən şəxsin qeyd edilən məsələni yenidən qabartması məntiqli və əsaslı görünmür. Nəhayət zərərçəkmiş şəxsin evində kimisə görüşdürüb sonradan onu satması özlüyündə inandırcı deyildir. Əgər o kimisə pul müqabilində evində görüşdürmüş olsa idi, bu zaman polisə məlumat verməsi mümkünsüz idi. Çünki həmin hərəkət ilə bağlı qanunvercilikdə məsuliyyət nəzərdə tutulmuşdur. Bu hərəkətlər olmuş olsa idi, təqsirləndirilən şəxsin yenidən zərərçəkmiş şəxsin evinə getməsi də ağlabatan və məntiqli deyildir. İttiham tərəfinin sübutları ilə bağlı qeyd edilməlidir ki, təqsirləndirilən şəxs hadisə ilə bağlı bir neçə dəfə həm şahid, həm də təqsirləndirilən şəxs qismində dindirilmişdir. O, ilkin vaxtlarda ifadə vermiş və həmin ifadəsində hadisənin onun tərəfindən törədilməsini inkar etmişdir. O, 9 ildən sonra, yəni 02.02.2020-ci il tarixdə zərərçəkmiş şəxsin gəlini X13 Azərbaycan Respublikası Baş Prokurorluğuna təqsirləndirilən şəxsin cinayət törətməsi ilə bağlı etdiyi şikayətdən sonra dindirilir və həmin vaxt şahid qismində verdiyi ifadəsində cinayətin onun tərəfindən törədilməsini inkar edir. O, ilkin vaxtlar verdiyi ifadəsini təqsdiq edir. Həmin vaxt onun barəsində cinayətin törədilməsi ilə bağlı məlumatlar olmasına baxmayaraq, o, şahid qsimində dindirlimişdir. Təqsirləndirilən şəxs həmin vaxt müayinəyə məruz qalır, ondan ağız suyu və qan nümünəsi götürülür. Ondan götürülən qan nümunəsi ilə bağlı genetik ekspertizanın rəyi 21 fevralda verilir. Bundan sonra o, 24 fevral 2020-ci il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə telefon zəngi ilə çağırılır və həmin vaxt polisə tabe olmamaqla bağlı şərlənərək inzibati qaydada həbs edilir və həmin vaxt ona edilən təzyiqlər alıtında şahid qismində dindirlir və cinayəti etiraf edir. Bununla bağlı qeyd edilir ki, təqsirləndirilən şəxs polis şöbəsinin çağırışı ilə həmin yerə gedir və polisə tabe olmamaqla bağlı həbs edilir. Yəni şəxs heç bir əsas olmadan şərlənərək inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində döyüldükdən sonra ona ərizə yazdırılır və o etiraf edir ki, guya cinayət hadisəsini o törədib. Həmin ərizədə guya təqsirləndirilən şəxs uzun müddət imiş ki, əzab çəkirmiş. Əgər təqsirləndirilən şəxs, həqiqətən də, cinayəti törədib əzab çəkirmişsə onda elə ilkin vaxtı, yəni 02.02.2020-ci il tarixdə polis şöbəsində şahid qismində dindirilən zaman cinayəti etiraf edərdi. Ərizə verildikdən sonra o, 26.02.2020-ci il tarixdə şahid qismində dindirilir və cinayəti etiraf edir. Həmin gün videoçəkiliş ilə onun ifadəsi alınır. Bu hal qanunvericliyin və Konvensiyanmm 6-cı maddəsinin kobud pozuntusudur. Belə ki, təqsirləndirilən şəxsin barəsində cinayəti törətməklə bağlı ərizə olduğu halda onun şahid qismində dindirilməsi yolverilməz idi. Bundan başqa şəxs cinayəti törətməsi ilə bağlı ərizə ilə polis şöbəsinə müraciət etdikdən sonra onun şahid qismində dindirilməsi qanunvericiliyin kobud pozuntusudur. Artıq onun barəsində verilmiş ərizə onun özü tərəfindən yazdığı ərizəsi, şahid qismində dindirilməsi və cinayəti etiraf etməsində sonra onun şahid qismində videoçəkiliş ilə dindirilməsi qanunvericliyin və Konvensiyanın kobud pozuntusudur və həmin vaxt təqsirəndirilən şəxsin barəsində aparılan bütün istintaq hərəkətlərinin nəticələri etibarsız hesab edilməlidir. Müstəntiq və prosessual rəhbərliyi həyata keçirən prokurorun müdafiə hüququnu kobud sürətdə pozduğundan onlar barəsində xüsusi qərar çıxarılmalıdır. Sübutların etibarsızlığı ilə bağlı və təqsirləndirilən şəxsin etirafedici ifadələrinin əsassızlığı ilə bağlı qeyd edilir ki, təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, o guya həmin vaxt evdən çıxan zaman zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Bununla bağlı işdə olan şahid ifadələrinə diqqət yetirdikdə onun dedikləri tamamilə təkzib edilir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, guya o həmin vaxt avtomobili təmir etmək üçün paltarını dəyişmiş və bundan sonra həmin paltarla zərərçəkmiş şəxsin evindən gəldikləri taksi ilə onun evinə getmişdir. Digər bir ifadəsində isə qeyd edir ki, guya başqa bir yoldan keçən taksi ilə oraya getmişdir. Təqsirləndirilən şəxs qapıya getdikdən sonra zərərçəkmiş şəxsi səsləməsi və onun çölə çıxamasından sonra onunla danışması və mübahisənin yaranması və o çığıran zaman onun ağzını tutmasını qeyd etməsi həmin vaxt onların yanından bir qadının keçməsini deməsi, bundan sonra otağa gedib zərərçəkmiş şəxsin evə keçdikdən sonra şkafdan bıçağı götürməsi və aralarında mübahisə yaranması və sonda ayaq üstə mənzilin zalında onun döş qəfəsinə yuxandan aşağı olmaqla çoxsaylı zərbələr vurması kimi ifadələri işdə olan başqa sübutlarla tam təkzib edilir. Belə ki, işdə olan hadisə yerinə baxış protokolundan görünür ki, meyit evin zalından deyil, solda yerləşən yataq otağından tapılmışdır. Orada olan şəraitdən görünür ki, zərərçəkmiş şəxs məhz həmin otaqda öldürülmüşdür. Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması ilə bağlı istintaq hərəkətində zərərçəkmiş şəxsi evin zalında öldürdüyünü bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs hadisənin törədildiyi yeri doğru göstərə bilməmişdir. Meytin üzərində olan xəsarətlərdən görünür ki, xəsarətlərin çoxusu sağ tərəfdə yerləşir və öndən arxayadır. Bundan başqa işdə olan ekspertiza rəyindən görünür ki, xəsarətlərin yetirilməsi zamanı zərərçəkmiş şəxsin uzanıqlı vəziyyətdə olması qeyd edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi yalnız bıçaqla vurduğunu qeyd etsə də, işdə olan ekspertiza rəyindən də göründüyü kimi zərərçəkmiş şəxsin üzərində bıçaqdan başqa küt əşya ilə yetirilməyə xarakterik xəsarətlər vardır. Həmin xəsarətlər daha çox döyməyə xarakterik xəsarətlərdir. Zərərçəkmiş şəxsin üzərində olan xəsarətlərin daha çox sağ tərəfdə olması işdə olan ekspertiza rəyini bir daha təsdiq edir. Yəni xəsarətlərin sağ istiqamətdə yerləşməsi bunu deməyə əsas verir ki, şəxs ayaq üstə deyil, yıxılı vəziyyətdə vurulmuşdur. Və qatil onunla çarpaz formada deyil, paralel istiqamətdə dayanmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, guya həmin vaxtı o orada xəsarət almışdır. Təqsirləndirilən şəxs hadisə zamanı tibbi müayinədən keçirilmiş və onun üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Sonradan onun əlində köhnə xəsarətin olması barədə ekspertiza rəyi heç bir elmi əsas olmadan yalnız təqsirləndirilən şəxsin deməsinə istinad edərək qeyri-müəyyən bir nəticəyə gəlmişdir. Həmin rəydə xəsarətin məhz qeyd edilən tarixdə yaranmasına dair əsaslı bir arqument yoxdur. Bundan başqa təqsirləndirilən şəxsin həmin yerə avtomobilə gedib əynini dəyişərək kanbinzon geyinib getdiyini bildirmişdir. Lakin həmin vaxt zərərçəkmiş şəxs ilə danışan adamın qeyd edilən paltarda olması təkzib edilir. Həmin vaxt orada zərərçəkmiş şəxs ilə söhbət edən adamın əynində göy cins şalvar və qara kurtka olması qeyd edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs bildirib ki, guya o çaydan keçmişdir. O, ifadələrdən də göründüyü kimi hadisədən sonra polis şöbəsinə getmişdir. Əgər o çaydan keçmiş olsa, bu zaman onun paltarları suya düşdüyündən yaş olardı, onun quruması isə həmin vaxt qış ayı olduğundan mümkünsüz idi. Ən nəhayət o, polis şöbəsinə gələndə paltarın yaş olması onun barəsində şübhələri dərinləşdirə bilərdi. Bundan başqa, təqsirləndirilən şəxs həmin vaxt hadisə törətdiyi bıçağı özü ilə aparıb Kürdəmir rayonunda atmasını qeyd etmişdir. Bununla bağlı qeyd edir ki, hadisədən sonra zərərçəkmiş şəxsin evinin mətbəxində qaz plitəsinin yanında tiyəsinin qulpundan ayrılmış formada bıçaq aşkar edilmişdir. Eyni zamanda mətbəxdə soyuducunun yanında qan ləkəsinin olması müəyyən edilmişdir. Həmin qan ləkəsi zərərçəkmiş şəxsə məxsus olması göstərilmişdir. Bütün qeyd edilənlərdən gəlinən nəticə ondan ibarətdir ki, qatil zərərçəkmiş şəxsi vurduqdan sonra bıçaq əlində mətbəxə girmiş və həmin vaxt bıçaqda olan qanın həmin yerə düşməsi mümkün idi. Çünki hadisə mətbəxdə baş verməmişdir. Əgər hadisə mətbəxdə olmuş olsa, bu zaman mətbəxdən çıxıb evə daxil olan zaman zərərçəkmiş şəxs qışqıra bilərdi ki, həmin vaxt yaxınlıqda olan qonşular bunu eşidərdilər. Eyni zamanda orada vurulmuş olsa, mətbəxdən evə qədər olan məsafədə başqa yerlərdə qan ləkəsi düşməli idi. Göründüyü kimi təqsirləndirilən şəxsin bıçağı aparıb Kürdəmir rayonuna tullaması ilə bağlı fikirləri də qeyd edilən faktlarla tam təkzib edilir. Nəhayət işdə olan eksperti rəyindən də görünür ki, zərərçəkmiş şəxsin üzərində olan xəsarətlərin təqdim edilən bıçaqdan yetirilməsi istisna edilməyib. Əksinə yetirlməsinin mümkünlüyü bildirilib. Bununla yanaşı bıçağın qırılmış formada olması da qeyd edilənləri bir daha təsdiq etmiş olur. Bundan başqa təqsirləndirilən şəxs guya həmin vaxt başında papaq olması ilə bağlı fikirləri də doğru deyildir. Təqsirləndirilən şəxsə həmin papaq təqdim edilmir, lakin ondan soruşulur ki, həmin papağın hər hansı bir fərlqəndirici əlaməti varmı. Təqsirləndirilən şəxs isə bildirir ki, xeyr, yoxdur, adi qara papaq idi. Lakin həmin papağın üzərində fərqləndirci əlaməti vardır. Belə ki, onun üzərində ağ formada zolaq olmuşdur. Bundan başqa meyitin stolun altında olması və papağın onun başından 10 sm kənarda olması onu deməyə əsas verir ki, papaq onun başından düşmüşdür. Beləliklə göründüyü kimi təqsirləndirilən şəxsin verdiyi ifadəsi işin hallarına uyğun olmamaışdır. Polad İsamayılovun avtomobili olması və avtomobilində işləməsi ilə bağlı qeyd edilir ki, cinayət işinin materiallarına diqqət yetirdikdə istintaq orqanı hər vəchlə təqsirləndirilən şəxsin avtomobili olmamasını sübut etməyə çalışmışdır. Buna səbəb isə təqsirləndirilən şəxsin hadisə vaxtı avtomobili təmir etməsi ilə bağlı gətirdiyi dəlilləri təkzib etməkdir. İlkin vaxtlarda təqsirləndirilən şəxs şahid qismində dindirilən zaman ifadəsində idarə etdiyi avtomobilin nömrəsinə qədər göstərmişdir. Hətta istintaqın əsaslı hesab etdiyi etirafedici ifadəsində belə təqsirləndirilən şəxs avtomobili olduğunu və həmin vaxt avtomobildə işləmək üçün paltarını dəyişdiyini bildirmişdir. Bu faktı eyni zamanda işdə olan şahidlərdən Nicat Abdullayev, Nazim və Süleyman adlı şəxslər ifadələri ilə təsdiq etmişdilər. Həmin şəxslərin hər üçü məhkəmə istintaqı zamanı da ifadələrində təqsirləndirilən şəxsin avtomobili olduğunu, hətta onun rənginə qədər bildirmişlər.Təqsirləndirilən şəxs həmin vaxt avtomobilin altına kötük gətirib qoyduğunu və gedən zamanda da həmin kötüyü bağlayıb avtomobili sürüb getdiyini bildirmişdir. Bu faktı məhkəmə istintaqı zamanı dindirilən şahidlərdən Nicat Abdullayev təsdiq etmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilən Nazim adlı şəxs ifadəsində təqsirləndirilən şəxsin həmin vaxt avtomobilin altında işləməsinin şahidi olduğunu ilkin ifadəsində olduğu kimi məhkəmə istintaqı zamanı da qeyd etmişdir. Həmin vaxt sədrlik edən hakimin həmin şahidə təsir etməsi onu yalan ifadə verməkdə suçlaması ilə bağlı müdafiə tərəfi hakimlərə etiraz vermişdir. Hakim şahidə bildirmişdir ki, sizin verdiyiniz yalan ifadə üzündən bu cinayət 10 il müddətinə bağlı qalmışdır. Şahid17 və Şahid18 adlı polis əməkdaşlarının ifadələri lə bağlı qeyd edilir ki, onların ifadələri biri digərini təkzib etmək ilə yanaşı verdikləri ifadələrini təsdiq edəcək heç bir fakt cinayət işinin materiallarında yoxdur. Eyni zamanda onlar məhkəmə istintaqı zamanı veridkləri ifadələrində təqsirləndirilən şəxsin guya çaydan keçdiyi zaman görünməsinə dair ifadələri işdə olan digər sübutlarla yanaşı özlərinin məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə tam təkzib edilir. Onlar hər ikisi ifadələrində Təqsirləndirilən şəxs çaydan keçməsinə dair hər hansı bir məlumata malik olmadılqlarını bildirmişdilər. Onların üzləşdirmə protokolunda olan ifadələri ilə sərbəst ifadələri biri digərindən kəskin sürətdə fərlqənir. Ekspertiza rəyləri ilə bağlı ziddiyyətlər və aradan qaldırılmayan şübhələrlə bağlı qeyd edilir ki, istintaqın ilkin mərhələsində ekspertizalar keçirilmiş və tibbi-biololi ekspertizanın rəyində mənzildən tapılan qan ləkələrinin hamısının zərərçəkmiş şəxsə məxsus olduğu qeyd edilmişdir. Həmin qan nümunələrinin hamısının üçüncü qrup qan qrupuna aid olduğu qeyd edilmişdir. Təqsirləndirilən şəxsin isə qan qrupu birinci qrupdur. Göründüyü kimi bu qanlar arasında heç bir uyğunluq olmadığı halda onların eyniləşdirilməsi anlaşılan deyildir. Yəni birinci qrup ilə üçüncü qrup qanlar arasında heç bir uyğunluq və oxşarlıq olmadığından onların eyniləşdirilməsi zərurəti başa düşülən deyildir. Müdafiə tərəfi bununla bağlı ibtidai istintaq zamanı Baş Prokuroruluğa şikayət etmiş və həmin şikayətdə qan nümunəsinin Daxili İşlər Nazirliyinin tabeliyndə olan Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən keçirilməsinə etiraz edilmişdir. Həmin şikayətdən sonra müdafiə tərəfinin vəsatəti təmin edilmiş və Məhkəmə genetik ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Səhiyyə Nazirliyinə həvalə edilmişdir. Göründüyü kimi istintaq orqanı da müdafiə tərəfinin vəsatətini əsaslı sayıb təkrar eksperizanın keçirilməsini zəruri hesab etmişdir. Lakin müdafiə tərəfinə məlum olmayan səbəblərdən tədqiqat üçün predmetin olmaması səbəbindən təkrar ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bu isə özlüyündə şübhənin aradan qaldırılmadığını təsdiq edir. Bundan başqa təqsirləndirilən şəxs ondan qan nümunələrinin götürülməsindən sonra onun qablaşdırılmadığını, müstəntiq tərəfindən götürülüb stolun üstündə açıq formada saxlanıldığını qeyd etmişdir. Həmin qablaşdırılmış paket üzərində təqsirləndirilən şəxsə məxsus imza və paketin açılmasını mümkünsüz edən heç bir xüsusi işarə olmamaışdır. İstintaq orqanı tərəfindən digər bir arqument qanların qarışığı ilə bağlı məsələdir. Bununla bağlı qeyd edir ki, hadisə yerinə baxış keçirilən zaman orada meyitin altından tapılan qanının qarışımasına dair hər hansı bir hal göstərilməmişdir. Əgər həmin qan qarışmışdırsa, genetik ekspertizanın rəyində bu xüsusat özünü büruzə verməli idi. Bundan başqa qanın qarışması ehtimalı özlüyündə əsaslı bir yanaşma deyildir. Əgər qarışardısa ifadəsi özlüyündə qeyri-müəyyəndir, qarışmadan da H antingetinin mövcud olması heç bir tibbi elmi əsasla inkar edilmir, əskinə təsdiq edilir. Nəhayət təqsirləndirilən şəxsin üzərində xəsarətin olmaması ilə bağlı ilkin ekspertiza rəyi, ilkin vaxtlarda keçirilmiş bioloji ekspertizanın rəyinə əsasən tapılan qan nümunələrinin üçüncü qrupa adi olması özlüyündə genetik ekspertizanın rəyini şübhə altına salmış olur. Bundan başqa həmin rəyi verən ekspertin istintaq və təhqiqat orqanının nümayəndəsi olması həmin orqanın istintaqı həyata keçirən prokurorluq orqandan asılı olması və cinayətin açımasında marağı olan orqanın olması onu deməyə əsas verir ki, həmin sübutun mənbəyinin mötəbərliyi müdafiə tərəfində şübhə doğurur. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 09.04.2021-ci il tarixli hökmü ləğv edilməli və təqsirləndirilən şəxsin təqsiri sübuta yetirlmədiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli hesab etməyərək ifadəsində göstərdi ki, zərəçəkmişin oğlunun da adı Polad olduğundan ona həmişə “ana” deyirdi. Hadisə baş verən günü səhər zərərçəkmişə demişdir ki, “məni pis başa düşmə, gecə mən sobanın yanında yatmaq istədim, sən qoymadın”. O da demişdir ki, “orada Göyçaylı yatası idi, o da gecə gəlmədi”. 24 fevral 2011-ci il tarixdə o, Nicat və zərərçəkmiş şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşayan İsmayılla birlikdə səhər saat 9-da evdən axırıncı çıxmışlar. Birlikdə daş bazarına getmişlər. Səhər yeməyini yeyəndən sonra Nicata demişdir ki, “sənin maşının yarımçıqdır sən daşını sat, mən də maşınımı təmir edim, axşam gedək evimizə”. Onlardan 50-60 metr aralıda maşınını təmir etmişdir. Təqribən yarım saat sonra Nicat qışqırmışdır ki, “Polad, Daşqın gəlib, bizi aparırlar polis şöbəsinə”. İyirmi dəqiqə sonra Nicat zəng etmişdir ki, “Daşqın deyir Polad tez gəlsin polis şöbəsinə”. O da əl-üzünü yuyub maşının yanında əynini dəyişib polis şöbəsinə getmişdir. Polis şöbəsində Daşqın müəllim ondan dünən harada yatdığını soruşmuşdur. O da otağın içindəki otaqda yatdığını bildirmişdir. Maşına oturub həmin evə getdikdən sonra evə girib göstərmişdir ki, bu soldakı otaqda İsmayılla mərhum yatmışdır, qabaqdakı otaqda da onunla Nicat yatmışlar. Şöbəyə qayıtdıqdan sonra ifadəsini alıb buraxmışlar. Sonrası gün birdə çağırmışlar, yenə ifadələrini alıb demişlər ki, “gedin lazım olsa çağıracayıq”. Birdə prokurorluğun müstəntiqi Elçin müəllim onu aprel ayında çağırmışdır. Ona özünə şalvar almasını, onun şalvarını ekspertizaya göndərəcəyini demişdir. Ondan sonra heç kəs onu çağırmamışdır. 01 fevral 2020-ci ildə İsmayıllıdan şərab yükləyib Moskva şəhərinə gedərkən “Qırmızı körpü” keçid məntəqəsində onu saxlayıb Zaqatala Rayon Polis şöbəsi tərəfindən onun sərhəd keçməsinə qadağa qoyulduğunu bildirmişlər. Onu Qazax Rayon Polis şöbəsinə, səhəri gün Zaqatala Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində tibb bacısı ondan 5 qram qan və ağzından yaxma götürmüşdür. Yenidən ondan ifadə almışlar, o da 2011-ci ildə necə ifadə vermişdirsə elə ifadə vermişdir. Yenə də ona “get çağıranda gələrsən” demişlər. Növbəti dəfə onu 23.04.2020-ci il tarixdə çağırılmışdır. Cinayət axtarış bölməsini əməliyyat müvəkkili İlkin müəllimin otağına girəndə ona çıxıb çöldə gözləməsini tapşırmışlar. Polis şöbəsinin qabağında dayanıb siqaret çəkdiyi zaman üç nəfər Post Patrul Xidmətinin əməkdaşı ona yaxınlaşıb “nə yekə-yekə dayanmısan burda” demişlər. O da onu Niyazi müəllimin çağırdığını və Niyazi müəllimi gözlədiyini bildirmişdir. Həmin gün ona on sutka inzbati həbs verilmişdir. Onu iki gün döyəndən sonra Niyazi müəllimin yazdığı sənədlərə qol çəkmiş və her şeyi boynuna almışdır. Sonradan prokurorluğun müstəntiqi gəlib hadisə yerindən tapılan siqaretin ona aid olmadığını, lakin qan nümunələrinin ona aid olduğunu bildirmişdir. Qan nümunələri 3-cü qrupa aid olmuş, onda isə 1-ci qrupdur. Onu hadisə yerinə çəkiliş aparılmaqla ifadə verməyə aparmışlar. Orada cinayətkar olmadığını demişdir. Ona “hər şeyi boynuna al, yoxsa zorlama işini sənin boynuna qoyacayıq” demişlər. Bundan sonra təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandıraraq bildirdi ki, Nicatla həmin evdə 23 fevral 2011-ci il tarixdə gecələmişlər. İdarə etdiyi maşın **-CH-*** dövlət nömrə nişanlı özüboşaldan “Kamaz” markalı maşındır. Həmin maşın özünün deyil, icarəyə götürmüşdür. Evdə çəkiliş qurtardıqdan sonra cinayətkar olmadığını bildirmişdir. Onlar evdən çıxandan sonra evdə zərərçəkmişdən başqa heç kim olmamışdır. Evdən çıxanda əynində qara gödəkçə və göy rəngli cins şalvar olmuşdur. Gödəkçənin altından nə geyindiyi yadında deyil. Evdən saat 900-da çıxıb daş bazarına getmişlər. Nicatın idarə etdiyi maşın özünə aiddir, həmin maşını fevral ayında Zaqataladan almışdır. Həmin maşını ikisi də idarə etmişlər. Sürdüyü maşını 2011-ci ildə Şahid6 icarəyə götürmüşdür. Bakı şəhərinə mişar daşı gətirməyə gedəndə Ləki qəsəbəsində xarab olmuşdur. Hər dəfə maşın xarab olanda özü maşını düzəldirdi. Ləki qəsəbəsindən Zaqatala şəhərinə qayıtmasına səbəb maşının mühərrikinin Zaqatalada olmasıdır. Hadisə günü təmir etdiyi maşın ozünün idarə etdiyi “Kamaz” olmuşdur. Paltarlarını maşının yanında dəyişmişdir, çünki hər sürücünün maşınında təmir üçün istifadə olunan kombinezon olur. Heç bir cinayət əməli törətməmişdir, onun heç bir günahı yoxdur. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid17 ifadəsində bildirdi ki, qeyd olunan hadisə 2011-ci ilin fevral ayında baş vermiş, həmin vaxt Zaqatala RPŞ CAB-nin rəisi vəzifəsində işləmiş, Zaqatala şəhəri Ə.Mahmudov küçəsində qadının qətlə yetirilməsi barədə onlara məlumat daxil olmuş, dərhal prokurorluq əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər. Habelə hadisə yerinə Şəki şəhərindən kriminalist dəvət edilmişdir. Baxış zamanı qadının bıçaqlanaraq qətlə yetirildiyi məlum olmuşdur. Qətlə yetirilmiş qadın yaşadığı evi müəyyən miqdar məbləğində gündəlik kirayəyə verirdi. Dərhal həmin gün evdə qalanların dairəsini müəyyən edərək onları tapıb qeydiyyata almış və söhbətlər aparmışlar. Orada qalanlardan ancaq Poladı tapa bilməmişlər, Polad sonradan gəlmişdir. Poladın mərhumla yaxşı münasibəti olmamışdır. Həmin evdə qalanları dindirəndə məlum olmuşdur ki, hadisə baş verən vaxt Polad bazar ərazisindən bir saat müddətinə yoxa çıxmışdır. Polad polis şöbəsinə dəvət edilmiş, Poladla söhbət aparanda onda qorxu hissi olmuşdur. Onunla söhbət zamanı təsadüfən Poladın sol əlinin barmağında cızıq görmüş və ondan həmin yaranın necə əmələ gəlməsini soruşmuş, Polad barmağındakı həmin xəsarəti öz maşınında işləyən zaman aldığını bildirmişdir. Poladın qohumu və ya yerlisi olan bir nəfər şəxs də Poladın hadisə vaxtı 1 saat ərzində daş bazarında olmadığını bildirmiş, lakin Təqsirləndirilən şəxs həmin vaxta qədər daş bazarında olduğunu və oradan uzaqlaşmadığını qeyd etmişdir. Daha sonra kötük axtarmaq məqsədilə bazardan uzaqlaşdığını bildirmişdir. Polad dəfələrlə dindirilsə də, cinayət törətdiyini etiraf etməmişdir. Bundan sonra Şahid17 ona ünvanlanmış suallara cavab verərək bildirdi ki, yerində bıçağın tapılmağını dəqiq xatırlamır. Avtomobili yoxladıqda avtomobil sökülü olmuşdur. Poladın sol əlindəki kəsik onlarda şübhə yaratmışdır. Mərhumun meyiti mətbəxdən sonrakı sol tərəfdəki otaqda tapılmışdır. Mətbəxdə də qan ləkələri və tiyəsi qırılan bıçaq tapılmışdır. Mərhumun qonşuları dindirilərkən hadisə yerində cins şalvar və qara gödəkcə geyinən bir nəfəri gördüklərini bildirmişlər. Lakin həmin şəxsin Polad olduğunu qeyd etməmişlər. 1998-ci ildən polis orqanlarında çalışır, cinayət hadisəsinin Polad tərəfindən törədilməsinə tam əmin olmuş, amma əllərində sübut olmamışdır. Təqsirləndirilən şəxs sual-cavab olunanda biraz sarsılmış, lakin hadisəni törətdiyini boynuna almamışdır. Zərərçəkmişi tanıyırdı, ərsiz qadın idi, onun mərhumla münasibəti olmamışdır. Bazara gələndə saatı dəqiq xatırlamır. Nicatgili polis şöbəsinə aparandan sonra təqsirləndirilən şəxsi axtarmışlar. Hadisədən 15-20 gün əvvəl mərhumun yaşadığı evə getməmişdir. Təqsirləndirilən şəxsin harada yatdığını polis şöbəsində təqsirləndirilən şəxsdən soruşmuşdur. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 2011-ci ilin fevral ayının 23-dən 24-nə keçən gecə X39nın evində qalmış, həmin gecə Təqsirləndirilən şəxs Nicat adlı qohumu ilə orada gecələmişlər. 24 fevral 2011-ci ildə səhər saatlarında Polad və Nicatla birlikdə daş bazarına getməyi fikirləşmişlər. Taksiyə minmək üçün darvazadan çölə çıxsa da, Polad və Nicatın gəlmədiyini görüb onlara gəlmələrini demişdir. Həmin vaxt Polad ona “sən get, biz sonra gələcəyik” demişdir. O isə Polada çölə çıxmalarını, birlikdə getmələrini demişdir. Təqsirləndirilən şəxs ona məlum olmayan səbəbdən birgə bazara getmək istəməmişdir. Birlikdə çölə çıxanda əvvəlki taksi maşının onları gözləməyib getdiyindən başqa taksi ilə daş bazarına getmişlər. Hadisə günü Poladla mərhumun arasında hər hansı bir mübahisənin baş verməsinin şahidi olmamışdır. Daş bazarına gəldikdən bir qədər sonra daş bazarında olan yük maşınlarına doğru gedəndə Poladı əlində bıçaqla Nicatın maşınından düşdüyünü görmüş, bıçaq Poladın əlində açıq vəziyyətdə olmuş, həmin vaxt aralarında təqribən 20-30 metr məsafə olmuşdur. Hadisə vaxtı, yəni təqribən saat 11-12 radələrində Poladı daş bazarının ərazisində təxminən 1 saat müddətində görməmişdir. Bu barədə Nicatdan da soruşsa da, Nicat ona cavab verməmişdir. Bir saat sonra Poladın daş bazarına gəldiyini görmüşdür. Saat 14-15 radələrində Zaqatala RPŞ-nin əməkdaşları bazara gəlmişlər. Həmin polis əməkdaşının kimliyi barədə heç bir məlumatı olmamışdır. Polislər daş bazarında yerləşən Nazimə məxsus çayxanaya daxil olaraq Seyran Əyyubovanın evində kimlərin qalmasını soruşmuşlar. Bir qədər keçdikdən sonra Nazim ona yaxınlaşıb Seyranın öldürüldüyünü bildirmişdir. Onları polis şöbəsinə aparmışlar. Onu 5-6 gün şöbədə saxlamışlar. Hadisədən iki-üç gün qabaq Seyran Əyyubova qorxa-qorxa sahə inspektorunun iki dəfə ona zəng edərək evdə tək olub-olmaması ilə maraqlandığını desə də, həmin sahə inspektorunun kimliyi barədə ona nə isə deməmişdir. Mərhumun Şahid17lə heç bir münasibəti olmamışdır. Bundan sonra Şahid3 ona ünvanlanmış suallara cavab verərək bildirdi ki, Poladla Nicatın onunla birlikdə gəlmək istəməmələrinin səbəbini dəqiq deyə bilmir. X17 ilə yaxındır ki, ər-arvad münasibətləri olmuşdur. Daş bazarına çatandan sonra ot gətirən otunu satmağa getmiş, bazarda o özü, Polad və Nicat qalmışlar. Poladla Nicat bir maşında Zaqatalaya gəlmişdilər, onlar şərik olmuşlar. Poladın xarab olub dağılan maşından heç nə qalmamış, Poladın dağılan maşını yığdığını görməmişdir. Çünki əslində orada təmir ediləsi maşın yox idi, maşın dağılıb tamamilə məhv olmuşdu. Polis şöbəsində Poladdan bir saatlıq hara yoxa çıxdığını soruşanda, Polad ona cavab verməmişdir. Mərhuma dəfələrlə “evdə adam saxlama, mən səni dolandırıram, bəsdir” demişdir. Seyran bir dəfə sahə rəisinin ona zəng edib “evdə təksən” deyə soruşduğunu demiş, həmin vaxt bir az qorxmuşdur. Zərərçəkmiş son vaxtlar heç kimlə mübahisə etmirdi. Daş bazarında saat 10- 11 radələrində Polad birdən yoxa çıxmış, təqribən bir saat həmin ərazidə görünməmişdir. Zaqatala Rayon Prokurorluğunda dindirilmiş, Poladı polis şöbəsinə gələndə görmüşdür. Poladın nə geyindiyi və əli mazutlu olduğunu dəqiq xatırlamır. Hadisə baş verən günü səhər vaxtlarında darvazadan çıxanda Seyran evdə olmuş və Poladla Seyranın mübahisə etdiklərini eşitməmişdir. Nicatın maşınından düşəndə Poladın əlində bıçaq olsa da, lakin qulpunu görməmişdir. Polis şöbəsində Poladın əlində xəsarət görməmişdir. Mərhumun oğlu Dağıstandan mal gətirirdi, onun bir qadına borcu olduğunu bilirdi. Mərhum evində pul müqabilində kişi ilə qadın görüşdürmürdü. Həmin evdə qalanların Seyrana pul veribvermədiyini bilmir. Darvazadan birinci ya o özü, ya da ot satışı ilə məşğul olan şəxs çıxıb. Təqsirləndirilən şəxsin mərhumla mübahisə etdiyini eşitməmişdir. Özü də, mərhum da telefondan istifadə etmişlər, lakin hadisə günü mərhumla telefon ilə danışmamışlar. Poladın Seyranı nə üçün öldürdüyünü deyə bilmir. Mərhumun evində onun da pulu olmuşdur, ona “əgər başıma bir iş gəlsə sənin pulun servantın içindədir” demişdir. Həmin hadisəyə qədər mərhum ancaq qonşuları ilə dalaşdığını demişdir. Mərhumun oğlu Polad həmin evdə yaşamamış, mərhumun oğlu ilə münasibətləri yaxşı olmuşdur. Hadisədən əvvəl də Daşqını tanımışdır. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2011-ci ilin fevral ayında Poladla Zaqatalaya mişar daşı gətirmişlər. Axşam Poladın həmişə qaldığı evə, yəni mərhum Seyranın evinə getmişlər. Gecə həmin evdə qalıb səhər bazara daş satmağa getmişlər. Bazarda oturub səhər yeməyi yemişlər. Sobanın yanında oturmuşdur. Polad ona “sən otur daşını sat” demişdir, özü isə maşınını təmir etmişdir. Poladın maşınının orta körpüsü xarab olmuşdur. Polad gedəndən 30-40 dəqiqə sonra, polis əməkdaşları çayxanaya girmiş, onlardan dünən Seyranın evində qalıbqalmadığını soruşmuşlar. Onlar da təsdiq etmişlər. Daha kimin qaldığını soruşanda Poladın da Seyranın evində qaldığını demişdir. Bundan sonra onları polis şöbəsinə aparıb dindirməyə başlamışlar. Bundan sonra Şahid2 ona ünvanlanmış suallara cavab verərək bildirdi ki, mərhum Seyranla Poladın arasında mübahisə olduğunu görməmişdir. Həmin evdə ancaq gecələmək olardı. Çünki mərhum Seyran səhər saat 8-də deyirdi ki, evi boşaldın. Çayxana ilə Poladın işlədiyi yerin arası təxminən 50-70 metr olardı. Həmin gün Polad cins şalvar və gödəkçə geyinmişdir. Poladın əlində bıçaq olduğunu görməmişdir. Polad öz maşınını ağdamlı Pərviz adlı şəxsdən almışdır. Onlar hadisədən bir gün əvvəl gəlmişlər. Hadisənin baş verdiyi gün bazara gedən vaxtdan polis şöbəsinə aparılana kimi daş bazarında fəaliyyət göstərən çayxanada oturmuşdur. Sadəcə Polad ona “Mən çıxıram maşınımı təmir edim” demişdir. Çayxanadan çölə çıxmamışdır. Polis əməkdaşları gələndə çölə çıxmamışdır. Onu polis şöbəsinə aparanda saat 11 olardı. Polislər onları aparanda Poladın harada olduğunu ondan soruşmuşlar, Poladın arxada maşınını təmir etdiyini, onun səsini eşitdiyini demişdir. Onları polisə aparanda Poladı çağırsa da, Polad səs verməmişdir. Onları polis şöbəsinə aparanda Poladı bazarda görməmişdir. Çünki o, maşınların arxasında işləyirdi. Onu polis şöbəsində səhərə kimi saxlamışlar. Həmin vaxt Poladı polis şöbəsində görməmiş, yalnız axşam vaxtlarında Poladı polis şöbəsində görmüşdür. Onları polis şöbəsindən buraxandan sonra oradakı yeməkxanada yemək də yemişlər. Onu hadisə yerinə aparmamışlar. Onları polis şöbəsindən buraxandan sonra Polad gəlib maşınını yığmışdır. Tərtərə gedəndə Polad xarab maşını orta körpüsündən kötük asaraq aparmamışdır. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəхs qismində ifadə vermiş Təqsirləndirilən şəxs оğlu CM-in 120.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1996-cı ildən kirayə “MAZ-5549” markalı avtomobil götürüb Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən daş karxanasından mişar daşları alaraq Zaqatala və Gəncə şəhərlərində satmaqla məşğul olmuşdur. 1996-cı ildən hər dəfə Zaqatala rayonuna gələn zaman X23 şəhərində yerləşən evində qalmış, gətirdiyi malı gün ərzində Zaqatala bazarında satıb axşam Seyranın evində gecələmiş, Seyranla onun arasında heç vaxt hər hansı bir münaqişə və ya narazılıq olmamışdır. Seyran zarafatcıl, şən və təmizkar bir insan olmuşdur. O, tanıdığı müddət ərzində Seyranın pis bir hərəkəti ilə rastlaşmamış, Seyran gündəlik evində qalmağa görə adambaşı köhnə pulla 2000-3000 manat pul almış, evinin otaqlarında bir-birinin yanında 10-a yaxın çarpayı yerləşdirmiş, evdə qalan şəxslərin demək olar ki, hamısı uzaq yerlərdən Zaqatala rayonuna mal satmağa gələn şəxslər olmuş, son zamanlar kirayənişinlərdən adambaşına iki manat kirayə haqqı almış, hətta elə günlər olmuşdur ki, Seyranın evində 17 nəfər kirayənişin gecələmişdir. O, kirayə götürdüyü “Kamaz-5511” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili fevral ayının 4-dən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən “Sum-2” adlanan motelin dayanacağına qoymuş, 13 fevral 2011-ci ildə qohumu Şahid2 etibarnamə əsasında idarə etdiyi “Kamaz-5511” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonuna mal gətirmiş, Nicatla birlikdə fevral ayının 13-dən 19-dək Seyranın evində qalmış, daha sonra fevral ayının 23nə keçən gecə Nicatla birlikdə yenidən Zaqatala rayonuna mal gətirmiş, həmin gecəni maşında yatmışlar. Fevral ayının 23-dən 24-nə keçən gecə Nicatla birlikdə Seyranın evində qalmış, həmin gecə onlarla birlikdə Seyranın evində Şamaxı rayonundan İsmayıl adlı mişar daşı satışı ilə məşğul olan şəxs, Göyçay rayonundan meyvə satışı ilə məşğul olan şəxs, həmin şəxsin nəvəsi və yeznəsi, Yevlax rayonundan quru ot satışı ilə məşğul olan Qüdrət adlı oğlan və onun iki nəfər qohumu, Tovuz rayonundan kartof satışı ilə məşğul olan “mayor” ləqəbli bir nəfər şəxs gecələmişdir. İsmayıl adlı şəxslə Seyran 3-5 ildir ər-arvad münasibətində birlikdə yaşamışdır. 24 fevral 2011-ci il tarixdə, saat 08:45 radələrində o, Nicat, İsmayıl, Qüdrət və onun iki nəfər qohumu birlikdə Seyranın evindən çıxıb bazara getmiş, gecə evdə qalan digər şəxslər isə səhər tezdən evdən çıxıb getmişlər. Həmin vaxt Seyranın davranışlarında qəribə bir şey hiss etməmiş, Seyranın oğlunun adı Polad olduğundan səhər tezdən yuxudan duran zaman Seyrana ona analıq gözü ilə baxdığını, gecə onu xəstəxana çarpayısında yatızdırdığını söyləmiş, həmin gecə otaqda olan nisbətən enli və rahat çarpayı boş olmuş, həmin vaxt Seyran gülümsəyərək “Ağamməd gəlməyib, gərək orada yatardın” ifadəsini işlətmişdir. Belə ki, Ağamməd adlı şəxs gecə qalmaq pulunu ödəsə də, habelə axşam saat 03-də gələcəyini desə də evə gəlməmişdir. Həmin gün səhər tezdən Seyran onları yola salan zaman əhval-ruhiyyələri yaxşı olmuş, həmin gün saat 17 radələrində bazarda olan zaman isə Seyranın ölüm xəbərini qohumu Nicatdan eşitmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02.02.2020-ci il tarixli ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Hazırda “Meqa Trans” şirkətində surücu işləyir. İşi ilə əlaqədar müxtəlif ölkələrə tır tipli yuk maşını ilə yük aparır. Bundan əvvəl istintaqa verdiyi ifadəsini təsdiq edir. Hadisə günü evdən saat təxminən 08:45-də qohumu Nicat, Seyranla ər-arvad munasibətində yaşayan İsmayılla birlikdə çıxıb daş bazarına getmiş, təxminən saat 14 radələrinə qədər bazarda “Kamaz” markalı avtomobili xarab olduğu uçün onu düzəltməklə məşğul olmuş, sonra isə qohumu Nicat ona zəng edərək onun polisə çağırıldığını söyləmiş, o da polis şöbəsinə gedərək ifadə vermişdir. Saat 08:45-dən saat 14 radələrinə qədər S.Əyyubovanın evinə qayıtmamış, hadisə gunü əynində cins şalvar, qara rəngli dəri kurtka olmuşdur. 24 fevral 2011-ci il tarixdə və ya ondan qabaqkı günlərdə nazik siqaret çəkmiş, siqaretin qutusu ağ rəngli, eni bir o qədər enli olmayan qutu olmuş, lakin həmin siqaretin markasını dəqiq xatırlamır. Hadisə gunü əynində məhz göy rəngli cins şalvar və qara rəngli dəri gödəkçə olsa da 24 fevral 2011-ci il tarixdə, saat 11:10 radələrındə S.Əyyubovanın yaşadığı evin qarşısında söhbət etdiyi hündürboylu, əynində cins materialdan göy rəngli şalvar, qara rəngli dəri kurtka olan şəxs o olmamış, ümumiyyətlə saat 08:45-dən saat 14 radələrinə qədər, yəni Seyranın öldürülməsini eşidənə qədər Seyranın evinə qayıtmamışdır. Hadisə günü və onun axşamı evdə qanaxma ilə muşayiət olunan xəsarət almamış, Seyran ümumiyyətlə evdə siqaret çəkməyə icazə verməmişdir. Seyranın evdən çıxan zaman ona və ya əri İsmayıla kimisə gözlədiyini, evə kiminsə gələcəyi barədə bir söz deməsini xatırlamır. Hadisə günü daş bazarında Nazimin kafesində nahar vaxtı təxminən saat 13 radələrində Nicatla birlikdə kartof qızartması və toyuq əti yemiş, həmin vaxt Nicatla yemək yeyən zaman 200 qram araq içmiş, S.Əyyubovanın evində qalan şəxslərdən kiminləsə hadisə gunu və ondan əvvəlki günlərdə mübahisə və ya münaqişəsinin olub-olmaması barədə bir şey eşitməmişdir. Həmçinin göstərmişdir ki, 2011-ci ilin fevral ayı soyuq olduğundan o, 23.02.2011-ci il tarixdə gecələmək üçün Seyran Əyyubovanın evinə gəldikdən sonra ona sobanın yanında yer verməsini xahiş etmiş, Seyran isə oranı başqa adama verdiyini deyərək həmin yeri ona verməmiş və onu başqa çarpayıda yerləşdirmişdir. Sabahısı yuxudan oyandıqda o, sobanın yanındakı çarpayını boş görüb Seyrandan nəyə görə həmin çarpayını ona vermədiyini soruşmuşdur. Seyran isə qalası adamın gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs istintaqa videoçəkilişlə verdiyi 26.02.2020-ci il tarixli ifadəsində göstərmişdir ki, o, 23 fevral 2011-ci ildə Bakı şəhərindən Zaqatalaya satmaq üçün mişar daşı gətirmiş, mişar daşı satılmadığından gecə qohumu-atasının anası nəvəsi Şahid2lə Zaqatala rayonunda Seyran adlı qadının evində qalmış, Zaqatala rayonuna axşam tərəfi birbaşa daş bazarına gəlmiş, daş satılmadığı üçün gecəni Zaqatalada qalası olmuşdur. Gecəni Seyranın evində yatmış, 24 fevral 2011-ci ildə saat 08-09 arası yuxudan durmuş, o, qohumu Nicat və Seyranla ər-arvad münasibətində yaşayan İsmayıl adlı şəxs ilə birlikdə evdən çıxmış, ayaqqabısının bağını bağlayarkən İsmayıl və Nicat qabaqcadan evdən çıxmış, bu zaman Seyran arvada “niyə sən məni polisə satmısan” dediyi üçün, Seyran nalayiq sözlərlə onu təhqir etmişdir. Belə ki, o, 2009-cu ildə bir xanımla Seyranın evində görüşdüyü üçün Seyran onu polisə satmışdır. Görüşən zaman Seyrana pulunu vermiş, bir dəfə də qadınla görüşüb qapıdan çıxan zaman qapıda polis əməkdaşı ilə rastlaşmış, polis əməkdaşı ona ailə pozğunluğu yaratdığını bildirib şöbəyə aparacağı ilə onu hədələmiş, o, xanımın ailəsi dağılmasın deyə 600 manat pulu həmin polis əməkdaşına vermiş, onun görüşdüyü qadın Zaqatala rayonundan Yeganə Quliyeva olmuşdur. O, səhər evdən çıxarkən Seyrandan onu niyə polisə satmağını soruşduqda Seyran ona qarşı nalayiq ifadə işlətmişdir. O, Seyrana “ömrün tükənsin, ömrün tükənəndə deyərsən” sözlərini demişdir. Yeganə Quliyevanın ailəsi də məhz Seyran həmin qadını satdığı üçün dağılmışdır. Bu məsələ ona pis təsir etmiş, bu problemlə bağlı 2009-cu ildə onun evinə də zəng gəlmiş, bundan sonra onun ailəsi də dağılmaq vəziyyətinə çatmışdır. Yoldaşı ona xəyanət etdiyini söyləmişdir. 24.02.2011-ci il tarixdə evdən çıxıb taksi ilə daş bazarına getmiş, orada səhər yeməyini yemiş, həmin gün saat 11-ə qalmış Nicata maşınının yanına gedib daşını satmasını demişdir. Onun öz maşını sökülü vəziyyətdə olduğu üçün maşını söküb düzəltmək lazım olmuş, buna görə öz maşınının yanına gedib paltarlarını dəyişib iş formasını geyinmiş, təzədən maşında saxladığı spirtli içkidən bir stəkan qəbul etmiş, bundan sonra yola çıxıb tanımadığı taksi ilə Seyranın evinə gəlmişdir. Seyranın evinə gəlməkdə məqsədi Seyrandan məsələni bu vəziyyətə çatdırmasının səbəblərini soruşmaq olmuşdur. Belə ki, Yeganənin ailəsi dağılmış və çox fəsadları olmuşdur. O, Seyranı öldürmək və ya başqa təmənna üçün yox, söhbət etmək üçün gəlmişdir. O, taksidən Seyranın evinə çatmamış düşmüş, həmin vaxt tək olmuş, qapını döymüş, Seyran çıxıb kim olduğunu soruşduqda, o Polad olduğunu bildirmiş, Seyran ona bayaq getdiyini, indi niyə gəldiyini demişdir. Bu zaman yoldan bir xanım keçdiyi üçün sonuncunun fikrinin yayınması və onun bazar adamı olmasını hiss etməsi üçün Seyrana yalandan axşam 3 nəfər olacağını bildirib qalmağa yerinin olub-olmadığını soruşmuş, Seyran qapını açmış və o, içəri girmişdir. Sözünü demək məqsədilə qapını bağlamış, Seyran qışqırmaq istədikdə əli ilə sonuncunun ağzını tutub “gəl gedək evdə söhbət edək, burda qışqırmaqla iş getmir” sözlərini demiş, bundan sonra rahat şəkildə evə getmişlər. Seyranı içəri salmış, özü isə Seyranı qorxutmaqla onu satmasının səbəblərini deməsinə nail olmaq məqsədilə evə giriş qapısının qarşısındakı yay üçün açıq tipli mətbəxdəki stolun üstündə olan qaşıq dəstinin içərisindən bıçaq götürüb içəri girmiş, bu vaxt Seyran qışqırmaq istəmiş, həmin vaxt Seyrana onu öldürmədiyini, qışqırmamasını deyib onu satmasının səbəblərini soruşmuş, Seyran isə yaxşı edib satdığını demiş, daha sonra isə söyüş söyüb onu təhqir etmiş, habelə rəhmətə getmiş atasının ünvanına da söyüş söymüşdür. Bundan sonra o, özündən asılı olmayaraq Seyranı bıçaqla vurmuş, bıçağı sağ əlində tutmuş, əvvəlcə otaqda sinə nahiyəsindən bıçaqla vurmuş, Seyran qaçmaq istədikdə qolundan tutub saxlamış, təxminən 9-12 zərbə vurmuşdur. O, Seyrana bıçaq zərbələrini ayaq üstə vurmuş, zərbələri vurduqdan sonra Seyran yıxılmış və o, hadisə yerindən qaçmışdır. O, hadisə vaxtı sol əli ilə Seyranın sağ qolundan tutmuş, bu zaman əli onun qolundan çıxmış və özünün sol əlinə xəsarət yetirmişdir. Barmağından xəsarət almış, sonra oradan çıxıb, çaydan keçib daş bazarına getmişdir. Bıçağı cibinə qoyub özü ilə aparmış, daş bazarına gəlib öz maşınının yanında işləməyə başlamışdır. Əynindəki geyim əşyalarını soyunmuş, bıçağı həmin paltarlara büküb sellofan torbada maşınındakı kuzaya bitişik olan alətlər yeşiyinə qoymuşdur. Aradan xeyli keçdikdən sonra Nicat Daşqın adlı polisin gəlib onları şöbəyə apardığını demiş, o isə Nicata fikir verməmişdir. Nicatı şöbəyə aparmışlar. Aradan bir qədər keçəndən sonra Nicat ona zəng edərək şöbəyə çağırmış, o əynini dəyişib, qara kurtka, göy şalvar, sviter, çəkmə geyinib polis şöbəsinə getmiş, orada hadisə ilə bağlı izahat vermiş, daha sonra yenidən qayıdıb maşınını düzəldib Nicatla dal-qabaq Tərtər rayonunun Kəngərli kəndinə getmişdir. Kəngərlidə maşınını düzəldib Bakıya daş gətirməyə getmiş, yolda gedərkən Kürdəmir ərazisindəki Girdiman çayının körpüsündə dayanıb bıçaq və paltarları olan sellofan torbanı həmin çaya ataraq Bakıya getmişdir. Həmin paltar və bıçaq olan torbanı 10 gün müddətində maşınında saxlamış, hadisə vaxtı əynində qara gödəkçə, göy şalvar, gödəkçənin altında qara kofta və başında qara papaq olmuş, hadisədən sonra daş bazarına qayıdanda papağının başında olmadığını bilmiş, papağın ya hadisə yerində, ya da kolluqda düşdüyünü fikirləşmişdir. Həmin papaq qara rəngli, alın hissəsi qatlandıqda iki qat olan papaq olmuş, Zaqatala rayonunda daş bazarından çıxıb Seyranın evinə gedərək cinayəti törədib yenidən daş bazarına qayıtması 44 dəqiqə çəkmiş, Seyrangilə gedəndə saata baxdığı üçün bunu yadında saxlamış, törətdiyi cinayət əməlindən peşmandır. Cinayəti törətdikdən sonra 9 il ərzində daxili narahatçılıq keçirmişdir. O, törətdiyi cinayət barədə bu günədək heç kəsə məlumat verməmişdir. O, ona qarşı söyüş işlətdiyindən özündə olmadığı üçün Seyrana çoxsaylı bıçaq zərbələri vurmuşdur. O, Yeganə Quliyeva ilə ər-arvad kimi yaşamış, 2009-cu ildən 2011-ci il fevral ayınadək Zaqatalaya gəlib daşları satıb yenidən qayıtdığı üçün həmin tarixlərdə Seyranın evində qalmamış, məhz bu səbəbdən Seyranın onu 2009-cu ildə satmasına baxmayaraq 24 fevral 2011-ci il tarixdə bu barədə Seyranla söhbət etmək qərarına gəlmişdir. Cinayəti törətdiyi bıçağın dəstəyi sarı rəngli taxta, kəsici hissəsi isə ağ metal rəngli olmuşdur. Seyranın evinə görüşmək məqsədilə qadın gətirərkən onu saxlamış polis əməkdaşının adını bilmir, həmin polis əməkdaşı qara saçlı, 165-170 sm boyunda olmuş, bu işlə bağlı polisə pul vermiş, polis şöbəsində heç bir araşdırma olmamışdır. Yeganə adlı həmin qadın Zaqatala rayonunda yaşayır. Dəqiq harada qaldığını bilmir. O, Yeganə ilə ildə 7-8 dəfə görüşmüşdür. Seyranın yaşadığı evinin otağına girməmiş çöldə sol tərəfdə mətbəx kimi istifadə edilən yerdə olan stolun üstündəki çəngəl-bıçaq qabının içindən cinayətin aləti olan bıçağı götürmüş, orada başqa kəsici-deşici alətin olubolmamasına fikir verməmişdir. Hadisə vaxtı Seyranın qolundan tutmuş, Seyrana bıçaq vuran zaman əlindən çıxmış, bıçaq barmağına dəymiş, ondan sonra bir-iki bıçaq da vurmuş, Seyran yerə yıxılmış, o isə qaçmışdır. Həmin vaxt barmağından yerə qan düşübdüşməməsini bilmir, bıçaq konkret olaraq sol əlinin çeçələ barmağını kəsmişdir. 2011-ci ildə ekspert tərəfindən yoxlanılıb-yoxlanılmamasını bilmir və xatırlamır. Barmağındakı xəsarəti polis şöbəsində soruşduqda maşında işləyərkən yarandığını demişdir. O evə tamah üçün getməmiş, heç nə də götürməmiş, söhbət etmək üçün getmişdir. Seyrana birinci zərbəni vuran zaman sonuncu onu söyərək qaçmış, bundan sonra tez-tez zərbələr vuraraq evdən çıxmışdır. Çıxan zaman ölüb-ölmədiyini bilməmişdir.İstintaq dövründə ona hər hansı təzyiq və ya təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində videoçəkilişlə yoxlanılarkən sonuncu istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq etmiş, evin və evdəki əşyaların onun tərəfindən cinayət törədilərkən mövcud olmuş vəziyyəti ilə istintaq hərəkəti zamanı mövcud vəziyyəti arasındakı fərqləri izah etmişdir. Təqsirləndirilən şəxs sonradan əvvəlki ifadələrini təkzib edərək göstərmişdir ki, cinayəti o, törətməmişdir. Onun həmin cinayəti etiraf etməyinə səbəb Zaqatala rayon polis şöbəsinin rəisi və rəis müavininin əgər bu cinayəti etiraf edib boynuna almasa onu zorlama maddəsi ilə məhkəməyə verəcəkləri ilə hədələmələri olmuşdur. O da qorxaraq yalandan həmin cinayəti guya törətdiyini etiraf etmişdir. Zaqatala rayon prokuroru rayon polis şöbəsində cibindən bir izahat çıxararaq S.Əyyubovanı öldürən adamı bir qadının gördüyünü demiş, o da buna görə ifadəsini elə vermişdir. Hadisə baş verdiyi gün hadisə yerindən götürülmüş “Vogue” markalı siqareti orada o, Daşqın müəllimə vermiş və sonuncu 1-2 dəfə çəkərək “bu nə siqaretdir çəkirsən” sözlərini demiş və sona kimi çəkməmişdir. Həmin siqareti Daşqın müəllimin hara qoyduğunu, yaxud nə etdiyini bilmir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X21 ifadəsində göstərmişdir ki, 24 fevral 2011-ci ildə Bakı şəhərində olan zaman saat 14.30-da evində işləyən usta Faiq zəng edərək anasının ürəyinin tutduğunu, xəstəxanaya aparıldığını demişdir. Kürdəmir rayonu ərazisində olanda oğluna zəng etmiş, oğlu ona nənəsinin öldüyü demişdir. X35 kiminləsə ədavəti və düşmənçiliyinin olmasından xəbəri yoxdur. Anası hamı ilə mehriban davranan, heç kimə pisliyi dəyməyən adam olmuş, onun heç kimə pul borcu olmamışdır. X35 evi günlük kirayəyə verdiyi şəxslərin hamısı kişilər olmuş, ona görə də bir neçə dəfə həmin şəxslər anasının evdə olmadığı vaxtlarda anasına məlumat vermədən və anasının razılığı olmadan evə cinsi əlaqədə olmaq məqsədilə qadınlar gətirmişlər. Bir neçə dəfə anası Seyran Əyyubova bu kimi halları aşkarlamış və həmin şəxslərə öz narazılığını bildirərək bir daha belə hərəkətlərə yol verməmələrini tapşırmış, bu barədə ona da məlumat vermişdir. Anasını qəsdən öldürmüş Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Şahid1 ifadəsində göstərmişdir ki, Seyran təqribən beş ildir özünə məxsus fərdi yaşayış evinin bir neçə otağını respublikanın ayrı-ayrı bölgələrindən rayon bazarına əsasən kənd təsərrüfatı malları satmağa gələn və rayon ərazisində yatacaq yeri olmayan şəxslərə cüzi məbləğdə pulla kirayəyə vermişdir. Yaşadığı ev Seyrangilin evi ilə üzbəüz olduğundan onlara gedib-gələn şəxslərin səslərini eşitmiş, bəzən Seyrangilə kimsə gəlməmiş, bəzən isə 7-8 nəfər şəxs gəlmişdir. Təxminən dörd-beş il əvvəl Seyranın evində qalan ayrı-ayrı kişilərlə uca səslə mübahisə etməsini bir neçə dəfə eşitmiş, ancaq son illər Seyranın kiminləsə mübahisə, dava etməsindən xəbəri olmamışdır. 24 fevral 2011-ci ildə saat 10:00 radələrində yaşadığı evin həyətində olarkən su günaşırı verildiyi üçün Seyran ondan su lazım olub-olmadığını soruşmuş, həmin gün Seyrangilə su verildiyindən sonuncu özünün su şlanqını həyətlər arasındakı divarda olan xırda yarıqdan ona ötürmüşdür. Saat 11-12 radələrində Seyrangilin həyətində yemək bişirilməsi, qazan qarışdırılmasına xarakterik səslər eşitmiş, bundan təxminən bir saat sonra Seyrangildən yemək yanmasının qoxusunu almış, evin ikinci mərtəbəsinə evin bayır tərəfi ilə qalxan pilləkəndən Seyrangilin həyəti göründüyü üçün evdə olan gəlini Fərzanədən pilləkənlə ikinci mərtəbəyə qalxıb, Seyrangildə nə baş verməsini öyrənməsini və Seyrana yanıq qoxusu barədə xəbər verməsini xahiş etmişdir. Fərzanə pilləkənlə ikinci mərtəbəyə qalxıb baxdıqda Seyrangilin həyətindəki qaz sobasının üstündəki qazanda xörək yandığını söyləmiş, onlar Seyranı bir neçə dəfə səsləmiş, sonra Seyranın (0174) 5- 64-23 saylı ev telefonu nömrəsinə dəfələrlə zəng vursalar da dəstəyi qaldıran olmamışdır. Seyranın münasibət saxladığı qonşusu Şakirə adlı qadıngildə olmasını ehtimal etmiş, qışqıraraq Şakirəni səsləsə də, Şakirə Seyranın onlarda olmadığını söyləmişdir. O, Seyranın qazanının yandığını bildirmiş və olduğu yerlə maraqlanmışdır. Seyrangilin darvazası açıq olduğundan Şakirə Seyranın həyətinə daxil olaraq qazı söndürmüş, qazanı yerə qoymuş, daha sonra Seyranın oğlu Poladgildə olmasını ehtimal etdiyindən onunla üzbəüz yaşayan Poladgilə getmiş, lakin Seyranın orada da olmadığı məlum olmuşdur. Şakirə yenidən bu dəfə Poladgildə işləyən usta ilə birlikdə Seyrangilin həyətinə daxil olmuş, Seyrangilin evinin də qapısı açıq olmuş, Şakirə ilə usta onun evinə daxil olmuşlar. O, pilləkəndən düşüb evə daxil olmuşdur. Üç-beş dəqiqə sonra Şakirənin qışqırıq və ağlaşma səslərini eşidib pilləkənlə yuxarı çıxmış, Şakirədən nə baş verdiyini soruşduqda, Şakirə Seyranın öldüyünü bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 2011-ci il fevral ayının 3-də “KAMAZ-5511” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını almış, fevralın 21-də qohumu Təqsirləndirilən şəxs ilə birlikdə həmin avtomaşınla Bakı şəhəri Qaradağ rayonu ərazisindən daş karxanasından 1000 ədəd mişar daşı alıb satmaq üçün Zaqatalaya gətirmişlər. Zaqatalaya fevralın 23-də gündüz vaxtı yetişmişlər. 23 fevral 2011-ci ildə X30 evində qaldığı zaman orada onunla birlikdə on nəfər gecələmişdir. 24 fevral 2011-ci il tarixdə, saat 08-09 radələrində evdən çıxıb daş bazarına gəlmişlər, səhər yeməyini daş bazarının yanındakı kafedə yemişlər. Səhər yeməyini yedikdən sonra Təqsirləndirilən şəxs ona özünün istifadəsində olan “Kamaz” markalı yük maşınını təmir etmək istədiyini bildirərək onun yanından uzaqlaşmış və uzaqlaşdıqdan sonra o, Təqsirləndirilən şəxs öz avtomobilinin yanına gedən görsə də, həmin gün bazarda Poladı görməmişdir. Ona isə çayxanada oturub daşı satmağı tapşırmışdır. Sonradan polis əməkdaşları daş bazarına gəlib Seyranın evində gecələmiş şəxsləri şöbəyə aparan zaman o, bir neçə dəfə qışqıraraq Poladı səsləsə də, onu bazarda tapa bilməmişdir. Hətta onun xarab olduğu “Kamaz” markalı maşınına tərəf boylandıqda Poladı görə bilməmişdir. Ümumiyyətlə Polad ondan ayrıldıqdan sonra polis əməkdaşları bazara gələnə kimi o, Poladı öz avtomobilinin yanında görə bilməmişdir. O, Poladı həmin gün yalnız axşam saatlarında polis şöbəsində görmüşdür. Polad X24nın özü ilə münasibətdə olub-olmaması, ondan xoşu gəlib-gəlməməsi barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid10 24 fevral 2011-ci il tarixdə, saat 11 radələrində eyvanda iş görərkən Seyranın səsini eşitmiş, onun evinə kimsə gəlmişdir. Həmin adamın səsindən belə başa düşmüşdür ki, cavan oğlan səsidir. Darvazanın qarşısında Seyran həmin adamı qarşılayıb xoş gəldiyini demiş, həmin oğlan da minnətdarlıq mənasında “sağ ol” demişdir. Bundan sonra səs kəsilmiş, daha o heç bir şey eşidə bilməmişdir. Onlar çox güman ki, evin içinə keçmişlər. Sonra isə həmin adamın nə vaxt, hansı yolla və ya hansı istiqamətə getməsini görməmiş, Seyranın həyətinə girəndə yalnız onun səsini eşitmiş və səsindən bilmişdir ki, gələn adam cavan yaşlarındadır. Həmin adamın üzünü isə görməmişdir. Bundan təxminən 2 saat sonra digər qonşu Hökümə ona zəng edərək Seyranın evindən kəskin yemək qoxusu gəldiyini və həyətdə olan qaz sobasının üzərində yeməyin yandığını demiş, o isə cavabında Seyranın yeməyinin yandığını, yəqin özünün söndürəcəyini demişdir. Hökumə isə ona Seyrana zəng etdiyini, dəstəyi qaldıran olmadığını demişdir. Bundan sonra Seyranın həyətinə keçmiş və həqiqətən içində küftə olan qazanın suyunun qurtardığını və ətin yandığını görmüş, qazı söndürərək qazanı yerə qoymuşdur. Sonra isə evə daxil olmuş və birbaşa Seyranın öz otağına keçib, yəni servant, taxt qoyulan otağa keçib Seyranı çağırmışdır. Sonuncunun otaqda olmadığını və ona hay vermədiyini görüb, daha digər otaqlara girməmiş, evdən çıxmış və yaxınlıqda yaşayan oğlu Poladın evinə gəlmişdir. Poladın yaşadığı evin həyətinə daxil olanda həyətdə ustanın işlədiyini görüb, ondan Seyranın harada olmasını soruşmuş, usta isə ona Seyranın səhərdən qazanı götürüb getdiyini demişdir. O, qazanın sobanın üstündə yandığını və Seyranın evdə olmadığını bildirmiş, bundan sonra həmin usta ilə o yenidən Seyranın evinə qayıtmış, yenidən evə daxil olaraq Seyranın yatdığı həmin otağa girib birdə onu səsləmiş, lakin cavab verən olmamışdır. Usta isə həmin vaxt onun yanında dayanmış, sonra isə həmin otağın yanında olan qapısı açıq qalmış otağa baxmış, otaq qaranlıq olduğu üçün sol əlini divara sürtəndə elektrik açarı əlinə dəymiş və işığı yandırmışdır. İşığı yandıranda görmüşdür ki, qapının arasında stul var, stul yıxılmış vəziyyətdədir. O stulu əli ilə kənara çəkib, otağa daxil olanda Seyranı yerdə yıxılı vəziyyətdə görmüş, yaxınlaşanda onun sinəsinin, yəni əynində olan paltarın sinəsinin qana bulaşdığını və gözlərinin bərəlmiş vəziyyətdə hərəkətsiz olduğunu görmüş, artıq Seyranın öldüyünü bilmiş, pis olub çölə qaçmışdır. Usta da onun yanında olmuş və onunla birlikdə çölə çıxmışdır. Oğlu Fərid isə saat 13 radələrində həmişə nahara gəldiyi üçün həmin vaxt o da evdə olmuş, o qaçaraq Fəridə bazara gedib bazarda işləyən Seyranın gəlini Xanımı təcili evə çağırmasını tapşırmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid13 ifadəsində göstərmişdir ki, bazara alverə gələnlər Seyranın evində gecələmək üçün mehmanxana kimi qalmışlar. Bu müddət ərzində Seyranın evindən dava-dalaş səsləri eşitməmişdir. Mülki məsələ ilə bağlı məhkəmədə işləri olduğu üçün 24 fevral 2011-ci ildə, saat 11.10-da evdən çıxaraq yolla gələrkən Seyranın darvazasının yanından keçəndə sonuncunun darvazanı açıq vəziyyətdə qoyub, 30-40 yaş arası bir kişi ilə üz-üzə durub söhbət etdiyini görmüşdür. Həmin kişi arxası ona tərəf olduğu üçün üzünü görə bilməmişdir. Həmin oğlan hündürboy, əynində tünd göy rəngdə cins şalvar, qara gödəkçə olmuşdur. Onun saçının quruluşuna, başında papağının olub-olmamasına fikir verməmiş, amma həmin adamın görünüşü bazar adamına oxşamışdır. Onun yerli adam olub-olmaması barədə heç bir məlumatı yoxdur. Seyranın evinə hər gün müxtəlif yerlərdən kirayənişinlər gəlib-getdiyi üçün həmin adama da diqqətlə fikir verməmişdir. Həmin gün saat 17 radələrində arvadından Seyranın evində öldürüldüyünü eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, Zaqatala rayonu Tala kəndində yerləşən daş bazarındakı kafeni işlətmiş, kafenin ümumi fəaliyyətinə və gəlirlərinə nəzarət etməklə yanaşı kafedə ofisiant kimi tək işləmiş, bu sahədə köməkçisi olmamışdır. Eləcə də aşbaz kimi də tək işləmiş, bu qədər işin qarşısında, eləcə də sabahdan başlayaraq günorta radələrinə kimi müştərilərin çox olmasını nəzərə alaraq onun heç bir formada kafedə və ya daş bazarında olan şəxslərə nəzarət etməyə nə vaxtı, nə də fiziki cəhətdən imkanı olmamışdır. Eləcə də, onun həmin şəxslərə nəzarət etmək üçün hər hansı marağı və ya məqsədi olmalı idi ki, onların hansısa müddətdə bazarda və ya kafedə olub-olmamalarına nəzarət etsin. Onun isə belə bir marağı ümumiyyətlə olmamışdır. 24 fevral 2011-ci ildə, saat 08:30 radələrində kafeyə gəlib səhər yeməyi yediklərini xatırlayır və real olaraq onların yalnız həmin vaxt kafedə olmaları barədə dəqiq məlumat verə bilər. Yemək yedikdən sonra hərə öz işi ilə məşğul olduğuna, bu məqsədlə kafeni tərk edərək bazara getdiklərinə və kafedən çöldə bazar ərazisində olan şəxslərə heç cür nəzarət etmək imkanı olmadığına görə həmin şəxslərin sonradan bazar ərazisini tərk edib-etməmələri barədə məlumatı yoxdur. 24 fevral 2011-ci ildə, saat 08:30 radələrində Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 daş bazarına gələrək səhər yeməyi yemişlər. Bundan sonra hərə öz işi ilə məşğul olmaq üçün kafedən çıxıb getmiş, lakin çıxıb getdikdən sonra konkret olaraq nə işlə məşğul olmaları, eləcə də Təqsirləndirilən şəxs hansısa maşının təmiri ilə məşğul olub-olmaması barədə heç nə bilmir. Poladın kafedən çıxdıqdan sonra maşın təmiri ilə məşğul olub-olmaması barədə dəqiq məlumat verə bilmir. Polad Nicatla birlikdə daş satışı ilə məşğul olmuş və onlar daşı Zaqatala rayonuna markasını “Kamaz” kimi bildiyi yük maşını ilə daşımışlar. Lakin həmin maşının Polada, yoxsa Nicata aid olması barədə dəqiq məlumatı yoxdur. Polad hər dəfə Zaqatala rayonuna gələn zaman onun işlətdiyi kafeyə gələrək çörək yemiş, təxminən 2005-ci ildən bazarda kafe işlətmiş, həmin vaxtdan da Poladı müştəri kimi tanımış, Poladı dəfələrlə bazarda başında “çeçenka” kimi tanınan papaqla görmüş, 2011-ci ilin yanvarfevral aylarında da Polad papaqdan istifadə etmiş, onu başında papaqla görsə də, konkret olaraq hadisə vaxtı və həmin aylarda papaq taxıb-taxmaması barədə dəqiq bir söz deyə bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid20 ifadəsində göstərmişdir ki, 26 fevral 2011-ci ildə Təqsirləndirilən şəxs onun tərəfindən MTE və PA Birliyinin Zaqatala rayon şöbəsində müayinə edilmiş və Təqsirləndirilən şəxs bədəni üzərində obyektiv görünən xəsarətlərin müəyyən edilməməsi barədə rəy verilmişdir. Müayinə zamanı şəxs soyundurulmuş, vizual olaraq müayinə edilmiş, bədəninin yuxarı və aşağı ətrafları, habelə ön və arxa səthləri ümumi şəkildə müayinə olunmuşdur. Eləcə də müayinə zamanı tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir xəsarətinin, eləcə də ağrıyan yerinin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə olmadığını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 04 mart 2020-ci il tarixli, 101 saylı rəyinin təsviri hissəsindən görsənir ki, Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədildiyini səmimi olaraq etiraf etmiş və məhz cinayət törədən zamanı əlində olan bıçağın təsirindən 5-ci barmağının 1-ci falanqasının ön səthinin yaralandığını ekspertə bildirmişdir. Hadisə 24 fevral 2011-ci il tarixdə baş verdiyi halda, Təqsirləndirilən şəxs tərəfindən 2 gün sonra, yəni 26 fevral 2011-ci il tarixdə müayinə edilmiş, iki gün müddətində isə əlin barmaqlarında, xüsusilə çeçələ (V barmaq) barmağın fizioloji büküşlərində və ya dəri səthində olan kiçik ölçülü səthi yaranın fizioloji büküş şəklində üzəri örtülə bilərdi. Yuxarıda qeyd etdiyi mövcud vəziyyət isə həmin yaranın gözündən yayınmasına şərait yaratmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid16 ifadəsində göstərmişdir ki, 04 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs 5-ci barmağının 1-ci falanqasının ön səthində çəp istiqamətdə 0,6 x 0,2 sm ölçüdə 01 ədəd çapıq toxuma yaranma anında qanayan yara olmuş və həmin yaradan qan normal fizioloji xüsusiyyətlərə malik şəxs üçün təxminən bir neçə dəqiqə müddətində axmışdır. Xəsarətin yaranma müddəti 1,5 ildən artıq müddətə uyğundur. Bura 2019, 2018, 2017 və s. illəri aid etmək olar. Şəxsi müayinə zamanı Təqsirləndirilən şəxs 5-ci barmağının 1-ci falanqasının ön səthində çəp istiqamətdə olan çapıq toxumanın rənginin daha çox ağımtıl rəngdə olması, konsistensiyasının, yəni sıxlığının yumşaq olması, eyni zamanda toxumanın nazik, parlaq və dəri səthinin bərabərliyində olması həmin xəsarətin 1,5 il bundan əvvəl yaranması barədə fikir söyləməyə əsas verir. Bununla yanaşı, Təqsirləndirilən şəxs özü əlində olan xəsarəti 24.02.2011-ci ildə Seyranı bıçaqla vuran zaman aldığını bildirmişdir. Həmin yara izi tərəfindən müayinə olunduqda Təqsirləndirilən şəxs aldığı xəsarətin vaxtını əminliklə göstərdiyindən o da ekspert rəyində həmin xəsarətin 24.02.2011-ci il tarixə uyğun gəldiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid19 ifadəsində göstərmişdir ki, 24 fevral 2011-ci ildə Zaqatala şəhər mərkəzi bazarının yaxınlığında yerləşən evdə qətl hadisəsinin baş verməsindən məlumatı olmuşdur. Hadisədən iki gün sonra o, şöbənin əməkdaşları ilə birlikdə baş verən hadisə ilə bağlı məlumat toplamaq məqsədilə qətlə yetirilmiş Seyran adlı şəxsin yaşadığı evə getmişdir. Həmin vaxt onlar həmin ərazidə yaşayan qonşularla və Seyranı tanıyan bilən insanlarla söhbətlər aparmış, daha sonra isə şöbəyə qayıtmışlar. Dəqiq xatırlamasa da, hadisədən 2-3 gün sonra Poladı polis şöbəsində görmüşdür. Polad sorğu-sual edilməsi məqsədilə şöbəyə çağırmışdır. Çağırılmasına səbəb o olmuşdur ki, Polad hadisənin baş verdiyi 24 fevral 2011-ci ildə həmin evdə kirayənişin kimi qalmaqla yanaşı daxil olan əməliyyat məlumatlarına əsasən o, 24 fevral 2011-ci ildə, saat 11-12 radələrində hadisənin baş verdiyi evin yaxınlığından keçən çayda görsənmişdir, yəni müşahidə edilmişdir. Bu səbəbdən polis şöbəsinin hadisənin araşdırılması ilə məşğul olan əməkdaşları Poladdan şübhələnmiş və ehtimal edilmişdir ki, Polad cinayəti törətdikdən sonra iz qoymamaq, görsənməmək məqsədilə məhz çaydan keçməklə ərazidən uzaqlaşmışdır. Çünki, Polad hadisə baş verən gün evdən çıxaraq daş bazarına getmişdir. Həmin daş bazarı da Poladın keçdiyi çayın yaxınlığında yerləşir. Həmin çay onda olan məlumata görə Tala çayıdır. Seyranın yaşadığı ev çayın bazar tərəfində, çayın kənarında çəkilmiş beton bənddən təxminən 15 metr aralıda, daş bazarı isə çayın digər tərəfində yerləşir. Yəni, Seyranın yaşadığı ev çayın bir tərəfində, daş bazarı isə çayın digər tərəfində yerləşir. Daş bazarından Seyranın yaşadığı evə çayın üzərindən təxminən 200 metr məsafə vardır. Lakin həmin şəxsin polis şöbəsində kimlər tərəfindən dindirilməsini dəqiq xatırlaya bilmir. Təqsirləndirilən şəxs hər hansı qadınla Seyranın yaşadığı evdə görüşməsi, bu barədə Seyranın polisə məlumat verməsi və polis əməkdaşları tərəfindən ondan pul alınması barədə məlumatı yoxdur. O, həmin vaxt Təqsirləndirilən şəxs barmaqlarına fikir verməmişdir. Poladın barmaqlarında yara olması barədə həmin vaxt məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid18 ifadəsində göstərmişdir ki, 24.02.2011-ci ildə polis şöbəsinin növbətçisi ona Zaqatala şəhəri Ə.Mahmudov küçəsində qətl hadisəsi baş verməsi barədə məlumat vermişdir. Həmin küçə Zaqatala şəhər mərkəzi bazarının yaxınlığında yerləşir. Dərhal hadisə yerinə getmiş, hadisə yerinə çatan zaman evin qarşısında polis əməkdaşlarını görmüş, söhbət zamanı qətlə yetirilən şəxsin Seyran adlı qadın olduğunu və həmin şəxsin yaşadığı evdə gündəlik kirayənişin saxladığını bilmişdir. Onunla yanaşı digər aidiyyəti polis əməkdaşlarına Seyranın yaşadığı evdə son 5 gündə kimlərin kirayədə qalmasını dəqiqləşdirib həmin şəxslərin polis şöbəsinə gətirilməsinin təmin edilməsi barədə göstəriş verilmiş, həmin evdə kirayədə qalan şəxslərin bir neçəsi Zaqatala rayonu Tala kəndində yerləşən daş bazarında işləyən şəxslər olmuş, onların müəyyən edilməsi məqsədilə daş bazarına getmiş və saat 12-13 radələrində oradan İsmayıl, Nicat və adlarını xatırlamadığı digər şəxsləri müəyyən edərək polis şöbəsinə gətirmişlər. Nicatla aparılmış söhbət zamanı qohumu Polad adlı şəxsin də onunla birlikdə 23.02.2011-ci ildə Seyranın evində gecələdiyi və 24.02.2011-ci ildə birlikdə evdən çıxaraq daş bazarına gəldikləri müəyyən edilmiş, Poladın bazarda tapılmaması, eləcə də Nicatın Poladın yerini bilmədiyini bildirməsi o və digər polis əməkdaşlarında müəyyən şübhələr yaratmışdır. Saat 15-16 radələrində Nicat şöbədən Polada zəng edərək təcili şöbəyə gəlməsini söyləmiş, Polad təxminən yarım saat sonra şöbəyə gəlmiş və həmin vaxt onun izahatı alınmışdır. Polad hadisənin baş verdiyi 24 fevral 2011-ci ildə həmin evdə kirayənişin kimi qalmaqla yanaşı, daxil olan əməliyyat məlumatlarına əsasən 24 fevral 2011-ci ildə, saat 11-12 radələrində hadisənin baş verdiyi evin yaxınlığından keçən çayda görsənmiş, yəni müşahidə edilmişdir. Poladın cinayəti törətdikdən sonra iz qoymamaq, görsənməmək məqsədilə məhz çaydan keçməklə ərazidən uzaqlaşması ehtimal edilmişdir. Çünki, Polad hadisə baş verən gün evdən çıxaraq daş bazarına getmiş və həmin daş bazarı da Poladın keçdiyi Tala çayın yaxınlığında yerləşir. Seyranın yaşadığı ev çayın bazar tərəfində, çayın kənarında çəkilmiş beton bənddən təxminən 15-20 metr aralıda, daş bazarı isə çayın digər tərəfində yerləşir. Yəni, Seyranın yaşadığı ev çayın bir tərəfində, daş bazarı isə çayın digər tərəfində yerləşir. Daş bazarından Seyranın yaşadığı evə çayın üzərindən təxminən 150-200 metr məsafə vardır. Eyni zamanda o, İsmayılı, Nicatı və Seyranın evində kirayədə qalan adlarını xatırlamadığı digər şəxsləri daş bazarından şöbəyə gətirən zaman İsmayıl ona hadisədən əvvəlki gecə Poladın evdə siqaret çəkmək istədiyini, lakin Seyranın buna icazə verməyərək ona qarşı kobud söz işlətdiyini, bu zaman aralarında mübahisə baş verdiyini söyləmiş, həmin şəxsləri şöbəyə gətirən əməliyyat qrupunun tərkibində ondan başqa Daşqın adlı polis zabiti də olmuşdur. Lakin başqa kimlərin olmasını xatırlamır. Təqsirləndirilən şəxs 24.02.2011-ci il tarixdə, saat 15-16 radələrində polis şöbəsinə gətirilən zaman onun sol əlinin çeçələ barmağında təzə yara izi görmüş və sonuncudan həmin yaranın necə əmələ gəlməsini soruşan zaman Polad həmin xəsarəti öz maşınında işləyən zaman yarandığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı təxminən saat 11 radələrində 1 saat müddətində harasa getdiyi, daha sonra daş bazarına geri qayıtdığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt təmir etdiyi maşının təkərinin altına qoymaq üçün kötük axtarmaq məqsədilə bazarın yaxınlığındakı çaylağa düşdüyünü söyləmiş, ondan bir saat ərzində kötükmü axtardığını soruşduqda, Təqsirləndirilən şəxs 1 saat ərzində kötük axtardığını, kötük tapa bilmədiyi üçün bu qədər müddətdə bazardan kənarlaşdığını, kötüyü tapdıqdan sonra isə bazara qayıtdığını bildirmişdir. Təqsirləndirilən şəxsla tərəfindən rayon polis şöbəsində aparılan söhbət zamanı təsadüfən onun sol əlinin çeçələ barmağında təzə yara izi görmüş və ondan həmin yaranın necə əmələ gəlməsini soruşmuş, Təqsirləndirilən şəxs barmağındakı həmin xəsarəti öz maşınında işləyən zaman aldığını söyləmişdir. Poladın qohumu və ya yerlisi olan bir nəfər şəxs də Təqsirləndirilən şəxs hadisə vaxtı 1 saat ərzində daş bazarında olmadığını bildirmiş, lakin Təqsirləndirilən şəxs həmin vaxta qədər daş bazarında olduğunu və oradan uzaqlaşmadığını söyləmiş, daha sonra kötük axtarmaq məqsədilə uzaqlaşdığı bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2010-2011-ci illərdə Polad adlı şəxs bir neçə dəfə xalasının yaşadığı evə gələrək xalası ilə görüşmüş və o, xalası ilə Poladın çox yaxın münasibətdə olduqlarını bilmişdir. Belə ki, Polad xalası ilə eyni stol arxasında oturaraq birlikdə çörək yemiş, söhbət edib dərdləşmişlər. Xalası ona Poladın, onun keçmiş əri Ramazanın dostu olduğunu bildirsə də, o, buna şübhə ilə yanaşmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi kafeyə müştəri kimi gəlib getmişdir. Həmin ərəfədə Polad ondan xoşunun gəldiyini, onunla ailə qurmaq istədiyini bildirmişdir. Bundan sonra işlədiyi kafenin sahibi Güldanə də ona Poladın onunla maraqlandığını dediyi üçün Poladın ona qarşı ciddi yanaşdığına inanmışdır. Bundan sonra o, Poladla bir-birinə telefon nömrələri verərək danışmağa başlamışlar. Poladla aralarında olan söhbət zamanı ona tezliklə dini nikah kəsdirəcəyini demişdir. Dəqiq vaxtını xatırlamır, Poladla səhv etmirsə 1 və ya 2 dəfə yaşadığı evdə uşaqları yatan zaman cinsi əlaqədə olmuşdur. Bundan sonra işlədiyi kafenin sahibi Güldanə ona Poladın bir qədər yalançı adam olduğunu, ona tez inanmamağı demişdir. Güldanədən bunun səbəbini soruşduqda, o, cavab olaraq Poladın sifariş etdiyi yeməklərin pulunu gecikdirdiyini, hər dəfə yalan vədlər verməsini, Poladın ailəli olduğunu bildirmişdir. Bundan sonra Poladla danışan zaman ona yalan danışdığını və onunla evlənmək fikrinin olmadığını bildirmiş və evli olduğundan Poladdan uzaqlaşmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış ərizə onun tərəfindən əllə yazılmışdır. Cinayət törədiləndən səhv etmirsə 7-8 gün sonra qayınanasının qeyri-rəsmi evlilik münasibətində olduğu İsmayıl adlı Şamaxı rayon sakini mobil telefonla əri Poladla danışarkən telefon danışığı zamanı ərizədə qeyd edilən məlumatları eşitmişdir. Həmin vaxt İsmayıl Poladın bazara onunla birlikdə saat 10-a işləmiş gəldiyini, saat 11-12 radələrində isə Poladı 1 saat bazarda görmədiyini demişdir. Habelə telefon danışığı zamanı İsmayıl Polada bildirmişdir ki, mərhum Seyran ona hadisədən iki gün qabaq adını bildirmədiyi sahə inspektorunun iki dəfə zəng edərək evdə tək olub-olmaması ilə maraqlanmışdır. Lakin həmin sahə inspektorunun kim olması barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 24 fevral 2011-ci ildə səhər saatlarında Təqsirləndirilən şəxs və Şahid2lə birgə daş bazarına getməyi fikirləşmişlər. O, taksiyə minmək üçün darvazadan çölə çıxsa da, Polad və Nicatın gəlmədiyini görüb onlara gəlmələrini demişdir. Həmin vaxt Polad cavab olaraq ona getməsini, sonra özlərinin gələcəyini, birlikdə maşına sığmayacaqlarını bildirmişdir. O, isə Polada çölə çıxmalarını birlikdə getmələrini demişdir. Təqsirləndirilən şəxs ona məlum olmayan səbəbdən birgə bazara getmək istəməmişdir. Birlikdə, yəni Polad, Nicat və o, çölə çıxıb başqa taksiyə minmişlər. Çünki, qabaqcadan onları gözləyən taksi artıq getmişdir. Taksi ilə daş bazarına gəlmişlər. 24 fevral 2011-ci ildə, həm də ondan əvvəlki gün, yəni 23 fevral 2011-ci ildə Təqsirləndirilən şəxsla Seyran Əyyubova arasında hər hansı bir mübahisənin baş verməsinin şahidi olmamışdır. Daş bazarına gəldikdən bir qədər sonra təxminən saat 10-11 radələrində o, daş bazarında olan yük maşınlarına doğru, daha dəqiq Nicatın maşınına doğru gedən zaman Poladın əlində bıçaqla Nicatın maşınından düşdüyünü görmüşdür. Nicat isə onun arxasınca gəlmişdir. Polad onu görüb yenidən maşına minmişdir. Çox güman ki, bıçağı maşına qoymuşdur. Bıçaq Poladın əlində açıq vəziyyətdə olmuşdur. Uzun müddət keçdiyi üçün bıçağı dəqiq təsvir edə bilmir. Nicat Poladın yanına getmiş, o isə geri qayıtmışdır. “Kamaz” markalı maşın Nicatın maşını olmuşdur. Səhv etmirsə onlar maşını şərikli almışdırlar. Poladla Nicatın hər ikisi birlikdə “Kamaz” markalı maşın almışdırlar. Maşın Şahid2 məxsus olmuşdur. Təqsirləndirilən şəxs “Kamaz” markalı avtomobili isə xeyli əvvəl özü tərəfindən sökülmüş və ehtiyat hissələri satılmışdır. Daş bazarında Təqsirləndirilən şəxs maşınının yalnız rama hissəsi qalmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs öz avtomaşınını təmir edə bilməzdi, çünki təmir ediləcək maşın olmamışdır. Təxminən saat 11-12 radələrində Təqsirləndirilən şəxs daş bazarında təxminən 1 saat görməmişdir. Bu barədə Nicatdan da soruşsa da, Nicat ona heç bir cavab verməmişdir. Təxminən 1 saat sonra Təqsirləndirilən şəxs daş bazarına gəldiyini görmüşdür. Təxminən saat 14-15 radələrində Zaqatala RPŞ CAB-ın rəisi Daşqının bir polis əməkdaşı ilə bazara gəldiyini görmüşdür. Həmin polis əməkdaşının kimliyi barədə heç bir məlumatı yoxdur. Daşqın həmin vaxt daş bazarında yerləşən Nazimə məxsus çayxanaya daxil olaraq Seyran Əyyubovanın evində kimlərin qalmasını soruşmuşdur. O, Seyranın evindən oğurluq edildiyini fikrləşərək dərhal Seyranın evində qalan şəxslərdən biri olduğunu dedikdə Daşqın həmin vaxt ona çölə çıxmasını dediyindən o, çayxanadan çölə çıxmışdır. Bir qədər keçdikdən sonra çayxananın sahibi Nazim ona yaxınlaşıb ona Seyranın öldürüldüyü barədə məlumat vermişdir. Daha sonra isə Daşqın çölə çıxaraq maşına oturmasını dedikdə Daşqına tək olmadığını, həmin evdə onunla birgə Polad və Nicatın da qaldığını demişdir. Bundan sonra Daşqın Polada səslənərək onun da gəlməsini demişdir. Daşqının yanındakı polis əməkdaşı onu maşına mindirib şöbəyə gətirmişdir. Daşqın isə Poladı hadisə yerinə apardıqdan sonra şöbəyə gətirmişdir. Bu barədə Poladın özü ona şöbədə məlumat vermişdir. Daşqının hansı səbəbdən Seyran Əyyubovanın evində qalan şəxslərdən yalnız Poladı hadisə yerinə aparması barədə dəqiq bir söz deyə bilmir. O, şöbədə Təqsirləndirilən şəxs həmin gün daş bazarında 1 saat ərzində yoxa çıxdığını söylədikdə, Təqsirləndirilən şəxs həmin vaxt ona qarşı həmin sözü bir daha işlətməməsi üçün onu şərləyə biləcəyi mənasını verən sözlər işlətmişdir. Bundan sonra Akif adlı sahə rəisi müəyyən sənədlərə ona qol çəkdirmiş və 5-6 gün onu şöbədə saxlamışlar. Özü siqaret çəkən deyil, Təqsirləndirilən şəxs hansı marka siqaret çəkməsi barədə dəqiq bir məlumatı yoxdur. 2011-ci ildə istifadəsində bir mobil nömrə (***-***-**-**) olmuşdur. Hal-hazırda da həmin nömrədən istifadə edir. Əlavə “Nar” nömrəsi də vardır. Təqsirləndirilən şəxs X39dan xoşu gəlib-gəlməməsi, aralarında intim münasibət olubolmaması, eləcə də onun Zaqatala rayonunda münasibətdə olduğu qadınlar barədə dəqiq bir məlumatı yoxdur. Hadisədən iki-üç gün qabaq Seyran Əyyubova qorxa-qorxa ona sahə inspektorunun iki dəfə ona zəng edərək evdə tək olub-olmaması ilə maraqlandığını desə də, həmin sahə inspektorunun kimliyi barədə ona nə isə deməmişdir. Həmin sahə inspektorunun Seyran Əyyubovanın cib telefonuna və ya ev telefonuna zəng etməsi barədə heç bir məlumatı yoxdur. O, həmin vaxt həyətdə olmuşdur. Seyran həyətə çıxaraq qorxa-qorxa bu barədə ona məlumat vermişdir. Şahid17lə heç bir münasibəti olmamışdır. Lakin hadisədən 15-20 gün qabaq evdə yemək yeyən zaman kiminsə pəncərəni döydüyünü eşitmişdir. Seyran Əyyubova pəncərəni açan zaman bir nəfər şəxsin acıqlı şəkildə “nə oldu” deməsini eşitmişdir. Həmin şəxs Şahid17 olmuşdur. Həmin vaxt Seyran pəncərdən boylanaraq həmin şəxsə pıçıltı ilə nə isə demişdir. Onlar sakit səslər danışdıqlarından Seyranla Daşqın arasında baş verən danışıqları eşitməmişdir. Daşqın daha sonra getmişdir. O, Seyrandan Daşqının ona nə deməsini soruşsa da, Seyran bu barədə ona heç nə deməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla təxminən 2000-ci illərdə yaxın münasibəti olmuşdur. Həmin müddətdə Təqsirləndirilən şəxs daş bazarında özünə məxsus “Kamaz” markalı avtomobillə daş satmışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə işlədiyi restoranda nahar etmişdir. Həmin vaxt onun Poladla münasibəti yaranmışdır. O, Təqsirləndirilən şəxsla təxminən 4-5 dəfə görüşmüş və aralarında intim əlaqə olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2010-cu ilin sonlarında Polad həmin qoşqulu özünə məxsus olmayan “Kamaz” markalı maşını bazarda sökərək metallom kimi, eləcə də ehtiyat hissələrini başqa şəxslərə satmış, daha sonra həmin maşının sahibi ilə Təqsirləndirilən şəxs arasında sözsöhbət olmuşdur. O, bunu daş bazarında olan müəyyən şəxslərdən eşitmiş, lakin həmin söz-söhbət barədə ətraflı məlumatı yoxdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi qoşqulu yük maşınını söküb satdıqdan sonra Poladın yenidən yük maşınının olması barədə ona nəsə məlum deyildir. 24.02.2011-ci il tarixdə Poladın daş bazarında maşın təmiri ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Yalnız 2010-cu ilin sonlarında Poladın qoşqulu “Kamaz” markalı yük maşınının ehtiyat hissələrini, eləcə də metal kimi söküb satmasını xatırlayır. Poladı dəfələrlə soyuq aylarda, eləcə də 2011-ci ilin fevral ayında qara rəngli, camaat içərisində “çeçenka” adlanan papaqda görmüşdür. Çünki həmin aylar hava şəraiti ilə əlaqədar bazar camaatının əksər hissəsi papaq taxmışdır. Həmin papağın qara rəngli olmasını və “çeçenka” kimi tanınmasını deyə bilsə də digər əlamətləri barədə başqa məlumatı yoxdur. 24.02.2011-ci il tarixli protokola əsasən S.Əyyubovanın qətlə yetirildiyi hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd papaqla tanış olaraq həmin papağın onun Poladın başında 2011-ci ilin fevral ayında gördüyü papağa çox oxşadığını, lakin həmin papaq olması barədə dəqiq məlumat verə bilməyəcəyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-2011-ci illərdə telefonla yazışmışdır. Belə ki, Təqsirləndirilən şəxs ilk dəfə rəfiqəsi Şümeysat Vexova adlı qadının işlədiyi kafedə görmüşdür. Həmin kafe Zaqatala bazarında yerləşmişdir. Təqsirləndirilən şəxsla rəfiqəsi Şümeysatın arasında yaxın münasibət olmuşdur. Təqsirləndirilən şəxs həmin kafeyə demək olar ki, hər gün nahar etməyə gəlmişdir. Polad dəfələrlə onu həmin kafedə görmüş və ondan xoşu gəldiyi üçün rəfiqəsi Şümeysatdan nömrəsini götürmüşdür. Şümeysat da ondan icazəsiz nömrəsini Polada vermişdir. Artıq bir neçə gün sonra Polad adlı şəxs ona zəng edərək tanış olmaq istədiyini söyləmişdir. O, əvvəl kim olmasını soruşduqda, Polad bazardakı kafedə onu gördüyünü, ondan xoşunun gəldiyini, nömrəsini Şümeysatdan götürdüyünü söyləmişdir. O, həmin vaxt ailə üzvlərindən çəkindiyi üçün Polada ona zəng etməməsini, yalnız onunla yazışa biləcəyini söyləmişdir. O, Poladla təxminən 3-4 ay telefonla yazışmış, bir-birilərinə sevgi mesajları yazmışlar. Daha sonra o, Poladın daş bazarına daş gətirib satmaqla məşğul olmasını öyrənmişdir. O, Poladdan bacısının evinin hasarının tikintisi ilə bağlı bir maşın daş gətirməsini xahiş etmiş və Poladdan 500 ədəd mişar daşı götürmüşdür. Bir gün Polad onu Car kəndində yerləşən “Ləzzət” adlı restorana dəvət etmişdir. Lakin qohumları həmin restoranda işlədiyi üçün o, həmin restorana getməkdən imtina etmişdir. Bundan 1 həftə sonra Polad onu Car kəndində başqa bir restorana dəvət etmişdir. Həmin restoranın adını xatırlamır. O, Poladla həmin restoranda görüşmüş, birlikdə çay içmişlər. Həmin vaxt Polad onun əlindən tutaraq öpmək istədikdə o buna imkan verməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs içkili olmuşdur. Dərhal oradan uzaqlaşıb evə qayıtmışdır. Həmin gün Poladın nömrəsini də telefonundan silmişdir. Bundan sonra aralarında hər hansı bir yazışma olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 2009-cu ildə münasibəti yaranmışdır. 2010-cu ilin sonlarında Polad həmin qoşqulu özünə məxsus olmayan “Kamaz” markalı maşını bazarda sökərək metallom kimi, eləcə də ehtiyat hissələrini başqa şəxslərə satmışdır. Daha sonra həmin maşının sahibi ilə Təqsirləndirilən şəxs arasında söz-söhbət olmuşdur. Polad qoşqulu yük maşınını söküb satdıqdan sonra onun yenidən yük maşınının olması barədə ona nə isə məlum deyildir. Onun heç vaxt maşını olmamışdır ki, kiməsə, eləcə də Polada maşın satsın. Poladın ifadəsində ondan yük maşını alması barədə dedikləri yalandır. Polad heç vaxt ondan maşın ala bilməzdi. Bunu Şahid5 özü də təsdiq edə bilər. 24.02.2011-ci il tarixdə Poladın daş bazarında maşın təmiri ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Yalnız 2010-cu ilin sonlarında Poladın daş bazarında qoşqulu “Kamaz” markalı yük maşınının ehtiyat hissələrini, eləcə də metal kimi söküb satmasını eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. İlk dəfə onu 2010-cu ildə Zaqatala rayonunda daş bazarında görmüş, Təqsirləndirilən şəxs həmin vaxt camaat arasında prisep adlanan “Kamaz” markalı maşınla daş satmış, həmin maşının Polada məxsus olub-olmaması barədə dəqiq bir məlumatı yoxdur. Poladın heç vaxt özünə məxsus maşını olmamışdır. Eyni zamanda Poladla arasında heç vaxt yaxın bir münasibəti, eləcə də onunla heç bir ədavəti və ya düşmənçiliyi olmayıbdır. Təqsirləndirilən şəxs Şahid6 götürdüyü maşınla Pərviz və onunla birlikdə daş yığmaq məqsədilə Bakı şəhərinə karyerə getməmiş, Poladın qeyd etdikləri barədə heç bir məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs Bakı şəhərində görməmiş, Poladın prisep “Kamaz” idarə etdiyini də, başqa bir yük maşını idarə etdiyinin şahidi olmamış, daha sonra Təqsirləndirilən şəxs prisep “Kamaz”ı daş bazarında sökərək satdığını eşitmiş, lakin bunun nə vaxt baş verməsini xatırlamır. Şahid6 maddi durumu aşağı olduğu üçün özünə məxsus şəxsi maşını olmamış, Pərvizin ona 200 manat borcu olsa da, həmin pulu qaytara bilməmiş, sonradan o Pərvizin maddi durumunu nəzərə alıb həmin pulu ona bağışlamışdır. Pərviz bir dəfə arendaya “Kamaz” götürmüş, həmin “Kamaz”ın da pulunu ödəyə bilmədiyi üçün alındən almışlar. Şahid6la 2009-2010-cu illərdə bir neçə dəfə arxa-arxaya idarə etdikləri yük maşınları ilə daş gətirmək məqsədilə Bakı şəhərinə getmiş, lakin Təqsirləndirilən şəxsla ümumiyyətlə heç vaxt daş gətirmək məqsədilə Bakı şəhərinə getməmiş, Təqsirləndirilən şəxsla yaxın bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxsla Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu göstərmişdir ki, Daşqın adlı polis əməkdaşı bazara gəlib Seyranın öldürülməsi barədə məlumat vermiş, Seyrangilin evində kimin qalmasını soruşmuş, o Poladla həmin evdə qaldığını söyləmiş, həmin vaxt Poladı bazarda görməmiş, hətta “Polad, Polad” deyib bir neçə dəfə çağırmış, lakin Polad səs verməmiş, Poladı təxminən 40 dəqiqə, 1 saat ərzində bazarda görməmiş, 24 fevral 2011-ci il tarixdə, yəni hadisə günü saat 13 radələrində Poladla birlikdə daş bazarında oturub Nazim adlı şəxsin kafesində kartof qızartması ilə toyuq əti yemək yeməsi və Poladın tək 200 qram araq içməsi yalandır. Həmin gün günorta onunla həmin kafedə yemək yeməmiş, çünki artıq nahar vaxtına qədər polis onları şöbəyə aparmışdır. Poladın dediyi həmin hal 23 fevral 2011-ci il tarixində olmuşdur. Təqsirləndirilən şəxs və Şahid16 arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilk dəfə 02 mart 2020-ci il tarixdə görmüşdür. Zaqatala rayon prokurorluğu tərəfindən verilən Məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqqında qərar əsasında həmin şəxsi müayinədən keçirmişdir. Aralarında ədavət və ya ziddiyyət olmamışdır. 04 mart 2020-ci il tarixli verdiyi ekspert rəyi ilə əlaqədar istintaqa verdiyi ifadələrini təsdiq edir. Təqsirləndirilən şəxs 02 mart 2020-ci il tarixdə Zaqatala RPŞ MSY-də müayinə etmişdir. Həmin vaxt onun yanında Zaqatala rayon prokurorluğunun müstəntiqi Valeh Şabanov və MSY-nin əməkdaşı olmuşdur. MSY-nin əməkdaşı hündürboylu olmuş, həmin şəxsin adını isə bilmir. Təqsirləndirilən şəxs həmin vaxt ona Seyran Əyyubovanı 24 fevral 2011-ci il tarixdə bıçaq zərbələri vuraraq qətlə yetirdiyini və hadisə vaxtı bıçağın sol əlinin 5-ci barmağına dəydiyini və bu zaman xəsarət aldığını söyləmişdir. Həmin vaxt ona heç kim tərəfindən təzyiq edilməmişdir. Məhz bu səbəbdən 04 mart 2020-ci il tarixdə tərəfindən verilmiş rəyin təsviri-əsaslandırıcı hissəsində bu barədə məlumatları qeyd etmişdir. Təqsirləndirilən şəxs və Şahid18 arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən sonra polis şöbəsinə gətirilən zaman o, həmin şəxsin sol əlinin çeçələ barmağında həmin gün yaranmağa xarakterik təzə yara izi görmüşdür. Toplanmış əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs 24.02.2011-ci il tarixdə, saat 11-12 radələrində bir müddət bazarda olmamış və sonuncu əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvarda elə həmin radələrdə Seyran Əyyubovanın yaşadığı evin yaxınlığındakı çayı keçmişdir. Təqsirləndirilən şəxs və Şahid17 arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onu hadisədən əvvəl həmyerli kimi Poladın xalası oğlu Tahirə görə tanımışdır. Aralarında hər hansı formada ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs açıq-aşkar ona qarşı yalan ifadə vermişdir və onun göstərdikləri ilə razılaşmır. Belə ki, o, heç vaxt Təqsirləndirilən şəxs özü ilə birlikdə Seyran Əyyubovanın yaşadığı evə gətirməmiş, həmin evdə ondan siqaret almamış və çəkməmişdir. Belə bir hadisə Zaqatala RPŞ-də olmuşdur. Belə ki, o, Poladı Zaqatala RPŞ-yə gətirdikdən sonra ondan hansı markalı siqaret çəkməsini soruşaraq çəkdiyi siqareti ona göstərməsini xahiş etmişdir. Polad da ona markasını hazırda xatırlamadığı siqareti göstərmiş, o da siqaretə baxıb “bu nə siqaretdir çəkirsən, bu adamın nəfəsini kəsər” sözlərini deyərək aldığı siqaret dənəsini çəkmədən yerə tullamışdır. O, şahid qismində dindirilərkən istintaqa Təqsirləndirilən şəxsla bağlı verdiyi həmin ifadələrini təsdiq edir. Belə ki, şöbədə Poladla aralarında bu barədə söhbət olmuşdur. Poladın sol əlinin çeçələ barmağında aşağı hissədə təzə yara izi görmüşdür. Çünki, yaranın üzəri tam bitişməmiş və qərtməyin təzəliyindən yaranın da təzə olması görünmüşdür. Polad həmin vaxt sol əlindəki xəsarətin maşınını sökərkən yarandığını bildirmişdir. O, bu barədə müstəntiqə də demiş, o cümlədən, şübhələrinin olduğunu da bildirmişdir. Həmin dövrdə Poladın 24.02.2011-ci il tarixdə, saat 11 radələrində bir saat müddətinə bazardan getməsinə dair kifayət qədər məlumat olmuş, Polad bunun kötük axtarması ilə bağlı olmasını bildirsə də, o, həmin vaxt buna inanmamışdır. Çünki, daş bazarının yanından Tala çayı axır və həmin çayın ətrafı iri çay daşları və kötük ilə zəngindir. Çayla bazarın arası 3-4 dəqiqəlik yoldur. Həm də Polad mişar daşının satışı ilə məşğul olur və təxminən 2-3 dəqiqə müddətində kötük yerinə istənilən mişar daşını əldə edərək maşının təkərinin altına qoya bilərdi. Şahid3 Polad X24 ilə cinsi əlaqədə olmaq istədiyini, lakin Seyranın Polada yaxınlıq verməməsi səbəbi ilə Poladla arasında münaqişə yaranmasını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 28.02.2011-ci il tarixli 05 nömrəli meyitin ekspertizası rəyinə əsasən mərhumə X12 meyiti üzərində a) Köks qəfəsinin sağ döş nahiyəsində 4 ədəd, sol döş nahiyəsində 2 ədəd köks boşluğuna keçmiş kəsilmiş-deşilmiş yaralar; b) Köks qəfəsinin sağ döş nahiyəsində 3 ədəd, sol döş nahiyəsində 1 ədəd köks boşluğuna keçməyən kəsilmiş-deşilmiş yaralar; c) sol bazusunda 1 ədəd kəsilmiş-deşilmiş və sol saidində 1 ədəd kəsilmiş yaralar; d) başın alın nahiyəsində üzərində sıyrıq olan qançır; e) sol almacıq sümüyü nahiyəsində sıyrıq; ə) sol yanağında şişkinli qançır; f) üst dodağının selikli qişasında əzilmiş-kəsilmiş yara; g) Köks qəfəsinin hər iki ağciyərində və ürək kisəsində kəsilib-deşilmiş yaralar və plevra boşluqlarında 1100 ml-ə qədər qanın olması müəyyən edildi. Mərhumə Əyyubovanın köks qəfəsində qeyd edilmiş 10 ədəd yaradan 6-sı köks boşluğunda keçib hər iki ağciyəri və ürək pərdəsini zədələmişdir. Qalan 4 ədəd kəsilmişdeşilmiş yaralar köks boşluğuna keçməmişdir. Yuxarıda qeyd edilmiş 11 ədəd kəsilmiş-deşilmiş və 1 ədəd kəsilmiş yaraların hamısı – kəsici-deşici alətin təsirindən əmələ gəlmişdir. Mərhumə Əyyubovanın bədəni üzərində qeyd edilmiş yara kanalının istiqaməti döş qəfəsinin sol yarısında və sol bazuda soldan-sağa, yuxarıdan-aşağı olmuşdur. Döş qəfəsinin sağ yarısında olan yaraların istiqaməti öndən arxayadır. Köks boşluğuna keçib ağciyəri və ürək pərdəsini zədələməklə çoxlu qanitirmə verən 6 ədəd kəsilib-deşilmiş yaraların hər biri ayrı-ayrılıqda canlı şəxslərdə olduğu kimi dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid hesab edilir. Köks qəfəsinin sağ və sol nahiyələrində olan 4 ədəd, sağ bazusunda 1 ədəd kəsilmiş-deşilmiş yaralar və sağ saidində 1 ədəd kəsilmiş yara - kəsici deşici alətin təsirindən əmələ gəlib, canlı şəxslərdə təyin edildiyi kimi dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Başının alın nahiyəsində üzərində sıyrıq olan qançır, sol almacıq sümüyü nahiyəsində sıyrıq, sol yanağında şişkinli qançır və üst dodağının selikli qişasında əzilmiş-kəsilmiş yara - bərk küt əşyanın və ya əşyaya dəyməsi təsirindən əmələ gəlib, canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İlk məlumatda göstərilən 24.02.2011-ci ildə yetirilməyə uyğundur. Həmin xəsarətlər ola bilsin ki, ayaqüstə olarkən küt əşya ilə vurulmaqla, eləcə də yıxılarkən hər hansı küt əşyalara dəyməklə əmələ gələ bilərlər. Mərhumə Əyyubovanın ölümünün səbəbi - hər iki ağciyərin və ürək pərdəsinin kəsilib-deşilmiş yaralarından köks boşluğuna qanaxma nəticəsində qan itirməsi olmuşdur. Mərhumə Əyyubovanın bədəni üzərində olan yuxarıda qeyd edilmiş kəsilmiş-deşilmiş xəsarətlərin hamısı eyni kəsici-deşici alətin təsirindən, ola bilsin ki, bıçaqla ilk məlumatda göstərildiyi kimi 24.02.2011-ci il tarixdə yetirilmişdir. Mərhumə Əyyubovanın ölümün vaxtı meyidin məhkəmə-tibbi müayinəsindən 5-7 saat əvvəl baş verməyə uyğun gəlir. Mərhumə Əyyubovanın paltarlarında cırılma, sökülmə əlamətləri, eləcə də bədəni üzərində qeyd edilmiş xəsarətlərdən başqa əlbəyaxa savaşmaya xas olan xəsarətlər müəyyən edilməmişdir. Mərhumə Əyyubovanın bədəni üzərində olan kəsilmiş-deşilmiş yaraların ölçü və formalarına əsasən demək olar ki, həmin xəsarətləri yetirən alətin tiyəsinin bir tərəfi kəsici, tiyəsinin eni təxminən 2,0- 2,5 sm, uzunluğu təxminən 7,0-8,0 sm olmaqla kəsici-deşici xassəyə malik alətdir. Mərhumə Əyyubovanın bədənindəki xəsarətlərə görə, sol bazusundakı kəsilib-deşilmiş yaraya və yara yolunun istiqamətinə və sol saidindəki kəsilmiş yaranın forma və isiqamətinə əsasən demək olar ki, həmin xəsarətlər ola bilsin ki, mərhumə ayaq üstə olarkən yetirilsin. Döş qəfəsinin sağ və sol ön döş nahiyələrində olan çoxsaylı kəsilmiş-deşilmiş yaraların yerləşməsinə, yara yollarının istiqamətlərinə, aralarında olan məsafələrin yaxınlığına və s. xüsusiyyətlərinə görə, demək olar ki, həmin xəsarətlər mərhumənin arxası üstə uzanmış vəziyyətdə ardıcıl olaraq yetirilməyə daha xarakterikdir. Mərhumə Əyyubovanın meyidinin müayinəsində hamiləlik əlamətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 11.03.2011-ci il tarixli 102/2011 MTBŞ nömrəli Məhkəmə-tibbi-bioloji ekspertizasının rəyinə əsasən X12 ABO sistemi üzrə qan qrupu: B-alfa/H//İİİ/-dür. Ekspertizaya təqdim edilən zərərçəkmiş X19 məxsus lifçik, bellik, retuz, yubka, kofta, sviter, hadisə yerindən götürülmüş iki ədəd karton kəsiyi, bir ədəd divar kağızı/oboy/ kəsiyi üzərindəki ləkələrdə, meyit olan otaqda girişdən sağ uzaq küncdə döşəmədən, mətbəxdə soyuducunun qarşısında döşəmədən, meyitin altında döşəmədən bint kəsikləri üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H//İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş X19 məxsus ola bilər. Təqdim olunan X19 məxsus bir cüt corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 23.08.2011-ci il tarixli 47-Ə nömrəli ekspert rəyinə əsasən mərhum X12 meyitinin üzərində olan kəsilmiş-deşilmiş xəsarətlərin yerləşmə xüsusiyyətlərinə və meyidin müayinəsi zamanı çəkilmiş çoxsaylı fotoşəkillə əsasən demək olar ki, əməli törətmiş şəxs həmin xəsarətləri yetirərkən kəsici-deşici aləti sağ əlində tutaraq yetirə bilərdi. İstintaq orqanı tərəfindən əməli törətmiş şəxsin qadın və ya kişi ola bilməsinə məxsus hər hansı maddi sübutların təqdim edilməməsinə və eləcə də mərhum X12 meyidinin müayinəsi zamanı əməli törətmiş şəxsin qadın və ya kişi ola bilməsinə əsas verəcək hər hansı bir nişanənin olmamasına görə, həmin zərbələri törətmiş şəxsin qadın və ya kişi ola biləcəyini dəqiq söyləmək mümkün deyildir. DİN Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-genetik ekspertizası üzrə 28.01.2020-ci il tarixli, 20/55R saylı rəyinə əsasən tədqiqat nəticəsində 01 (bir) ədəd şərf üzərində, 01 (bir) ədəd qara rəngli papaq üzərində, 01 (bir) ədəd qara rəngli büstqalter üzərində, 01 (bir) ədəd bellik üzərində, 01 (bir) ədəd qara rəngli retuz üzərində, 01 (bir) ədəd bənövşəyi rəngli köynək üzərində, 01 (bir) ədəd qara rəngli sviter üzərində, 01 (bir) ədəd oboy kəsiyi üzərində, meyit olan otaqda girişdən uzaq sağ küncdə döşəmə üzərində, mətbəxdə soyuducunun qarşısında döşəmə üzərində və meyitin altında döşəmə üzərində aşkar edilmiş qanabənzər ləkələrin insana məxsus qan nümunələri olduğu müəyyən edildi. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd şərf üzərində, 01 (bir) ədəd qara rəngli papaq üzərində, 01 (bir) ədəd qara rəngli büstqalter üzərində, 01 (bir) ədəd bellik üzərində, 01 (bir) ədəd qara rəngli retuz üzərində, 01 (bir) ədəd bənövşəyi rəngli köynək üzərində, 01 (bir) ədəd qara rəngli sviter üzərində, 01 (bir) ədəd oboy kəsiyi üzərində, meyit olan otaqda girişdən uzaq sağ küncdə döşəmə üzərində və mətbəxdə soyuducunun qarşısında döşəmə üzərində aşkar edilmiş qan nümunələri mərhum X19 məxsusdur. Ekspertizaya təqdim olunmuş meyitin altında döşəmə üzərində aşkar edilmiş qan nümunəsi şərti olaraq “Y2” ilə işarələnmiş kişi cinsindən olan naməlum şəxsə məsusdur. Ekspert tədqiqatına təqdim olunmuş S.Əyyubovanın əl dırnaq kəsintilərinin altında olan bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar S.Əyyubovanın özünə məxsusdur. Tədqiqat nəticəsində 01 (bir) ədəd “Vogue” ticarət markalı siqaret dənəsinin filtr hissəsinin sonluğunda insana məxsus tüpürcək nümunəsinin olduğu və həmin tüpürcək nümunəsinin şərti olaraq “Y1” ilə işarələnmiş kişi cinsindən olan naməlum şəxsə mənsub olduğu müəyyən edildi. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd qara rəngli papağın iç səthində aşkar edilmiş tük nümunələri üzərində, 01 (bir) ədəd stolüstü süfrə üzərində və 01 (bir) ədəd qara rəngli yubka üzərində aşkar edilmiş qan nümunəsində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. Ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd düyməli jaket, 01 (bir) cüt qırmızı rəngli başmaq, 02 (iki) ədəd karton parçası, S.Əyyubovanın tük nümunələri, 01 (bir) ədəd bıçaq tiyəsi və 01 (bir) ədəd bıçaq dəstəyi üzərində qanabənzər ləkələr aşkar olunmadığı üçün həmin obyektlər üzərindən tədqiqat nümunələri götürülmədi. DİN Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-genetik ekspertizası üzrə 21.02.2020-ci il tarixli, 20/108R saylı rəyinə əsasən təqdim olunmuş meyitin altında döşəmə üzərində aşkar edilmiş qan nümunəsi Təqsirləndirilən şəxs məxsusdur. Təqdim olunmuş 01 (bir) ədəd “Vogue” ticarət markalı siqaret dənəsinin filtr hissəsinin sonluğunda olan bioloji mənşəli material Təqsirləndirilən şəxs məxsus deyildir. DİN Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-genetik ekspertizası üzrə 15.04.2020-ci il tarixli, 20/197R saylı rəyinə əsasən meyitin altında döşəmə üzərində aşkar edilmiş qan nümunəsi X25, X26, X8, X27, Şahid2, Şahid3 və X28 məxsus deyildir. Təqdim olunmuş 01 (bir) ədəd “Vogue” ticarət markalı siqaret dənəsinin filtr hissəsinin sonluğunda olan bioloji mənşəli material X25, X26, X8, X27, Şahid2, Şahid3 və X28 məxsus deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X48 Şəxsin Zaqatala rayon şöbəsinin Məhkəmə-tibb ekspertizası üzrə 04.03.2020-ci il tarixli, 101 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət – sol əlinin V barmağında 1 (bir) ədəd çapıq toxuma – hər hansı bir yaranın nəticəsi olub, yetirilmə alətini hal-hazırda dəqiq təyin etmək mümkün olmur, lakin qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24.02.2011-ci il tarixdə özünün qeyd etdiyi formada iti alətlə yetirilməklə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin kompleks məhkəmə-kriminalisitik, trasoloji, daktiloskopik və məhkəmə-lifli ekspertizası üzrə 13 may 2020-ci il tarixli, 235/236/237 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş bıçaq tiyəsinin və dəstəyinin üzərində aşkar edilmiş papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi aləmətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata tədqim edilən predmetlər zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağının hissələridir – tiyə və dəstəkdir, soyuq silah hesab edilmir. Bıçaq tiyəsi bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Tədqiqata təqdim edilmiş köynək, sviter, büstqalter və şərfin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Köynək, sviter, büstqalter və şərfin üzərində olan zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Tədqiqata təqdim edilmiş papaq, retuz, bellik, yubka, jaket, başmaq, corab və süfrə üzərində hər hansı trasoloji zədə aşkar edilmədi. Tədqiqata təqdim edilən predmetlər eyni bıçağa aid tiyə və dəstəkdir. Zərbə nəticəsində tiyə dəstəkdən ayrılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X48 Şəxsin kompleks Məhkəmə tibbi-bioloji və Məhkəmə genetik ekspertizası üzrə 10.07.2020-ci il tarixli, 463/2020-MTBŞ saylı rəyinə əsasən təqdim edilmiş “meyitin altında döşəmədəki” ləkənin götürüldüyü bint kəsiyi üzərində qan aşkar olunmadı. Bu səbəbdən Təqsirləndirilən şəxs qan nümunəsi tədqiqata götürülməmişdir. Təqdim olunan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən X3 qan qrupu – O/İ/-dir. Məhkəmə tibbi-bioloji ekspertizasının 11.03.2011-ci il tarixli, 102/201MTBŞ saylı rəyinə əsasən hadisə yerindən meyitin altında döşəmədən bint kəsiyinə hopdurulub götürülmüş ləkədə “B” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən X19 məxsus ola bilər. Lakin O /İ/ qrupunun antigeni “H” olduğu üçün qanın qarışıq olduğu halda və iş üzrə keçən O /İ/ qruplu Təqsirləndirilən şəxs hadisə vaxtı qan axma ilə müşahidə olunan xəsarəti olubsa ləkələr də onun və S.Ş.Əyyubovanın qarışmış qanının olması istisna olunmur. Təqdim olunmuş bint kəsiyi üzərində qan aşkar olunmadığı üçün genetik ekspertiza aparılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin kompleks Məhkəmə psixiatriya və Məhkəmə psixoloji ekspertizası üzrə 25.06.2020-ci il tarixli, 339/130 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs ona şamil edilən hazrkı cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 va 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim-psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması, istintaq zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, hazırkı ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq hər hansı cinayət əməli törətmədiyini və ona böhtan söylədiklərini bildirməsi, ona şamil edilən cinayət əməlini törədərkən istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, tənqidi funksiyaların saxlanılması, onda kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq hər hansı cinayət əməli törətmədiyini söylədiyi üçün ona şamil edilən hadisə zamanı həmin şəxsin psixi emosional vəziyyətini təyin etmək mümkün deyildir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyillidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X48 Şəxsin Şəki rayon şöbəsinin Məhkəmə tibb ekspertizası üzrə 03.08.2020-ci il tarixli, 283 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Məhkəmə tibb ekspertizası zamanı onun başının dairəsinin uzunluğu 56,5 sm-dir. Təqdim edilmiş papağın aşağı kənarının gərilməmiş vəziyyətdə dairəsinin uzunluğu 56 sm, orta gərilmiş vəziyyətdə 58 sm-dir. Qeyd edilən ölçülərdə olan papağı başının dairəsinin uzunluğu 56,5 sm olan şəxsin geyinməsi mümkündür. DİN Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə genetik ekspertizası üzrə 15.08.2020-ci il tarixli, 20/400R saylı rəyinə əsasən təqdim edilmiş 01 ədəd Vogue markalı siqaret kötüyünün filtr hissəsinin sonundakı tüpürcək nümunəsi Şahid17 məxsus deyildir. MTE və PA Birliyinin Məhkəmə kimya şöbəsindən X12 barəsində verilmiş 10.03.2011-ci il tarixli, 471/K saylı akta əsasən onun meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. MTE və PA Birliyinin Tibbi-kriminalistika şöbəsindən X12 barəsində verilmiş 14.03.2011-ci il tarixli, 58-MTKŞ saylı akta əsasən onun meyitinin döş qəfəsinin ön nahiyyəsindən götürülmüş üç ədəd dəri parçası üzərinin hər birində bir ədəd dəlib-keçən yara aşkar olundu. Bu yaralar deşilmiş-kəsilmiş yara olub, ülgücü olan və küpünün qabırğaları kifayət qədər büruzə olunan küpə malik yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. MTE və PA Birliyinin Məhkəmə biologiya şöbəsindən X12 barəsində verilmiş 11.03.2011-ci il tarixli, 9/27 saylı akta əsasən onun meyitinin uşaqlıq yolundan və arxa keçəcəyindən götürülmüş tamponların məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar edilməmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə 24.02.2011-ci il tarixli protokola əsasən hadisə yeri ünvan 5 ünvanın sağ tərəfində vətəndaş X2 yaşadığı 26 №-li ev, sol tərəfində isə vətəndaş X5 yaşadığı 22 №-li evdir. Yaşayış evinin qarşısından avtomobil yolu keçir. Yolun əks tərəfindən 24 nömrəli evlə üzbəüz mərhum S.Ş.Əyyubovanın oğlu X21 və ailə üzvlərinin yaşadığı 25 №-li, onun onun sağ və sol tərəflərində isə həyətyanı sahələr yerləşir. 24 nömrəli yaşayış evinin qarşısında işərisində müxtəlif növ ağaclar əkilmiş, ətrafı 180 sm hündürlüyə malik dəmir çəpərlə əhatəyə alınmış bağça vardır. Yaşayış evinin küçəyə baxan divarının sol yuxarı küncünə üzərində 24 rəqəmi yazılmış nişanverici nömrə vurulmuşdur. Evin həyətinə giriş boz rəngli dəmir darvazada quraşdırılmış içəriyə doğru açılan qapıdandır. Həmin qapıdan həyətə daxil olarkən qapı ilə üzbəüz olmaqla 15 metr məsafə aralıda həyətin sol uzaq küncündə tualet yerləşir. Tualet kərpicdən tikilməklə üzəri şiferlə örtülmüşdür. Ağ rəngli çölə doğru açılan qapıdan tualetin içinə daxil olmaq mümkündür. Tualetin ölçüləri 2.5 x 2.5 metrdir. Tualetin içərisində istintaq üçün əhəmiyyət kəsb edcək heç bir şübhəli iz, ləkə, predmet aşkar edilmədi. Həyətə daxil olarkən girişdən sağ tərəfdə mərhum S.Ş.Əyyubovanın yaşadığı ev yerləşir. Həmin ev bir mərtəbəli olmaqla daşdan və kərpicdən hörülmüşdür, üzəri örtülmüşdür. Həyətdə 11 metr irəlilədikdən sonra üç pilləli piləkanla qalxmaqla evin arxa tərəfində quradırılmış açıq tipli talvara daxil olmaq mümkündür. Evin arxa divarı ağ rəngli boya ilə rənglənmişdir. Həmin divar boyu yan-yana iki ədəd stol qoyulmuşdur. Evin sol tərəfində mətbəx yerləşir. Mətbəxin qarşısında 3 x 3 metr sahədə talvarın ətrafına göy rəngli tent çəkilməklə talvarın həmin hissəsindən açıq tipli mətbəx kimi istifadə olunur. Qeyd edilən hissədə qarşı tərəfdən baxarkən sol tərəfdə qaz pilitəsi yerləşir. Qaz pilitəsinin sağ gözü üzərində içərisində noxud olan qazan vardır. Həmin qaz pilitəsinin yanında elektrik dxovkası vardır. Dxovkanın üzərində içərisində soyulub suya qoyulmuş kartof olan emallı qab vardır. Həmin dxovkanın yanında içərisinə qab-qacaq yığılmış şkaf, şkafın qarşısında isə 1x1 metr ölçüdə stol yerləşir. Həmin stolun üstündə qazan qapağı və bir ədəd qırmızı göy-ağ rəngli plastmas materialdan hazırlanmış bıçaq sapı vardır. Qaz pilitəsi və şkafla üzbəüz mətbəxin bayır divarına bitişik hissədə döşəmə üzərində su bitonu, bir neçə qazan və zibil vedrəsi aşkar edilmişdir. Həmçinin həmin hissədə qaz pilitəsinin qarşısında 1.8 metr məsafə aralıda içərisində yanıb qaralmış, küftə qalıqları olan 2.5 litrlik qazan vardır. Qazanın qapağı açılmış vəziyyətdədir. Qapaq arxası üstə olmaqla qazanın yanında yerləşir. Həmçinin baxış zamanı qaz pilitəsinin arxa hissisində 20 sm uzunluğa malik, eni sapa birləşən hissədə 3 sm olan, dəstəksiz bir tərəfi kəsici, digər tərəfi küt, ucu batıcı bıçaq tiyəsi aşkar edilmişdir. Həmin açıq tipli mətbəxdə bunlardan başqa heç bir şübhəli iz, ləkə, predmet aşkar edilməmişdir. Yaşayış evinin sol tərəfində hamam, onun sağında isə mətbəx yerləşir. Hamam 3 x 2.5 metr ölçüyə malikdir. Hamam iki otaqdan ibarətdir. Birinci otaq geyinib soyunma otağı olmaqla, ikinci otaq çimmək üçün nəzərdə tutulur. Hamamda istintaq üçün əhəmiyyət kəsb edən heç bir şübhəli iz, ləkə, predmet aşkar edilməmişdir. Hamamın sağ tərəfində mətbəx yerləşir. Mətbəxə giriş ağ rəngli çölə doğru açılan taxta qapıdandır. Mətbəxin ölçüləri 3 x 3 metrdir. Döşəməsi üzərinə qırmızı qara naxışlı kavrolet döşənmişdir. Mətbəxdə girişdən sol və qarşı divar boyu tumbalardan və şkaflaran ibarət mətbəx mebeli quraşdırılmışdır. Həmin mətbəx mebelinə aid olan sol yaxın küncdə yerləşən su çanağının sol gözünün içərisində polietilen torba aşkar edilmişdir. Həmin torbanın içərisinə soyulmuş kartof qabıqları yığılmışdır. Baxış zamanı su çanağının altındakı tumbanın içərisində üzəri su ilə islanmış bir ədəd ət çəkən maşın aşkar edilmişdir. Mətbəx mebelinə aid şkafın gözləri içərisində heç bir əhəmiyyət kəsb edən şübhəli iz, ləkə aşkar edilməmişdir. Mətbəxdə sağ uzaq küncdə bir ədəd “Polyus” markalı soyuducu yerləşir. Soyuducu işlək vəziyyətdə olsa da içərisi boşdur. Soyuducunun qarşı tərəfində, 25 sm aralıda metlax döşəmə üzərində 1 x 1.5 sm ölçüyə malik dairəvi formalı qanabənzər ləkə aşkar edilmişdir. Həmin ləkə 4 nömrəsi ilə nömrələnib, su ilə isladılıb tampona hopdurulmaqla götürülmüşdür. Mətbəxdə yuxarıda qeyd edilənlərdən başqa istintaq üçün əhəmiyyət kəsb edə biləcək heç bir şübhəli iz, ləkə, predmet aşkar edilməmişdir. Mətbəxə girişdən sağ tərəfdə evin ağ rəngli giriş qapısı yerləşir. Evin içinə daxil olduqda uzunluğu 9 metr, eni isə 6 metr olan otaq yerləşir. Otaqda üzərlərində səliqə ilə yığılmış yorğan-döşək olan 5 ədəd dəmir çarpayı vardır. Çarpayıların hər birinin yanında bir ədəd taxta stul vardır. Otağa girişdən sağ tərəfdə kustar üsulla hazırlanmış qaz sobası vardır. Otağın döşəməsi üzərinə qırmızı rəngli xalça salınmışdır. Otağın orta hissəsindən qırmızı rəngli parça asılmışdır. Otaqda girişlə üzbəüz divarda üzərinə “evdə siqaret çəkmək olmaz” və “***-***-**-**” yazılmış kağız parçası yapışdırılmışdır. Girişlə üzbəüz otağın sağ tərəfində yerləşən otağın girişi ağ rəngli taxta qapıdandır. Otaqda iki ədəd qabağında ağ rəngli pərdə asılmış, yola baxan iki pəncərə vardır. Otaqda 4 ədəd çarpayı və otağın ortasında stol, kənarında isə stul vardır. Stolun üzərində domino, dominonun qabı, qələm və dairəvi kağız vardır. Çarpayıların üzərində olan yorğan-döşək səliqə ilə yığılmış vəziyyətdədir. Otağın döşəməsinə qırmızı rəngli kovrolet vardır. Evə giriş qapısı ilə üzbəüz yerləşən otağın girişi ağ rəngli taxta qapıdandır. Otaqdan girişdən sol tərəfdə taxt vardır. Girişdən sol tərəfdə yerləşən divarda servant vardır. Servantın dolabının qapıları və siyirmələri bağlı, çarpayının səliqəsi pozulmamışdır. Hadisə yerinə baxış zamanı mərhum S.Əyyubovanın qızı X43 Səməndərova məxsus 10 ədəd yüz manatlıq əskinaslarda 1000 manat pulu dolabın içindəki paltarların altından götürərək istintaqa təqdim etmişdir. Evə girişdən sol tərəfində meyit aşkar edilmiş otaq yerləşir. Həmin otağa giriş ağ rəngli içəriyə doğru açılan taxta qapıdandır. Otağın ölçüləri 3.8 x 3.2 metrdir. Otaq tavanda quraşdırılmış elektrik lampası ilə işıqlandırılır, həmin lampa girişdən sol tərəfdə, divarın arxasında olan elektrik açarı ilə yandırılıb söndürülür. Lampa baxış zamanı yanılı vəziyyətdə aşkar edilmişdir. Otaqda girişdən sol yaxın künc boyu iki ədəd yan-yana olmaqla çarpayı vardır. Həmin çarpayıların üzərindəki yorğan və yastıqlar yığılmamış səliqəsiz vəziyyətdədir. Otağın sol uzaq küncündə bir ədəd stul vardır. Həmin stulun altında döşəmə üzərində bir neçə qat karton parçaları vardır. Həmin karton parçaları üzərində 0.1x0.1 sm və 0.5x1 sm ölçüyə malik qanabənzər ləkələr aşkar edilmişdir və kartonun həmin hissələri götürülmüşdür. Otağa girişdən sağ yaxın küncünə yerdən 1.2 metr hündürlüyə malik 0.5x1 metr ölçüdə stol vardır. Stolun üzərinə salınmış qırmızı-yaşıl rəngli üzərində meyvə təsvirləri olan polietilen örtük, çevrilib, səliqəsiz vəziyyətdə döşəməyə atılmışdır. Həmin örtüyün altında bir ədəd birdəfəlik üzqırxan lezva, bir ədəd iki hissəyə bölünmüş “Bakcell” ödəmə kartı aşkar edilib götürülmüşdür. Otağın içərisində mərhum S.Ş.Əyyubovanın meyiti arxası üstə uzandırılmış vəziyyətdədir. Meyitin başı stolun sağ uzaq küncündən 5 sm, otağın sağ yaxın küncündən isə 1.3 metr məsafədə yerləşir. Meyitin ayaqlarından otağın sağ uzaq küncünə qədər olan məsafə 0.8 metrdir. Meyit otağın sağ uzaq küncünün qarşısında yerləşmişdir. Aşağı ətrafları əsasən otağın sağ tərəfində döşəməyə sərilmiş qırmızı-boz naxışlı xalçanın üzərindədir. Meyitin sifət və döş qəfəsi nahiyəsində qanabənzər ləkələr, habelə əynində olan boz rəngli jaketin ön tərəfində kəsici deşici alətin təsirindən yetirilməyə xarakterik mexaniki zədələr müşahidə edilir. Meyitin sol qolu yana doğru açılmış vəziyyətdədir. Meyitin sağ solu dirsəkdən qatlanmaqla sinəsində çarpazlanmışdır. Meyitin baş tərəfindən 10 sm aralıda, stolun altında bir ədəd qara rəngli papaq, onun yanında meyitin başından 30 sm aralıda qırmızı başmağın sağ tayı aşkar edilmişdir. Meyitin sol qolundan 15 sm aralıda sol qolu ilə qurşaq arasında qalan hissədə xalça üzərində qırmızı rəngli başmağın sol tayı aşkar edilmişdir. Meyitin sol dizindən 20 sm məsafə aralıda xalça üzərində bir ədəd qara rəngli üzəri naxışlı jaket, bir ədəd ağ, qara, qırmızı və bənövşəyi rəngli zolaqları olan şərf aşkar edilmişdir. Meyitin ayaq tərəfində 15 sm məsafə aralıda otağın girişdən sağ uzaq küncündən 1 metr aralıda bir ədəd stul vardır. Otağın sağ küncündən 70 sm məsafə aralıda, döşəmədən 60 sm hündürlükdə oboyun üzərində 0.5x0.5 sm ölçüdə qanabənzər ləkə aşkar edilmişdir. Həmin ləkə oboyla birlikdə kəsilib götürülmüşdür. Habelə sağ uzaq küncdə döşəmə üzərində küncdən 15 sm aralıda 10x5 sm sahədən bir neçə ədəd kiçik ölçülü qanabənzər ləkə aşkar edilmişdir. Həmin qanabənzər ləkələr su ilə isladımış bint kəsiyinə hopdurulmaqla götürülmüşdür. Meyit qaldırıldıqdan sora onun altında kürək nahiyəsinə düşən hissədə 15x12 sm sahədə qeyri müəyyən formalı, zəif əks olunmuş qanabənzər ləkə aşkar edilmişdir. Həmin qanabənzər ləkə də su ilə isladılmış bint kəsiyinə hopdurulmaqla götürülmüşdür. Meyitin yanında olan bir cüt qırmızı rəngli, üzərində “sport” sözləri həkk edilmiş başmaq, bir ədəd şərf və bir ədəd jaket hal şahidlərinin iştirakı ilə qablaşdırılmış və prokurorluğun “zərflər üçün” möhürü ilə yapışdırılaraq götürülmüşdür. Meyitə baxış keçirilməsi barədə 24.02.2011-ci il tarixli protokola əsasən meyitin üzərində aşağıdakı paltarlar aşkar edilərək götürülmüşdür: Boz rəngdə, qabaq hissəsində ağ zolaqlan olan yun materialdan boyunlu sviter (sviterin sağ ön döş hissəsində 7 ədəd, sol ön döş hissəsində 3 ədəd, sol qolunun yuxarı yan hissəsində 1 ədəd 3,5x0,5 sm-dan 0,8x0,2 sm-dək kənarları düz, bir ucu nazik, o biri ucu nisbətən küt kəsiklər vardır, kəsiklərin ətrafı qanla hopmuşdur), çəhrayı rəngdə uzunqol, qısa boyunlu sintetik materialdan olan toxunmuş köynək (köynəyin ön döş hissəsində 10 ədəd kəsiklər vardır, kəsik ətrafına qan hopmuşdur), qara rəngdə liftçik (liftçikdə 4 ədəd kəsiklər vardır), qara rəngdə sintetik materialdan yubka, qara rəngdə sintetik materialdan retuz, boz rəngdə trusik, boz rəngdə bel bandajı, hər iki dizində qara rəngdə dizlik, qara rəngdə uzunboğaz corablar. 01 yanvar 2011-ci il tarixdən 01 yanvar 2014-cü il tarixinədək dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə aid məlumatların götürülməsi barədə müvafiq mobil operatorlarından daxil olmuş diskə baxış keçirilməsi barədə 16.07.2020-ci il tarixli protokola əsasən 01 yanvar 2011-ci il tarixdən 01 yanvar 2014-cü il tarixinədək dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə aid məlumatların götürülməsi barədə Zaqatala Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 5(033)-20/2020 saylı qərarı əsasında götürülərək müvafiq mobil operatorlardan daxil olmuş 01 ədəd diskdə olan məlumatlara baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: ***-******* mobil nömrəsi - (həmin mobil nömrə Təqsirləndirilən şəxs şahid qismində dindirilməsi barədə 25.02.2011-ci il tarixli dindirmə protokolunda onunla əlaqə nömrəsi kimi qeyd edilmişdir). Mobil nömrə Seyran Əyyubovanın istifadəsində olmuş ***-******* mobil nömrəsi ilə bağlı "xxxx" MMC-dən 04.03.2011-ci il tarixli, 4029 saylı məktubla daxil olmuş məlumatlara əsasən ünvan 6 ünvanında qeydiyyatda olan X14 (İ cild , səh : 208), hazırda baxışı keçirilən məlumatlara əsasən isə ünvan 7 ünvanında qeydiyyatda olan X22 adınadır. Baxış zamanı müvafiq dövr ərzində ***-******* və ***-******* mobil nömrələri arasında mütəmadi olaraq danışıqlar aparıldığı müəyyən edildiyindən həmin nömrəyə zəng edilmiş, zəngə özünü X15 adı ilə təqdim edən şəxs cavab verərək 2019-cu ilə kimi həmin nömrədən bacısı X16 istifadə etdiyini, sonuncunun bir il qabaq öldüyünü, Polad adlı şəxsi tanımadığını bildirmişdir. İstintaq üçün əhəmiyyət kəsb edə biləcək sms-lər kimi aşağıdakılar müəyyən edilmişdir. 17/07/2010, 23:14:33, **********, **********, Dani$a bilmir?m bacim g?ldi Seyran Əyyubovanın istifadəsində olmuş ***-******* mobil nömrəsi ilə danışıqlar aşağıdakılar olmuşdur. Zəng edən Zəng edilən Danışıq tarixi və Danışıq müddəti vaxtı **********94 ********** 2011-02-06 15:46:48 20 **********94 ********** 2011-02-06 17:39:50 8 **********94 ********** 2011-02-13 15:07:10 81 **********94 ********** 2011-02-14 18:56:58 26 **********94 ********** 2011-02-15 17:28:52 42 Cinayət törədilən dövrdə Zaqatala RPŞ Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləmiş Şahid17 ilə danışıqlar aşağıdakılar olmuşdur: Zəng edən Zəng edilən Danışıq tarixi və Danışıq müddəti vaxtı **********94 ********** 2010-05-27 23:59:30 169 **********94 ********** 2010-06-05 14:33:11 36 **********94 ********** 2010-06-15 15:20:55 41 **********94 ********** 2010-06-18 13:54:39 11 **********94 ********** 2010-08-11 20:59:52 61 **********94 ********** 2010-08-27 14:43:31 60 **********94 ********** 2010-08-27 14:46:18 78 **********94 ********** 2010-08-29 12:33:09 24 **********94 ********** 2010-09-08 18:09:19 54 **********94 ********** 2010-09-10 19:47:57 43 **********94 ********** 2010-10-07 19:39:41 61 **********94 ********** 2010-10-12 20:22:49 84 **********94 ********** 2010-10-27 13:04:51 144 ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. 01 yanvar 2011-ci il tarixdən 01 yanvar 2014-cü il tarixinədək dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* və ***-******* mobil telefon nömrələrinə aid məlumatların götürülməsi barədə müvafiq mobil operatorlarından daxil olmuş diskə baxış keçirilməsi barədə 25 iyul 2020-ci il tarixli protokoldan gorunur ki, Zaqatala Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 5(033)-20/2020 saylı qərarı əsasında götürülərək müvafiq mobil operatorlardan daxil olmuş 01 ədəd diskdə olan məlumatlara təkrar baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. ***-******* mobil nömrəsi ilə Təqsirləndirilən şəxs münasibətdə olduğu Şahid14 istifadəsində olmuş ***-******* mobil nömrəsi (həmin nömrə Zaqatala rayonu, Muğanlı kənd sakini, Şahid14 qardaşı X1 adınadır) arasında danışıqlar aşağıdakılardır. Zəng edən Zəng edilən Danışıq tarixi və Danışıq müddəti vaxtı **********94 7304358 2010-10-27 18:56:55 801 Təqsirləndirilən şəxs münasibətdə olduğu X16 istifadəsində olmuş ***-******* mobil nömrəsi ilə ***-******* mobil nömrəsi arasında müvafiq dövr ərzində müxtəlif tarixlərdə və müddətlərdə çoxlu sayda danışıqlar müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zaqatala rayon mərkəzi xəstəxanasından daxil olmuş 03 mart 2011-ci il tarixli 133 nömrəli məktubda göstərilmişdir ki, ünvan 3 saylı evdə yaşamış, mərhun X31 MRX-in poliklinika şöbəsində, psixiatrik, narkoloji və ya onkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Zaqatala Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli, 3(033)-74/2020 saylı qərarı ilə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmiş Təqsirləndirilən şəxs Zaqatala RPŞ rəisinə ünvanladığı 26.02.2020-ci il tarixli ərizə sonuncunun eyni tarixli məktubu ilə baxılaraq yoxlanılması üçün rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs həmin ərizəsində göstərmişdir ki, 24 fevral 2011-ci il tarixdə Zaqatala şəhərində Seyran adlı qadın onun tərəfindən öldürülmüşdür. O, 9 ilə yaxındır bu barədə polisə və ya digər dövlət orqanlarına söz deməmişdir. O, artıq dözə bilmir və gecələr yata bilmir. Könüllü olaraq heç bir fiziki və ya digər təsir olmadan bir daha həmin cinayətini etiraf edir. Əməliyyat tapşırığına cavab olaraq Zaqatala RPŞ-dən daxil olmuş 17 mart 2020-ci il tarixli, 201-5519-1220 nömrəli məktuba əsasən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı məlum olmuşdur ki, 24.02.2011-ci il tarixdə Zaqatala şəhəri Ə.Mahmudov küçəsi ev 24 ünvanında yaşayan 29.11.1950-ci il təvəllüdlü X20 qətlə yetirən şəxs ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Əməliyyat tapşırığına cavab olaraq Zaqatala RPŞ-dən daxil olmuş 16 iyul 2020-ci il tarixli, 201-13540-1220 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs 24 fevral 2011-ci il tarixdə saat 11-12 radələrində hadisənin baş verdiyi ünvan 3 saylı evin yaxınlığındakı çaydan keçərək daş bazarı istiqamətində getməsi barədə əməliyyat məlumatı əldə olunmuşdur. Zaqatala RPŞ-dən 03.07.2020-cu il tarixli, 12594-1220 saylı məktubla təqdim edilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. Əməliyyat tapşırığına cavab olaraq Zaqatala RPŞ-dən daxil olmuş 24 iyul 2020-ci il tarixli, 201-14160-1220 nömrəli məktuba əsasən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala rayonunda Yeganə Quliyeva ad və soyadlı hər hansı qadınla münasibətdə olmadığı və Təqsirləndirilən şəxs Yeganə Quliyeva ilə bağlı istintaqa verdiyi məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Eləcə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24.02.2011-ci il tarixdə intim münasibətdə olmaq məqsədilə kirayə yaşadığı, ünvan 10 ünvanında yerləşən evə qadın gətirmək istəməsi Seyran Əyyubovanın narazılığına səbəb olmuşdur ki, bu onlar arasında mübahisəyə səbəb olmuşdur. Qətl də bu mübahisə zəminində baş vermişdir. Sorğuya cavab olaraq MTE və PA X48 Şəxsdən daxil olmuş 22.07.2020-ci il tarixli, 9/678 saylı məktuba əsasən Birliyin Məhkəmə-tibbi biologiya şöbəsinə 23.06.2020-ci il tarixdə Zaqatala rayon prokurorluğu tərəfindən ********* saylı cinayət işi üzrə təkrar kompleks Məhkəmə-tibbi bioloji və Məhkəmə-genetik ekspertizanın təyini barəsində qərar və maddi sübutlar daxil olmuşdur. Tərtib edilmiş 10.07.2020-ci il tarixli, 463/2020-MTBŞ saylı rəyin təsviri və nəticə hissələrinə əsasən ekspertizaya təqdim olunmuş “meyit altında döşəmədəki” ləkənin götürüldüyü bint kəsiyi üzərində qanaşübhəli ləkələr aşkar olunmamış, lakin buna baxmayaraq əvvəlki tədqiqatlara götürülmüş kəsik hissələrin ətrafından təkrari tədqiqata material götürülmüş və nəticədə bint kəsiyi üzərində qan aşkar olunmamışdır. İş materiallarından göründüyü kimi, 11.03.2011-ci il tarixli, 102/2011-MTBŞ saylı rəyin təsviri hissəsində “meyit altında döşəmədəki” ləkənin götürüldüyü bint kəsiyi üzərində zəif qəhvəyimtil rəngli maddə ləkələri aşkar olunub bioloji tədqiqata götürülmüşdür. Bundan sonra həmin zəif maddə ləkələri iki genetik tədqiqata əlavə olaraq götürülmüş və tədqiqatların nəticəsi olaraq 28.01.2020-ci il tarixli, 20/55R saylı rəy və 21.02.2020-ci il tarixli, 20/108R saylı rəy tərtib olunmuşdur. Bunlara istinadən bildirilmişdir ki, 2011-ci ildə aparılan bioloji tədqiqat zamanı müəyyən edilmiş ləkələrin zəif olduğunu və həmin zəif maddə ləkələrinin üç tədqiqata götürüldüyü nəzərə alınsa, ləkələrin əvvəlki tədqiqatlara istifadə olunması istisna olunmur. Belə olan halda aparılan təkrar kompleks məhkəmə-tibbi bioloji və məhkəmə-genetik ekspertizada bint kəsiyində qanın aşkar olunmaması onun aparılan əvvəlki üç tədqiqat zamanı tam sərf olunması ilə izah oluna bilər. Əməliyyat tapşırığına cavab olaraq Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsindən daxil olmuş 26.07.2020-ci il tarixli, 17/33-2996 saylı məktuba əsasən həbs edilmiş Təqsirləndirilən şəxs ətrafında kamera daxili əməliyyat tədbirləri keçirilmiş, “cinayət baş verən zaman əlini kəsdiyini, bu zaman qanının yerə axdığını, əgər qanı yerə axmasaydı ondan şübhə etməyəcəklərini bildirməsi” barədə məlumat əldə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kollegiya belə nəticəyə gələrkən təqsirləndirilən şəxsin və iş üzrə şahidlərin həm məhkəmə kollegiyasında, həm birinci instansiya məhkəməsinin iclasında, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və Təqsirləndirilən şəxs məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cinayət işi üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün yetərli deyildir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri onunla bağlıdır ki, hadisə yerinə baxış keçirilən zaman orada meyitin altından tapılan qanının qarışmasına dair hər hansı bir hal göstərilməmişdir. Əgər həmin qan qarışmışdırsa, genetik ekspertizanın rəyində bu xüsusat özünü büruzə verməli idi. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X48 Şəxsin kompleks Məhkəmə tibbi-bioloji və Məhkəmə genetik ekspertizası üzrə 10.07.2020-ci il tarixli, 463/2020-MTBŞ saylı rəyində qeyd edilmişdir ki, təqdim edilmiş “meyitin altında döşəmədəki” ləkənin götürüldüyü bint kəsiyi üzərində qan aşkar olunmadı. Bu səbəbdən Təqsirləndirilən şəxs qan nümunəsi tədqiqata götürülməmişdir. Təqdim olunan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən X3 qan qrupu – O/İ/-dir. Məhkəmə tibbi-bioloji ekspertizasının 11.03.2011-ci il tarixli, 102/201MTBŞ saylı rəyinə əsasən hadisə yerindən meyitin altında döşəmədən bint kəsiyinə hopdurulub götürülmüş ləkədə “B” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən X19 məxsus ola bilər. Lakin O /İ/ qrupunun antigeni “H” olduğu üçün qanın qarışıq olduğu halda və iş üzrə keçən O /İ/ qruplu Təqsirləndirilən şəxs hadisə vaxtı qan axma ilə müşahidə olunan xəsarəti olubsa ləkələr də onun və S.Ş.Əyyubovanın qarışmış qanının olması istisna olunmur. Təqdim olunmuş bint kəsiyi üzərində qan aşkar olunmadığı üçün genetik ekspertiza aparılmamışdır. Göründüyü kimi, apellyasiya şikayətinin qeyd edilən dəlili Məhkəmə tibbi-bioloji və Məhkəmə genetik ekspertizası üzrə 10.07.2020-ci il tarixli, 463/2020-MTBŞ saylı rəy ilə təkzib olunur. Bundan sonra Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək polis əməkdaşlarının təsir və təzyiqləri nəticəsində cinayəti etiraf edərək yalan ifadə verməyə məcbur edildiyini bildirmişdir. Həmin xüsusat üzrə Zaqatala rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri X32 tərəfindən 89c-20 saylı material üzrə aparılmış araşdırma zamanı həmin xüsusat öz təsdiqini tapmamış və nəticədə CPM-in 39.1.1-ci maddəsinə əsasən qəbul edilmiş qərarla cinayət işinin başlanması rədd edilmişdir. Sonradan həmin qərardan nə Təqsirləndirilən şəxs özü, nə də vəkilləri və ya başqa bir şəxs şikayət etməmiş və həmin qərar ləğv edilməmişdir. Habelə iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cinayət barəsində videoçəkiliş aparılmaqla etirafedici ifadələrini iş üzrə təyin edilmiş məhkəmə genetik ekspertizasının rəyi əldə edildikdən sonra, yəni meyitin altında döşəmə üzərində aşkar edilmiş qan nümunəsinin Təqsirləndirilən şəxs məxsus olması barədə rəy əldə edildikdən sonra bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Seyran Əyyubovanı qəsdən öldürməsini mövcud təkzibedilməz sübutların təsiri altınada etiraf etmiş, polis zorakılığına məruz qalmasına görə hər hansı şəxsi öldürməsini bildirməsi yuxarıda sadalanan sübutlarla tamamilə təkzib edilmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs hər hansı polis zorakılığına məruz qalmasını təsdiq edən hər hansı dəlil, fakt müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs mərhum S.Əyyubovanı qəsdən öldürməsi nəinki özünün etirafedici ifadələri və məhkəmə genetik ekspertiza rəyi, habelə iş üzrə dindirilmiş şahid ifadələri, hadisədən sonra barmağındakı xəsarət izini təsdiq edən tibbi ekspert rəyi və digər sənədlərlə də təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi həmin xüsusat öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilməklə 04 sentyabr 2020-ci il tarixli qərarla rədd edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı videoçəkilişlə verdiyi 26 fevral 2020-ci il tarixli ifadəsində cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs ifadəsi yerində videoçəkilişlə yoxlanılarkən sonuncu istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq etmişdir. Həmin videoçəkilişə məhkəmə kollegiyasının iclasında baxılmış, bu zaman Təqsirləndirilən şəxs hadisəni hansı qaydada törətməsini sərbəst şəkildə, karıxmadan təsvir etməsi, onun bədən səthində hər hansı zorakılıq əlamətlərinin vizual olaraq görünməməsi, cinayət əməlini törətməsini təsvir edərkən ziddiyyətlərin aşkar olunmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi həm də şahid ifadələri, xüsusən Şahid3 və Şahid2 ifadələri ilə də təsdiq olunur. Belə ki, adıçəkilən şahidlər təqsirləndirilən şəxsin hadisənin baş verdiyi gün, yəni 24.02.2011-ci ildə saat 11 radələrində (Seyran Əyyubova məhz həmin vaxt aralığında qətlə yetirilmişdir) işlədiyi Zaqatala şəhəri daş bazarının ərazisində görünmədiyini bildirmişlər. Şahid3 isə bundan başqa bütün ifadələrində, o cümlədən məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində hadisənin baş verməsindən az əvvəl Təqsirləndirilən şəxs əlində açıq vəziyyətdə bıçaq tutduğunu təkidlə bildirmişdir. Beləliklə də, təqsirləndirilən şəxsin və onun müdafiəçisi Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi onun özünün ibtidai istintaq dövründə verdiyi ifadəsi, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin məhkəmələrdə verdiyi ifadəsində, onun müdafiəçisinin isə apellyasiya şikayətində göstərilən xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.1-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 120.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxsin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. İşdən görünür ki, Təqsirləndirilən şəxs məhkum edildiyi CM-in 120.1-ci maddəsinin sanksiyasına əsasən, o, doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzanlandırıla bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, Təqsirləndirilən şəxs həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn aşağı həddə qаnuni və ədalətli cəzа təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 1(091)-32/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 1(091)-32/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar