Məhkəmə qərarları › İş №1(107)-60/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-60/2020

21.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-60/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (sədrlik edən hakim H.Xəlilov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxx 1960-cı ildə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, evli, оrtа ixtisas təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan, bаrəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınаməhkumedilməsi, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanması,Təqsirləndirilən şəxs оğlunun üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Qaradağlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması,Təqsirləndirilən şəxs оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o,xx xxxx 2019-cü il tarixdə, saat 20 radələrində Ucar rayonu, Qaradağlı kəndində həmin kənd sakini X6 yaşadığı evin həyətində həmkəndlisi Zərərçəkmiş şəxs ilə toy mərasimində uzun müddət rəqs etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun sol çənə nahiyəsinə yumruq ilə qəsdən vuraraq, sol tərəf alt çənənin şişkinliyi, çənə bucağının sınığı, sol gözün ağlı qişasına yayılmış qansızma kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxs öz ifadəsində Göyçay rayon Mərkəzi xəstəxanasında onu öküz vuraraq xəsarət yetirməsi barədə məlumat vermişdir. Eyni zamanda şahid X10 da ifadəsində göstərmişdir ki, Raufun bildirdiyinə görə onu öküz vurmuşdur. Lakin, buna baxmayaraq hökmdə bütün şübhələr təqsirləndirilən şəxsin ziyanına həll edilmişdir. Odur ki, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. O, aldığı xəsarət nəticəsində işə gedə bilməmiş və qazancından məhrum olmuşdur. Birinci instansiya məhkəməsi isə heç bir araşdırma aparmamış və sübutlara hüquqi qiymət verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməmiş və özünü təqsirli hesab etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hökmündə ağırlaşdırıcı halların müəyyən edilmədiyini bildirmişdir. Odur ki, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs həbs cəzasının verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı oğlu hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətlərinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X2 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini, Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmünün ləğv edilməsini, ona bəraət verilməsini, Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, təqsirləndirilən şəxsin və müdafiəçisinin verdikləri apellyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin isə təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmü onlara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş itihamda özünü təqsirli bilməyərək bildirdi ki, onun zərərçəkmiş şəxslə mübahisəsi olsa da, Zərərçəkmiş şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs öküz vurmuş və o xəsarət almışdır.Zərərçəkmiş şəxs xəstəxanada verdiyi məlumatda onun dedikləri öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. xx xxxx 2019-cu il tarixdə, saat 11 radələrində qohumu və həmkəndlisi X6 həyətində etdiyi toy məclisində iştirak etmək üçün onun həyətinə getmişdir. Həmin toyda həmkəndlisi Zərərçəkmiş şəxs ağır dərəcədə sərxoş vəziyyətdə olmuş, özünü apara bilməmişdir. Həmin gün bir neçə dəfə toy mağarında mahnı sifariş edərək rəqs etməsinə baxmayaraq ortadan çıxmamış, digər həmkəndlilərinə toyda rəqs etmələrinə imkan verməmişdir. Buna görə o, musiqiçilərə bildirmişdir ki, musiqini saxlasınlar. O, Raufu toy mağarından kənara çıxarmış, sonra isə qayıdıb öz yerində oturmuşdur. Raufu toy mağarından bayıra çıxaranda hava hələ qaralmamış, saat təxminən 20:15 radələri olmuşdur. Həmin vaxt Raufu vurub döyməmişdir. Raufu yalnız mağardan çıxardıb, yenidən mağarın qarşına qayıdaraq stulda oturmuşdur. Sonra Rauf mağarın qarşısından keçərək evlərinə tərəf getmişdir. xx xxxx 2019-cu il tarixdə, saat 12 radələrində Raufun anası İradə onun mobil telefonuna, özünə məxsus olan nömrə ilə zəng edərək bildirmişdir ki, onlara gəlsin. O, İradədən nə baş verməsini soruşanda İradə bildirmişdir ki, Raufun çənəsini vurub sındırmışdır. O, qudası Əfqanla birlikdə İradənin yaşadığı ünvana getmişdir. İradə bildirmişdir ki, o, Raufun çənəsini xx xxxx 2019-cu il tarixdə həmkənliləri Turalın toyunda yumruqla vurub sındırmışdır. O, İradəyə bildirmişdir ki, Raufu vurmamışdır, Rauf yaxşı fikirləşsin o, sərxoş olmuş, özündə olmamışdır. Raufda orada olmuş, Raufdan soruşmuşdur ki, həkimə getmişdirmi? Rauf bildirmişdir ki, gecə Göyçay rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Sonra o, Raufa demişdir ki, o, Göyçay rayon mərkəzi xəstəxanasında işləyən Elman adlı həkimin xəstəsi olmuşdur. İstəyirsə onu Göyçay rayon mərkəzi xəstəxanasına Elman adlı həkimin yanına aparsın. Rauf onunla razılaşmışdır. O, Əfqan və Rauf Göyçay rayon mərkəzi xəstəxanasına getmişlər. Göyçay rayon mərkəzi xəstəxanasında Elman həkimi görmüşlər. Ona bildirmişlər ki, Raufu onun yanına müalicə üçün gətirmişlər. Elman həkim bildirmişdir ki, günortadan sonra gəlsinlər, Raufun çənəsinə şina qoyacaq. Onlar kəndə qayıtmışlar. Raufa və onun ailə üzvlərinə bildirmişdir ki, həkim deyir ki, müalicə üçün 300 manat pul lazım olacaqdır. Rauf və onun ailə üzvləri bildirmişlər ki, onların pulu yoxdur. O, Rauf və ailə üzvlərinə bildirmişdir ki, o, ot almaq üçün bir adama 300 manat pul vermişdir, həmin pulu borc kimi onlara verir. Raufun arvadı bildirmişdir ki, Raufun Göyçay rayon mərkəzi xəstəxanasında müalicə olunmasını istəmirlər, müalicə üçün Bakı şəhərinə gedəcəklər. Həmin gün saat 18 radələrində o, öz idarə etdiyi “Mersedes” markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ilə Raufun yaşadığı ünvana qudası Əfqanla birlikdə getmişlər. Rauf, arvadı və uşaqları onun avtomaşınına əyləşmişlər. O, Raufu və ailə üzvlərini Bakı şəhərinə getmək üçün Bakı- Qazax yolunun kənarına aparmışdır. Orada avtomaşınından düşmüşlər. Rauf və ailə üzvləri onun avtomaşınına minəndə Raufun arvadı bildirmişdir ki, pulsuz hara gedirlər və ondan pul istəmişlər. O, Bakı-Qazax yolunun kənarında Raufun özünə 300 manat pulu borc kimi vermişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə həmkəndlisi X6 həyətində etdiyi toy məclisində iştirak etmək üçün getmişdir. Həmin toyda yeyib-içdikdən sonra saat 20:15-də mahnı sifariş edib toy mağarında rəqs edən zaman əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmayan həmkəndlisi Təqsirləndirilən şəxs onun mahnısını dayandırmış və qolundan tutaraq onu toy məclisi keçirilən mağardan bayıra çıxartmışdır. Sonra isə toyda çox oynadığını bildirərək, onunla mübahisə etmiş, mağar ilə Turalın evinin arasında olan yerə aparmışdır. Orada heç bir səbəb olmadan onun sifətinin sol tərəfindən, çənəsinin üstündən iki dəfə yumruqla qəsdən vurmuş və mağara qayıtmışdır. Həmin vaxt dişinin qırılmasını bilmişdir. Əli ilə ağzına toxunanda görmüşdür ki, çənəsinin sol tərəfi yerində oynayır. Başa düşmüşdür ki, onun çənəsinin sol tərəfi Vahidin vurduğu zərbə nəticəsində sınmışdır. Həmin axşam saat 22 radələrində Göyçay rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Orada Vahiddən şikayət etmək istəmədiyinə, onu müalicə etdirəcəyini düşünərək, həkimə bildirmişdir ki, onu öküz vuraraq xəsarət yetirmişdir. Ona tibbi yardım göstərmişlər və evə qayıtmışdır. Səhəri gün xx xxxx 2019-cu il tarixdə anası X1 özünə zəng edərək bildirmişdir ki, övladı Raufun çənəsini vurub sındırmışdır. Vahid əvvəlcə telefonda bildirmişdir ki, Raufun çənəsini o, sındırmamışdır. Sonra Vahidin qudası Əfqan ona öz mobil telefonu ilə zəng edərək evlərinə dəvət etmişdir. O, Əfqana bildirmişdir ki, onlara getməyə gücü yoxdur. Vahid sonra onlara gəlmiş, anası ilə söhbət etmişlər. Anası Vahidə bildirmişdir ki, onun çənəsini əməliyyat etdirsin, şikayətçi olmasınlar. Vahid bildirmişdir ki, Göyçayda müalicə olunmuş, Elman həkim adlı həkimin yanına getsinlər, oğlunu müalicə etdirəcəkdir. Vahid, o və Vahidin qudası Əfqanla birlikdə Göyçay rayon mərkəzi xəstəxanasına getmişlər. Orada həkim onun çənəsinə baxdıb demişdir ki, o, bu çənəni əməliyyat eləyə bilməz, yalnız şina qoya bilər. Əməliyyat yalnız Bakı şəhərində aparılır. Həmin gün, saat 19:30 radələrində o, həyat yoldaşı Məmmədova İlahə ilə birlikdə Bakı şəhərinə getmək üçün evdə hazırlıq görmüşlər. Vahid öz idarə etdiyi “Mersedes” markalı avtomaşını ilə qudası Əfqanla birlikdə onlara gəlmişdir. Onlar Vahidin avtomaşını ilə birlikdə Bakı şəhərinə getmək üçün kəndlərinin ərazisindən keçən Bakı-Qazax yolunun kənarına getmişlər. Orada Vahid ona 300 manat pul vermiş və bildirmişdir ki, həkimdə müayinədən keçsin, qalanını ona deyər. O, Bakı şəhərinə getmiş, orada həkim müayinəsindən keçmişdir. Vahidə zəng edib bildirmişdir ki, özəl klinikada əməliyyat üçün 1500 manat pul lazımdır. Vahid ona bildirmişdir ki, onu vurmamışdır, müalicə pulunu vermir. Buna görə anası İradə xx xxxx 2019-cu il tarixdə DİN-in 102 xidmətinə zəng edərək Vahidin ona xəsarət yetirməsi barədə məlumat vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir, odur ki, qanunamüvafiq cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə oğlu Raufu həmkəndlisi X13 həyətində etdiyi toy məclisində iştirak etmək üçün dəvət etmişdir. Rauf həmin toya saat 12 radələrində getmiş, saat 20:30 radlərində toydan qayıtmışdır. Rauf ona demişdir ki, dişi qırılmış, dişini çəkdirmək üçün həkimə getmək istəyir. Raufun həyat yoldaşı İlahə də Raufla birlikdə kənddə işləyən diş həkiminin yanına getmişlər. Həkim Raufa bildirmişdir ki, onun çənəsi qırılmışdır, dişi ağrımır, özünü rentgen müayinəsi etdirsin. Ona görədə Rauf əvvəlcə Ucar rayon mərkəzi xəstəxanasına sonra isə Göyçay rayonuna getmişdir. Göyçay rayon mərkəzi xəstəxanasında həkim bildirmişdir ki, Raufun bir tərəfdən çənəsi sınmış, digər tərəfdən isə çıxmışdır. Rauf gecə saat 23 radələrində evə gəlmişdir. xx xxxx 2019-cu il tarixdə Rauf ona demişdir ki, Vahid toyda yumruqla vurub çənəsini sındırmışdır. Buna görə saat 09 radələrində o, Vahidə zəng etmiş, Vahid qudası Əfqanla birlikdə onlara gəlmişdir. Vahid həmin gün Raufu Göyçay rayon mərkəzi xəstəxanasına müayinə üçün aparmışdır. Göyçayda həkim Raufun çənəsinə ancaq şina qoya biləcəyini bildirsə də, o buna icazə verməmişdir. Sonra Vahidə zəng vurub evinə çağırtdıraraq, Raufu aparıb Bakıda müalicə etdirməsini xahiş etmişdir. Vahid Raufgilə axşama hazırlaşmalarını, onları Bakıya müalicə üçün göndərəcəklərini bildirmişdir. Axşam saat 20 radələrində Vahid onların həyətinə gəlmiş və öz maşını ilə Raufu, İlahəni və uşaqlarını Bakıya getmək üçün yolun kənarına aparmışdır. xx xxxx 2019-cu il tarixdə, saat 11 radələrində Raufun həyat yoldaşı İlahə ona zəng edərək bildirmişdir ki, Vahid onlara pul göndərməmiş, onlarla razılaşmır və bildirmişdir ki, Raufu o, vurmamışdır. Buna görə də o, həmin gün DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Oğlu Raufun həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən qəsdən vurularaq xəsarət yetirilməsini görməmişdir. Oğlu Rauf bildirmişdir ki, Vahid onu xx xxxx 2019-cu il tarixdə, saat 20:00 radələrində toy məclisi keçirilən həmkəndlisi Məmmədov Turalın həyətində yumruqla çənəsindən vurmuşdur. Təqsirləndirilən şəxs oğlu Raufun çənəsindən yumruqla vurmasını xx xxxx 2019-cu il tarixdə, saat 11 radələrində həyətlərində söhbət edən zaman qudası Əfqanın yanında özü etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şаhid qismində dindirilmiş X9 еyni məzmunlu ifаdə vеrərək şahid X3 göstərdiyi хüsusаtlаrı bir dаhа təsdiq еtmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdirdi ki, xx xxxx 2019-cu il tarixdə, saat 13 radələrində həmkəndlisi X6 öz həyətyanı sahəsində etdiyi toy məclisində iştirak etmiş, sonra öz evinə getmişdir. Günortadan sonra həmin toy məclisində iştirak etməmişdir. xx xxxx 2019-cu il tarixdə, saat 09:30 radələrində Vahid ilə yolda rastlaşmışlar. Vahidin avtomaşınına əyləşmiş, birlikdə Raufgilin həyətinə getmişlər. Yolda Vahid ona bildirmişdir ki, Raufun anası İradə ona zəng edərək bildirmişdir ki, axşam Turalın həyətində keçirilən toy məclisində o, Raufu vurmuşdur. Onlar birlikdə İradənin yaşadığı evin həyətinə keçmişlər. Həyətdə İradə ilə Vahid söhbət etmişdir. İradə Vahidə bildirmişdir ki, Raufu axşam toy məclisində yumruqla vurub çənəsin sındırmışdır. Vahid də bildirmişdir ki, Rauf axşam toyda sərxoş vəziyyətdə olmuşdur, mağarda rəqs etmiş, ortadan çıxmamışdır. Ona görə də Raufu mağaradan çıxartmışdır. İradə Vahidə bildirmişdir ki, Raufu müalicə etmək üçün imkanları yoxdur. Vahid ona demişdir ki, onun Göyçayda Elman adlı həkim dostu var, Raufu Göyçaya Elman həkimin yanına aparsın. İradə bildirmişdir ki, Rauf axşam Elman həkimin yanına getmiş, lakin Elman həkim onun çənəsinin müalicəsini boynuna götürməmişdir. O, Vahid və Rauf Göyçay rayon mərkəzi xəstəxanasına getmişlər və orada Elman həkimlə görüşmüşlər. Elman həkim bildirmişdir ki, Rauf axşam xəstəxanaya müraciət etmiş, bildirmişdir ki, onun çənəsini öküz vurub sındırmışdır. Həkim bildirmişdir ki, saat 15:00-dan sonra gəlsinlər və Raufun çənəsinə şina qoyacaqdır. Axşamüstü, saat 18 radələrində Vahid onlara gəlmiş, onda ot almaq üçün Vahidin 300 manat pulu olmuşdur. Həmin pulu Vahid ondan istəmiş və o, 300 manat pulu Vahidə vermişdir. Pulu istəyəndə Vahid bildirmişdir ki, Raufun evindən bildirmişlər ki, Rauf müalicə üçün Bakı şəhərinə getsə yaxşıdır, orada Raufun qohumları yaşayır. Vahid ona bildirmişdir həmin 300 manatı borc kimi Raufa verir. Onlar Vahidlə birikdə, Vahidin maşını ilə Raufun yaşadığı evin həyətinin qarşısına getmişlər. Raufun özü, arvadı və uşaqları da maşınla kəndlərinin girəcəyindəki dayanacağa aparmışlar. Orada, Bakı yolunun kənarında Rauf və ailə üzvləri maşından düşmüşlər. Vahid 300 manat pulu həmin yerdə Raufa vermişdir. O, özü Vahiddən Raufu vurub-vurmadığını soruşmuş, Vahid ona bildirmişdir ki, o, Raufu vurmamış, Raufu yalnız toy mağarından çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2019-cu il tarixdə yaşadığı Ucar rayonu, Qaradağlı kəndində öz evinin həyətində toy məclisi etmişdir. Həmin toya digər həmkəndliləri kimi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da dəvət etmişdir. Toy məclisi saat 13:00-dən gecə saat 00:00 radələrinə qədər davam etmişdir. Əvvəlcə kənd sakinləri və qonaqlar evinin həyətindəki bağda yemək yemişlər, sonra evinin yaxınlığındakı toy mağarına gəlmişlər. Həmin mağarda musiqiçilər mahnı ifa etmiş və toyda iştirak edən şəxslər rəqs etmişlər. Həmkəndlisi Rauf da toyda rəqs etmişdir. Həmin gün həmkəndlisi Rauf toyda sərxoş olduğu üçün təxminən 30 dəqiqə rəqs etmişdir. Bundan sonra toyda iştirak edən qonaqlar Raufun onların da rəqs etməsinə imkan verməməsinə narazılıq etmişlər. Vahidin Raufu vurmasını və döyməsini görməmişdir. Sonradan eşitdiyinə görə onun toyunda, mağarda həmkəndlisi Rauf birneçə dəfə mahnı sifariş edərək, rəqs etmiş, lakin onun rəqs etməyi uzun müddət davam etdiyi üçün Raufu həmkəndlisi Təqsirləndirilən şəxs mağardan kənara çıxartmışdır. Vahidin Raufu vurub döyməsini görməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şаhid qismində dindirilmiş X14 еyni məzmunlu ifаdə vеrərək şahid X6 göstərdiyi хüsusаtlаrı bir dаhа təsdiq еtmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə, saat 21 radələrində yaşadığı Ucar rayonu, Qaradağlı kəndində öz evində olmuşdur. Bu zaman bir nəfər şəxsin onu çağırmasını eşitmiş və o, həyətlərinin giriş darvazasının qarşısına çıxmış, həmkəndlisi Zərərçəkmiş şəxs darvazanın qarşısında görmüşdür. O, Ucar rayon mərkəzi xəstəxanasında diş texniki işlədiyi üçün Rauf onu həkim kimi tanımış və müraciət etmişdir. Raufdan nə olmasını soruşmuşdur. Rauf bildirmişdir ki, onu öküz vurmuşdur, dişi laxlayır, onun dişinə baxsın. O, Raufdan hansı dişinin laxlamasını soruşmuş, Rauf da bildirmişdir ki, sol tərəfədən alt çənə, arxada olan dişi laxlayır və onun dişini çəkib çıxartsın. O, Raufun dişinə baxmış, yerində laxlamağından şübhələnmiş və Raufa bildirmişdir ki, əvvəlcə Ucar rayon mərkəzi xəstəxanasına getsin, orada rentgen müayinəsindən keçsin, sonra həkimə müraciət edər. Rauf həyat yoldaşı İlahə ilə birlikdə gəlmiş və birlikdə Ucar rayon mərkəzi xəstəxanasına getmişlər. Sonradan onu kənd ərazisində görmüş və ona bildirmişdir ki, Bakı şəhərində çənə sınığından əməliyyat olunmuşdur. Rauf həmkəndlisi Təqsirləndirilən şəxs onu vurub xəsarət yetirməsi barədə heç nə deməmişdir. Təxminən 10 gün sonra kənd sakinlərindən eşitmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs Tural Məmmədovun toy mərasimi günü yumruqla çənə nahiyəsindən vurub xəsarət yetirmişdir. O, hadisənin neçə baş verməsini görməmiş, sadəcə olaraq kənd sakinlərindən eşitmişdir. Cinayət işində olan мəhkəmə-tibb ekspertizasının xx xxxx 2019-ci il tarixli, 193 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər–sol tərəf alt çənənin şişkinliyi, çənə bucağının sınığı, sol gözün ağlı qişasına yayılmış qansızma küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxx 2019-cu il tarixə uygun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az agır zərər vuran xəsarətlərə aid edilir. Hazırda araşdırılan işdən bəlli olur ki, apelyasiya şikayətinin əsas dəlillərindən biri kimi zərərçəkmiş şəxsin öz ifadəsində Göyçay rayon Mərkəzi xəstəxanasında onu öküz vuraraq xəsarət yetirməsi barədə məlumat verməsi ilə bağlı olmuşdur. Lakin, məhkəmə kollegiyası apelyasiya şikayətinin göstərilən dəlilləri ilə razılaşmır. Belə ki, həqiqətən də ibtidai istintaq zamanı zərərçəkmiş şəxs öz ifadəsində Göyçay rayon Mərkəzi xəstəxanasında onu öküz vuraraq xəsarət yetirməsi barədə məlumat vermişdir. Lakin, eyni zamanda onun ifadəsindən görünür ki, o, təqsirləndirilən şəxsdən şikayətçi olmaq istəmədiyi və təqsirləndirilən şəxsin onu müalicə etdirəcəyini fikirləşərək belə bir məlumat vermişdir. Öz növbəsində Təqsirləndirilən şəxs da müalicə üçün zərərçəkmişə 300 manat vermiş, sonradan qalan məbləği verməkdən boyun qaçırdığı üçün zərərçəkmiş baş vermiş cinayət hadisəsi barədə hüquq mühafizə orqanlarına məlumat vermmişdir. Bundan başqa işdə olan ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az agır zərər vuran xəsarətlərə aid edilir. Bunları nəzərə alan məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı saymır və bu fikirdədir ki, təqsirləndirilən şəxsin zərərçəkmişə xəsarət yetirməməsi ilə bağlı ifadəsi qeyri-səmimi olmaqla, özünümüdafiə xarakteri daşıyır. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlinin CM-in 127.1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 127.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Yuxarida şərh olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, həmin subutlar kifayət qədər aydın, mötəbər və biri-birini tamamlayan təkzibolunmaz faktlara əsaslanır. Bununla da, məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs apelyasiya şikayətində göstərdiyi (cəzanın yüngüllüyü) dəlillərinə də münasibət bildirmək istəyir. Çünki, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı da ədalətli hesab etməmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməmiş və özünü təqsirli hesab etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hökmündə ağırlaşdırıcı halların müəyyən edilmədiyini bildirmişdir. Odur ki, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs həbs cəzasının verilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini də əsaslı saymır. Çünki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə, (CM-in 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da ağır cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə X21 məhkəməsi x xxxx 2013-cü il taerixli qərarında qeyd etmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Hazırda öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən X15 vuruduğu zərəri tam ödəmiş, onunla barışmış, digər zərərçəkmiş Zərərçəkmiş şəxs vurduğu zərərin isə əhəmiyyətli hissəsini ödəmişdir. Belə olan halda, məhkəmə kollegiyası Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxsə CM-in 127.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmü onlara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(063)-11/2020 nömrəli hökmü onlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar