Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-61/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-in 234.1 və 234.2-ci maddələrilə məhkum edilmələrinə dair Şəki Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1969-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, tam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şəki şəhəri, F.Sadıqov küçəsi, ev 3, mənzil 1-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.2-ci maddəsi ilə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə uyğun olaraq təyin edilən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, ona CM-in 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicənin təyin olunması, onun “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyata olmasının nəzərə alınması, iş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,17 qram, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,108 qram və 0,023 qram, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,237 qram, 03 ədəd zərfin içərisində ekspertiza tədqiqatından sonra ümumi xalis çəkisi 0,538 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlərin CPM-in 132.01-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş “Nokia” markalı, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş “Bilayn” markalı mobil telefonların onların özlərinə qaytarılması, iş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs3 üstündən aşkar olunaraq götürülmüş 10 manat, yəni 2 ədəd 5 manatlıq C29173075 seriya nömrəli və C27052316 seriya nömrəli pul əsginaslarının CPM-in 132.0.4-cü maddəsinə əsasən, dövlət nəfinə keçirilməsi, iş üzrə mülki iddia və maddi ziyanın olmamasının nəzərə alınması, 71,94 manat ekspertiza xərcinin 24,32 manatının Təqsirləndirilən şəxs1, 24,31 manatının Təqsirləndirilən şəxs3 və 24,31 manatının isə Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə (AZ.MEM VÖİN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba) köçürülməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 qəsdən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdır. Belə ki, o, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə bir il, on bir ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, cəzasını çəkib qurtarmadan xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində Şəki şəhəri, F.Sadıqov küçəsində tanışı Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi olmadan özü istifadə etmək məqsədilə, qanunsuz olaraq bir ədəd qara-ağ rəngli kağız bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 15 manata alıb əldə edib, üzərində saxlayaraq daşımış, göstərilən tarixdə, saat 17:15-də Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən Texnologiya Kollecinin yaxınlığında saxlanılaraq M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarın ön kiçik cibindən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda Təqsirləndirilən şəxs2 alıb əldə edərək özündə saxlayaraq daşıdığı bir ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və satış məqsədilə, həmçinin özü istifadə etmək məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azadlığa çıxmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən eyni qəbildən olan cinayət əməlini, yəni qəsdən, tamah niyyəti və satış məqsədilə, həmçinin özü istifadə etmək məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Şəki şəhəri, F.Sadıqov küçəsində yaşadığı ev 3/1 nömrəli evin qarşısında tanışı Təqsirləndirilən şəxs3 30 manata qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd sellofan bükümdə 0,411 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə olan heroinin 0,220 qramını Şəki şəhəri, F.Sadıqov küçəsində yaşadığı evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 15 manata satmışdır. Bundan başqa, o xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində qəsdən, satış məqsədi ilə və özü istifadə etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 30 manata qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd selofan bükümdə əldə etdiyi 0,411 qram çəkidə narkotik vasitə olan heroinin 0,220 qramını satdıqdan sonra qalan şəxsi istehlak miqdarından artıq 0,191 qramını qanunsuz daşıyaraq üstündə saxlamış, həmin gün saat 21:35 radələrində Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, F.Sadıqov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sol yan cibindəki kibrit qutusunun içərisində özü istifadə etmək məqsədilə saxladığı bir ədəd sellofan bükümdə çəkisi 0,158 qram, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə çəkisi 0,033 qram, ümumi təmiz çəkisi 0,191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən, istintaqa məlum olmayan mənbədən tamah niyyəti və satış məqsədilə, həmçinin tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək üçün qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə bir il on bir ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, cəzasını çəkib qurtarmadan qəsdən, istintaqa məlum olmayan mənbədən tamah niyyəti və satış məqsədilə, həmçinin özü istifadə etmək məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,698 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində qanunsuz əldə etdiyi həmin narkotik vasitə olan heroinin 0,411 qram çəkidə olan hissəsini Şəki şəhəri “Loğman” aptekinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 30 manata satmışdır. Bundan başqa, o, satış məqsədi ilə və özü istifadə etmək məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni əldə etdiyi 0,698 qram çəkidə narkotik vasitə olan heroinin 0,411 qramını satdıqdan sonra qalan şəxsi istehlak miqdarından artıq 0,287 qram olan hissəsini qanunsuz daşıyaraq üstündə saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 02:50 radələrində Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən «Loğman» aptekinin yaxınlığında saxlanılaraq M.F.Axundov prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki boz rəngli şalvarın sol yan cibindəki «West» markalı siqaret qutusunun içərisində özü istifadə etmək məqsədilə saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,287 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti vermişdir. Hökmdən apellyasiya şikayətinə qarşı etiraz və apellyasiya protesti verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti məhkəmənin yüngülləşdirici halları nəzərə almaması, həbs olunan zaman korona xəstəliyinə tutulmasını, müalicə aldığı xəstəxanadan verilmiş rəyin və himayəsində 82 yaşında qoca anasının olmasını nəzərə alınaraq cəza müddətinin müəyyən qədər azaldılması xahişi ilə əsaslandırılmışdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təqsirimi etiraf edirəm. Ailə şəratimi, xəstəliyimi nəzərə alıb imkan daxilində mənə təyin edilmiş cəzanın azaldılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov bildirmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər də məhkum olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin buna baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs2 əməlində residivin olmasını nəzərə alaraq ona cəza təyin etmişdir. Cinayət qanunvericiliyin tələblərinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Hesab edirəm ki, birinci intansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və onun şəxsiyyəti nəzərə alınaraq ona ən aşağı həddə cəza təyin edilmişdir. Apellyasiya şikayəti əsassızdır. Ona görə onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 bildirmişdir ki, birinci intansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 ağır cəza təyin edilmişdir. Qanunvericiliyin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Müdafiə tərəfi hesab edir ki, Mubariz Məmmədova daha yüngül cəza təyin edilməklə onun islah olunması və cəzanın məqsədinə nail olunması mümkündür. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və ona təyin edilmiş cəzanın azaldılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs Mübariz Məmmədovun CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya şikayətindən və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və satış məqsədilə, həmçinin özü istifadə etmək məqsədilə xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində Şəki şəhəri, F.Sadıqov küçəsində yaşadığı 3/1 nömrəli evin qarşısında tanışı Təqsirləndirilən şəxs3 30 manata qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd sellofan bükümdə 0,411 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində qanunsuz əldə etdiyi həmin narkotik vasitə olan heroinin 0,220 qram çəkidə olan hissəsini Şəki şəhəri, F.Sadıqov küçəsində yaşadığı evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 15 manata satmışdır. Bundan başqa, Mübariz Məmmədov bundan əvvəl Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. Mübariz Məmmədov əvvəllər qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır (CM-in 18.1-ci maddəsi). Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-in 65.1). Eyni zamanda, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 65.2). Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından Təqsirləndirilən şəxs2 qəti olaraq təyin olunmuş dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. İşin halları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs Mübariz Məmmədovun törətdiyi CM-in 234.1 və 234.2-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə isə CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınaraq, ittiham olunduğu maddələrin aşağı həddində cəza təyin olunmuşdur. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıları”nın narkotik vasitələrə aid İ siyahısının 5-ci bəndinə əsasən heroin narkotik vasitədir və onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Mübariz Məmmədovun cinayəti 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz çəkisi 0,411 qram) hesab olunan narkotik vasitə heroin istifadə etməklə törətməsi, digər bir şəxsə satması, əməlin cəmiyyət üçün hər zaman xüsusi təhlükəli əməl kimi qalması, bundan əvvəl də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı (CM-in 234.1ci maddəsi) cinayət törətməsi və məhkumluğu ödənilmədiyi, götürülmədiyi halda yenidən cinayət törətməsi, əvvəlki cəzanın islah təsirinə məruz qalmaması onu göstərir ki, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Mübariz Məmmədovun şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran hаllаrın olmasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Belə olan halda Mübariz Məmmədovun apellyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-61/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-61/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver