Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-62/2023 29.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və X2 ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ birinci dərəcəli hüquqşünas X1, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(024)-65/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxsun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(024)-65/2022 nömrəli (sədrlik edən hakim X6) hökmü ilə, xx.xx.1983-cü ildə Qax rayonunun Güllük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Qax rayonunun Güllük kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 237.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla onun üzərində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdən 27 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə zalından həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli onun tutulduğu 17 noyabr 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Qax rayon polis şöbəsində saxlanılan 449,95 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 209.82 qram olan 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin kolları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi və 01 ədəd DVD diskinin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi müəyyən edilmişdir. işin halları: İstintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, о, qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 2021-ci ilin yay aylarında yaşadığı Qax rayonu, Güllük kəndində yerləşən meşəlik ərazidə olan kolluq sahədən yabanı halda bitmiş 1 ədəd narkotik tərtkibli çətənə bitki kolunu qırıb yaşadığı evə gətirməklə saxlamış, həmin bitkini yaşadığı evin həyətində yerləşən mal tövləsində qurutmuş, daha sonra o, 2022-ci ilin may ayının əvvəllərində qurutduğu narkotik tərkibli çətənə kolundan olan 9 ədəd toxumu 9 ədəd sintetik stəkan formalı qabda becərmiş, bundan sonra 2020-ci ilin may ayının ortalarında həmin toxumlardan cücərmiş 9 ədəd narkotik tərkibli bitki kollarını (şitillərini) yaşadığı evinin yaxınlığında yerləşən zibillik sahəyə əkmiş, 23 iyun 2022-ci il tarixdə həmin çətənə bitkilərini 10 litirlik plastik vedrəyə qoyaraq yaşadığı kəndin yaxınlığında olan meşəyə aparıb orda kolluqların arasında əkmiş, yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, 25 iyun 2022-ci il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirəri zamanı sonuncunun X16 X4 Meşəbəylinin Güllük kəndində yerləşən meşəlik sahəyə baxış keçirilən zaman oradan Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi xeyli miqdarda, yəni ümümi çəkisi 210 qram olan 9 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin kolları, bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən mal tövləsinə onun könüllü razılığı və iştirakı ilə keçirilən baxış zamanı oradan sonuncunun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofon torbada əldə edib saxladığı, özü istifadə etmək məqsədilə qurutduğu ümumi təmiz çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(024)-65/2022 saylı hökmündən Təqsirləndirilən şəxsun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxsun müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində daha yüngül cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmündən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətinin təmin olunmasını, təqsirləndirilən şəxə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas X9 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Qax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(024)-65/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət prosesi tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxsun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(024)- 65/2022 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1 və 237-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi 2021-ci ilin yay aylarında Qax rayonu Güllük kəndinin ərazisində yerləşən meşədə kolluq sahədə odun üçün çırpı yığan zaman yabanı halda bitən narkotik tərkibli bitki olan çətənə kolunu çıxardaraq sellofan torbaya qoymuş və evə gətirmişdir. Həmin evə gətirdiyi narkotik tərkibli çətənə bitkisini yaşadığı evin həyət darvazasından sol tərəfdə yerləşən mal tövləsinin içərisində gizlədərək qurutmuş, kolun üstündəki 9 ədəd toxumları isə siqaret qutusunun içərisinə qoyaraq divarın küncündə olan boşluqda gizlətmişdir. 2022-ci ilin may ayının əvvəlində 9 ədəd toxumun hər birini balaca plastik stəkanlarda əkmişdir. Təxminən 15 gün sonra həmin toxumlar cücərməyə başlamış, həmin bitkiləri kimsənin görməməsi üçün evin yaxınlığında yerləşən zibilliyin yanında torpağa əkmiş, su vermiş, diblərini yumşaldaraq qulluq etmişdir. xx.xx.2022-ci il tarixdə həmin bitkilər böyüdüyü üçün onları kiminsə görəcəyindən ehtiyat edərək 10 litirlik boya vedrəsinə qoyaraq kəndin yaxınlığında olan meşəyə aparıb kolluqların arasında əkmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı evdən çıxıb əkdiyi narkotik tərkibli bitkilərə qulluq etmək üçün meşəyə gedən zaman yolda mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat aldıqlarını bildirmişlər. O, polis əməkdaşlarına evdə narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını gizlədərək qurutduğunu və həmin bitkinin şitillərini meşədə əkdiyini etiraf etmişdir. Polis əməkdaşları həmin bitkini əkdiyi yeri göstərməyi təklif etmişlər. Bundan sonra onun, polis əməkdaşlarının və aqronomun iştirakı ilə narkotik tərkibli bitkiləri əkdiyi meşəlik sahəyə baxış keçirilmiş, 9 ədəd narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onun razılığı ilə yaşadığı evin həyətində yerləşən tövləyə baxış keçirmiş, o gizlətdiyi həmin qurudulmuş marixuananı polisə təqdim etmişdir. Daha sonra polis əməkdaşları bu barədə protokol tərtib etmişlər. Narkotik vasitələr tərəzidə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitəni satmaq niyyəti olmamış, hərdənbir özü istifadə etmək üçün yetişdirmiş və qurudaraq üstündə saxlamışdır. O, özü çəkmək üçün marixuanadan istifadə edir, lakin onun satışı ilə məşğul olmamışdır. Hərəkətindən səmimi peşmandır. Himayəsində işləməyən arvadı, iki azyaşlı övladı vardır. Ailənin yeganə qazanc gətirənidir. Hərəkətindən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qax RPŞ-nin CABın əməliyyat müvəkkili vəzifəsində çalışır. 25 iyun 2022-ci il tarixdə əməliyyat aparatına Qax rayonu Güllük kənd sakini Əhməd adlı şəxsin üstündə qanunsuz olaraq narkotik vasitə saxlaması və yetişdirməsi barədə məlumat daxil olmuş, dərhal əməliyyat planı hazırlanmışdır. Digər polis əməkdaşları ilə birlikdə həmin gün Qax rayonu Güllük kəndi ərazisində Əhməd adlı şəxs saxlanılmış və özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, baxış zamanı onun üzərindən hər hansı qeyri-qanuni əşaya və yaxud narkotik vasitə aşkar olunmamışdır. Sorğu zamanı Əhməd adlı şəxs evdə narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını gizlədərək qurutduğunu və həmin bitkinin şitillərini meşədə əkdiyini etiraf etmişdir. Əhməd adlı şəxsə həmin bitkiləri əkdiyi yeri göstərməsi təklif edilmiş, onun, polis əməkdaşlarının və aqronomun iştirakı ilə narkotik tərkibli bitkiləri əkdiyi meşəlik sahəyə baxış keçirilmiş, 9 ədəd narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək kökündən çıxardılaraq götürülmüşdür. Bundan sonra Əhmədin razılığı ilə yaşadığı evin həyətində yerləşən tövləyə baxış keçirmiş, Əhməd orada gizlətdiyi qurudulmuş marixuananı polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs bitki kollarının narkotik tərkibli çətənə bitkisi olduğunu, 2021-ci ilin may aylarında Qax rayonu Güllük kəndi ərazisində yabanı halda bitmiş çətənə bitkisini evə gətirərək qurutduğunu, 09 ədəd toxumlarını isə əvvəlcə evdə palstik qablarda əkdiyini, cücərdikdən sonra isə şitillərini meşə ərazisində əkdiyini, onlara aqrotexniki qaydada qulluq göstərdiyini, təxminən 09 ədəd çətənə bitkisinin ştilini yetişdiyini bildirmişdir. Həmin bitki kütlələri tərəzidə çəkən zaman kütlənin çəkisi 455 qram olmuşdur. Baxışda iştirak edən Qax rayon DAİM-nin bitkiçilik sektorunun müdiri Şahid4 aşkar olunmuş 09 ədəd bitki şitillərinin narkotik xassəli çətənə bitkisinin şitilləri olmasını və onlara aqrotexniki qaydada qulluq edildiyini təsdiq etmişdir. Baxış zamanı aşkar edilənlər qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İlyas Əhmədovun narkotik vasitə satması və ya satmaq məqsədi ilə saxlaması əməliyyat yolu ilə müəyyən olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin əməkdaşları Şahid3 və Şahid2 Qazi oğlu məhkəmə iclasında verdiyi ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qax rаyоnu DAİM-də bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. 25 iyun 2022-ci il tarixdə təxminən saat 17 radələrində Qax rayon polis şöbəsinin əməkdaşlarının dəvəti ilə Qax rayonu Güllük kəndi ərazisində olan meşə massivində kolluq sahəyə baxış keçirilməsində iştirak etmişdir. Ondan başqa baxış keçirilməsində təxminən 3 nəfər polis əməkdaşı iştirak etmişdir. Həmin baxış video çəkilişdən istifadə edilmiş, baxış zamanı həmin yerdə olan ağacların arasında 2 kvadrat metr ərazidə 3 ədəd çətənə bitkisinə bənzər kol aşkar edilmişdir. Həmin bitkilərin hər birinin dibinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Həmin kol bitkilərinə baxış keçirilən zaman diblərinin alaq otlarından təmizənməsini, su verilməsini aşkar edib, bitkilərə aqrotexniki qaydada qulluq edilərək becərildiyini demişdir. Daha sonra həmin bitki kollarının yanında plastik vedrənin içərisində gübrə və torpaq müəyyən edilmişdir. Baxışda iştirak edən İlyas Əhmədov həmin kolların özü tərəfindən 2022-ci ilin may ayının əvvəllərində əkildiyini və suvarmaqla qulluq göstərdiyini söyləmişdir. Bunun ardınca həmin kollar nömrələnmiş və fotoşəkilləri çəkilmişdir. Sonra kollar kökündən dartılmaqla torpaqdan çıxarılmışdır. Baxışda iştirak edən İlyas Əhmədov 9 ədəd kolu suvarmaqla diblərini becərdiyini demişdir. Daha sonra bitki kolları polis əməkdaşları tərəfindən qablaşdırılmış və ekspertiza tədqiqatına göndərilmələri üçün möhürlənmişdir. Bundan sonra protokol tərtib edilmiş və o, digər iştirakçılar ilə birlikdə həmin protokola imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri ilə yanaşı, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla da tam sübuta yetirilmişdir. İşin 98-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon X5 Hüquqi şəxsin 04 iyul 2022-ci il tarixli, 794 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin narkoliji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İşin 125-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 21 aprel 2022-ci il tarixli 248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür İşin 48-49-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/531 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılımış kağızda “... Təqsirləndirilən şəxs tərəfindən əkilmiş» yаzısı olan sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri 210,0 qram olan 09 (doqquz) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid4 25 iyun 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən mal tövləsindən götürülmüş...” yazısı olan sarı rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi-450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqatdan sonra çətənə bitkisinin qalığı 209.82 qram, qurudulmuş marixuananın qalığı 449.95 qramdır. İşin 47-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 34.55 manatdır. İşin 29-34-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, həmin gün hal şahidlərinin iştirakı ilə Qax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, baxış zamanı onu üstündən hər hansı bir qannsuz əşya və yaxud narkotik vasitə aşkar olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs Qax rayonu Güllük kəndində yerləşən evin həyətindəki tövlədə narkotik vasitə olan qurudulmuş marixuananı gizlətdiyini bildirdi. İşin 40-41-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirəri zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində yerləşən tövləyə baxış keçirilmiş, baxış zamanı tövlədən taxtaların arasında saxladığı sarı rəngli sellofan torbada olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 0.455 qram olmuşdur. Aşkar olunmuş bitkilər kökü ilə birlikdə Qax RPŞ-nin əməkdaşları tərəfindən çıxarılmış, qablaşdırılmış, qurudulmuş marixuanaya bənzər kütlə isə sellofan torbaya qoyulmuş və RPŞ-nin möhürü ilə möhürlənmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşin 40-41-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirəri zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində yerləşən tövləyə baxış keçirilmiş, baxış zamanı tövlədən taxtaların arasında saxladığı sarı rəngli sellofan torbada olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 0.455 qram olmuşdur. Aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə sellofan qablaşdırılmış və RPŞ-nin möhürü ilə möhürlənmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşin 15-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonunun Güllük kəndində meüşə ərazisində əkdiyi ümumilikdə 09 (doqquz) ədəd narkotik tərkibli çətənə bitkilərinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 17-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə saat 18:10-da tutulmuşdur. İşin 83-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan görünür ki, həmin Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə Qax RPŞ-nin MSY-dən azad edilmişdir. İşin 142-149-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş müstəntiqin “maddi sübut kimi tanınma” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs evinin həyətində yerləşən tövlədən və onun əkdiyi meşə massivindən aşkarlanmış 13 sentyabr 2022-ci il tarixli qərarla 449,95 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin kolları, 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün Qax RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İşin 72-73-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin tövləsindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixunanı əldə etdiyi yeri, yəni Qax rayonu, Güllük kəndi ərazisində yerləşən ərazidə narkotik tərkibli çətənə bitkisinin kolunu çıxardığı, evdə qurutdiqdan sonra onun toxumlarını əkdiyi yeri və şəraiti göstərmişdir. İşin 123-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Güllük kənd İƏD-nin verdyi xx.xx.2022-ci il tarixli 156 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Güllük kəndində qeydiyyatdadır. İşin 124-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Güllük kənd İƏD-nin verdyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 99-100-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 120-ci və 122-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş AZ-İV № 066720 və AZ-İİİ № 882139 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X7 xx.xx.2018ci, X8 isə xx.xx.2016-cı ildə doğulmuşdur. İşin 121-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş AZ-İİ № 175758 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Heydərova (İlyasova) Səidə Əlimxan qızının nikahları 13 yanvar 2016-cı ildə rəsmi qeyd edilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1 və 237.2.1-ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 234.1 və 237.2.1-ci mаddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi hökmündən verilmiş apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki halları və əməlin tövsifi mübahisələndirməyərək, yalnız Qax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(024)-65/2022 saylı hökmünün cəzaya aid hissədə yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kоllеgiyаsı birinci instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin himayəsində 02 (iki) azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, onun barəsində ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını kultivasiya etmiş olduğu çətənə kollarının sayının 9 ədəd olmasına və yaşadığı evin tövləsindən aşkar edilmiş özü istifadə etmək məqsədilə qurutduğu ümumi təmiz çəkisi 450 qram olan qurudulmuş marixuanaya uyğun və əsaslı hesab edir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı da Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanununa görə Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarları 3-15 ədəd (6-30 hissə) çətənə növlü bitkilər olduqda xeyli miqdar təşkil etmiş olur. Göründüyü kimi 3 ədəddən çöx çətənə növlü bitkilərin əkilməsi Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibini yaratdığından və həmin maddənin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsi də cəza təyini zamanı aşkar olunmuş çətənə kollarının sayının 10 ədəd olmasını, o cümlədən onun yaşadlığı evin tövləsindən aşkar edilmiş 450 qram olan qurudulmuş marixuananın olmasını nəzərə alaraq həmin maddə ilə haqlı olaraq azadlıqdan məhrumetə növündə cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı qanuni və əsaslı hesab edir və ona daha yüngül cəza növünün təyin edilməsinə lüzum görmür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(024)-65/2022 saylı hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(024)-65/2022 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-62/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-62/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver