Məhkəmə qərarları › İş №1(107)-63/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-63/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-63/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 saylı ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. işin halları: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə saat 07 radələrində Göyçay rayonu Alxasava kəndində yerləşən taxıl əkdiyi əkin sahəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs ağac parçası ilə kürək nahiyyəsindən vuraraq ona sağ kürəkaltı nahiyyəsinin tış hissəsinin, sağ budun yuxarı 1/3nin hissəsinin yan səthinin qançırları, sol baldırın yuxarı 1/3-nin hisəssinin ön səthinin sıyrığı, ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən və yumruqla üz nahiyyəsindən vuraraq ona burun sümüklərinin yerinin dəyişməmiş sınığı ilə nəticələnən, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilərək barəsində cərimə növündə cəza təyin edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Özü kənd təsərrüfatı işləri ilə məşğul olmaq sahibkar kimi fəaliyyət göstərir. Ona görə də ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası onun iş fəaliyyətinə mənfi təsir gğstərir. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının şərti hesab edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, işi ilə əlaqədar ünvan 2 yaşayır. xx.xx.2020-ci il tarixdə saat 06 radələrində Göyçay rayonu Alxasava kənd ərazisində icarəyə götürərək əkib becərdiyi taxıl sahəsinə gəldikdə Zərərçəkmiş şəxs xırdabuynuzlu mal-qaranı taxıl sahəsinə salıb otardığını görmüşdür. Həmin torpaq sahəsinin yaxınlığında Şahid1 məxsus ferma olmuşdur. Şahid1 onun əkdiyi həmin torpaq sahəsinin 300 hektarının ona məxsus olmasını iddia etmişdir. X13 Vəliyevə məxsus həmin ərazidə yerləşən fermada çoban işləmişdir. Rasim Tanrıverdiyevə bir neçə dəfə həmin torpaq sahəsində əkdiyi taxılı mal-qara salıb otardığına görə iradını bildirmişdir. Rasim Tanrıverdiyev isə Şahid1 həmin torpaq sahəsinin ona məxsus olduğunu və mal-qaranı otara biləcəyini demişdir. Bir neçə dəfə Rasim Tanrıverdiyevi həmin taxıl sahəsini mal-qara salaraq otlatmasını aşkar edib xəbərdar etsə də heç bir nəticə verməmişdir. xx.xx.2020-ci il tarixdə saat 06 radələrində Rasim onun maşınını gördükdə əkin sahəsindən qaçıb uzaqlaşmaq istəmişdir. Maşını Zərərçəkmiş şəxs yanına sürüb maşından düşdükdə Rasim mal-qaranın içərisində olan çoban itlərini onun üzərinə gəlməsi üçün qızışdıran zaman, Rasimin əlində olan çomağı ondan alıb itləri özündən uzaqlaşdırmışdır və ağacı kənara atmışdır. Zərərçəkmiş şəxs qolundan tutub nə üçün taxıl sahəsini otarmasını soruşduqda Rasim ona yerin Şahid1 məxsus olduğunu, yaxşı etdiyini bildirdikdə, əsəbləşib sağ yumruğu ilə Zərərçəkmiş şəxs üz nahiyyəsinə zərbə endirmişdir. Zərərçəkmiş şəxs polis şöbəsinə getmələrini dedikdə Rasim onlardan uzaqlaşmaq istəmiş bu zaman, Rasimi saxlamaq istədikdə Rasimin onun əlində çıxacağını gördükdə onu itələyib yerə yıxmış, bu zaman Rasim yerdən qalxıb qaçmaq istədikdə, yerdən ağac parçasını götürüb Rasim ayağına və bel nahiyyəsinə zərbə endirmişdir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Şahid1 Balammət oğluna məxsus Göyçay rayonu Alxasava kəndində yerləşən fermada çoban işləmişdir. Şahid1 həmin fermanın ətrafında 300 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsində xırda buynuzlu mal-qaranı otara biləcəyini ona bildirmişdir. Özünə və Şahid1 məxsus xırda-bunuzlu mal-qaranı həmin torpaq sahəsində otarmışdır. X8 ilə Şahid1 arasında həmin torpaq sahəsi ilə bağlı mübahisə olmuşdur. Həmin torpaq sahəsində Təqsirləndirilən şəxs taxıl əkmişdir. xx.xx.2020-ci il tarixdə saat 06 radələrində xırdabuynuzlu mal-qaranı otramaq üçün sahəyə gətirmişdir. Heyvanları otararkən Seymur Məhərəmov və Şahid3 həmin sahəyə gəlmişlər. Seymur Məhərəmov ona yaxınlaşıb əlində olan ağacı ondan alıb qolundan tutaraq nə üçün taxıl sahəsini otaradığını ondan soruşduqda, Seymura həmin yerdə heyvan otarmağını ona Yarmətin dediyini bildirmişdir. Seymur qolundan tutaraq çəkməyə başlamış, Seymura müqavimət göstərdikdə Seymur sağ əli ilə onun sol gözündən və burun nahiyyəsindən yumruq zərbələri vurmuş,burnu qanamışdır. Seymur onu dartarkən, Seymurun əlindən çıxmaq istəmiş, həmin vaxt Seymur onu itələmiş, yerə yıxılaraq hər iki ayağından xəsarət almışdır. Yerdən qalxmaq istədikdə Təqsirləndirilən şəxs ağacla onun sol ayağının diz nahiyyəsindən vurmuş, sonra Seymur bir ağac zərbəsini də onun kürək nahiyyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir və barəsində qanuni tədbirlər görülməsin xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay rayonu Alxasava kəndində ona məxsus ferma təsərüffatı vardır həmin ferma təsərüffatının yaxınlığında mərhum qaynatası X4 məxsus 300 hektar torpaq sahəsi olmuş və həmin torpaq sahəsini otlaq kimi istifadə etmişdir. 2018-ci ildən Təqsirləndirilən şəxs həmin torpaq sahəsində taxıl əkmiş və aralarında mülki mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs Hacıməməd oğlu onunla birlikdə fermada həm öz heyvanlarını həm də onun heyvanlarını saxlayaraq çobanlıq etmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs heyvanları nobata aparmış, saat 07 radələrində heyvanlara baş çəkmək üçün Rasimin yanına getdikdə Rasimin heyvanların yanında olmadığını görmüşdür. Dərhal Rasimin mobil nömrəsinə zəng etdikdə zəng çatmamış DİN-nin 102 xidmətinə müraciət edib Zərərçəkmiş şəxs oğurlandığını bildirmişdir. Təxminən 1 saat sonra təhqiqatçı ona zəng edib Zərərçəkmiş şəxs polis şöbəsində olduğunu, döyüldüyünü və şikayət etmək üçün gəldiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs onu Göyçay rayonu Aşağı Qaraməryəm kəndindən götürüb taxıl sahəsinə baxmağa getdikdə Zərərçəkmiş şəxs xırdabuynuzlu mal-qaranı taxıl sahəsinə salıb otardığını görmüşlər. Rasim maşını gördükdə oradan qaçıb uzaqlaşmaq istəmişdir. Seymur maşını Zərərçəkmiş şəxs yanına sürüb maşından düşdükdə Rasim mal-qaranın içərisində olan çoban itlərinin Seymurun üzərinə getmələri üçün qızışdıran zaman Seymur Rasimin əlində olan çomağı alıb itləri özündən uzaqlaşdırmış və ağacı kənara atmışdır. Zərərçəkmiş şəxs qolundan tutub nə üçün taxıl sahəsini otarmasını soruşduqda Rasim Seymura yerin Şahid1 məxsus olmasını, yaxşı etdiyini bildirmişdir. Seymur əsəbləşib sağ əliylə Zərərçəkmiş şəxs üz nahiyyəsinə zərbə endirmişdir. Zərərçəkmiş şəxs polis şöbəsinə getmələrini dedikdə Rasim onlardan uzaqlaşmaq istəmiş bu zaman Seymur Rasimi saxlamaq istəmiş və Rasimi itələyib yerə yıxmışdır. Təqsirləndirilən şəxs sahə rəisinə zəng edərək Rasimin taxıl sahəsinə qoyun salıb otardığını bildirmiş və sahə rəisi Seymura polis şöbəsinə müraciət etməsini demişdir. Bu zaman Rasim yerdən qalxıb qaçmaq istədikdə Seymur yerdən ağac parçasını götürüb Rasimin ayağına və bel nahiyyəsinə zərbə endirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 156 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: Gövdənin arxa səthində sağ kürəkaltı nahiyyənin tış hissəsinin, sağ budun yuxarı 1/3-nin yan səthinin qançırları və sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı küt-bərk əşyanın təsirindən törənmişdir, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sol göz yuvası ətrafı nahiyyədə sol göz yarığının bir qədər daralması, sol gözünün selikli qışasına qansızma ilə müşahidə edilən qançır və burun sümüklərinin yerini dəyişməmiş sınığı küt-bərk əşyanın təsirindən törənmişlər, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2020-ci il tarixli 2881 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon X2 Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmçinin onun cəzasını ağırlaşdırılan halları müəyyən edilməmişdir. Həmçinin Apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinaytə Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını onun şəxsiyyətinə, işin faktiki hallarına (zərərçəkmiş şəxs ilə hal-hazıradək barışıq əldə etməməsi) uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və özünün şəxsiyyətinə uyğun olan, eyni zamanda, zərərçəkmiş şəxsin mənafelərini nəzərə alan, habelə cəzanın məqsədlərini və islah təsirini təmin etməyə imkan verən qanuni və əsaslı cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqlığın məhdudlaşdırılması) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli, 1(046)-68/2020 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar