Məhkəmə qərarları › İş №1(107)-64/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-64/2020

08.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-64/2020 08.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrəidarəsinin Şəki şöbəsinin Şəki Apelyasiya məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas X2, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(054)-20/2019 saylı qərarından Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxaraq, müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (sədrlik edən hakim Kamran Sülyemanaov) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, xx xxxxxx 1999-cu il tarixdə Oğuz rayonu, Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, Zərdab şəhəri, Oğuz rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(054)-20/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının daha ağır cəza ilə əvəz edilməsinə dair Oğuz rayon icra və probasiya şöbəsinin təqdimatına xx xxxxxx 2020-ci il tarixdə baxılmış, Məhkum Təqsirləndirilən şəxs ona təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli şəkildə boyun qaçırdığına görə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 7 (054) -1 / 2020 nömrəli qərarı ilə daha ağır cəza ilə - azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1 (054) - 20 / 2019 nömrəli hökmündən apellyasiya şikayəti vermiş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkum Təqsirləndirilən şəxs vəsatətdə qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin tələblərini, məhkəmənin hökmündən apellyasiya şikayəti verilməsinin mümkünlüyünü və verilmə qaydalarını bilmədiyindən Oğuz Rayon Məhkəməsinin onun barəsində olan xx xxxxxx 2019-cu il tarixli 1 (054) - 20 / 2019 nömrəli hökmündən vaxtında apellyasiya şikayəti verə bilməmiş və qanunla müəyyən edilmiş prosessual müddəti üzürlü səbəblərdən buraxmışdır. Hazırda o, məhkəmənin qeyd olunan hökmündən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Ona görə də həmin hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(054) - 20 / 2019 nömrəli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqda məhkum Təqsirləndirilən şəxs vəsatəti təmin edilməməsi və apellyasiya şikayətin məhkum Təqsirləndirilən şəxs qaytarılması müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli l(054)-20/2019 nömrəli Hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(054)-l/2020 nömrəli Qərarı ilə azadlığın məhdudlaşdıqılması cəzasının çəkilməmiş qalan 1 il 2 ay 1 gündən ibarət hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəzləşdirirlərək cəzaçəkmə müəssəsınə göndərilmişdir. Hal hazırda xx.xx.2020 ci il tarixdən başlayaraq Şəki Pentensiar müəssəsində cəza çəkir. Cinayət prosesual qanunvericiliyini, o cümlədən məhkəmənin hökmündən apellyasiya şikayətinin verilə bilməsini və verilmə qaydalarını bilmədiyindən, o, keyfiyyətli hüquqi yardımla təmin edilmədiyindən Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Hökmündən şikayət verilmə müddətini buraxmış, sonradan bu barədə məlumatlı olmuş və apellyasiya şikayəti müddətinin bərpa edilməsi üçün Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, tərəfindən şikayət müddətinin buraxılmasını məhkəmə üzürlü hal kimi saya bilər. Oğuz Rayon Məhkəməsi isə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətinin rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmə Rəhman Hübətovun çox gənc olmasını, cinayət prosessual qanunvericiliyini bilməməsini, ona keyfiyyətli hüquqi yardımın göstərilməməsini nəzərə almadan vəsatətini düzgün olmayaraq rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi izahat və çıxışlarında Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdilər. Məhkum Təqsirləndirilən şəxs əlavə olaraq izahatında bildirdi ki, o, orta məktəbi 8-ci sinifə kimi oxuduğuna görə yazıb-oxuya bilmir. Birinci instansiya məhkəməsi iclasında hökm elan edilərkən məhkəmə iclasında iştirak etmişdir. Hüquqi savadı olmadığına görə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayətini gec vermişdir. İcra orqanı tərəfindən cəzasının icrası ilə bağlı ona tətbiq edilmiş elektron nəzarət vasitəsini özünü təqsirli bilmədiyi üçün və tanışları onunla zarafat etdikləri üçün sındırmışdır. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən zərərçəkmiş hüquqi şəxs X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxs X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, məhkum və onun müdafiəçisinin, eləcə də dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Təqsirləndirilən şəxs barəsində məhkəmənin icraatında olmuş 1(054)20/2019 nömrəli cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə məhkəmə iclaslarında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan hüquqları, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya şikayəti vermək hüququ Təqsirləndirilən şəxs izah edilmişdir. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs müdafiəçisi də iştirak etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(054)- 20/2019 nömrəli hökmünün surəti Təqsirləndirilən şəxs rəsmi qaydada təqdim edilmiş, həm hökmdə, həm də hökmün surətinin təqdim olunması barədə qəbzdə hökmdən apellyasiya şikayəti vermək hüququ ona izah edilmişdir. Təqsirləndirilən şəxs məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 1(054)-20/2019 nömrəli hökmünün surətini xx xxxxxx 2019-cu il tarixdə qəbzə imza edərək alması barədə sənəd iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1 (054) - 20 / 2019 nömrəli hökmü çıxarılarkən Təqsirləndirilən şəxs həbsdə olmadığından onun tərəfindən həmin hökmdən apellyasiya şikayəti vermək üçün müddət hökmün elan olduğu andan 20 (iyirmi) gün keçəndən sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə bitmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(054) - 20 / 2019 nömrəli hökmünün elan edildiyi və hökmün surətinin ona rəsmi qaydada verildiyi vaxtdan 5 (beş) aydan da artıq müddət keçəndən sonra, həm də ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi daha ağır cəza olan azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdən sonra həmin hökmdən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi haqda vəsatət vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs vəsatətdə qeyd etdiyi xüsusatlar hökmün surətinin ona verildiyi vaxtdan 5 (beş) aydan artıq müddət keçəndən sonra həmin hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas deyildir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1 (054)-20/2019 nömrəli hökmünün surəti Təqsirləndirilən şəxs vaxtında verildiyinə və həmin hökmdən apellyasiya şikayəti vermək hüququ da qanunvericilikdə müəyyən edilmiş qaydada ona izah edildiyinə görə prosessual müddətin bərpa edilməsinə digər hər hansı əsas da yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət Təqsirləndirilən şəxs tərəfindən əsaslandırılmamışdır. O, vəsatətdə vaxtında apellyasiya şikayəti verə bilməməsini göstərsə də, şikayəti vaxtında, yəni hökmün elan olunduğu andan 20 gün müddətində verə bilməməsini və bunun üzürlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 1(054)-6/2017 saylı hökmün surətindən və xx xxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, cəza müddəti bitdiyi üçün xx xxxxx 2019-cu il tarixdə cəzanı icra edən orqanın qeydiyyatından çıxarılmış, həmin hökm üzrə onun məhkumluğu ödənilmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Həqiqətən də, məhkum Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1 (054)-20/2019 nömrəli hökmünün elan edildiyi və hökmün surətinin ona rəsmi qaydada verildiyi vaxtdan 5 (beş) aydan da artıq müddət keçəndən sonra, həm də ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi daha ağır cəza olan azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdən sonra həmin hökmdən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi haqda vəsatət vermək qərarına gəlmişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilmə müddətini ötürməsini məhkəmə kollegiyasının iclasında hüquqi savadının olmaması səbəbi ilə əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası məhkumun bu mülahizələrini əsaslı və inandırıcı hesab etmir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində haqqındakı cinayət işinə baxılarkən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də məhkuma təqdim olunmuş barəsindəki hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti tərtib edə bilmədiyi halda onun hüquqlarını müdafiə edən müdafiəçinin hüquqi yardımından istifadə edə bilərdi. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkum Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Onun apellyasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzibolunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair həmin məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(054)-20/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386, 387, 391 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair həmin məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(054)-20/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar