Məhkəmə qərarları › İş №1(107)-65/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-65/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-65/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X14, hakimlər X11 və X7 ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1997-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Balakən rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il 1 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Balakən rayonu Gərəkli kəndində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilməsi cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Balakən rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 01 (bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla 01 (bir) il, 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilərək qismən birləşdirilsin və üzərində qəti olaraq 08 (səkkiz) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması, cinayət törədərkən istifadə edilən alət olan 01 ədəd turist bıçağı xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınması, iş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, qəsdən özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində vət. Zərərçəkmiş şəxs məxsus olan, Balakən rayon Gərəkli kəndindəki yaşayış evinin həyətində yerləşən, saxlanc yeri hesab edilən ərzaq mağazasının həyətyanı sahəyə açılan arxa qapısından həmin mağazaya qanunsuz olaraq girməklə oradan sonuncuya məxsus 1 manat 80 qəpik dəyərində, 1 qutu “Prima” markalı siqareti və 0,5 litr tutumlu 5 manat dəyərində, 1 ədəd “Xan” arağını, yəni 6 manat 80 qəpik dəyərində özgənin əmlakını ələ keçirmək məqsədi ilə sol qolu ilə Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən tutub sıxmaqla boğaraq və silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını tətbiq etməklə, yəni bıçağı sağ əlində Zərərçəkmiş şəxs boğazına dirəyib “tərpənmə, yoxsa kəsərəm” deyərək sonuncuya sağ əlinin birinci barmağının kökündə üst səthdə bir ədəd, sağ əlinin ikinci barmağının əsas falanqa nahiyyəsində üst səthdə bir ədəd, sol əlinin beşinci barmağının üst səthində əsas falanqa nahiyyəsində bir ədəd-cəmi üç ədəd birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, iti əşyanın təsirindən törənmiş xəsarətlər yetirməklə sonuncunun həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, yəni quldurluq etmiş, sonuncunun müqaviməti nəticəsində həmin bıçağı və zərərçəkmişin boğazını buraxaraq oradan qaçaraq uzaqlaşmışdır. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində göstərmişdir ki, ona verilmiş cəza ilə razı deyildir, istintaqda verdiyi ifadələri təzyiq altında, fiziki işgəncəyə məruz qaldığı üçün vermişdir. Zərərçəkmiş şəxsə qarşı heç bir müqavimət göstərməmişdir. Heç bir xəsarət yetirməmişdir. Ona qarşı hədə-qorxu gəlməmişdir. Zərərçəkmiş şəxsin ifadəsini dəyişməsinə səbəb Balakən Rayonu İstintaq şöbəsi tərəfindən ona olan təzyiqlərlə əlaqədardır. Məqsədi mağazadan oğurluq etmək olmuşdur. Lakin heçnə götürməmişdir. Ona görə də ona təyin olunmuş cəza ilə razı deyildir. Ədalətli hökm qəbul edilməsini xahiş edir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, etdiyi cinayət əməlindən səmimi peşmandır. Onun məqsədi oğurluq etmək olmuşdur. Zərərçəkmiş şəxsdən üzr istəmişdir. Ailədə tək gəlir gətirən şəxs odur. Yekun qərar qəbul edilərkən onun ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını ona görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs оğlu birinci instansiya məhkəməsi iclası zamanı verdiyi ifadəsinin oxşar ifadə verərək, оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü qismən, yəni CM-nin 177-ci maddəsi ilə təqsirli bilərək ifаdəsində göstərdi ki, xx xxxx 2020-ci ildə yaşadığı Balakən rayon Gərəkli kəndində spirtli içki qəbul etdikdən sonra əmisi oğlu Şahid1lə birlikdə sonuncunun evində yeyib içmiş, sonra gecə saat 23 radələrində Orxana siqaret və araq almaq üçün kəndə çıxmalarını demişdir. Bundan sonra Orxanla birlikdə yola çıxaraq Zərərçəkmiş şəxs mağazasının qarşısına getmişlər. Evdən çıxmamışdan qabaq Orxanın evdə çörəyi kəsərkən istifadə etdiyi bıçağı da özü ilə götürüb cibinə qoymuşdur. Orxanla mağazaya gələrkən kəndlərində olan fındıq bağlarının ərazisindən keçərək gəlmiş, Zərərçəkmiş şəxs mağazasına arxa tərəfdən həyətyanı sahədən keçərək içəri daxil olmuşdur. Mağazanın arxa tərəfdən qapısını açarkən Vaqif arxası qapıya tərəf stulda oturaq vəziyyətdə yatdığını görüb qapını əvvəlcə geri bağlamış, bir anlıq oradan uzaqlaşmaq istəsə də sonradan fikrini dəyişərək içəri girmişdir. Həmin vaxt mağazaya içəri girdikdə mağazanın işıqları artıq sönmüş vəziyyətdə olmuş, Orxandan götürdüyü qatlanan bıçaq da onun cibində olmuşdur. Mağazaya daxil olduqdan sonra Vaqif yatdığı stulda oyanaraq tərpənmış, sonra ayağa durmuşdur. Vaqif onun üstünə gəlmiş, Vaqifi itələyib qaçmışdır. Həmin vaxt sərxoş olduğuna görə etdiklərini xatırlamamış, Vaqifin hansı şəraitdə xəsarət almasını xatırlaya bilməmişdir. Həmin yerdən qaçarkən cibindəki bıçaq orada düşmüşdür. Mağazadan çıxaraq əmisi oğlu Orxanla birlikdə qaçmağa başlamışlar. Orxandan ayrıldıqdan sonra yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs qarşı quldurluq etməmiş, ancaq mağazaya siqaret və araq oğurlamaq üçün daxil olmuşdur. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Gərəkli kəndində yaşadığı evin həyətində yerləşən ərzaq mağazasında oturduğu stulun arxasında yuxuya getdiyi zaman işığı qəfldən sönmüş, həmin vaxt mağazanın arxa qapısından bir nəfər şəxsin içəri daxil olduğunu hiss etmişdir. Gələn şəxsin arvadı Rəna olmasını hesab etmiş, üzünü arxaya çevirib içəriyə daxil olan şəxsin kim olduğuna baxmaq istəyərkən həmin şəxs arxadan ona yaxınlaşaraq sol qolu ilə boğazından tutaraq onu boğmağa başlamışdır. Həmin şəxsin onu boğduğunu görüb həmin şəxsin qolunu boğazından çıxarmaq istəyən zaman üzünü görə bilmədiyi şəxs sağ əlini boğazına tərəf gətirərək boğazının alt hissəsinə bıçaq tutub sakit səslə “tərpənmə yoxsa kəsərəm” demişdir. Qarşılıqlı mübarizə zamanı hər iki əli ilə bıçaqdan tutaraq həmin şəxsi boğazından kənarlaşdırmaq istəyən zaman həmin şəxsin barmağı ağzına keçmişdir. Həmin şəxsin barmağını var gücü ilə dişlədikdən sonra həmin şəxs əlindəki bıçağı və onun boğazını buraxmışdır. Bıçaq onun əlində qalmış, bıçağı çıxarmaq istəyərkən hər iki əlinin barmaqlarından xəsarət almışdır. Həmin şəxs onun boğazını və bıçağı buraxdıqdan sonra mağazadan çıxaraq qaçmışdır. Həmin şəxs mağazanın arxa qapısından çıxıb qaçarkən üzünü görmədiyi bir nəfər şəxs nə baş verməsini soruşaraq birlikdə oradan qaçaraq uzaqlaşmışlar. Hadisədən sonra oraya gələn ailə üzvləri olan oğlu və arvadına da baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra isə polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan istintaq zamanı mağazasına qanunsuz daxil olaraq boğazına bıçaq dirəyən şəxsin Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində isə göstərmişdir ki, mağazaya daxil olduğu zaman Zərərçəkmiş şəxs yatdığı stuldan oyanaraq tərpənmiş və ayağa durmaq istədikdə sol qolu ilə Vaqifin boğaz nahiyyəsindən tutmuşdur. Vaqif ayağa qalxmaq istədikdə cibindəki bıçağı açaraq Vaqifin sol əli ilə boğaz nahiyyəsindən tutaraq sıxmış, həmin vaxt Vaqifin boynunu sıxdığı sol əlinin balaca barmağında ağrı hiss etmişdir. Buna görə həmin vaxt bıçağı əlindən yerə atmış, Vaqif isə həmin yerdə ona bıçaq atmışdır. Vaqifin atdığı bıçağın onun əlindən yerə atdığı bıçaq olduğunu, yaxud da başqa bir bıçaq olduğunu bilməmişdir. Vaqifin boğazından tutarkən sonuncuya heç nə deməmiş, sonra isə qaçaraq çölə çıxmışdır. Orxan da ona qoşularaq qaçmış, gəldikləri fındıq bağı ilə qaçaraq Orxanın yaşadığı evin qarşısına gəlmişlər. Sonra isə Orxanla sağollaşaraq yaşadığı evə getmişdir. Həmin ziddiyyətli ifadələr ilə bağlı Təqsirləndirilən şəxs sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı ona təzyiqlər olmuş, həmin ifadələri təzyiq altında vermişdir. Həmin xüsusat ilə bağlı məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin əməkdaşı-polis mayoru X8 ifadəsində göstərdi ki, Balakən rayon sakini Zərərçəkmiş şəxs ərizə ilə şöbəyə müraciət etmişdir ki, onu biçaqla hədəliyib pul tələb ediblər. Həmən vaxtı özü ilə biçağı da gətirmişdir. O, bildirmişdir ki, həmin şəxs biçağı boğazına dirəyəndə, onun barmağını dişləmişdir. Həmin biçağın Orxana aid olduğunu müəyyən etmişlər. Orxanı şöbəyə gətirildikdə Orxan da bildirmişdir ki, o, işdə əmisi oğlu ilə birlikdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Əvvəl o, təqsirini boynuna almamış. Sonra ona əmisi oğlunun onun adını verməsini bildirmişlər və qeyd etmişlər ki, necə olur ki, onun bu işdə xəbərin yoxdur. Həm də görmüşlər ki, Abdullanın barmağında iz var. Bundan sonra Abdulla hərşeyi boynuna almış. Demişdir ki, doğrudan da orada olmuşdur. Həmin gecə Orxangilnən bir yerdə yiyib içmişlər. Araqları qurtarmış, Orxanın biçağını da götürüb Vaqifin mağazasına getmişlər. Həmin vaxt Abdulla Orxan ilə eyni ifadə vermişdir. Yəni bildirmiş ki, Orxan qıraqda dayanmış, o, isə mağazanın içərisinə daxil olmuşdur. Həmin vaxtı bıçağı Vaqifin boğazına dirədiyini bildirmişdir. Həmin vaxtı onun barmağında iz də müəyyən olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı onun tərəfindən heç bir təzyiq, təsir olmamış, digər polis əməkdaşları tərəfindən ona qarşı təzyiq, təsir etməsi barədə məlumatı yoxdur. Hesab edir ki, təqsirləndirilən şəxs özü törətdiyi əməli səmimi etiraf etmişdir. Ona qarşı təzyiq edilməsi barədə fikirləri hesab edir ki, məsuliyyətdən yaxa qurtarmaq üçün deyilmiş ifadələrdir. Çünki hadisəyə qədər Təqsirləndirilən şəxs ilə tanışlığı, ədavəti olmamış, onu törədilmiş hazırkı cinayət hadisəsi baş verdikdən sonra tanımışdır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin əməkdaşı-polis baş serjantı X16 şahid X2 ifadəsinin məzmununa uyğun ifadə verərək təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq, təsir etmədiyini, bu barədə heç bir məlumatının olmadığını göstərdi. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə yaşadığı evdə əmisi oğlu Təqsirləndirilən şəxslə 0,5 litr spirtli içki olan araq içdikdən sonra saat 23 radələrində Abdulla ona üzərində 2 manat pulu olduğunu və həmkəndliləri Zərərçəkmiş şəxs mağazasından siqaret almaq istədiyini bildirmişdir. Bundan sonra Abdulla ilə birlikdə kəndlərində mağaza işlədən Zərərçəkmiş şəxs mağazasına getmişlər. Evdən çıxdıqdan sonra qoruqlarla keçərək Zərərçəkmiş şəxs həyətyanı sahəsinin yanına gəlmiş, Abdulla Zərərçəkmiş şəxs həyətinin kənarında olan dəmir şiferin üstündən hoppanıb Vaqifin həyətinin bağ tərəfdən olan qapısını açaraq birlikdə həyətə daxil olmuşlar. Həmin vaxt Abdulla ondan cibindəki bıçağı istədikdən sonra tanışı Şahid2 bir gün əvvəl götürdüyü və cibində olan bıçağı çıxarıb Abdullaya vermişdir. Abdulla bıçağı ondan hansı məqsədlə götürməsi barədə heç bir söz deməmişdir. Abdulla ilə birlikdə mağazaya yaxınlaşmış, Abdulla mağazanın həyət tərəfdən olan qapısını açıb içəri baxarkən Zərərçəkmiş şəxs mağazada arxası qapıya tərəf yatdığını görmüşlər. Bu zaman Abdulla mağazanın qapısını geri bağlamış, Abdullaya geri qayıtmalarını demişdir. Lakin Abdulla geri qayıtmayacağını bildirərək yenidən qapını açaraq Zərərçəkmiş şəxs mağazasına daxil olmuşdur. Həmin vaxt mağazadan Zərərçəkmiş şəxs qışqırdığını, sonra isə Abdullanın qaçaraq çölə çıxdığını görmüşdür. Abdulladan nə baş verdiyini soruşmuş, lakin Abdulla qaçdığına görə o da Abdulla ilə birlikdə qaçaraq oradan uzaqlaşmışdır. Yolda Abdulla ona sol əlinin qanadığını bildirmişdir. Sonra isə Abdulla yolda ondan ayrılaraq öz yaşadığı evə getmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Abdulla spirtli içki və siqareti oğurladıqda Zərərçəkmiş şəxs sonuncunu görə bilməməsini təmin etmək üçün Abdulla mağazaya daxil olduqdan sonra mağazaya gedən ümumi işığı çöldən söndürdüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il saat 21 radələrində kiçik qardaşı Şahid3 və qonşusu Şahid1 ilə birlikdə onun yaşadığı evdə yeyib içən zaman həyətə düşərək mal damında olan bir baş iribuynuzlu inək bağladığı kəndirin dolaşdığını görüb damda söyüş söymüş, həmin kəndiri açmaq istəyərkən qonşusu Ramazan evinin pəncərəsini açaraq ona söyüş söyməsinə görə öz iradını bildirmişdir. Həmin vaxt çölə çıxan Orxan onun Ramazanla mübahisə etdiyini fikirləşmiş, buna görə də inəyin kəndirini açmaq üçün evdən götürdüyü qatlanan bıçağı onun əlindən alıb özündə saxlamışdır. xx xxxx 2020-ci il tarixdə Orxanı görərək sonuncudan bıçağı verməsini xahiş etsə də bıçağı ona verməmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Balakən rayon Gərəkli kəndində yerləşən yaşadığı evdə yataq otağında olan zaman həyətdən səs-küy gəldiyini eşidib həyətə düşərkən əri Zərərçəkmiş şəxs həyətdə olduğunu görmüşdür. Vaqifdən nə baş verdiyini soruşduqda sonuncu ona tanımadığı bir nəfər şəxsin işığı söndürərək mağazaya daxil olduğunu, boğazından tutaraq boğduğunu və boğazına bıçaq dirəyərək “tərpənmə yoxsa kəsərəm” dediyini, bıçağı həmin şəxsin əlindən aldığını və müqavimət göstərdikdə şəxsin oradan qaçaraq uzaqlaşdığını bildirmişdir. Sonra isə səsə oğlu Şahid5 da oyanaraq oraya gəlmişdir. Əri Zərərçəkmiş şəxs baş vermiş hadisə barədə rayon Polis Şöbəsinə müraciət etmiş, sonradan ərinə qarşı quldurluq edən şəxsin Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 Vaqif oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsində eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 54 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: sol əlinin beşinci barmağının dırnaq üstündə kəsik sol əlinin beşinci barmağının dırnaq falanqasında uc səthində, iç səthində və üst səthində yaralar. Həmin xəsarətlərdən a) bəndində göstərilən iti əşyanın, b) bəndində göstərilənlər bərk küt əşyanın (əşyaların) (ola bilsin ki, insan dişlərinin sıxması nəticəsində) təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə yəni xx.xx.2020-ci ildə əmələ gələ bilərdilər. Birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 55 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər sağ əli birinci barmağın kökündə üst səthdə bir ədəd sağ əlin ikinci barmağın əsas falanqa nahiyyəsində üst səthdə bir ədəd sol əlin beşinci barmağın, üst səthində əsas falanqa nahiyyəsində bir ədəd yaralar iti əşyanın təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2020-ci ildə əmələ gələ bilərdilər. Birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-soyuq silahın tədqiqi ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/416 nömrəli rəyində göstərmişdir ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 304 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Balakən RMX publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 156 saylı arayış), anemnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emmosional davamsızlıq müşahidə edilməsi hövsələsiz və əsəbililiyə meyilli olması tez qıcıqlanması xırda qıcığa nevrotik reaksiyalarla cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İstehsal və İstehlak Kooperativindən daxil olmuş məktubda göstərilmişdir ki, 1 qutu Vant siqaretinin qiyməti 2 manat, 1 ədəd 05 litr Xan arağının qiyməti 5 manat, 1 qutu Prima siqaretinin qiyməti isə 1 manat 80 qəpikdir. Cinayət işi materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2150-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddənə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən və Balakən rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 849/3 nömrəli məktubdan görünür ki, Balakən rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il, 01 ay, 16 gün müddətinə azadlığın məhdudlaşdırılıması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs barəsində Balakən rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 4 ay müddətinə həbs qtimkan tədbiri seçilmişdir. Həmin qərara əsasən həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu xx.xx.2020-ci il saat 21:50-dən hesablanmışdır. CM-nin 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olsa da, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğuna görə onun əməlində cinayətlərin residivi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 46 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Apellyasiya Məhkəməsinin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra saxlanılması üçün X10 gətirilən zaman müəssisənin həkimləri tərəfindən müayinə olunmuş, həmin müayinəyə dair xx xxxx 2020-ci il tarixli, 20-31/36 saylı məlumatdan görünür ki, Təqsirləndirilən şəxs sol gözün üst və alt qapaqlarının qançırı, sağ gözaltı nahiyəsində qançır və burunun yan divarının qançırı diaqnozu qoyulmuşdur. Apellyasiya Məhkəməsinin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Balakən Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Rizvan Eminov tərəfindən qəbul edilən xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Balakən rayon polis şöbəsində saxlanılarkən Cuma, Orxan, Əli, Anar və Tural adlı Balakən RPŞ-nin polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması və döyülməsini bildirilməsi fakti üzrə toplanmış materiallarda cinayət hadisəsi olmadığından və cinayət işi başlanmasına əsas olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci mаddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyаsiyа şikаyətindən göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, etmiş olduğu cinayət əməlinin CMnin 177-ci maddəsinə, yəni hadisəni törətməkdə məqsədi oğurluq etmək olmasını qeyd etmişdir. Apellyasiya məhkəməsi müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd etdiyi dəlillərə tənqidi yanaşaraq hesab edir ki, onlar əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qəsdən özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində vət. Zərərçəkmiş şəxs məxsus olan, Balakən rayon Gərəkli kəndindəki yaşayış evinin həyətində yerləşən, saxlanc yeri hesab edilən ərzaq mağazasının həyətyanı sahəyə açılan arxa qapısından həmin mağazaya qanunsuz olaraq girməklə oradan sonuncuya məxsus 1 manat 80 qəpik dəyərində, 1 qutu “Prima” markalı siqareti və 0,5 litr tutumlu 5 manat dəyərində, 1 ədəd “Xan” arağını, yəni 6 manat 80 qəpik dəyərində özgənin əmlakını ələ keçirmək məqsədi ilə sol qolu ilə Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən tutub sıxmaqla boğaraq və silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını tətbiq etməklə, yəni bıçağı sağ əlində Zərərçəkmiş şəxs boğazına dirəyib “tərpənmə, yoxsa kəsərəm” deyərək sonuncuya sağ əlinin birinci barmağının kökündə üst səthdə bir ədəd, sağ əlinin ikinci barmağının əsas falanqa nahiyyəsində üst səthdə bir ədəd, sol əlinin beşinci barmağının üst səthində əsas falanqa nahiyyəsində bir ədəd-cəmi üç ədəd birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, iti əşyanın təsirindən törənmiş xəsarətlər yetirməklə sonuncunun həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, yəni quldurluq etmiş, sonuncunun müqaviməti nəticəsində həmin bıçağı və zərərçəkmişin boğazını buraxaraq oradan qaçaraq uzaqlaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyəti və təqsirliliyi tam sübuta yetirilmişdir, əməli ona ittiham elan edilmiş CM-in 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərinə tam uyğundur.Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli 1 №-li qərarının 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirləndirilən şəxs qrup zərərçəkmiş Zərərçəkmiş şəxs işlətdiyi mağazaya daxil olub silah qismində istifadə etdiyi bıçaqla sonuncuya basqın etdiyi andan cinayət əməli artıq başa çatmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə tam əhatə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs zor tətbiq etməməsini, onun üstünə bışaq çıxartmamasını, bıçağın orada cibindən düşməsini göstərməsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və subut kimi qəbul etmir. Məhkəmənin belə qənaətə gəlməsinə zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri və işdə olan digər sənədlər əsas verir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai araşdırma zamanı fizki təsirə məruz qalmasına dair ifadəsində göstərdikləri cinayət haqqında məlumat kimi birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılması üçün aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, həmin araşdırma ilə bağlı Balakən Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Rizvan Eminov tərəfindən qəbul edilən xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Balakən rayon polis şöbəsində saxlanılarkən Cuma, Orxan, Əli, Anar və Tural adlı Balakən RPŞ-nin polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması və döyülməsini bildirilməsi fakti üzrə toplanmış materiallarda cinayət hadisəsi olmadığından və cinayət işi başlanmasına əsas olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmamaqla yanaşı, bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yoxdur. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apelyasiya şikayətlərində göstərdikləri xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 181.2.3 və 181.2.5-ci maddələrinin tərkibi vardır, apelyasiya şikayətlərinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həminəmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci nistansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 181.2.3 və 181.2.5-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apelyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs barədə seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmuyuna uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza social ədalətin bərpası, məhkumun islahedilməsivəhəm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayət təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-139/2020 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar