Məhkəmə qərarları › İş №1(107)-67/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-67/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-67/2021 13.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs4 isə CM-in 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1990-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Yeni ünvan 2 polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəsazına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaqla üzərində qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ona təyin edilmiş üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən, iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, xx.xx.1989-cu ildə Yevlax rayonu İsmayılabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu İsmayılabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Oktay oğlunun CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin edilmiş üç il müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən, iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Rauf İbrahimov barədə polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, xx.xx.1995-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş üç il müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən, iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, hakim Musayevin üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs3 barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, xx.xx.1999-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş üç il müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən, iki il altı ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manatın Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, hesab № AZ41NABZ********************) köçürülməsi və hökmün icrasının Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 2020-ci il yanvar ayının 14-də gecə, saat 00:30 radələrində, Yevlax şəhəri, Şəkitayı yaşayış massivindəki küçədə, yüngül dərəcəli sərxoş vəziyyətində, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, “nə hədlə bu küçəyə gəlməyə cəsarət edirsən” bəhanəsi ilə ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgə yaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqində qoymaqla, Təqsirləndirilən şəxs3 üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, yumruqla qəsdən vurmaqla Təqsirləndirilən şəxs3 səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, silah qismində istifadə edərək tətbiq etdiyi, hadisə yerindən götürdüyü daş parçası ilə qəsdən zərbə endirib Təqsirləndirilən şəxs3 məxsus “VAZ-21074” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsini sındırmaqla əmlakını zədələyərək ona 35 manat məbləğində zərər vurmuş, kənar şəxslərin dincliyinin pozulmasına gətirib çıxaran, ümumilikdə ictimai qaydanın yarım saatadək müddət ərzində pozulmasına yönələn hərəkətlərə qərəzli şəkildə yol verməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 2020-ci il yanvar ayının 14-də gecə saat 01:00 radələrində, tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 Camal oğlu ilə bir qrup təşkil etməklə, Yevlax şəhəri Şəkitayı yaşayış massivindəki küçədə, ictimai qaydanı kobud surətdə pozaraq “nə hədlə mənim və tanışım Elçinin yaşadığın küçədə dayanmasına etiraz etməyə cəsarət edirsən” bəhanəsi ilə ictimai qaydaya insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgə yaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqində qoymaqla, nalayiq söyüşlərlə söydüyü Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, silah qismində istifadə edib tətbiq etdiyi, hadisə yerindən götürdüyü taxta parçası ilə qəsdən vurmaqla ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin taxta parçası ilə qəsdən dəfələrlə zərbələr endirərək Norvuz Qəhramanova məxsus “VAZ21074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini sındırmaqla və digər ehtiyat hissələrini əzməklə əmlakı zədələyərək ona 1092 manat məbləğində zərər vurmuş, kənar şəxslərin dincliyinin pozulmasına gətirib çıxaran, ümumilikdə ictimai qaydanın bir saatadək müddət ərzində pozulmasına yönələn hərəkətlərə qərəzli şəkildə yol verməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs4 2020-ci il yanvarın 14-də gecə saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 Camal oğlu və tanışı Təqsirləndirilən şəxs3 ilə bir qrup təşkil etməklə, Yevlax şəhəri Şəkitayı yaşayış massivindəki küçədə, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozaraq “nə həddlə qardaşım Elçinlə onun tanışı Yasinin küçədə dayanmasına etiraz etməyə cəsarət edirsən” bəhanəsi ilə ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgə yaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqində qoymaqla, nalayiq söyüşlərlə söydüyü Təqsirləndirilən şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə edib tətbiq etdiyi, hadisə yerindən götürdüyü taxta parçası ilə qəsdən vurmaqla ona səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobub surətdə pozaraq “nə həddlə qardaşım Elçinlə onun tanışı Yasinin küçədə dayanmasına etiraz etməyə cəsarət edirsən” bəhanəsi ilə ictimai qaydaya insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgə yaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqində qoymaqla, nalayiq söyüşlərlə söydüyü Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə edib tətbiq etdiyi hadisə yerindən götürdüyü taxta parçası ilə qəsdən vurmaqla ona səhhətin uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirmiş, həmin taxta parçası ilə qəsdən dəfələrlə zərbələr endirərək Norvuz Qəhramanova məxsus “VAZ-21074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini sındırmaqla və digər ehtiyat hissələrini əzməklə əzməklə əmlakı zədələyərək ona 1092 manat məbləğində zərər vurmuş, kənar şəxslərin dincliyinin pozulmasına gətirib çıxaran, ümumilikdə ictimai qaydanın bir saatadək müddət ərzində pozulmasına yönələn hərəkətlərə qərəzli şəkildə yol verməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 2020-ci il yanvar ayının 14-də gecə saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs4 və tanışı Təqsirləndirilən şəxs3 ilə bir qrup təşkil etməklə, Yevlax şəhəri Şəkitayı yaşayış massivindəki küçədə, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozaraq “nə həddlə mənim və tanışım Yasinin küçədə dayanmasına etiraz etməyə cəsarət edirsən” bəhanəsi ilə ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgə yaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqində qoymaqla, nalayiq söyüşlərlə söydüyü Zərərçəkmiş şəxs2 Rafiq oğlunun üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə edib tətbiq etdiyi hadisə yerindən götürdüyü dəmir parçası ilə qəsdən vurmaqla ona səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək ictimai qaydanı kobud surətdə pozaraq “nə həddlə mənim və tanışım Yasinin yaşadığın küçədə dayanmasına etiraz etməyə cəsarət edirsən” bəhanəsi ilə ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgə yaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqində qoymaqla, nalayiq söyüşlərlə söydüyü Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə edib tətbiq etdiyi hadisə yerindən götürdüyü dəmir parçası ilə qəsdən vurmaqla ona səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, həmin dəmir parçası ilə qəsdən dəfələrlə zərbələr endirərək Norvuz Qəhramanova məxsus “VAZ-21074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşının şüşələrini sındırmaqla və digər ehtiyat hissələrini əzməklə əmlakı zədələyərək ona 1092 manat məbləğində zərər vurmuş, kənar şəxslərin dincliyinin pozulmasına gətirib çıxaran, ümumilikdə ictimai qaydanın bir saatadək müddət ərzində pozulmasına yönələn hərəkətlərə qərəzli şəkildə yol verməklə xuliqanlıq etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs4 az ağır cinayətlər kateqoriyasına aid qərəzli xuliqanlıq hərəkətlərinə yol verib, zərərçəkmiş şəxsə az ağır xəsarət yetirməklə Cinayət Məcəlləsinin iki maddəsində nəzərdə tutulan cinayət əməlinin birbaşa qəsdlə törətmişdir. Lakin məhkəmə onun törətdiyi əməlin ictimai təhlükəliyiyini nəzərə alamayaraq, heç bir qanuni əsəslar göstərmədən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını şərti hesab edərək 2 il 6 ay müddətə sınaq müddəti təyin etmişdir. Məhkəmənin istinad etdiyi cəzanı yüngülləşdirən hallar məhkəmənin mülahizəsinə görə müəyyən olunmuşdur və hökmdə kifayət qədər əsaslandırılmamışdır. Digər tərəfdən, təqsirləndirilən şəxs barədə CM-in 70-ci maddəsini tətbiq etmək üçün istinad edilən cəzanı yüngülləşdirən hallar məhkəmə tərəfindən təqsirli şəxsin təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edilərkən nəzərə alınmışdır. Göstərilən hallar heç də təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması nəticəsinə gəlməyə imkan vermir. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü Novruz Camalova münasibətdə CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə dəyişdirilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Telman Əhmədov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs4 bildirmişdir ki, gecə yatmışdım, qardaşım gəldi, gördüm onu vurublar, dedi məni iki nəfər vurub, gözünün altı da qaralmışdı, getdik ora. Onlar dəstə ilə qabağımıza çıxdılar, mən də onları vurdum. Özümü bu əməldə tam təqsirli bilirəm, törətdiyim əməldən peşmanam. Hazırda nişanlanmışam, kiminsə gözün yolda qoymaq istəmirəm, xahiş edirəm cəzamı dəyişdirmədən saxlayasınız. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Xəyal İbrahimov apellyasiya protestinə etiraz edərək bildirmişdir ki, protest əsaslı deyil. Ona görə də onun təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya protesti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs4 CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs4 əməli CM-in 127.2.3 və 221.3-cü maddələrilə düzgün tövsif edilmiş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs4 barədə CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsinə dair apellyasiya protestinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs4 şərti məhkum etmənin tətbiq edilməsini də mümkün və məqsədəuyğun hesab edir. Belə ki, apellyasiya protestində qeyd edilmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi əməlin ictimai təhlükəliyiyini nəzərə almayaraq, heç bir qanuni əsaslar göstərmədən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını şərti hesab edərək 2 il 6 ay müddətə sınaq müddəti təyin etmişdir. Apellyasiya protestinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında göstərmişdir ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmçinin, həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Digər tərəfdən, CM-in 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddənin və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax şəhər 4 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 ağır təbiətli, ciddi bir insandır. Subaydır, işləmir. Yaşadığı binada qonşulara qarşı mülayimdir. Xeyir və şər işlərində yaxından iştirak edəndir. Heç kimin şəxsi işinə qarışan deyil. Haqsızlığa qarşı çıxandır. Təqsirləndirilən şəxs4 haqqında bu günədək Yevlax 4 saylı mənzil istismar sahəsinə heç bir şikayət və ərizə daxil olmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində ifadə verən zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la barışdığını, həmin şəxslər tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, hadisə baş verən gün sərxoş olduğu üçün hərəkətlərini idarə edə bilmədiyini, təqsirləndirilən şəxslərin cavan olmalarını nəzərə alaraq onlara yüngül cəza verilməsini və onlardan heç bir şikayətinin olmamasını bildirmişdir. Digər Zərərçəkmiş şəxs2 da birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la barışdığını və onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. CM-in 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işinin materiallarına və Təqsirləndirilən şəxs4 məhkəmə kollegiyasıının iclasında verdiyi ifadəsinə nəzər saldıqda görünür ki, təqsirləndirilən şəxs etdiyi əməllərə görə səmimi peşmançılıq çəkir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. O, ümumiyyətlə məhkumluğu olmayan şəxsdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs4 müsbət xarakterə malik olan bir şəxs kimi səciyyələndirilir. İbtidai istintaq mərhələsindən başlayaraq etirafedici ifadələr verərək cinayətin üstünün açılmasına fəal kömək etmişdir. Özünü ona qarşı irəli sürülən ittihamda tam təqsirli bilərək, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışdır. Kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilər. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. Bu baxımdan məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini işin faktiki hallarına uyğun olmayan hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Şərti məhkum etmə cəza növü olmasa da, cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Məhkumlar barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlara davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs4 cəza çəkmədən də islah olunmasını mümkün saymaqla səhvə yol verməmişdir, apellyasiya protestinin bütün dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etmişdir, ona görə də protestin təmin edilib Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Bunlardan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti və kаssаsiyа protesti verilə bilər. Sədrlik edən: imza var Hakimlər: imzalar var Düzdür. Hakim: Rafail Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar