Məhkəmə qərarları › İş №1(107)-68/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-68/2020

04.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-68/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşunas X2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsiləndirilməsinə dair cinayət işi üzrə X5 Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 1(091)-20/2020 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 1(091)-20/2020 saylı (sədrlik edənhakim N.Mirzəyev) hökmü ilə, xx xxxxxx 1987-ci il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs əynində olmuş, stintaq gedişində götürülmüş paltarların hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 14 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evin yaxınlığında, küçədə dayanarkən əvvəllər tanımadığı, Ağsu şəhər sakini, xx xxxxxx 2008-ci il tarixdə doğulmaqla, aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs yolla hərəkət etdiyini görüb yanına çağırmış, sonuncunu evlərinin həyətindəki tövlədə olan taxtanı qaldırıb axurun üzərinə qoymaqda köməklik etmək adı ilə aldadaraq həmin yerə gətirib, orada Zərərçəkmiş şəxs hər iki əlini tutaraq şalvarını aşağı çəkmiş, daha sonra cinsiyyət orqanını çıxarıb Zərərçəkmiş şəxs arxa tərəfinə keçməklə qucaqlayıb zor tətbiq edərək başından tutub aşağı əymiş, gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını, həmin vaxt azyaşlı olduğundan onunla edilən hərəkətlərin mahiyyətini, xarakter və mənasını anlamaq, bunların fonunda müqavimət göstərmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib, anus dəliyinə daxil edərək arxa keçəcəyin girəcəyinin selikli qişasının qançır və onun fonunda girəcəyin selikli qişasına keçən yerdə qansızma ilə müşayiət olunan xəsarətlər yetirməklə uşaqbazlıq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şikayəti verməkdə məqsədi verilən cəza ilə razı olmamağını məhkəməyə bildirmək niyyətidir. İttiham olunduğu cinayət əməlində özünü təqsirkar bilsə də, həmin bu işi edəndə özündə olmamağını və ağır epilepsiya xəstəsi olmağı nəzərə alınmayıb. O bu hərəkətinə haqq qazanadırmaq niyyətində deyildir. Başa düşür ki, törətdiyi cinayət əməli cəzaya layiqdir. Lakin, X5 Məhkəməsinin ona verdiyi 11 (on bir) il cəza müddətinı ədalətsiz hesab edir. Onun ağır epilepsiya xəstəsi olmağını, cinayət törədilərkən ağlının özünü idarə etməməyinə görə gündə 3 dəfə məcburi qaydada müvafiq dərmanlar qəbul etdiyini məhkəmə heyəti nəzərə almayıb. Qeyd edilənlərin nəzərə alınaraq X5 Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 1(091)-20/2020 saylı hökmünün ləğv edilərək barəsində daha ədalətli qərar çıxarmaqla apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən Təqsirləndirilən şəxs göstərdi ki, o ona təyin edilmiş cəzadan narazıdır. Apelyasiya şikayətinin təmin edilməsini, X5 Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 1(091)-20/2020 saylı hökmünün dəyişdirilməsini daha yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X4 göstərdi ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışmasını, 2-ci qrup əlil olmasını nəzərə alaraq X5 Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 1(091)-20/2020 saylı hökmünün dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 oğlu hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, X5 Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 1(091)- 20/2020 saylı hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərarqəbuledəbilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apelyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qimən təmin edilməli, X5 Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 1(091)-20/2020 saylı hökmü ona münasibətdə cəya aid hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 150.3.3-cü maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 150.3.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, müdafiə etdiyi şəxsə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Öz növbəsində məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsa da, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab etməklə cəzanın məqsədlərinə uyğun bilmir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışmış, öz növbəsində zərəçəkmiş şəxsin qanuni nümayəndəsi də məhkəmə kollegiyasına ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, zərərçəkmiş şəxslə barışması tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmaması öz növbəsində onu əhatə edən insanların təqsirləndirilən şəxsi kriminal ünsür kimi sıradan çıxarmadıqlarına, sonuncunun islah olunmasına dair cəmiyyətdə inamın mövcud olmasına dəlalət edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə aldığını hökmdə qeyd etsə də, ancaq həmin halları kifayət qədər nəzərə almadan Təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Halbuki, məhkəmə onun şəxsiyyətini, cəzasını yüngülləşdirən diqqətəlayiq digər halları nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edə bilərdi. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, X5 Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 1(091)-20/2020 saylı hökmü Təqsirləndirilən şəxs münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair X5 Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 1(091)-20/2020 saylı hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 150.3.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X5 Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 1(091)-20/2020 saylı hökmü Təqsirləndirilən şəxs münasibətdə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar