Məhkəmə qərarları › İş №1(107)-68/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-68/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-68/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, ədliyyə müşaviri X3, müdafiəçi-Şəki şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Əlizadə Ruslan) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Qəbələ rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində xx xxxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 113-də qeydiyyatda olan, hazırda X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməsi, iş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, X4 məxsus bir ədəd samovar hökm qanuni qüvvəsini aldıqdan sonra Tamaşa Əmirovaya qayatarılması, iş üzrə maddi sübutun qaytarılması hissəsində hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Nadirov X7 Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında X2 yaşadığı Yevlax şəhəri Bakıxanov küçəsi 26 saylı evin həyətinə hasardan keçməklə qanunsuz olaraq daxil olub həyətdəki yardımçı tikilidən 1 ədəd 250 manat dəyərində 15 litr su tutan və 1 ədəd 100 manat dəyərində 7 litr su tutan samovarları gizli olaraq talayaraq zərərçəkmiş şəxs Tamaşa Əmirovaya cəmi 350 (üç yüz əlli) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrar xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində özgənin əmlakını gizli talamaq məqsədilə digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 yaşadığı Yevlax şəhəri Q.Nəbi küçəsi 46 saylı evin həyətinə hasarından keçməklə qanunsuz olaraq daxil olub həyətdəki hamamdan 150 manat dəyərində «Elite» markalı paltar yuyan aparatı gizli olaraq talayaraq zərərçəkmiş şəxs Rəşad Qazıyevə cəmi 150 (yüz əlli) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək himayəsində 2 azyaşlı övladının və xəstə atasının olması, anasının vəfat etmiş olması, ailəsinin aztəminatlı ailə olmasını nəzərə alaraq işinə yenidən baxılaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməlindən səmimi peşmandır. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş, 2019-cu ilin may ayında azadlığa buraxılmışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 00 radələrində bacısı oğlu X11 ilə birlikdə evdə olub söhbət edərkən, pulları olmadığına görə oğurluq edib pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə evdən çıxaraq qonşu küçə olan Bakıxanov döngəsindən Bakıxanov küçəsinə adlayaraq küçə ilə gedərkən təxminən saat 01 radələrində həmin küçədə yaşayan Tamaşa xalagilin evlərinin işığının yanmadığını görüb, evdə olmadıqlarını guman edərək evdən oğurluq etmək qərarına gəlmişlər. Evin küçə qapısının bağlı olduğunu görüb evin hasarından həyətə girərək həyəti gəzərkən həyətdəki əl damına daxil olmuşlar. Əl damında 1 ədəd samovarı götürərək həyətə girdikləri qaydada həyətdən çıxaraq evə getmişlər. Səhəri gün təxminən saat 12 radələrində somavarı götürərək tanışı İlqargilə gedib, karantinlə əlaqədər iş tapa bilmədiyi üçün evdə ərzaq olmadığını deyib həmin samovarı satıb ərzaq alacağını bildirmişdir. İlqar işlənmiş vəziyyətdə olmuş samovarı 105 manata ala biləcəyin demiş o, da razı olaraq həmin somovarı İlqara satmış və sonra evə qayıtmışdır. Evdə əşyaları satdığını Orxana deyərək pulun yarsını Orxana vermişdir. Həmin pulu xərclədikdən sonra yenə pulları qurtarmış və oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində Orxanla birlikdə yaşadıqları evdən çıxaraq küçələrlə gedərkən saat təxminən 23.50 radələrində Yevlax şəhəri, Q.Nəbi küçəsi, 46 saylı evin küçə qapısının bağlı olduğunu görüb evin hasarından həyətə adlayıb baxarkən həyətdəki hamamda üzərinə «Elite» sözü yazılmış paltaryuyanı görüb birlikdə paltaryuyanı hamamdan çıxararaq küçə darvazasına aparmışlar. Küçə darvazasın açaraq paltar yuyanı oradan çıxararaq yaşadıqları evə aparmışlar. Səhəri gün xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində yuxudan durduqdan sonra Orxan şəhərə çıxaraq taksi maşını çağırmış və paltar yuyanı avtomaşının yük yerinə qoyaraq satmaq üçün müştəri axtarmışlar. Sürücüyə isə paltaryuyanın özlərinin olduğunu, evdə ərzaq olmadığına görə satıb evə ərzaq alacaqlarını demişlər. Yevlax şəhəri, Q.B.Zakir küçəsinə getmişlər və həmin küçədə yaşayan Zeynəb adlı qadına işlənmiş vəziyyətdə olan paltaryuyan aparatını göstərərək evdə ərzaq olmadığına görə satıb evə ərzaq alacaqlarını demişdir. Zeynəb adlı qadın paltar yuyan maşina 80 manat pul verə biləcəyin demişdir. Onlar razı olaraq paltar yuyanı Zeynəbə sataraq çıxıb getmişlər. Zeynəb xala paltar yuyan aparatın oğurluq olduğunu bilməmişdir. O, pulu Orxanla bölüb xərcləmişdir. xx xxxxxx 2020-ci il tarixdə onu polis əməkdaşları polis şöbəsinə dəvət etmişlər. Onlardan qeyd edilən oğurluqları etdiklərini soruşmuşlar o, da etdikləri oğurluqları etiraf edərək əlavə olaraq göstərmişdir ki, Tamaşa xalagilin evindən 2 ədəd deyil, bir ədəd somavar oğurlamışlar. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, onun Zərərçəkmiş şəxs1 evindən 2 ədəd deyil, 1 ədəd samovar oğurlaması məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Belə ki, Zərərçəkmiş şəxs1 ifadəsində yaşadığı evin həyətindəki əl damından biri 7 litir su tutan, digəri isə 15 litir su tutan iki ədəd samovarlarının oğurlandığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Yevlax şəhər MX-da xadiməçi işləyir. xx xxxx 2020-ci il tarixdə qızının ad günü olmuşdur. Oğlu Vüqarda işlədiyi hərbi hissədən evə gəlmişdir. Ad günün qeyd etdikdən sonra təxminən 23 radələrində oğlu küçə qapısını bağlayıb evə gəlmiş və yatmışlar. Səhəri gün saat 05 radələrində oğlu yuxudan durub həyətə düşmüş və küçə qapısının açıq olduğunu görmüşdür. Onda bilmişlər ki, gecə həyətə oğru girmişdir. Həyətdəki əl damına baxarkən biri 7 litir su tutan, digəri isə 15 litir su tutan samovarların yerində olmadığını görmüşlər. 15 litir su tutan somavarı iki ay qabaq 2000 manata alan olsada o, samovarı satmamışdır. Ona görə polis şöbəsinə gedərək şikayət etmişdir. Sonradan bilmişdir ki, evindən samovarları qonşu küçədə yaşayan Çingizin oğlu və nəvəsi oğurlamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməmişdir. Belə ki, böyük samovar tapılaraq RPŞ-nə təhvil verilmişdir. Lakin samovarım misdən olan dəmkeşi yoxdur. Digər samovar isə ona qaytarılmamışdır. X10 şikayətçidir. Həmçinin təqsirləndirilən şəxs X8 tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, X10 heç bir şikayət və tələbinin olmamasını, işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. xx xxxx 2020-ci il tarixdə gecə küçə darvazasın arxadan bağlayaraq evə gedib yatmışdır. Səhər saat 05 radələrində yuxudan durmuş və həyətə düşmüşdür. Həyətə düşən zaman həyətdəki hamamın qapısının açıq olduğunu görmüşdür. Hamama baxarkən orada olan 2014-cü ildə 800 manata aldığı 6 kq paltar tutumu olan «Elite» markalı paltar yuyanın maşının oğurlandığını görmüşdür. O, bu barədə polis şöbəsinə şikayət etmişdir. Sonradan bilmişdir ki, evindən oğurluğu qonşu küçədə yaşayan Çingizin oğlu və nəvəsi oğurlamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Mahmudgilin evində usta işləmiş və münasibətləri yaxşı olmuşdur. 29 iyul 20-ci il tarixdə təxminən saat 12 radələrində evdə olarkən Mahmud bizə gəlmiş və bildirmişdir ki, karantinlə bağlı pul qazana bilmir evdə yeməyə ərzaqları yoxdur. Satmaq üçün bir ədəd samovarı olduğunu demişdir. O, samovara baxaraq 105 manata samovarı ala biləcəyini demişdir. Mahmud razı olaraq həmin samovarı ona satıb getmişdir. Vaxtı ilə Mahmudgilin evində usta işlədiyinə görə Mahmuddan samovarın oğurluq olmadığını guman edərək almışdır. xx xxxxxx 2020-ci il tarixdə onlara polis əməkdaşları gəlmiş və Mahmudun ona samovar satdığını soruşmuşlar. O, Mahmuddan samovar aldığını demiş və samovarı onlara təqdim etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9\4009 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş Tamaşa Əmirovaya məxsus 15 litir su tutan samovar 250 manat, 7 litir su tutan samovar isə 100 manat, Rəşad Qazıyevə məxsus 6 kq-lıq «Elite» markalı paltar yuyan maşın isə 150 manat təşkil etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(039)-52/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Qəbələ rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli qanuna əsasən Qaradağ rayon Məhkəməsini9n xx xxxxx 2019cu il tarixli qərarı ilə cəzası 03 (üç) il 03 (üç) ay müddətə endirilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü mаddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşiman olması, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı qismən ödəyərək zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi, həmçinin onun əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, cəzasını çəkib qurtarmadan və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələbinə görə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Həmçinin apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Qəbələ rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli qanuna əsasən Qaradağ rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə cəzası 03 (üç) il 03 (üç) ay müddətə endirilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Buna baxmayaraq müəyyən müddət keçəndən sonra yenə də cinayət törətməyə meyilənmiş, yəni hazırkı cinayət əməlini-xüsusən də eyni xarakterli cinayət əməlini törətmişdir. Bu hal ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında isə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur ki, qanunvericiliyin tələbi baxımdan təqsirləndirilən şəxsə onun yarısından aşağı cəza verilməsi mümkün deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(039)-141/2020 saylı hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar