Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-69/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən N.Mirzəyev hakimlər R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 317-2.1 və 67.1-ci maddələrinə əsasən, qəti olaraq 07 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 05 ay 05 gün azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 37 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinib, səkkiz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-də saxlanılan ayrı-ayrılıqda təmiz çəkiləri 0,886 və 21,234 qram olan narkotik vasitə olan heroinlər, bundan başqa ayrı-ayrılıqda təmiz çəkiləri 7,56 qram, 1759,95 qram və 394,95 qram olan narkotik vasitə qurudulmuş marixuanalar, həmçinin 02 ədəd alışqan, 01 ədəd üzərində “Novokain” sözləri yazılmış yuxarı hissəsi kəsilmiş vəziyyətdə 05 ML ampula, “KENT” markalı limon duzu, 01 ədəd elektron tərəzi və 102 ədəd müxtəlif ölçülü şprislər dəyəri müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 103,65 AZN ekspertiza xərcinin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi 2162,61 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda qurudulmuş marixuananı və 01 ədəd satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi və sellofan torbanın içərisində saxladığı təmiz çəkisi 22,22 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini daşıyaraq, yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 15 saylı binanın 37 nömrəli mənzilinə gətirərək orada saxlamış, saxladığı narkotik vasitə qurudulmuş marixuanadan 7,61 qram olan hissəsini bir ədəd kibrit qutusuna, həmçinin saxladığı narkotik vasitə heroindən 0,936 qram hissəsini qırmızı-ağ rəngli kağız bükümə yığaraq əynindəki yaşıl rəngli qış gödəkcəsinin sol iç cibinə qoyub üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “5+” marketin qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞyə aparılaraq həmin tarixdə, saat 02:40 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən onun əynindəki yaşıl rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,61 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qırmızı-ağ rəngli kağız bükümdə 0,936 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin tarixdə, saat 03:20 radələrində onun yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 15 saylı binanın 37 nömrəli mənzilinə Mingəçevir ŞPŞnin NMQ-nin əməkdaşları tərəfindən keçirilən baxış və götürmə zamanı mənzilin yataq otağındakı yatağın sol tərəfində yerdən təmiz çəkisi 21,284 qram olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin otağın küncündə yerləşən yorğan-döşəyin yanından bir ədəd göy rəngli sellofanın içərisində təmiz çəkisi 1760,00 qram, həmçinin həmin göy rəngli sellofanın içərisindəki yaşıl rəngli sellofan torbada təmiz çəkisi 395 qram olan ümumi təmiz çəkiləri 2155,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materiallarından görünür ki, Mingəçevir ŞPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən vətəndaşların sorğusu əməliyyat axtarış tədbirinin keçirilməsinə xx xxxx 2020-ci il tarixdə qərar qəbul edilmiş və həmin qərara əsasən bütün şəxsi məlumatları əməliyyataçılara məlum olan vətəndaş Təqsirləndirilən şəxs ətrafında Mingəçevir şəhərində xx xxxx 2020-ci il tarixdə vətəndaşların sorğusu əməliyyat axtarış tədbirləri həyata keçirilməsi, onun üzərində şəxsi axtarış aparılması və onun yaşadığı mənzilə baxış keçirilməsi qərara alınmışdır. Daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz olaraq üzərində narkotik vasitə daşıması, narkotik vasitələrdən istifadə etməsi, eləcədə narkotik vasitələrin qanunsuz dövriyyəsi və yaşadığı mənzildə narkotik vasitə saxlaması ilə məşğul olmasından ibarətdir. Bundan təxminən 1 saat yarım sonra 02:25 radələrində Təqsirləndirilən şəxs polis nəfərləri tərəfindən tutulmuş, mənzilinə həmin vaxt baxış və götürmədən ibarət hərəkətlər protokollaşdırılmışdır. Faktiki olaraq isə axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış aparılması sırf istintaq hərəkəti olsa da, bu əməliyyat tədbiri kimi əməliyyat axtrış qərarının məzmununa görülməli işlər kimi daxil edilmişdir. Bununla bağlı əməliyyat qeydiyyat işi açmamışlar. Halbuki, Qanunun 15-ci maddəsinə əsasən, əməliyyat qeydiyyat işinin başlanması və bu işin əməliyyat axtarış fəaliyyətinin subyekti tərəfindən qeydiyyata alınması mütləqdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə axtarış və götürmə üçün məhkəmə qərarı və müstəntiqin hər hansı bir qərarı olmamışdır. Mingəçevir şəhər Polis Şöbəsinin NMQ-nin baş əməliyyat polis mayoru Şahid1 Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi haqqında qərarı isə həmin evdə baxış adı altında faktiki olaraq axtarış və götürmənin aparılması üçün hüquqi əsas ola bilməz. Belə ki, “Əməliyyat axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsinin 8-ci bəndinə və CPM-in 236-cı maddəsinin tələbinə görə baxış zamanı hadisə yerinin sənədlərin, əşyaların (o cümlədən izlərin), insan meyitinin, heyvan cəsədinin, binaların və həm də ərazinin baxışı keçirilir. Baxış istintaq hərəkətinin əsas vəzifəsi və məqsəd digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə şəraitinin, mexanizminin və iş üçün əhəmiyyəti olan digər halların müəyyən edilməsi və müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunub götürülənlərin olduğu kimi təsviri və sadalanmasıdır. Baxış istintaq hərəkətinin aparılmasının əsası kimi iş üçün əhəmiyyət kəsb edən hallar barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın və ya müstəntiqin məlumat əldə edə bilməyinə dair onun gəldiyi qənaət çıxış edir. Mənzildə, evdə yaşayanların iradəsi əleyhinə mənzilə məcburi baxış keçirilməsi hallarında müstəntiq və ya məhkəmə tərəfindən mütləq qərar çıxarılmalıdır. Bu xüsusda baxış axtarışdan fərqləndirilməlidir. Belə ki, əgər mənzildə, evdə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları aşkar etmək və götürmək, habelə meyiti və ya cinayəti törətmiş, törədən axtarılan şəxsi aşkar etmək lazımdırsa, bu, axtarışın keçirilməsi üçün əsasdır. Göründüyü kimi, həm keçirilmə əsasına, vəzifə və məqsədinə, həm də prosessual nəticələrinə görə baxıs axtarış və götürmədən fərqlənir. Ona görə də qanunverici onları müstəqil istintaq hərəkətləri kimi müəyyən etmişdir. Hazırki cinayət işində qanunun tələbləri pozularaq, Təqsirləndirilən şəxs yaşadığı evdə güman olunan narkotik vasitələri aşkar etmək və götürmək üçün əməliyyat- axtarış tədbiri adı altında baxış deyil, axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, lakin bu axtarış və götürmənin təxirəsalınmadan aparılması üçün qanunda nəzərdə tutulmuş müvafiq qərar verilməmiş, bunun üçün qanunda nəzərdə tutulan hansı əsasların, narkotik vasitələri satmada şübhə üçün hansı sübut və faktların olması göstərilməmiş, axtarış və götürmə qanunun tələblərinin pozulması ilə həyata keçirilmişdir. Baxış adı altında faktiki olaraq axtarış və götürmənin keçirilməsi haqqında qərarın əsaslandırılmaması, onun keçirilməsi hədlərinin və Təqsirləndirilən şəxs istinad olunan narkotik vasitələri satması ilə bağlı heç bir sübut və faktın göstərilməməsi, bu hərəkət zamanı subyektiv mülahizələrə yol verilməsinə və reallaşdırılmasına şərait yaratmışdır. Belə vəziyyətdə, yəni şəxsin bir sıra hüquqlarının pozulması ilə nəticələnən bu prosessual hərəkətin aparılması və nəticədə gələcəkdə sübut növü hesab oluna biləcək materialların əldə edilməsi qanuni sayıla bilməz. Bu qeyd edilənlər yaşadığı evdə axtarış aparılan zaman Təqsirləndirilən şəxs münasibətdə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, ona qarşı ittihamın əsasını təşkil edəcək sübutların, o cümlədən maddi sübutların cinayət-prosessual qanunvericiliyin normalarının pozulması ilə əldə edilməsi barədə nəticəyə gəlməyə müdafiə tərəfinə əsas verir. Belə ki, Təqsirləndirilən şəxs məxsus evdə aşkar edilən narkotik vasitələr qablaşdırılmaqla götürülsə də, evdən aşkar olunması qeyd olunan tərəzi və şprislər baxış deyil, axtarış tədbir nəticəsində əldə edilmiş, həmin əşyaları Təqsirləndirilən şəxs təqdim etməmişdir. Bundan başqa həmin tərəzi və şprislər qablaşdırılmamışdır. Açıq vəziyyətdə götürülmüş, daha sonra isə Təqsirləndirilən şəxs irəli sürülən ittihamın ağırlaşdırılmasında istifadə olunmuşdur. Daha sonra isə qanunla müəyyən edilmiş qaydada qablaşdırılmamış həmin əşyalar törədilmiş əməlin tövsifinə daxil edilərək Təqsirləndirilən şəxs törətmədiyi əməldə təqsirləndirilməsində istifadə olunmuşdur. Mingəçevir ŞPŞ-nin rəisi Hikmət Qasımovun əmri ilə xx xxxx 2020-ci il tarixli əmri ilə təxirəsalınmaz əməliyyat axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılsa da, qrupa ekspert kriminalist cəlb olunsa da Təqsirləndirilən şəxs evindən aşkar olunmuş tərəzi və digər əşyaların kriminalist tərəfindən qablaşdırılması görünmür, əl-barmaq izləri götürülməmiş, tərəzidə narkotik vasitələrin çəkilməsində istifadə olunub-olunmamasının müəyyən olunması üçün hər hansı hərəkət həyata keçirilməmişdir. Belə vəziyyətdə mənzildən axtarış nəticəsində aşkar olunması kimi qiymətləndirilən şpris, elektron tərəzinin Təqsirləndirilən şəxs məxsusluğu digər hansısa sübutla təsdiq olunmur. Həmin əşyalar hal şahidlərinin iştirakı ilə və ya videogörüntü əsasında qablaşdırılmamışdır. Bildirirəm ki, Təqsirləndirilən şəxs hüquqlarını həyata keçirən müdafiəçi tərəfindən bir dəfə də olsun onunla konfendisial görüşün olmaması, Təqsirləndirilən şəxs məxsus yaşayış evinə baxış və götürmə hərəkətləri aparılarkən götürmənin istintaq hərəkəti olması, cinayət işi başlanılmadan axtarış və götürmənin yolverilənliyinə etiraz edilməməsi, polis nəfərlərinə Təqsirləndirilən şəxs yaşayış yerinə baxış keçirilməsi üçün ərizə alınması halının məlum olmasına baxmayaraq, müdafiəçinin hansı əsaslara mənzilə baxış (faktiki axtarış və götürmə istintaq hərəkətinin) aparılmasına hər hansı münasibət bildirilməməsi, belə bir ərizənin yazılması zamanı onun iştirak etməməsi, Təqsirləndirilən şəxs vəkilsiz ərizələrin alınması və iş materialları ilə tanış olarkən həmin halların müdafiəçiyə məlum olmasına baxmayaraq, müdafiəsində olan şəxsin hüquqlarının müdafiəsi ilə bağlı hər hansı hüquqi hərəkətlər etməməsi, bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs hüquq və azadlıqlarının müdafiəsi formal təşkil olunmuş, dövlət hesabına təyin olunmuş vəkil tərəfindən ona hər hansı səmərəli və keyfiyyətli hüquqi yardım göstərilməmişdir. Halbuki, keyfiyyətli və səmərəli hüquqi yardım almaq onun ayrılmaz hüququ olmuşdur. X4 Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildən dispanserdə “Emossional-davamsız şəxsiyyət pozğunluğu, tez-tez təkrarlanan dekompensasiyalarla” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Mingəçevir şəhər rayonlararası narkoloji dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildən dispanserdə opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu asıllıq sindromu ilə qeydiyyatda durur. Buna qədər isə Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzdə stasionar müalicə almış ona opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu asıllıq sindromu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası CPM-in 233.6-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmamış, habelə görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və digər ağır xəstəlikdən əzab çəkən təqsirləndirilən şəxsin dindirilməsi bu Məcəllənin 228.2 və 229-cu maddələrində nəzərdə tutulmuş qaydada aparılmalıdır. Məcəllənin 229.2-ci maddəsinə əsasən, şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 126.4.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə həmin şəxslərin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz. Azərbaycan Respublikası CPM-in 233.6-cı maddəsinə əsasən, yetkinlik yaşma çatmamış, habelə lal, kar , kor və digər ağır xəstəlikdən əzab çəkən təqsirləndirilən şəxsin dindirilməsi bu Məcəllənin 228.2 və 229-cu maddələrində nəzərdə tutulmuş qaydada aparılmalıdır. Məcəllənin 229.2-ci maddəsinə əsasən şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 126.4.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə həmin şəxslərin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz. İş materiallarına əsasən Təqsirləndirilən şəxs tutularkən onun üzərində heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs isə tutulmazdan əvvəl narkotik qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tutularkən narkoloji vasitələrdən istifadə nəticəsində sərxoş olubolmaması yoxlanılmamışdır. Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələri saxlamada ittiham irəli sürulsə də, iş materiallarında satış məqsədi ilə saxlamanın nə ilə müəyyən olunması görünmür. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. İstintaq orqanı tərəfindən əldə edilmiş sübutlar ancaq evdən aşkar olunmuş torbada yerləşdirilmiş narkotik vasitələr olmuşdur. Onların satış üçün kiçik bükümlərə bölünməsi, tərəzidən istifadə olunması, satış üçün kimlərləsə sövdələşməsi müəyyən olunmur və ya ittiham tərəfindən belə bir sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1 (091)-119/20 saylı hökmünü ləğv edib, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edirik. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun ifadə verən Təqsirləndirilən şəxs demişdir: -Özümü təqsirli bilmirəm. Birincisi, bu qədər narkotik məndə ola bilməz. İkincisi, məni supermarketin içində saxladılar. İş materiallarından görünür ki, guya üzərimdə bir kibrit qutusu marixuana və heroin aşkar edildikdə mən evdə də marixuana və heroinin olduğunu deyib onları evə dəvət etmişəm. Bu, məntiqli deyil. Bundan başqa, narkotiki satdığımı sübut etmək üçün evimə tərəzi qoyublar. Belə olan halda telefonumda narkotikin satışı ilə bağlı zənglər olmalıdır. Tərəzi də əl izim yoxdur. Mən narkotikin satışı ilə məşğul olmamışam. Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən şərlənməyimin səbəbi onlara məlumat daşımamağım, onlara məxsus narkotik vasitələri satmamağım olmuşdur. Döyüldüyümə görə CM-in 234.1-ci maddəsi ilə razılaşıb sənədlərə qol çəkmişəm. Ona görə qol çəkmişəm ki, narkomanam, müalicədən yeni çıxmışdım, ağrıyırdım, çıxıb getmək və özümə gəlmək istəyirdim. Amma mənə qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Daha sonra verilən suallara cavab verən Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulduğum zaman üstümdə heç nə olmayıb. Bəli, evimə baxış iştirakımla keçirilmişdir. Mən vəkili bir dəfə evimdə gördüm. Evimə nə qoyublarsa, o da evimdən çıxdı. Xeyr, narkotikin evimə qoyulmasını görməmişəm. Şöbədə mən evin açarını təhvil verdim. Açarım stolun üstündə olub. Mən şöbədə olarkən onlar evimə gedib narkotiki qoydular. Narkotik olan sellofan bükümün üstündə barmaq izlərim yoxdur. Həmin vaxt mən narkotik vasitə olan heroindən istifadə etmişəm. Tutulmağımdan biraz əvvəl Narkoloji Dispanserden təzə çıxmışdım. Polis şöbəsindən birbaşa evimə getmişik. Vəkil bizimlə deyildi, vəkil artıq orada idi. Vəkil orada olduqdan sonra biz getmişik. Vəkilsiz evə girməmişəm. Polis əməkdaşları özləri girib çıxdılar. Mən özüm vəkillə evə girmişəm. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov bildirmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsi birinci instansiya məhkəməlrdə tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Həmin cinayəti törədərkən, ondan əvvəl təqsirləndirilən şəxsin psixi pozuntusunun olmaması ekspert rəyi ilə tam təsdiq edilmişdir. Əl izləri ilə bağlı qeyd edirəm ki, tərəzidən əlcəklərlə də istifadə edə bilərdi. Bu halda tərəzinin üzərində əl izi qalmazdı. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ciil tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Mingəçevir ŞPŞ-də Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2020-ci il tarixdə, gecə saat 02 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2, Şahid3 və Şahid4la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və polis şöbəsində vəkil Tubu Hüseynovanın iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd siqaretin qırmızı-ağ rəngli kağızına bükülmüş bükümü və bir ədəd kibrit qutusunu çıxarıb könüllü təqdim etmişdir. Aşkar olunmuş həmin büküm və kibrit qutusu Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içərisindən xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “heroin”ə oxşar kütlə, kibrit qutusunun içərisində isə iyindən, rəngindən qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 15 saylı binanın 37 saylı mənzilində də narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 15 saylı binanın 37 saylı mənzilinə tərəflərindən baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə alınaraq özünün razılığı ilə videoçəkilişlə özü və vəkilin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağında yerləşən bir nəfərlik çarpayının sol tərəfində yerdə saxladığı içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükümü və həmin otağın küncündə yerləşən yorğan-döşəyin yanında saxladığı içlərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan göy rəngli sellofan torbanı və həmin torbanın içindəki yaşıl rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağına baxış keçirilən zaman, həmçinin çoxlu sayda şpris, bir ədəd elektron tərəzi, bir ədəd ağzı açıq formada limon duzu paketi aşkar edilmişdir. Həmin aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə elektron tərzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İfadəsinin davamında isə göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman normal vəziyyətdə olmuş, onda hər hansı bir anormal vəziyyət müşahidə edilməmiş, polis əməkdaşları ilə normal ünsiyyət qurmuş, xarici görkəmində baxımsızlıq olsa da, həkimin çağırılmasına səbəb olan hər hansı bir vəziyyət olmamışdır. O cümlədən həm saxlanılarkən, həm də polis şöbəsində üzərinə baxış keçirilərkən, daha sonra evində əməliyyat axtarış tədbiri həyata keçirilərkən ona qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Polis şöbəsinə gətirildikdən dərhal sonra vəkillə təmin edilmiş və bütün prosessual hərəkətlər vəkilin iştirakı ilə həyata keçirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da şahid Emir Cavadovla eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə ünvan 3, mənzil 37 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması, narkotik vasitələrdən istifadə etməsi, eləcə də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vər. 3). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 5-6) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və axtarış zamanı onun əynindəki yaşıl rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,61 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qırmızı-ağ rəngli kağız bükümdə 0,936 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, prosessual hərəkətin həyata keçirilməsinin əks olunduğu CD disk və fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, iş vər. 24-28. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Qurbanov X1 şəhəri, Xətai küçəsi, ev 15 ünvanında yerləşən 37 saylı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 33). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən 37 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin yataq otağındakı yatağın sol tərəfində yerdən təmiz çəkisi 21,284 qram olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin otağın küncündə yerləşən yorğan-döşəyin yanından bir ədəd göy rəngli sellofanın içərisində təmiz çəkisi 1760,00 qram, həmçinin həmin göy rəngli sellofanın içərisindəki yaşıl rəngli sellofan torbada təmiz çəkisi 395 qram olan ümumi təmiz çəkiləri 2155,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, prosessual hərəkətin həyata keçirilməsinin əks olunduğu CD disk və fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, iş vər. 34-38). Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qırmızı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,936 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 21,284 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd qırmızı-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd sellofan bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 7,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” sözləri və imzalar yazılmış göy rəngli sellofan torbanının içərisindəki təmiz çəkisi – 1760,00 qram və həmin göy rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd yaşıl rəngli sellofan torbada, təmiz çəkisi – 395,00 qram, ümumi təmiz çəkiləri – 2155,00 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitksindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda, 01 (bir) ədəd göy və 01 (bir) ədəd yaşıl rəngli sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 44-47). Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində “Emosional davamsız şəxsiyyət pozğunluğu, tez-tez təkrarlanan dekompensasiyalarla diaqnozu” ilə psixiatrik müşahidəyə götürülüb (cild 01, iş vər. 98). Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkı ekspertiza zamanı EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜNKƏSMƏLƏRLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜNKƏSMƏLƏRLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan, o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 01, iş vər. 116-117). Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən Mingəçevir şəhər rayonlararası narkoloji dispanserdə qeydiyyatda durur (cild 01, iş vər. 9). Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 114). Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Qurbanov X1 şəhəri, N.Nərimanov pr. 43, mənzil 28-də qeydiyyatda olmuş və yaşamışdır, hazırda yaşamır. Yaşadığı müddətdə müsbət səciyyələndirilmişdir (cild 01, iş vərəqi 112- 113). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 317-2.1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 07 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 05 ay 05 gün cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuş və xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 01, iş vər. 114). Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasında verdiyi ifadəsində CM-in 234.4.3cü maddəsilə ona qarşı irəli sürülən cinayət əməlini törətmədiyini bildirsə də, ancaq cinayət işində olan xx xxxx 2020-ci ildə verdiyi izahatından (cıld 1, i. v. 30-31),18-xx xxxx 2020-ci ildə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən (cild 1, i. v. 54- 56, 66-68), barəsində qətimkan tədbirinin seçilməsi haqqında Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci ildə keçirilən məhkəmə iclasında verdiyi izahatdan (cild 1, i. v. 82-84), ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilən zaman verdiyi ifadəsindən (cild 1, i. v 86-87) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan çətənənin ona məxsus olmasını etiraf etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadə verərkən bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 yazdığı raportla tanış oldum. Həmin məlumatla bağlı bildirirəm ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 02:00 radələrində Mingəçevir şəhəri, Ş İ.Xətai küçəsində yerləşən “5+” marketin qarşısında polis əməkdaşları mənə yaxınlaşıb, özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirib məni polis şöbəsinə dəvət etdilər. Təxminən saat 1:30 radələrində Mingəçevir şəhər polis şöbəsinin inzibati binasına daxil olub müvəqqəti saxlama yerində üzərimə şəxsi axtarış və baxış keçirdilər. Şəxsi axtarış və baxış zamanı mənə üzərimdə hər hansı bir qanunla qadağan olunmuş əşya, küt alət, narkotik vasitə və s. varsa könüllü olaraq təqdim etməyimi bildirdilər. Mən üzərimdə olan yaşıl rəngli qış gödəkçəsinin sol içəri cibindən bir ədəd siqaretin qırmızı-ağ rəngli kağızma bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütləni, bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etdim və heroinə oxşar kütləni təxminən 1 ay əvvəl Bakı şəhərində yerləşən avtovağzalda yerdən tapdığımı, qurudulmuş marixuanaya oxşar kütləni isə təxminən 2-3 ay əvvəl Yevlax rayonu Qaraoğlan kəndinə taksi kimi müştəri aparıb qayıdan zaman yol kənarında yerləşən ağaclıq sahədən biçdiyimi, şəxsi istifadə üçün üzərimdə saxladığımı bildirdim... ...Üzərimə baxış keçirilən zaman mən yaşadığım mənzildə də narkotik vasitə saxladığımı etiraf etdim. Bundan sonra yaşadığım mənzilə baxış keçirilməsinə etiraz etməməyim barədə məndən ərziə alındı və müdafiəçim ilə birlikdə mənim yaşadığım Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 15 saylı binanın 37 nömrəli mənzilinə gedildi. Yaşadığım mənzilə mənim iştirakımla baxış keçirilən zaman otaqda yatağın sol tərəfində yerdə saxladığım bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükümdə içərisində narkotik vasitəsi hesab olunan heroinə oxşar kütləni və həmin otağın küncündə yerləşən yorğan-döşəyin yanında saxladığım bir ədəd göy rəngli sellofanın içərisinə doldurulmuş, həmçinin həmin göy rəngli sellofanın i;ərisində əlavə olaraq yaşıl rəngli sellofana doldurulmuş narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etdim... İfadəsinin sonunda ifadəmi oxudum mənim sözlərimlə yazılıb doğrudur, öz imzamla təsdiq edirəm müdafiəçi, müstəntiq və özü tərərfindən imzalanmışdır Təqsirləndirilən şəxs qismində ifadə verərkən müstəntiqin “Həmin narkotik vasitələri evinizdə saxlamanız barədə kiməsə məlumat vermisizmi, həmin narkotik vasitələrdən kiməsə satmısınızmı?” sualına cavab olaraq bildirmişdir ki, “həmin narktoik vasitləri tapmağım və saxlamağım barədə heç kimə məlumat verməmişəm. Həmçinin, həmin narkotik vasitələrdən heç kimə heç bir miqdarda satmamış, ya da pay verməmişəm. Həmin narkotik vastiləri özüm istifadə etmək niyyəti ilə yaşadığım mənzildə gizlədib saxlamışam” cavabını vermişdir. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən keçirilən məhkəmə iclasında da bildirmişdir ki, vəsatətdə göstərilən cinayət əməlini törəmişəm. Törətdiyim əməli səmimi olaraq etiraf edirəm. ...Buna görə barəmdə həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsini məhkəmədən xahiş edirəm. İfadənin yerində yoxlanması istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs ifadəsi zamanı Qaroğlan kəndi istiqamətində yolun solundakı ağaclıq sahəni göstərib həmin sahəyə doğru hərəkət etmiş. Həmin ağaclıq sahəyə çatdıqda ağaclıq sahənin ortasına daxil olub evində aşkar edilmiş qurudulmuş marixuananın hamısın, 2-3 ay əvvəl bu kəndə taksi kimi gəlib qayıdan zaman bu ağaclıq sahənin işində kol vəziyyətində gördüyünü və həmin kolları istifadə etmək məqsədi ilə biçib özü ilə birlikdə yaşadığı evə apardığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadələri arasında olan ziddiyyətlərin nə ilə bağlı olması, ona qarşı aparılan hər hansı hərəkətin qanunsuz olması barədə müdafiəçisinə və barəsində həbs qətimkan tədbirinin keçirilməsi ilə bağlı məhkəmə qarşısına çıxarılarkən qanunsuz hesab etdiyi hərəkətlər, ona qarşı hər hansı təzyiq və zorakılıq barədə məlumat verməməsi barədə suala aydın cavab verə bilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həm üzərində, həm də evində axtarış aparılarkən gedişatı əks etdirən videogörüntüdən də müəyyən olunur ki, o üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını bildirməklə yanaşı, yaşadığı evdə də narkotik vasitə olması barədə məlumat verir və evində axtarış aparılmasına etiraz etməməklə bərabər, evində axtarış aparılarkən otaqda yatağın sol tərəfində yerdə saxladığı bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükümdə içərisində narkotik vasitəsi hesab olunan heroinə oxşar kütləni və həmin otağın küncündə yerləşən yorğan-döşəyin yanında saxladığı bir ədəd göy rəngli sellofanın içərisinə doldurulmuş, həmçinin həmin göy rəngli sellofanın içərisində əlavə olaraq yaşıl rəngli sellofana doldurulmuş narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya oxşar kütləni özü çıxarıb polis əməkdaşlarına təqdim edir. Qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən müdafiəçisinin suallarına sərbəst cavab verərək ona hər hansı bir təzyiqinin olmamasını və üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğun bildirir. Digər tərəfdən, ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Apellyasiya şikayətinin dəlillərinə gəlincə, ilkin dəlil kimi göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə axtarış və götürmə üçün məhkəmə qərarı və müstəntiqin hər hansı bir qərarı olmamışdır. Şikayətin bu dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış (cild 01, iş vər. 5-6), xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və axtarış zamanı onun əynindəki yaşıl rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,61 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qırmızı-ağ rəngli kağız bükümdə 0,936 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, prosessual hərəkətin həyata keçirilməsinin əks olunduğu CD disk və fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, iş vər. 24-28). Təqsirləndirilən şəxs yazılı ərizə ilə də bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən 37 saylı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir (cild 01, iş vər. 33). xx xxxx 2020-ci il tarixli baxış və götürmə haqqında protokoldan müəyyən olunur ki, həmin tarixdə videoçəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən 37 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin yataq otağındakı yatağın sol tərəfində yerdən təmiz çəkisi 21,284 qram olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin otağın küncündə yerləşən yorğandöşəyin yanından bir ədəd göy rəngli sellofanın içərisində təmiz çəkisi 1760,00 qram, həmçinin həmin göy rəngli sellofanın içərisindəki yaşıl rəngli sellofan torbada təmiz çəkisi 395 qram olan ümumi təmiz çəkiləri 2155,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, prosessual hərəkətin həyata keçirilməsinin əks olunduğu CD disk və fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, iş vər. 34-38). Apellyasiya şikayətin digər bir dəlili isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs məxsus evdə aşkar edilən narkotik vasitələr qablaşdırılmaqla götürülsə də, evdən aşkar olunması qeyd olunan tərəzi və şprislər baxış deyil, axtarış tədbiri nəticəsində əldə edilmiş, həmin əşyaları Təqsirləndirilən şəxs təqdim etməmişdir. Həmin tərəzi və şprislər qablaşdırılmamışdır. Açıq vəziyyətdə götürülmüş, daha sonra isə Təqsirləndirilən şəxs irəli sürülən ittihamın ağırlaşdırılmasında istifadə olunmuşdur. Daha sonra isə qanunla müəyyən edilmiş qaydada qablaşdırılmamış həmin əşyalar törədilmiş əməlin tövsifinə daxil edilərək Təqsirləndirilən şəxs törətmədiyi əməllə təqsirləndirilməsində istifadə olunmuşdur. Mingəçevir şəhər Polis Şöbəsinin rəisi Hikmət Qasımovun əmri ilə xx xxxx 2020-ci il tarixli əmri ilə təxirəsalınmaz əməliyyat axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılsada, qrupa ekspert kriminalist cəlb olunsa da, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş tərəzi və digər əşyaların kriminalist tərəfindən qablaşdırılması görünmür, əlbarmaq izləri götürülməmiş, tərəzidə narkotik vasitələrin çəkilməsində istifadə olunubolunmamasının müəyyən olunması üçün hər hansı hərəkət həyata keçirilməmişdir. Belə vəziyyətdə mənzildən axtarış nəticəsində aşkar olunması kimi qiymətləndirilən şpris, elektron tərəzinin Təqsirləndirilən şəxs məxsusluğu digər hansısa sübutla təsdiq olunmur. Həmin əşyalar hal şahidlərinin iştirakı ilə və ya videogörüntü əsasında qablaşdırılmamışdır. Apellyasiya şikayətinin bu dəlillərini də əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, tərəzi və şprislər şikayətdə qeyd edildiyi kimi, şəxsi axtarış tədbiri nəticəsində deyil, mənzilə baxış zamanı aşkar edilmişdir. Digər tərəfdən, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunan CD diskdə öz əksini tapan videogörüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evə vəkilin də iştirakı ilə sonuncunun razılığı əsasında və iştirakı ilə baxış keçirilmiş, baxış zamanı narkotik vasitələrlə yanaşı, sözügedən şprislər və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Həmin baxış keçirilən zaman Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən prosessual hərəkətin natamam aparılması ilə bağlı hər hansı bir irad bildirilməmiş, müvafiq olaraq tərtib olunan protokol və qablaşdırmalar imzalanmışdır. Bundan əlavə, CPM-in 207.4-cü maddəsinə əsasən, hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər (CPM-in 90.11.2-ci maddəsi, tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq) istisna olmaqla, cinayət işinin başlanmasından əvvəl digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Göründüyü kimi, cinayət prosessual qanunvericilik müvafiq olaraq cinayət işi başlamadan şəxs tutularkən onun üzərinə şəxsi axtarış aparılmasını qadağan etməmişdir. Həmçinin, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməmişdən əvvəl onun özünün baxış keçirilməsinə etiraz etməməsi barədə ərizəsi alınarkən müdafiəçinin iştirakının təmin edilməməsi nəticəsində təqsirləndirilən şəxsin hüquqlarının pozulması barədə müdafiəçinin qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən (CPM-in 177.6cı maddəsi) yaşayış evinə baxış keçirilməsi üçün həmin evin sahibinin, həmin evdə yaşayan şəxsin icazəsinin alınmasının kifayət etdiyi öz əksini tapmışdır. Yəni həmin prosessual hərəkətin həyata keçirilməsi üçün müdafiəçinin iştirakı və imzası tələb edilmir. Odur ki, qeyd edilən hərəkət nəticəsində Təqsirləndirilən şəxs hüquqlarının pozulması qənaətinə gəlinməsi qeyri-mümkündür. Habelə təqsirləndirilən şəxsin xəstə olması səbəbindən onun üzərinə baxış keçirilərkən və daha sonra dindirilərkən həkimin iştirakının təmin edilməli olması ilə bağlı müdafiəçinin göstərdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən vizual baxımdan normal vəziyyətdə olmuş, hər hansı bir narahatlığından şikayətlənməmişdir. Belə olan halda onun həkimə ehtiyacının olması müəyyən edilmədiyindən, belə bir prosedurun həyata keçirilməsinə ehtiyac olmamışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən müəyyən davranış pozuntusu xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan, o, həmin vaxt öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki və psixi təzyiqə məruz qalması, habelə döyülməsi barədə dəlillərinə gəlincə, bu xüsusatlarla bağlı məlumat araşdırılması üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilmiş və Mingəçevir şəhər prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Zaur Tarverdiyevin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs işgəncə verilməsi, fiziki və psixi təzyiqə məruz qalması barədə qeyd etdikləri öz təsdiqini tapmamış və həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin üzərində axtarış keçirilməsi zamanı aparılmış videogörüntüdən də müəyyən olunur ki, müdafiəçi Tubu Hüseynovanın “Gətirilərkən, salanılarkən sənə təsir, zorakılıq olubmu?“ sualına Təqsirləndirilən şəxs sərbəst şəkildə bildirmişdir ki, heç bir təsir və ya zorakılıq edilməmişdir. Həmin vaxt o, evində də narkotik vasitə olduğunu bildirir. Müdafiə tərəfinin “Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən aşkar olunan yaşadığı mənzilin açarı baxış bitdikdən sonra sonuncuya qaytarılmamış və bir müddət sonra Təqsirləndirilən şəxs ərizəsinə əsasən müdafiəçinin də iştirakı ilə polis əməkdaşları ilə birlikdə videoçəkilişlə onun evinə baxış keçirmək üçün gəldikdə artıq polis əməkdaşları mənzilin açarını ona qaytararaq evə baxış keçirilməsi üçün qapının onun tərəfindən açılmasını tələb etmişdir ki, bu hal evdə aşkar olunan narkotik vasitənin, həqiqətən də, Təqsirləndirilən şəxs məxsus olması ehtimalını şübhə altına qoymuşdur” iddiasına gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 02 radələrində saxlanılaraq polis şöbəsinə gətirilmiş, 02:30-dan 02:45-dək onun üzərində şəxsi axtarış keçirilmişdir. Daha sonra onun razılığı ilə vəkilin də iştirakı ilə polis əməkdaşları videoçəkilişlə saat 03:05-də Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirməyə başlamışdır. Nəzərə alınsa ki, polis şöbəsindən həmin mənzilin yerləşdiyi ünvana qədər kifayət qədər məsafə var və bu müddət ərzində Təqsirləndirilən şəxs üzərindən aşkar olunduqdan sonra götürülən açardan istifadə etməklə onun mənzilinə tez gedilib mənzilin müxtəlif yerlərinə, müxtəlif növ narkotik vasitələrin, o cümlədən şprislərin, tərəzinin yerləşdirilməsi və bütün bu hadisənin belə qısa müddət kəsiyində edilməsi obyektiv gerçəkliklə uzlaşmayan müdafiə xarakterli fikirlər olmaqla ağlabatan deyil. Bundan əlavə, evdə axtarış aparılmasını əks etdirən videogörüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs mənzilə daxil olduqdan sonra heç bir tərəddüd etmədən birbaşa narkotik vasitələrin qoyulduğu yerə istiqamətlənir və həmin narkotik vasitələri gizlətdiyi yerdən çıxararaq polis əməkdaşlarına təhvil verir. İşin bu halı da qeyd edilən narkotik vasitənin həmin mənzilə başqa şəxslər tərəfindən yerləşdirilməsini istisna edir. Bundan başqa təqsirləndirilən şəxsin məhkəmə kollegiyasının iclasında narkotik vasitələri satmadığını təkcə öz istifadəsi üçün saxladığını bildirməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ”Nаrkоtik vаsitələrin, psixоtrоp mаddələrin və оnlаrın prekursоrlаrının dövriyyəsi hаqqındа” xx xxxx 2005-ci il tarixli Аzərbаycаn Respublikаsı Qаnununun və xx xxxx 2005-ci il tаrixli Аzərbаycаn Respublikаsı Qаnunu ilə təsdiq edilmiş “Şəxsin cinаyət məsuliyyətinə cəlb edilməsi üçün kifаyət edən nаrkоtik vаsitələrin və psixоtrоp mаddələrin miqdаrınа, hаbelə оnlаrın külli miqdаrınа görə siyаhı”-nın kоnkret müddəаlаrına əsаsən “qurudulmuş mаrixuаnа” nаrkоtik vаsitəsinin şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаr dаxil оlmаqlа yuxаrı həddi 5,0 qrаm, külli miqdаr dаxil оlmаqlа yuxаrı həddi 500 qrаm müəyyən edilmişdir. “Nаrkоtik vаsitələrin, psixоtrоp mаddələrin və оnlаrın prekursоrlаrının dövriyyəsi hаqqındа” xx xxxx 2005-ci il tarixli Qanununun tələbinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər - narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi (mad.1.0.9); - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi (mad.1.0.8); - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması (mad.1.0.11) hesab edilir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli qərarının 10-cu bəndində izah edilmişdir ki, məhkəmələrə izah edilsin ki, CM-in 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-in 234.3-cü maddəsi ilə məsuliyyət yaranmır. Məhkəmələrə eyni zamanda izah edilsin ki, CM-in 234.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin yaranması üçün prekursorları hazırlamış, əldə etmiş, saxlamış, göndərmiş və ya daşımış şəxsin tamah niyyətinin və ya sair marağının olub-olmaması əhəmiyyət kəsb etmir. Bu maddə ilə əməlin tövsifi məsələləri ilə əlaqədar məhkəmələrə həm də izah edilsin ki, hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə şəxsin özünün satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu maddələrin miqdarından asılı olaraq CM-in müvafiq olaraq 234.2 və 234.4.3-cü maddələrinin tərkibi ilə əhatə olunduğundan həmin maddələrlə tövsif edilməli və belə əməllərin cinayətlərin məcmusu qaydasında əlavə olaraq CM-in 234.3-cü maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur. Hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə şəxsin satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddə hazırlaması, istehsal etməsi və ya emal etməsi əməli yalnız CM-in 234.3-cü maddəsinin tərkibini yaradır və həmin əməlin cinayətlərin məcmusu qaydasında əlavə olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibi vardır. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (CM-in 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və həddi, habelə cəzaçəkmə müəssisəsinin növü düzgün müəyyən edilmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-69/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-69/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver