Məhkəmə qərarları › İş №1(107)-7/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-7/2020

07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-7/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi X6, digər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair X9 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Məhkəməsinin (hakimlər N.Əliyev (sədrlik edən), D.İmanov və M.Bağırovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli hökmü ilə xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 5-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib,yeddi ilaltı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət iş üzrə mülki iddianın qismən təmin edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə vurulmuş maddi ziyana görə bir yüz qırx beş min yeddi yüz əlli manat və mənəvi ziyana görə beş yüz manat olmaqla, ümumilikdə bir yüz qırx altı min iki yüz əlli manatın tutulması,Təqsirləndirilən şəxs1 barədə məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi və xx.xx.1983-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib altı il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2018-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət iş üzrə mülki iddianın qismən təmin edilərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə vurulmuş maddi ziyana görə bir yüz qırx beş min yeddi yüz əlli manat, mənəvi ziyana görə beş yüz manat olmaqla, ümumilikdə 146.250 manatın tutulması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə xx xxxxxx 2018-ci ildə, saat 21 radələrindən saat 23 radələrinədək olan müddətdə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 73B ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildən oğurluq etmək barədə razılaşmış, Təqsirləndirilən şəxs2 evin qarşısında küçədə dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə həmin evin hasarından həyətə keçib evin pəncərəsinin dəmir barmaqlığını qoparıb pəncərənin kilidini sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan sandığın kilidini sındırıb oradan 115.700 manat pulu və 3.000 manat dəyərində badam formalı qızıl sırğa üzük dəstini, bir ədəd 1.500 manat dəyərində badam formalı mavi qaşlı qızıl klonu, bir ədəd 700 manat dəyərində qızıl üzüyü, 2.500 manat dəyərində qızıl klon sırğa üzük dəstini, bir dəst 500 manat dəyərində qızıl sırğanı, bir dəst 400 manat dəyərində qızıl sırğanı, bir dəst 500 manat dəyərində qızıl sırğanı, 2.000 manat dəyərində briliyant qaşlı klonu olan qızıl boyunbağını, bir ədəd 500 manat dəyərində qızıl boyunbağını, bir ədəd 200 manat dəyərində imza formalı qızılı, 250 manat dəyərində üzərində göz muncuğu olan qızıl sancağı, bir ədəd 2.000 manat dəyərində qızıl üzüyü, 15.000 manat dəyərində ağ qızıldan olan üzük, sırğa, qolbaq və boyunbağı dəstini, 1.000 manat dəyərində üzərində mirvari qaşı olan qızıl boyunbağını, ümumilikdə Zərərçəkmiş şəxs 145.750 manat məbləğində, külli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etmişlər. Hökmdən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 müdafiəçisi Zabil Qəhrəmanov və digər Təqsirləndirilən şəxs1 apelyasiya şikayətləri vermişlər. Hökmdən apelyasiya protesti vəapelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Zərərçəkmiş şəxs apelyasiya şikayətini təqsirləndirilən şəxslərə təyin olunmuş cəzaların yüngül olması və ona görə də X9 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxslərə maksimum həddə cəza təyin olunması ilə əsaslandırmışdır. Təqsirləndirilən şəxs2 müdafiəçisi Zabil Qəhrəmanov apelyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, onun gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyəti olan halların sübuta yetirilməməsi, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından birinci instansiya məhkəməsinin hökmü qanunsuz, əsassız və qeyri humanistdir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə məxsus əmlakı digər təqsirləndirilən şəxslə əlbir olub talaması sübuta yetirilmir. Təqsirləndirilən şəxs2 ifadəsində həmin vaxt digər təqsirləndirilən şəxslə birlikdə dərman almaq üçün getdiyini, dərman aldıqdan sonra ayrıldıqlarını və sonradan Təqsirləndirilən şəxs1 ona zəng edib görüşdüyünü bildirmişdir. İş materiallarında olan telefon anten dairələrindən çıxarışa diqqət yetirildikdə, hadisədən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zəng etməsi aydın surətdə görünür. Hadisənin 09:30 radələrində olması qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 ilkin ifadəsində qeyd edilmişdir ki, Pərviz evin həyətində onu gözləmiş və o çıxdıqdan sonra birlikdə “Dubay bazarı”na getmişlər. Onda sual olunur əgər onlar birlikdə olmuşlarsa, onda nədən telefon əlaqəsi yaratmalı idilər? Bundan başqa, digər təqsirləndirilən şəxs Xudaverdinin ilkin ifadəsinə istinadən pul yarıbayarı, yəni hərəyə 36 min düşməklə bölünməsi qeyd olunur. İttihamda isə oğurlanan məbləğ başqa formada göstərilmişdir. Təqsirləndirilən şəxs oğurluq edilməsindən yalnız Kürdəmir rayonunun ərazisində xəbəri olduğunu bildirmişdir. Həmin vaxt da orada onların arasında mübahisə olduğunu qeyd etmişdir. Digər təqsirləndirilən şəxsin ifadəsində guya pulun və qızılın kimin götürməsi barədə mübahisə olduğunu göstərmişdir. Əslində təqsirləndirilən şəxs oğurluq etməsinə etiraz olaraq mübahisə etiklərini bildirmişdir. Bu versiya daha ağlabatandır. Belə ki, əgər onlar ilkin vaxtlardan pulu birlikdə götürmüşlərə, onda niyə əvvəlcədən pulu kimin götürməsi barədə mübahisə baş vermirdi, yalnız Kürdəmir rayonunun ərazisinə getdikdən sonra belə bir mübahisə baş verirdi. Təqsirləndirilən şəxs2 evdən oğurluq edilməsində iştirak etməsinə dair ittiham tərəfinin hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yeganə sübut digər Təqsirləndirilən şəxs1 ilkin ifadəsidir ki, həmin ifadəni təsdiq edəcək digər bir fakt iş materiallarında yoxdur. Əksinə, həmin ifadəni həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 təkzib etmişdir. Qeyd olunan məsələlər birinci instansiya məhkəməsi qarşısında qaldırılsa da, məhkəmə müdafiə tərəfinin bu arqumentinə heç bir cavab verməmişdir. Ona görə də təqsirləndirilən şəxsin təqsiri sübuta yerinə yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Digər Təqsirləndirilən şəxs1 isə apelyasiya şikayətini belə əsaslandırmışdır ki, həyatda üzləşdiyim bir sıra çətinliklərlə əlaqədar çarəsiz olaraq törətdiyim cinayəti istisna etmir, əksinə etiraf edirəm. Lakin qeyd etmək istəyirəm ki, zərərçəkmiş Zərərçəkmiş şəxs zərəri həddindən artıq böyütməsi baş vermiş bu cinayət işində ümumiyyətlə əli olmayan bir insanı göstərməsi barəmdə olan hökmdən apelyasiya şikayəti verməyə səbəb olmuşdur. Ona görə də işə daha doğru və düzgün baxılmasını xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, dispanserdə qeydiyyatda olduğum üçün mənə dərman verilir, Pərviz həmin dərmanı məndən istəmişdir. Ona görə də onunla dərmanın dalınca getdik. Qayıdanda gördüm ki, zərərçəkmiş şəxsin evindən maşın çıxdı. Evə girib sandıqdan 65 min pul və az miqdarda, ucuz 3-5 ədəd qızılı götürdüm. Bunları götürüb Bakı şəhərinə getdim. 9 ay sonra tutuldum, bu vaxt ərzində həmin pulu xərcləmişəm, dişlərimi düzəltdirmişəm,həmçinin “Hepatit C” xəstəliyim olduğuna görə qanımı yuduzdurmuşam. İş materiallarında oğurlanmış pul məbləği şişdirilib. Üzləşmədə də başqa ifadə verməmişəm. Pərvizlə Bakıya bir yerdə getmişəm. Amma o demək deyil ki, o mənimlə oğurluq edib. Pulun bir qismini Pərvizlə xərcləmişəm. Hadisə günü Pərvizlə axşam saat 10-da ayrıldım, yenidən 1 radələrində ona zəng vurmuşam. Qızıl çox az idi. O da itib batdı. Mən evə tək girmişəm. Evdə 65 min pul və 3-5 ədəd qızıl zinət əşyası var idi. Məni MSY-də döymədilər. Ancaq məni qanunsuz olaraq orada saxlayıblar. Savadsızlıqdan belə ifadə vermişəm. Hadisədən sonra “Dubay bazarı”na getdim. Pərvizlə görüşdüm, orada yedik-içdik. Sonradan Bakıya getdik orada dincəldik. Xəstəxanaya qaraciyərimdə seroz olduğundan müalicəyə gəlmişəm. Pərvizə pulu “Topaz”dan udduğumu demişdim. Küdəmirdə Pərvizlə aramızda mübahisə olan zamanı qızıllar sellofandan düşüb itib. Xeyr, o gün kimlərə zəng etmişəm, kimlərdən mənə zəng gəlib xatırlamıram. Zərərçəkmiş şəxslə Pərviz uzaqdan qohumdular. Bəlkə də ondan qaynaqlanıb. Biz sadəcə dərman almağa birgə getmişik, onda da kameraya düşmüşük. 65 min manat pulu ciblərimə, qarnıma qoyub gizlətmişəm. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü Xudaverdidəndərman almışam. Ancaq cinayət törədildiyi zaman mən iş yerimdə olmuşam. Bunu telefon məlumatları da təsdiq edir. X3rşısında olan kameradan da görünür ki, mən Xudaverdidən dərmanı alıb işə getdim. Xudaverdi ilə ayrı-ayrı yerlərə getmişik. Hansı küçələrlə getmişəmsə, orada olan kameralar dediyimi təsdiq edə bilər. Bazarın kamerasına da düşmüşəm. Xudaverdinin verdiyi ilkin ifadəyə görə məni ittiham etdilər. Əgər mən onunla birlikdə olsaydım, o mənə niyə zəng vursun ki? Anten dairəsi eyni olardı. Bakıda isə Xudaverdi ilə cəmi iki gün olmuşam. Xudaverdinin pul xərclədiyini görüb ondan bu pulları haradan aldığını soruşanda Xudaverdi mənə həmin pulları “Topaz”da qazandığını bildirdi. Xudaverdi mənə 36 min manat verməyib. MSY-də ona təzyiq göstərildiyinə görə belə ifadə verib. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Səbuhi Rəcəbov apelyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 daha yüngül cəza təyin edilməsini və zərərçəkmiş şəxsin apleyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Emil Əliyev ətraflı çıxış edərək təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, X9 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilərək, ona bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Mazan Fətəliyev bildirmişdir ki, apelyasiya şikayətlərinə etiraz edirəm. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətmələri Təqsirləndirilən şəxs1 ifadələri, işdə olan video görüntü, anten dairəsi, telefon danışıqları və zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, ədalətli cəza təyin etmişdir. Apelyasiya şikayətlərinin təmin edilməsi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayətlərinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəmə kollegiyasına teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüdudlar həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayətləri təmin edilməməli və X9 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən ev özünə məxsusdur. Hadisə baş verən vaxt həmin ünvanda atası Şahid2 və anası Kəmalə Çıraqova ilə birlikdə yaşayırdı. xx xxxxxx 2018-ci ildə, saat 20 radələrində anası və atası birlikdə, qardaşı Aqil Qafarov isə saat 20:30 radələrində evdən çıxıb getmişlər. O, evdə tək qalmış, evin ikinci mərtəbəsində, başdan ən axırıncı otaqda yatmış, daha sonra həmin gün saat 22:25 radələrində evdən çıxıb getmişdir. O xx xxxxxx 2018-ci ildə, saat 18:20-dən saat 22:25 radələrinədək evdə olmuş, oğurluq hadisəsi də həmin müddətdə baş vermişdir. O, həmin gün saat 22:25-də evdən çıxanda evin birinci mərtəbəsindəki zal otağının bayırda ev ilə üzbəüz dayandıqda sol tərəfinin həyətyanı sahəyə baxan pəncərəsinin açıq olduğunu görmüşdür. Həmin pəncərənin jalüzdən olan pərdəsi səliqəli formada olduğundan, o heç nədən şübhələnmədən yəqin anası və ya atasının pəncərəni hava daxil olması üçün açıq qoyduğunu güman etmişdir. Oğurluq olan otağa daxil olmamış və heç nədən şübhələnməmiş, pəncərəni elə həmin vəziyyətdə qoyaraq, saat 22:25-də evdən çıxıb dostu Valeh Bağırovun yaşadığı Gəncə şəhəri, Heydər Əliyev prospektində ünvanını dəqiq bilmədiyi evinə getmiş, orada onunla çay içib nərd oynamışdır. Həmin gün, saat 23:48-də anası Kəmalə Çıraqova onun mobil telefonuna zəng edərək evdən oğurluq olması barədə məlumat vermişdir.Evə gəldikdən sonra evin ikinci mərtəbəsində, pilləkənlə qalxdıqda üzbəüz birinci otaqda olan sandığın kilidini sındırılaraq ona məxsus külli miqdarda, yəni 115700 manat nəğd pulu və 3000 manat dəyərində badam formalı qızıl sırğa üzük dəsti, bir ədəd 1500 manat dəyərində badam formalı mavi qaşlı qızıl klon, bir ədəd 700 manat dəyərində qızıl üzük, 2500 manat dəyərində qızıl klon sırğa üzük dəsti, bir dəst 500 manat dəyərində qızıl sırğa, bir dəst 400 manat dəyərində qızıl sırğa, bir dəst 500 manat dəyərində qızıl sırğa, 2000 manat dəyərində briliyant qaşlı klonu olan qızıl boyunbağı, bir ədəd 500 manat dəyərində qızıl boyunbağı, bir ədəd 200 manat dəyərində imza formalı qızıl, 250 manat dəyərində üzərində göz muncuğu olan qızıl sancaq, bir ədəd 2000 manat dəyərində qızıl üzük, 15000 manat dəyərində ağ qızıldan olan üzük, sırğa, qolbaq və boyunbağı dəsti, 1000 manat dəyərində üzərində mirvari qaşı olan qızıl boyunbağı olmaqla, ümumilikdə 30.000 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığı ona məlum olmuşdur. xx xxxxxx 2018-ci ildə evində baş vermiş oğurluq hadisəsi zamanı ona 145.750 manat maddi, 5000 manat mənəvi ziyana görə mülki iddiasının təmin edilməsini, oğlurluq hadisəsi zamanı ona dəymiş maddi və mənəvi ziyanın təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2018-ci ildə, saat 20 radələrində həyat yoldaşı Kəmalə ilə birlikdə qudası Oruc müəllimin evinə qonaq getmək üçün evdən çıxmışlar. Həmin vaxt o, avtomobili həyətdən çıxarmış və qapını açarla çöldən bağlamışdır. Oğlu Xalid isə evdə otağında olmuşdur. Bu zaman o, küçədən 4 nəfər kişi və bir nəfər qadının keçdiyini, onlarla üz-üzə, qarşı tərəfdən isə iki nəfər şəxsin gəldiyini görmüşdür. Həmin o, 4 nəfər və bir nəfər qadın olan şəxslərin üzünü görməsə də, digər iki nəfərin üzünü görmüşdür. Belə ki, onlar yaxınlaşan zaman işıq dirəyinin altından keçmiş və onlardan şübhələndiyi üçün onların üzünü yadında saxlamışdır. Həmin şəxslərdən birinin başında qara papaq olmuşdur. Bundan sonra o, həmin şəxslərdən şübhələndiyi üçün yenidən avtomobili qapıya tərəf sürmüş və qapını açıb özü həyətə girmişdir. Onlar keçib gedəndən sonra isə yenidən küçəyə çıxıb qapını bağlamış və çıxıb getmişdir. Həmin gün, saat 23 radələrində qudasının dəmiryolu vağzalının yanında olan evindən çıxan zaman da küçədə şübhəli bir qadın və bir kişi də görmüşdür. Həmin vaxt artıq evə gəldikdən sonra evdəki sandığın asma qıfılının sındırıldığını və evdən oğurluq olduğunu bilmişdir. Bundan sonra da oğlu Xalid polisə məlumat vermiş və polis əməkdaşları gəlib baxış keçirmişlər. Bundan başqa, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “1986-cı ilin fevral ayından etibarən Gəncə yoluxucu xəstəliklər xəstəxanasında həkim işləyir. xx.xx.2018-ci ildə əvvəldən də qeydiyyatda olan Təqsirləndirilən şəxs1 xəstəxanaya müraciət edərək müalicəsini davam etdirmək istədiyini demiş, ona görə də həmin gün ona stasionar karta açılaraq müalicəsi başlanılmış, müalicə zamanı muxtəlif iynə dərmanlar yazılmış və Xudaverdi özü almış, dərmanlar onun müalicəsi üçün istifadə edilmişdir. Həmin müalicə dövründə bir neçə dəfə Xudaverdinin qanı yuyulmuş, lakin onun qanı özəl xəstəxanalarda yuyulduğu üçün hansı məbləğdə pul verməsini bilməmişdir. xx.xx.2018-ci il tarixdə isə Xudaverdinin müalicəsi başa çatdığı üçün xəstəxanadan çıxmış və birdaha ora gəlməmişdir. Xudaverdi qanını özəl xəstəxanalarda yuduzdurduğu üçün onun qanını yuduzdurmasına 4000 manat xərcləyibxərcləməməsini bilməmişdir. Qeyd olunanlarla yanaşı, cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzləşmə zamanı oğurluq edərkən kefli olduğuna görə ilkin ifadə verərkən səhv yadında qaldığından həmin oğurluq hadisəsini Pərvizlə birlikdə törətdiyini demişdir. Əslində isə oğurluqdan Təqsirləndirilən şəxs2 sonradan məlumatı olduğunu, oğurluğu onunla birlikdə etmədiyini və pulların isə bir qismini Bakı şəhərində Təqsirləndirilən şəxs2la xərclədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş axtarış aparılması haqqında xx xxxxxx 2018ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında yerləşən evində baxış və axtarış istintaq hərəkəti keçirilmiş, lakin baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut götürülməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli şühbəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zamanı o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 73B ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildən oğurluq etmələri ilə bağlı ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının x xxxxxxxx 2018-ci il tarixli, 511 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli 569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri, Kəpəz RPİ-nin xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs1 Bakı şəhərində dişini düzəltdirdiyi həkimin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, habelə cinayət işinin materiallarında olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri təqsirləndirilən şəxslərə CM-in 177.3.2ci maddəsi ilə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətmələrini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunduqları cinаyət əməlini törətməkdə təqsirli olmaları bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək, törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinаyət əməli CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Apelyasiya şikayətlərinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bunlarla razılaşmır və hesab edir ki, bu dəlillərinin heç bir əsası yoxdur. Əvvəlcə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 apelyasiya şikayətində törətdiyi cinayəti etiraf etməməsini, lakin zərərçəkmiş Zərərçəkmiş şəxs zərəri həddindən artıq böyütməsini göstərməklə, bu cinayət işində ümumiyyətlə əli olmayan bir insanın, yəni Təqsirləndirilən şəxs2 da təqsirləndirilməsini qəbul etmədiyini və bu səbəbdən barəsində olan hökmdən apelyasiya şikayəti verdiyini bildirmişdir. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq, özünü ona qarşı irəli sürülən ittihamda qismən təqsirli bilməklə, həm də digər Təqsirləndirilən şəxs2 təqsirsiz olmasını iddia edir. Təqsirləndirilən şəxs1 06, 07 və xx xxxxxx 2018-ci ildə şübhəli şəxs qismində dindirilərkən, şübhəli şəxs kimi ifadəsi yerində yoxlanılarkən və təqsirləndirilən şəxs qismində ifadə verərkən bildirmişdir ki, (İ cild, i. v. 149-159, 169-171, 228-230, 231- 234,237-242) şübhənin mahiyyəti və mənası mənə aydındır. Bununla əlaqədar göstərirəm ki, mən yuxarıda göstərilən ünvanda yaşayıram.Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 73B ünvanında yerləşən yaşayış evindən xx xxxxxx 2018-ci il tarixdə oğurluğu, mən dostum Təqsirləndirilən şəxs2 ilə birlikdə etmişəm. Belə ki, xx xxxxxx 2018-ci il tarixdə, saat 21:30 radələrində Pərvizlə birlikdə həmin evin qarşısından keçəndə ev sahiblərinin çıxıb getdiklərini gördük. Bizim pula ehtiyacımız olduğundan, oğurluq etmək məqsədi ilə həmin evə girmək qərarına gəldik. Pərviz nəzarət etmək üçün küçədə dayandı, mən isə hasardan aşıb həyətə keçdim. Evin birinci mərtəbəsindəki taxta materialından olan pəncərələrdən birini itələyəndə açıldı. Həmin pəncərədən evə daxil oldum və otaqları axtarmağa başladım. Otaqlardan birində sandıq olmasını gördüm, lakin sandığın qapağında qıfıl var idi. Mən həyətə çıxıb oradan dəmir boru götürdüm və həmin dəmir boru vasitəsilə qıfılı sındırdım. Mən sandıqda külli miqdarda 100-lük və 50-lik əskinaslardan barət pul və qızıl-zinət əşyaları olmasını gördüm. Həmin pulları və qızıl zinət əşyalarını evdən sellofan torba götürüb içinə qoyub çölə çıxdım. Qıfılı sındırdığım dəmir borunu həyətdən yola atdım, özüm isə hasardan keçib küçəyə çıxdım. Pərvizə külli miqdarda pul götürdüyümü bildirib dərhal oradan uzaqlaşdıq. Biz “Dubay bazarı” adlanan yerə kafeyə getdik, orada gecə saatlarınadək yeyib içdik, sonra isə Bakı şəhərinə getmək qərarına gəldik, taksi ilə avtovağzala gedib Bakıya gedən avtobusla yola çıxdıq. Biz Kürdəmir rayonunda avtobus dayananda yenidən kafedə yeyib içdik. Kafedən çıxanda Pərviz mənə pullar və qızıllar olan sellofan torbanı ona verməyimi istədi, mən isə özüm daşıyacağımı bildirdim. Bununla əlaqədar aramızda mübahisə yarandı və mən əsəbləşib selofan torba ilə Pərvizi vuranda torba cırıldı, pullar və qızıllar yerə düşdü. Mən avtobusa getdim, Pərviz isə dayanıb pulları yığıb gəldi. Biz Bakı şəhərinə çatıb hal-hazırda yerini bilmədiyim oteldə qaldıq. Orada bizə məlum oldu ki, qızılları itirmişik. Belə ki, mən sellofan torba ilə Pərvizi vuranda torba cırılarkən qızıllar orada düşüb itmişdir. Bundan sonra yüngül həyat tərzi keçirən qızlarla müxtəlif otellərdə qalır, yeyib içirdik. Biz təxminən bir ay birlikdə qaldıq və həmin puldan xərclədik. Sonra qərara gəldik ki, qalan pulu sayıb bölək. Bizim hər birimizə 36.000 (otuz altı min) manat pul qaldı. Mən həmin pulu götürüb Gəncə şəhərinə qayıtdım. Bir neçə gün Gəncə şəhərində qaldıqdan sonra yenidən Bakı şəhərinə qayıtdım. Mən iyul ayına qədər Bakıda qaldım. Həmin müddətdə payıma düşən pulu müxtəlif otellərdə qalmağa, barlarda, yeyib-içməyə və yüngül həyat tərzi keçirən qızlara xərclədim. İyul ayının ortalarında pul tamamilə gutardı və mən Gəncə şəhərinə qayıtdım. Məni bu hadisə ilə əlaqədar Kəpəz Rayon Polis İdarəsinə dəvət etdilər. Oğurluq hadisəsində şübhəli olduğumu bildirdilər, mən də törətdiyim əməli etiraf etdim. Həmin zaman təqsirləndirilən şəxs müstəntiqin suallarına cavab olaraq demişdir ki, mən həmin evdə yaşayan şəxsləri tanımıram, biz sadəcə evin qarşısından keçəndə ev sahiblərinin çıxıb getdiklərini gördük və elə həmin vaxt orada, oğurluq etmək barədə razılığa gəldik. Biz oradan oğurladığımız pulu əvvəlcədən saymadığımızdan, dəqiq olaraq nə qədər pul olmasını bilmirəm. Qızılları isə Kürdəmir rayonunda itirmişik. Bir ay sora Pərvizlə pulları bölmək qərarına gələndə 72.000 manat pul qalmışdı. Həmin pulu da bərabər şəkildə aramızda böldük. Mən bu hadisədən başqa oğurluq etməmişəm. Təqsirləndirilən şəxs2la 3 aydır ki əlaqəm yoxdur, o da mənim kimi oğurluq ticəsində payına düşən pulları kefi üçün xərcləyib. Puldan onda qalıb-qalmaması barədə məlumatım yoxdur. Xeyr, ifadəmə əlavəm və ya düzəlişim yoxdur. Bunlardan əlavə, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən çəkilmiş fotoşəkillərdən də görünür ki, Təqsirləndirilən şəxs1 cinayəti necə törətməsini əyani olaraq göstərir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhəri Vəli Xuluflu küçəsi, 73B ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildən oğurluq etdiyi pul ilə yeyib içdiyi Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən və restoran yerləşən «Teleqüllə»ni, «Tarqovı» adlanan küçədə yerləşən «Hiss club», «One club» adlı barları, Bakı şəhəri Bülbül küçəsi ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşən masaj salonunu, Bakı şəhər Nərimanov rayonu, M.Əlizadə küçəsində yerləşən «İnfiniti» və «Elipso» adlı barları, Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsində yerləşən «Malibu» adlı barı, «Dənizkanarı parkın» qaşısında yerləşən «Hilton» adlı oteli göstərmiş və bildirmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 73B ünvanında yerləşən fərdi yaşayış evindən oğurlamış olduğu pulları barlarda olan yüngül həyat tərzi keçirən qızlara xərcləmiş, həmin qızlarla pul müqabilində «Hilton» və dəqiq yerini bilmədiyini və yüngül həyat tərzi keçirən qızların onları apardıqları başqa otellərdə xərcləmiş, göstərdiyi və ünvanını bilmədiyi çoxlu masaj salonunda istirahət etmişdir. Həmçinin Gəncə şəhərində yerləşən xəstəliyi ilə bağlı müalicə olunduğu Abbas Səhhət adına xəstəxananı göstərmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib olunmuş və keçirilmiş istintaq hərəkətlərinin fotoşəkilləri çəkilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2la oğurladığı pulları harada və necə xərclədiyini təfsilatı ilə göstərir. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş verən gün, yəni xx xxxxxx 2018-ci ildə, saat 20:00-dan 23:00-dək olan müddət ərzində Gəncə şəhəri, V.Xuluflu küçəsi, 73B ünvanının baş vermiş oğurluq hadisəsi ilə bağlı götürülmüş DVD diskə baxış zamanı həmin müddətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin küçədə olduqları müəyyən olunur. Digər tərəfdən, cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 iştirakı ilə həmin DVD diskə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs1 diskdə görünən iki nəfər şəxsdən başında papaq olan şəxsin özü olduğunu, yanındakı digər şəxsin isə Təqsirləndirilən şəxs2 olduğunu, xx.xx.2018-ci il tarixdə, saat 21 radələrində küçədən keçən zaman ev sahibinin evdən çıxdığını görüb həmin evdən oğurluq etdiklərini bildirir. Bunlardan əlavə, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxxxx 2018 və xx xxxxxxx 2018-ci il tarixli protokollardan görünür ki, “xxxx” MMC-dən xx.xx.2018-ci il tarixli, BKC/LGL-20444/18 nömrəli məktubla daxil olmuş 1 ədəd CD diskin içərisində 235 KB ölçüdə 1 ədəd fayl vardır. Həmin faylda xx.xx.2018-ci il tarixdə, saat 21:05-dən 23:45-dək olan müddətdə Təqsirləndirilən şəxs1 məxsus ********** saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus ********** saylı mobil nömrə arasında dəfələrlə danışıq olmasına dair məlumatlar vardır. Həmçinin diskdə anten dairəsinə dair məlumatda da ********** saylı nömrənin Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 73B ünvanının yaxınlığında olan ünvan 9 Xətai prospektinin kəsişməsində olması da əks edilmişdir. “xxxx” MMC-dən alınmış xx.xx.2018-ci il tarixli AZF/LGL-23874/18 nömrəli məktubla daxil olmuş 1 ədəd CD diskin içərisində 88 KB ölçüdə 1 ədəd faylın olması müəyyən olunur. Həmin faylda xx.xx.2018-ci ildə, saat 21:05-dən 23:45-dək olan müddətdə Təqsirləndirilən şəxs2 məxsus ********** saylı nömrənin anten dairəsinə dair məlumatda da onun Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 73B ünvanının yaxınlığında olan ünvan 9 Xətai prospektinin kəsişməsində olması da göstərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ilkin ifadələri, təqsirləndirilən şəxslərə məxsus mobil telefon vasitəsi ilə edilmiş zənglər, mobil telefon nömrələrinin anten dairəsi barədə məlumatlar, həmçinin hadisə yerinin kamera görüntülərini özündə əks etdirən disklərə baxış zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında xx.xx.2018-ci ildə, saat 21:05-dən 23:45-dək olan müddətdə dəfələrlə telefon danışığının olması və həmin mobil nömrələrin hər ikisinin anten dairəsinin oğurluq hadisəsinin baş verdiyi ünvana yaxın olması, həmçinin hər iki təqsirləndirilən şəxsin hadisə baş verdikdən dərhal sonra Bakı şəhərinə getmək barədə razılıq əldə etmələri, Bakı şəhərində birlikdə oğurlanan pulları xərcləmələri apelyasiya şikayətinin Təqsirləndirilən şəxs1 cinayəti təkbaşına törətməsinə dair sonrakı ifadələrinin həqiqəti əks etdirmədiyini, digər Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş, müdafiə xarakteri daşıyan əsassız dəlillərdir. Apelyasiya şikayətinin Zərərçəkmiş şəxs zərəri həddindən artıq böyütməsi barədə dəlilinə gəlincə, qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs göstərdiyi ziyanın məbləği ilə Təqsirləndirilən şəxs1 xərclədiyi pulları müqayisə etdikdə, həmin məbləğin şişirdilməsi və ya olduğundan artıq göstərilməsi qənaətinə gəlmək olmur. Ona görə də apelyasiya şikayətinin bu dəlili də əsaslı deyil. Məhkəmə kollegiyası digər Təqsirləndirilən şəxs2 müdafiəçisi Zabil Qəhrəmanovun apelyasiya şikayətinin dəlilləri ilə də razılaşa bilmir. Belə ki, həmin apelyasiya şikayətində əsas dəlil kimi göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə məxsus əmlakı digər Təqsirləndirilən şəxs1 ilə əlbir olub talaması sübuta yetirilmir. İttiham tərəfi Təqsirləndirilən şəxs2 evdən oğurluq edilməsində iştirak etməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yeganə sübut digər Təqsirləndirilən şəxs1 ilkin ifadəsidir ki, həmin ifadəni təsdiq edəcək digər bir fakt iş materiallarında yoxdur. Əksinə, həmin ifadəni həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 təkzib etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 apelyasiya şikayətinin dəlilləri üzrə hüqiqi qiymətləndirmə apararkən Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülən cinayət əməlinin törədilməsində iştirakı və təqsirsiz olmamasına dair iş üzrə mövcud olan sübutlar təhlil edildiyindən və bu sübutlar apelyasiya şikayətinin Təqsirləndirilən şəxs2 təqsirsiz olmasını inkar etdiyindən yenidən həmin məsələ üzrə təhlil aparılmasına zərurət görmür. Beləliklə, Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülən cinayət əməlini təkbaşına törətməsi, digər Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə həmin cinayət əməlində törədilməsində təqsirsiz olması barədə göstərdikləri xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la tamah məqsədi ilə xx xxxxxx 2018-ci ildə, saat 21 radələrindən saat 23 radələrinədək olan müddətdə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 73B ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildən oğurluq etmələri tqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə birbirini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq, ziddiyyət olmamaqla yanaşı, onların mənbəyinin mötəbərliyinə də heç bir şübhə yaranmır. Təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülən cinayət əməlini törətməmələri barədə göstərdikləri xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Bütün bunlar məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 177.3.2-ci maddəsinin tərkibi vardır, ona görə də onların apelyasiya şikayətlərinin təmin olunması və Təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülən cinayət əməlini törətmişlər, apelyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Ona görə də təmin oluna bilməz. Zərərçəkmiş şəxs apelyasiya şikayətinin təqsirləndirilən şəxslərə təyin olunmuş cəzaların yüngül olması və onlara maksimum həddə cəza təyin olunması barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla da razılaşa bilmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmin Məcəllənin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. İşin halları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum edildikləri CM-in 177.3.2-ci maddəsinin sanksiyasına əsasən, onlar beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilərlər. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onların islаh olunmаlarınа və аilələrinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onlarа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmiş, CM-in ədalət və humanizm prinspinə, habelə cəzanın islah təsiri baxımından tələblərə uyğun olmuşdur. Ona görə də təqsirləndirilən şəxslərə təyin edilmiş cəza yüngül hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət - Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən,əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islahedilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (CM-in 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 israr olunan cinayəti törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxslərin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiyatələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, X9 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair X9 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar