Məhkəmə qərarları › İş №1(107)-7/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-7/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-7/2022 08.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)- 115/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X22 (sədrlik edən), X16 və X7 ibarət tərkibdə) 20 may 2021-ci il tarixli, 1(091)-115/2021 nömrəli hökmü ilə, xx xxxx 1969-cu il tarixdə Gürcüstan Respublikasının Laqodexi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, xx xxxx 1977-ci il tarixdə Balakən rayonunun Şərif kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Balakən rayonunun Yeni Şərif kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2020-ci il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 CM-in 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Təqsirləndirilən şəxs2 yetişdirdiyi narkotik tərkibli çətənə bitkilərini özü satıb əldə edəcəyi gəlirin bir hissəsini sonuncuya verməyi vəd edərək Təqsirləndirilən şəxs2 verdiyi toxumları sonuncu 2020-ci ilin may ayının əvvəllərində Balakən rayonunun Yeni Şərif kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin qarğıdalı bitkiləri olan dirrik hissəsində qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əkərək həmin toxumlardan bitmiş 1122 (min yüz iyirmi iki) ədəd hündürlüyü 25 sm-dən 54 sm-dək, ümumi təmiz çəkiləri 5 kiloqram 770 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, 88 (səksən səkkiz) ədəd hündürlüyü 5 sm-dən 11 sm-dək, ümumi təmiz çəkiləri 18,05 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərinin, 181 (yüz səksən bir) ədəd hündürlüyü 26 sm-dən 50 sm-dək, ümumi təmiz çəkiləri 1 kiloqram 181 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, ümumilikdə isə 1391 (min üç yüz doxsan bir) ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişlər. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək qəsdən, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq həmin bitkilərin hissələrini toplayaraq həmin sahənin yaxınlığında qurutmaq məqsədi ilə polietilen örtüyün üzərinə pərakəndə və dağınıq halda sərib 1 kiloqram 540 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuananı əldə edərək daşıyıb saxlamış, həmçinin vahid niyyətlə həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrini toplayıb qurutmaqla külli miqdarda, yəni təmiz çəkisi 1 kiloqram 824,72 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 əldə edib daşıyaraq yaşadığı evə aparmış, həmin narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 790 qram olan hissəsini 1 ədəd sellofan torbada idarə etdiyi “Daevo Nexia” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerində, təmiz çəkisi 29,72 qram olan hissəsini 1 ədəd sellofan torbada yaşadığı evin otağındakı odun sobasının içərisində, çəkisi 1 kiloqram 5 qram olan hissəsini isə 1 ədəd sellofan torbada evin otağındakı masanın altında saxlamış, eləcə də vahid satış niyyəti ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə əldə etdiyi təmiz çəkisi 14,19 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış fərqli tərkibli narkotik vasitə-qurudulmuş marixuananı daşıyaraq yaşadığı evin həyətyanı sahəsində yerləşən daş anbarının üzərində bir ədəd sellofan torbanın içərisində saxlamaqla ümumilikdə 1 kiloqram 838.91 qram çəkidə, yəni külli miqdarda qurudulmuş marixuananı qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs2 CM-in 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək yetişdirdiyi narkotik tərkibli çətənə bitkilərini satıb əldə edəcəyi gəlirin bir hissəsini ona verəcəyi ilə bağlı sonuncunun ona verdiyi vədlə razılaşıb, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 ona verdiyi toxumları 2020-ci ilin may ayının əvvəllərində Balakən rayonunun Yeni Şərif kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin qarğıdalı bitkiləri olan dirrik hissəsində əkərək həmin toxumlardan bitmiş 1122 (min yüz iyirmi iki) ədəd hündürlüyü 25 sm-dən 54 sm-dək, ümumi təmiz çəkiləri 5 kiloqram 770 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, 88 (səksən səkkiz) ədəd hündürlüyü 5 sm-dən 11 sm-dək, ümumi təmiz çəkiləri 18,05 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərinin, 181 (yüz səksən bir) ədəd hündürlüyü 26 sm-dən 50 sm-dək, ümumi təmiz çəkiləri 1 kiloqram 181 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, ümumilikdə isə 1391 (min üç yüz doxsan bir) ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişlər. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək qəsdən, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq həmin bitkilərin hissələrini toplayaraq həmin sahənin yaxınlığında qurutmaq məqsədi ilə polietilen örtüyün üzərinə pərakəndə və dağınıq halda sərib, 1 kiloqram 540 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuananı əldə edərək daşıyıb saxlamış, həmçinin vahid niyyətlə həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrini toplayıb qurutmaqla külli miqdarda, yəni təmiz çəkisi 1 kiloqram 824,72 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla daşıyaraq həmin narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin narkotik vasitəni qanunsuz əldə edib daşıyaraq yaşadığı evə aparmış, həmin qurudulmuş marixuananın təmiz çəkisi 790 qram olan hissəsini 1 ədəd sellofan torbada idarə etdiyi “Daevo Nexia” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerində, təmiz çəkisi 29,72 qram olan hissəsini 1 ədəd sellofan torbada yaşadığı evin otağındakı odun sobasının içərisində, çəkisi 1 kiloqram 5 qram olan hissəsini isə 1 ədəd sellofan torbada evin otağındakı masanın altında saxlamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-115/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)- 115/2021 iş nömrəli hökmü aşağıdakı səbəblərə görə qanunsuz və əsassızdır: İ. Cinayət işinin materiallarında olan 14 iyun 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin əks olunduğu videodan da göründüyü kimi, iş üzrə cinayət təqibini həyata keçirən təhqiqatçı Şahid12 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 faktiki olaraq şübhəli şəxs statusunda olmasına baxmayaraq, qəsdən o şübhəli şəxs qismində tutulmur və bununla da müdafiəçisi olmadan dindirir. Bununla yanaşı, hətta o şahid statusunda olsa belə, ona Azərbaycan Respublikası Konstitusiyasının 66-cı, nə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 95.6.4 və 227.1-ci maddəsinin tələbləri izah olunmamışdır. İİ. Cinayət işinin materiallarında olan 14 iyun 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin əks olunduğu videodan da göründüyü kimi, iş üzrə cinayət təqibini həyata keçirən təhqiqatçı Şahid12 və yanındakı polis işçiləri hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 qəsdən təsir göstərirlər ki, həyətdə sellofan torbanın üzərində aşkar edilmiş bitkiləri (gövdə və kökü ilə birlikdə) qurutmaq məqsədi ilə sərdiyini bildirsin. Lakin, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 iş üzrə cinayət təqibini həyata keçirən təhqiqatçı Şahid12 10-dan çox təkrar-təkrar verdiyi “Bunlar nədir?, Bunları hansı məqsədlə sərmisən bura?” suallarına, - həmin bitkiləri ora özünün sərmədiyini, bunda məlumatsız olduğunu, onun da polis işçiləri ilə birlikdə əkilən narkotik tərkibli birkiləri sökməsi ilə məşğul olduğunu bildirmişdir. Həmin video çəkilişlə bağlı cinayət işinin materiallarında olan 3-cü diskin 21:40 – 23:20; 25:40 – 26:52 və 28:45 – 29:38-ci dəqiqələri arasındakı danışıqlarda yuxarıda qeyd etdiyi halları müəyyən etmək tam mümkündür. Hətta video çəkilişin 26:28-ci dəqiqəsində hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs2 yanında (solunda) dayandmış polis işçisi, ona narkotiki qurutmaq üçün sərdiyini deməsini bildirir. Sonda hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 polisini təzyiqindən yaxa qurtarmaq məqsədi ilə həmin bitkiləri qurutmaq üçün ora sərdiyini bildirmişdir. Ancaq, video görüntülərdən açıq-aşkar görünür ki, həmin bitkilər yenilikcə və kökü qarışıq çıxarılmaqla ora sərilmişdir. İİİ. Cinayət işinin materiallarında olan 14 iyun 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldanda da göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 dedikləri tam olaraq protokolda qeyd edilməmiş və yalnız polisin təkidindən sonra “bitkiləri qurutmaq üçün sərmişdir” ifadəsi orada yazılmışdır. İV. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyun 2020ci il tarixli, 17/374 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində sellofan torbanın üzərindən götürülmüş ümumi çəkisi 2 kq. 850 qram olan narkotik tərkibli çətənə bitkilərinin 1 kiloqram 540 qram olan hissəsi “iri xırdalanmış” qurudulmamış marixuanadır. Cinayət işinin materiallarında olan 14 iyun 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin əks olunduğu videodan da göründüyü kimi, həyətdə sellofan torbanın üzərində aşkar edilmiş kökü üzərində olan bitkilər təhqiqatçı Şahid12 tərəfindən güc tətbiq etməklə sıxılaraq ağ rəngli sintetik kisəyə yığılır. Hansı ki, həmin bitkiləri hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 ora sərməmişdir İşin bu halı onu göstərir ki, kökü üzərində olan bitkilər təhqiqatçı Şahid12 tərəfindən güc tətbiq etməklə sıxıldığı üçün və yaxud ora sərilərkən qırılmış və nəticədə ekspert tərəfindən həmin kütlə “iri xırdalanmış” qurudulmamış marixuana adlanıdırılmışdır. V. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2, iş üzrə digər Təqsirləndirilən şəxs1 avtomobilində, evində və həyətyanı torpaq sahəsində aşkar edilmiş narkotik vasitələrlə əlaqəsi olması qənaətinə gəlinməsi də qanunsuz və əsassız olmuşdur. Belə ki, iş üzrə digər Təqsirləndirilən şəxs1 avtomobilində və evində aşkarlanmış narkotik vasitələri Təqsirləndirilən şəxs2 gətirməsi ilə bağlı ifadəsi, özünün və şahidlərin ifadələri ilə təkzib edilmişdir. Şahid ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs2 narokotik tərkibli çətənə bitkilərini gətirdiyini iddia etdiyi vaxtda o ümumiyyətlə tam fərqli yerdə olmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 evində götürülmüş evin müşahidə kameraları vasitəsi ilə çəkilmiş videoların olduğu yaddaş quruğusunun tədqiqi zamanı da, Təqsirləndirilən şəxs2 qeyd olunan vaxt onun evinə ümumiyyətlə gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iş mаteriаllаrınа əlаvə edilmiş təqsirləndirilən şəxs Nоvruzоv Xаlid Bilаl оğlunun yаşаdığı Bаlаkən rаyоnu Mаhаmаlаr kəndində yerləşən evində аxtаrış аpаrılаn zаmаn evdən götürülmüş müşаhidə kаmerаsının yаddаşındаkı görüntülərdə 14.06.2020ci il tаrixdə səhər rаdələrində аğ rəngli VАZ-2106 mаrkаlı аvtоmоbili idаrə edən şəxsin həmin аvtоmоbili Xаlid Nоvruzоvun həyətinə sürərək sаxlаdığı və Xаlid Nоvruzоv оnа yаxınlаşdıqdаn sоnrа həmin аvtоmоbilin bаqаc hissəsindən bir ədəd göy rəngli sellоfаn tоrbаnı götürərək Xаlid Nоvruzоvа verdiyi və sоnuncunun dа həmin tоrbаnı götürüb evə аpаrdığı görünür. İstintаq zаmаnı 14.06.2020-ci il tаrixdə səhər rаdələrində VАZ-2106 mаrkаlı аvtоmоbili idаrə edərək Xаlid Nоvruzоvun yаşаdığı ünvаnа gəlmiş şəxsin Qоcаyev Eyvаz İsаxаn оğlu оlduğu müəyyən edilmişdir. 15.06.2020-ci il tаrixdə təqsirləndirilən şəxs Xаlid Nоvruzоvun yаşаdığı ünvаndа аxtаrış аpаrılаn zаmаn 14.06.2020-ci il tаrixdə Eyvаz Qоcаyevin idаrə etdiyi VАZ-2106 mаrkаlı аvtоmоbillə Xаlid Nоvruzоvun yаşаdığı ünvаnın həyətinə gətirib оnа vermiş bir ədəd göy rəngli sellоfаn tоrbаnın оxşаrı sоnuncunun yаşаdığı evin zаl оtаğındа içərisindən qurudulmuş mаrixuаnа аşkаrlаnmış оdun sоbаsının üzərindən tаpılmışdır. İş üzrə şаhid qismində dindirilmiş Qоcаyev Eyvаz İsаxаn оğlu dindirmə istintаq hərəkəti zаmаnı Nоvruzоv Xаlid Bilаl оğlunun pоlis əməkdаşlаrı tərəfindən tutulаn günü Xаlid Nоvruzоvun yаşаdığı evdə оlub-оlmаmаsı və hаnsı məqsədlə оrа getməsi ilə bаğlı оnа verilmiş sullаrа cаvаb оlаrаq göstərmişdir ki, Xаlid оnа tutulmаzdаn təxminən bir gün əvvəl zəng edərək аvtоmоbilinin nаsаz оlduğunu bildirib istifаdə etdiyi VАZ-2106 mаrkаlı аvtоmоbili idаrə etmək üçün özünə verməyini xаhiş etmiş, о dа bunа rаzılıq vermişdir. Xаlid özü gəlib mаşını yаşıdığı evin qаrşısındа sаxlаdığı yerdən sürüb аpаrmış, аxşаm rаdələrində də gətirib götürdüyü yerə qоyub çıxıb getmişdir. 15 iyun 2020-ci il tаrixdə Nоvruzоv Xаlid Bilаl оğlunun evində аxtаrış аpаrılаn zаmаn evdə qurаşdırılmış müşаhidə kаmerаsı qurğusunun götürüldüyü, həmin qurğu tərəfindən qeydə аlınmış görüntülərə bаxış keçirilən zаmаn 14 iyun 2020-ci il tаrixdə gündüz rаdələrində idаrə etdiyi VАZ-2106 mаrkаlı аvtоmоbillə Xаlidin yаşаdı evin həyətinə gələrək аvtоmоbilin bаqаc hissəsindən bir ədəd sellоfаn tоrbаnı götürüb Xаlidə verdiyinin göründüyü bildirilərək həmin görüntülər təqdim оlunduqdаn sоnrа görüntüdəki tоrbаnın içində nə оlmаsı bаrədə nə deyə bilməsi ilə bаğlı verilmiş suаlа cаvаb оlаrаq göstərmişdir ki, videоgörüntülərə bаxmışdır. Dəqiq tаrixi xаtırlаmır, lаkin hesаb edir ki, tutulmаzdаn bir gün əvvəl Xаlid gəlib оndаn mаşını götürmüşdür. Mаşını qаytаrdıqdаn sоnrа zəng edib mаşındа bаqаcdа tоrbаnın içində pаltаrlаrının qаldığını bildirib оnlаrı gətirməyini xаhiş etmişdir. О dа pаltаrlаrı аpаrıb Xаlidə vermişdir. Xаlidin yаşаdığı evin dаrvаzаlаrının qаrşısınа çаtdıqdа dаrvаzаlаrın аçıq оlduğunu görüb mаşını birbаşа içəri sürmüşdür. Bаqаcdаn tоrbаnı götürüb Xаlidə vermiş, çıxıb getmək istədikdə Xаlid оnu evə çаy içməyə dəvət etmiş, həyətin dаrvаzаlаrını dа örtmüşdür. Xаlidin təklifini qəbul edib evə girmiş, lаkin evdə də çаy içməyib bir stəkаn su içərək həyətə düşüb Xаlidgildən çıxıb getmişdir. Videоgörüntüdən Xаlid Nоvruzоvgilə gəlməzdən əvvəl оnun gələcəyini bildiyinə görə Xаlidin həyətin dаrvаzаlаrını аçmаsı, sоnrаdаn mаşını sürərək həmin dаrvаzаdаn оnun içəri dаxil оlmаsının və о içəri dаxil оlduqdаn sоnrа dа Xаlidin dаrvаzаlаrı örtməsinin görünməsi və bunu nə ilə izаh edə biləcəyi ilə bаğlı оnа verilmiş suаlа cаvаb оlаrаq göstərmişdir ki, Xаlidin həyətin dаrvаzаsını аçıq qоymаsının оnun gəlişi ilə bаğlı оlmаdığını hesаb edir. Əvvəllər də Xаlidgilə getdiyi zаmаn Xаlidin dаrvаzаlаrının həm аçıq, həm də аçıq оlmаyаn vаxtlаrı dа оlmuşdur. Həmin gün içəri dаxil оlduqdаn sоnrа dа Xаlid dаrvаzаlаrı örtub оnu çаyа dəvət etmişdir. Xаlidin yаşаdığı evdə аxtаrış аpаrılаn zаmаn qeyd edilən tоrbаnın sоnuncunun nаrkоtik vаsitə sаxlаdığı sоbаnın içərisində həmin nаrkоtik vаsitənin yаnındа аşkаrlаnmаsını bildirərək bu bаrədə nə deyə biləcəyi ilə bаğlı verilmiş suаlа cаvаb оlаrаq göstərmişdir ki, bu bаrədə оnu deyə bilər ki, Xаlidin xаhişi ilə tоrbаnı аpаrıb Xаlidə vermişdir. Tоrbаnı аçıb içinə bаxmаmış, lаkin əlini dəyib götürəndə pаltаr оlduğunu hiss etmişdir. Sоnrаdаn Xаlidin həmin tоrbа ilə nə etdiyini deyə bilmir. İş üzrə təqsirləndirilən şəxs Nоvruzоv Xаlid Bilаl оğlu ilə Qоcаyev Eyvаz İsаxаn оğlunun аrаsındа üzləşdirmə istintаq hərəkəti keçirilmişdir. Üzləşdirmə zаmаnı təqsirləndirilən şəxs Xаlid Nоvruzоv 14 iyun 2020-ci il tаrixdə Eyvаz Qоcаyevin оnа bir ədəd sellоfаn tоrbаdа çiyələk gətirib gəldiyini, Eyvаz Qоcаyev isə həmin tоrbаnın içərisində pаltаr оlduğunu hesаb etdiyini bildirmişdir. İbtidai istintaq orqanının, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 iş üzrə digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik təkibli bitkiləri əldə etmələrinin əsası kimi, yalnız cinayət işinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2020-ci il tarixli, 17/374 nömrəli rəyi olmuşdur. Belə ki, həmin rəydə Təqsirləndirilən şəxs2 və iş üzrə digər Təqsirləndirilən şəxs1 aşkarlanmış narkotik tərkibli çətənə bitkilərinin tərkibinə görə eyni olması qeyd edilmişdir. Lakin, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkarlanmış narkotik tərkibli çətənə bitkilərinin böyüməsi və inkişafından da göründüyü kimi, 5 sm-dən 54 sm-dək hündürlü olan (kök qarşıq) bitkilərdən, Təqsirləndirilən şəxs1 aşkarlanmış qurudulmuş marixuananın hissələrini (başlıq hissə, yarpaq və s.) əldə etmək mümkün deyildir. İşin bu halını əlavə məhkəmə bioloji ekspertizası təyin etmək və hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkarlanmış narkotik tərkibli çətənə bitkilərinin böyüməsi və inkişafına uyğun olaraq, Təqsirləndirilən şəxs1 aşkarlanmış qurudulmuş marixuananın əldə edildiyi narkotik tərkibli çətənə bitkilərinin yaşına (yetişmə müddətinə) görə eyni olub-olmamasını; həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı rayon və kəndin başqa hissəsində əkilmiş başqa narkotik tərkibli çətənə bitkilərinin də təkibinə görə eyni olmasının mümkün olub-olmamasını müəyyən etmək mümkündür. Təqsirləndirilən şəxs1 aşkarlanmış qurudulmuş marixuananın hissələrindən açıq aşkar görünür ki, həmin qurudulmuş marixuananın hissələri daha böyük çətənə bitkisinə aiddir. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Lakin, cinayət işinin materiallarında olan 12 avqust 2020-ci il tarixli, 682 nömrəli rəydən məlum olur ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkir və məcburi müalicəyə ehtiyacı vardır. Qeyd olunan rəy tam olaraq qanunsuz və əsassız olması ilə yanaşı, rəyin tədqiqat hisəsindən məlum olur ki, ekspert, Təqsirləndirilən şəxs2 nümunə götürərək, həmin nümunə əsasında tədqiqat aparmaq əvəzinə, yalnız xarici görünüşü və əlamətləri əsasında sonuncunun narkomaniya xəstəliyindən əzab çəkməsi və məcburi müalicəyə ehtiyacı olması qənaətinə gəlmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar iş üzrə təkrar ekspertiza təyin edilməli və Təqsirləndirilən şəxs2 götürülmüş nümunələr əsasında əsasında tədqiqat aparılmalıdır. Odur ki, Azərbaycan Respublikası Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021ci il tarixli, 1(091)-115/2021 iş nömrəli hökmünün - “hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5(beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi; CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olan 05 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi; Təqsirləndirilən şəxs2 cəza çəkdii müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və yaşadığı ərazi üzrə profilatik qeydiyyata alınması hissəsində ləğv edilərək” hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törtəmədiyi, həmçinin nə ibtidai istintaq, nə məhkəmə dövründə belə bir cinayət törətməsi sübuta yetirilmədiyi üçün həmin hissədə ona bəraət verilməsi, - “hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 234.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hissəsində dəyişdirilərək” hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 təqsiləndirildiyi CM-in 237.2.1 və 237.2.3cü maddələrinin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsi və cəzanı yüngülləşdirən halları nəzərə alınaraq ona CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti təyin edilməsi barədə yeni hökm qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-115/2021 nömrəli 20.05.2021-ci il tarixli hökmündən narazıdır və aşağıda qeyd etdiyi əsaslara görə ləğv edilməsini xahiş edir. Belə ki, Təqsirləndirilən şəxs1 CM-in 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib verdiyi ifadəsində 14.06.2020-ci il tarixdə polis əməkdaşları Balakən rayonu ərazisində ona yaxınlaşması və narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində bir müddət saxlanıldıqdan sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qeyri qanuni əşya, predmet, narkotik vasitə aşkar edilmədiyini, daha sonra isə idarə etdiyi Daevo Nexia markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirildiyini, baxış zamanı avtomobilin arxa yük yerindən bir ədəd sellofan torbada ümumi çəkisi 820 qram olan narkotik vasitə- marixuana aşkar edildiyini, 15 iyun 2020-ci il tarixdə isə yaşadığı evdə axtarış aparıldığını, polis əməkdaşlarına evdə narkotik vasitə olduğunu və təqdim edə biləcəyini, bundan sonra yaşadığı evin birinci mərtəbəsində yerləşən odun sobasının içərisindəki bir ədəd sellofan torbada çəkisi 34,56 qram olan narkotik vasitəni və evin otağındakı stolun altından bir ədəd sellofan torbada 1.03 kq olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etdiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə axtarış aparıldığını, axtarış zamanı həyətdə olan meyvə-tərəvəz çəkmək üçün istifadə etdiyi 01 ədəd böyük elektron tərəzinin götürüldüyünü, bundan sonra həmin tikilinin baş tərəfində olan istifadə olunmayan otaqdakı içərisində sellofan çalalar olan taxta qutular götürüldüyünü, bundan sonra yaşadığı evin həyətyanı sahəsində olan fındıq bağının daş anbarının üzərindən bir ədəd sellofan bükümdə çəkisi 14,25 qram olan narkotik vasitə aşkar edildiyini bildirmişdir. Eyni zamanda əlavə olaraq bildirmişdir ki, 14 iyun 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olduğu zaman evin giriş qapısının səsi gəldiyini, kameralara baxdıqda girişdə kiminsə olduğunu görmədiyini, buna görə də həyətin giriş qapısına yaxınlaşıb qapını açıb baxdıqda bir şəxsin olduğunu gördüyünü, lakin həmin şəxsin kim olduğunu bilmədiyini, daha sonra həmin şəxsin ona tanışlıq verdiyini və həmin şəxsin sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyini, həmin şəxsin ona özündə narkotik vasitə olduğunu və həmin narkotik vasitəni satmaqda köməklik etməyini xahiş etdiyini, bu işlərin onluq olmadığını, narkotik vasitəni satmaqda ona köməklik edə bilməyəcəyini dediyini, daha sonra həmin şəxsin özünü Balakən şəhər ərazisinə aparmağını ondan xahiş etdiyini, o da özünə məxsus Daevo Nexia markalı avtomaşınla Şahini Balakən şəhər ərazisində yerləşən bazarın yaxınlığına düşürdüyünü, həmin vaxt Şahinin ona avtomaşına minən zaman avtomaşının yük hissəsinə qoymuş olduğu iç-içə keçirilmiş vəziyyətdə olan iki ədəd orada saxlamağını ondan xahiş edib daha sonra həmin torbanı götürəcəyini dediyini, o da Şahinə özünə məxsus 051 *** ** ** mobil nömrəsini verib həmin nömrə ilə əlaqə saxlamasını bildirdiyini, bir müddət gözləməyinə baxmayaraq Şahinin gəlmədiyini, o da yaşadığı evə geri qayıtdığını və avtomaşını evin qarşısında, yəni küçədə saxladığını, daha sonra avtomaşını yük hissəsində olan Şahinin qoymuş olduğu torbanı yaşadığı evə apardığını, torbanı açıb baxdıqda içərisində narkotik vasitə olduğunu gördüyünü, həmin torbanın içərisində də balaca sellofan torba olduğunu, həmin sellofan torbanı evin otağındakı odun sobasının içərisinə qoyduğunu, digər böyük torbanı isə evin otağındakı stolun altına qoyduğunu, idarə etdiyi avtomobilin yük hissəsinə Təqsirləndirilən şəxs2 qoyduğu iç-içə olan iki ədəd sellofan torbanı yaşadığı evə aparıb ayrı-ayrılıqda saxladığını, lakin orada başqa torbanın olmasını görmədiyini bildirmişdir. 15 iyun 2020-ci il tarixdə idarə etdiyi avtomaşına baxış zamanı avtomaşınının yük hissəsindən aşkar edilmiş bir ədəd sellofan torbada təmiz çəkisi 790 qram olan narkotik vasitənin orada olmasından onun xəbəri olmadığını, yaşadığı evin həyətyanı sahəsindəki daş anbarın üzərindən aşkar edilmiş bir ədəd sellofan torbada olan narkotik vasitəqurudulmuş marixuananı orada saxlamadığını, aşkar edilmiş narkotik vasitəyə oxşar kütlənin köhnədən qalan ot olduğunu və uzun müddət orada qaldığını, lakin hazırda həmin sellofanda olan narkotik vasitəni saxlamadığını, orada olmasından məlumatının olmadığını ki, əvvəllər polis orqanlarında narkotiklərə qarşı mübarizə sahəsində baş əməliyyat müvəkkili işlədiyi üçün iş təcrübəsindən həmin bitki kütləsinin narkotik olduğunu və köhnə olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 narkotik əkməyi təklif etmədiyini, ona narkotik təkibli bitki toxumlarını vermədiyini, ümumiyyətlə 2020-ci ildə onun yaşadığı evə getmədiyini, 2012-ci ildə Təqsirləndirilən şəxs2 həyətində yabanı halda bitmiş olan narkotik tərkibli çətənə bitkisini məhv etmək üçün getdiyini, həmin vaxtdan Şahini qiyabi olaraq tanıdığını, lakin onunla heç bir münasibəti olmadığını, Təqsirləndirilən şəxs2 onun avtomaşınından bazara düşən zaman həmin torbaları orada saxlamağını, daha sonra isə geri qayıdıb götürəcəyini bildirdiyi üçün o da həmin torbaları avtomaşında saxladığını, daha sonra Şahin gəlmədiyi üçün həmin sellofanı nə edəcəyini bilməyib aparıb evində saxladığını, Şahinin həmin sellofanları gəlib götürəcəyini zənn etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında verdiyi ifadəsində 14 iyun 2020-ci il tarixdə saat təxminən 19 radələrində Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının onun anası X1 yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etdiklərini, həmin vaxtı evdə atası X23, anası X2 və qonşusu Mirvari adlı şəxs olduğunu, həmin vaxtı onun istifadəsində olan maşının küçədə qapıları açıq vəziyyətdə olduğunu, avtomobilin yük hissəsində isə nəyinsə olmasından xəbəri olmadığını, eyni zamanda anası X1 yaşadığı evin həyətində olan kamera qurğusunun polis əməkdaşları tərəfindən götürüldüyünü, bir müddət sonra isə kamera qurğusunun anası Gülzadə Dostəliyevaya təhvil verildiyini, Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının onu təxminən 40 dəqiqə Balakən rayonu Mahamalar kəndi istiqamətinə apardıqlarını, təxminən saat 20 radələrində onu Balakən rayon Polis Şöbəsinə gətirdiklərini, onu gətirərkən şöbənin ərazisində onun maşınının saxlanıldığını, təxminən beş saat sonra üzərinə baxış keçirildiyini qeyd etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi işi tam araşdırmamış, hökm çıxarılarkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və yekunda qeyriobyektiv, ədalətsiz hökm qəbul etmişdir. Təqsirləndirilən şəxs1 və onun avtomobilinin hansı tarixdə, hansı saatda, hansı qaydada Balakən rayon Polis Şöbəsinə gətirilməsi, Balakən rayon Polis Şöbəsində nə qədər saxlanıldıqdan sonra onun üzərinə baxış keçirilməsinin aydınlaşdırılması zəruri olduğundan Təqsirləndirilən şəxs1 anası X2 və Balakən rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid11 şahid qismində məhkəmə istintaqına dəvət edilərək şahid qismində dindirilməsi barədə məhkəməyə vəsatət verilsə də, məhkəmə bu halların araşdırılmasını zəruri hesab etməmiş və vəsatəti təmin etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən məlumatları araşdırmamış və aydınlaşdırmamış, ümumiyyətlə hökmdə bunlara hüquqi qiymət verməmişdir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs1 avtomobilinə baxışın 15.06.2020-ci il tarixdə, saat 02.50-03.25-də aparılması və avtomobilindən 820 qram narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kütləsinin aşkar edilərək götürülməsi göstərilir. Hələ nə üstündə, nə də ki, avtomobilində narkotik vasitə aşkar edilmədiyi və digər qanunda göstərilən əsaslar olmadığı halda, həmin bitki kütləsinin onun avtomobilində aşkar edilməsi qeyd edilən baxışın keçirilməsinin ehtimal olunduğu saat 02.50-03.25-dən təqribən 6 saat əvvəl həmin şəxsin şübhəli şəxs adı altında həbs edilməsi tam qanunsuzdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 14 iyun 2020-ci il tarixdə təxminən saat 20 radələrində polis şöbəsinə polis əməkdaşlarının avtomobili ilə gətirilmiş, özünün idarə etdiyi avtomobil isə digər polis əməkdaşı tərəfindən Balakən Rayon Polis Şöbəsinə gətitilmişdir. Digər tərəfdən isə Təqsirləndirilən şəxs1 onunla birlikdə cinayət törətməsini ehtimal etdiyi Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:30-dan saat 00:44-dək həyətində baxış keçirildiyi və həyətində çətənə bitkilərinin əkildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs2 hələ şübhəli şəxs qismində dindirilməmişdən əvvəl Təqsirləndirilən şəxs1 və onun avtomobili Balakən rayon Polis Şöbəsinə gətirilmişdir. Göstərilənlərə əsasən birmənalı olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsi ilə onun avtomobilinə baxış keçirilməsi arasında bir neçə saatlıq müəyyən müddət keçmiş, bu müddət ərzində təqsirləndirilən şəxsin avtomobili tam olaraq polis əməkdaşlarının nəzarətində olmuşdur. Hər halda təqsirləndirilən şəxs barəsində əməliyyat hazırlayan polis əməkdaşları onun tutulmasını həyata keçirən zaman, onun üzərində axtarışın həyata keçirilməsi, avtomobilinə baxış küçirilməsi üçün müvafiq hazırlıq işləri görməli, yəni axtarışın və baxışın həmin ərazidə keçirildiyi yeri müəyyən etməli, hal şahidlərini cəlb etməli və ya videoçəkilişi təmin etməli, təqsirləndirilən şəxsin prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsinə şərait yaratmalıydılar. Digər tərəfdən, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması ilə bağlı heç bir əməliyyat-axtarış tədbirləri; onunla bağlı videomüşahidələrin aparılması, onun izlənilməsi, telefon danışıqlarına qulaq asılması, telefon danışıq məlumatlarının götürülməsi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmasına dair videoçəkilişlər həyata keçirilmədən, bunu görən şahidlərin ifadələri alınmadan və sair ilkin sübutlar toplanılmadan, hətta barəsində əməliyyat-qeydiyyat işi açılmadan onun tutulması və prosessual hüquqları pozulmaqla avtomobilində narkotik vasitənin aşkarlanması əsaslı şübhələrə səbəb olur və polisin nəzarəti altında olan müddətdə avtomobilə bu narkotik vasitələrin qoyulması nəticəsinə gəlməyə tam əsas yaradır. Qeyd edilən halların araşdırılması məhkəmə istintaqı zamanı məhkəmənin nəzərinə çatdırılsa da, həmin halların aydınlaşdırılması üçün heç bir zəruri tədbirlər görülməmişdir. Eyni zamanda Balakən rayon X18 Bölməsinin baş müstəntiqi X12 15 iyun 2020-ci il tarixli axtarış aparılması haqqında protokolunda Təqsirləndirilən şəxs1 Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşadığı evə, evin həyətyanı sahəsinə və digər yardımçı tikililərdə axtarış və götürmə 15 iyun 2020-ci il tarixdə saat 12:45-də başlanması, saat 16:10-da başa çatdırılması qeyd olunduğu halda, Təqsirləndirilən şəxs1 Balakən rayon X19 Bölməsinin təhqiqatçısı Şahid12 Müşfiq oğlu tərəfindən onun müdafiəçisi X9 iştirakı ilə şübhəli şəxs qismində dindirilməsi, dindirmənin 12:50-də başlandığı və 13:45-də başa çatdığı şübhəli şəxsin dindirilməsi haqqında protokolda qeyd olunmuşdur. Bir tərəfdən 15 iyun 2020-ci il tarixdə cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi, işin müstəntiq Natiq Hacıyevin icraatına qəbul edilməsi, axtarış və götürmə barədə qərar qəbul edilərək həmin tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs1 elan edilməsi, saat 12:45-dən saat 16:10-dək Təqsirləndirilən şəxs1 evində və həyətində axtarış və götürmə aparılması, digər tərəfdən isə Təqsirləndirilən şəxs1 Balakən rayon X19 Bölməsinin təhqiqatçısı Şahid12 Müşfiq oğlu tərəfindən 15 iyun 2020-ci il tarixdə saat 12:50-dən saat 13:45-dək şübhəli şəxs qismində dindirilməsi hazırki iş üzrə ziddiyət doğurur. Belə olan halda 15 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 evində və həyətində keçirilmiş axtarış və götürmə zamanı yol verilmiş yuxarıda qeyd edilən pozuntulara əsasən həmin axtarış nəticəsində tərtib olunmuş protokol və maddi sübutlar, hətta bu istintaq hərəkəti videoçəkilişlə həyata keçirilsə belə, mötəbər sübut kimi qəbul oluna bilməz. Hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 237.2.1, 237.2.3-cü, 234.4.1 və 234.4.3cü maddələri ilə elan olunmuş ittiham əsassız və qanunsuzdur. Ona görə də Təqsirləndirilən şəxs1 məhz CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətməsi tam sübuta yetirilmiş hesab edilməli və onun əməli CM-in 234.1-ci maddəsinə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinib məhkum edilməlidir. Ona qarşı irəli sürülümüş ittihamın digər hissəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təsirliliyi sübuta yetmətdiyinə görə həmin hissədə göstərilən əməlləri törətməkdə təqsirli bilinməməli və məhkum olunmamalıdır. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin 20.05.2021-ci il tarixli 1(091)-115/2021 nömrəli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs1 CM-in 237.2.1, 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə bəraət verilməsi, onun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-115/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 çıxışında apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 çıxışında apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)- 115/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslərin və müdafiəçilərinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-115/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 bildirdi ki, o, elan olunmuş ittamla özünü təqsirli hesab etmir. O səhər işə getməyə hazırlaşırdı ki, həmin vaxt birdən yaşadığı evin qapısına daş dəymişdir. Həyətində olan kameraya baxanda heç kəsi görə bilməmişdir. Yola çıxanda isə bir nəfər şəxsi görmüşdür. O onu da şəhərə aparmasını xahiş etmişdir. Yolda o ev tikmək istədiyini, pul əldə etmək məqsədi ilə narkotik vasitə olan marixuana əldə edib satmaq üçün ona köməklik etməsini xahiş etmişdir. O da ona belə işlərlə məşğul olmadığını bildirmişdir. Şahin ona vağzala gedəcəyini bildirsə də sonradan bazarda düşəcəyini bildirmişdir. Bazara çatanda o torbanı avtomobildə qoymuş və bazara dəyib gələcəyini bildirmişdir. O onu gözləsə də geri qayıtmamışdır. Onun torbası isə avtomobilimin yük yerində qalmışdır. O evə çatanda avtomobilinin qapısı yaxşı bağlanmadığından torbanı evə gətirmişdir. Həmin torbanın üstündə gilas var idi. Gilasın altında isə narkotik maddə var idi. O bunu görən kimi bazara geri qayıtmaq istəmiş, lakin onu tutmuşlar. Əvvəlcə onun maşınını şöbəyə aparmışlar, sonra özünü polis şöbəsinə apararaq 3 saat müvəqqəti saxlama yerində saxladıqdan sonra maşında axtarış aparmalı olduqlarını bildirmişlər. O Şahini əvvəllər tanımamışdır. Onun maşınında tapılan torba isə Şahinə və ona məxsus olmamışdır. Şahinə məxsus torba evdə olmuşdur. Evinin kameralarına düşən şəxs Təqsirləndirilən şəxs2 olmamışdır. Həmin şəxs ərazidə tez-tez olan çiyələk satan adam olmuşdur. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 ifadəsində bildirdi ki, o, elan olunmuş ittamla özünü qismən təqsirli bilir. O Təqsirləndirilən şəxs1 keçən ildən tanıyır. Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvana gələrək narkotik tərkibli bitkiləri əkməyi təklif etmiş və həmin narkotik maddələri gələcəkdə satıb ona pul verəcəyini bildirmişdir. O əvvəlcə razılaşmamışdır. Özü fəhlə işləyir. İşlə əlaqədar olaraq Rusiya Federasiyasına gedəsi idi. Qazanc yeri olmadığından o həmin narkotik tərkibli toxumu əkməyə razılaşmışdır. Təqsirləndirilən şəxs1 verdiyi toxumları əkmiş, onlara qulluq etmiş və su vermişdir. İndiyə kimi o heç vaxt narkotik vasitələr əkməmişdir. Axırıncı dəfə su verəndən 2-3 saat sonra axşam saat 8 radələrində polis əməkdaşları onlara gələrək narkotik tərkibli bitkiləri aşkar etmişlər. Polis əməkdaşları həyətdə çəkiliş edəndə həyətdə heçnə yox idi. Axşam saat 11-radələrində ona yerə sərilmiş narkotik tərkibli bitkiləri göstərərək həmin bitkilərin onun yerə sərdiyini bildirdilər. Lakin o onlara bu bitkilərin onun olmadığını və o yerə sərmədiyini bildirmişdir. Video kameranın batareyası bitdiyindən çəkiliş yarımçıq qalmışdır. Bu zaman polis əməkdaşları ona hədə qorxu gələrək yoldaşını tutacaqlarını, uşağını uşaq evinə yerləşdirəcəklərini bildirmişlər. O da bunlardan qorxaraq həmin bitkilərin onun olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin vəsatəti əsasında ekspert qismində dindirilmiş X14 bildirdi ki, tədqiq olunan bitki mənşəli kütlələrin tərkibində çətənə bitkisinə məxsus narkotik təsirə malik komponentlərin kanabinodlərın olub-olmadığını və onların eyni tərkibli olmasını müəyyən etmək üçün NTX üsulundan istifadə olunur. Bunun üçün həmin obyektlərdən götürülərək sınaq şüşəsinə keçirilir və üzərinə 1 ml etil spirti əlavə edilərək 15 dəqiqə müddətində termostatdad 50 S temperaturda ekstraksiya esdilir. Alınmış ekstrakt mikropipetka vasitəsilə nazik silikogel təbəqə ilə örtülmüş “MERK” markalı lövhəyə damızdırılır. Paralel olaraq həmin lövhəyə tərkibində əsas əsas kannabinoidli komponentlər, tetrahidrokannabinol, kannabinol və kannabidiol olan həşişin spirtli məhluluda damızdırılır. Damızdırılmış yerin diametri 2 mm-dir. Komponentlərin ayrılması benzol sistemində 2 təkrarla aparılır. Həlledicinin lövhədə yayılması məsafəsi 10 sm-dir. Xromatoqrafiya lövhəsi otaq temperaturasında qurudulduqdan sonra lövhə üzərinə təzə hazırlanmış 1 faizli diazol məhlulu çilənir. Bu zaman xromatoqrafiya lövhəsində üç rəngli ləkələr müşahidə edilir. Kannabinoidli komponentlər xromatoqrafiya lövhəsində alınmış ləkələrin və Rf-lərin qiymətinə əsasən təyin edilir. Xromatoqrafik tətqiqat nəticəsində tədqiq olunan bitki mənşəli bitkilərin tərkibində narkotik aktivliyə malik tetrahidrokannabinol olduğu aşkar edilir. Aparılmış bütün tətqiqatlardan alınmış məlumatlar belə nəticəyə gəlməyə əsas verir ki, tədqiqata təqdim olunmuş bitki mənşəli kütlə botaniki əlamətlərinə görə narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İlkin baxışda paketlərin sayı 10-dan azdırsa, bütün bağlamalardakı nümunələr yoxlanılır, paketlərin sayı 10-100 arasıdırsa, gözəyarı 10 bağlama seçilir, əgər paketlərin sayı 100-dən artıqdırsa, gözəyarı olaraq bağlamaların ümumi sayının kvadrat kökünə bərabər sayda bağlama yoxlanılır. Məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin vəsatəti şahid qismində dindirilmiş X2 bildirdi ki, iyunun ayının 14-də saat 7 radələrində yoldaşı və oğlu yemək yeyirdilər. Yemək yedikdən sonra oğlu Təqsirləndirilən şəxs1 qapıdan çıxanda 4 nəfər mülki şəxs ona hücum edərək vuraraq küçəyə çıxartdılar. O onlardan soruşanda ki, siz kimsiniz onlar onun sualına cavab vermədilər. Onun səsinə qonşular da küçəyə çıxmışdılar. Bu hadisə onun psixologiyasına güclü təsir etmişdir. Yoldaşı da rəhmətə getmişdir. Oğlu Təqsirləndirilən şəxs1 günahsızdır. Onlara məxsus kameraları da apararaq 4-5 aydan sonra onlara qaytarmışlar. Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, səhər işə getməyə hazırlaşmışdır. Həmin vaxt birdən yaşadığı evin qapısına daş dəymişdir. Onun həyətində kamera var. O, kameraya baxanda heç kəsi görə bilməmiş, yola çıxanda isə bir nəfər şəxsi görmüşdür. Həmin şəxs ondan onu da şəhərə aparmasını xahiş etmişdir. Həmin şəxsin əlində gilas torbası olmuşdur. Yolda həmin şəxs ona ev tikmək istədiyini bildirərək pul əldə etmək məqsədilə narkotik vasitə marixuana əldə edib satmaq üçün ona kömək etməsini xahiş etmişdir. O da həmin şəxsə bildirmişdir ki, elə şeylər onluq deyil. Həmin şəxs əvvəlcə ona vağzala gedəcəyini demiş, sonra isə onu bazarda düşürməsini bildirmişdir. Həmin şəxs avtomobildən düşmüş və bazara gedəndə demişdir ki, torbanı avtomobilə qoyacaq və özü isə bazara gedib gələcək. O da həmin şəxsə heç nə deməmişdir. Ancaq həmin şəxs bazara getdikdən sonra qayıtmamışdır, torbası isə avtomobilinin yük yerində qalmışdır. Sonra atası onu arıya baxmağa çağırdığından o, həmin yerdən çıxıb getmişdir. Sonra o, yenidən həmin yerə qayıtsa da, həmin şəxsi tapa bilməmişdir. O, evə gələndə avtomobili köhnə olduğuna görə qapıları yaxşı bağlanmadığından ətrafda yaşayan kasıb ailələrin uşaqlarının oğurlamaması üçün torbanı götürüb evə aparmışdır. O, həmin torbanı evə gətirib sobanın yanına qoymuş, torbaya baxanda onun içərisində narkotik maddə olduğunu görmüşdür. Sonra yenə həmin şəxsi, yəni Şahini axtarmağa getmişdir. Evə qayıdanda isə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Həmçinin polis əməkdaşları özləri onun avtomobilini də polis şöbəsinə aparmışlar. Daha sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Polis əməkdaşları baxış zamanı onun avtomobilindən içərisində narkotik maddələr olan torba aşkar etmişlər. O da həmin torbanın ona məxsus olmadığını bildirmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs2 tanımadığını, ona narkotik tərkibli bitki toxumlarını vermədiyini, onun yaşadığı evə getmədiyini və ya ona zəng etmədiyini, özünün torbada gilas olduğunu bildiyini, həmin torbanın içərisində narkotik maddələrin olduğunu görəndə çaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində ona elan olunmuş ittihamla özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvana gələrək ona narkotik tərkibli bitkiləri əkməyi təklif etmiş və həmin narkotik maddələri gələcəkdə satıb ona pul verəcəyini bildirmişdir. O da razılaşaraq Təqsirləndirilən şəxs1 verdiyi toxumları əkmiş, onlara qulluq etmiş, su vermişdir. Daha sonra polis əməkdaşları gələrək onu tutmuş və əkdiyi narkotik tərkibli bitkiləri aşkar etmişlər. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs2 həyətində aşkar edilmiş narkotik tərkibli bitkiləri özünün əkdiyini, onlara qulluq etdiyini və su verdiyini, hazırda əməlindən çox peşman olduğunu, Xalidin ona narkotik tərkibli bitki toxumunu verərək əkməsini təklif etdiyini, polis əməkdaşlarının axtarış apararkən toxumlar aşkar etdiklərini, həmin toxumların özünə məxsus olmadığını, daha sonra yaş halda olan narkotik maddələr aşkar etdiklərini, həmin narkotik maddələrin də özünə məxsus olmadığını, polis əməkdaşlarının əvvəlcə əkdiyi narkotik tərkibli bitkiləri aşkar etdiklərini, daha sonra isə evin arxasına keçərək oradan yerdə sərilmiş vəziyyətdə olan narkotik maddələri aşkar etdiklərini, həmin sərilmiş narkotik maddələrin ona məxsus olmadığını dediyini, heç kəsə narkotik maddələr vermədiyini, aşkar edilən əkilmiş narkotik tərkibli bitkilərin 5-20 sm arası hündürlüklərinin olduğunu, onların kiməsə vermək və ya satmağa yararlı olmadığını, Təqsirləndirilən şəxs1 ötən ildən tanıdığını, Xalidin ona narkotik tərkibli bitki toxumlarını verdiyini, onları əkməyin üsulunu da Xalidin ona öyrətdiyini, heç vaxt narkotik maddə istifadə etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14.06.2020-ci il tarixdə Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 Yeni Şərif kəndində yaşadığı evin həyətində, həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi əkməsi və narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında onun yaşadığı evin həyətinə və həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin arxa tərəfində qarğıdalı əkdiyi torpaq sahəsində qarğıdalıların arasında əkib-becərdiyi 1210 ədəd narkotik tərkibli bitkilərə oxşar bitki şitilləri və evinin arxasında yerdə polietilenin üzərində sərilmiş vəziyyətdə narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 əkdiyi narkotik tərkibli bitkilərin toxumlarını Xalid adlı şəxsdən aldığını bildirmişdir. 15 iyun 2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 Balakən rayonunun Mahamalar kəndində yerləşən evində axtarış aparılmasında iştirak etmişdir. Yaşadığı ünvana baxış zamanı Təqsirləndirilən şəxs1 sobanın içində və stolun altında olan narkotik maddələri təqdim etmişdir. Bundan başqa həyətdə olan daşların üstündən narkotik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik maddənin çoxdan qaldığını, köhnə olduğunu bildirmişdir. Bundan başqa orada tərəflərindən boş çalalar, həmçinin elektron tərəzi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid7, Şahid8 və Şahid9 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14.06.2020-ci il tarixdə Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 Yeni Şərif kəndində yaşadığı evin həyətində, həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi əkməsi və narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında onun yaşadığı evin həyətinə və həyətyanı torpaq sahəsinə aqronomla birlikdə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin arxa tərəfində qarğıdalı əkdiyi torpaq sahəsində qarğıdalıların arasında əkib-becərdiyi 1210 ədəd narkotik tərkibli bitkilərə oxşar bitki şitilləri və evinin arxasında yerdə polietilenin üzərində sərilmiş vəziyyətdə narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 əkdiyi narkotik tərkibli bitkilərin toxumlarını Xalid adlı şəxsdən aldığını demişdir. Sonradan Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilən zaman avtomobilin yük yerindən içində narkotik maddə olan torba aşkar edilmişdir. O da həmin narkotik maddələr olan torbanın Balakən rayonunun Yeni Şərif kəndindən olan bir nəfərin olduğunu demişdir. Birinci instansiya məhkəməsinin iclasında şahidlər Şahid1 və Şahid6 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunmuş və onların da Şahid2 ilə eyni məzmunlu ifadələr verdikləri müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 14.06.2020-ci il tarixdə onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində, həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi əkməsi və narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında onun yaşadığı evin həyətində və həyətyanı torpaq sahəsində keçirilən baxışda aqronom kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evin arxa tərəfində qarğıdalı əkdiyi yerdə hündürlükləri təxminən 5-55 sm arası olan 1210 ədəd narkotik tərkibli bitkilərə oxşar bitki şitilləri aşkar edilmişdir. Həmin bitki şitillərinin dibləri təmizlənmiş və aqrotexniki qaydada qulluq edilmişdir. O da bu barədə rəy yazaraq təqdim etmişdir. Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş 14.06.2020-ci il tarixli raportdan görünür 14.06.2020-ci il tarixdə Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 Yeni Şərif kəndində yaşadığı evin həyətində, həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi əkməsi və narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqi 3) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş 14.06.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs2 ərizə yazaraq Balakən rayonunun Yeni Şərif kəndində yaşadığı evə, evin həyətinə, həyətyanı sahəsinə, saxlanc yerinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. (cild 1, iş vərəqi 8) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş “Baxış keçirilməsi barədə” 14 iyun 2020-ci il tarixli protokoldan görünür ki, baxış 14.06.2020-ci il tarixdən saat 19:30-dan 15.06.2020- ci il tarixdə saat 00:44-dək olan müddət ərzində Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 həmin kənddə yaşadığı evin həyətyanı torpaq sahəsinə və yaşadığı evə keçirilmişdir. 14.06.2020-ci il tarixdə Balakən RPŞ-yə Balakən rayonunun Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində, həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkib becərməsi və narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Balakən rayonunun Yeni Şərif kəndindəki yaşadığı ünvana onun razılığı və iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin arxa tərəfində qarğıdalı əkdiyi torpaq sahəsində qarğıdalıların arasında əkib-becərdiyi 1210 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitilləri aşkar edilmişdir. Aqronom-mütəxəssis Şahid10 aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərə qulluq olunduğunu bildirmişdir. Həmin bitkilərin hündürlüyü ölçülmüşdür. Hündürlükləri 5 sm.-dən 54 sm.-dək olmuşdur. Aşkar edilmiş bitki şitilləri 1 ədəd sintetik kisəyə qablaşdırılmış və elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 7,30 kq olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinin toxumlarını Xalid adlı şəxsin verdiyini bildirmişdir. Həmin bitki şitillərini pul müqabilində Xalid üçün əkib-becərdiyini bildirmişdir. Baxış davam etdirilən zaman Təqsirləndirilən şəxs2 evinin arxasında yerdə polietilenin üzərində sərilmiş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bitki kütləsini qurutmaq üçün sərdiyini bildirmişdir. Baxış zamanı həmin yerin yanında bir ədəd ağ sintetik kisədə sellofan torbalar da aşkar edilmişdir. Yerə polietilenin üzərinə sərilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kütlələri bir ədəd ağ rəngli sintetik kisəyə doldurulmuş, elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 2 kiloqram 850 qram olmuşdur. Sintetik kisə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 evinə baxış keçirilmişdir. Hər hansı bir qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Baxış videoçəkilişlə qeydə alınmışdır. Protokol ucadan oxunmuş, əlavə və qeydlər daxil olmamışdır. Doğruluğu imzalarla təsdiq edilmişdir. Videogörüntülər DVD disklərə köçürülərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 9-10) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş 15.06.2020-ci il tarixli “Rəy”dən görünür ki, Balakən rayonunun Yeni Şərif kəndində Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində əkilmiş çətənə bitkisinə oxşar bitkilərə baxış keçirərkən hündürlükləri 5 sm-dən 54 smdək olan 1210 ədəd çətənə bitkisinə oxşar bitkilərin alaq otlarından təmizləndiyi, diblərinin yumşaldıldığı, suvarıldığı, aqrotexniki qulluq göstərildiyi müəyyən olunmuşdur. (cild 01, iş vər. 11) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş 15 iyun 2020-ci il tarixli “Rapor”dan görünür ki, 15.06.2020-ci il tarixdə Balakən rayonunun Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1, həyətyanı torpaq sahəsindən külli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik tərkibli çətənə bitkilərini əkibbecərməkdə və qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə gətirilmişdir. (cild 01, iş vər. 31) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” 15 iyun 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qeyri-qanuni əşya, predmet, narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilməmişdir. (cild 01, iş vər. 47-50) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş “Baxış keçirilməsi barədə” 15 iyun 2020-ci il tarixli protokoldan görünür ki, baxış şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 idarə etdiyi “Daevo Nexia” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 15.06.2020-ci il tarixdə saat 02:50-dən saat 03:25-dək olan müddət ərzində Balakən RPŞnin həyətində aparılmışdır. Balakən rayonunun Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 oğunun idarə etdiyi “Daevo Nexia markalı” ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən 1 (bir) ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 qabaqçöllü bir şəxsin ona bu sellofan torbanı verdiyini bildirmişdir. Həmin sellofan torbanın içərisində marixuananın olduğunu bildirmişdir. 1 ədəd sellofan torbada olan narkotik vasitə-marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkilmişdir. Ümumi çəkisi 820 qram olmuşdur. Narkotik vasitə marixuanaya bənzər bitki kütləsi bir ədəd sellofan torbada möhürlənərək götürülmüşdür. Videogörüntülər DVD diskə köçürülərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 51-54) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsinin 15 iyun 2020-ci il tarixli 17/373 nömrəli ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir: Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş 1210 ədəd..” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 25 sm-dən 54 sm-dək, ümumi təmiz çəkiləri – 5 kiloqram 770 qram olan 1122 (bir min bir yüz iyirmi iki) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin sintetik kisənin içərisindəki hündürlükləri 5 sm-dən 11 sm-dək, ümumi təmiz çəkiləri - 18,05 qram olan 88 (səksən səkkiz) ədəd bitki şitilləri narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş...bitki kütləsi” sözləri və imzalar yazılmış sintetik kisənin içərisində, hündürlükləri 26 sm-dən 50 sm-dək, ümumi təmiz çəkiləri – 1 kiloqram 180 qram olan 181 (bir yüz səksən bir) ədəd bitkilər əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin sintetik kisənin içərisindəki təmiz çəkisi - 1 kiloqram 540 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 .... avtomobilinin baqajından aşkar edilmiş....” sözləri və imzalar yazılmış sellofan torbanın içərisində təmiz çəkisi – 790,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş çətənə bitkiləri, qurudulmuş və qurudulmamış marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 88 (səksən səkkiz) ədəd çətənə bitkisinin şitilləri inkişafının ilkin fazasında olduğu üçün onların təqdim olunmuş çətənə bitkiləri, qurudulmuş və qurudulmamış marixuanalar ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Aqronom mütəxəssis Şahid10 15.06.2020-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə və çətənə (bitkisinin) şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (cild 01, iş vər. 61-64) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş 15.06.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs1 ərizə yazaraq qeydiyyatda olmaqla yaşadığı Mahamalar kəndində yaşadığı evində, evin həyətyanı sahəsində və digər hissələrində axtarış aparılmasına icazə vermişdir. (cild 01, iş vər. 83) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş “axtarış aparılması haqqında” 15 iyun 2020-ci il tarixli protokoldan görünür ki, 15.06.2020-ci il tarixdə saat 12:45-dən saat 16:10- dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 yaşadığı Balakən rayonunun Mahamalar kəndindəki evində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitənin yerini könüllü surətdə göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə vardır. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin giriş qapısından içəriyə daxil olaraq zal otaqda olan sobanın içərisindən bir ədəd sellofan torbanı təqdim edib narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 harada narkotikin olub-olmaması soruşulduqda yataq otağına gedib oradan stolun altından bir ədəd sellofan torba götürüb təqdim etmişdir. Həmin sellofan torbanın içərisində də narkotik vasitə - qurudulmuş marixuanaya oxşar bitki kütlələrinin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 sobanın içərisindən götürərək təqdim etdiyi bir ədəd sellofan torba elektron tərəzidə çəkildikdə sellofanla birlikdə çəkisi 34,56 qram olmuşdur. Həmin otaqdakı stolun altından götürüb təqdim etdiyi sellofan torba elektron tərəzidə çəkildikdə sellofanla birlikdə çəkisi 1,03 kq olmuşdur. Bundan sonra hər iki sellofan torba 01 ədəd sintetik kisəyə doldurularaq üzəri DİN-in 185 saylı arayışlar üçün möhürü ilə möhürlənmişdir. Üzəri iştirakçılarla birlikdə imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadı evdə və ya evin həyətyanı sahəsində başqa hər hansı qanunsuz əşya, predmet və ya narkotik vasitənin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 başqa qanunsuz heç nə olmadığını bildirmişdir. Bundan sonra evin birinci mərtəbəsindəki televizora qoşulmuş vəziyyətdə olan təhlükəsizlik kamerasının yaddaş qurğusu da götürülmüşdür. Daha sonra fərdi yaşayış evinin ikinci mərtəbəsində axtarış aparılmışdır. Axtarış zamanı evin ikinci mərtəbəsində qanunsuz saxlanılan əşya, predmet aşkar edilməmişdir. Sonra evin orta tərəfində yerləşən yardımçı tikilinin altında 01 ədəd elektron tərəzi aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd sintetik kisədə qablaşdırılmışdır. Üzərini iştirakçılarla birlikdə imzaladıqları zaman Təqsirləndirilən şəxs1 elektron tərəzinin qərəzli götürüldüyünü bildirərək imza etməmişdir. Digər iştirakçılar imzaladıqdan sonra DİN-in 185 saylı möhürü ilə möhürlənmişdir. Axtarış davam edərkən yardımçı tikilinin baş tərəfində olan otaqdan 24 ədəd taxta yeşiyin içərisində olan sellofan çalalara palma toxumu əkdiyini, həmin qutuları da palma toxumu əkmək üçün saxladığını bildirmişdir. Həyətyanı sahədə axtarış davam edərkən həyətyanı sahədə daş anbarın üzərindən bir ədəd sintetik kisənin içərisindəki 01 ədəd sellofan torbada spesifik iyə malik narkotik vasitə - qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsi sellofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 14,25 qram olmuşdur. Daha sonra həmin sellofan torba 01 ədəd ağ rəngdə zərfdə qablaşdırılmışdır. Zərfin üzərini də imzalarla təsdiq etmişlər. Daha sonra evin həyətyanı sahəsində olan yardımçı tikilinin baş tərəfindəki otaqda Təqsirləndirilən şəxs1 palma əkmək üçün nəzərdə tutduğunu bildirdiyi 24 ədəd taxta qutularda olan sellofan çalalar 08 ədəd taxta qutularda cəmləşdirilib götürülmüşdür. Bundan sonra fərdi yaşayış evinin arxa tərəfinə və dam hissəsində axtarış aparılmışdır. Axtarış zamanı başqa hər hansı qanunsuz saxlanılan əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra axtarış aparılması ilə bağlı protokol tərtib edilmişdir. Protokola əlavə, düzəliş və vəsatətlər olmadığından protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Axtarış “Sony” markalı videokamera ilə qeydə alınmışdır. Videogörüntülər DVD disklərə köçürülərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 84-92) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsinin 16 iyun 2020-ci il tarixli 17/374 nömrəli ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş ...narkotik vasitə...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki 02 (iki) ədəd sellofan torbalarda ayrıayrılıqda təmiz çəkiləri - 1005,00 qram və 29,72 qram, ümumi təmiz çəkisi - 1034,72 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsindən daş anbarın üzərində olan sintetik kisənin içərisində kütlə...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 14,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisədəki 02 (iki) ədəd sellofan torbalarda ayrıayrılıqda təmiz çəkiləri - 1005,00 qram və 29,72 qram olan qurudulmuş marixuanalar ilə 02 (iki) ədəd sintetik kisədə və 02 (iki) ədəd kağız paketdə olan çətənə bitkiləri, qurudulmuş marixuana və qurudulmamış marixuana ilə tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi - 14,19 qram olan qurudulmuş marixuana tərkibinə görə digər obyektlərdən fərqlidir. Tədqiqata təqdim olunmuş 88 (səksən səkkiz) ədəd çətənə bitkisinin şitilləri inkişafının ilkin fazasında olduğu üçün onların təqdim olunmuş çətənə bitkiləri, qurudulmuş və qurudulmamış marixuanalar ilə müqayisəli tədqiqini aparmaq mümkün olmadı. (cild 01, iş vər. 112-116) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş Balakən rayon X15 Hüquqi Şəxsin 14.07.2020-ci il tarixli 229 nömrəli məktubundan görünür ki, Balakən rayonunun Yeni-Şərif kənd sakini 1977 təvəllüdlü Təqsirləndirilən şəxs2 MRX-nin poliklinika şöbəsində Narkoloji və psixiatriya kabinetlərində qeydiyyatda yoxdur. (cild 02, iş vər. 19) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş Balakən rayon X15 Hüquqi Şəxsin 14.07.2020-ci il tarixli 234 nömrəli məktubundan görünür ki, Balakən rayonunun Mahamalar kənd sakini 1969 təvəllüdlü Təqsirləndirilən şəxs1 MRX-nin poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetində qeydiyyatda yoxdur. (cild 02, iş vər. 20) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 12 avqust 2020-ci il tarixli 682 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 41) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 12 avqust 2020-ci il tarixli 681 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 42) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş “Üzləşdirmə haqqında” 09 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri xüsusatları üzləşdirmə zamanı da bir-birlərinin üzlərinə qarşı söyləmişlər. (cild 02, iş vər. 199-200) Məhkəmə kollegiyasının iclaslnda elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 12 dekabr 2020-ci il tarixli 670 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. Törətdiyi cinayət əməli aşkar edildikdən sonra keçən müddət ərzində azadlıqdan məhrumetmə şəraitində saxlanılması ilə əlaqədar olaraq onun psixi vəziyyətində hər hansı bir dəyişiklik yaranmamışdır. O, hal-hazırkı ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlqalı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 02, iş vər. 204-205) Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi Qurban Səfərov tərəfindən qəbul olunmuş 16 may 2014-cü il tarixli qərarın surətindən görünür ki, 2014-cü ildə Təqsirləndirilən şəxs1 barəsində CM-in 228.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılarkən həmçinin Təqsirləndirilən şəxs1 özünə məxsus həyətyanı sahədə çətənə bitkisi əkdirməsini, yetişdikdən sonra yığıb aparmasını, ona buna görə pul verəcəyini vəd versə də, pulu vermədiyini qeyd etməklə şikayət etmiş Təqsirləndirilən şəxs2 ərizəsi araşdırılmış, həmin epizod üzrə cinayət hadisəsi olmadığına görə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinə həmin hissədə xitam verilmişdir. (cild 03, iş vər. 169-170) Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir. Hazırda öyrənilən işdən bəlli olur ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 özü tərəfindən verilmiş apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-115/2021 nömrəli hökmünün hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olan 05 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs2 cəza çəkdii müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və yaşadığı ərazi üzrə profilatik qeydiyyata alınması hissəsində ləğv edilərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törtəmədiyi, həmçinin nə ibtidai istintaq, nə məhkəmə dövründə belə bir cinayət törətməsi sübuta yetirilmədiyi üçün həmin hissədə ona bəraət verilməsini, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 234.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hissəsində dəyişdirilərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 təqsiləndirildiyi CM-in 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsi və cəzanı yüngülləşdirən halları nəzərə alınaraq ona CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti təyin edilməsi barədə yeni hökm qəbul edilməsini, həmçinin Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-115/2021 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-in 237.2.1, 237.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair hissədə bəraət verilməsini, onun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini və CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etsədə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin qeyd edilən dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirərək məlum hüquqi nəticəyə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X17rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmlıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X4rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda öyrənilən işdən bəlli olur ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinin dəlillərindən biri kimi göstərir ki, “Cinayət işinin materiallarında olan 14 iyun 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin əks olunduğu videodan da göründüyü kimi, iş üzrə cinayət təqibini həyata keçirən təhqiqatçı Şahid12 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 faktiki olaraq şübhəli şəxs statusunda olmasına baxmayaraq, qəsdən o şübhəli şəxs qismində tutulmur və bununla da müdafiəçisi olmadan dindirir. Bununla yanaşı, hətta o şahid statusunda olsa belə, ona Azərbaycan Respublikası Konstitusiyasının 66-cı, nə də CPM-in 95.6.4 və 227.1-ci maddəsinin tələbləri izah olunmamışdır. Oxşar münasibətləri tənzimləyən CPM-in 236.1-ci maddəsinə görə cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. CPM-in 236.3-cü maddəsinə görə baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. Ancaq, işdən görünür ki, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar 15 iyun 2020-ci idə qəbul edilmiş, Təqsirləndirilən şəxs2 yaşadığı evə, evin həyətinə və sairə baxış isə 14 iyun 2020-ci ildə keçirlmişdir. Apellyasiya şikayətinin digər dəlili kimi qeyd edilmiş “Cinayət işinin materiallarında olan 14 iyun 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin əks olunduğu videodan da göründüyü kimi, iş üzrə cinayət təqibini həyata keçirən təhqiqatçı Şahid12 və yanındakı polis işçiləri hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 qəsdən təsir göstərirlər ki, həyətdə sellofan torbanın üzərində aşkar edilmiş bitkiləri (gövdə və kökü ilə birlikdə) qurutmaq məqsədi ilə sərdiyini bildirsin” kimi dəlilinə münasibətdə məhkəmə kollegiyası xatırlatmağı zəruri bilir ki, Təqsirləndirilən şəxs2 faktiki olaraq yaşadığı evə, evin həyətinə və sairə baxış keçirilməsi haqqında 14 iyun 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokolda (cinayət işi İ cild vərəq 9-10), şübhəli şəxsin dindirilməsi haqqında protokolda (cinayət işi İ cild vərəq 71-72), təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda (cinayət işi İ cild vərəq 130-132) hadisənin baş vermə mexanizmini ətraflı surətdə təsvir etmiş və həmin itintaq hərəkətləri aparılarkən ona hər-hansı fiziki zorakılığın göstərilmədiyini qeyd etmişdir. Eləcədə, müdafiə tərəfi şübhəli şəxs kimi dindirilmə protokollarında olan imzaların təqsirləndirilən şəxslərə məxsus olmadığını göstərsəlrərdə, Şəki Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci tarixli qərarı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Tədqiqatın nəticəsi hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin 68-70-ci vərəqlərində olan 15 iyun 2020-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqində, “imza” qrafasındakı imzalar (02 ədəd), 2ci vərəqində aşağı hissəsindəki imza, 3-cü vərəqində “Dindirildi” qrafasındakı imza Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin 71-72-ci vərəqlərində olan 15 iyun 2020-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqində, “imza” qrafasındakı imzalar (02 ədəd), 2-ci vərəqində “Dindirildi” qrafasındakı imza Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutların məcmui ilə müdafiə tərəfinin Təqsirləndirilən şəxs2, iş üzrə digər Təqsirləndirilən şəxs1 avtomobilində, evində və həyətyanı torpaq sahəsində aşkar edilmiş narkotik vasitələrlə əlaqəsi olması qənaətinə gəlinməsi də qanunsuz və əsassız olması barədə dəlilləri təkzib edildildiyindən kollegiya müdafiə tərəfinin bu dəlilini də əsaslı dəlil kimi qəbul etməkdən imtina edir. Həmçinin, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinin dəlillərindən biri kimi göstərir ki, rəydə Təqsirləndirilən şəxs2 və iş üzrə digər Təqsirləndirilən şəxs1 aşkarlanmış narkotik tərkibli çətənə bitkilərinin tərkibinə görə eyni olması qeyd edilmişdir. Lakin, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkarlanmış narkotik tərkibli çətənə bitkilərinin böyüməsi və inkişafından da göründüyü kimi, 5 sm-dən 54 sm-dək hündürlü olan (kök qarşıq) bitkilərdən, Təqsirləndirilən şəxs1 aşkarlanmış qurudulmuş marixuananın hissələrini (başlıq hissə, yarpaq və s.) əldə etmək mümkün deyildir. İşin bu halını əlavə məhkəmə bioloji ekspertizası təyin etmək və hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkarlanmış narkotik tərkibli çətənə bitkilərinin böyüməsi və inkişafına uyğun olaraq, Təqsirləndirilən şəxs1 aşkarlanmış qurudulmuş marixuananın əldə edildiyi narkotik tərkibli çətənə bitkilərinin yaşına (yetişmə müddətinə) görə eyni olub-olmamasını; həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı rayon və kəndin başqa hissəsində əkilmiş başqa narkotik tərkibli çətənə bitkilərinin də təkibinə görə eyni olmasının mümkün olub-olmamasını müəyyən etmək mümkündür. Halbuki, Kollegiya bununla bağlı əlavə ekspertiza keçirilməsinə zəruriət görməmiş, çünki ibtidai istintaqı zamanı məhkəmə bioloji ekspertizası keçirilmiş, bununla bağlı müvafiq rəy alınmış və bu rəyin şübhə altına alınması üçün gətirilən dəlillər əsaslı deyil. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin vəsatəti əsasında ekspert X14 dindirilmiş və müdafiə tərəfinin suallarına ətraflı və əsaslandırılmış cavablar vermişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində vurğuladığı “Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik əkməyi təklif etmədiyini, ona narkotik təkibli bitki toxumlarını vermədiyini, ümumiyyətlə 2020-ci ildə onun yaşadığı evə getmədiyini, 2012-ci ildə Təqsirləndirilən şəxs2 həyətində yabanı halda bitmiş olan narkotik tərkibli çətənə bitkisini məhv etmək üçün getdiyini, həmin vaxtdan Şahini qiyabi olaraq tanıdığını, lakin onunla heç bir münasibəti olmadığını, Təqsirləndirilən şəxs2 onun avtomaşınından bazara düşən zaman həmin torbaları orada saxlamağını, daha sonra isə geri qayıdıb götürəcəyini bildirdiyi üçün o da həmin torbaları avtomaşında saxladığını, daha sonra Şahin gəlmədiyi üçün həmin sellofanı nə edəcəyini bilməyib aparıb evində saxladığını, Şahinin həmin sellofanları gəlib götürəcəyini zənn etdiyini bildirməsi, eyni zamanda Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında verdiyi ifadəsində 14 iyun 2020-ci il tarixdə saat təxminən 19 radələrində Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının onun anası X1 yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etdiklərini, həmin vaxtı evdə atası X23, anası X2 və qonşusu Mirvari adlı şəxs olduğunu, həmin vaxtı onun istifadəsində olan maşının küçədə qapıları açıq vəziyyətdə olduğunu, avtomobilin yük hissəsində isə nəyinsə olmasından xəbəri olmadığını, eyni zamanda anası X1 yaşadığı evin həyətində olan kamera qurğusunun polis əməkdaşları tərəfindən götürüldüyünü, bir müddət sonra isə kamera qurğusunun anası Gülzadə Dostəliyevaya təhvil verildiyini, Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının onu təxminən 40 dəqiqə Balakən rayonu Mahamalar kəndi istiqamətinə apardıqlarını, təxminən saat 20 radələrində onu Balakən rayon Polis Şöbəsinə gətirdiklərini, onu gətirərkən şöbənin ərazisində onun maşınının saxlanıldığını, təxminən beş saat sonra üzərinə baxış keçirildiyini qeyd etməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi işi tam araşdırmaması, hökm çıxarılarkən maddi və prosessual hüquq normalarını pozması, o cümlədən, düzgün tətbiq etməmiş məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmaması, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, Təqsirləndirilən şəxs1 və onun avtomobilinin hansı tarixdə, hansı saatda, hansı qaydada Balakən rayon Polis Şöbəsinə gətirilməsi, Balakən rayon Polis Şöbəsində nə qədər saxlanıldıqdan sonra onun üzərinə baxış keçirilməsinin aydınlaşdırılması zəruri olduğundan Təqsirləndirilən şəxs1 anası X2 və Balakən rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid11 şahid qismində məhkəmə istintaqına dəvət edilərək şahid qismində dindirilməsi barədə məhkəməyə vəsatət verilsə də, məhkəmə bu halların araşdırılmasını zəruri hesab etməməsi” kimi dəlillərinə də hüquqi qiymət verərək, bu dəlillərin təqsirləndirilən şəxsi müdafiə etmə xarakteri daşıdığından qeyri-səmimi hesab edir. Digər tərəfdən müdafiə tərəfinin vəsatəti əsasında X2 məhkəmə kollegiyasının iclasına dəvət olaraq dindirilmiş, hansıki onun ifadəsi təqsirləndirilən şəxsi müdafi etmə xarakteri güddüyündən kollegiya bu ifadəni mötəbər hesab etmir, Şahid11 isə üzürlü səbəbdən iştirakı təmin edilməmişdir. Bundan əlavə vəsatətdən aydın olur ki, müdafiəçi Təqsirləndirilən şəxs1 və onun avtomobilinin hansı tarixdə, hansı saatda, hansı qaydada Balakən rayon Polis Şöbəsinə gətirilməsi, Balakən rayon Polis Şöbəsində nə qədər saxlanıldıqdan sonra onun üzərinə baxış keçirilməsinin aydınlaşdırılması ilə bağlı Şahid11 dindirilməsini zəruri bilsədə, “Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” 15 iyun 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qeyri-qanuni əşya, predmet, narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilməmişdir (cild 01, iş vər. 47-50). “Baxış keçirilməsi barədə” 15 iyun 2020-ci il tarixli protokoldan isə görünür ki, baxış şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 idarə etdiyi “Daevo Nexia” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 15.06.2020-ci il tarixdə saat 02:50-dən saat 03:25-dək olan müddət ərzində Balakən RPŞnin həyətində aparılmışdır. Balakən rayonunun Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 oğunun idarə etdiyi “Daevo Nexia markalı” ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən 1 (bir) ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 qabaqçöllü bir şəxsin ona bu sellofan torbanı verdiyini bildirmişdir. Həmin sellofan torbanın içərisində marixuananın olduğunu bildirmişdir. 1 ədəd sellofan torbada olan narkotik vasitə-marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkilmişdir. Ümumi çəkisi 820 qram olmuşdur. Narkotik vasitə marixuanaya bənzər bitki kütləsi bir ədəd sellofan torbada möhürlənərək götürülmüşdür. Videogörüntülər DVD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 51-54). Hansıki, bu hal təqsirləndirilən şəxs tərəfindən də mübahisələndirilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 bütün ifadələrində, həmçinin Təqsirləndirilən şəxs1la aralaraında olan “Üzləşdirmə haqqında” 09 dekabr 2020-ci il tarixli protokolda da etiraf etmişdir ki, “O Təqsirləndirilən şəxs1 keçən ildən tanıyır. Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvana gələrək narkotik tərkibli bitkiləri əkməyi təklif etmiş və həmin narkotik maddələri gələcəkdə satıb ona pul verəcəyini bildirmişdir. Tədqiq edilən sübutlardan bəlli olur ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı daha ağır cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən, həqiqəti gizlətməyə çalışan ifadələr vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 28.09.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Oxşar münasibətləri tənzimləyən məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabbr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Lakin, öyrənilən işdə yuxarıda təsbit edilmiş xüsusatlara rast gəlinmir. Hazırda öyrənilən işdən bəlli olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunan narkotik vasitələrin çəkisi, növü və satışı ilə bağlı sərbəst ifadələr verərkən onlara hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Bu hallar isə təqsirkarların məhkəmə istintaqında verdiyi ifadələrinin qeyri səmimiliyinə dəlalət edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Ona görə də ibtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. CPM-in 145.1-ci maddəsini əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli Qərarında qeyd olunur ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda kultivasiya edilməsinə görə isə CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə isə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq Cinayət Məcəlləsinin 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Sözügedən qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 04.10.2000ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda şərh olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, həmçinin məhkəmə kollegiyası da öz nəticələrini həmin sübutların üzərində qurduğundan, həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından, həm də apellyasiya şikayətlərində məhkəmənin gəldiyi nəticəni təkzib edə və araşdırmanın obyektivliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslərin CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cinayət əməlinin CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X6 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxslər barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-115/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-115/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X21 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar