Məhkəmə qərarları › İş №1(107)-71/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-71/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-71/2020 12.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eyni zamanda onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: X13 Məhkəməsinin (hakimlər X8 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli hökmü ilə, xx xxxx 1996-cı ildə İsmayıllı şəhərində anadan olmuş, AzərbaycanRespublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən,əvvəllər məhkum olunmamış, tutulana kimi İsmayıllı şəhəriM.F.Axundov küçəsi, ev 41 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1Rəhim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə və ev dustaqlığında olduğu müddət təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxx 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirininhökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir; xx xxxxxx 1998-ci ildə İsmayıllı şəhərində anadan olmuş, AzərbaycanRespublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, tutulana kimi İsmayıllı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş KaxarmanovEldəniz Orman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə və ev dustaqlığında olduğu müddət təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxx 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eyni zamanda onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif olunmuş əməlləri həmin maddələrdən Cinayət Məcəlləsinin 29,180.2.1 və 29,180.2.4-cü maddələrinə tövsif edilmiş, həmin maddələrlə həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 1(102)-177/2020 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 1(107)-186/2019 saylı qərarı ləğv edilmiş, cinayət işi apelyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. işin halları: X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmuşlar ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək x xxxxxxx 2018-cı il tarixdə, saat 16:45 radələrində İsmayıllı şəhərində yerləşən Heydər Əliyev adına parkın yanında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi, Fizuli rayon sakini Zərərçəkmiş şəxs kollecdən çıxmasını görüb, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs yaxınlaşmış, Təqsirləndirilən şəxs1 əvvəlcə Zərərçəkmiş şəxs çay içmək adı ilə 1 manat pul istəmiş, sonra isə onlar birlikdə İsmayıllı şəhəri H.Əliyev adına parkın sol kənarından keçən yol ilə piyada şəhər mərkəzinə doğru hərəkət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qolbağını, saatını, telefonunu və üzərində olan pulunu verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs həmin əşyaları və pulunu vermədiyini görüb hərəkət etdikləri yolun parkın girişinə doğru sağa olan döngəsində həmin əmlakı hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə ələ keçirmək üçün sonuncuya basqın edərək ilk öncə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs çiynindən tutub itələməklə parkın dəmir barmaqlıqlardan ibarət hasarına vurub sıxmaqla ona sol kürək nahiyəsinin bir ədəd səthi qançırından ibarət, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hücuma məruz qalmış şəxsdən pulunu, orta bazar qiyməti 5 manat olan qolbağını, üzərində “EMPORİO ARMANİ” yazısı olan, orta bazar qiyməti 5 manat təşkil edən qol saatını, üstündə orta bazar qiyməti 3 manat olan 050-89785-50 saylı Azercell GSM danışıq kartı və orta bazar qiyməti 2 manat olan telefon qabı olan, orta bazar qiyməti 130 manat təşkil edən “Samsung-J2” markalı telefonunu verməsini tələb etmiş, Zərərçəkmiş şəxs müqavimət göstərdiyini gördükdə Təqsirləndirilən şəxs1 əvvəlcədən aralarında olan ümumi razılığa əsasən Təqsirləndirilən şəxs2 bıçağı çıxarması ilə bağlı tələbinə əməl edərək üzərində olan qara rəngli qatlanan cib bıçağını şalvarının arxa cibindən çıxarıb Zərərçəkmiş şəxs qarnına dirəmiş, Təqsirləndirilən şəxs2 həmin vaxt əli ilə Zərərçəkmiş şəxs qolundakı saatı və qolbağını açmağa çalışdıqda, Zərərçəkmiş şəxs ani vaxt ərzində Təqsirləndirilən şəxs2 əlini çiynindən kənarlaşdırıb qaçaraq onlardan uzaqlaşmış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs arxasınca qaçsa da, sonuncunu tuta bilməmiş, həmin hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan bıçaq tətbiq etməklə quldurluq cinayətini törətmişlər. X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eyni zamanda onların müdafiəçiləri Müdafiəçi1 və AbbasovNəvaid Noruz oğlu tərəfindən apelyasiya şikayətləri verilmişdir. apelyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 verdiyi apelyasiya şikayətində X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli 1(091)-43/2019 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 verdikləri apelyasiya şikayətlərində X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli 1(091)-43/2019 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 verdiyi apelyasiya şikayətində X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli 1(091)-43/2019 nömrəli hökmünün dəyişdirilərək, ailə vəziyyətinin, birinci dəfə məhkum olunmasının, gəncliyinin və tələbə olmasının nəzərə alınıb ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, eləcə də zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi tərəfindən apelyasiya şikayətləri, həmçinin verilmiş apelyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir. Apelyasiya baxışı iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 apelyasiya şikayətlərinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1apelyasiya şikayətlərinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı iclasında Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələblərinin olmadığını bildirərək, təqsirləndirilən şəxslərə maksimum güzəşt edilməsini və onlara ən yüngül, mümkün olduğu halda isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 apelyasiya şikayətlərinin təmin edilməməsini və iş üzrə X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpellyаsiyа şikаyətərinin dəlillərini müzаkirə edərək, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin apelyasiya şikаyətlərinin təmin edilməsi, dövlət ittihаmçısının apelyasiya şikаyətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə verilmiş apelyasiya şikayətləri təmin edilməməli, X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrəözünü təqsirli bilməyərək, birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun ifadə verib göstərdi ki, xx xxxxxxx 2018-ci il tarixədək İsmayıllı şəhərindəki “İsmayıllı çay evi” adlanan çayxanada çayçı işləmiş, İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanımışdır. Sonradan tanıdığı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alan Zərərçəkmiş şəxs ilk dəfə 2018-ci ilin sentyabr ayının axırlarında İsmayıllı şəhərinin mərkəzindəki mədəniyyət evinin qarşısında olan parkda İsmayıllı şəhər sakini kimi tanıdığı Davud adlı şəxsin yanında görmüş, həmin vaxt Davud parkda öz itini gəzdirmiş və Davudun yanında Amil də olmuşdur. Həmin vaxt o, Eldənizlə birlikdə parkda gəzmiş, sonra isə Davuddan xahiş edərək itini alıb orada bir qədər gəzdirdikdən sonra iti Davudun özünə qaytarmışdır. Sonra Eldənizlə birlikdə onlardan aralaşıb parkda bir qədər gəzdikdən sonra öz evinə getmişdir. Bundan sonra Amili görməmiş və Amil ilə heç bir münasibəti olmamışdır. x xxxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində yenə İsmayıllı şəhərinin mərkəzindəki mədəniyyət evinin qarşısında olan parkda gəzərkən Eldənizlə rastlaşmış, onunla parkı və şəhər ərazisini gəzməyə başlamışlar. Sonra isə Eldəniz ona İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alan hansısa qızı görmək istədiyini bildirmiş və birlikdə kollecin yanına getmələrini təklif etmişdir. Onlar birlikdə kollecin yanına getmiş, kollecin yaxınlığında olan zaman saat təxminən 16 radələrində Amilin yol ilə getdiyini görmüş, Amili tanıyıb ona yaxınlaşaraq ondan siqaret istəmişlər. Amil isə bir ədəd siqareti ona vermişdir. O, həmin siqareti çəkməyə başlamış və Amilə “pulun varsa gedək çay içək, sən getmirsənsə 1 manat pul ver gedib özümüz içək” demişdir. Amil isə pulunun olmadığını bildirmiş, həmin vaxt onlar birlikdə İsmayıllı şəhərinin mərkəzinə doğru Heydər Əliyev adına parkın kənarındakı yol ilə getməyə başlamışlar. Kollecdən təxminən 100 metr uzaqlaşdıqları vaxt Eldəniz Amilin qolundakı qolbağını görüb Amilə “qolbağını ver taxım, səhər peşə məktəbində gəlib məndən götürərsən. Mən peşə məktəbində oxuyuram” bildirmiş, peşə məktəbi kolleclə yaxın məsafədə yerləşmişdir. Amil isə qolbağını Eldənizə vermək istəmədiyini bildirmiş, bu isə Eldənizin xoşuna gəlməmiş və Amilə təkidlə qolbağını verməsini bildirmişdir. Amil qolbağını vermədikdə Eldəniz onun saatını, sonra isə telefonunu istəmiş, Amil həmin əşyalarını da vermədikdə Eldəniz Amilə “düşdün mənim qara siyahıma” demiş, Amil gülməyə başlamış, Eldəniz isə Amilə “gülmə, düz deyirəm, mən zarafat etmirəm, özünü gözlə” demişdir. Eldəniz yenə də Amilə “sən nə demək istəyirsən, deyirəm ver qolbağını taxım sabah gəlib apararsan” demiş, Amil isə Eldənizə heç nə verməyəcəyini bildirdikdə Eldəniz sağ əli ilə Amilin sol çiynindən tutub itələyərək onu parkın hasarına sıxmış, o isə Eldənizi Amildən ayırmaq üçün onlara yaxınlaşmışdır. Eldənizə “gəl gedək, onunla işin olmasın” bildirmiş, Eldəniz əlini Amildən çəkdikdə Amil onlardan təxminən 8-10 metr qarşıda getməyə başlamış, Eldəniz yenə də Amilə söz ataraq “oğlanlığın olsun, bir qolbağı nədir ki, bir günlüyə mənə vermədin” demişdir. Amil cavabında “mən oğlanam, elə etmə “102”-yə yığım” dedikdə, Eldəniz Amilə nalayiq ifadə işlədərək Amilin arxasınca qaçmağa başlamışdır. Amil də oradan qaçıb uzaqlaşdıqdan sonra onlar yaşadıqları məhləyə gəlmişlər. O, Eldənizlə yaşadığı məhlədə söhbət edərkən Polis şöbəsinin əməkdaşları gəlib onları Şöbəyə dəvət etmişlər. Onlar Polis şöbəsində olan zaman Zərərçəkmiş şəxs onlardan şikayət etdiyini bilmişlər. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsinin davamında üzərində heç vaxt bıçaq olmadığını və Zərərçəkmiş şəxs bıçaq və ya hər hansı bir əşya dirəmədiyini, Eldənizi Amildən aralaşdırmaq üçün onlara yaxınlaşdığını, onların arasında gərginlik yarandığını, həmin vaxt onun əlində qara rəngli balaca ölçülü “Nokia” markalı telefon olduğunu, başqa heç nə olmadığını göstərmiş, Eldənizi Amildən aralaşdırmaq üçün onlara yaxınlaşan zaman Amilin onun əlindəki qara rəngli telefonu bıçağa oxşatmasının mümkünlüyünü bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 da ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun ifadə verib göstərdi ki, İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanımış və onunla dostluq edərək boş vaxtlarını İsmayıllı şəhərində görüşüb birlikdə keçirmişlər. Sonradan tanıdığı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alan Zərərçəkmiş şəxs ilk dəfə 2018-ci ilin sentyabr ayının ortalarında İsmayıllı şəhərinin mərkəzindəki mədəniyyət evinin qarşısında olan parkda görmüş, həmin vaxt o, Təqsirləndirilən şəxs1lə birlikdə olmuş və Zərərçəkmiş şəxs yanında bir nəfər tanımadığı oğlan olmuşdur. Həmin oğlan Amillə birlikdə parkda itini gəzdirmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə Amil və yanındakı oğlana yaxınlaşmış, İmran Amilin yanındakı oğlandan itini alıb bir qədər gəzdirdikdən sonra sahibinə qaytarmış, sonra isə onlar həmin şəxslərdən uzaqlaşmışlar. O, daha sonra Amili görməmiş və Amil ilə heç bir münasibəti olmamışdır. x xxxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində İsmayıllı şəhəri Heydər Əliyev adına parkda olarkən orada İmranla rastlaşmış, İmranla görüşüb birlikdə vaxt keçirmək üçün parkda və şəhərin ərazisində gəzməyə başlamışlar. İmranla birlikdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin yanından keçib öz yaşadıqları məhləyə getmək istəyərkən Amilin yol ilə şəhərin mərkəzinə doğru getdiyini görmüş, onlar Amili tanıyaraq ona yaxınlaşmış və İmran Amildən siqaret istəmişdir. Amil İmrana bir ədəd siqaret vermiş, İmran həmin siqareti çəkmiş və Amil ilə birlikdə yol ilə şəhərin mərkəzinə doğru piyada gəlməyə başlamışlar. İmran Amildən pulunun olub-olmadığını soruşaraq birlikdə gedib çay içmələrini təklif etmiş, Amil pulunun olmadığını bildirdikdə İmran ona “bizimlə getmək istəmirsənsə 1 manat ver, biz özümüz gedib çay içərik” demiş, Amil yenə də pulunun olmadığını bildirmişdir. Həmin vaxt onlar birlikdə İsmayıllı şəhərinin mərkəzinə doğru Heydər Əliyev adına parkın kənarındakı yol ilə getmişlər. Bundan sonra Amil İmrandan çəkdiyi siqaretin yarısını alıb çəkməyə başlamış, həmin vaxt o, Amilin qolundakı qolbağını görmüş və bir günlük qoluna taxmaq üçün qolbağını ondan istəmişdir. Bununla yanaşı, Amilə kollecin yaxınlığındakı peşə məktəbində oxuduğunu, səhər qolbağını gətirib verəcəyini bildirmiş, Amil isə qolbağını verməyəcəyini bildirdikdə o, Amildən qolundakı saatı bir günlüyə taxmaq üçün istəmiş, əvəzində isə qolundakı saatını verəcəyini, səhər Amilə saatını qaytaranda onun saatını da özünə verəcəyini bildirmişdir. Amil isə saatı da ona verməyəcəyini bildirmiş, onlar həmin vaxt kollecdən təxminən 500 metr uzaqlaşmışlar. O isə Amilə “nəyə görə saatı və qolbağını bir günlüyə mənə vermirsən” demiş, Amil isə həmin əşyaları ona verə bilməyəcəyini deyib telefonunu çıxararaq ondan şikayət edəcəyini bildirmişdir. O isə Amilə nalayiq sözlə söymüş, bundan sonra Amil oradan uzaqlaşıb şəhərin mərkəzinə doğru getmişdir. Bundan sonra o, İmranla birlikdə İmranın yaşadığı məhləyə gedib söhbət etməyə başlamışlar. Sonra isə Polis şöbəsinin əməkdaşları gəlib onları Şöbəyə dəvət etmişlər. Polis şöbəsində olan zaman Zərərçəkmiş şəxs onlardan şikayət etdiyini bilmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsinin davamında baş vermiş həmin hadisə zamanı Zərərçəkmiş şəxs çiyin nahiyəsindən tutub itələmədiyini və onu hasara sıxmadığını, həmçinin ona hər hansı bir xəsarət yetirmədiyini, eyni zamanda Təqsirləndirilən şəxs1 hər hansı bir göstəriş vermədiyini, o cümlədən Zərərçəkmiş şəxs bıçaq dirəməsini demədiyini, həmin vaxt nə İmranda, nə də onda bıçaq olmadığını, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarın nahiyəsinə və bədəninin hər hansı bir nahiyəsinə bıçaq və ya digər hər hansı bir əşya dirəməsini görmədiyini, Amildən qolbağını və saatını istəsə də, ondan telefon və pul istəmədiyini, onu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 aralaşdırmadığını, Zərərçəkmiş şəxs arxasınca qaçaraq onu qovmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təhsili ilə əlaqədar olaraq xx xxxxxxxx 2018-ci il tarixdə İsmayıllı şəhərinə gəlmiş, İsmayıllı şəhəri Q.Aslanov küçəsi, ev 6-da kirayə qalmaqla kollecdə təhsil almağa başlamışdır. İsmayıllı şəhər sakinləri kimi tanıdığı İmran Faxtıyevi və Təqsirləndirilən şəxs2 təxminən 2018-ci ilin sentyabr ayının axırlarında İsmayıllı şəhərinin mərkəzindəki mədəniyyət evinin qarşısında olan Heydər Əliyev adına parkda Davud adlı tanışı ilə birlikdə gəzərkən ilk dəfə görmüş, həmin vaxt Davud özünə məxsus itini parkda gəzdirərkən İmran Faxtıyev həmin iti gəzdirmək üçün istəmiş və Davud iti ona vermiş, İmran iti bir qədər gəzdirdikdən sonra Davuda qaytarmış və sonra onlardan uzaqlaşmışlar. Bundan sonra həmin şəxsləri görməmiş və onlarla başqa heç bir münasibəti olmamışdır. xx xxxxxxx 2018-ci il tarixdə kollecdə dərsdə olarkən özünü bir qədər narahat hiss etdiyindən rəhbərlikdən icazə alıb saat 16:45 radələrində kollecdən çıxaraq, kirayədə yaşadığı evə doğru getməyə başlamış, kollecdən təxminən 10-15 metr uzaqlaşan zaman Eldəniz və İmranın birlikdə getdiklərini görmüşdür. Həmin şəxslər onu görüb dayanmış, o, həmin şəxslərin yanından keçdikdə İmran onu çağırıb siqaret istəmiş, o, üzərində olan bir ədəd “Vinçestr” siqaretini İmrana vermişdir. O, Heydər Əliyev adına parkın kənarı ilə şəhər mərkəzinə doğru yol ilə getdikcə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun arxasınca, təxminən ondan 1-2 metr arxada gəlmiş, onlar kollecdən təxminən 100 metr uzaqlaşdıqda Təqsirləndirilən şəxs2 onun qolunda olan qolbağını görüb qolbağını istəmiş, o, qolbağını vermək istəmədikdə Təqsirləndirilən şəxs2 ondan digər qolunda olan saatını istəmişdir. O, saatını da vermək istəmədiyini bildirmiş, belə olduqda Eldəniz ondan “Samsung-J2-2018” markalı telefonunu istəmişdir. O, telefonunu da verməmiş, sonra İmran da Təqsirləndirilən şəxs2 ilə birlikdə ondan pul istəməyə başlamışdır. Artıq onlar piyada təxminən 500-600 metr yol getmişlər və Heydər Əliyev adına parkın sağa doğru dönən hissəsinin kənarında, hasarın yanında olmuşlar. Həmin yer parkın mərkəzi giriş qapısına doğru olan döngə olmuşdur. O, qəti şəkildə pul və əşyalarını verməyəcəyini dedikdə Eldəniz sağ əli ilə onun sol çiynindən tutaraq ona “sən, ümumiyyətlə, nə demək istəyirsən, nə istəyirik vermirsən, sən mənim qara siyahıma düşdün" demişdir. O, İmran və Eldənizə “bəsdi zarafat etdiniz, buraxın gedim” demiş, Eldəniz ona “nə zarafat, mən zarafat etmirəm, tez ol qolbağını, saatı, telefonu və pulları ver” demişdir. Bu zaman İmran da ondan pul verməyi tələb etməyə başlamış, sonra isə Eldəniz İmrana göstəriş verərək “bıçağı çıxart” demişdir. İmran əynindəki şalvarının arxa cibinə əlini apararaq oradan qara rəngli qatlanan bıçaq çıxarıb həmin əlini gödəkcəsinin cibinə salmış və bu vəziyyətdə cibindəki bıçağı onun sağ qarın nahiyəsinə dirəmişdir. Həmin şəxslər ondan yenə pul və əşyalarını tələb etməyə başlamış və Eldəniz bir əli ilə onun çiynindən tutub saxlamaqla digər əli ilə qolundakı saat və qolbağını açmağa çalışmışdır. O, isə saat və əşyalarını açmasına Təqsirləndirilən şəxs2 imkan verməyərək əlləri ilə Eldənizin əlini kənarlaşdırmağa çalışmış, Eldəniz isə öz hərəkətlərini davam etdirmişdir. Vəziyyətin belə olmasını görüb qəflətən Eldənizin əlini çiynindən çəkib oradan qaçmağa başlamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə onu tutmaq üçün onun arxası ilə qaçmağa başlamışlar. O, qaça-qaça onlardan polisə şikayət edəcəyini bildirmiş, arxası ilə qaçan Eldəniz isə şikayət etməyənin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, həmin şəxslər onu 200 metr aralıda yerləşən avtoyuma sexinin yanına qədər qovmuş, lakin çata bilməmişlər. Baş vermiş hadisədən o, çox qorxmuş və özünü pis hiss etmişdir. Həmin vaxt yaxındakı “Mugan Bank”ın tanımadığı mühafizəçisinə yaxınlaşıb ondan kömək istəmiş, mühafizəçi ona su vermiş, sonra oradan Polis şöbəsinə gedib baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onların həbs olunmalarını istəmir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi, ona ünvanlanan suallara cavab olaraq oğlu Amilin həmin gün ona zəng edərək baş vermiş hadisə ilə bağlı onunla telefonla danışarkən qorxudan ağladığını, oğlunun səsindən onun hadisədən bərk qorxduğunu başa düşdüyünü, hətta oğlu ona danışdıqca özünün də telefonda həyəcandan ağladığını, İsmayıllıda heç kimləri olmadığından dərhal ora gəldiyini və oğlunun necə bərk qorxduğunu başa düşdüyünü demiş, hazırda isə təqsirləndirilən şəxslərlə barışdıqlarını və onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə, saat 09:00-dan xx xxxxxxx 2018-ci il tarixə, saat 09:00-dək İsmayıllı şəhərində Heydər Əliyev adına parkın yaxınlığındakı ünvan 2 ünvanında yerləşən “Muğan Bank”da mülki mühafizəçi kimi xidmətdə olmuşdur. x xxxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində o, həmin bankın qarşısına hava almaq üçün çıxmış və bu zaman ona bir nəfər tanımadığı cavan oğlan yaxınlaşmışdır. Həmin şəxs həyəcanlı vəziyyətdə olmuş, əlində qara rəngli böyük ölçülü telefon olmuş, həmin şəxsdən nə baş verdiyini soruşduqda o, dayanaraq özünü pis hiss etdiyini bildirib ondan su istəmişdir. O, içəridən su gətirib həmin şəxsə vermiş, həmin şəxs sudan içərək əl-üzünü yumuş, bir qədər özünə gəldikdən sonra isə Fizuli rayon sakini və adının Amil olmasını, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi olduğunu bildirmişdir. Sonra isə danışaraq kollecdən çıxıb evə gedərkən 2 nəfər tanımadığı cavan oğlanın Heydər Əliyev adına parkın yanında onun qolbağını, saatını, telefonunu və pulunu istədiklərini bidirmiş, o həmin şəxslərə heç nə verməyəcəyini bildirdikdə həmin şəxslərdən biri onun çiynindən tutub onu parkın hasarına vurmuş, digəri isə üzərinə bıçaq çıxartmışdır. Belə olduqda o, həmin şəxslərdən qaçaraq oradan uzaqlaşmış, həmin şəxslər isə onun arxasınca qaçmışlar. Zərərçəkmiş şəxs bildirdiyi hadisənin baş verdiyi yer döngədən sonra olduğuna görə onun iş yerindən görünməmiş və bu səbəbdən o, həmin hadisəni görməmişdir. Sonra isə Zərərçəkmiş şəxs ondan Polis şöbəsinin yerləşdiyi yeri soruşmuş, həmin şəxslər barəsində polisə şikayət edəcəyini bildirmişdir. O, Polis şöbəsinin yerləşdiyi yeri Zərərçəkmiş şəxs izah etmiş və sonra Zərərçəkmiş şəxs ondan uzaqlaşaraq getmişdir. Şahid sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı sərbəst və doğru ifadə vermiş, ona hər hansı təsir-təzyiq olmamış, Zərərçəkmiş şəxs ona yaxınlaşarkən onun arxasınca qaçan hər hansı şəxsləri görməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2018-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət törətməkdə şübhəli bilinərək tutulmuşlar (cild 1, iş vərəq 62, 73). İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 4(037)–28/2018 və 4(037)–29/2018 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2018-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəq 123-124, 126-127). Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 4(107)- 4/2019 və 4(107)-05/2019 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 2, iş vərəq 46-55). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 daxil olmuş xx xxxxxxx 2018ci il tarixli 487 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbimüayinəsizamanıonun bədəni üzərində sol kürək nahiyəsinin bir ədəd səthi qançırı nisbətən bərk kənarlı küt əşya təsirindən törənməklə qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni x xxxxxxx 2018-ci il tarixdə kənar şəxs tərəfindən itələnməsi zamanı dəmir hasara dəyməsi nəticəsində yarana bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir (cild 1, iş vərəq 128-130). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə NazirliyininMəhkəmə X2 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxx 2019-cu il tarixli 609 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yüngül kəmağıllıq (debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Lakin Təqsirləndirilən şəxs1 olan kəmağıllıq onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlıdır. Təqsirləndirilən şəxs1 hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan RespublikasıSəhiyyə NazirliyininMəhkəmə X2 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxx 2019-cu il tarixli 611 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs2 anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli 976/977 saylı ekspert rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim olunan məmulatların 2018-ci ilin oktyabr ayına olan bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: 1 ədəd sarı-gümüş rəngli metaldan olan qolbaq metal dəmir əsaslı ərintidənhazırlanmışdır, çəkisi 15.82 qramdır, bijuteriyadır, istifadəyə yararlıdır; 1 ədəd qara-gümüşü rəngli metaldan, üzərində EMPORİO ARMANİ yazısı olan qol saatı (qoruyucu mexanizmi yoxdur) – tarix göstəricilidir, metal dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 109.17 qramdır, istifadəyə qismən yararlıdır; ekspertiza tədqiqatına təqdim edilmiş və nəzəri qiymətləndirmə üçün qərarda adları qeyd edilən malların 2018-ci ilin oktyabr ayına bazar qiyməti ümumilikdə 135,0 manat müəyyən edilir (cild 2 iş vərəq 41-43). Cinayət işinin materiallarında olan xx xxxxxx 2018-ci il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolundan göründüyü kimi, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları İman Faxtiyevin üzünə qarşı bildirərək bir daha təsdiq etmişdir (cild 01, i.v. 178-179). Cinayət işinin materiallarında olan xx xxxxxx 2018-ci il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolundan göründüyü kimi, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirərək bir daha təsdiq etmişdir (cild 01, i.v. 180-181). İş materiallarına əlavə edilmiş və Muğan Bank ASC-nin İsmayıllı Filıalından sorğu ilə əldə edilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Muğan Bank ASC-nin İsmayıllı Filialının inzibati binasının mühafizəsini təşkil etmək üçün quraşdırılmış kameralar videogörüntüləri növbəti günə kimi yaddaşda saxlayır. Odur ki, videogörüntülərin təqdim edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Şahid barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, X13 Məhkəməsinin törədilmiş cinayət barədə məlumat verilməsinə dair qərar üzrə araşdırılma aparılmış, həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 1(102)-177/2020 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 1(107)-186/2019 saylı qərarı ləğv edilmiş, cinayət işi apelyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 1(102)-177/2020 saylı qərarında qeyd edilmişdir ki, Quldurluq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində bu cinayət “özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın” kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində təsbit edilmiş soyğunçuluq isə (əsas tərkibi təsbit edən Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin dispozisiyası ilə birlikdə götürülməklə) insanın həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakının açıq talanmasını ehtiva edir. Görünüdüy kimi, quldurluqla Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində göstərilən soyğunçuluq cinayətini fərqləndirən obyektiv cəhətə aid zəruri əlamət quldurluqda özgə əmlakının ələ keçirilməsi üçün insanın həyatı və ya sağlamlığı üçün təhlükəli olan zorakılıqdan və ya belə zorakılıq tətbiq etmə hədəsindən istifdə edilməsi, soyğunçuluqda isə tətbiq edilən zorakılığın insanın həyatı və ya sağlamlığı üçün təhlükəli xarakterə malik olmamasıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə İmran Faxiyevin və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrində göstərilən quldurluq deyil, Cinayət Məcəlləsinin 29,180.2.1 və 29,180.2.4-cü maddələrində nəzərdə tutulmuş soyğunçuluğa cəhd cinayətini törətmələri barədə nəticəni onunla əsaslandırmışdır ki, hadisə zamanı zərərçəkmiş Amil Mirzəyev həyatı və yaxud sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediləcəyi hədəsinə məruz qalmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin əmlakının açıq ələ keçirilməsinə yönəlmiş hərəkətləri A.Mirzəyevin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zorakılıqla (belə zorakılıqla psixi təsir göstərmə ilə) müşayiət olunmuşdur. Lakin, məhkəmə bu qənaətini bir-birini istisna edən iki dəlillə əsaslandırmışdır. Bu dəlillərdən birincisi odur ki, ortadan qaldırlması mümkün olmayan şübhələr mövcud olduğundan hadisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bıçaqdan silah qismində istifadə etmələrini müəyyən edilmiş saymaq (real fakt kimi qəbul etmək) olmaz. Yəni, bu o deməkdir ki, artıq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə qiymət verərkən (irəli sürülmüş ittiham üzrə nəticəyə gələrkən) həmin faktdan çıxış etmək olmazdı. Lakin, apellyasiya instansiyası məhkəməsi bu halı (əmlakın ələ keçirilməsi üçün bıçaqdan istifadə olunmasını) İsmayıllı Rayon Polis Şöbəsinə verdiyi ərizəsindən başlayaraq cinayət işi üzrə icraatın bütün mərhələlərində ardıcıl olaraq təsdiq edən zərərçəkmiş şəxs Amil Mirzəyevin məlumatlarını inandırıcı şəkildə təkzib etmədən işin həqiqi halı qismində qəbul etməkdən imtina etmişdir. Amil Mirzəyev ibtidai istintaqda olduğu kimi, birinci və apellyasiya instansiyası məhkəmələrində də göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 tələb etdiyi əşyaları verməkdən imtina etdikdə, E.X7 “bıçağı çıxart” demiş, İ.Faxtıyev də bıçağı çıxardıb onun qarnına dirəmişdir. Məhkəmə tərəfindən Amil Mirzəyevin qeyri-səmimiliyinə, qərəzli, təqsirləndirilən şəxslərin məhz quldurluğa görə məhkum edilmələrində maraqlı olmasına dəlalət edən hallar müəyyən edilməmişdir (belə hallara apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunmamışdır). Əksinə, zərərçəkmiş şəxsin məhkəmələrdə nümayiş etdirdiyi mövqeyə görə, o, təqsirləndirilən şəxslərlə barışmış və onların sərt cəzalandırılmasını istəməmişdir. Bundan başqa, zərərçəkmiş Amil Mirzəyevi hadisədən sonra ilk müşahidə etmiş (İsmayıllı şəhərindəki “Muğan Bank”ın mühafizəçisi) Şahid Amil Mirzəyevin vəziyyətini, onunla ünsiyyətini təsvir edərkən göstərmişdir: “x xxxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində mən həmin bankın qarşısında hava almaq üçün çıxmışdım. Bu zaman mənə bir nəfər tanımadığım çavan oğlan yaxınlaşdı. Həmin şəxs ağlayaraq həyacanlı vəziyyətdə idi. Əlində qara rəngli böyük ölçülü telefon var idi. Həmin şəxsdən nə baş verdiyini soruşduqda o, dayanaraq özünü pis hiss etdiyini bildirib məndən su istədi. Mən içəridən su gətirib həmin şəxsə verdim, həmin şəxs sudan içərək əl-üzünü yudu. Bir qədər özünə gəldikdən sonra isə ... adının Amil olduğunu, ... kollecdən çıxıb evə gedərkən 2 nəfər tanımadığı cavan oğlanın Heydər Əliyev adına parkın yanında onun qolbağısını, saatını, telefonunu və pulunu istədiklərini bildirdi. O, həmin şəxslərə heç nə verməyəcəyini bildirdikdə həmin şəxslərdən biri onun çiynindən tutub onu parkın hasarına vurduğunu, digəri isə üzərinə bıçaq çıxartdığını dedi. Belə olduqda o, həmin şəxslərdən qaçaqraq oradan uzaqlaşdığını, həmin şəxslərin isə onun arxasınca qaçdıqlarını dedi”. Göründüyü kimi, Amil Mirzəyev hadisə zamanı ona qarşı bıçağın tətbiq olunduğunu yalnız cinayət işi üzrə icraatı aparan orqanlara deyil, həm də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçıb qurtarqdan sonra ilk rastlaşdığı İsmayıllı rayonunun adi sakininə də bildirmişdir. Həmçinin, bu zaman o, çox həyəcanlı olmuş, ağlamış, su içib, əl-üzünü yuduqdan sonra özünə gəlmişdir. Zərərçəkmiş şəxsin məlumatları təkzib edilmədiyi (konkret səbəblər göstərilmədən qəbul edilmədiyi), hətta Şahid ifadəsi ilə üst-üstə düşdüyü vəziyyətdə apellyasiya məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bıçağın mövcudluğunu inkar etmələrindən, polis əməkdaşları tərəfindən hadisədən bir neçə dəqiqə sonra başqa yerdə tutulduqları vaxt onlarda bıçağın aşkar edilməməsindən çıxış etməklə şərh edilən mühüm hal barədə yuxarıdakı nəticəni çıxarması kassasiya protestinin müəllifi kimi məhkəmə kollegiyasına da kifayət qədər əsaslandırılmamış qənaət kimi görsənir. Apellyasiya instansiyası məhkəməsinin ikinci dəlili isə hadisə zamanı bıçaqdan istifadə edilməməsi (bıçağın ümumiyyətlə mövcud olmaması) barədə yuxarıda şərh edilən dəlillə açıqaşkar ziddiyyət təşkil edən dəlildir. Belə ki, apellyasiya məhkəməsinin qərarında gətirilmiş mülahizələrdən belə aydın olur ki, bu dəfə apellyasiya məhkəməsi (Amil Mirzəyevin həyatı və yaxud sağlamlığı üçün təhlükəli olan zorakılığın tətbiq ediləcəyi barədə hədəyə məruz qalmaması haqqında nəticəyə gələrkən) artıq bıçağın mövcud olmasından, lakin hadisənin baş verdiyi şəraitə, cinayətin törədilmə hallarına və s. xüsusatlara görə zərərçəkmiş şəxsin bıçağın nümayiş etdirilməsini real təhlükə kimi qəbul etməməsindən çıxış etmişdir. Lakin, apellyasiya məhkəməsinin bu dəlillə əlaqəli olan mülahizələri də məhkəmədə baxılmış sübutlarla, xüsusilə zərərçəkmiş şəxs Amil Mirzəyevin və Şahid ifadələri ilə uzlaşmır. Belə ki, Amil Mirzəyev ifadəsində göstərmişdir: “Eldəniz İmrana dedi ki, bıçağı çıxart. Sonra isə mən bıçağı Eldənizin əlində gördüm. Ona görə də qorxdum” (birinci instansiya məhkəmsinin iclas protokolu). Mahiyyətcə eyni məlumatları o, apellyasiya instansiyası məhkəməsində də təkrarlayaraq əşyalarını verməkdən imtina etdikdə Təqsirləndirilən şəxs2 göstərişi ilə Təqsirləndirilən şəxs1 bıçağı çıxardıb açıb-açmamasını dəqiq bilməsə də, onun qarnına dirədiyini göstərmiş və suallara cavab verərəkən bunları ifadəsində xüsusilə qeyd etmişdir: “İmran mənə öz gödəkçəsinin cibindən bıçaq dirədiyi zaman Eldəniz məndən saatımı və qolbağımı tələb etməyə davam edirdi. ...Hadisə zamanı mən çox qorxdum və özümü pis hiss edirdim. Həmin vaxt yaxındakı “Muğan Bank”ın tanımadığım mühafizəçisinə yaxınlaşıb ondan kömək istəmişəm”. Amil Mirzəyevin bilavasitə hadisədən sonra qorxu, həyacan içərisəndə ona müraciət etdiyini Şahid da ifadəsində təsdiq etmişdir. Belə vəziyyətdə apellyasiya məhkəməsinin zərəçəkmiş şəxs Amil Mirzəyevin hadisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bıçağı nümayiş etdirmələrini onun həyatı və sağlamlığı üçün real təhlükə törətməyən davranış kimi qiymətləndirməsi (onların sadəcə silah tətbiq etmə görüntüsünü yaratmaq istəmələrini başa düşməsi və məhz bu cür də dərk etməsi) barədə mülahizələri işin mühüm əhəmiyyət kəsb edən halını (A.Mirəziyevin ona qarşı edilən hərəkətlərə subyektiv münasibətini) və bununla bağlı olan sübutları düzgün dəyərləndirən yanaşma kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2018-cı il tarixdə, saat 16:45 radələrində İsmayıllı şəhərində yerləşən Heydər Əliyev adına parkın yanında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi, Füzuli rayon sakini Zərərçəkmiş şəxs kollecdən çıxmasını görüb ona yaxınlaşaraq ondan çəkmək üçün siqaret istəmişlər, Zərərçəkmiş şəxs onlara siqaret verib onlardan aralanandan sonra piyada onlardan irəlidə getməyə başlayarkən Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 onun arxasınca hərəkət etməyə başlamış, həmin vaxtı ətrafda heç kəsin olmadığını (bunu cinayət işində olan həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmiş şəxsin ifadələri təsdiq edir) yəqin etdikdən sonra artıq onlarda cinayət əməlini törətmək üçün niyyət formalaşmış, belə olan halda qabaqcadan əlbir olan bir qrup şəklində birləşərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs yaxınlaşmış, Təqsirləndirilən şəxs1 əvvəlcə Zərərçəkmiş şəxs çay içmək adı ilə 1 manat pul istəmiş, sonra isə onlar birlikdə İsmayıllı şəhəri H.Əliyev adına parkın sol kənarından keçən yol ilə piyada şəhər mərkəzinə doğru hərəkət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qolbağını, saatını, telefonunu və üzərində olan pulunu verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs həmin əşyalarını və pulunu vermədiyini görüb hərəkət etdikləri yolun parkın girişinə doğru sağa olan döngəsində həmin əmlakı hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə ələ keçirmək üçün real hərəkətə keçib sonuncuya basqın edərək ilk öncə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs çiynindən tutub itələməklə parkın dəmir barmaqlıqlardan ibarət hasarına vurub sıxmaqla ona sol kürək nahiyəsinin bir ədəd səthi qançırından ibarət, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hücuma məruz qalmış şəxsdən pulunu, qolbağını, qol saatını, telefonunu verməsini tələb etmiş, bununla da hər iki təqsirləndirilən şəxs qabqcadan əlbir olmaya xarakterik hərəkətlər nümayiş etdirmiş, Zərərçəkmiş şəxs müqavimət göstərdiyini gördükdə Təqsirləndirilən şəxs1 əvvəlcədən aralarında olan ümumi razılığa əsasən Təqsirləndirilən şəxs2 bıçağı çıxarması ilə bağlı tələbinə əməl edərək üzərində olan qara rəngli qatlanan cib bıçağını cibindən çıxarıb Zərərçəkmiş şəxs qarnına dirəmiş, artıq həmin anda onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış, lakin Təqsirləndirilən şəxs2 həmin vaxt əli ilə Zərərçəkmiş şəxs qolundakı saatı və qolbağını açmağa çalışdıqda, Zərərçəkmiş şəxs ani vaxt ərzində Təqsirləndirilən şəxs2 əlini çiynindən kənarlaşdırıb qaçaraq onlardan uzaqlaşmış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs arxasınca qaçsa da, sonuncunu tuta bilməmiş, bununla da onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan bıçaq tətbiq etməklə quldurluq cinayətini törətmişlər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsin əmlakını ələ keçirilmələri üçün bıçaqdan istifadə olunması qənaətinə gələrkən zərərçəkmiş şəxsin İsmayıllı Rayon Polis Şöbəsinə verdiyi ərizəsindən başlayaraq cinayət işi üzrə icraatın bütün mərhələlərində ardıcıl olaraq təsdiq etməsi ilə yanaşı, onu hadisədən sonra ilk müşahidə etmiş (İsmayıllı şəhərindəki “Muğan Bank”ın mühafizəçisi) Şahid Amil Mirzəyevin vəziyyətini, onunla ünsiyyətini təsvir edərkənx xxxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində bankın qarşısında hava almaq üçün çıxdığı vaxt onaadını sonradan bildiyi Amilin ona yaxınlaşmasını, Amilin həyacanlı vəziyyətdə olduğunu, onun özünü pis hiss etməsini və ondan su istəməsini, su içib, əl-üzünü yuyub, bir qədər özünə gəldikdən sonra isə kollecdən çıxıb evə gedərkən 2 nəfər tanımadığı cavan oğlanın Heydər Əliyev adına parkın yanında onun qolbağısını, saatını, telefonunu və pulunu istədiklərini, o, həmin şəxslərə heç nə verməyəcəyini bildirdikdə həmin şəxslərdən biri onun çiynindən tutub onu parkın hasarına vurduğunu, digəri isə üzərinə bıçaq çıxartdığını deməsini də nəzərə almışdır. Qeyd edilənlərlə müəyyən olunur ki, zərərçəkmiş şəxs Amil Mirzəyev hadisə zamanı ona qarşı bıçağın tətbiq olunduğunu yalnız cinayət işi üzrə icraatı aparan orqanlara deyil, həm də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçıb qurtarqdan sonra ilk rastlaşdığı İsmayıllı rayonunun adi sakininə də bildirmişdir. Həmçinin, bu zaman o, çox həyəcanlı olmuş, su içib, əlüzünü yuduqdan sonra özünə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası zərərçəkmiş şəxsin məhkəmələrdə nümayiş etdirdiyi mövqeyə görə, yəni, təqsirləndirilən şəxslərlə barışdığını və onların həbs olunmalarını istəməməsi barədə mövqeyini də nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərin onun əmlakını ələ keçirmək istəyərkən bıçaqdan istifadə etmələri barədə ifadələrini qeyri səmimi ifadə kimi qiymətləndirmək olmaz, əksinə məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ifadələrini bu xüsusatla bağlı özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və subut kimi qəbul etmir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlini istintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir və birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmışdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın cinayətin ağırlığına və onların uyğun olması barədə dövlət ittihamçısının mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. (cild 1 iş vərəq 151-154) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İsmayıllı rayonu İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə edilir. (cild 1 iş vərəq 135) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İsmayıllı rayonu İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 396 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Faxtiyev X6 şəhəri M.F.Axundov küçəsi 41 ünvanda öz ailəsi ilə birlikdə yaşayır, onun himayəsində 2016-cı il təvəllüdlü 1 azyaşlı övladı var və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. (cild 2 iş vərəq 38- 39) Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi tərəfindən təqdim olunmuş və cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli ərizədən göründüyü kimi, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, onlara qarşı hər hansı tələbi və şikayəti yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını, anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs olmasını, hər iki təqsirləndirilən şəxsin yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, zərərçəkmiş şəxslə barışmalarını, zərərçəkmiş şəxsin onlara qarşı hər hansı şikayət və tələbinin olmamasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apelyasiya məhkəməsi araşdırması zamanı da təqsirləndirilən şəxslərin əməlini yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır. Ona görə də, verilmiş apelyasiya şikayətləri təmin edilməməli, X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(091)- 43/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Cinаyət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı qərara aldı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eyni zamanda onların müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. X13 Məhkəməsinin xx xxx 2019-cu il tarixli,1(091)-43/2020 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Hazırkı qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar