Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-72/2020 20.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin Şəki Apelyasiya məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas X6, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim İ.Fəttahov) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1974-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olmayan, Göyçay rayonu Potu kəndində qeydiyyatda olan və yaşayan, xx xxxx 2019-cu il tarixdə barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə zalından dərhal həbsə alınması, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Göyçay rayon polis şöbəsində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış 3.20 ml heroin məhlulun məhv edilməsi, ondan iş üzrə məhkəmə xərci olan 71.94 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE**********0002088501 nömrəli hesabına keçirilməsi müəyyən edilmişdir. işin halları: Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,204 qram çəkidə narkotik vasitə olan heroin əldə edib satış məqsədi olmadan şəxsi istifadəsi üçün maye halına gətirərək 1 ədəd şüşə flakonda qablaşdırıb üzərində saxlayaraq Göyçay şəhəri Nizami küçəsində daşımış, xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərinə baxış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən üzərinə Valerian Ekstraktı yazılmış şüşə qabda qablaşdırılmış təmiz çəkisi 0,204 qram olmaqla maye halında 4.20 ml. həcmdə narkotik vasitə heroin məhlulu aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsini, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirililərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Göyçay şəhəri Əli Kərim küçəsində gedərkən yolun kənarında yerdə parıltılı ağ rəngli bir kağız bükümü diqqətini cəlb etmiş və həmin bükümün içərisində narkotik vasitə olacağını təxmin etmişdir. Həmin maddəni cibinə qoyub yaşadığı evə gəlmişdir. Evə gələrkən həmin bükümü açmış və təxmin etdiyi kimi içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Bundan sonra evdə olan zaman həmin maddəni üzərinə “Valerian Ekstraktı” sözləri yazılmış şəffaf şüşə qaba yığaraq su ilə qarışdırmış və öz istifadəsi üçün əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün bərbərə getmək məqsədilə yaşadığı evdən çıxaraq Göyçay şəhəri ərazisində Nizami küçəsi ilə hərəkət edərkən 7 saylı məktəbin qarşısında polis əməkdaşları maşını saxlatdırmış və özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirmiş və polis şöbəsinə dəvət etmişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişdir. Şöbənin Növbətçi Hissəsində dəvət edilmiş iki nəfər hal şahidinin və müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd 2 ml. qram olan şpris və bir ədəd üzərinə “Valerian Ekstraktı” sözləri yazılmış şəffaf şüşə, həmin şəffaf şüşənin içərisində isə narkotik vasitə heroin məhlulu aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə heroin məhlulu elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisi şüşə qabla birlikdə 18.4 qram olmuşdur. Həmin maddə ağ rəngli zərfdə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsi iclasında şаhid qismində dindirmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və qanunsuz olaraq üzərində narkotik vasitə daşıması və saxlaması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin gün saat 12 radələrində Göyçay RPŞ-nin bir neçə nəfər əməkdaşı ilə birlikdə içərisində Təqsirləndirilən şəxs olduğu tanımadığı bir nəfər şəxsin idarə etdiyi taksi Vaz 2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay şəhəri Nizami küçəsində dayandırdıqdan sonra Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini Pərvizə təqdim edib, üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğuna görə Göyçay rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd həcmi 2 ml. qram olan şpris və bir ədəd Valerian Ekstrakt qabına yarımçıq doldurulmuş sarımtıl rəngli maye halında maddə aşkar edilmişdir. Həmin maddə hal şahidlərinin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə qabla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 18.4 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Göyçay şəhəri Əli Kərim küçəsində gedərkən yolun kənarından parlaq ağ rəngli kağıza bükülmüş vəziyyətdə tapmış, həmin maddənin narkotik vasitə heroin olduğunu təxmin etmiş, buna görə də onu cibinə qoyaraq evə aparmış və evdə həmin maddəni Valerian Ekstrakt qabına dolduraraq su ilə qarışdırmış və istifadəyə hazır vəziyyətdə saxlamışdır. Bundan sonra həmin 2 ml qram olan şpris və Valerian Ekstrakt qabında olan maddə hal şahidlərinin, vəkilin və digər digər polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən götürülmüş, ağ rəngli zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadəsi elan edilmiş Şahid3 ifadəsindən görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində Göyçay rayon polis şöbəsinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olan bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişlər. Həmin vaxt ona və oraya dəvət edilmiş digər bir nəfər hal şahidinə hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə onun vəkilinin və polis əməkdaşlarının iştirakı ilə şöbənin Növbətçi Hissəsində baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd həcmi 2 ml qram olan şpris və bir ədəd Valerian Ekstrakt qabına yarımçıq doldurulmuş sarımtıl rəngli, maye halında maddə aşkar edilmişdir. Həmin maddə qabla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 18.4 qram müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni Göyçay şəhəri Əli Kərim küçəsində gedərkən yolun kənarından parlaq ağ rəngli kağıza bükülmüş vəziyyətdə tapdığını, özü narkotik istifadəçisi olduğuna görə həmin bükümü cibinə qoyaraq evə apardığını və evdə həmin maddəni Valerian Ekstrakt qabına dolduraraq su ilə qarışdıraraq istifadəyə hazır vəziyyətdə üzərində saxladığını bildimişdir. Bundan sonra həmin 2 ml qram olan şpris və Valerian Ekstrakt qabında olan maddə polis əməkdaşları tərəfindən götürülmüş, ağ rəngli zərfə qoyulmuş, ağzı kleylənmiş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli, 339 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd 2ml qram şipris və 1 ədəd Valerian Ekstrakt qabına doldurulmuş qəhvəyi rəngli maddə....” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd şüşə flakonda həcmi - 4,20 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhluludur. Həmin məhlulda heroinin quru maddəsinin təmiz çəkisi 0,204 qramdır. Həmin zərfin içərisindəki 1 ədəd 2ml-lik şprisdən aşkar edilmiş cüzi miqdarda olan maddə qalıqları heroin məhlulunun qalıqlarıdır. Qeyd: a) Heroin məhlulunun həcmi – 4.20 ml., tədqiqata sərf edildi 1.00 ml., qalıq 3.20 ml. Aparılmış ekspertizanın dəyəri 71.94 manat təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 515 №-lirəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasının sonu ilə xx.xx.2016-cı il tarixdə azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonunun Potu kəndindən Ulaşlı-Şıxlı kəndinə gedən yolun kənarında yerləşən istifadəsiz anbarda bir ədəd sellofan torbada qablaşdırılaraq saxladığı 440 qram çəkidə narkotik vasitə olan marixuananı könüllü təhvil verdiyinə görə həmin epizod üzrə o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 1792 saylı məktubdan görünür ki, Göyçay rayonu, Potu kənd sakini 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Göyçay rayon İHB-nın Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü kənd ərazisində intizamlı aparır, kəndin ictimai faydalı işlərində yaxından iştirak edir. Barəsində Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Göyçay rayon İHB-nın Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1984-cü il təvəllüdlü X4, 2003-cü il təvəllüdlü X5 və 2004-cü il təvəllüdlü X2 ibarətdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxsCinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, cinayət Məcəlləsinin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu baxımdan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi ictimai təhlükəli əməldən səmimi peşman olması, əvvəllər məhkum olunsa belə, hazırda məhkumluğunun ödənilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması, ailənin yeganə gəlir gətirən şəxsi olmasını onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirməyə əsas verən halları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, cəzanın məqsədlərini və islah təsirini təmin etmək baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkməsinə zərurət yoxdur, ona təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə yüngülləşdirilməsi məqsədəuyğundur. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməkdə düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxstörətdiyi ictimai təhlükəli əməldən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması, ailənin yeganə gəlir gətirən şəxsi olmasını diqqətəlayiq hallar hesab edir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs şəxsiyyətinin və törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla onun cəmiyyətdən təcrid edilməsi zərurətini aradan qaldırır. Həmçinin Təqsirləndirilən şəxs indiyədək xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək və xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək 2 (iki) ay 18 (on səkkiz) gün tutulması və həbsdə olması isə, məhkəmə kollegiyasının qənaətincə, onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs оğlunun islah olunması üçün ona təyin edilmiş cəzanı azadlıqdan məhrum etmə növündə çəkməsinə zərurət yoxdur, onun həmin cəzanı cəzaçəkmə müəssisəsində çəkmədən də islah olunması mümkündür. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə islah etmək mümkündür. Bu səbəbdən onun təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində 1(bir) müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin etməkdə haqlı olmamış, məhkəmənin bu qərarı cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə, cəzaya aid hissədə dəyişdirilməli, onun Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, onun xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulması və xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə olması, ümumilikdə 2 (iki) ay 18 (on səkkiz) gün həbsdə olması nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın mədudlaşdırılması cəzasından 5 (beş) ay 6 (altı) gün çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunmalı, azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı, yəni axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı və hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulması və xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək 2 (iki) ay 16(on altı) gün (ümumilikdə 2 (iki) ay 18 (on səkkiz) gün) həbsdə olması nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın mədudlaşdırılması cəzasından 5 (beş) ay 6 (altı) gün çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsindəseçilmiş «həbs» qətimkantədbiriləğvedilərəkməhkəməiclaszalındahəbsdəndərhalazadolunsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı yəni axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-72/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-72/2020
20.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver