Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-72/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Oğuz rayonu Baş Daşağıl kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci ildən xx xxxx 2020ci ilədək həbsdə saxlandığı vaxt 24 saatdan artıq olduğu üçün cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Oğuz rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs Oğuz rayon Narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 404.95 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi, iş üzrə maddi ziyanın, mülki iddianın olmamasının nəzərə alınması müəyyən edilmişdir. işin halları: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəki rayonu Çayqaraqoyunlu kəndinin ərazisində yerləşən “Alaqapı” adlanan yerdə saat 00:30-da saxlanılaraq Şəki şəhər-rayon Polis Şöbəsinin Şəki rayonu Turan qəsəbəsində yerləşən Sarıca Polis Bölməsinin inzibati binasına gətirilib, üstünə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki idman çantasının içərisindən 1 ədəd qara rəngli sellofanda, təmiz çəkisi 405 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi lə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apelyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, himayəsində 1 yetkinlik yaşına çatmayan və 1 azyaşlı olmaqla 2 övladı və 84 yaşlı anası var. Etdiyi cinayət əməlindən səmimi peşmandır. Ailəsinin yeganə gəlir gətirən şəxsi odur. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 birinci instansiya məhkəməsi hökmünü apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Oğuz rayonu Baş Daşağıl kəndində yaşayır. Bildirmək istəyir ki, o, bir müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. xx xxxx 2020-ci il tarixdə Mingəçevir şəhərinə getmiş, şəhərdə gəzən zaman yerdə qara rəngli idman çantası tapmışdır. Çantada iki ədəd butulkalarda mineral su, bir ədəd vafli və bir ədəd qara rəngli sellofan torba olmasını görmüşdür. Sonra o, həmin qara rəngli sellofan torbanı açıb içərisinə baxdıqda onun içərisində yaşıl rəngli bitki olmasını görmüş, həmin bitkinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını anlamışdır. Çantanı da götürüb evə qayıtmaq istəmiş və bu məqsədlə avtomobillə Şəki rayonunun “Ala Qapı” adlanan ərazisinə yola düşmüşdür. Avtomobil Şəki rayonu ərazisindəki “Ala qapı” deyilən yerə çatdıqda o, avtomobildən enib yolun kənarında Oğuz rayonu istiqamətdə gedən avtomobildə gözləməyə başlamışdır. Bir qədər gözlədikdən sonra ona mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşı olmalarını bildirmiş, onun üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlamağı və narkotik vasitənin satışı ilə məşğul olmağı barədə onlarda məlumat olmasını bildirib, buna görə də onlarla birlikdə polis bölməsinə getməli olduğunu qeyd etmişlər. O da polis əməkdaşlarına etiraz etməmiş, onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində vəkilin və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə üstündə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı o, idman çantasının ağzını açmış, onun içərisində olan sellofan torbada narkotik vasitəni masanın üzərinə qoymuşdur. Daha sonra sellofan torbada olan qurudulmuş marixuana zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. O, etdiyi hərəkətdən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir, islah yoluna qədəm qoymasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin Sarıca Polis Bölməsinin əməliyyat müvəkkilidir, polis leytenantıdır. Oğuz rayonu Baş Daşağıl kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və düşmənçiliyi olmamışdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, məlumat daxil olandan sonra həmin tarixdə də o, məlumatın doğru olub-olmamasını yoxlamaq üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə rəsmi raportla xahiş etmişdir. Bundan sonra onun və PPXnin manqa komandiri, polis baş serjantı Şahid2 və Şəki ŞRPŞ-nin DYPBnin inspektoru, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və həmin tarixdə xx xxxx 1985-ci il təvəllüdlü Oğuz rayonu Baş Daşağıl kənd sakini Təqsirləndirilən şəxs Şəki rayonu Çayqaraqoyunlu kəndinin ərazisində yerləşən “Alaqapı” adlanan yerin yaxınlığında saxlayaraq Şəki ŞRPŞnin Sarıca PB-nə gətirmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs həyəcandan özünü pis hiss etmişdir, ona avtomobildən su vermişlər və o, özünə gəlmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi ilə təmin edildikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Orxan Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra onun üzərində videoçəkilişlə onların, müdafiəçisinin və Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı təqsirləndirilən şəxsin gəzdirdiyi qara rəngli idman çantasında sellofan torbada yaşıl rəngli kütlə aşkar olunmuşdur. Kütlənin çəkisi əlektron tərəzidə çəkildikdə 405.00 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş sellofan torbada olan qurudulmuş marixuana zərfə qoyulmuş, zərf Təqsirləndirilən şəxs, onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi tədqiq olunmaqla elan olunan Şahid2 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Şəki ŞRPŞ-nin Sarıca Polis Bölməsinin PPXT-nin manqa komandiridir, polis baş serjantıdır. Oğuz rayonu Baş Daşağıl kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və düşmənçiliyi olmamışdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Şəki şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Şəki ŞRPŞ-nin Sarıca Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat məlumatı daxil olmuş, məlumat daxil olandan sonra həmin tarixdə də sonuncu məlumatın doğru olubolmamasını yoxlamaq üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə rəsmi raportla xahiş etmişdir. Bundan sonra Şahid1, onun və Şəki ŞRPŞ-nin DYPB-nin inspektoru, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bu barədə qərar qəbul edilmiş və şöbə rəhbərliyi tərəfindən qərar təsdiq edilmişdir. Şöbə rəhbərliyindən razılıq aldıqdan sonra tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar barədə rayon məhkəməsinə və rayon prokuroruna yazılı məlumat verilmişdir. Həmin tarixdə xx.xx.1985ci il təvəllüdlü Oğuz rayonu Baş Daşağıl kənd sakini Təqsirləndirilən şəxs Şəki rayonu Çayqaraqoyunlu kəndinin ərazisində yerləşən “Alaqapı” adlanan yerin yaxınlığında saxlayaraq Şəki ŞRPŞ-nin Sarıca PB-nə gətirmiş və bu barədə də rəisə rəsmi raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs müdafiəçisi ilə təmin edildikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Şəki şəhər-rayon PŞ-nin TBnin təhqiqatçısı, polis kapitanı Orxan Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra onun üzərində videoçəkilişlə onların, müdafiəçisinin və Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə keçirilən yer Şəki ŞRPŞnin Sarıca Polis Bölməsinin inzibati binasında yerləşən təhqiqatçı, polis kapitanı Orxan Quliyevin xidməti iş otağı olmuş, şəxsi axtarış aparılarkən videoçəkiliş aparıldığı, iştirakçıların, müdafiəçinin və Təqsirləndirilən şəxs videoçəkilişə etirazları olub-olmadığı soruşulmuşdur. o, Şahid1, Təqsirləndirilən şəxs və müdafiəçi videoçəkilişə etirazlarının olmadığını bildirmişlər. Bundan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs, iştirakçıların hər birinə hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hər hansı bir cinayət xarakterli əşya və ya predmet olub-olmaması barədə soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd alışqan, həmin şalvarın sol yan cibindən “LD” markalı siqaret qutusu, şalvarının arxa sol cibindən kağız pul əskinazı çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs başqa üzərində hər hansı təqdim etmədiyi əşya olub-olmaması soruşulduqda bundan başqa üzərində hər hansı bir əşyanın olmadığını qeyd etmişdir.Daha sonra təhqiqatçı tərəfindən sonuncunun üzərində şəxsi axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Bundan sonra ona özü ilə gəzdirdiyi həmin qara rəngli idman çantasında olan əşyaları təqdim etmək təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin idman çantasının ağzını açıb, onun içərisində olan 01 (bir) ədəd qara rəngli sellofan torbanı, 01 (bir) ədəd “Lay-lay” markalı vaflini və 02 (iki) ədəd “Aqua Vita” markalı 005 litrlik butulkalarda mineral suyu masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş, yəni şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd sellofan torbanın içərisində nə olması soruşulmuş və həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Sellofan torba açılmış və onun içərisindən yaşıl rəngli, spesifik iyli bitki kütləsi çıxmışdır. Bu zaman Təqsirləndirilən şəxs həmin torbanın içərisindəki kütlənin marixuana olmasını bildirərək həmin marixuananı çanta ilə birlikdə Mingəçevir şəhərində su anbarının kənarından tapdığını, məqsədinin yaşadığı evə aparıb istifadə etmək olduğunu bildirmiş, daha sonra ona və digər iştirakçılara həmin narkotik vasitənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmişdir. Bu zaman aşkar olunmuş sellofan torbada olan qurudulmuş marixuana zərfə qoyulmuş, zərf Təqsirləndirilən şəxs, onun və digər iştirakçıların imzaları ilə imzalanmış, möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız pullar, “LD” markalı siqaret qutusu, alışqan, su və vafli iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Bundan sonra təhqiqatçı Səxavətə bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra onlara nümayiş etdirilmiş, həmin videoçəkilişə baxmışlar, daha sonra videoçəkiliş bərpa edilmiş və Təqsirləndirilən şəxs heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdır. Təqsirləndirilən şəxs və onlar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsi istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Cinayət işi materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlindəki qara rəngli çantanın içərisində bir ədəd qara rəngli sellofan torbada çəksi 405 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Şəki Nаrkоlоji Şöbəsinin xx xxxx 2020-ci il tаrixli, 259A №-li sərxoşluq hallarının müəyyən edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs оğlunun sidiyindən narkotik qəbulu faktı aşkar olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx xxxx 2020-ci il tarixli, 17/372 nömrəli rəyindən görünür ki, təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs ...əl çantasından götürülən narkotik....» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi – 405.00 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 405.00 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq – 404.95 qram. Aparılmış tədqiqatın dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Oğuz RMX X12 xx xxxx 2020-ci il tаrixli, 276 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs Oğuz RMX-nin psixiatrik, narkoloji və alkoqolizm kabinetlərində qeydiyyatda deyil. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx xxxxxxxx 2020-ci il tarixli, 861 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzаb çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Nаrkоlоji kabinetdə profilaktiki qeydiyyаtа аlınmаsı məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Oğuz rayon İHB-nin Baş Daşağıl İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şəki Rayon Məhkəməsinə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli, 10/199 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs оğlu Oğuz rayonu Baş Daşağıl kəndində yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Oğuz rayon İHB-nin Baş Daşağıl İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Baş Daşağıl kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsindən verilmiş 2(003)- 146/2012 saylı icra vərəqəsi əsasən xx xxxxxx 2011-ci il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutulub X5 verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, hökmün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları almış, onun əməlində Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində göstərilən onun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunurlаr; İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü Təqsirləndirilən şəxs оğlunun himаyəsində 1 azyaşlı övladı var, hər ay Xəzər Rayon Məhkəməsindən verilmiş 2(003)-146/2012 saylı icra vərəqəsi əsasən 90 manat sabit pul məbləğində aliment xx xxxxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 ödəməlidir. Dördüncüsü, təqsirləndirilən şəxs ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi, təqsirləndirilən Təqsirləndirilən şəxs оğlunun himаyəsində 1 azyaşlı övladı olması, valideynlərinin-anası Əliyeva Nəfisə Mösüm qızı, xx xxx 1954-cü il təvəllüdlü, atası Baxışov Söhrab Zaməddin oğlunun xx xxxx 1953-cü il təvəllüdlü olması, hаzırdа аiləsinin necə mənəvi və mаddi sarsıntı keçirməsi, оnun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi аiləsinin mənəvi sarsıntısını daha da ağırlaşdıra bilər. Cinаyət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu müddəa cəzanın ailə həyatının mənəvi tərəfinə təsirini də özündə ehtiva edir; Altıncısı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da ilk növbədə onun himаyəsində оlаn azyaşlı uşağının maddi cəhətdən inkişafına pis təsir göstərər. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hökmündən dövlət ittihamçısı, kiçikədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(075)-68/2020 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-72/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-72/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver