Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-74/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X4, təqsirləndirilən şəxs Zaza Rijvadzenin və onun müdafiəçisi X1, tərcüməçi X5 iştirakı ilə, Zaza Rijvadzenin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Zaza Rijvadze tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim H.Səlimov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1985-ci ildə Gürcüstanın Khelvachaurı şəhərində doğulmuş, Gürcüstan vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gürcüstanın Coxataurı rayonu Zomletı kəndində qeydiyyatda olmaqla Siqnaxi rayonu Cuqaani kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Zaza Rijvadze Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 206.2ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 82,84 (səksən iki manat səksən dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməsi, iş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit 2.5D” markalı “XP651PX” nömrə nişanlı nəqliyyat vasitəsindən və üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatlarından sonra qalmış 6,33 qram qurudulmuş və 2,03 qram qurudulmamış marixuana, habelə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs qurudulmuş marixuana narkotik vasitəsinin bir hissəsini içərisində gizlətdiyi 1 ədəd patron gilizihökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməsi, CM-in 52.1 və 58.3-cü maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılması hökm edilmişdir. İşin halları: Zaza Rijvadze CM-in 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Gürcüstanda istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 6,39 qram narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, saxlamış, onun 3,11 qramını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 ədəd patronun daxilində yerləşdirib idarə etdiyi “Ford Transit 2.5D” markalı “XP651PX” nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda sürücünün başı üzərindəki boşluqda olan sellofan torbanın içərisinə, 1,79 qramını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə salon qapısının üst hissəsində, 1,49 qramını 1 kağız bükümdə yerləşdirib əyninə geyindiyi idman gödəkcəsinin sol cibində olan sellofanın içərisində gizlədib daşımış, həmin narkotik vasitəni və Gürcüstanda istintaqa məlum olmayan vaxtda və mənbədən 1 kağız bükümdə əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə avtomobilin sol qapısındakı rəfdə gizlətdiyi 2,05 qram narkotik vasitə qurudulmamış marixuananı xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Dövlət Gımrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(019)-7/2020 nömrəlii hökmündən təqsirləndirilən şəxs Zaza Rijvadze apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Zaza Rijvadze apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2018-ci il tarixli qanuna əsasən onun ölkəsi olan Gürcüstanda marixuana istifadə etməsi leqallaşdırılmışdır. O, marixuananı özü istifadə edir və öz ölkəsində qanun pozuntusu deyil. Buna görə də, onun avtomobilində bir neçə qram marixuananın olması adi haldır. O, narkotik vasitəni qaçaqmalçılıq yolu ilə keçirmək istəsəydi narkotik vasitəni açıq şəkildə gəzdirməzdi. Sərhəddi keçərkən isə narkotik vasitə yadından çıxaraq onun avtomobilində və idman gödəkcəsinin cibində qalmışdır. Belə olan halda onun CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi qanunsuzdur. Odur ki, ona CM-in 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 bildirdi ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayət əməlini törətməsi işdə olan sübutlarla tam sübuta yetirilir. Ona görə də, hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olmasının nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(019)-7/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Zaza Rijvadzenin müdafiəçisi X3 bildirdi ki, apelyasiya şikayətini müdafiə edir və qeyd edir ki, şəxs törətdiyi əmələ görə səmimi peşmandır, həmçinin təqsirləndirilən şəxsin mənsub olduğu Gürcüstan Respublikasında marixuanadan istifadə edilməsi leqallaşdırılmış və bu hal sonuncunun ölkəsində qanun pozuntusu hesab edilmir. Ona görə də, hökmün dəyişdirilməsini və müdafiə etdiyi şəxsə CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən təqsirləndirilən şəxs Zaza Rijvadze apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə təqsirləndirilən şəxs Zaza Rijvadze tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(019)-7/2020 nömrəlii hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Zaza Rijvadze ifadəsində bildirdi ki, onun ölkəsi olan Gürcüstanda marixuana istifadə etməsi leqallaşdırılmışdır. O, marixuananı özü istifadə edir və öz ölkəsində qanun pozuntusu deyil. Buna görə də, onun avtomobilində bir neçə qram marixuananın olması adi haldır. O, narkotik vasitəni qaçaqmalçılıq yolu ilə keçirmək istəsəydi narkotik vasitəni açıq şəkildə gəzdirməzdi. Sərhəddi keçərkən isə narkotik vasitə yadından çıxaraq onun avtomobilində və idman gödəkcəsinin cibində qalmışdır. Belə olan halda onun CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi qanunsuzdur. Odur ki, ona CM-in 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndrilən şəxs son sözlə çıxışında isə bildirdi ki, ona bəraət lazım da deyil. Ancaq, onun evli olmasını, himayəsində az yaşlı uşaqlarının olması nəzərə alınmaqla cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ona birinci instansiya məhkəməsinin iclasında elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gürcüstanın Coxataurı rayonu, Zomletı kəndində qeydiyyatda olsada daimi yaşayış yeri Siqnaxi rayonu Cuqaani kəndidir. Daimi iş yeri yoxdur, iş olandan-olana tikintilərdə fəhlə kimi çalışır və beləliklə də ailəsini dolandırır. Azərbaycanda yanacağın qiyməti Gürcüstana nisbətən ucuz olduğundan ayda üç dəfə idarə etdiyi “Ford Tranzit” markalı, XP651PX qeydiyyat nişanlı avtomobili ilə Balakən rayonuna gələrək yanacaq doldurub geri qayıdır. Növbəti dəfə yenə də yanacaq doldurmaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixində idarə etdiyi avtomobil ilə Balakən rayonuna gəlmək üçün maşınla yola çıxmış, “Mazımçay” gömrük postuna daxil olub maşını minik avtomobilləri üçün nəzərdə tutulmuş talvarın altında saxlamışdır. Gömrük əməkdaşı şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparmış, ona üzərində və avtomobildə qanunla qadağan olunmuş heç bir predmetin olmadığını və Azərbaycan Respublikasına yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra gömrük əməkdaşları it tətbiq etməklə avtomobilə baxış keçirməyə başlamış, əvvəlcə avtomobilin salonunda, sürücünün başı üzərindəki boşluqdan iki ədəd sellofan torbanı aşkar etmişlər. Torbalardan birini açıb içərisindəki predmetlərə baxış keçirmək üçün sərnişin oturacağının üzərinə boşaltmışlar. Həmin torbadan 20 ədəd üzərində “Zuber; 70mm;”, dib hissəsində isə “12;GF” markalanma yazısı olan patron, 1 ədəd yaşıl rəngli, üzərində markalanma yazısı olmayan, dib hissəsində “Sterling; 12” markalanma yazısı olan, içərisi kustar üsulla barıtla doldurulmuş patron, 4 ədəd qırmızı rəngli üzərində markalanma yazısı olmayan, dib hissəsində “GF; 12” markalanma yazısı olan, içərisi kustar üsulla barıtla doldurulmuş patron, bir ədəd plastikdən hazırlanmış silah qundağı, üzərində markalanma yazısı olmayan bir ədəd silah aksesuarı və içərisi qurudulmuş marixuana ilə doldurulmuş, agız hissəsi kağız qırıntılarından düzəldilmiş tıxacla bağlı olan ov tüfənginin patronu aşkar olunmuşdur. Sonra da ikinci torbadan qutuda olan maqazinində 4 ədəd patron olmaqla üzərində “Ekol Alp 2; 9mm; P.A.K.” markalanma yazısı olan bir ədəd tapança aşkar olunmuşdur. Daha sonra avtomobilin salonunun sərnişin hissəsinin qapısının üst hissəsindən marixuana bitkisinin kiçik budağı aşkar olunmuşdur. Baxış davam etdirilərkən avtomobilin sol qapısındakı rəfdən də bir bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Xidməti it üstünə hürdüyü üçün üzərində də şəxsi yoxlama keçirilmiş və üzərindəki idman gödəkcəsinin sol cibindən bir ədəd kiçik sellofanın içərisindən kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisindən qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra avtomobilinə və üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolla tanış olub imzalamışdır. Bir müddətdir qurudulmuş marixuanadan yandırıb çəkmək yolu ilə istifadə edir. xx.xx.2019-cu il tarixdə Azərbaycana keçib avtomobilinə yanacaq almış və həmin gün də geriyə qayıtmışdır. xx.xx.2019-cu il tarixdə axşam saatlarında dostları ilə ova getmişdir. Ovda olarkən Cimi adlı tanışı çəkmək üçün marixuana vermiş, həmin vaxt marixuanadan bir az çəkmiş, qalan marixuananın bir hissəsini də patronda gizlədib sellofan paketə qoyaraq salondakı sürücünün başı üzərindəki boşluqda gizlətmişdir. Marixuananın bir hissəsini salon qapısının üst hissəsində gizlətmişdir. Marixuananın bir hissəsini də kağız bükümdə qablaşdırıb sellofana bükərək idman gödəkcəsinin sol cibinə qoymuşdur. Bundan başqa avtomobilin sol qapısındakı rəfdə sonra istifadə etmək üçün qurudulmamış marixuana gizlətmişdir. Marixuanadan istifadə etməyə görə Gürcüstanda hər hansı məsuliyyət nəzərdə tutulmamış, buna görə də Azərbaycana gələn zaman qeyd etdiyi yerlərdə qoyduğu marixuanaları götürmək yadından çıxmışdır. xx.xx.2019-cu il tarixdə maşınındakı yanacağı çəkib evdə qablara yığaraq təkrar yanacaq almaq üçün Azərbaycana getmişdir. Əməlindən peşmandır. Bundan sonra belə əməllərlə məşğul olmayacaqdır. Nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Zaza Rijvadze əməlinin CM-in 206.2-ci maddəsinə tövsif edilməsinə etirazını bildirsə də, həmin əməli törətdiyini etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayından gömrük orqanlarında xidmət edir. Hal-hazırda “Mazımçay” gömrük postunun baş müfəttişi vəzifəsində çalışır. xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 09 radələrində növbədə xidmətə başlamışdır. Xidmətdə olduğu zaman giriş nəqliyyat vasitələrinə baxış keçirilməsi ona həvalə olunmuşdur. Xidmətdə olduğu vaxt, təxminən saat 13 radələrində postda xidmətdə olan instruktor-kinoloq Şahid1 daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün Gürcüstan vətəndaşı Rijvadze Zazanın idarə etdiyi “Ford Tranzit” markalı, XP651PX dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirmək lazım olduğunu bildirmişdir. Hal şahidlərinin və tərcüməçinin iştirakı ilə baxış keçirtməyə başlamışlar. İlk əvvəl Şahid1 Zaza ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparmış, Təqsirləndirilən şəxs isə üzərində və avtomobildə qanunla qadağan olunmuş heç bir predmetin olmadığını və Azərbaycan Respublikasına yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra “Lyama” ləqəbli kinoloji xidmət itini tətbiq etməklə Mühiddinlə birlikdə Zazaya məxsus “Ford Tranzit” markalı, XP651PX dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilməyə başlamışdır. Əvvəlcə avtomobilin salonunda, sürücünün başı üzərindəki boşluqdan iki ədəd sellofan torba aşkar olunmuşdur. Torbalardan birini açıb içərisindəki predmetlərə baxış keçirmək üçün sərnişin oturacağının üzərinə boşaltmışlar. Həmin torbadan 20 ədəd üzərində “Zuber; 70mm;”, dib hissəsində isə “12;GF” markalanma yazısı olan patron, 1 ədəd yaşıl rəngli, üzərində markalanma yazısı olmayan, dib hissəsində “Sterling; 12” markalanma yazısı olan, içərisi kustar üsulla barıtla doldurulmuş patron, 4 ədəd qırmızı rəngli üzərində markalanma yazısı olmayan, dib hissəsində “GF; 12” markalanma yazısı olan, içərisi kustar üsulla barıtla doldurulmuş patron, bir ədəd plastikdən hazırlanmış silah dəstəyi, üzərində markalanma yazısı olmayan bir ədəd boru şəkilli silah aksesuarı və içərisi marixuanaya oxşar bitki kütləsi ilə doldurulmuş, ağız hissəsi kağız qırıntılarından düzəldilmiş tıxacla bağlı olan ov tüfənginin patronu aşkar olunmuşdur. İkinci torbaya baxış zamanı içərisində olan qara qutudan, maqazinində 4 ədəd patron olmaqla üzərində “Ekol Alp 2; 9mm; P.A.K.” markalanma yazısı olan bir ədəd tapança aşkar olunmuşdur. Baxız zamanı “Lyama” ləqəbli xidməti it avtomobilin salonunun qapısının üst hissəsinə reaksiya verdiyindən həmin yerə baxış keçirilmiş və oradan marixuanaya oxşar bitkinin kiçik budağı və marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Baxış davam etdirilərkən avtomobilin sol qapısındakı rəfdən də bir ədəd nəm salfetə bükülmüş halda marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. “Lyama” ləqəbli xidməti it eyni zamanda Təqsirləndirilən şəxs reaksiya verdiyindən onun üzərində şəxsi yoxlama keçirilmiş, üzərindəki idman gödəkcəsinin sol cibindən bir ədəd kiçik sellofanın içərisindən kağız bükülü aşkar olunmuşdur.Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunmuş, aşkar olunmuş predmetlər protokol əsasında götürülmüşdür. Zaza həmin narkotik vasitələrin özünə məxsus olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmişbirinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, daimi iş yeri yoxdur, ailəsini dolandırmaq üçün “Mazımçay” gömrük postunun qarşısında dayanıb, gedib gələnlərin əl yüklərini daşımaqla fəhləlik edib pul qazanır. Elə bu məqsədlə də, xx xxxxxx 2019-cu il tarixdə gömrük postunun qarşısında dayanarkən, bir nəfər gömrük işçisi ona və birlikdə fəhləlik etdiyi Nadirə yaxınlaşıb “Mazımçay” gömrük postunda keçirilən yoxlamada hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Etiraz etməmiş və birlikdə posta daxil olmuşlar. Əvvəlcə gömrük əməkdaşı ona və Nadirə hal şahidi kimi hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah etmiş, burada Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Tranzit” markalı, XP651PX qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Əvvəlcə avtomobilin salonunda, sürücünün başı üzərindəki boşluqdan iki ədəd selofan torba aşkar olunmuşdur. Gömrük əməkdaşı torbalardan birini açıb içərisindəki predmetlərə baxış keçirmək üçün sərnişin oturacağının üzərinə boşaltmış, həmin torbadan 25 ədəd patron, bir ədəd plastikdən hazırlanmış silah dəstəyi, üzərində markalanma yazısı olmayan bir ədəd boru şəkilli silah aksesuarı və içərisi marixuanaya oxşar bitki kütləsi ilə doldurulmuş, agız hissəsi kağız qırıntılarından düzəldilmiş tıxacla bağlı olan of tüfənginin patronu aşkar olunmuşdur. İkinci torbaya baxış zamanı içərisində olan qara qutudan, maqazinində 4 ədəd patron olmaqla bir ədəd tapança aşkar olunmuşdur. Baxış zamanı xidməti it avtomobilin salonunun qapısının üst hissəsinə reaksiya verdiyindən həmin yerə baxış keçirilmiş və oradan marixuanaya oxşar bitkinin kiçik budağı və marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Baxış davam etdirilərkən avtomobilin sol qapısındakı rəfdən də bir ədəd nəm salfetə bükülmüş halda marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Xidməti it eyni zamanda “Ford Tranzit” markalı, XP651PX dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Təqsirləndirilən şəxs reaksiya verdiyindən üzərində şəxsi yoxlama keçirilmiş, üzərindəki idman gödəkcəsinin sol cibindən bir ədəd kiçik selofanın içərisindən kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş predmetlər protokol əsasında götürülmüş, tərtib edilmiş protokola imza etmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmişbirinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ilə oxşar ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İşin 154-156-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş şahid Ömərov Mühiddin Ömər oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildən gömrük orqanlarında xidmət edir. X14 Baş Gömrük İdarəsinın “Mazımçay” gömrük postunda kinoloq işləyir. Əməliyyat-Təhqiqat İdarəsindən daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün xx.xx.2019-cu il tarixdə Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Tranzit” markalı, XP651PX dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Gürcüstan istiqamətindən “Mazımçay” gömrük postuna daxil olub, nəqliyyat vasitəsini talvarın altında saxladıqdan sonra, onunla şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olubolmaması barədə sorğu-sual aparmış, Təqsirləndirilən şəxs üzərində və avtomobildə qanunla qadağan olunmuş heç bir predmetin olmadığını və Azərbaycan Respublikasına yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra “Lyama” ləqəbli kinoloji xidmət itini tətbiq etməklə “Mazımçay” gömrük postunun əməkdaşı Şahid3 ilə birlikdə Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs məxsus “Ford Tranzit” markalı, XP651PX dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilməyə başlamışlar. Baxışda 2 nəfər hal şahidi də iştirak etmişdir. Əvvəlcə avtomobilin salonunda, sürücünün başı üzərindəki boşluqdan iki ədəd sellofan torba aşkar olunmuş, torbalardan birini açıb içərisindəki predmetlərə baxış keçirmək üçün sərnişin oturacağının üzərinə boşaltmışlar. Həmin torbadan 20 ədəd üzərində “Zuber; 70mm;”, dib hissəsində isə “12;GF” markalanma yazısı olan patron, 1 ədəd yaşıl rəngli, üzərində markalanma yazısı olmayan, dib hissəsində “Sterling; 12” markalanma yazısı olan, içərisi kustar üsulla barıtla doldurulmuş patron, 4 ədəd qırmızı rəngli üzərində markalanma yazısı olmayan, dib hissəsində “GF; 12” markalanma yazısı olan, içərisi kustar üsulla barıtla doldurulmuş patron, bir ədəd plastikdən hazırlanmış silah dəstəyi, üzərində markalanma yazısı olmayan bir ədəd boru şəkilli silah aksesuarı və içərisi marixuanaya oxşar bitki kütləsi ilə doldurulmuş, ağız hissəsi kağız qırıntılarından düzəldilmiş tıxacla bağlı olan ov tüfənginin patronu aşkar olunmuşdur. İkinci torbaya baxış zamanı içərisində olan qara qutudan, maqazinində 4 ədəd patron olmaqla üzərində “Ekol Alp 2; 9mm; P.A.K.” markalanma yazısı olan bir ədəd tapança aşkar olunmuşdur. Baxız zamanı “Lyama” ləqəbli xidməti it avtomobilin salonunun qapısının üst hissəsinə reaksiya verdiyindən həmin yerə baxış keçirilmuş və oradan marixunaya oxşar bitkinin kiçik budağı və marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Baxış davam etdirilərkən avtomobilin sol qapısındakı rəfdən də bir ədəd nəm salfetə bükülmüş halda marixuanaya oxşar bitki kütləsi aşkar olunmuş, “Lyama” ləqəbli xidməti it eyni zamanda “Ford Tranzit” markalı, XP651PX dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs reaksiya verdiyindən onun üzərində şəxsi yoxlama keçirilmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindəki idman gödəkcəsinin sol cibindən bir ədəd kiçik sellofanın içərisindən kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunmuş, aşkar olunmuş predmetlər protokol əsasında götürülmüşdür. İşin 6-8-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2019-cu il tarixli “yoxlama və götürmə haqqında” və “şəxsi yoxlama aparılması haqqında” protokollardan görünür ki, xx.xx.2019-cu il tarixində Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Tranzit” markalı, XP651PX dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Gürcüstan istiqamətindən “Mazımçay” gömrük postuna daxil olub, nəqliyyat vasitəsini talvarın altında saxladıqdan sonra, hal şahidlərinin və tərcüməçinin iştirakı ilə onunla şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmış, Təqsirləndirilən şəxs isə üzərində və avtomobildə qanunla qadağan olunmuş heç bir predmetin olmadığını və Azərbaycan Respublikasına yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra “Lyama” ləqəbli kinoloji xidmətin itini tətbiq etməklə “Mazımçay” gömrük postunun əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməyə başlanılmış, əvvəlcə avtomobilin salonunda, sürücünün başı üzərindəki boşluqdan iki ədəd sellofan torba aşkar olunmuş, torbalardan birini açıb içərisindəki predmetlərə baxış keçirmək üçün sərnişin oturacağının üzərinə boşaldılmış, sözügedən torbadan 20 ədəd üzərində “Zuber; 70mm;”, dib hissəsində isə “12;GF” markalanma yazısı olan patron, 1 ədəd yaşıl rəngli, üzərində markalanma yazısı olmayan, dib hissəsində “Sterling; 12” markalanma yazısı olan, içərisi kustar üsulla barıtla doldurulmuş patron, 4 ədəd qırmızı rəngli üzərində markalanma yazısı olmayan, dib hissəsində “GF; 12” markalanma yazısı olan, içərisi kustar üsulla barıtla doldurulmuş patron, bir ədəd plastikdən hazırlanmış silah dəstəyi, üzərində markalanma yazısı olmayan bir ədəd durbin və içərisi marixuanaya oxşar bitki kütləsi ilə doldurulmuş, agız hissəsi kağız qırıntılarından düzəldilmiş tıxacla bağlı olan ov tüfənginin patronu aşkar olunmuşdur. İkinci torbaya baxış zamanı içərisində olan qara qutudan, maqazinində 4 ədəd patron olmaqla üzərində “Ekol Alp 2; 9mm; P.A.K.” markalanma yazısı olan bir ədəd tapança aşkar olunmuşdur. Baxış zamanı “Lyama” ləqəbli xidməti it avtomobilin salonunun qapısının üst hissəsinə reaksiya verdiyindən həmin yerə baxış keçirilmiş və oradan marixuanaya oxşar bitkinin kiçik budağı aşkar olunmuşdur. Baxış davam etdirilərkən avtomobilin sol qapsındakı rəfdən də bir ədəd nəm salfetə bükülmüş halda marixuanaya oxşar bitki kütləsi aşkar olunmuş, xidməti it eyni zamanda Təqsirləndirilən şəxs reaksiya vermiş və bu səbəbdən də onun üzərində şəxsi yoxlama keçirilmiş, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindəki idman gödəkcəsinin sol cibindən bir ədəd kiçik sellofanın içərisindən kağız bükülü aşkar olunmuş, aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş predmetlər 007460 saylı paketdə qablaşdırılaraq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülmüşdür. İşin 96-98-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2019-cu il tarixli X10 baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində “Mazımçay” gömrük postundan keçməklə Azərbaycan Respublikasına gedib gəlmiş, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə, saat 12:25-də “Mazımçay” gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, idarə etdiyi “Ford Transit” markalı “XP651PX” nömrə nişanlı nəqliyyat vasitəsindən və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Baxış ƏİBİ-nin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında HP markalı komputerin vasitəsilə keçirilmiş, həmin məlumatlar “HP X15 M102a” markalı printerdən istifadə edilməklə çap edilmiş və 02 vərəqdə protokola əlavə edilmişdir. İşin 64-65-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 bölməsindən alınmış xx xxxxxx 2019-cu il tarixli, 576 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində « AR DGK Qərb Ərazi Baş Gömrük İdarəsi…100- 2324№-li iş üzrə maddi sübut…» sözləri yazılmış 01 (bir) ədəd polietilen paketin içərisində açıq halda, təmiz çəkisi – 1,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin təmiz çəkisi – 0,57 qram olan quru vəziyyətdə yarpaqsız bitki saplağı əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin saplağıdır. 01 (bir) ədəd sellofan bükümdəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi -1,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd patron gilizinə doldurulmuş təmiz çəkisi –3,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin patron gilizinin içərisindəki, təmiz çəkisi - 1,92qram olan tünd sarımtıl-qəhvəyi rəngli digər bitki mənşəli kütlə isə tütündür. 01 (bir) ədəd kağız bükümdə, nəm vəziyyətdə təmiz çəkisi – 2,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Qeyd: a) qurudulmuş marixuanaların ümumi təmiz çəkisi – 6,39 qram, tədqiqata sərf edildi – 0,06 qram (hər ob-0,02 qram), qalıq 6,33 qram. B) qurudulmamış marixuananın təmiz çəkisi – 2,05 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 2,03 qram c) çətən bitkisinin saplağının təmiz çəkisi – 0,57 qram, tədqiata sərf edildi – 0,02 qram, qalıq – 0,55 qramdır. İşin 174-183-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit 2.5D” markalı “XP651PX” nömrə nişanlı nəqliyyat vasitəsindən və üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın dəqiq çəkisi-6,39 qram, qurudulmamış marixuananın dəqiq çəkisi 2,05 qram hesab olunmaqla maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarına istifadə olunan hissə çıxılmaqla qurudulmuş marixuananın qalmış 6,33 qram hissəsi və qurudulmamış marixuananın qalmış 2,03 qram hissəsi məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs qurudulmuş marixuana narkotik vasitəsinin bir hissəsini içərisində gizlətdiyi 1 ədəd patron gilizi maddi sübut kimi tanınmış, məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İşin 169-170-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 2742 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşin 161-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 31-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında”xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin 128-130-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. İşin 152-153-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2015-ci ildə anadan olmuş Barbare Rijvadze adlı və Emili Rijvadze adlı qızları vardır. İşin 174-182-ci vərəqələrində olan xx.xx.2019-cu il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 ədəd üzərində “Zuber; 70mm;”, dib hissəsində isə “12;GF” markalanma yazısı olan patron, 1 ədəd yaşıl rəngli, üzərində markalanma yazısı olmayan, dib hissəsində “Sterling; 12” markalanma yazısı olan, içərisi kustar üsulla barıtla doldurulmuş patron, 4 ədəd qırmızı rəngli üzərində markalanma yazısı olmayan, dib hissəsində “GF; 12” markalanma yazısı olan, içərisi kustar üsulla barıtla doldurulmuş patron, bir ədəd plastikdən hazırlanmış silah dəstəyi, üzərində markalanma yazısı olmayan bir ədəd durbin və içərisi marixuanaya oxşar bitki kütləsi ilə doldurulmuş, agız hissəsi kağız qırıntılarından düzəldilmiş tıxacla bağlı olan ov tüfənginin patronu, maqazinində 4 ədəd patron olmaqla üzərində “Ekol Alp 2; 9mm; P.A.K.” markalanma yazısı olan bir ədəd tapança aşkar edilməsi xüsusatı üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət təqibi başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 6,39 qram narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, saxlamış, onun 3,11 qramını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 ədəd patronun daxilində yerləşdirib idarə etdiyi “Ford Transit 2.5D” markalı “XP651PX” nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda sürücünün başı üzərindəki boşluqda olan sellofan torbanın içərisinə, 1,79 qramını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə salon qapısının üst hissəsində,1,49 qramını 1 kağız bükümdə yerləşdirib əyninə geyindiyi idman gödəkcəsinin sol cibində olan sellofanın içərisində gizlədib daşımış, həmin narkotik vasitəni və Gürcüstanda istintaqa məlum olmayan vaxtda və mənbədən 1 kağız bükümdə əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə avtomobilin sol qapısındakı rəfdə gizlətdiyi 2,05 qram narkotik vasitə qurudulmamış marixuananı xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Buna görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin sadalanan dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə təqsirləndirilən şəxs Zaza Rijvadzenin bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə bununla bağlı apelyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apelyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Həmçinin, təqsirləndirilən şəxs faktiki olaraq narkotik vasitə istifadə etdiyini etiraf edir, eyni zamanda avtomobilindən və gödəkcəsinin cibindən narkotik vasitə olan marixuananın çıxdığını inkar etməmişdir. Bundan başqa təqsirləndirilən şəxs apelyasiya şikayətində ona daha yüngül cəza verilməsini xahiş etsə də məhkəmə kollegiyası bildirir ki, təqsirləndirilən şəxs gürcü vətəndaşı olduğundan ona alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qeyri-mümkündür. Belə ki, CM-in 52-1.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Buna görə də məhkəmə kollegiyası göstərilmiş həmin dəlili də əsaslı hesab etmir. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 206.2-ci və 234.1-ci maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 206.2-ci və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 206.2-ci və 234.1-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, eyni əməli təkrar törətməsini, məhkumluğunun ödənilməməsini və götürülməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsinşəxsiyyətini,cəzanı yüngülləşdirən və ağırlaşdıran halları,habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında müvafiq olaraq üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası vəbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollgegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(019)-7/2020 nömrəli məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Zaza Rijvadzeyə CM-in 206.2-ci və 234.1-ci maddələriilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Zaza Rijvadze tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(019)-7/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Zaza Rijvadzenin apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(019)-7/2020 nömrəli hökmü təqsirləndirilən şəxs Zaza Rijvadzeyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-74/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-74/2020
04.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver