Məhkəmə qərarları › İş №1(107)-76/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-76/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-76/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, C.Məmməquluzadə küçəsi 5/17-də qeydiyyatda olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il doqquz ay iyirmi səkkiz gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, cəmi on ay on doqquz gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və qəti cəza, iki il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, məhkəmə iclası zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması, ərazi narkoloji kabinetdə qeydiyyata alınması; xx xxxxxxx 1975-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 21-də qeydiyyatda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə, cəmi iki gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, məhkəmə iclası zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması, Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetdə qeydiyyata alınması, aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1.053 qram narkotik vasitə olan heroin məhv edilməsi müəyyən edilmişdir. işin halları: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 məhkum olunmuşdur ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «Çinar» şirniyyat evinin arxasında yerləşən «Köhnə Hamam» adlanan ərazidən yerdən tapdıqları bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1.353 qram olan narkotik vasitə hesab olunan heroinləri şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək saxlamış, həmin narkotik vasitələrdən 05 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 0.832 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroinişəxsi istehlak miqdarından artıq miqdardasatış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış və həmin narkotik vasitə xx xxxx 2020-ci il tarixdə, saat 16:55 radələrində ünvan 1 saylı ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində hökmün Təqsirləndirilən şəxs1 barəsində cinayət qanunvericiliyinin müddəalarına uyğun qəti cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X3 apellyasiya protestinin təmin edilməsini Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya təsir etməyəcəksə, ona etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 apellyasiya protestinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü cinayət qanunvericiliyinin normasının tətbiqi ilə bağlı dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək əməlindən peşman olduğunu bildirdi və ifadəsində xəstəliyi ilə bağlı bədənində ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə etdiyini, Təqsirləndirilən şəxs2la aralarında dostluq münasibəti olduğunu, Aqşinin də narkotik vasitə olan heroindən istifadə etdiyini, özündə və ya Aqşində narkotik vasitə olanda bir yerdə istifadə etdiklərini, xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, M.İsayev adına orta məktəblə üzbəüz yerləşən «Çinar» şirniyyat evinin arxasında «Köhnə Hamam» deyilən yerdən keçərkən yerdən bir ədəd sellofan büküm tapdıqlarını və Aqşinin həmin bükümü götürüb açarkən içərisində 7 büküm narkotik vasitə olan heroin olduğunu gördüklərini, həmin vaxt ağrıları olduğu üçün həmin heroindən bir bükümünü istifadə etdiklərini, daha sonra sellofan bükümün içərisində olan 5 ədəd kağız bükümü özü götürdüyünü, bir ədəd kiçik sellofan bükümün isə Aqşində qaldığını, həmin heroinləri daha sonra birlikdə istifadə etməyi düşündüklərini, bundan sonra bələdiyyə çayxanasına getdiklərini, orada olarkən polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını və ona üzərində narkotik vasitə saxlaması barədə onlarda məlumat olduğunu bildirərək onu RPŞ-nə dəvət etdiklərini, həmin vaxt üzərində narkotik vasitə olduğunu boynuna aldığını və həyacanından həmin narkotik vasitəni bir neçə saat bundan əvvəl yanında olan Təqsirləndirilən şəxs2 aldığını bildirdiyini, bundan sonra polis əməkdaşlarının onları Ağdaş RPŞ-nə gətirdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun və 01 ədəd alışqanın aşkar edildiyini, üzərindən aşkar olunmuş kibrit qutusu açılan zaman içərisindən 05 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız bükümlər açılan zaman içərilərindən qəhvəyi rəngli, toz və kristal halında maddələr aşkar olunduğunu, həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını göstərdi. Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək əməlindən peşman olduğunu bildirdi və ifadəsində Təqsirləndirilən şəxs1 onun dostu olduğunu, Asifin də onun kimi narkotik vasitə olan heroindən istifadə etdiyini, xx xxxx 2020-ci il tarixdə Asif ilə birlikdə «Çinar» şirniyyat evinin arxasında olan «Köhnə Hamam» adlanan yerin yanından keçərkən yerdə bir ədəd sellofan büküm gördüklərini və yerdən götürüb içərisinə baxarkən içərisində 7 büküm heroin olduğunu gördüklərini, həmin vaxt ağrıları olduğu üçün Asiflə birlikdə həmin narkotik vasitə olan heroindən bir bükümünü istifadə etdiklərini, daha sonra tapdıqları narkotik vasitə olan heroindən 5 bükümü saxlamaq üçün Asifə verdiyini, bir bükümünü isə özü götürdüyünü, bundan sonra çay içmək üçün bələdiyyənin çayxanasına getdiklərini, orada olarkən polislərin gəldiklərini və Asifin üzərində narkotik vasitələrin saxlaması barədə onlarada məlumat olmasını bildirərək onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, həmin vaxt Asifin onun üzərində narkotik vasitə olan heroin olduğunu və həmin heroini onun verməsini bildirdiyini, bundan sonra polis əməkdaşlarının onları Ağdaş RPŞ-nə gətirdiklərini və orada əvvəlcə Asifin sonra da onun üzərinə şəxsi axtarış keçirildiyini, onun üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona müdafiəçi təyin edildiyini, şübhəli kimi tutulduğunu, daha sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon və 03 ədəd 20 qəpik sikkələr, həmin şalvarın arxa sol cibindən bir ədəd əl dəsmalı, şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm, şalvarın arxa sağ cibindən bir ədəd maska və arxa sol cibindən bir ədəd siqaretin gümüşü kağızı aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, həmin maddənin narkotik vasitə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, hər hansı şəxsə narkotik vasitə satmadığını, Asifin üzərində saxladığı narkotik vasitələri və özündə saxladığı narkotik vasitələri birlikdə istifadə edəsi olduqlarını göstərdi. Birinci instansiya məhkəməsi iclasında Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün, saat 16:00 radələrində Ağdaş RPŞ-nin CAB əməliyyat müvəkkilləri Şahid7, Şahid6 və Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs1 Ağdaş şəhəri, bələdiyyə çayxanası adlanan çayxanada Təqsirləndirilən şəxs2la çay içməsini gördüklərini, həmin vaxt Asifə yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğunu və həmin narkotik vasitələri Aqşinin ona verdiyini bildirdiyini, daha sonra onları Ağdaş RPŞ-nə gətirdiklərini, şöbənin növbətçi hissəsində iki nəfər hal şahidlərinin və müdafiəçinin iştirakı ilə əvəllcə Asifin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Asifinin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu və 01 ədəd alışqan aşkar edildiyini, üzərindən aşkar olunmuş kibrit qutusu açılan zaman içərisindən 05 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız bükümlər açılan zaman içərilərindən qəhvəyi rəngli, toz və kristal halında maddələr aşkar olunduğunu, Asifin həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmçinin Asifin həmin narkotik maddələri xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində M.İsayev adına məktəblə üzbəüz küçədə yerləşən «Çinar» şirniyyat evinin arxasında yerləşən «Köhnə Hamam» adlanan yerin yanında Təqsirləndirilən şəxs2 ona verdiyini bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçi və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Aqşinin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon və 03 ədəd 20 qəpik sikkələr, həmin şalvarın arxa sol cibindən bir ədəd əl dəsmalı, şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm, şalvarın arxa sağ cibindən bir ədəd maska və arxa sol cibindən bir ədəd siqaretin gümüşü kağızı aşkar edildiyini, üzərindən aşkar sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, Aqşinin həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində M.İsayev adına məktəblə üzbəüz yerləşən «Çinar» şirniyyat evinin arxasında yerləşən küçədə «Köhnə Hamam» kimi adlanan yerdə Təqsirləndirilən şəxs2la birlikdə gəzərkən yerdən bir ədəd sellofan büküm tapdıqlarını və onu açanda içərisində 7 büküm narkotik vasitə olan heroin olduğunu gördüklərini, həmin bükümlərdən birini orada köhnə hamamın içərisində istifadə etdiklərini, qalan 6 bükümdən 5 ədədini Aqşinin ona verdiyini, bir ədədini isə Aqşinin üzərində qaldığını bildirdiyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Asiflə birlikdə gəzərkən «Köhnə Hamam» adlanan ərazidən bir ədəd sellofan büküm tapdıqlarını, həmin bükümü açarkən içərisində 7 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu gördüklərini, həmin bükümlərdən birini orada istifadə etdiklərini, digər bükümlərdən 5 ədədini Asifin götürərək üzərində saxladığını, bir bükümünün isə onda qaldığını, həmin bükümləri daha sonra birlikdə istifadə etməyi qərara aldıqlarını bildirdiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik maddələrin satışı ilə məşğul olmaları barədə məlumatının olmadığını göstərdi. Birinci instansiya məhkəməsi iclasında şahidlər Şahid8, Şahid6 Eyyub oğlu və Şahid7 məhkəmə iclasında Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Birinci instansiya məhkəməsi iclasında Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, bundan sonra bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu və 01 ədəd alışqan aşkar edildiyini, üzərindən aşkar olunmuş kibrit qutusu açılan zaman içərisindən 05 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız bükümlərin açılan zaman içərilərindən qəhvəyi rəngli, toz və kristal halında maddələr aşkar olunduğunu, Asifin həmin maddələrin narkotik maddə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmçinin Asifin həmin narkotik maddələri xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində M.İsayev adına məktəblə üzbəüz küçədə yerləşən hamamın qarşısında Təqsirləndirilən şəxs2 aldığını bildirdiyini göstərdi. Birinci instansiya məhkəməsi iclasında Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, ondan sonra bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon və 03 ədəd 20 qəpik sikkələr, həmin şalvarın arxa sol cibindən bir ədəd əl dəsmalı, şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm, şalvarın arxa sağ cibindən bir ədəd maska və arxa sol cibindən bir ədəd siqaretin gümüşü kağızı aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, Aqşinin həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Asiflə birlikdə gəzərkən «Köhnə Hamam» adlanan ərazidən bir ədəd sellofan büküm tapdıqlarını, həmin bükümü açarkən içərisində 7 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu gördüklərini, həmin bükümlərdən birini orada istifadə etdiklərini, digər bükümlərdən 5 ədədini Asifin götürərək üzərində saxladığını, bir bükümünün isə onda qaldığını, həmin bükümləri daha sonra birlikdə istifadə etməyi qərara aldıqlarını bildirdiyini göstərdi. Birinci instansiya məhkəməsi iclasında Şahid2 məhkəmə iclasında Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/411 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 05 ədəd kağız bükümlər» sözləri yazılmış zərfin içərisindəki 05 ədəd gümüşü-ağ rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,192 qr, 0,172 qr, 0,218 qr, 0,102 qr, 0,148 qr, ümumi təmiz çəkisi 0,832 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə» sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,521 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 731 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 732 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı bir gün müddət təyin edilmiş cəzadan çıxılaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, xx xxxxxx 2020-ci il tarixə çəkilməmiş 01 il 09 ay 28 gün müddətə azadlığın məhdulaşdırılması cəzası qalmışdır. Təqsirləndirilən şəxs2 X8 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2, 93.1.4-cü maddəlri ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixl qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 03 il 09 aya endirilmişdir, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir, hər iki iş üzrə məhkumluğu ödənilməmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs1 istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il doqquz ay iyirmi səkkiz gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, cəmi on ay on doqquz gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və qəti cəza, iki il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəzanın toplanması zamanı Cinayət Məcəlləsinin normalarının düzgün tətbiq etməməsi qənaətindədir. CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək az ciddi cəzanı dah ciddi cəza ilə əhtaə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamailə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1(bir) il 6(altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırki cinayət işi üzrə isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə tanışı Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən Çinar Şirniyyat evinin arxasında yerləşən “Köhnə Hamam” adlanan ərazidən yerdən tapdıqları bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1.353 qram olan narkotik vasitə hesab olunan heroinləri şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edərək qabaqcadan əlbir olmuş bir qrup şəxs birləşərək saxlamış, həmin narkotik vasitələrdən 05 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 0.832 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış və həmin narkotik vasitə xx xxxx 2020-ci il tarixdə, saat 16:55 radələrində onun üzərindən aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməllərini Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən əvvəlki tarixdə törətmişdir. Məhkəmə isə təqsirləndirilən şəxsə cəza təyin edərkən bu xüsusata diqqət yetirməmiş və Təqsirləndirilən şəxs1 Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edərkən nəzərə almamışdır ki, hökmlərin məcmusu üzrə cəza qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət hökmdən sonra törədilməsi hallarında tətbiq edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə CM-in 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilməklə çəkilməmiş qalan 01 il 09 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə toplanılmaqla ona qəti cəza təyin etməli olduğu halda bunu etməmişdir. Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən CM-in 66.5-ci maddəsinin tələbləri nəzərə alınmadan cəza təyin edilməklə cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protesti cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 403-cü maddəsində qeyd edilir ki; 403.0. Birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Göründüyü kimi birinci instansiya məhkəməsi tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq etməklə və tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə dair müddəlar hökmdən xaric edilməli, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə qəti olaraq təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il doqquz ay iyirmi səkkiz gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, cəmi 10 (on) ay 29 (iyirmi doqquz) gün, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1(bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, qəti cəza olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə dair müddəlar hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə qəti olaraq təyin edilmiş 1(bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, cəmi 10 (on) ay 29 (iyirmi doqquz) gün, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1(bir) il 5 (beş) ay (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, qəti cəza, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar