Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-77/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1994-cü ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ucar rayonunun Yuxarı Şilyan kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci və 178.2.4cü maddələri ilə təqsirli bilinib, 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, onun xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək həbsdə saxlandığı 6 ay 19 günün nəzərə alınaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzsından çıxılmaqla üzərində qəti olaraq 03 il 11 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmsı, cəzasının əvvəlinin həbsə alındığı xx.xx.2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil Dövlət İnşaat Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitəsilə 2000 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində yerləşən Məscidin yaxınlığında Şahid1 vasitəsilə 6000 manat məbləğində və xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitsəilə 218 manat olmaqla, cəmi 8218 (səkkiz min iki yüz on səkkiz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib, Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində 5000 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitsəilə 3000 manat məbləğində və xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitəsilə 218 manat olmaqla, cəmi 8218 (səkkiz min iki yüz on səkkiz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib, Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui- istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Şahid1 vasitəsilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində 2000 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitəsilə 6000 manat məbləğində və xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitsəilə 218 manat olmaqla, cəmi 8218 (səkkiz min iki yüz on səkkiz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui- istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində mənzilə güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019cu il tarixdə Zərərçəkmiş şəxs6 yaşadığı ünvan 1 ünvanında 1500 ABŞ dolları ekvivalentində 2550 manat, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində X1 vasitəsilə 1500 manat məbləğində və xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs6 yaşadığı ünvan 1 ünvanında 530 manat məbləğində, 2019-cu ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs6 yaşadığı ünvan 1 ünvanında 500 manat məbləğində, 2019-cu ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs6 yaşadığı ünvan 1 ünvanında 170 manat məbləğində olmaqla, cəmi 5250 (beş min iki yüz əlli) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib, Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 etibarından sui-istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 3250 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 2150 manat məbləğində, xx.xx.2019cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 8000 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 1500 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 2330 manat məbləğində olmaqla, cəmi 17230 (on yeddi min iki yüz otuz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib, zərərçəkmiş şəxs Rəfael Məhərrəmova xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında 3520 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində yerləşən mağazanın qarşısında 1340 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonu ərazisində yerləşən «dörd yol» deyilən yerdə 530 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində yerləşən mağazanın qarşısında 3200 manat məbləğində və xx.xx.2019-cu il tarixdə, saat 17 radələrində həmin ünvanda, yəni Göyçay şəhərində yerləşən mağazanın qarşısında 300 manat məbləğində olmaqala, cəmi 8890 (səkkiz min səkkiz yüz doxsan) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib, Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Hökmdən apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmiş, lakin təqsirləndirilən şəxsin apellyasiya şikayətinə qarşı zərərçəkmiş şəxlər X4 və Zərərçəkmiş şəxs1 tərəfindən etiraz verilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti belə əsalandırılmışdır ki, könüllü olaraq polis bölməsinə gəlmiş, təqsirini könüllü olaraq etiraf etmiş, zərərçəkmiş şəxslərə dəyən ziyanı müəyyən zaman ərzində ödəməyə hazırdır, törətdiyi əməldən peşmandır. Odur ki, hökmü dəyişərək CM-in 70-ci maddəsini tətbiq edib, ona təyin olunmuş cəzanın şərti tətbiq edilməsi barədə qərar qəbul edilsin. ETİRAZİN DƏLİLLƏRİ Etiraz onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsi iş üzrə çox humanist, düzgün, adekvat və bütün cinayət maddələrinə istinad edərək ədalətli hökm çıxarmışdır. Şikayətdə göstərilən məsələlər əsassızdır. Belə ki, Fərid təqsirini könüllü şəkildə yox, sübutlar əsasında boynuna alıb. Bundan başqa, o dəymiş ziyanı ödəyəcəyinə söz versə də, ziyanın azaldılmasına dair heç bir hərəkət etməmişdir. Məhkəmə zamanı biz məhkəmədən Fəridin ziyanı ödəməsi barədə möhlət verilməsini istəmişik. Fərid vurulmuş ziyanla bağlı axtarmaq, tapmaq, araşdırmaq istiqamətində hakimə heç bir köməklik və ip ucu verməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, Göyçay Rayon Məhkəməsində də bildirmişəm ki, vətəndaşlara dəymiş ziyanı ödəməyə hazıram. İşləyib ziyanı ödəməyim müqabilində şikayətin geri götürülməsinə dair atam onların bir neçəsi ilə razılıq əldə etmiş, ona görə də mən şikayətimdə mənə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişəm. Lakin bundan sonra zərərçəkmiş şəxslərdən 2 nəfər buna razı olmadılar. Buna görə də vəsatət yazdım. Cəzamı çəkdikdən sonra borcumu zərərçəkmiş şəxslərə ödəyəcəm. Vətəndaşlardan 56024 manat almağımı etiraf edirəm. Mən həbs edildikdən sonra zərərçəkmiş şəxslərə bu puldan 4500 manat geri qaytarmışam. 52 min manat borcum qalıb. Ona görə də himayəmdə olan xəstələri, birinci məhkumluğum olmasını nəzərə alıb mənə təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı Rəhman İbrahimov bildirmişdir ki, zərərçəkmiş şəxslərə dəymiş zərər əhəmiyyətlidir və ödənilməmişdir. Təqsirləndirilən şəxs hazırda həmin pulu hansı işdə işləyib neçə qaytaracağını izah edə bilmir. Zərərçəkmiş şəxslər ondan şikayətçidirlər. Cəza təyin edilərkən ilk növbədə dəymiş ziyanın ödənilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Apellyasiya şikayəti əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Musa Sarıyev bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza sərt və ağırdır. Müdafiə etdiyim şəxs əməlini etiraf edir, əməlindən peşman olduğunu, vurduğu ziyanın müəyyən hissəsini ödədiyini, qalan hissəsini də ödəməyə razı olduğunu bildirir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirlnədirilən şəxsin qeyd etdiyi kimi, onun ailə üzvləri xəstədir. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs daha yüngül cəza təyin etməklə cəzanın məqsədinə, onun islah olunmasına nail olmaq mümkündür. Ona görə apellyasiya şikayətinin təmin edilərək ona aşağı həddə cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxslərə məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilməməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya şikayətindən və Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, apellyasiya şikayətində ona CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərkən birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab etdiyini və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan az ağır cinayət əməli törətsə də və bu cinayət əməlinə görə təqsirləndirildiyi maddədə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar nəzərdə tutulsa da, ancaq işdən görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 8218 manat, Zərərçəkmiş şəxs5 8218 manat, Zərərçəkmiş şəxs4 8218 manat, Zərərçəkmiş şəxs6 5250 manat, X3 17230 manat, Zərərçəkmiş şəxs1 8890 manat, cəmi 56024 məbləğində maddi ziyan vurmuş, lakin bu günə qədər həmin ziyanı ödəməmiş, qaytarmamış, zərərçəkmiş şəxslərlə barışıb razılıq əldə etməmişdir. Zərərçəkmiş şəxslər ondan şikayətçidirlər. Bu əməlinə görə isə o, həmin maddələrin sanksiyasına uyğun olaraq iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Onun zərərçəkmiş şəxslərə vurduğu ziyanın ödənilməsi barədə səsləndirdiyi mülahizələr tamamilə səmimiyyətdən uzaq olmaqla, həqiqətlə uzlaşmır. Belə olan halda təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin tləblərinə uyğun cəza təyin olunmuşdur. Həmin cəzanın ağır olması barədə fikirlərlə razılaşmaq olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Belə olan halda birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi cəzanın islah təsiri baxımından mütənasib deyil. Ona görə də apellyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərəkən ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etsə də, apellyasiya şikayətində barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə cəzanın şərti sayılmasını xahiş etmişdir. Bu tələblə də razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə CM-in 70-ci maddəsinin tətbiq edilməsi məsələsinə gəlincə, həmin maddəyə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (CM-in 70.2-ci maddəsi). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və аğırlаşdırаn hаllаrın olmamasını nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkün sayıla bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-77/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-77/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver