Məhkəmə qərarları › İş №1(107)-78/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-78/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-78/2021 27.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X8, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.Mirzəyev (sədrlik edən), R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) 24 noyabr 2020-ci il tarixli hökmü ilə xx.xx.1993-cü ildə Kürdəmir rayonunun Atakişili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 126.2.4-cü maddəsi ilə altı il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti olaraq yeddi il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04.12.2019-cu ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və 10.10.1985-ci ildə Laçın rayonunun Qarakeş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Laçın rayonunun Qarakeş kəndində qeydiyyatda olmaqla, İsmayıllı rayonunun Kəlbənd kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X2 CM-in 127.2.3 və 221.3-cü ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 127.2.3-cü maddəsi ilə iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunan cəzalar qismən toplanılmaqla X3 qəti olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Şahanduz Nəsirov barədə CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş üç il müddətə azadlıqdan məhrum etmə cəzasının iki il altı ay sınaq müddəti ilə şərti hesab edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, CM-in 70.5-ci maddəsinə əsasən, Şahanduz Nəsirovun üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, davranışına nəzarətin onun yaşadığı yer üzrə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, sınaq müddətinin başlanğıcının hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması və iş üzrə 50 manat ekspertiza xərcinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Şahanduz Nəsirovun hər birindən 25 manat tutulmaqla dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 01 avqust 2019-cu il tarixdə, saat 17:30 radələrində xörəkpaylan işlədiyi Ağsu-İsmayıllı magistral yolunun kənarında Ağsu rayonunun Nüydü kəndinin ərazisində yerləşən “Şöhlətoğlu” ailəvi istirahət mərkəzinin həyətində iş yoldaşı X4 ilə birlikdə bir qrup şəxs halında ailə üzvləri ilə birgə həmin istirahət mərkəzinə dincəlməyə gəlmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 istirahət mərkəzinin sahibi Şahid4 ilə hesabın ödənilməsinə görə aralarında yaranmış anlaşmazlığı bəhanə edib, heç bir əsaslı səbəb olmadan üzərlərinə hücum edərək, ucadan nalayiq söyüşlər söyməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək, istintaq zamanı əldə edilməsi mümkün olmayan ağac parçasından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs3 baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncuya qarnın bir ədəd sıyrığı və sol əlin bir ədəd sıyrığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da vurub fiziki zor tətbiq etməklə xuliqanlıq etmiş, həmin vaxt orada olan zərərçəkmişin yaxınları və kənar şəxslər tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq, xuliqanlıq hərəkətlərini davam etdirib, öz avtomobillərinə oturub istirahət mərkəzindən uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək, istintaq zamanı əldə edilməsi mümkün olmayan yerdən götürdüyü daş parçasını silah qismində istifadə etməklə sonuncunun baş nahiyəsindən bir dəfə vurub sol gicgah sümüyünün kompression sınığı, baş-beyin əzilməsi, epidural qansızma, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası kimi ağırlıq dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olub, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Hökmdən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti vermişlər. Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayətləri və verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, özünü CM-in 126.1-ci maddəsi ilə təqsirli bilir. Himayəsində iki azyaşlı uşağının, xəstə ahıl anasının olması, ailədə yeganə gəlir gətirən şəxs olması, ondan heç bir şikayət və tələbinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 əməli CM-in 126.2.4 və 221.3-cü maddəsindən 126.1-cü maddəsinə tövsif edilməlidir. Belə ki, cinayət işi üzrə toplanılmış sübutların məcmusu üzrə qiymətləndirmə aparılarkən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs2 CM-in 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 126.2.4-cü maddəsi mövcud cinayət qanunvericiliyinin tələbi ilə o hallarda tətbiq edilir ki, cinayət əməli yalnız xuliqanlıq niyyəti ilə törədilməlidir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı zərərçəkmiş şəxsə qarşı daşdan istifadə etməklə cinayət törədərkən, məqsədi yalnız ona və iş yoldaşlarına qarşı nalayiq söyüşlər söymüş və onlarla dalaşmış zərərçəkmişdən intiqam almaq olmuşdur. Beləliklə, hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Baş vermiş cinayət hadisəsi şəxsi münasibətlər zəminində, intiqam hissi ilə zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlamışdır. Cinayətin motivi zərərçəkmiş şəxslərin kəskin davranışı olmuş, təqsirləndirilən şəxsin məqsədi isə ondan intiqam almaq olmuş, həm də hadisə zamanı təqsirləndirilən şəxs tərəfindən başqa şəxslərə qarşı heş bir hərəkət edilməmiş və heç kimə müqavimət göstərilməmişdir. Halbuki, xuliqanlıq niyyəti ilə törədilən cinayətlərdə motiv ya olmur, ya da şəxsin azğınlığında ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində və cəmiyyətə qarşı sair kobud hərəkətlərdə ifadə edilir. Hadisədə Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti olmamış, cinayət şəxsi münasibətlərdən irəli gələn münaqişə zamanı törədilmiş və səbəbkarları zərərçəkmiş şəxlsər olmuşlar. Aparılmış məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə tamamilə təsdiq edilmişdir ki, ilk öncə mübahisəni zərərçəkmiş şəxlsər başlamış, onlarla təqsirləndirilən şəxs və iş yoldaşları arasında dava-dalaş olmuş və yalnız bundan sonra, yəni mübahisə zəminində Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Belə ki, hadisə zamanı Təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş şəxlsərin arasında mübahisə və dava-dalaş olduqdan sonra daşla xəsarət yetirmiş, yəni həmin xəsarəti yetirməyi əvvəlcədən planlaşdırmamış, belə bir məqsədi və niyyəti olmamışdır. Ona görə də Təqsirləndirilən şəxs2 əməli CM-in 126.2.4 və 221.3-cü maddələrindən CM-in 126.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə aşağı həddə cəza təyin edilməli, onun barəsində CM-in 70-ci maddəsini tətbiq edərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilməsi barədə qərar çıxarılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli hesab edərək bildirmişdir ki, Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzində xörəkpaylayan işləmişdir. 01.08.2019-cu ildə, saat 16 radələrində işlədiyi istirahət mərkəzinə üç avtomobildə ailə gəlmiş və orada olan masalardan birində oturub sifarişlər etmişlər. Həmin masaya Şükür adlı yeməkpaylayan xidmət etmişdir. O isə həmin vaxt başqa masada oturan müştərilərə xidmət etmişdir. Şükür onlara sifariş etdikləri yeməkləri gətirdikdən sonra qulluq etdiyi masaya xidmət etdiyi üçün nə baş verməsini dəqiq bilməmişdir. Bir qədər sonra xidmət etdiyi masanın yanında olan zaman mətbəxin yanında səs-küy eşidib oraya getmişdir. Mübariz Adilə hesabı ödəməyəcəyini bildirmiş və orada olan maşanı əlinə götürərək qəflətən Adilin başının sol tərəfindən vurmuş və Adil də yerə yıxılmışdır. Daha sonra Mübariz birinci dəm çaynikini, sonra isə samovarı götürərək onların üstünə atmış və həmin vaxt samovarda olan qaynar su Şükürün üstünə dağılaraq sol ayağını yandırmışdır. Onların yanında olan Namiq və Elnur adlı şəxslər əllərinə götürdükləri maşa, çaynik və boşqabı ataraq Şahanduzu və onu vurmuşlar. Həmin vaxt Namiqin atdığı çaynik Şahanduzun sağ ayağından dəymişdir. Artıq belə olan şəraitdə hamı qarşılıqlı şəkildə dalaşmağa başlamışdır. Həmin ərəfədə yerdə olan daşlardan götürüb zərərçəkmiş şəxslərə tərəf atmağa başlamış və həmin daşlardan biri Mübarizə dəymişdir. Lakin xuliqanlıq niyyəti ilə Mübarizin başından daşla vurub ona ağır xəsarət yetirmək fikrində olmamışdır. Həmin vaxt özü də xəsarət aldğı üçün onlara yenə hücum edəcəklərini düşünmüş və bu səbəbdən də, daş atıb onları qorxutmaq istəmişdir. Bu səbəbdən özünü yalnız CM-in 126.1-ci maddəsi ilə təqsirli bilir, ona görə də zərərçəkmiş şəxslərlə barışmasını, ailəli olmaqla, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Daha sonra verilən suallara cavab verən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ittiham olunduğu CM-in 221.3-cü maddəsi ilə özünü təqsirli bilmir. O xuliqanlıq etməmişdir. Mübariz onun ünvanına nalayiq ifadələr işlətmiş, o da yerdən götürdüyü çay daşını ona tərəf atmışdır. Mübarizə məxsus avtomobilin yan şüşəsini o sındırmamışdır. Zərərçəkmiş şəxslər onların ünvanına nalayiq ifadələr işlətdikləri üçün dava düşmüşdür. Hadisədə o da sol qolundan yüngül xəsarət almışdır. Mübarizə məxsus avtomobilin yan şüşəsini kimin sındırmasını isə görməmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edən ttqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində ifadə verən təqsirləndirilən şəxs X4 CM-in 127.2.3 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək hadisə vaxtı zərərçəkmiş şəxslər tərəfindən ona xəsarət yetirildiyi üçün məcbur qalıb özünü müdafiə etdiyini və qarşılıqlı şəkildə dalaşdığını bildirmiş, ifadəsinin davamında isə bəzi istisnalarla faktiki olaraq ittiham aktında əks olunanları göstərsə də, məhkəməyə ünvanladığı son sözündə zərərçəkmiş şəxslərlə barışdığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirməklə məhkəmədən barəsində yüngül cəza təyin olunmasını və təyin olunan cəzanın şərti tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olaraq bildirmişdir ki, 01.08.2019-cu il tarixdə, saat 16 radələrində ailə üzvləri, arvadı Şahid14, bacısı oğlu Zərərçəkmiş şəxs2, onun arvadı Şahid13, iki azyaşlı uşaqları, bacısı Şahid10, digər bacısı Şahid6 və onun əri Zərərçəkmiş şəxs3, həmçinin onların iki azyaşlı nəvələri, yeznəsi Zərərçəkmiş şəxs3 bacısı X10 və onun əri X11 ilə birlikdə istirahət etmək məqsədi ilə Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzinə gəlmiş, göstərdiyi şəxslərin hamısı ilə birlikdə restoranın həyətində, girişdən sağ tərəfdəki masalardan birində oturmuşlar. Onların sifarişləri əsasında süfrəyə çörək, pendir, xiyar-pomidor salatı, turşu, tomatlı açıka, üzüm, ayrı-ayrı qablarda mal ətindən 2 ədəd saç içi və kartof qızartması gətirilmişdir. Hamısı namaz əhli olduğu üçün spirtli içki sifariş verməmişlər, oturduqları müddət ərzində süfrədə spirtli içki içilməmişdir. Sifariş verdikləri pendir, pomidor, xiyar keyfiyyətsiz olmuşdur. O, daha sonra müdirin kim olduğunu soruşduqda ona müdirin Şahid4 olduğu bildirilmişdi. Daha sonra o, Şahid4 yaxınlaşmışdır. Həmin vaxt onun arxasınca Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da gələrək restoranın giriş qapısının yanında, mətbəx otağından bir az aralıda dayanmışlar. Şahid4 yaxınlaşdıqdan sonra verilən yeməklərin köhnə olmasını bildirərək özünün də yeyib-içən adam olduğunu demişdir. Belə dedikdə, Novruz ona acıqla demişdir ki, yeyib-içən olsa, bura gəlməz. Bu sözdən sonra geri qayıtmışdır ki, gedib pulu gətirib ödəsin. Elnur da onunla birlikdə gəlmiş və bu vaxt Şahid4 ofisiantlardan birinə demişdir ki, onların ödəməli olduğu 128 manat hesabdan üç manat üzümün pulunu çıxıb, 125 manatı alsınlar. Onun bu sözünə, Novruzun dayandığı yerin yaxınlığında olan Zərərçəkmiş şəxs3 etiraz etmiş, üzünü Novruza tərəf tutub demişdir ki, onlar dilənçi deyillər, lazım deyil, heç onu da çıxmasın. Zərərçəkmiş şəxs3 bu sözləri deyəndən sonra Şahid4 ona yaxınlaşıb, yumruğu ilə sinə nahiyəsindən vurmuşdur. Novruzun onu vurması anını görməsə də, səsdən bunu hiss etmiş və geri çevriləndə, Zərərçəkmiş şəxs3 səndələyərək yerə yıxılmasını görmüşdür. Şahid4 bundan sonra əli ilə yeməkpaylayanlara Namiqi vurmalarına işarə etmiş və Novruzun bu hərəkəti ona pis təsir etdiyi üçün Elnurla birlikdə dərhal həmin yerə gəlmişdir. Zərərçəkmiş şəxs3 yaxınlaşan vaxt görmüşdür ki, sonradan adını bildiyi restoranın adminstratoru işləyən Adil, yeməkpaylayanlar Şahanduz və Vüsal mətbəx otağının üst hissəsindən götürdükləri taxta parçaları ilə Zərərçəkmiş şəxs3 hücum edib onu döyür, ünvanına nalayiq ifadələr işlədirlər. Şahid4 isə kənara çəkilib baxır. Bu vaxt o və Elnur onların arasına keçmişlər ki, onları sakitləşdirsinlər. Onların əlində taxta parçaları olduğu üçün, o da özünü müdafiə etmək məqsədi ilə yerdəki dəmir maşanı əlinə götürmüşdür. Orada, onların aralarında mübahisə baş vermiş, mübahisə zamanı orada, Zərərçəkmiş şəxs3 qarın nahiyəsindən və sol əl nahiyəsindən xəsarət almış, qarşı tərəfdən isə Adil başından, Şahanduz isə qolundan xəsarət almışdır. Onlara xəsarətləri qəsdən yox, özünü müdafiə edərkən yetirmişdir. Aralarında baş verən mübahisə zamanı besedkada oturmuş qadınlar, həmçinin Şərfalı Ağayev və orada olan digər şəxslər onları ayırmışlar və onlar hamısı öz oturduqları besetkaya tərəf gəlmişlər. Orada stolun üzərində olan əşyalarını götürüb həmin hissədəki qapıdan çölə çıxmışlar ki, avtomobillərinə oturub getsinlər. Bu vaxt Şahanduz Nəsirov və Təqsirləndirilən şəxs2 əllərində ağac parçaları və yerdən götürdükləri daş parçaları ilə onlara hücüm etmişlər. Şahanduz əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs2 avtomobilinin sürücü oturan tərəfdən yan şüşəsini vurub sındırmış, Elnur avtomobildən düşüb Şahanduza mane olmaq istəyəndə isə, Şahanduz həmin ağac parçası ilə Elnurun çiyin nahiyəsindən vurub, xəsarət yetirmiş, zərbənin təsirindən çiyin sümüyü sınmışdır. Həmin vaxt Şanahduz onu da vurmaq istəmiş, lakin ona imkan verməyərək əlində olan ağac parçasını alıb, kənara tullamışdır. Bu vaxt kənarda olan Təqsirləndirilən şəxs2 onu daşla vurmuşdur. Əvvəlcə Vüsalın atdığı daş onun bədən nahiyəsindən dəymiş, sonuncu dəfə isə daşla onun başından vurmuşdur. O və ailə üzvləri birtəhər avtomobilə oturub, oradan uzaqlaşmaq istədikdə, Novruz onların maşınlarının qarşısını kəsərək getmələrinə mane olmağa başlamışdır. Həmin vaxt Şərfalı avtomobilindən yerə düşərək Novuzu birtəhər razılığa gətirmiş və Novruz da Şərfalının çox xahiş-minnətindən sonra avtomobillərin qarşısından çəkilərək hərəkət etmələrinə imkan vermişdir. Yolda özünü narahat hiss etmiş və Muğanlı adlanan ərazidə artıq özündən getmişdir. Muğanlıda Ağsu RPŞ-nin polis əməkdaşları onun avtomobilini idarə edərək Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Vəziyyətinin pis olması səbəbindən həkimlər onu təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə yola salmışlar ki, müalicəsini orada davam etdirsin. Həmin gün onu Neyrocərrahiyə xəstəxanasına gətirmişlər və həmin gün oraya daxil olmuş və səhəri gün cərrahiyə əməliyyatı olunmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun olaraq bildirmişdir ki, 01.08.2019-cu il tarixdə, saat 16 radələrində ailə üzvləri, yəni həyat yoldaşı Şahid13, iki azyaşlı uşaqları, dayısı Zərərçəkmiş şəxs1, onun həyat yoldaşı Şahid14, xalaları Şahid10 və Şahid6, onun əri Zərərçəkmiş şəxs3, həmçinin onların iki azyaşlı nəvələri, xalasının əri Zərərçəkmiş şəxs3 bacısı X10 və onun əri X11 ilə birlikdə istirahət etmək məqsədi ilə Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhrətoğlu” istirahət mərkəzinə gəlmişlər. Həmin vaxt istirahət mərkəzinə Mübarizin idarə etdiyi Reno Megan markalı **-TV-*** dövlət qeydiyyat nişanlı, onun idarə etdiyi Mercedes E 320 markalı, ** NM *** dövlət qeydiyyat nişanlı və Şərfalı Ağayevin idarə etdiyi Toyota markalı Rusiya dövlət qeydiyyat nişanlı avtomobillərlə gəlmişlər. Avtomobilləri istirahət mərkəzinin qarşısında, yolun kənarında saxladıqdan sonra, yuxarda göstərdiyi şəxslərin hamısı ilə birlikdə restoranın həyətində, girişdən sağ tərəfdəki masalardan birində oturmuşlar. Onlara Şükür adlı yeməkpaylayan yaxınlaşmış və ona sifariş vermişlər. Sifarişləri əsasında, Şükür süfrəyə çörək, pendir, xiyar-pomidor salatı, turşu, tomatlı açika, üzüm, ayrı-ayrı qablarqda mal ətindən 2 ədəd saç içi və kartof qızartması gətirmişdir. Hamısı namaz əhli olduğu üçün spirtli içki sifariş verməyərək, oturduqları müddət ərzində süfrədə spirtli içki içilməmişdir. Yeməkpaylan Şükür yeməkləri masaya düzdükdən sonra xiyar-pomidor salatının, turşunun və pendirin köhnə olduğunu gördükləri üçün onları geri qaytarmışlar və yenidən həmin xiyar-pomidor salatının, turşunun və pendirin daha yaxşı olanlarını gətirməsini xahiş etmişlər. Şükür də onların dediklərini yerinə yetirmişdir. İstirahət mərkəzində təxminən saat yarım müddətində oturaraq göstərdiyi yeməkləri yeyərək başqa heç nə sifariş etməmişlər. Yeməklərini yeyib qurtardıqdan sonra dayısı Mübariz yeməkpaylayan Şükürdən hesablarını gətirməsini xahiş etmişdir. Aradan bir az keçəndən sonra Şükür Mübarizə bir ədəd qəbz təqdim etmiş, qəbz əlyazma olmuşdur. Qəbzdə hesabın məbləği 128 manat göstərilmişdir. Mübariz qəbzi götürmüş və qəbzdə göstərilən 128 manat məbləğində pulun onlara verilən yeməklə uyğunsuzluq təşkil etməsini, həm pulun artıq olmasını, həm də yeməyin keyfiyyətinin normal olmadığını görmüşdür. Buna görə də, hesaba etiraz etmək üçün süfrədən duraraq yeməkpaylayanların birindən, sonradan adını bildikləri Şahanduzdan müdirin kim olmasını soruşmuş və həmin vaxt Mübarizə restoranın girişdən sol tərəfdə, besetkada oturmuş, sonradan adını bildikləri Şahid4 göstərdiyi üçün Mübariz də ona yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs3la birlikdə Mübarizin arxasınca gəlmiş və restoranın giriş qapısının yanında, mətbəx otağından bir az aralıda dayanmışlar. Mübariz Şahid4 yaxınlaşmış və o, həmin vaxt besetkada tək oturmuşdur. Mübariz ona hesaba görə iradını bildirmiş, verilən yeməklərin köhnə olmasından, tələb olunan məbləğin isə artıq olmasından şikayət etmişdir. Həmçinin, Mübariz ona demişdir ki, yeyib içən adamdır, başqa yerdə bu cür hallarla qarşılaşmamış, az yeməyə bu qədər pul tələb edilməmişdir. Belə dedikdə, Novruz Mübarizə acıqla demişdir ki, yeyib-içən olsa, bura gəlməz. Mübariz bu sözdən sonra geri qayıtmışdır ki, gedib pulu gətirib ödəsin və o da Mübarizlə birlikdə gəlmişdir. Bu vaxt Şahid4 ofisiantlardan birinə demişdir ki, onların ödəməli olduğu 128 manat hesabdan üç manat üzümün pulunu çıxıb, 125 manatı alsınlar. Onun bu sözünə Novruzun dayandığı yerin yaxınlığında olan Zərərçəkmiş şəxs3 etiraz edərək üzünü Novruza tərəf tutub demişdir ki, onlar dilənçi deyillər, lazım deyil, heç onu da çıxmasın. Zərərçəkmiş şəxs3 bu sözləri deyəndən sonra Şahid4 ona yaxınlaşıb yumruğu ilə sinə nahiyəsindən vuraraq, “rədd olun burdan” deyərək Namiqi təhqir etmişdir. O və Mübariz Novruzun onu vurması anını görməsələr də, səsdən bunu hiss edərək geri çevriləndə Zərərçəkmiş şəxs3 səndələyərək yerə yıxılmasını görmüşlər. Şahid4 bundan sonra əli ilə yeməkpaylayanlara Namiqi vurmalarına işarə etmiş və Novruzun bu hərəkəti ona və Mübarizə pis təsir etdiyi üçün Mübarizlə birlikdə dərhal həmin yerə gəlmişlər. Zərərçəkmiş şəxs3 yaxınlaşan vaxt görmüşlər ki, sonradan adını bildiyi restoranın adminstratoru işləyən Adil, yeməkpaylayanlar Şahanduz və Vüsal mətbəx otağının üst hissəsindən götürdükləri taxta parçaları ilə Zərərçəkmiş şəxs3 hücum edib, onu döyür, ünvanına nalayiq ifadələr işlədirlər, Şahid4 isə kənara çəkilib baxır. Bu vaxt o və Mübariz onların arasına keçmişlər ki, onları sakitləşdirsinlər. Onların əlində taxta parçaları olduğu üçün Mübariz özünü müdafiə etmək məqsədi ilə yerdəki dəmir maşanı əlinə götürmüşdür. Onların aralarında mübahisə baş vermiş, mübahisə zamanı onu kimsə itələyib yerə yıxmış və yerdən qalxandan sonra əlinə taxta parçası götürərək özünü müdafiə etməyə başlamışdır. Həmin mübahisə zamanı orada Zərərçəkmiş şəxs3 qarın nahiyəsindən və sol əl nahiyəsindən xəsarət almışdır. Qarşı tərəfdən isə Adil başından, Şanahduz isə qolundan xəsarət almışdır. Baş verən mübahisə zamanı besetkada oturmuş qadınlar, həmçinin Şərfalı Ağayev və orada olan digər şəxslər onları ayırmışlar və onlar hamısı öz oturduqları besedkaya tərəf gəlmişlər. Orada stolun üzərində olan əşyalarını götürdükdən sonra həmin hissədəki qapıdan çölə çıxmışlar ki, avtomobillərinə oturub getsinlər. Bu vaxt Şahanduz Nəsirov və Təqsirləndirilən şəxs2 əllərində ağac parçaları və yerdən götürdükləri daş parçaları ilə onlara hücum etmişlər. Şahanduz əlində olan ağac parçası ilə onun avtomobilinin sürücü oturan tərəfdən yan şüşəsini vurub sındırmışdır. Avtomobildən düşüb Şahanduza mane olmaq istəyəndə isə Şahanduz həmin ağac parçası ilə onun çiyin nahiyəsindən vurub xəsarət yetirmişdir. Zərbənin təsirindən onun çiyin sümüyü sınmışdır. Həmin vaxt Şanahduz Mübarizi də vurmaq istəmiş, lakin Mübariz ona imkan verməyərək əlində olan ağac parçasını alaraq kənara tullamışdır. Bu vaxt Mübarizi kənarda olan Təqsirləndirilən şəxs2 daşla vurmuş və əvvəlcə onun atdığı daş Mübarizin bədən nahiyəsindən dəymiş, sonuncu dəfə isə daşla Mübarizi başından vurmuşdur. Onlar və ailə üzvləri birtəhər avtomobilə oturub, oradan uzaqlaşmaq istədikdə Novruz onların maşınlarının qarşısını kəsərək getmələrinə mane olmağa başlamışdır. Həmin vaxt Şərfalı avtomobilindən yerə düşərək Novuzu birtəhər razılığa gətirmiş və Novruz da Şərfalının çox xahiş-minnətindən sonra avtomobillərin qarşısından çəkilərək hərəkət etmələrinə imkan vermişdir. Yolda Mübariz özünü narahat hiss etmiş və Muğanlı adlanan ərazidə artıq özündən getmişdir. Muğanlıda Ağsu RPŞ-nin polis əməkdaşları Mübarizin avtomobilini idarə edərək onu Ağsu Rayon Mərkəzi xəstəxanasına gətirmişlər. Mübarizin vəziyyətinin pis olması səbəbindən həkimlər onu təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə yola salmışlar ki, müalicəsini orada davam etdirsin. Həmin gün Mübariz Neyrocərrahiyə xəstəxanasına gətirilmiş və həmin gün oraya daxil olaraq, səhərisi gün cərrahiyə əməliyyatı olunmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun olaraq bildirmişdir ki, 01.08.2019-cu il tarixdə, saat 16 radələrində ailə üzvləri, arvadı Şahid6, baldızı oğlu Zərərçəkmiş şəxs2, onun arvadı Şahid13, iki azyaşlı uşaqları, baldızı Şahid10, qayını Zərərçəkmiş şəxs1 və onun arvadı Şahid14, həmçinin onların iki azyaşlı nəvələri, bacısı X10 və onun əri X11, həmçinin onların iki azyaşlı nəvələri ilə birlikdə istirahət etmək məqsədi ilə Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhrətoğlu” istirahət mərkəzinə gəlmişlər. Həmin vaxt istirahət mərkəzinə Mübarizin idarə etdiyi Reno Megan markalı **-TV-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs2 idarə etdiyi Mercedes E 320 markalı ** NM *** dövlət qeydiyyat nişanlı və Şərfalı Ağayevin idarə etdiyi Toyota markalı Rusiya dövlət qeydiyyat nişanlı avtomobillərlə gəlmişlər. Avtomobilləri istirahət mərkəzinin qarşısında, yolun kənarında saxladıqdan sonra yuxarda göstərdiyi şəxslərin hamısı ilə birlikdə restoranın həyətində, girişdən sağ tərəfdəki masalardan birində oturmuşlar. Onlara Şükür adlı yeməkpaylayan yaxınlaşmış və ona sifariş vermişlər. Sifarişləri əsasında Şükür süfrəyə çörək, pendir, xiyar-pomidor salatı, turşu, tomatlı açıka, üzüm, ayrı-ayrı qablarda mal ətindən 2 ədəd saç içi və kartof qızartması gətirmişdir. Hamısı namaz əhli olduğu üçün spirtli içki sifariş verməmişlər, oturduqları müddət ərzində süfrədə spirtli içki içilməmişdir. Yeməkpaylan Şükür yeməkləri masaya düzdükdən sonra xiyar-pomidor salatının, turşunun və pendirin köhnə olduğunu gördükləri üçün onları geri qaytarararaq yenidən həmin xiyar-pomidor salatının, turşunun və pendirin daha yaxşı olanlarını gətirməsini xahiş etmişlər və Şükür də onların dediklərini yerinə yetirmişdir. İstirahət mərkəzində təxminən saat yarım müddətində oturmuş və yuxarıda göstərdikləri yeməkləri yedikdən sonra başqa heç nə sifariş etməmişlər. Yeməklərini yeyib qurtardıqdan sonra Mübariz yeməkpaylayan Şükürdən hesabı gətirməsini xahiş etmişdir. Aradan bir az keçəndən sonra Şükür Mübarizə bir ədəd əlyazma qəbz təqdim etmiş və qəbzdə hesabın məbləği 128 manat göstərilmişdir. Mübariz qəbzi götürdükdə qəbzdə göstərilən 128 manat məbləğində pulun verilən yeməklə uyğunsuzluq təşkil etməsini, həm pulun artıq olmasını, həm də yeməyin keyfiyyətinin normal olmadığını görmüşdür. Buna görə də, hesaba etiraz etmək üçün süfrədən duraraq yeməkpaylayanların birindən, sonradan adını bildiyi Şahanduzdan müdirin kim olmasını soruşmuş və həmin vaxt Mübarizə restoranın girişdən sol tərəfdə, besetkada oturmuş, sonradan adını bildiyi Şahid4 göstərdikdə Mübariz ona yaxınlaşmışdır. Həmin vaxt Mübarizin arxasınca o və Zərərçəkmiş şəxs2 da gedərək restoranın giriş qapısının yanında, mətbəx otağından bir az aralıda dayanmışlar. Mübariz isə Şahid4 yaxınlaşaraq, hesaba görə iradını bildirərək verilən yeməklərin köhnə olmasından, tələb olunan məbləğin isə artıq olmasından şikayət etmişdir. Həmçinin, Mübariz ona demişdir ki, yeyib içən adamdır, başqa yerdə bu cür hallarla qarşılaşmamış, az yeməyə bu qədər pul tələb edilməmişdir. Novruz isə Mübarizə acıqla demişdir ki, yeyib-içən olsa, bura gəlməz. Mübariz Novruzun bu sözündən sonra geri qayıtmışdır ki, gedib pulu gətirib ödəsin. Zərərçəkmiş şəxs2 da Mübarizlə birlikdə getmiş və bu vaxt Şahid4 ofisiantlardan birinə demişdir ki, ödəməli olduqları 128 manat hesabdan üç manat üzümün pulunu çıxıb, 125 manatı alsınlar. Onun bu sözünü Novruzun dayandığı yerin yaxınlığında dayandığı üçün eşitmiş və Novruza etiraz edərək üzünü Novruza tərəf tutub demişdir ki, dilənçi deyillər, lazım deyil, heç onu da çıxmasın. Bu sözləri deyəndən sonra Şahid4 ona yaxınlaşıb, yumruğu ilə onun sinə nahiyəsindən vuraraq, “rədd olun burdan” deyərək onları təhqir etmiş və Novruzun onu vurması nəticəsində səndələyərək yerə yıxılmışdır. X7 vurması anını görməsələr də, səsdən bunu hiss edib geri çevriləndə onun səndələyərək yerə yıxılmasını görmüşlər. Novruz bundan sonra əli ilə yeməkpaylayanlara onu vurmalarına işarə etmişdir. Novruzun onu vurmalarını gördükləri üçün Mübarizlə Elnur birlikdə dərhal həmin yerə gəlmişlər. Həmin vaxt sonradan adını bildiyi restoranın adminstratoru işləyən Adil, yeməkpaylayanlar Şahanduz və Vüsal mətbəx otağının üst hissəsindən götürdükləri taxta parçaları ilə ona hücum edib döyərək ünvanına nalayiq ifadələr işlətmişlər, Şahid4 isə kənara çəkilib baxmışdır. Bu vaxt Mübariz və Elnur onların arasına keçmişlər ki, onları sakitləşdirsinlər. Onların əlində taxta parçaları olduğu üçün Mübariz də özlərini müdafiə etmək məqsədi ilə yerdəki dəmir maşanı əlinə götürmüşdür. Aralarında mübahisə baş vermiş, mübahisə zamanı orada özü qarın nahiyəsindən və sol əlindən xəsarət almış, qarşı tərəfdən isə Adil başından, Şahanduz isə qolundan xəsarət almışdır. Baş verən mübahisə zamanı besetkada oturmuş qadınlar, həmçinin Şərfalı Ağayev və orada olan digər şəxslər onları ayırmışlar. Hamısı öz oturduqları besetkaya tərəf gələrək orada stolun üzərində olan əşyalarını götürüb həmin hissədəki qapıdan çölə çıxmışlar ki, avtomobilə oturub getsinlər. Bu vaxt Şahanduz Nəsirov və Təqsirləndirilən şəxs2 əllərində ağac parçaları və yerdən götürdükləri daş parçaları ilə onlara hücüm etmişlər. Şahanduz əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs2 avtomobilinin sürücü oturan tərəfdən yan şüşəsini vurub sındırmış, Elnur avtomobildən düşüb Şahanduza mane olmaq istəyəndə isə Şahanduz həmin ağac parçası ilə Elnurun çiyin nahiyəsindən vurub xəsarət yetirmiş, zərbənin təsirindən onun çiyin sümüyü sınmışdır. Həmin vaxt Şahanduz Elnura köməyə gələn Mübarizi də vurmaq istəmiş, lakin Mübariz ona imkan verməmiş, əlində olan ağac parçasını alıb kənara tullamışdır. Bu vaxt Mübarizi kənarda olan Təqsirləndirilən şəxs2 daşla vurmuş, əvvəlcə onun atdığı daş Mübarizin bədən nahiyəsindən dəymiş, sonuncu dəfə isə Vüsal atdığı daşla Mübarizin başından vurmuşdur. O və ailə üzvləri birtəhər avtomobilə oturub, oradan uzaqlaşmaq istədikdə, Novruz maşınların qarşısını kəsərək getmələrinə mane olmağa başlamışdır. Həmin vaxt Şərfalı avtomobilindən yerə düşərək Novuzu birtəhər razılığa gətirmiş və Novruz da Şərfalının çox xahiş-minnətindən sonra avtomobillərin qarşısından çəkilərək hərəkət etmələrinə imkan vermişdir. Yolda Mübariz özünü narahat hiss etmiş və Muğanlı adlanan ərazidə artıq özündən getmişdir. Muğanlıda Ağsu RPŞ-nin polis əməkdaşları Mübarizin avtomobilini idarə edərək onu Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər, Mübarizin vəziyyətinin pis olması səbəbindən həkimlər onu təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə yola salmışlar ki, müalicəsini orada davam etdirsin. Həmin gün Mübarizi Neyrocərrahiyə xəstəxanasına gətirdikdən sonra oraya daxil olaraq, səhərisi gün cərrahiyə əməliyyatı olunmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6, Şahid14 və Şahid10 da zərərçəkmiş şəxslərlə eyni məzmunlu ifadə verərək, onların göstərdiyi xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı Şahid13 zərərçəkmiş şəxslərlə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzi ona məxsusdur. 01.08.2019-cu il tarixdə, saat 16 radələrində işlətdiyi istirahət mərkəzinə üç avtomobildə ailə gəlmiş və orada olan masalardan birində oturub yemək sifariş etmişlər. Həmin masaya Şükür adlı yeməkpaylayan xidmət etmişdir. Şükür onlara sifariş etdikləri yeməkləri gətirdikdən və onlar da yeməkləri yedikdən sonra Şükürdən hesablarını istəmişlər. Şükür onlara hesablarını apardıqda orada olan, adının sonradan Mübariz olduğunu bildiyi şəxs Şükürə hesablarının çox olduğunu və müdirlə söhbət etmək istədiyini bildirmişdir. Həmin vaxt Mübarizin həmin istirahət mərkəzində administrator işləyən Adilin yanına getməsini görmüş və Adil də Mübarizin ona tərəf gəlməsini gördüyü üçün ona yaxınlaşıb nə baş verməsini soruşmuşdur. Mübariz Adilə hesabda bir qab üzümün üç manata baha olmasını bildirərək narazılıq etməyə başlamışdır. Adil də Mübarizə üzümün pulunu verməsin, qalan hesabı ödəsin demişdir. Mübariz isə ümumiyyətlə hesab ödəməyəcəyini bildirdikdə, Adil Mübarizə “əgər hesabı ödəməsə, həmin hesabı ya özü, ya da masaya xidmət edən yeməkpaylayanın ödəməlidir” demişdir. Mübarizin Adillə mübahisə etməsini gördüyü və Mübarizin müdirlə görüşmək istəməsini bildirdiyi üçün Adildən nə baş verməsini soruşmuşdur. Bu zaman Adil Mübarizlə birlikdə onun yanına gəlmiş və Mübarizdən nə baş verməsini soruşmuşdur. Mübariz ona da hesabda bir qab üzümün üç manata baha olmasını bildirərək narazılıq etməyə başlamışdır. Mübarizə üzümün pulunu verməsin, hətta hesabın hamısını ödəməyərək çıxıb getməsini bildirmişdir. Mübariz isə ona “onlara heç kimin havayı heç nəyi lazım deyil” demişdir. Sonra Mübariz geri qayıdaraq hesab vərəqəsini kənara atmış və heç bir hesab ödəməyərək gedəcəyini bildirmişdir. Mübariz mətbəxin qarşısına gedərək orada dayanan zaman qəflətən samovarların yanında olan maşanı götürərək Adilin başından vurmuşdur. Daha sonra isə Mübariz orada olan samovarlardan birini götürərək yeməkpaylayan Şahanduzun üstünə atmışdır. Həmin vaxt Mübariz əlində olan kəsici bıçaqla Vüsalın qolundan vurmuş və Şahanduz da Mübarizin əlindən bıçağı almaq istəyən zaman Şahanduzun əli kəsilmişdir. Orada olan digər işçilər və oraya istirahət etmək üçün gələn digər müştərilər birtəhər onları sakitləşdirib istirahət mərkəzindən çölə çıxartmışlar. Onlar da öz avtomobillərinə oturaraq oradan getmişlər. Baş vermiş münaqişə barədə münaqişənin gedişində Ağsu RPŞ-yə zəng edərək məlumat vermişdir. Həmin vaxt münaqişə təxminən 20-25 dəqiqə davam etmiş və orada istirahət edən başqa şəxslər və həmin istirahət mərkəzinin digər işçiləri də həmin vaxt orada olmuşlar. Münaqişəni orada olan, adını sonradan bildiyi Mübariz adlı şəxs başlatmış, Mübariz ilk öncə Şahanduzu itələmiş və Şahanduz da ondan niyə itələməsini soruşduqda Mübariz mətbəxin girəcəyində olan samovarların yanından maşanı götürərək mətbəxin içərisində Adilin başından vurmuş, Elnur isə Şahanduzu yumruqla başından vurmuşdur. Münaqişənin baş verməsinə səbəb Mübarizin Adili başından maşa ilə vurması olmuşdur. O, həmin vaxt onlardan bir qədər kənarda dayanmışdır, Namiqi itələyib yerə yıxa bilməzdi. Münaqişə zamanı qadınları heç kim qəsdən vurmamış, həmin qadınlar münaqişənin qarşısını alan zaman xəsarət almışlar. Münaqişə zamanı ona heç kim heç bir xəsarət yetirməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7, Şahid9, Şahid12, Şahid11, Şahid1 Şahid4 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01.08.2019-cu il tarixdə, saat 12:15 radələrində Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzinə iki azyaşlı nəvələrilə birlikdə istirahət etmək üçün gəlmişdir. Təxminən saat 15 radələrində həmin istirahət mərkəzinə üç avtomobildə ailə gəlmiş və onların oturduğu masadan aşağıda olan masalardan birində oturub yemək sifariş etmişlər. Həmin masaya bir nəfər adının sonradan Şükür olduğunu bildiyi yeməkpaylayan xidmət etmişdir. Şükür həmin şəxslərə sifariş etdikləri yeməkləri gətirdikdən sonra və onlar yeməkləri yemişlər, həmçinin bir qədər istirahət etmişlər. Daha sonra onlar yeməkpaylayan Şükürdən hesablarını istəmişlər. Şükür onlara hesablarını apardıqda orada olan şəxslər yeməkpaylayan Şükürə hesablarının çox olduğunu və müdürlə söhbət etmək istədiklərini bildirmişlər. Onlar həmin istirahət mərkəzinin müdiri Novruz adlı şəxsin yanına gedərək bir qədər onunla və həmin istirahət mərkəzində administrator işləyən Adil adlı şəxslə mübahisə etdikdən sonra oraya bir neçə nəfər işçilərdən və həmin şəxslərlə gələn qadınlar da toplaşmışlar. Həmin vaxt o da hesabını vermək üçün həmin yerdə oturan administrator Adilin yanına getmişdir. Həmin vaxt Adil səs-küy olan yerə getmiş və orada olan, adını bilmədiyi şəxs samovarların olduğu yerin yanından maşanı götürərək administrator Adilin başından vurmuşdur. Adil yerə yıxılmış və xeyli müddət yerdə qalmışdır. Daha sonra orada olan şəxslər dəm çaynikini, daha sonra isə samovarı götürərək yeməkpaylayanların üstünə atmışlar. Həmin vaxt istirahət mərkəzinin işçiləri ilə müştərilər arasında münaqişə baş vermiş və onlar bir-birlərini vurmağa başlamışlar. İstirahət mərkəzinin digər işçiləri, həmin şəxslərlə gələn qadınlar və oraya istirahət etmək üçün gələn digər şəxslər onları bir-birindən birtəhər ayırmışlar. Sonra həmin şəxslər istirahət mərkəzindən çıxıb öz avtomobillərinə oturaraq oradan getmişlər. O isə hesabını verərək nəvələrini də götürüb oradan yaşadığı evə getmişdir. Həmin vaxt münaqişə təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt orada istirahət edən başqa şəxslər və həmin istirahət mərkəzinin digər işçiləri də olmuşdur. Münaqişə orada olan hündürboylu adamın Adilin yaxasından yapışması və onların birlikdə mətbəxin içərisinə daxil olmaları, həmin vaxt orada həmin hündürboylu kişinin Adilin başından maşa ilə vurması zamanı başlamışdır. Mübahisə isə ilk olaraq hesab ödəmə üstündə başlanmışdır. Həmin münaqişə zamanı qadınları kimin vurmasını görməmiş, qadınları heç kim qəsdən vurmamış və ola bilsin ki, həmin qadınlar münaqişənin qarşısını alan zaman xəsarət almışlar. İbtidai istintaq zamanı dindirilmiş şahidlər Şahid2, Şahid8 və Şahid5 da Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 01 avqust 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı-Şamaxı-İsmayıllı yolunun sol kənarında Ağsu rayonunun Nüydü kəndi ərazisində yerləşən Şahid4 məxsus “Şöhlətoğlu” istirahət mərkəzidir. Hadisə yerinə dair müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur (cild 01, iş vər. 03-13). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Şahid7 ərizə yazaraq 01 avqust 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzinə gələn şəxslərin onu vuraraq xəsarət yetirdiyini bildirmişdir (cild 01, iş vər. 15). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, X4 ərizə yazaraq 01 avqust 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzinə gələn şəxslərin onu vuraraq xəsarət yetirdiyini bildirmişdir (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan tədqiq edilmiş ərizədən görünür ki, Şahid6 ərizə yazaraq 01 avqust 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzinin işçilərinin onu itələyib yerə yıxaraq xəsarət yetirdiklərini bildirmişdir (cild 01, iş vər. 17). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə yazaraq 01 avqust 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzinin işçilərinin onun və qohumlarının ünvanına nalayiq söyüşlər söyüb təhqir edərək onu və qohumlarını vuraraq xəsarət yetirdiklərini bildirmişdir (cild 01, iş vər. 18). Cinayət işinin materiallarında olan raportdan görünür ki, 01.08.2019-cu il tarixdə, saat 22:25-də Ağsu Rayon Mərkəzi Xəstəxanasından tibb bacısı Mirzəyevanın verdiyi məlumata əsasən Şamaxı şəhəri, Təbriz küçəsində yaşayan 1953-cü il təvəllüdlü X5 əlin 2-ci barmağının əzilmiş yarası, Şamaxı şəhəri, Təbriz küçəsində yaşayan 1957-ci il təvəllüdlü X6 saidin sıyrılmış yarası, Bakı şəhəri, Xətai rayon sakini 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol yuxarı ətrafın əzilməsi, Bakı şəhəri, Binəqədi rayon sakini 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası konfereksion sınığı, hematoması diaqnozu ilə xəstəxanaya daxil olmuşlar, öz demələrinə görə, “Şöhlətoğlu” istirahət mərkəzində döyülüblər (cild 01, iş vər. 20). Cinayət işinin materiallarında olan raportdan görünür ki, 01.08.2019-cu il tarixdə, saat 22:25-də Ağsu Rayon Mərkəzi Xəstəxanasından tibb bacısı Mirzəyevanın verdiyi məlumata əsasən, Şamaxı şəhəri, S.Seyidov küçəsində yaşayan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 sol dirsək oynağının əzilməsi, İsmayıllı rayon Pirdurur kənd sakini 1986-cı il təvəllüdlü X1 saidin əzilməsi, Ağcabədi rayon Taxta körpü qəsəbəsində yaşayan 1980-cı il təvəllüdlü Şahid7 sol təpə nahiyəsində əzilmiş yara diaqnozu ilə xəstəxanaya daxil olmuşlar, öz demələrinə görə, “Şöhlətoğlu” istirahət mərkəzində döyülüblər (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan raportdan görünür ki, Ağsu rayonunun Nüydü kənd ərazisində yerləşən “Şöhlətoğlu” istirahət mərkəzində müştərilərlə restoran işçilərinin arasında mübahisə vermiş, həmin vaxt həmin şəxslər bir-birlərini döymüşlər (cild 01, iş vər. 22). Cinayət işinin materiallarında olan raportdan görünür ki, Şamaxı şəhəri, Gənclər küçəsi, ev 12-də yaşayan Şahid6 ***-***-**-** nömrəli telefonla zəng edərək 01.08.2019-cu il tarixdə qeyd olunan ünvanda “Şöhlətoğlu” istirahət mərkəzi işçilərinin onun bacısı oğlu Elnuru və qardaşı Mübarizi döymələri barədə məlumat vermiş, həmin gün Ağsu RPŞ-yə ərizə yazdıqlarını bildirmişdir (cild 01, iş vər. 41). Cinayət işinin materiallarında olan raportdan görünür ki, 02.08.2019-cu il tarixdə, saat 01:25-də Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi, ev 111, mənzil 46-da yaşayan Zərərçəkmiş şəxs1 açıq kəllə-beyin travması, baş beyin əzilməsi, sağ gicgah təpə sümüklərinin basılmış qəlpəli sınığı, sağ gicgah nahiyədə lövhəvari epidural hematoma, pnevmasefaliya, sağ gicgah təpə nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu ilə Bakı şəhəri Neyrocərrahiyyə Xəstəxanasına daxil olmuş və deməsinə görə, İsmayıllı rayonunda “Şöhlətoğu” restoranında hesab üstündə döyülmüşdür (cild 01, iş vər. 52). Cinayət işinin materiallarında olan raportdan görünür ki, 02.08.2019-cu il tarixdə, saat 16:59-da İsmayıllı RMX-dan feldşer Fərid Hüseynov zəng edərək bildirdi ki, Ağcabədi rayonunun Taxta körpü qəsəbəsi ev 426-da yaşayan,1980-ci il təvəllüdlü Şahid7 “başın təpə nahiyəsində 5x5 və 4x5 sm ölçülərində qartmaqla örtülmüş yaralar, qapalı kəllə-beyin travması” diaqnozu ilə xəstəxanaya daxil olmuş və tanımadığı şəxslərlə dalaşarkən xəsarət aldığını bildirmişdir. (cild 01, iş vər. 53). Cinayət işinin materiallarında olan raportdan görünür ki, 02.08.2019-cu il tarixdə, saat 01:25-də Bakı şəhəri Neyrocərrahiyə Xəstəxanasından tibb bacısı Mirzəyeva ***-***-**-** nömrəli telefonla zəng edərək məlumat vermişdir ki, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi, ev 111, mənzil 46-da yaşayan 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 açıq kəlləbeyin travması, baş beyin əzilməsi, sağ gicgah təpə sümüklərinin basılmış qəlpəli sınığı, sağ gicgah nahiyədə lövhəvari epidural hematoma, pnevmasefaliya, sağ gicgah təpə nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu ilə Bakı şəhəri Neyrocərrahiyə Xəstəxanasına daxil olmuş və deməsinə görə, İsmayıllı rayonunda “Şöhlətoğlu” restoranında hesab üstündə döyüblər (cild 01, iş vər. 54). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 ərizə yazaraq 01 avqust 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzinin işçilərinin onun və qohumlarının ünvanına nalayiq söyüşlər söyüb təhqir edərək onu və qohumlarını vuraraq xəsarət yetirdiklərini bildirmişdir. (cild 01, iş vər. 57). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Şahid9 ərizə yazaraq 01 avqust 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzinə gələn şəxslərin onu vuraraq xəsarət yetirdiklərini bildirmişdir (cild 01, iş vər. 68). Cinayət işinin materiallarında olan raportdan görünür ki, Şamaxı şəhəri, Azadlıq küçəsi, ev 68-də yaşayan Zərərçəkmiş şəxs2 Etibar oğlu sol kürək sümüyünün bazu hissəsinin qapalı sınığı ilə xəstəxanaya daxil olmuşdur. Deməsinə görə, ağacdan yıxılaraq xəsarət almışdır (cild 01, iş vər. 73). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə yazaraq 01 avqust 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı-İsmayıllı magistral yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzinin işçilərinin onun və qohumlarının ünvanına nalayiq söyüşlər söyüb təhqir edərək onu və qohumlarını vuraraq xəsarət yetirdiklərini bildirmişdir (cild 01, iş vər. 77). Cinayət işinin materiallarında olan diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 22 avqust 2019-cu il tarixli protokoldan görünür ki, videoyazıya baxış keçirən zaman müəyyən olundu ki, videoyazı “Şöhlətoğlu” ailəvi istirahət mərkəzinin giriş hissəsini uzaq məsafədən göstərir. Videogörüntüdə 05-ci dəqiqənin 15-ci saniyəsindən başlayaraq avtomobillərin və adamların hərəkət etməsi başlayır. 10-cu dəqiqənin 10-cu saniyəsindən başlayaraq adamlar arasında münaqişənin olması müşahidə olunur və həmin münaqişə 11-ci dəqiqənin 15-ci saniyəsinədək davam edir. Münaqişə zamanı istirahət mərkəzinin içərisində olan adamların çöldə olan adamlara nə isə atmaları uzaqdan da olsa aydın görünür. 12-ci dəqiqənin 50-ci saniyəsindən adamların avtomobillərə oturması başlayır və 15-ci dəqiqənin 25-ci saniyəsindən avtomobillərin sonuncusunun oradan getməsi müşahidə olunur. Digər faylda olan videoyazıya baxış keçirən zaman müəyyən olunub ki, 34-cü saniyədə Zərərçəkmiş şəxs1 oturduqları besetka tərəfdən mətbəxə tərəf gələrək həmin vaxt orada dayanmış Şahid7 yaxınlaşır və onlar söhbət edirlər. Sonra onlara X4, Zərərçəkmiş şəxs2, Şahid9 və Zərərçəkmiş şəxs3 yaxınlaşırlar. Onlar bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs1 mətbəxə tərəf gələrək həmin vaxt orada dayanmış Şahid7 yaxınlaşır və onlar söhbət edirlər. Sonra onlara X4, Zərərçəkmiş şəxs2, Şahid9 və Zərərçəkmiş şəxs3 yaxınlaşırlar. Onlar bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs1 mətbəxə tərəf gələrək digər şəxslər də onun ardınca hərəkət edirlər. 02-ci dəqiqənin 10-cu saniyəsində onlar görüntüdən itirlər. 04-cü dəqiqədə Zərərçəkmiş şəxs1 və Şahid9 kamerada görünürlər. 04-cü dəqiqənin 25-ci saniyəsində onlara Zərərçəkmiş şəxs2 yaxınlaşır və onlar oturduqları besetka tərəfə gedən zaman qəflətən geri qayıdaraq görüntüdən itirlər. Sonra Zərərçəkmiş şəxs3 kiminləsə mübahisə edən formada görünür. Sonra qadınların besetkadan çıxaraq mətbəxə tərəf gəlmələri və qışqırıb qaçaraq mətbəxə tərəf getmələri görünür. Zərərçəkmiş şəxs1 əlində maşa ilə Zərərçəkmiş şəxs2la birlikdə gəlməsi, bir qədər sonra onların yanına Zərərçəkmiş şəxs3 gəlməsi və bir yerdə oturduqları besetkalarına tərəf getmələri görünür. Şərfalı Ağayevin danışması, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 əlində maşa ilə qaçaraq həmin yerə gəlməsi görünür. Şərfalı Ağayevin, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 əlində maşa ilə kiminləsə mübahisə etmələri və birlikdə geri qayıdan zaman 08-ci dəqiqənin 15-ci saniyəsində arxadan kiminsə onlara tərəf dəmir turba atması görünür. Onların hamısının birlikdə oturduqları besetkaya tərəf gedirlər. Digər faylda olan videoyazıya baxış keçirən zaman müəyyən olundu ki, 05-ci dəqiqənin 04-cü saniyəsində Şahid7 başını tutaraq yarıəyilmiş vəziyyətdə mətbəxin qarşısından besetkalara doğru getməsi, yanında Şahid4 olması və 05-ci dəqiqənin 10-cu saniyəsindən münaqişənin başlaması görünür. Şahanduz Nəsirovun əlində ağac parçası ilə kiməsə hücum etməsi, Zərərçəkmiş şəxs1 əlində samovarla onun qarşısını alması, Zərərçəkmiş şəxs3 çayniki ataraq Şahanduz Nəsirovun ayağından vurması, Şərfalı Ağayevin, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 qarşısını alaraq onu sakitləşdirmək istəmələri, Şahanduz Nəsirovun hər iki əlində ağac parçaları ilə kiməsə hücum edərək vurmaq istəməsi, Zərərçəkmiş şəxs3 əlində samovar qapağı ilə Şahanduz Nəsirova hücum etmək istəməsi, Şərfalı Ağayevin, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və qadınların Zərərçəkmiş şəxs3 və Şahanduz Nəsirovu sakitləşdirməyə çalışmaları, Təqsirləndirilən şəxs2 əlində taxta parçası ilə kiməsə hücum etmək üçün mətbəxə tərəf getməsi və Şərfalı Ağayevin onun qarşısını alaraq geri qaytarması və 07-ci dəqiqənin 55ci saniyəsində münaqişənin sakitləşməsi görünür. 09-cu dəqiqənin 10-cu saniyəsindən Təqsirləndirilən şəxs2 əlində taxta parçası ilə çıxış qapısına tərəf getməsi, 09-cu dəqiqənin 50-ci saniyəsindən Şahanduz Nəsirovun qapıya tərəf gedərkən qəflətən qaçması, 10-cu dəqiqənin 5-ci saniyəsində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 avtomobilinə yaxınlaşaraq əlindəki taxta parçası ilə vurması və yenidən münaqişə baş verməsi görünür. Münaqişənin 11-ci dəqiqənin 15-ci saniyəsində başa çatması, Şahanduz Nəsirovun əlində taxta parçası ilə, Təqsirləndirilən şəxs2 isə qolunu tutmuş vəziyyətdə geri qayıtmaları görünür (cild 01, iş vər. 80). Cinayət işinin materiallarında olan raportdan görünür ki, Şahid9 sol bud və baldırlarda 2-ci və 3-cü dərəcəli termiki yanıqdan sonrakı çapıq, sol dizin kontraturası diaqnozu ilə İsmayıllı RMX-ya müraciət edərək xəsarəti 01.08.2019-cu il tarixdə ofisiant işlədiyi “Şöhlətoğlu” ailəvi istirahət mərkəzində samovarın içərisində olan isti suyu Mübariz adlı şəxsin qəsdən onun üstünə tökməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 85). Cinayət işinin materiallarında olan raportdan görünür ki, 27.08.2019-cu il tarixdə, saat 13:00-da İsmayıllı RMX-dan həkim M.Əliyev telefonla məlumat vermişdir ki, Şahid9 “sol bud və baldırlarda 2-ci, 3-cü dərəcəli termiki yanıqdan sonrakı çapıq, sol dizin kontraturası” diaqnozu ilə RMX-ya daxil olmuş, deməsinə görə “Şöhlətoğlu” ailəvi istirahət mərkəzində ofisiant işləyərkən 01.08.2019-cu il tarixdə qəsdən üstünə qaynar samovar töküblər (cild 01, iş vər. 86). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07.08.2019-cu il tarixli 229 saylı rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər - qarnın bir ədəd sıyrığı və sol əlin bir ədəd sıyrığı küt əşya (əşyalar) təsirindən əmələ gəlmiş, törənmə müddəti 01.08.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakterinə və yerləşməsinə əsasən demək olar ki, bu xəsarətlər müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə və vaxtda da bərk küt əşya ilə, ola bilsin ki, taxta parçası ilə yetirilmə zamanı əmələ gələ bilərdilər (cild 01, iş vər. 91-93). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07.08.2019-cu il tarixli 231 saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına doldurulmuş tibbi sənəddə yazılanlara və məhkəmə-tibbi müayinəyə əsasən Təqsirləndirilən şəxs2 aşağıdakı xəsarəti vardır: sol dirsək oynağının sıyrığı. Göstərilən xəsarət küt əşya təsirindən əmələ gəlmiş, törənmə müddəti 01.08.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və yerləşməsinə əsasən demək olar ki, bu xəsarətlər müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə və vaxtda da əllə və yaxud əldə olan hər hansı bərk küt əşya ilə, ola bilsin ki, maşa ilə yetirilmə zamanı əmələ gələ bilərdi (cild 01, iş vər. 97-99). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07.08.2019-cu il tarixli 232 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü X2 adına doldurulmuş tibbi sənəddə yazılanlara və məhkəmətibbi müayinəyə əsasən Ş.C.Nəsirovun aşağıdakı xəsarətləri vardır:-sol saidin bir ədəd qançırı, sağ əlin 3-cü barmağının sıyrığı, sol əlin 1-ci barmağının sıyrığı və sağ qalça tini nahiyənin qançırı. Göstərilən xəsarətlər küt əşya (əşyalar) təsirindən əmələ gəlmiş, törənmə müddəti 01.08.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakterinə və yerləşməsinə əsasən demək olar ki, bu xəsarətlər müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə və vaxtda da əllə və yaxud əldə olan hər hansı bərk küt əşya ilə, ola bilsin ki, maşa ilə yetirilmə zamanı əmələ gələ bilərdi. (cild 01, iş vər. 100- 102). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30.08.2019-cu il tarixli 259 saylı rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına doldurulmuş tibbi sənəddə yazılanlara və məhkəmə-tibbi müayinəyə əsasən nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs1 aşağıdakı xəsarətləri vardır: - sol gicgah sümüyünün kompression sınığı, baş-beyin əzilməsi, epidural qansızma, sol gicgah nahiyəsinin əzilmişcırılmış yarası. Göstərilən xəsarətlər küt əşya təsirindən əmələ gəlmiş, törənmə müddəti 01.08.2019-cu il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və yerləşməsinə əsasən demək olar ki, bu xəsarətlər müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə və vaxtda da oval şəkilli bərk küt əşya ilə, ola bilsin ki, daşla vurulma zamanı əmələ gələ bilərdilər (cild 01, iş vər. 113-116). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10.09.2019-cu il tarixli 262 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 adına doldurulmuş tibbi sənəddə yazılanlara və məhkəmə-tibbi müayinəyə əsasən nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs2 aşağıdakı xəsarəti vardır: - sol kürək çiyin çıxıntısının qapalı sınığı. Göstərilən xəsarət küt əşya təsirindən əmələ gəlmiş, törənmə müddəti 01.08.2019cu il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xəsarətin xarakterinə və yerləşməsinə əsasən demək olar ki, bu xəsarət müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə və vaxtda da bərk küt əşya ilə, ola bilsin ki, taxta parçası ilə vurulma zamanı əmələ gələ bilərdi (cild 01, iş vər. 117-119). Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22.11.2019-cu il tarixli 26786 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən 2007-ci il istehsallı, Mercedes E 320 minik markalı avtomobilin qabaq sol qapı şüşəsinin, 01.08.2019-cu il tarixə, qərarın təsviri hissəsində göstərilən məlumatlara əsasən, 12 il istismar müddəti nəzərə alınmaqla respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq 300 manat müəyyən edilir (cild 01, iş vər. 236-239). Cinayət işinin materiallarında olan təkrar və kompleks məhkəmə-tibbi ekspertizasının 10.01.2020-ci il tarixli 02/2020 saylı rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - sol gicgah sümüyünün kompression (basılmış, qəlpəli) sınığı, baş-beyin əzilməsi, epidural qansızma, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası - bərk küt əşyanın, o cümlədən də daşın təsirindən qərarda göstərilən şəraitdə və vaxtda, yəni 01.08.2019-cu il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Qeyd edilən xəsarətin istər dəmir, istərsə də taxta parçası ilə yetirilə bilməsi inkar edilir (cild 02 iş vər. 44-51). Cinayət işinin materiallarında olan 01.05.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə aparılmış ibtidai istintaq nəticəsində Şahid4 barəsində CM-nin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 102-115). Cinayət işinin materialarında olan 01.05.2020-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” qərardan görünür ki, hazırkı cinayət işindən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 barələrində CM-in 128-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 02, iş vər. 117). Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 CM-in 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) və 221.3-cü (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən CM-in 126.2.4 və 221.3-cü maddələrilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Vüsal Aayevin qeyd olunan cinayətləri törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən və zərərçəkmiş şəxslərin, habelə şahidlərin ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməsini mübahisələndirsə də, məhkəmə kollegiyаsının qənaətincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs2 CM-in 126.2.4 və 221.3-cü maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs2 əməli CM-in 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının iclasında verdiyi ifadənin onun müdafiəsinə yönəlməsi şübhə doğurmamaqla, özünümüdafiə xarakteri daşıyır. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, hadisə şəxsi münasibətlər zəminində baş vermiş, intiqam hissi ilə zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlamış, hadisədə Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti olmamış, cinayət şəxsi münasibətlərdən irəli gələn münaqişə zamanı törədilmiş və səbəbkarları zərərçəkmiş şəxlsər olmuşlar. Təqsirləndirilən şəxs2 hadisə vaxtı zərərçəkmiş şəxsə qarşı daşdan istifadə etməklə cinayət törədərkən, məqsədi yalnız ona və iş yoldaşlarına qarşı nalayiq söyüşlər söymüş və onlarla dalaşmış zərərçəkmişdən intiqam almaq olmuşdur. Beləliklə, hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Ona görə də Vüsal Azaeyevin əməli CM-in 126.2.4 və 221.3-cü maddələrindən CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ...hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşa bilmir. Belə ki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş və doğruluğu məhkəmə kollegiyasında heç bir şübhə yaratmayan sübutlarla (təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, hadisəni özündə əks etdirən videogörüntü və s.) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 01 avqust 2019-cu il tarixdə, saat 17:30 radələrində xörəkpaylan işlədiyi Ağsu-İsmayıllı magistral yolunun kənarında Ağsu rayonunun Nüydü kəndinin ərazisində yerləşən “Şöhlətoğlu” ailəvi istirahət mərkəzinin həyətində iş yoldaşı X4 ilə birlikdə bir qrup şəxs halında ailə üzvləri ilə birgə həmin istirahət mərkəzinə dincəlməyə gəlmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 istirahət mərkəzinin sahibi Şahid4 ilə hesabın ödənilməsinə görə aralarında yaranmış anlaşılmazlığı bəhanə edib, heç bir əsaslı səbəb olmadan üzərlərinə hücum edərək, ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək, istintaq zamanı əldə edilməsi mümkün olmayan ağac parçasından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs3 baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncuya sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da vurub fiziki zor tətbiq etməklə xuliqanlıq etmiş, həmin vaxt orada olan zərərçəkmişin yaxınları və kənar şəxslər tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq, xuliqanlıq hərəkətlərini davam etdirib, öz avtomobillərinə oturub istirahət mərkəzindən uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək, istintaq zamanı əldə edilməsi mümkün olmayan yerdən götürdüyü daş parçasını silah qismində istifadə etməklə sonuncunun baş nahiyəsindən bir dəfə vurub xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlmişdir ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “...Zərərçəkmiş şəxs3 yaxınlaşan vaxt görmüşdür ki, sonradan adını bildiyi restoranın adminstratoru işləyən Adil, yeməkpaylayanlar Şahanduz və Vüsal mətbəx otağının üst hissəsindən götürdükləri taxta parçaları ilə Zərərçəkmiş şəxs3 hücum edib onu döyür, ünvanına nalayiq ifadələr işlədirlər... Bu vaxt Şahanduz Nəsirov və Təqsirləndirilən şəxs2 əllərində ağac parçaları və yerdən götürdükləri daş parçaları ilə onlara hücüm etmişlər... Bu vaxt onu kənarda olan Təqsirləndirilən şəxs2 daşla vurmuşdur. Əvvəlcə, Vüsalın atdığı daş onun bədən nahiyəsindən dəymiş, sonuncu dəfə isə daşla onun başından vurmuşdur.” Digər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, habelə şahidlər Şahid6, Şahid14, Şahid10 və Şahid13 da oxşar ifadələr verərək, Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur (CM-in 221-ci maddəsi). Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin qərarlarında xuliqanlıq kimi tövsif edilən əməllərin mahiyyəti və xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri barədə aydın hüquqi əsas və təcrübə formalaşdırılmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azrəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda daha sonra göstərilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Digər tərəfdən, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 23.03.2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində isə izah olunur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyasının tədqiq etdiyi sübutlardan görünür ki, Təqsirləndirilən şəxs2 01 avqust 2019-cu il tarixdə, saat 17:30 radələrində xörəkpaylan işlədiyi Ağsu-İsmayıllı magistral yolunun kənarında Ağsu rayonunun Nüydü kəndinin ərazisində yerləşən “Şöhlətoğlu” ailəvi istirahət mərkəzinin həyətində iş yoldaşı X4 ilə birlikdə bir qrup şəxs halında ailə üzvləri ilə birgə həmin istirahət mərkəzinə dincəlməyə gəlmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 nalayiq söyüşlər söyərək öz şəxsiyyətini ətrafdakıların şəxsiyyətinin fövqündə qoymuş, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozmuş, digər şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq onların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmuş, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən fiziki zor tətbiq edərək dərəcələri təyin edilməyən bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs1 isə sağlamlığına ağır zərər vurmuşdur. İşdə olan sübutlardan, o cümlədən hadisənin videogörüntüsündən müəyyən edilir ki, “Şöhlətoğlu” istirahət mərkəzində xidmətçi işləyən Təqsirləndirilən şəxs2 zərərşəkmiş şəxsləri hadisə baş verən vaxtadək ümumiyyətlə tanımamış, hətta zərərçəkmiş şəxslər “Şöhlətoğlu” istirahət mərkəzində istirahət edərkən belə onlara qulluq göstərməmiş, mübahisə isə zərərçəkmiş şəxslərlə həmin istirahət mərkəzinin sahibi Şahid4 arasında yaranmış, Təqsirləndirilən şəxs2 isə heç bir səbəb olmadan, yaranmış mübahisənin ona heç bir aidiyyəti olmadığı halda zərərçəkmiş şəxsləri vurub onlara fiziki zor tətbiq etməklə xuliqanlıq etmişdir. Məhkəmə kollegiyası “Şöhlətoğlu” istirahət mərkəzində quraşdırılmış müşahidə kameralarında qeydə alınmış hadisəni özündə əks etdirən videogörüntülərə baxdıqdan sonra bir daha belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamlar qanuni və əsaslı olmuşdur. Təqsirləndirilən şəxs2 özünü qismən, yəni CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Əksinə, cinayət işinin materiallarında olan sübutlar onu göstərir ki, məhkəmə kollegiyasının gəldiyi bu nəticə tamamilə əsaslıdır. Şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, videogörüntü və s. sübutlar bir-birini tamamlayır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin göstərdiyi xüsusatların heç bir əsası yoxdur və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Əksinə, həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, onun əməlində CM-in 126.2.4 və 221.3-cü maddələrinin tərkibi vardır və onun əməllərinin həmin maddələrdən CM-in 126.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir əsas yoxdur. İşdən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum edildiyi CM-in 221.3-cü maddəsinin sanksiyasına əsasən, o iki ildən altı ilədək, CM-in 126.2.4-cü maddəsinin sanksiyasına əsasən isə altı ildən on bir ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və аğırlаşdırаn hаllаrın olmasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs2 oğluna qarşı irəli sürülən cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətlərinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, Təqsirləndirilən şəxs2 və müdafiəçisinin apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü isə baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar