Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-78/2022 08.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair Zərdab Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(035)-42/2021 nömrəli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (sədrlik edən T.Qubadov) 25 noyabr 2021-ci il tarixli, 1(035)- 42/2021 nömrəli qərarı ilə, xx.xx.1975-ci ildə Zərdab şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, оrtа təhsilli, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, Zərdab şəhəri, A.Səhət küçəsi, ev 8-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs1 xx.xx.1988-ci ildə Zərdab rayonunda аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, оrtа təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, Zərdab rayonu Qoşaoba kəndi, R.Kərimov küçəsi, ev 8-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs2 xx.xx.1990-cı ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Zərdab rayonunun Bıçaqçı kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən CM-nin 128ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq edilərək onlar cinayət məsuliyyətindən azad edilmələri, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından azad edilmələri, iş üzrə maddi sübut olan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd şiş və 01 ədəd taxta parçası məhv edilməsi və 01 ədəd köynəyin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması qərara alınmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qərəzli xuliqanlıq cinаyət əməlini törətməkdə təqsirləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Belə ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 03.05.2021-ci il tarixdə saat 18:45 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək Zərdab rayonunun Qoşaoba kəndində Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində həmin evdə qonaq olan Zərdab rayonu Gəlmə kənd sakini Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan ona qəsdən zor tətbiq edib özləri ilə gətirdikləri silah qismində istifadə etdikləri şiş ilə və eləcədə həyətdə olan taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla ona sol qulaq seyvanının yuxarı əyriliyinin sıyrığı və sağ saidin aşağı 1/3-nin ön hissəsində dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu oynağının yuxarı 1/3-nin yan səthində yumşaq toxumanın bir qədər şişkinliyi, qançırı və sıyrılmış yarası, sol bazu oynağının arxa səthində geniş sahəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinlikləri, dərialtı qansızmalar fonunda dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu - çiyin oynağında hərəkətlərin ağrı hissi ilə müşahidə edilməsi, gövdənin arxa səthində hər iki kürək altı nahiyyənin iç səthlərində, belin sol iç hissəsində ətraflarında yumşaq toxumaların şişkinlikləri və ağrı hissləri ilə müşahidə edilən dərialtı qansızmalar ilə nəticələnən dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə insanlar arasında bərqərar olunmuş birgəyaşayış davranış qaydalarını və iştimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 03.05.2021-ci il tarixdə saat 18:45 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək Zərdab rayonunun Qoşaoba kəndində Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində sonuncunu, eləcə də orada qonaq olan Zərdab rayonu Gəlmə kənd sakini Zərərçəkmiş şəxs2 həmin evin həyətində heç bir əsaslı səbəb olmadan onlara qəsdən zor tətbiq edib özləri ilə gətirdikləri silah qismində istifadə etdikləri şiş ilə və eləcə də həyətdə olan taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla Zərərçəkmiş şəxs1 sol bazunun aşağı 1/3-nin arxa və sol dirsək oynağı nahiyəsində geniş sahəni əhatə edən yumşaq toxumanın şişkinliyi fonunda dərialtı qansızma ilə müşaiyət edilən dərinin epidermis qatının sıyrılmış yarası və sol dirsək oynağı nahiyyəsində hərəkətin bir qədər ağrı hissi ilə müşahidə edilməsi ilə nəticələnən dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər, Zərərçəkmiş şəxs2 sol qulaq seyvanının yuxarı əyriliyinin sıyrığı və sağ saidin aşağı 1/3-nin ön hissəsində dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu oynağının yuxarı 1/3-nin yan səthində yumşaq toxumanın bir qədər şişkinliyi, qançırı və sıyrılmış yarası, sol bazu oynağının arxa səthində geniş sahəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinlikləri, dərialtı qansızmalar fonunda dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu – çiyin oynağında hərəkətlərin ağrı hissi ilə müşahidə edilməsi, gövdənin arxa səthində hər iki kürək altı nahiyyənin iç səthlərində, belin sol iç hissəsində ətraflarında yumşaq toxumaların şişkinlikləri və ağrı hissləri ilə müşahidə edilən dərialtı qansızmalar ilə nəticələnən dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə insanlar arasında bərqərar olunmuş birgəyaşayış davranış qaydalarını və iştimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 03.05.2021-ci il tarixdə saat 18:45 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək Zərdab rayonunun Qoşaoba kəndində Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində həmin evdə qonaq olan Zərdab rayonu Gəlmə kənd sakini Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan ona qəsdən zor tətbiq edib özləri ilə gətirdikləri silah qismində istifadə etdikləri şiş ilə və eləcə də həyətdə olan taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla ona sol qulaq seyvanının yuxarı əyriliyinin sıyrığı və sağ saidin aşağı 1/3-nin ön hissəsində dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu oynağının yuxarı 1/3-nin yan səthində yumşaq toxumanın bir qədər şişkinliyi, qançırı və sıyrılmış yarası, sol bazu oynağının arxa səthində geniş sahəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinlikləri, dərialtı qansızmalar fonunda dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu – çiyin oynağında hərəkətlərin ağrı hissi ilə müşahidə edilməsi, gövdənin arxa səthində hər iki kürək altı nahiyyənin iç səthlərində, belin sol iç hissəsində ətraflarında yumşaq toxumaların şişkinlikləri və ağrı hissləri ilə müşahidə edilən dərialtı qansızmalar ilə nəticələnən dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə insanlar arasında bərqərar olunmuş birgəyaşayış davranış qaydalarını və iştimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmişdir. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü çıxarılmışdır. Zərdab Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(035)-42/2021 nömrəli qərarından Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Zərdab Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(035)-42/2021 nömrəli qərarından Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərək cinayət məsuliyyətindən azad edilmələri və işin icraatına xitam verilməsi barədə Zərdab Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməsini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə hökm çıxarılmasını xahiş etmişdir. Verilmiş apellyasiya protestinə qarşı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X9 apellyasiya protestini müdafiə edərək apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi X5 apellyasiya protestinə etiraz edərək apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-in 399.1 və 399.1.1, həmçinin 399.1.4-cü maddəsinə görə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(035)-42/2021 nömrəli qərarı ləğv edilərək ittihamedici hökm çıxarılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilən Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, dövlət ittihamçısının verdiyi protestlə razı deyil. O Zərdab rayonunda “Dörd yol”adlanan ərazidə yerləşən kafeni işlədir. O Adəmə zəng vuraraq pivə içməyə dəvət etmişdir. Adəmin gəlmədiyini gördükdə yenidən onun mobil nömrəsini yığdıqda başqa bir nəfər cavab verərək adının Sakit olduğunu demişdir. O Adəmi soruşduqda onu telefonda təhqir etmiş və telefonu da söndürmüşdür. O da bundan bərk əsəbləşərək məsələyə aydınlıq gətirməsi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Adəmin kirayədə yaşadığı yerə getmişdir. Həmin yerə çatdıqda qapıya Həmid və Sakit çıxmışlar. O da kimin söyüş söydüyünü soruşduqda Sakit qabağa duraraq onun söyüş söydüyünü bildirmiş, o da onu vurmuşdur. Lakin onların əlində taxta və şiş olmamışdır. Onlar zərərçəkmiş şəxslərlə barışmışlar, dəymiş zərəri könüllü olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərin onlardan heç bir şikayəti və tələbləri yoxdur. Birinci instansiya məhkəməsinin iclasında dindirilən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərdab rayonu “Dör yol” adlanan ərazidə yerləşən kafeni icarə əsasında işlədir. İş üzrə digər Təqsirləndirilən şəxs3 həmin kafedə ofisiant kimi işləyir, Təqsirləndirilən şəxs2 isə kafenin yaxınlığında yerləşən avtoyuma sexini işlədir və onlarla dostluq münasibətləri vardır. Tanışı Laçın rayonundan məcburi köçkün olan Adəm adlı şəxsə 03.05.2021-ci il tarixdə saat 18 radələrində mobil telefonla zəng edərək pivə içməyə dəvət etmiş, Adəm ona yarım saata gələcəyini desə də gəlməmişdir. Ona görə də təkrarən təxminən saat 18:30 radələrində Adəmin mobil telefonuna zəng etdikdə zənginə başqa bir nəfər cavab verərək adının Sakit olduğunu demişdir. Sakitin sərxoş vəziyyətdə olduğunu hiss etmiş və Adəmi soruşduqda gözləmədiyi halda Sakit onun və Adəmin ünvanına söyüşlər söymüş və telefonu söndürmüşdür. Sakitin bu hərəkətindən bərk əsəbləşərək məsələyə aydınlıq gətirmək üçün üçü birlikdə Zaminin idarə etdiyi qırmızı rəngdə olan VAZ-2106 markalı maşına əyləşərək Adəmin kirayədə yaşadığı Qoşaoba kəndində yerləşən evə getmişlər. Həyətə çatdıqda sonradan adının Həmid və Sakit olduğunu bildiyi iki nəfər şəxsin həyətdən çıxmaq istədiklərini görüb, “söyüş söyən kim idi” deyə soruşduqda Sakit həmin şəxsin, o, olduğunu bildirmişdir. Ona görə də həyətdə aralarında mübahisə başlanmış, qarşılıqlı dava-dalaş olmuş, dava-dalaş nəticəsində Sakiti və Həmidi döymüşlər. Davadalaş təxminən 10-15 dəqiqə dаvаm etmiş, səsə qonşuluqda yaşayan bir-neçə şəxs toplaşmışlar. Adamların toplaşdığını görüb əlavə narahatlıq olmasın deyə maşına əyləşib oradan çıxıb getmişlər. Hazırda əməlindən peşimandır, zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmədən əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə töfsif edilməsini və cinayət işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, Sübhan telefonla danışanda onun yanında olmuşdur. O çölə çıxıb qayıdanda Sübhanın əsəbi olduğunu görmüşdür. Soruşduqda isə onu telefonda təhqir etdiklərini bildirmişdir. Həmin məsəslənin aydınlaşdırılması üçün hadisə yerinə getmişlər. Lakin əllərində şiş və taxta olmamışdır. Aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilən Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, özü Zərdab rayonu “Dör yol” adlanan ərazidə yerləşən avtoyuma sexini, Sübhan isə qonşuluqda olan kafeni işlədir. Nuranə isə Sübhanın işlətdiyi kafedə ofisiant kimi işləyir. Onlarla dostluq münasibətləri vardır. 03.05.2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Sübhanın tanışı Adəm adlı şəxsin mobil telefonuna zəng etdikdə zənginə Sakit adlı başqa bir şəxsin cavab verdiyini, həmin şəxsin Sübhanı söydüyü və sonra telefonu söndürdüyü üçün Sübhanın həmin şəxsin hərəkətindən bərk əsəbləşərək məsələyə aydınlıq gətirmək üçün getmək istədiyini bildikdə, o, Sübhan və Nuranə üçü birlikdə onun idarə etdiyi Sübhanın qardaşı oğluna məxsus qırmızı rəngdə olan VAZ-2106 markalı avtomobilə əyləşərək Adəmin kirayədə yaşadığı Qoşaoba kəndində yerləşən evə getmişlər. Həyətə çatdıqda sonradan adının Həmid və Sakit olduğunu bildiyi iki nəfər şəxsin həyətdən çıxmaq istədiklərini görmüşlər. Sübhan “söyüş söyən kim idi” deyə soruşduqda Sakit həmin şəxsin, o, olduğunu bildirmişdir. Bundan sonra həyətdə aralarında mübahisə başlanmış, qarşılıqlı dava-dalaş olmuş, dava-dalaş nəticəsində Sakiti və Həmidi döymüşlər. Dava-dalaş təxminən 10-15 dəqiqə dаvаm etmiş, səsə qonşuluqda yaşayan bir-neçə şəxs toplaşmışlar. Adamların toplaşdığını görüb əlavə narahatlıq olmasın deyə maşına əyləşib oradan çıxıb getmişlər. Hazırda əməlindən peşimandır, zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmədən əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə töfsif edilməsini və cinayət işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən Təqsirləndirilən şəxs3 ifadəsində göstərdi ki, onlar həmişə 11:30-da kafeni bağlayırlar. Kafeni bağlayandan sonra onu evə aparmalı idilər. Onlar dedilər ki, telefonda söyüş söyüblər və ora gedirlər. O da onlarla birlikdə getmişdir. Ora çatanda Sübhanın üzərinə 3 nəfər gəlmişdir. Həmin vaxt onlar dalaşmışlar. O həyətdə qapının yanında dayanıb baxmışdır. O heç kimi döyməmişdir. Sonra Adəm onlara yaxınlaşıb söhbət etdikdən sonra onlar getmişlər. Onların əlində şiş və ya taxta olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilən Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Sübhanın Zərdab rayonu “Dör yol” adlanan ərazisində icarə əsasında işlətdiyi kafedə ofisiant kimi işləyir, Zamin isə kafenin yaxınlığında yerləşən avtoyuma sexini işlədir və onlarla dostluq münasibətləri vardır. Özü əvvəllər hazırkı iş üzrə zərərçəkmiş şəxs - əslən Naxçıvan MR-dan olan Həmid və onun tanışı, əslən Laçın rayonundan olan Adəm adlı şəxslə birlikdə Zərdab rayonu Qumlu qəsəbəsində bir evdə, lakin başqa-başqa otaqlarda kirayədə yaşadığı üçün onlarla əvvəlcədən tanışlığı olmuşdur. Adəmlə Sübhanın da tanışlığı olmuşdur. Sübhan 03.05.2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Adəmin mobil telefonuna zəng etdikdə zənginə başqa bir nəfər cavab verərək adının Sakit olduğunu demişdir. Sübhan Adəmi soruşduqda sözləri düz gəlmədiyi üçün Sakit Sübhanı və Adəmin ünvanına söyüşlər söymüş, Sübhan da qarşılıq verərək Sakiti söymüşdür. Sonra Sakit telefonu söndürmüşdür. Sübhan Sakitin bu hərəkətindən bərk əsəbləşərək məsələyə aydınlıq gətirmək üçün getmək istədikdə Sübhan, Zamin və o, üçü birlikdə Zaminin idarə etdiyi qırmızı rəngdə olan VAZ-2106 markalı avtomobilə əyləşərək Adəmin kirayədə yaşadığı Qoşaoba kəndində yerləşən evə getmişlər. Həyətə çatdıqda Həmidlə sonradan adının Sakit olduğunu bildiyi şəxsin həyətdən çıxmaq istədiklərini görmüşlər. Sübhan “söyüş söyən kim idi” deyə soruşduqda Sakit həmin şəxsin, o, olduğunu bildirmişdir. Bundan sonra həyətdə aralarında mübahisə başlanmış, qarşılıqlı dava-dalaş olmuş, dava-dalaş nəticəsində Sakiti və Həmidi döymüşlər. Dava-dalaş təxminən 10-15 dəqiqə dаvаm etmiş, səsə qonşuluqda yaşayan bir-neçə şəxs toplaşmışlar. Adamların toplaşdığını görüb əlavə narahatlıq olmasın deyə maşına əyləşib oradan çıxıb getmişlər. Hazırda əməlindən peşimandır, zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmədən əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə töfsif edilməsini və cinayət işin icraatına xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifаdəsində göstərmişdir ki, Zərdab rayonunun Gəlmə kəndində yaşayır. Tanışları - əslən Naxçıvan RM Culfa rayonundan olan Həmid və Laçın rayonundan olan Adəm adlı şəxslərlə birlikdə Zərdab rayonu ərazisində fəhləliklə məşğuldur. 03.05.2021-ci il tarixdə Həmidlə Adəmin kirayədə qaldıqları Zərdab rayonu Qoşaoba kəndində yerləşən evə qonaq getmişdir. Orada bir qədər yemək yemiş, Həmid içməsə də, o, Adəmlə ikisi təxminən 01 litir araq içmişdir. Yeyib-işdikdən sonra Adəm gedib yatmışdır. Təxminən 18:30 radələrində Adəmin telefonuna zəng gəlmişdir. Adəm yatdığı üçün telefona, o, cavab vermişdir. Zəng edən şəxs adının Sübhan olduğunu bildirərək Adəmi soruşmuşdur. Danışıq zamanı sözləri düz gəlməmiş, o, Sübahanı, cavabında Sübhan da onu söymüşdür. O, Sübhanı söydükdən sonra telefonu söndürmüşdür. Bir müddət sonra, o, çıxıb getmək istədiyi üçün Həmid onu yola salmaq istəmişdir. Həyətdən çölə çıxarkən küçədə qırmızı rəngdə olan VAZ-2106 markalı avtomobilin dayandığını və içindən biri qadın, ikisi kişi olmaqla üç nəfər şəxsin düşərək onlar olan həyətə tərəf gəldiyini görmüşdür. Sonradan adlarının Sübhan, Zamin və Nuranə olduğunu bildiyi həmin şəxslər həyətə daxil olduqdan sonra Sübhan “söyüş söyən kim idi” deyə soruşduqda, o, “mən idim” deyə cavab vermişdir. Bundan sonra həyətdə aralarında mübahisə başlanmış, qarşılıqlı dava-dalaş olmuş, dava-dalaş zamanı onu və Həmidi döymüşlər. Zamin və Nuranə onları əllərində olan şişlə, Sübhan isə həyətdən götürdüyü taxta parçası ilə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Həmid evə keçərək Adəmi yuxudan oyatmış və Adəm onların yanına gələrək onları döyən şəxsləri sakitləşdirmişdir. Dava-dalaş təxminən 10-15 dəqiqə dаvаm etmiş, səsə qonşuluqda yaşayan bir-neçə şəxs toplaşmışlar. Adamların toplaşdığını gördükdə onları döyən şəxslər - Sübhan, Zamin və Nuranə gəldikləri maşına əyləşərək çıxıb getmişlər. Hazırda təqsirləndililən şəxlərlə barışmışdır. Onlara qarşı şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifаdəsində göstərmişdir ki, özü əslən Naxçıvan RM Culfa rayonundan olsa da, tanışları Zərdab rayon Gəlmə kənd sakini Sakit və Laçın rayonundan olan Adəm adlı şəxslərlə birlikdə Zərdab rayonu ərazisində fəhləliklə məşğul olur. 03.05.2021-ci il tarixdə Sakit Adəmlə onun kirayədə qaldıqları Zərdab rayonu Qoşaoba kəndində yerləşən evə qonaq gəlmişdir. Üçü birlikdə bir qədər yemək yemiş, o, içməsə də, Sakitlə Adəm ikisi təxminən 01 litir araq içmişlər. Yeyib-işdikdən sonra Adəm gedib yatmışdır. Təxminən 18:30 radələrində Adəmin telefonuna zəng gəlmişdir. Adəm yatdığı üçün telefona Sakit cavab vermişdir. Zəng edən sonradan adının Sübhan olduğunu bildiyi həmin şəxs Adəmi soruşmuşdur. Danışıq zamanı Sübhanla Sakitin sözləri düz gəlmədiyi üçün Sakit Sübahanı, cavabında Sübhan da Sakiti söymüşdür. Sakit Sübhanı söydükdən sonra telefonu söndürmüşdür. Bir müddət sonra Sakit çıxıb getmək istədiyi üçün onu yola salmaq istəmişdir. Həyətdən çölə çıxarkən küçədə qırmızı rəngdə olan VAZ-2106 markalı maşının dayandığını və içindən biri qadın, ikisi kişi olmaqla üç nəfər şəxsin düşərək onlar olan həyətə tərəf gəldiyini görmüşdür. Sonradan adlarının Sübhan, Zamin və Nuranə olduğunu bildiyi həmin şəxslər həyətə daxil olduqdan sonra Sübhan adlı şəxs “söyüş söyən kim idi” deyə soruşduqda, Sakit “mən idim” deyə cavab vermişdir. Bundan sonra həyətdə aralarında mübahisə başlanmış, qarşılıqlı dava-dalaş olmuş, dava-dalaş zamanı onu və Sakiti döymüşlər. Zamin və Nuranə onları əllərində olan şişlə, Sübhan isə həyətdən götürdüyü taxta parçası ilə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt, o, evə keçərək Adəmi yuxudan oyatmış və Adəm onların yanına gələrək onları döyən şəxsləri sakitləşdirmişdir. Dava-dalaş təxminən 10-15 dəqiqə dаvаm etmiş, səsə qonşuluqda yaşayan bir-neçə şəxs toplaşmışlar. Adamların toplaşdığını gördükdə onları döyən şəxslər - Sübhan, Zamin və Nuranə gəldikləri maşına əyləşərək çıxıb getmişlər. Hazırda təqsirləndililən şəxlərlə barışmışdır. Onlara qarşı şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 03.05.2021-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evdə olarkən, qonşuluqda yerləşən bibisi Sevincin evinin həyətindən səs-küy gəldiyini eşitmiş, evinin pəncərəsindən baxanda bibisinin evində kirayədə yaşayan şəxslərlə kənar şəxslərin dava-dalaş etdiklərini görüb oraya getmişdir. O, həyətə çatanda həmin şəxslərin Sübhan, Zamin və Nuranə olduğunu, döyülən şəxslərin isə bibisinin evində kirayədə yaşayan Həmid digərinin isə onlara qonaq gələn Sakit olduğunu bilmişdir. Onlardan yalnız Zamini əvvəlcədən, digərlərini isə sonradan tanımışdır. Hadisə həyətdə olmuşdur. O, hadisə yerinə çatanda dalaşanların artıq aralaşdıqlarını, Zamini küçədə maşında olduğunu, Sübhanla Nuranənin isə həyətdə olduğunu, Nuranənin əlində şiş olduğunu və kənara atdığını görmüşdür. Sübhanın əlində taxta parçası görməmişdir. Dava-dalaş, səsküy təxminən 10-15 dəqiqə dаvаm etmiş, səsə ondan başqa qonşuluqda yaşayan bir-neçə şəxs - Nizami, Ceyhun, Rafiq gəlmişdilər. Adamların toplaşdığını gördükdə Sübhan, Zamin və Nuranə gəldikləri maşına əyləşərək çıxıb getmişlər. Bundan sonra, o, bibisinin evində kirayədə yaşayan şəxslərə oradan çıxıb getmələrini demişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 03.05.2021-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı Zərdab rayonu Qoşaoba kəndində yerləşən evində olarkən qonşusu Sevincə məxsus evin həyətindən səs-küy gəldiyini eşidib oraya getmişdir. İki-üç gün idi ki, Sevincin evində kirayəçilər qalırdı. İstər kirayədə qalan şəxsləri, istərsə də oraya gəlib dava-dalaş edən şəxsləri əvvəlcədən tanımamışdır. Dava-dalaş etməyə gələnlərdən bir qadın, digər ikisi kişi olmuşdur. Həmin şəxslərin əlində şiş və taxta parçası, nə də ki, kiminsə xəsarət almasını görməmişdir. Dava-dalaş, səs-küy təxminən 10-15 dəqiqə dаvаm etmiş, səsə ondan başqa qonşuluqda yaşayan bir-neçə şəxs - Aqşin, Ceyhun, Rafiq gəlmişdilər. Adamların toplaşdığını gördükdə həmin şəxslər balaca boylu şəxsin – sonradan adının Zamin olduğunu bildiyi şəxsin idarə etdiyi qırmızı rəngli VAZ-2106 markalı maşına minib çıxıb getmişlər. Bundan sonra, o, Sevincin evində kirayədə yaşayan şəxslərə oradan çıxıb getmələrini demişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 03.05.2021-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı Zərdab rayonu Qoşaoba kəndində yerləşən evinin arxasında özünə məxsus qoyunları otararkən küçədə qırmızı rəngdə olan VAZ-2106 markalı maşının dayandığını və içindən əvvəlcədən tanıdığı Zaminin və tanımadığı biri qadın və bir kişinin düşərək qonşusu Sevincə məxsus evə tərəf getdiklərini görmüşdür. Çox keçməmiş Sevincə məxsus evin həyətindən səs-küy gəldiyini eşidib oraya getmişdir. İki-üç gün idi ki, Sevincin evində kirayəçilər qalırdı. Zamindən başqa istər kirayədə qalan şəxsləri, istərsə də oraya gəlib dava-dalaş edən digər şəxsləri əvvəlcədən tanımamışdır. Dava-dalaş edən şəxslərin əllərində heç nə görməmişdir. Dava-dalaş, səs-küy təxminən 10-15 dəqiqə dаvаm etmiş, səsə ondan başqa qonşuluqda yaşayan bir-neçə şəxs - Aqşin, Ceyhun, Nizami gəlmişdilər. Adamların toplaşdığını gördükdə həmin şəxslər Zaminin idarə etdiyi qırmızı rəngli VAZ-2106 markalı maşına minib çıxıb getmişlər. Bundan sonra Nizami Sevincin evində kirayədə yaşayan şəxslərə oradan çıxıb getmələrini demişdir. Dava-dalaş zamanı səs-küy eşitsə də söyüş eşitməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, 03.05.2021-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı Zərdab rayonu Qoşaoba kəndində yerləşən evinin yaxınlığında özünə məxsus qoyunları otararkən küçədə qırmızı rəngdə olan VAZ-2106 markalı maşının dayandığını və içindən tanımadığı biri qadın və iki kişinin düşərək qonşusu Sevincə məxsus evə tərəf getdiklərini görmüşdür. Çox keçməmiş Sevincə məxsus evin həyətindən səs-küy gəldiyini eşidib oraya getmişdir. İki-üç gün idi ki, Sevincin evində kirayəçilər qalırdı. İstər kirayədə qalan şəxsləri, istərsə də oraya gəlib dava-dalaş edən şəxsləri əvvəlcədən tanımamışdır. Dava-dalaş edən şəxslərin əllərində şiş olmuşdursa da, o, bunu görməmişdir. Dava-dalaş, səs-küy təxminən 10-15 dəqiqə dаvаm etmiş, səsə ondan başqa qonşuluqda yaşayan bir-neçə şəxs - Aqşin, Rafiq, Nizami müəllim gəlmişdilər. Adamların toplaşdığını gördükdə həmin şəxslər qırmızı rəngli VAZ-2106 markalı maşına minib çıxıb getmişlər. Bundan sonra Aqşin Sevincin evində kirayədə yaşayan şəxslərə oradan çıxıb getmələrini demişdir. Dava-dalaş zamanı səs-küy eşitsə də söyüş eşitməmiş, nə də ki, dava-dalaş elə bir narahatçılığa səbəb olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma əmisi, Təqsirləndirilən şəxs2 əmisinin dostudur. Təqsirləndirilən şəxs3 isə əmisinin işlətdiyi kafedə ofisiant işləmişdir. Özünə məxsus qırmızı rəngli, Vaz-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 03.05.2021-ci il tarixdə təxminən 17 radələrində Zamin 10 dəqiqəliyə avtomobilini ondan istədiyi üçün avtomobilini Zaminə vermişdir. Çox keçməmiş Zamin avtomobili ona qaytarmışdır. Zaminin avtomobillə hara getdiyini bilməmişdir. Sonradan eşitmişdir ki, əmisi Sübhan, Zamin və afisant işləyən Nuranə harasa gedib dava-dalaş etmişlər. O, özü bilavasitə hadisəni görməmişdir. Məhkəmə baxışı zаmаnı ifadəsi elan olunan şаhid Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 tanıdığını, onların heç biri ilə özünü arasında heç bir söz-söhbət və narazılıq olmadığını, 03.05.5021-ci il tarixdə saat təxminən 17 radələrində Nuranənin ona zəng edərək 15 manat borc pul istədiyini, Nuranəyə müdirimiz Bakı şəhərindən gəlir, gəlsin pulu alıb sənə verərəm dedidyini, Nuranə Sübhanın işlətdiyi kafedə ofisiant işlədiyini, kafeyə gələcəm dediyini, daha sonra özü, Sakit və Həmid kirayədə yaşadıqları Zərdab rayonu Qoşaoba kəndində yerləşən evə getdiklərini, yuxusu gəldiyi üçün yatdığını, saat təxminən 19:45 radələrində Həmidin gəlib onu yuxudan oyatdığını, uşaqların gəlib onları döydüklərini dediyini, dərhal yuxudan durub həyətə çıxdığını, həyətə çıxan zaman Sübhanın Sakiti yerə yıxıb taxta parçası ilə vurmasını gördüyünü, dərhal onları araladığını, Sübhandan Sakiti nə səbəbə vurmasını soruşduğunu, Sübhanın onun telefonuna zəng etməsini, Sakitin telefona cavab verməsini, telefonda Sakitin söyməsini, bu səbəbdən onu vurmasını dediyini, həmçinin səs-küyə kənardan çoxlu adam gəldiyini, qonşuların yığıldıqlarını, Sübhanı yola saldığını və çıxıb getdiyini, küçəyə çıxan zaman Nuranənin orada olduğunu gördüyünü, küçədə qırmızı rəngli Vaz-2106 markalı nömrəsini bilmədiyi avtomobil olduğunu, sonradan hadisə barədə Sakitdən soruşan zaman Sübhanın onun telefonuna zəng etdiyini, Sakitin telefona cavab verdiyini, Sübhana yatdığını bildirdiyini, Sübhanla telefonda mübahisə edib birbirilərinə söyüş söydüklərini, Nuranə və Zaminin Sakiti vurmasını görmədiyini, hadisədən sonra Sakitin ona Sübhan, Zamin və Nuranənin taxta parçası və şişlə döydüklərini dediyini, hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini, səs-küyə kənardan çoxlu adam gəldiyini, həmin şəxslərin kim olmasını bilmədiyini göstərmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 05.05.2021-ci il tarixli 13 sаylı rəyindən görünür ki, X6 bədənində olan xəsarətlər - sol bazunun aşağı 1/3-nin arxa və sol dirsək oynağı nahiyəsində geniş sahəni əhatə edən yumşaq toxumanın şişkinliyi fonuda dərialtı qansızma ilə müşayiət edilən dərinin epidermis qatının sıyrılmış yarası və sol dirsək oynağı nahiyəsində hərəkətin bir qədər ağrı hissi ilə müşahidə edilməsi küt - bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 03.05.2021-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 05.05.2021-ci il tarixli 12 sаylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər - sol qulaq seyvanının yuxarı əyriliyinin sıyrığı və sağ saidin 1/3-nin ön hissəsində dərinin epidermis qatının sıyrılmış yarası küt - bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti, qərarın tsəviri hissəsində gösətrilən 03.05.2021-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sol bazu oynağının yuxarı 1/3-nin yan səthində yumşaq toxumanın bir qədər şişkinliyi, qançırı və sıyrılmış yarası, sol bazu oynağının arxa səthində geniş sahəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinlikləri, dərialtı qansızmalar fonunda dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu-çiyin oynağında hərəkətlərinin ağrı hissi ilə müşahidə edilməsi, gövdənin arxa səthində hər iki kürəkaltı nahiyənin iç səthlərində, belin sol iç hissəsində ətraflarında yumşaq toxumaların şişkinlikləri və ağrı hissləri ilə müşahidə edilən dərialtı qansızmalar küt - bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti, qərarın təsviri hissəsində göəstərilən 03.05.2021-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 05.05.2021-ci il tarixli 16 sаylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində olan xəsarətlər - sol əlin İİ-İİİ barmaqlarının orta falanqalarının arxa səthlərində sıyrıqlar küt-bər əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 03.05.2021-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan mаddi sübutlаrın məhkəmə-tibbi-kriminalistik ekspertizasının 21.05.2021-ci il tаrixli 237-2021/MTKŞ sаylı rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthinə tikilmiş, yuxarıdan aşağıya doğru 2-ci düymənin öz yerində olmaması aşkar olundu. Bu qopmuş düymənin öz yerində olmaması köynəyə küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. 2. Ekspertizaya təqdim olunmuş köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində 02 ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 05 ədəd və ön səthinin ortasında, yuxarı hissədə 02 ədəd, cəmi 9 ədəd deşilmiş zədələr aşkar olundu. Bu zədələr iti ucu və hər iki kənarı küt olan hər hansı bir deşici xassəyə malik alət və ya əşyanın təsirindən törənmişdir. 3. Zərərçəkmiş şəxs2 məxsus köynək üzərində aşkar olunmuş deşilmiş zədələrin ekspertizaya təqdim edilmiş şiş ilə və ya şişə bənzər predmetlə törənmməsini istisna etmək olmaz. 4. Zərərçəkmiş şəxs2 məxsus köynək üzərində aşkar olunmuş deşilmiş zədələrin ekspertizaya təqdim edilmiş taxta parçasının təsirindən əmələ gəlməsi inkar olunur. Cinayət işində olan maddi sübutların ekspertizasına dair 24.05.2021-ci il tаrixli 330/2021- MTBŞ sаylı rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs1 AB0 sistemi üzrə qan qrupu O (1)-dir. 2. Ekspertizaya təqdim olunmuş 01 ədəd taxta parçası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələr ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə O(İ) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs1 məxsus ola bilər. Cinayət işində olan maddi sübut kimi tanınma haqqında 07.072021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurub xəsarət yetirdikləri 01 ədəd şiş, 01 ədəd taxta parçası və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd köynək iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərdab rayon Polis Şöbəsinin maddi sübutları saxlaması otağına təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi 10.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 1(035)-47/2019 saylı, 19.11.2019cu il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi 10.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə CM-nin 221.3, 69.3, 70-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi 10.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Rusiya Fedarasiyası X-Mansiyski İD Nefteyunqansk şəhər Məhkəməsinin 09.10.2006-cı il tarixli hökmü ilə RF-nın 161-ci maddəsinin 2-ci hissəsinin A və Q bəndi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun Azərbaycan Respublikasında məhkumluğu olmamışdır. Cinayət işində olan Zərdab rayon İcra və Probasiya şöbəsinin 04 saylı, 23.09.2021ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan Zərdab Rayon Məhkəməsinin 1(035)-47/2019 saylı, 19.11.2019-cu il tarixli hökmü 12.12.2019-cu il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, məhkum qeydiyyata götürülmüş və təyin olunmuş sınaq müddəti başa çatdığından 09.06.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlanma müddətinin əvvəli 04.05.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlanma müddətinin əvvəli 23.06.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan şübhəli səxsin tutulması haqqında 05.05.2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 05.05.2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, 06.05.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, müstəntiqin 06.05.2021-ci il tarixli qərarı ilə Zərdab RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan doğum haqqında şəhadətnamələrin surətlərindən, Zərdab rayon İİHB-nın Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun himayəsində 03 nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işində olan Zərdab rayon Hərbi Komissarlığı tərəfindən 16.06.2006-cı il tarixdə verilmiş 052176 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə veteranıdır. Cinayət işində olan Zərdab rayon İİHB-nın Qoşaoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.06.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun himayəsində 01 nəfər azyaşlı uşağı vardır. Cinayət işində olan Zərdab rayon İİHB-nın Bıçaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.06.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 həmin kənddə tək-tənha yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X10 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxslərlə barışmışlar, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur və işin icraatına xitam verilməsini xahiş etmişlər. Cinayət işində olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar zərərçəkmiş şəxslərlə barışmışlar və barələrindən olan işin icraatına xitam verilməsini xahiş etmişlər. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Hazırda öyrənilən işdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlini CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif etmiş və tövsifi belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxslərin qərəzli xuliqanlıq hərəkətləri etmələri istintаq оrqаnı tərəfindən sübut edilməmiş və həmin fаktı təsdiq edəcək hər hаnsı bir mötəbər sübut əldə edilməmişdir. Əksinə məhkəmə iclаsındа dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrindən müəyyən olunur ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu əməl qərəzli xuliqanlıq hərəkətləri deyil, şəxsi münasibətlər zəminində baş vermiş münaqişə nəticəsində şəxsiyyət əleyhinə törədilmiş olan əməldir. Halbuki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 128-ci maddəsi ilə deyil, əksinə CM-in 221.3-cü maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125,144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qərəzli xuliqanlıq cinаyət əməlini törətməkdə təqsirləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Belə ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 03.05.2021-ci il tarixdə saat 18:45 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək Zərdab rayonunun Qoşaoba kəndində Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində həmin evdə qonaq olan Zərdab rayonu Gəlmə kənd sakini Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan ona qəsdən zor tətbiq edib özləri ilə gətirdikləri silah qismində istifadə etdikləri şiş ilə və eləcədə həyətdə olan taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla ona sol qulaq seyvanının yuxarı əyriliyinin sıyrığı və sağ saidin aşağı 1/3-nin ön hissəsində dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu oynağının yuxarı 1/3-nin yan səthində yumşaq toxumanın bir qədər şişkinliyi, qançırı və sıyrılmış yarası, sol bazu oynağının arxa səthində geniş sahəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinlikləri, dərialtı qansızmalar fonunda dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu - çiyin oynağında hərəkətlərin ağrı hissi ilə müşahidə edilməsi, gövdənin arxa səthində hər iki kürək altı nahiyyənin iç səthlərində, belin sol iç hissəsində ətraflarında yumşaq toxumaların şişkinlikləri və ağrı hissləri ilə müşahidə edilən dərialtı qansızmalar ilə nəticələnən dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə insanlar arasında bərqərar olunmuş birgəyaşayış davranış qaydalarını və iştimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 03.05.2021-ci il tarixdə saat 18:45 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək Zərdab rayonunun Qoşaoba kəndində Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində sonuncunu, eləcə də orada qonaq olan Zərdab rayonu Gəlmə kənd sakini Zərərçəkmiş şəxs2 həmin evin həyətində heç bir əsaslı səbəb olmadan onlara qəsdən zor tətbiq edib özləri ilə gətirdikləri silah qismində istifadə etdikləri şiş ilə və eləcə də həyətdə olan taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla Zərərçəkmiş şəxs1 sol bazunun aşağı 1/3-nin arxa və sol dirsək oynağı nahiyəsində geniş sahəni əhatə edən yumşaq toxumanın şişkinliyi fonunda dərialtı qansızma ilə müşaiyət edilən dərinin epidermis qatının sıyrılmış yarası və sol dirsək oynağı nahiyyəsində hərəkətin bir qədər ağrı hissi ilə müşahidə edilməsi ilə nəticələnən dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər, Zərərçəkmiş şəxs2 sol qulaq seyvanının yuxarı əyriliyinin sıyrığı və sağ saidin aşağı 1/3-nin ön hissəsində dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu oynağının yuxarı 1/3-nin yan səthində yumşaq toxumanın bir qədər şişkinliyi, qançırı və sıyrılmış yarası, sol bazu oynağının arxa səthində geniş sahəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinlikləri, dərialtı qansızmalar fonunda dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu – çiyin oynağında hərəkətlərin ağrı hissi ilə müşahidə edilməsi, gövdənin arxa səthində hər iki kürək altı nahiyyənin iç səthlərində, belin sol iç hissəsində ətraflarında yumşaq toxumaların şişkinlikləri və ağrı hissləri ilə müşahidə edilən dərialtı qansızmalar ilə nəticələnən dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə insanlar arasında bərqərar olunmuş birgəyaşayış davranış qaydalarını və iştimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 03.05.2021-ci il tarixdə saat 18:45 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək Zərdab rayonunun Qoşaoba kəndində Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində həmin evdə qonaq olan Zərdab rayonu Gəlmə kənd sakini Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan ona qəsdən zor tətbiq edib özləri ilə gətirdikləri silah qismində istifadə etdikləri şiş ilə və eləcə də həyətdə olan taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla ona sol qulaq seyvanının yuxarı əyriliyinin sıyrığı və sağ saidin aşağı 1/3-nin ön hissəsində dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu oynağının yuxarı 1/3-nin yan səthində yumşaq toxumanın bir qədər şişkinliyi, qançırı və sıyrılmış yarası, sol bazu oynağının arxa səthində geniş sahəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinlikləri, dərialtı qansızmalar fonunda dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu – çiyin oynağında hərəkətlərin ağrı hissi ilə müşahidə edilməsi, gövdənin arxa səthində hər iki kürək altı nahiyyənin iç səthlərində, belin sol iç hissəsində ətraflarında yumşaq toxumaların şişkinlikləri və ağrı hissləri ilə müşahidə edilən dərialtı qansızmalar ilə nəticələnən dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə insanlar arasında bərqərar olunmuş birgəyaşayış davranış qaydalarını və iştimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmişdir. Öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirmədən məlum hüquqi nəticəyə gəlmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X11rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmlıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Ümumilkdə apellyasiya protestinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, protestin dəlilləri əsaslıdır. Belə ki, məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı araşdırılan sübutlardan təqsirləndirilən şəxslərin özlərini cəmiyyətə qarşı qoymaları, cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmələri, özlərini başqalarından üstün tutmaları və bu üstünlüyünü nümayişkarcasına ifadə etmələri kimi hallar müəyyən olunmamış, ümumiyyətlə onların ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqcasına hörmətsizlik ifadə etmək niyyətləri olmamış, onların niyyəti telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 söyən Zərərçəkmiş şəxs2la haqq-hesab çəkmək olmuşdur. Bundan başqa məhkəmə qərarında qeyd edir ki, təqsirləndirilən şəxslərin qərəzli xuliqanlıq hərəkətləri etmələri istintaq orqanı tərəfindən sübut edilməmiş və həmin faktı təsdiq edəcək hər hansı bir mötəbər sübut əldə edilməmiş, əksinə məhkəmə iclasında dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrindən təqsirləndirilən şəxslərin törətmiş olduğu əməl qərəzli xuliqanlıq hərəkətləri deyil, şəxsi münasibətlər zəminində baş vermiş münaqişə nəticəsində şəxsiyyət əleyhinə törədilmiş olan əməldir. Lakin məhkəmənin nəticəyə gəlməsi üçün sadaladığı hallar və gəldiyi nəticənin əksinə olaraq işin materiallarına əsasən ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında birləşərək Qoşaoba kəndində Zərərçəkmiş şəxs1 yaşadığı’fevin həyətində sonuncunu və Zərərçəkmiş şəxs2 evin həyətində heç bir əsaslı səbəb olmadan insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını və ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək onlara qəsdən zor tətbiq edib özləri ilə gətirdikləri silah qismində istifadə etdikləri şiş ilə və həyətdə olan taxta parçası ilə bədənlərinin müxtəlif nahiyyələrinə vurmaqla xəsarət yetirmişlər. Qeyd etmək zəruridir ki, təqsirləndirilən şəxslərin hərəkətlərini konkret zərərçəkmiş şəxslərlə onların arasında olan hər hansı şəxsi münasibətlər şərtləndirmir. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən cinayət əməli qərəzli olaraq törədilmişdir. Bu hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərə qarşı törətdikləri, o cümlədən Zərərçəkmiş şəxs1 qarşı törətdikləri hərəkətlərində açıq-aşkar özünü göstərir. Məhkəmə isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərinə düzgün hüquqi qiymət verməyərək əsassız olaraq onların əməlini CM-nin 128-ci maddəsinə tövsif etmişdir. Belə ki, məhkəmə baxışında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 03.05.2021-ci il tarixdə Həmidlə Adəmin yaşadığı evə qonaq getmiş, yeyib-içmiş, saat 18:30 radələrində Adəmin telefonuna zəng gəlmiş, Adəm yatdığı üçün telefona cavab vermiş, telefonda danışan şəxs Sübhan ilə danışıq zamanı sözləri düz gəlməmiş, Sübhan onu təhqir etmiş, bu zaman qarşılıqlı olaraq bir-birinə söymüşlər. Bir müddət sonra həyətdən çölə çıxarkən küçədə qırmızı rəngli VAZ-2106 markalı avtomobil dayanmış, avtomobildən Sübhan, Zamin və Nuranə düşərək həyətə gəlmiş, Sübhan “söyüş söyən kim idi” deyə soruşduqda, o, “mən idim” deyə cavab vermiş, bundan sonra həyətdə aralarında mübahisə başlamış, dava-dalaş zamanı Zamin və Nuranə onları əllərində olan şişlə, Sübhan həyətdən götürdüyü taxta parçası ilə vuraraq xəsarət yetirmiş, lakin özü də Həmib İbrahimov tərəfindən təqsirləndirilən şəxslərə heç bir xəsarət yetirməmişlər. Dava-dalaş təxminən 10- 15 dəqiqə davam etmiş, səs-küyə qonşuluqda yaşayan şəxslər toplaşmışlar. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 da Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. Göründüyü kimi hadisə zərər çəkmiş şəxslərin təşəbbüsü ilə başlamamış, əksinə Təqsirləndirilən şəxs1 təşəbbüsü ilə başlamış, sonuncu heç bir əsaslı səbəb olmadan digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə, Təqsirləndirilən şəxs2 hadisə yerinə getmək üçün təşkil etdiyi maşın ilə, həmçinin özləri ilə şiş götürüb zərərçəkmiş şəxslərin yaşadığı evə getmiş, maşından düşüb ətrafda olan insanlara məhəl qoymadan həyətə daxil olub üçü birlikdə zərərçəkmiş şəxslərə, o cümlədən digər Zərərçəkmiş şəxs1 onlarla heç bir ədavəti, düşmənçiliyi, şəxsi mübahisəsi olmadığı halda ona hücum edib şiş və taxta parçası ilə vuraraq onlara xəsarət yetirmişlər. Üstəlik Təqsirləndirilən şəxs1 özü də Zərərçəkmiş şəxs2 nalayiq söyüş söydüyü halda bununla hirsi soyumamış, Zərərçəkmiş şəxs2 ona söyüş söyməməli olduğunu hərəkətləri ilə göstərərək şəxsiyyətini onun şəxsiyyətinin fövqündə tutmuşdur. Məhkəmə hökmdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə qiymət verərək bildirmişdir ki, onların özünü cəmiyyətə qarşı qoyması, cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərməsi, özlərini başqalarından üstün tutmaları və bu üstünlüyü nümayişkarcasına ifadə etmələri halları müəyyən edilməmiş, onların niyyəti Zərərçəkmiş şəxs2la haqq-hesab çəkmək olmuş, qərəzli xuliqanlıq hərəkətləri etmələri istintaq orqanı tərəfindən sübut edilməmiş və həmin faktı təsdiq edəcək hər hansı bir mötəbər sübut əldə edilməmişdir. Lakin məhkəmə istintaqında da, ibtidai istintaq zamanı da toplanmış mötəbər sübutlara, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrinə əsasən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı hər hansı bir qeyri-qanuni hərəkətə yol verməmiş, onlara söyməmiş, onlarla mübahisələri olmamış, hadisə zamanı onlara heç bir xəsarət yetirməmişlər. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini başqalarından üstün tutaraq və bu üstünlüyü nümayişkarcasına ifadə edərək heç bir əsaslı səbəb olmadan qərəzli xuliqanlıq hərəkətləri edib zərərçəkmiş şəxslər onlara qarşı heç bir qeyri-qanuni hərəkətlərə yol vermədikləri halda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şiş ilə vuraraq xəsarət yetirmişlər. Məhkəmə isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsləri döyməsinin səbəbini şəxsi münasibətlərdən qaynaqlandığını qeyd etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 19.11.2019-cu il tarixdə Zərdab rayon məhkəməsinin hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay sınaq müddəti ilə 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırki cinayət əməlini islah olmaması ilə yanaşı, sınaq müddəti ərzində törətmişdir. Bu hal Təqsirləndirilən şəxs2 şəxsiyyətini səciyyələndirən hallardan biridir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Yusifovun şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, «xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir». Həmin qərarda göstərilir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisə-03 may 2021-ci il tarixdə, saat 18:45 radələrində Zərdab rayonu Qoşaoba kəndində insanların qonşu kimi sıx yaşadığı yerdə baş vermişdir. Baş vermiş hadisə zamanı səs-küy olmuş, səs-küyə ətrafda yaşayan şəxslər qorxu və narahatçılıq keçirmiş, bu da onların hadisə yerinə gəlmələrinə səbəb olmuşdur. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Qanun normasının dizpozisiyadan görünür ki, əməl yalnız aktiv hərəkətlə törədilə bilər. Əməlin xuliqanlıq olması üçün həmin hərəkət ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən olmalıdır, imperativ tərkib əlamətləri isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsindən ibarət cinayət hüquqi nəticədir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011- ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmiş şəxsə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin icmalında qeyd edilir ki, istinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Həmin icmalda həmçinin qeyd edilib ki, bu o demək deyil ki, xuliqanlıqda ictimai qaydanın pozulması mütləq şəkildə hansısa real nəticələrdə, misal üçün iaşə obyektinin, digər müəssisənin fəaliyyətinin, nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılmasında, başqa cür pozulmasında özünü göstərməlidir. Xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Bu səbəbdən (yəni, əgər təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq motivindən irəli gəlirsə və xaraktercə ictimai qaydanın, hamılıqla qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə edilməsi kimi təzahür edirsə) vacib deyil ki, əməl ictimai yerdə, başqalarının gözü qarşısında törədilsin. Beləliklə, məhkəmə qeyd olunan və bir-birini tamamlayan mötəbər sübutları düzgün qiymətləndirməmiş, eləcə də həmin sübutların rədd edilməsinin motivlərini düzgün göstərmədən doğru olmayan nəticəyə gəlmişdir. Xuliqanlıq cinaytindən bəhs edən CM-in 221.1-ci maddəsinin dispazisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir CM-in 221.3-cü maddəsinin dispazisiyasına görə isə bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda əməl CM-in 221.3-cü maddəsi ilə tövsif edilir. Göründüyü kimi yuxarıda iqtibas edilmiş qanunvericilik normaları birinci instansiya məhkəməsinin gəldiyi yekun qənaəti təkzib edir. Bu baxımdan da, yuxarıda təsvir edilən əməldə xuliqanlıq cinayətinin bütün tövsifedici əlamətlərinin olması iş üzrə dindirilmiş şəxslərin və məhkəmə tibb ekspertizasının rəyi, eləcə də işin faktiki halları ilə sübuta yetirilməsinə baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlini CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edib təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirməkdə haqlı olmamışdır. Çünki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur və həmin (ibtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış) sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. . Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün sübutlar və işin obyektiv halları, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmişin, şahidlərin verdiyi ifadələr, cinayət işi üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmamış, cinayət işi üzrə məhkəmə baxışı olduqca səthi, natamam, birtərəfli, qeyri-obyektiv və qərəzli aparılmış, iş üçün çox mühüm əhəmiyyət kəsb edən bir sıra hallar və faktlar tədqiq edilməmiş və araşdırılmamış, bütün bunlar isə son nəticədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin qanunsuz və əsassız olaraq CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməsinə səbəb olmuşdur. Belə ki, CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. CPM-in 145.1-ci maddəsini əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda şərh olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol vermişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə, qanuni və ədalətli cəza təyin edilməsini əsaslı hesab edir. Digər tərəfdən Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi 10.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Rusiya Fedarasiyası X-Mansiyski İD Nefteyunqansk şəhər Məhkəməsinin 09.10.2006-cı il tarixli hökmü ilə RF-nın 161-ci maddəsinin 2-ci hissəsinin A və Q bəndi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun Azərbaycan Respublikasında məhkumluğu olmamışdır. Cinayət işində olan Zərdab rayon İcra və Probasiya şöbəsinin 04 saylı, 23.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan Zərdab Rayon Məhkəməsinin 1(035)-47/2019 saylı, 19.11.2019-cu il tarixli hökmü 12.12.2019-cu il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, məhkum qeydiyyata götürülmüş və təyin olunmuş sınaq müddəti başa çatdığından 09.06.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 əvvəllər də cinayət törətmiş, buna baxmayaraq islah olmamış və yenidən qəsdən cinayət törətmişdir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə cinayətə görə müəyyən edilmiş cəzadan da daha yüngül cəza təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Belə olan halda isə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 bаrəsində CM-in 70ci mаddəsini tətbiq etməklə onа təyin olunmuş cəzаnın şərti hesаb edilməsini əsaslı hesab edir. Belə ki, CM-in 70.1-ci mаddəsinin tələbindən görünür ki, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Göründüyü kimi qаnunverici şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olаrаq məhkumun cəzа çəkmədən islаh olunmаsının mümkün sаyılmаsını müəyyən etmişdir. Azərbаycаn Respublikаsının Cəzаlаrın İcrаsı Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən məhkumlаrın islаh edilməsi – onlаrdа qаnunа itаətin yаrаnmаsı, insаnа, cəmiyyətə, əməyə, birgəyаşаyış qаydа və ənənələrinə hörmət və ehtirаmın formаlаşdırılmаsıdır. Bu baxımdan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 bаrəsində seçilmiş cəzа tədbirinin çəkilməsi məsələsinə gələrkən cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan əlavə təqsirləndirilən şəxsin əməlində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusu məhkəmə kollegiyasına imkan verir ki, Təqsirləndirilən şəxs3 cəza çəkmədən islah olunma imkanlarının tükənmədiyi qənaətinə gəlsin. Çünki, təqsirləndirilən şəxsin əməlində yuxarıda sadalanan yüngülləşdirici halların olması, şəxsiyyəti, ailəsinin həyat şəraiti bunu deməyə əsas verir. Digər tərəfdən CM-in cəzanın anlayışı və məqsədindən bəhs edən 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs3 barəsində CM-in 70-ci mаddəsinin tətbiq edilməsi eyni zаmаndа BMT-nin həbs edilmə ilə bаğlı olmаyаn tədbirlərə dаir stаndаrt minimаl qаydаlаrın (Tokio qаydаlаrı) 1.2-ci mаddəsinə uyğun olаrаq ədаlət mühаkiməsinin həyаtа keçirilməsində, xüsusən məhkumlа dаvrаnmаdа ictimаiyyətin dаhа fəаl iştirаk etməsini təmin etmək, hаbelə məhkumdа cəmiyyət qаrşısındа məsuliyyət hissini inkişаf etdirməyə yаrdım göstərmək məqsədini dаşıyır. Məhkəmə Kollegiyаsı onu dа qeyd edir ki, şərti məhkumetmə zаmаnı məhkum cinаyət məsuliyyətindən аzаd olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəzа icrа olunmаsа dа təyin olunаn cəzа qаnunlа müəyyən olunmuş xüsusi formаdа şərti həyаtа keçirilir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndlərini tətbiq edilməklə, təyin edilmiş cəzanın 06 (altı) ay azaldılmasını mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 4-cü bəndinə əsasən Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 9.2.3-cü bəndinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin Qərarın 30-cu bəndinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(035)-42/2021 nömrəli qərarı ləğv edilməli, Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs2 23 iyun 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla hazırki hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 Zərdab Rayon Məhkəməsinin 1(035)-47/2019 saylı, 19.11.2019-cu il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilməli, Təqsirləndirilən şəxs2 Zərdab Rayon Məhkəməsinin 1(035)- 47/2019 saylı, 19.11.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 68.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs1 04 may 2021ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 21 gün müddət CMin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla hazırki hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs3 hazırki hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il sınаq müddəti ilə şərti hesаb edilməli, CM-in 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs3 üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, öz dаvrаnışı ilə islаh olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Hökm etdi: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(035)-42/2021 nömrəli qərarı ləğv edilsin. Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 23 iyun 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla hazırki hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Zərdab Rayon Məhkəməsinin 1(035)-47/2019 saylı, 19.11.2019-cu il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilsin. Təqsirləndirilən şəxs2 Zərdab Rayon Məhkəməsinin 1(035)-47/2019 saylı, 19.11.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 68.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bugündən, yəni 08 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 04 may 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 21 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla hazırki hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bugündən, yəni 08 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs3 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 hazırki hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il sınаq müddəti ilə şərti hesаb edilsin. CM-in 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs3 üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, öz dаvrаnışı ilə islаh olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs3 dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Zərdab rayonu İcra və probasiya Şöbəsinə həvаlə edilsin. Təqsirləndirilən şəxs3 tətbiq olunan sınaq müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən (bu gündən) hesablansın. iş üzrə maddi sübut olan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd şiş və 01 ədəd taxta parçası məhv edilsin və 01 ədəd köynək sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-78/2022
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-78/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver