Məhkəmə qərarları › İş №1(107)-79/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-79/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-79/2022 09.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X2, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X11 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 234.1-ci maddələri ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 1(063)-58/2021 nömrəli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 04 noyabr 2021-ci il tarixli 1(063)- 58/2021 nömrəli hökmü ilə, xx xxxxxxxx 1987-ci ildə Ağdaş rayonu, Ağcayazı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olan və Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 86/34də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni 08 iyul 2021-ci il tarixdən hesab edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi, onun narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,992 qram çəkidə narkotik vasitə-heroin, təmiz çəkisi 0,574 qram çəkidə psixotrop maddə-metamfetamin və təmiz çəkisi 389,40 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməsi, Təqsirləndirilən şəxs 107 (bir yüz yeddi) manat 91 (doxsan bir) qəpik məbləğində məhkəmə məsrəfinin (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, hökmün maddi sübutun məhv edilməsi ilə bağlı hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə və məhkəmə məsrəflərinin (ekspertiza xərclərinin) tutulması ilə bağlı hissədə icrası Ağdaş rayon icra və probasiya şöbəsinə tapşırılması, ibtidai istintaqda və məhkəmədə göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının axırlarında Ağdaş şəhəri, H.Əliyev parkından yerdən tapdığı 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,042 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,624 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlayaraq üzərində daşımış və həmin narkotik vasitələr 04 may 2021-ci il tarixdə, saat 17:31 radələrində ünvan 1 ünvanda yerləşən Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə, o, 06 may 2021-ci il tarixdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında “COVİD-19“ virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin 07 may 2021-ci il tarixdə “pozitiv“ çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq o, ev şəraitində müalicə aldığı dövrdə, müalicə müddəti bitməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava damcı yolu ilə keçən yolxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydaları“nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il 161 nömrəli Qərarının 4.5.5 və 4-1.2-ci bəndlərinin tələblərini pozaraq 16 may 2021-ci il tarixdə, saat 20:15-də yaşadığı ünvan 3 ünvanında yerləşən evini qəsdən tərk edib piyada küçəyə çıxımış və bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq “COVİD-19” xəstəliynin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 20:15-də Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kənd ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Bundan əlavə, o, 08 iyul 2021-ci il tarixdə, saat 20 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən körpünün altından tapdığı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qara rəngli sellofan bağlamadakı 389,45 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixunanı əldə edib saxlamış və əynindəki qara rəngli şalvarın kəmərinin altında daşımış, 08 iyul 2021-ci il tarixdə, saat 20 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılandan sonra rayon polis şöbəsinə dəvət edilərək üzərində keçirilən şəxsi axtarış zaman əynindəki qara rəngli şalvarın kəmərinin altından bir ədəd qara rəngli sellofan bağlamada, ümumi təmiz çəkisi 389,45 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 139-1.1 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Ucar Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ucar Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmünün cinayət qanunvericiliyinin müddalarına uyğun olaraq təqsirli bilindiyi maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə daha ağır cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmünün cəzaya aidd hissədə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X18 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Ucar Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə 2020-ci ilin mart ayında cəzaçəkmə müəssisəsindən cəzasının sonu ilə azad olunmuşdur. 04 may 2021-ci il tarixdə, təxminən saat 17:50 radələrində Ağdaş şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirmişlər və onu Ağdaş Rayon Polis Şöbəsinə dəvət etmişlər. Ağdaş Rayon Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Ağdaş Rayon Polis Şöbəsinin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ cibindən 02 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümlər açılan zaman birinin içərisindən ağ rəngli, kristal və toz hallında maddə aşkar olunmuş, digərinin içərisindən isə qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edilmişdir. O, həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Bundan sonra aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 0,73 qram və 1,11 qram olmuşdur. Sonra həmin sellofan bükümlər zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuş, o və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etmişlər. Üzərindən aşkar edilmiş iki ədəd sellofan bükümlərdə olan heroini və metamfetamini Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılandan təxminən 1 həftə əvvəl, saat 10 radələrində Ağdaş şəhərində yerləşən H.Əliyev parkının yaxınlığında tək piyada gedərəkən yerdən tapmışdır. Həmin maddələrin narkotik vasitə olan heroin və metamfetamin olmasını bilmişdir. Tapdığı həmin bükümləri öz istifadəsi üçün üzərində saxlamış, lakin tapdığı narkotik vasitələri 04 may 2021-ci il tarixdə, təxminən saat 17:50 radələrində polislər tərəfindən saxlanılanadək istifadə edə bilməmişdir. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, ancaq narkotik istifadəçisi olmuşdur. Bundan başqa, 06 may 2021-ci il tarixdə o, koronovirusa yoluxmağı barədə test vermiş, 07 may 2021-ci il tarixdə xəstəxanadan ona “COVİD-19” xəstəsi olduğunu və testinin nəticəsinin pozitiv çıxdığını, 14 gün müddətində evi tərk etməməsini, əks halda karantin qaydalarını pozmuş sayıldığını və buna görə ona inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyini bildirmişlər. Özündə ciddi bir narahatçılıq hiss etmədiyinə görə 16 may 2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı evdən çıxaraq Ağdaş rayon mərkəzi xəstəxanasına tərəf hərəkət etmişdir. O, prospekt ilə hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin vaxt polislər ona koronovirus xəstəsi olduğunu bildirmişlər, o, isə polis əməkdaşlarına özünü narahat hiss etdiyini və bu səbəbdən bayıra çıxaraq xəstəxanaya getdiyini demişdir. Həmin vaxt polis əməkdaşları onun video görüntüsünü çəkmişlər və ona evdən çıxmağının cinayət məsuliyyəti olunması barədə izahat vermişlər və evdən bir daha çıxmamağını tapşırmışlar. Ona xəstəxanada iltizam sənədinə qol çəkdirmişlər və ona “COVİD-19” xəstəliyi ilə bağlı verdiyi testin nəticəsinin pozitiv çıxması barədə Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Nüşabə adlı həkim məlumat vermiş və onu təlimatlandırmışdır. 08 iyul 2021-ci il tarixdə öz şəxsi işi ilə əlaqədar Ucar rayonuna gəlmişdir. Həmin gün saat 20 radələrində Ucar rayonu, Alpout kəndi ərazisindən keçən çöl yol deyilən, Ucar–Göyçay yolunda dayanıb Göyçay rayonuna getmək istəmişdir. Həmin yerin yaxınlığında olan körpünün altına tualet məqsədilə getmiş, körpünün altında şəffaf rəngli yapışdırıcı lentlə bağlanmış bir ədəd qara rəngli bağlamanın olmasını görmüşdür. Həmin bağlamanı oradan götürmüş, açıb baxmış, içərisində yaşımtıl rəngli narkotk vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. Öz istifadəsi üçün həmin bağlamanı əynindəki qara rəngli şalvarın kəmərinin altına keçirmiş və körpünü altından çıxıb piyada olaraq Göyçay rayonu istiqamətinə hərəkət etməyə başlamışdır. Bir neçə dəqiqə sonra həmin yolda 4 nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz daşınmasında, saxalanmasında, istifadəsində şübhəli olduğunu bildirmişlər. Üzərində narkotik vasitə olub-olmadığını soruşduqda o, üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları onu Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, ona Ucar rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuş, o, həmin siyahıdan özünə hüquqlarının müdafiəsi üçün fərdi qaydada fəaliyyat göstərən vəkil Müdafiəçi seçmişdir. Az müddətdən sonra həmin vəkillə təmin olunmuş, daha sonra Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə polis əməkdaşları üzərində axtarış keçirmişlər. Şəxsi axtarış zamanı videoçəkliş aparılmışdır. Axtarış keçirilməzdən əvvəl bir daha ona hüquq və vəzifələri izah olunmuş, ardınca isə ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə onu təqdim etməyi təkilf olunmuşdur. O, bundan sonra üzərində olan bir ədəd sellofan torbada olan narkotik vasitəni-qurudulmuş marixuananı iştirakçılara təqdim etmişdir. Həmin narkotik tərəzidə çəkilmiş və çəkisinin 460 qram olması aşkar edilmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi kütlənin nə olduğunu və onu haradan əldə etməsini soruşduqda o, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin marixuananın tutulmamışdan əvvəl Ucar rayonu çöl yol adlanan adlanan ərazidə körpünün altından tapdığını və istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparsalar da üzərindən qeyd etdiyi sellofan torbadan başqa hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Bunun ardından isə üzərindən aşkar edilmiş narkotik vasitə müvafiq qaydada qablaşdırılmış, polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra isə şəxsi axtarış barəsində tərtib edilmiş protokol bütün iştirakçılar və özü tərəfindən imzalanmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsinə gətirilərkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, o, törətdiyi cinayəti səmimi olaraq etiraf etmiş, üzərində saxldığı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədən yaşayış yerindən normal xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq ona cinayətləri nəzərə alınmadan təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağdaş rayonu, Ağcayazı kənd sakini Təqsirləndirilən şəxs оğlunu əvvəllər tаnımаmış, onun Təqsirləndirilən şəxs özü və yа digər аilə üzvləri ilə heç bir ədаvəti, düşmənçiliyi, qərəzli münаsibəti və yа qоhumluq əlаqəsi olmamışdır. 08 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə etməsi, saxlaması, daşıması və istehlak etməsi bаrədə qərəzsiz mənbədən məlumаt daxil olmuşdur. Dаxil оlmuş məlumаt barədə şöbə rəhbərliyinə məruzə оlunduqdan sonra həmin məlumаtın yоxlаnılmаsı üçün tərəfindən müvаfiq sənədləşmələr аpаrılmış və şöbə rəhbərliyi tərəfindən əməliyyаt-аxtаrış tədbirlərinin keçirilməsi bаrədə qərаr qəbul edilmişdir. Qəbul edilmiş qərаr əsаsındа, eləcə də şöbə rəhbərliyinin göstərişi ilə o, Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi X13, CAB-ın əməliyyat müvəkkili Şahid2, polis nəfərləri X3 və Şahid3 ibarət əməliyyat qrupu yardadılmışdır. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün, saat 20 radələrində Ucar rayonu, Alpout kəndi ərazisindən keçən Ucar-Göyçay yolunun kənarı ilə piyada gedərkən tərəflərindən saxlanmış və ona əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar barədə bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmadığı soruşulduqda üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Ucar Rayon Polis Şöbəsinə gəlmişdir. Ucar Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmişdir. Sonra şöbənin növbətçi hissəsində üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri bir daha izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət predmeti olan alət, vasitə saxlayırsa özü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol köynəyin ətəyini qaldırıb, əynindəki qara rəngli şalvarın kəmərinin altında saxladığı bir ədəd qara rəngli sellofan bağlamanı təqdim edərək həmin bağlamadakı narkotik vasitə olan qurudulmuş marixuna olduğunu və həmin narkotik vasitənin özünə məxsus olduğunu, 08 iyul 2021-ci il tarixdə, saat 20 radələrində Göyçay rayonuna gedən zaman Ucar rayonu ərazisindəki körpünün altından həmin qara rəngli sellofan bağlamada tapdığını, bağlamanı götürüb açdıqda qurudulmuş marixuana olmasını gördüyünü, əvvəllər istifadə etdiyi üçün qurudulmuş marixuana olmasını tanıdığını və götürüb üzərində saxladığın demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli sellofan bağlama açılmış və bağlamının içərisində yaşımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə bitkisinə məxsus olan spesifik qoxuya malik bitki mənşəli qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Sonra həmin qara rəngli sellofan bağlamda olan narkotik vasitə olan qurudulmuş marixinaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlə sellofan bağlama ilə birlikdə 460 qram olması məlum olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş bir ədəd qara rəngli sellofan bağlamada olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi şöbənin 71 nömrəli möhürü ilə möhürlənmiş və müvafiq qaydada götürüldükdən sonra Təqsirləndirilən şəxs üzərində başqa narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuş, lakin Təqsirləndirilən şəxs üzərində başqa narkotik vasitə saxlamadığını demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən bir ədəd mavi rəngli “Prima” siqaret qutusu, bir ədəd ağ rəngli “Classik” siqaret qutusu, bir ədəd kibrti qutusu və bir ədəd bir manatlıq pul əskinası, 3 ədəd 20 qəpiklik sikkələr olması aşkar edilmişdir. Siqaret qutuları və kibrit qutusu açılaraq baxış keçirilmişdir. Həmin siqaret qutularında və kibrit qutusunda cinayət ptedmeti sayıla bilən, narkotik vasitə və ya digər əşya əşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mavi rəngli “Prima” markalı siqaret qutusu, bir ədəd ağ rəngli “Classik” markalı siqaret qutusu, bir ədəd kibrit qutusu, bir ədəd bir manatlıq pul əskinası və 3 ədəd 20 qəpiklik sikkələr Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı “Panasonic” videoaparatdan istifadə etməklə vidoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş və protokolu imzaları ilə təsdiq etmişdir. Protokol tərtib edilərəkən iştirakçılardan heç bir şikayət və tələb daxil olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi üçün heç bir fiziki və psixi təzyiq edilməmişdir. O, özü törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifаdə verərək şahid qismində dindirilmiş Şahid1 göstərdiyi xüsusаtlаrı bir dаhа təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 və Şahid5 ibtidai istintaqda verdikləri və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadələrindən görünür ki, onlar şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotok vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 04 may 2021-ci il tarixdə NMQ-nin əməliyyat müvəkkili Fərman Məmmədli tərəfindən raportla rayon polis şöbəsinin rəhbərliyinə məruzə olunmuş və müvafiq sənədləşmələr aparılmışdır. Həmin gün, saat 10 radələrində Fərman Məmmədli ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, mərkəzi bazarının yaxınlığında piyada hərəkətdə olduğunu görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirmişlər. Həmçinin onu Ağdaş Rayon Polis Şöbəsinə dəvət edərək polis şöbəsinin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Xəzərin üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Xəzərin əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd sellofan büküm aşkar olunmuşdur. Daha sonra üzərindən aşkar edilmiş 02 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli toz və kristal şəklində narkotik vasitəyə oxşar maddə aşkar olunmuşdur. Həmin 02 ədəd sellofan büküm elektron tərəzidə çəkilmuş, çəkisi 0,73 qram və 1,11 qram olmuşdur. Sonra həmin maddə zərfdə qablaşdırlaraq, üzərində DİN-in 111 nömrəli möhürü vurulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmış, protokol tərtib olunmuş və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışıda iştirak edən hər bir şəxs protokollara imza etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, şahid Pünhan Yusibovun ifadəsinə oxşar ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının TTYB-nin müdiri vəzifəsində işləyir. Pandemiya ilə əlaqədar vətəndaşlardan “COVİD-19” test nümunələrinin götürülməsi onlara həvalə edilmişdir. Bununla əlaqədar onlara müraciət edən vətəndaşlardan test nümunəsi götürərək nəticəsinin müəyyən edilməsi üçün müvafiq laboratoriyaya göndərmişlər. Həmçinin vətəndaşlar test verən zaman onların ünvanını və əlaqə nömrəsini qeyd etmişlər və testin nəticələri çıxdığı zaman onlarla əlaqə saxlayıb lazımi məlumat vermişlər. Onları ilkin olraq təlimatlandırmışlar, daha sonra evdə müalicə alan xəstələrin müayinəsi və onların səhhətinin diqqət mərkəzində saxlanılması üçün həmin şəxsin adını və ünvanını Ailə Sağlamlıq Mərkəzinə (ASM) və həmin şəxslərin karantin rejimi qaydalarını pozmasının nəzarət edilməsi üçün Ağdaş Rayon Polis Şöbəsinə göndərmişlər. Bundan əlavə, testin nəticələri pozitiv çıxmış şəxslərin evlərinin dezinfeksiya edilməsi üçün GEM-ə də məlumat verilmişdir. 06 may 2021-ci il tarixdə Ağdaş rayonu, Ağcayazı kənd sakini Təqsirləndirilən şəxs “COVİD-19” pandemiyasının yoxlanılması ilə bağlı test verməyə gəlmiş və özünü narahat hiss etdiyini bildirmşdir. Onlar da Təqsirləndirilən şəxs test nümunəsi götürmüşlər. Bundan sonra götürülmüş testin nəticələrini labortoriyaya göndərmişlər. Səhəri gün, yəni 07 may 2021-ci il tarixdə laboratoriyadan testin nəticələri gəlmiş və nəticələrə əsasaən Təqsirləndirilən şəxs “COVİD-19” virus infeksiyası olduğu aşkar edilmişdir. 07 may 2021-ci il tarixdə o, özü Təqsirləndirilən şəxs testin nəticəsi barədə yazılı sənəd imza etdirmiş və testin nəticəsinin pozitiv olduğunu 14 gün ərzində yaşayış yerini tərk etməməyi, müalicəsi ilə bağlı ASM tərəfindən onunla əlaqə saxlanacağını bildirmişdir. Həmçinin Xəzərə izah etmişdir ki, evdə müalicə aldığı təqdirdə yaşadığı yeri tərk etməsin, əks halda cinayət və ya inzibati məsuliyyət daşıyacaqdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Ağdaş Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirilmişdir. Bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri pozitiv çıxan şəxslər barədə rayon polis şöbəsinə siyahı üzrə məlumat verilmiş və həmin siyahı müvafiq olaraq əməkdaşlara verilmişdir. Bundan sonra əməkdaşlar tərəfindən həmin siyahı üzrə “COVİD- 19” testinin təticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edib-etməmələri tərəflərindən yoxlanılmışdır. 16 may 2021-ci il tarixdə, saat 20:15 radələrində Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Cavid Cəfərov və polis nəfəri Səməd Mustafayevlə birlikdə reyd keçirərkən Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 2/86, mənzil 34-də yaşayan 07 may 2021-ci il tarixdə verdiyi “COVİD-19” testinin nəticələri pozitiv çıxmış Təqsirləndirilən şəxs yaşadığı yeri tərk etməsini müəyyən etmişlər və onunla əlaqə saxladıqdan sonra yaşadığı küçədən bir qədər aralı, Ağdaş şəhəri, H.Əliyev prospektində olmasını müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs videogörüntüsü çəkilmiş və Təqsirləndirilən şəxs yaşadığı küçəyə darıxıdığı üçün getdiyini və bu səbəblə də yaşayış yerini tərk etdiyini bildirmişdir Təqsirləndirilən şəxslə bir daha xəbərdarlıq edildikdən sonra evlərinə yola salınmışdır. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilmiş X6 eyni məzmunlu ifаdə verərək şahid qismində dindirilmiş Səbuhi Cəfərovun göstərdiyi xüsusаtlаrı bir dаhа təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, şahid Səbuhi Cəfərovun ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 09 iyul 2021-ci il tаrixli, 17/498 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət.Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə bənzər yaşıl kütlə....” sözləri yazılmış qara rəngli sellofan tarobanın içərisindəki, təmiz çəkisi-389,45 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunadır. Cinayət işində olan materialların məhkəmə ekspertizasının 05 may 2021-ci il tаrixli, 17/322 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...02 ədəd sellofan büküm.....” sözləri yazılmış zərfin içərisindəki-01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-1,042 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, digər 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0,624 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 1036 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X21 direktorunun 02 iyun 2021-ci il tarixli, 744 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2021ci il tarixdə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X22 “COVİD 19” infeksiyasına görə analiz vermiş, 05 may 2021-ci il tarixdə nəticə pozitiv olmuşdur. 06 may 2021-ci il tarixdə xəstə Ağdaş Rayon Mərkəzi X10 X26 Yardım briqadası tərəfindən stasionar müalicə üçün xəstəxanaya gətirilmişdir. Aparılmış müayinə və müalicələrdən sonra 07 may 2021-ci il tarixdə təcili tibbi yardım briqadası tərəfindən evə aparılmış və “14 gün evdə fərdi təcrid” şəraitində müşahidəyə götürülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1 və 234.1-ci maddələrində sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mtənasib olmamaışdır. Belə ki, Cinayət Məcəlləsinin 18.2.1 -ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aiddir və CM-in 83.3.3-cü maddəsinə əsasən onun əvvəlki cinayətlərinə görə məhkumluğu ödənilməmişdir. Belə ki, cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli hökmü ilə 1 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına mənKum edilmiş və Xəzər ravon məhkəməsinin 11 may 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 05 ay 14 gün vaxürıdan' əvvSr'ŞBrti azad edilmişdir. Ağdaş rayon məhkəməsinin 23 oktyabr 2018-çi il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.T, 67.1-ci maddələri ilə təqsirli bilinib, şərti azad etmə ləğv edilməklə üzərində qəti olaraq 1 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 31 mart 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hər iki cinayət əməli üzrə məhkumluq müddəti 31 mart 2020-ci il tarixdən başlamış və hazırkı cinayət əməlini törədərkən hər iki cinayət əməli üzrə məhkumluğu ödənilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs yenidən qəsdən hazırki iş üzrə ittiham olunduğu cinayət əməllərini törətməsi onun əməlində cinayətlərin təhlükəli residivini yaratmışdır. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ittiham olunduğu Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamaqla cəza təyin olunmalı olduğu halda məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs sadə residivə görə cəza təyin edilməli olduğunu qeyd edərək ona CM-nin 139-1.1-ci maddəsi ilə sadə residivə görə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə qanunun normasını pozmuşdur. Bundan başqa, təyin edilmiş cəza Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ağırlığına və məhkumun şəxsiyyətinə adekvat olmamışdır. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona cinayətlərin məcmusu üzrə cəmi 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya protesti üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139- 1.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 405.1 və 405.1.4-cü maddələrinə müvafiq olaraq, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1 və 234.1-ci maddələri ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 1(063)-58/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırda təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar