Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-8/2020 27.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X7, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs5 müdafiəçisi X1, Təqsirləndirilən şəxs4 müdafiəçisi X28, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(037)-53/2019 saylı hökmündən zərərçəkmiş “xxxx” ASC-nin qanuni təmsilçisi X39 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi X25 tərəfindən verilmiş apelyasiya şikayətlərinəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (sədrlik edən hakim R.Şirinov) xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə, xx xxx 1994-cü ildə Göyçay rayonu Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olan, barəsində “xxxx” qətimkan tədbiri seçilmiş, X6 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanması, bаrəsində seçilmiş “xxxx” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, xx xxxxxx 1993-cü il tarixdə Göyçay rayonu Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olan, barəsində “xxxx” qətimkan tədbiri seçilmiş, X6 saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanması, bаrəsində seçilmiş “xxxx” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, xx xxxxxx 1997-ci ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək xxxxdə və xx xxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay müddət CM-in 69.3-cü maddəsinə əsasən xxxxdə və ev dustaqlığında saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 14 (on dörd) ay müddət ona təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə- İsmayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, həmin müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin həyata keçirməsi, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, xx xxxx 1988-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri M.P.Vaqif küçəsi dalan 8, ev 1-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək xxxxdə saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən xxxxdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs4 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə - Göyçay rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-a dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazisini tərk etməmək, həmin müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs4 cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, xx.xx.1993-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri Natavan küçəsi ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, xx xxx 2019-cu il tarixdə xxxxdə saxlanıldığı 01 (bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən xxxxdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə - Bakı şəhəri ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-a dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, həmin müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin həyata keçirməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, iş üzrə maddi sübutlar İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan X13 nümünə qismində təqdim etdiyi 3 (üç) ədəd vintil, Şahid1 təqdim etdiyi 2 (iki) ədəd “ALARKO”, bir ədəd “LOHER” və bir “mühərrik Bostok” markalı mühərriklər, X40 təqdim etdiyi 1 (bir) ədəd mühərrik nasos, X14 təqdim etdiyi 3.15 sm uzunluğunda 100 mm diametrində 1 (bir) ədəd, 2.10 sm uzuluğunda 90 mm diametrində 1 (bir) ədəd, 1.67 sm uzunluğunda 90 mm diametrində 1 (bir) ədəd, 2.50 sm uzunluğunda 90 mm diametrində 1 (bir) ədəd, 1.97 sm uzunluğunda 50 mm diametrində 1 (bir) ədəd, 1.29 sm uzunluğunda 75 mm daimetrində 1 (bir) ədəd, 0.87 sm uznluğunda 90 mm diametrində 1 (bir) ədəd, 0.75 sm uzunluğunda 50 mm diametrində 1 (bir) ədəd, hər iki yan tərəfinə 0.20 sm uzunluğunda 40 mm diamterində qaynaq vasitəsilə bərkidilmiş boruları olan 1.36 sm uzunluğunda, 50 mm diametrində 2 (iki) ədəd, 25 sm uzunluğunda 50 mm diametrində “S” formasında olan və hər iki baş hissəsinə fləns qaynaqlanmış 1 (bir) ədəd, 63 sm uzunluğunda, 60 mm diametrində olan boruya yan tərəfindən qaynaqla bərkidilmiş 2 (iki) ədəd olmaqla 1 (bir) ədədi 140 sm uzunluğunda və üzərində vintil bərkidillmiş 50 mm diamterində, digəri isə 98 sm uzunluğunda olan uc hissəsi rezbalı 50 mm diamterində nerj materialdan olan borular və 1 (bir) ədəd 120 mm diametrində göy rəngli vintil hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılması, İş üzrə 200 (iki yüz) manat 06 (altı) qəpik ekspertiza xərcinin hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5Nikolayoğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs X29 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən binaya, anbara və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən binaya, anbara və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurlamağa cəhd etmişdir. Ona elan olunmuş ittihama görə 2018-ci ilin aprel ayının dəqiq tarixi məlum olmayan günündə özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla talamaq məqsədi ilə nəzarətçi işlədiyi İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən “xxxx” ASCdən bir ədəd mühərrikli su nasosunu oğurlamaqda ona köməklik etməsini həmkəndlisi Təqsirləndirilən şəxs2 təklif etmiş, Təqsirləndirilən şəxs2 razılaşaraq həmin gün saat 23:00 radələrində özünə məxsus “VAZ 2107” markalı 90- XG-175 dövlət qeydiyyat nişanlı avtomobili ilə onun əvvəlcədən çöl tərəfdən “xxxx” sözü yazaraq işarə etdiyi “xxxx” ASCnin yan hasarının yaxınlığına gəlmiş, o, oğurladığı bir ədəd 300 (üç yüz) manat dəyərində istifadə olunmuş mühərrikli su nasosunu gizli olaraq talayıb ASC-nin hasarından çöl tərəfə atmış, Təqsirləndirilən şəxs2 isə həmin mühərrikli su nasosunu avtomobilinin yük yerinə qoyaraq həmin cinayətin törədilməsinə qoşulmuş, sonra Göyçay rayonunun Qarayazı kəndinə getmiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladığı mühərrikli su nasosunu X46 70 manata sataraq “xxxx” ASC-yə 300 (üç yüz) manat dəyərində ziyan vurmuşdur. Bundan başqa 2018-ci ilin aprel ayının dəqiq tarixi məlum olmayan günündə, birinci oğurluq əməlindən üç gün sonra təkrarən oğurluq, yəni “xxxx” ASC-nin anbarına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2la qabaqcadan danışıb razılaşaraq bir qrup şəxs halında birləşərək saat 01:00 radələrində özü işdə olduğu zaman Təqsirləndirilən şəxs2 ASC-nin yan hasarının yaxınlığına çağırmış, Səfa avtomobilini orada saxlayaraq ASC-nin hasarının “xxxx” sözü yazılmış hissəsindən qanunsuz olaraq oranın həyətinə daxil olmuş, Təqsirləndirilən şəxs2 oğurluq edəcəkləri ASC-nin anbarını göstərmiş, sonuncu anbarın qapısının sağ tərəfində yerləşən plastik pəncərədən içəri daxil olaraq oradan hər birinin qiyməti 600 manat olan iki ədəd istifadə olunmuş 7.5 kv-luq mühərrikli su nasosunu, qiyməti 120 manat olan bir ədəd təzə vəziyyətdə “Loher” markalı 0.55 kv-luq mühərriki, qiyməti 500 manat olan bir ədəd təzə vəziyyətdə “Alarko” markalı 4 kv-luq mühərriki, qiyməti 150 manat olan bir ədəd təzə vəziyyətdə “Alarko” markalı 1.1 kv-luq mühərriki, qiyməti 300 manat olan bir ədəd istifadə olunmuş “Boctok” markalı mühərriki pəncərədən çölə çıxarıb ona vermiş, birlikdə oğurladıqları əmlakı ASC-nin hasarının Təqsirləndirilən şəxs2 keçdiyi yerindən hasarın üzərindən çöl tərəfə keçirmiş, daha sonra oğurladıqları əmlakı Səfanın avtomobilin yük yerinə yığaraq Göyçay rayonunun Qarayazı kəndinə getmiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqları mühərrikləri Şahid1 180 (bir yüz səksən) manata sataraq “xxxx” ASCyə ümumilikdə 2270 (iki min iki yüz yetmiş) manat dəyərində ziyan vurmuşdur. Bundan başqa 2018-ci ilin may ayının əvvəllərində dəqiq tarixi məlum olmayan gündə, təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan danışıb razılaşaraq bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs2 məxsus avtomobillə saat 01:00 radələrində ASC-nin hasarının yaxınlığına gəlmiş, avtomobili ASC-nin yaxınlığında saxladıqdan sonra onlar ASC-nin hasarının üzərindən keçib qanunsuz olaraq ASC-nin həyətinə daxil olmuş, sonra isə anbarın plastik pəncərəsini içəri itələyib açaraq həmin anbara daxil olmuş, orada qutularda qablaşdırılmış vəziyyətdə olan hər birinin dəyəri 1 manat 80 qəpik təşkil edən ümumilikdə 1820 ədəd vintilləri götürüb daxil olduqları pəncərədən çölə çıxardıb hasarın yanına gətirmiş, orada qutularda olan vintilləri 8 ədəd kisəyə boşaldıb özləri ilə birlikdə gətirdikləri kəndirlə bağlayaraq hasarın üzərindən digər tərəfinə keçirmişlər. Sonra isə onlar birlikdə oğurladıqları əmlakı Səfanın avtomobilin yük yerinə yığaraq Göyçay rayonu Qarayazı kəndinə gəlmiş, Təqsirləndirilən şəxs2la birlikdə oğurladıqları vintilləri Mirəli Qədirova 611 (altı yüz on bir) manata satmaqla “xxxx” ASC-yə ümumilikdə 3276 (üç min iki yüz yetmiş altı) manat ziyan vurmuşdur. Bundan başqa xx xxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2la danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs2 məxsus avtomobillə saat 01:00 radələrində ASC-nin hasarının yaxınlığına gəlmiş, avtomobili hasarın yaxınlığında saxladıqdan sonra onlar ASCnin hasarının üzərindən keçib qanunsuz olaraq həyətə daxil olmuş, həyətdəki anbarın pəncərəsini içəri itələyib açdıqdan sonra həmin anbara daxil olaraq anbarda qutularda olan ümumilikdə 6450 ədəd vintilləri özləri ilə birlikdə gətirdikləri kisələrə yığmış və əlavə olaraq bir ədəd göy rəngli 120 diametrində olan vintili götürərək pəncərədən çölə çıxarmışlar. Orada kisələri kəndirlə bağlayıb hasarın üzərindən dartaraq hasarın digər tərəfinə keçirmiş, sonra isə oğurladıqları əmlakı Səfanın avtomobilinin yük yerinə yığaraq yaşadıqları kəndə qayıtmış, Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqları vintilləri Mirəli Qədirova 2340 (iki min üç yüz qırx) manata satmaqla “xxxx” ASC-yə ümumilikdə xeyli miqdar hesab olunan 11760 (on bir min yeddi yüz altmış) manat ziyan vurmuşdur. Bundan başqa x xxxxxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin ərazisinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2la danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs2 məxsus avtomobillə saat 01:00 radələrində birlikdə ASCnin hasarının yaxınlığına gəlmiş, hasardan keçərək ASC-nin ərazisinə qanunsuz daxil olmuş, ASC-nin spirt çəkmə aparatının qurğusu olan estekada adlanan binaya daxil olaraq estekadanın 3-cü mərtəbəsindəki 215x65 sm ölçülü, mis materialdan hazırlanmış spirt hazırlama aparatının deflektor adlanan başlıqlarını boltlardan açaraq ASC-nin hasarının yanına gətirmiş, özləri ilə gətirdikləri kəndirlə həmin deflektorları hasarın digər tərəfinə keçirərək Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə yükləyib Göyçay rayonunun Qarayazı kəndinə gəlmiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqları deflektorları Mirəli Qədirova 1124 (bir min yüz iyirmi dörd) manata satmaqla “xxxx” ASC-yə ümumilikdə xeyli miqdar hesab olunan 12000 (on iki min) manat ziyan vurmuşdur. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Səfa Abbasovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2018-ci il tarixdə, saat 01:00 radələrində ASC-nin hasarının yanına gəlmiş, hasar döngəsinin boşluq hissəsindən keçərək qanunsuz olaraq ASC-nin ərazisinə daxil olmuş, estekada adlanan binaya həmin binanın boşluğundan içəri daxil olaraq binanın 4-cü mərtəbəsindəki hər biri 4000 manat qiymətində 195x50 sm ölçülü mis materialdan hazırlanmış 2 ədəd deflektoru boltlardan açıb oğurlamaq istəmiş, bu zaman onlarda boltları açmaq üçün 19 ölçülü açar olmadığından boruları aça bilməmiş və oğurluq cinayətini törətməyə yönəldilmiş əməli öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib ASC-nin binasını tərk etməklə “xxxx” ASC-nin xeyli miqdar hesab olunan ümumilikdə 8000 (səkkiz min) manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib “xxxx” ASC-nin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs4 idarə etdiyi evakuator ilə onları Göyçay rayonunun Qaraməryəm dairəsində gözləmiş, onlar isə hasar döngəsinin boşluq hissəsindən keçib qanunsuz olaraq ASC-nin ərazisinə daxil olmuş, estekada adlanan binanın içərisinə daxil olaraq 4-cü mərtəbədəki 5 ədəd, hər biri 195x50 sm ölçülü deflektorları Təqsirləndirilən şəxs5lə birlikdə açmağa başlamış, Təqsirləndirilən şəxs2 telefonun işığı ilə ətrafı işıqlandırmış, Təqsirləndirilən şəxs3 isə ətrafa nəzər salmışdır. Deflektorları açdıqdan sonra onlardan dörd ədədini binadan çölə daşımış və hasarın yaxınlığına gətirib özləri ilə götürdükləri kəndirlə hər iki tərəfindən bağlayıb hasarın üzərindən kəndir ilə dartıb hasarın digər tərəfinə keçirmişlər. Təqsirləndirilən şəxs4 evakuatoru ilə həmin yerə gəlmiş, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmin deflektorları evakuatora yükləmiş və Göyçay şəhərinə apararaq 1580 (min beş yüz səksən) manata Mirəli Qədirova satmaqla “xxxx” ASC-yə ümumilikdə xeyli miqdar hesab olunan 16000 (on altı min) manat ziyan vurmuşdur. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2la əvvəlcədən danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs2 məxsus avtomobillə xx xxxxxx 2018-ci il tarixdə, saat 01:00 radələrində ASC-nin hasarının yaxınlığına gələrək avtomaşını orada saxlamış, hasar döngəsinin boşluq hissəsindən keçib ASC-nin ərazisinə qanunsuz daxil olduqdan sonra birlikdə oradakı anbarın plastik pəncərəsindən içəriyə daxil olaraq anbarın içərisində yerə yığılmış hər biri 175x40 sm ölüçü 4 ədəd, hər birinin dəyəri 3300 manat təşkil edən spirt çəkən aparatın kalonunun salqalarını və iki ədəd, hər birinin dəyəri 600 manat təşkil edən 7.5 kv mühərrik nasosu pəncərədən çölə çıxartmış, özləri ilə gətirdikləri kəndirlə kalonun salqalarını və iki ədəd mühərrik nasosunu iki tərəfindən bağlayıb hasarın üzərindən dartıb hasarın digər tərəfinə keçirərək Təqsirləndirilən şəxs2 avtomobilinin yük yerinə yığdıqdan sonra yaşadıqları kəndə gəlmiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqları salqaları Mirəli Qədirova 780 (yeddi yüz səksən) manata, mühərrik nasosu isə şəxsiyyəti məlum olmayan şəxsə 150 manata satmaqla “xxxx” ASC-yə ümumilikdə xeyli miqdar hesab olunan 14400 (on dörd min dörd yüz) manat ziyan vurmuşdur. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qohumu və həmkəndlisi olan X35 oğlunun idarə etdiyi avtomobillə xx xxxxxx 2019-cu il tarixdə ASC-nin binasının yaxınlığına gəlmiş, oradan Məhəmmədi kəndə yola saldıqdan sonra ASC-nin hasar döngəsinin boşluq hissəsindən keçib ASCnin ərazisinə qanunsuz daxil olub oğurluq edəcəkləri anbarın plastik pəncərəsini fiziki güc tətbiq etməkə içəri itələyib açmaqla həmin pəncərədən içəri daxil olub anbarın içərisində yerə yığılmış spirt çəkən aparatın 4 ədəd hər birinin dəyəri 3300 manat təşkil edən 175 x40 sm ölçüdə və bir ədəd dəyəri 3000 manat təşkil edən 100x40 sm ölçüdə olan kalonunun salqalarını pəncərədən çölə çıxarıb özləri ilə gətirdikləri kəndirlə hasarın digər tərəfinə keçirmişlər. Onlar ilk öncə salqaların iki ədədini, sonra isə üç ədədini Məhəmməd Talıbovun avtomobili ilə Göyçay rayonu Qarayazı kəndinə gətirib Təqsirləndirilən şəxs2 məxsus pay torpaq səhəsində boşaltmış, Təqsirləndirilən şəxs2la birlikdə oğurladıqları əmlakı Mirəli Qədirova 1688 (bir min altı yüz səksən səkkiz) manata satmaqla “xxxx” ASC-yə ümumilikdə xeyli miqdar hesab olunan 16200 (on altı min iki yüz) manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən binaya, anbara və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən binaya, anbara və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurlamağa cəhd etmişdir. Ona elan olunmuş ittihama görə 2018-ci ilin aprel ayının ortalarında dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən “xxxx” ASC-də nəzarətçi işləyən həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng edərək işdə olduğunu, oradan bir ədəd mühərriki ilə birlikdə su nasosunu oğurlamaqda ona köməklik etməsini təklif etmiş, o, razılaşaraq həmin gün saat 23:00 radələrində “VAZ 2107” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Əkbərin əvvəlcədən çöl tərəfdən “xxxx” sözü yazaraq işarə etdiyi “xxxx” ASC-nin yan hasarının yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1 işlədiyi müəssisədən oğurladığı bir ədəd 300 (üç yüz) manat dəyərində istifadə olunmuş mühərrikli su nasosunu gizli olaraq talayıb ASC-nin hasarının üzərindən çöl tərəfə atmış, o isə həmin mühərrikli su nasosunu avtomobilinin yük yerinə qoyaraq həmin cinayətin törədilməsinə qoşulmuş, sonra Göyçay rayonu Qarayazı kəndinə gəlmiş və Təqsirləndirilən şəxs1la birlikdə mühərrikli su nasosunu X46 70 manata sataraq “xxxx” ASC-yə 300 (üç yüz) manat dəyərində ziyan vurmuşdur. Bundan başqa 2018-ci ilin aprel ayının ortalarında dəqiq tarixi məlum olmayan gündə, birinci oğurluq əməlindən 3 gün sonra təkrarən oğurluq, yəni “xxxx” ASC-nin anbarına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan danışıb razılaşaraq bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 işdə olan zaman, saat 01:00 radələrində avtomobili ilə ASC-nin yan hasarının yaxınlığına gələrək avtomobilini orada saxladıqdan sonra piyada çöl tərəfdən hasarın “xxxx” sözü yazılmış hissəsinin üzərindən keçib ASC-nin həyətinə qanunsuz daxil olmuş, ASC-nin həyətində Təqsirləndirilən şəxs1 ona oğurluq edəcəkləri ASC-nin anbarını göstərmiş, o, anbarın qapısının sağ tərəfində yerləşən plastik pəncərədən içəri daxil olub içəridən götürdüyü hər birinin qiyməti 600 manat olan iki ədəd istifadə olunmuş 7.5 kv-luq mühərrik nasosu, qiyməti 120 manat olan bir ədəd təzə vəziyyətdə “Loher” markalı 0.55 kv-luq mühərriki, qiyməti 500 manat olan, bir ədəd təzə vəziyyətdə “Alarko” markalı 4 kv-luq mühərriki, qiyməti 150 manat olan bir ədəd təzə vəziyyətdə “Alarko” markalı 1.1 kv-luq mühərriki, qiyməti 300 manat olan bir ədəd istifadə olunmuş “Boctok” markalı mühərriki pəncərədən çölə çıxarıb Təqsirləndirilən şəxs1 vermiş, sonra isə birlikdə oğurladıqları əmlakı ASC-nin hasarının onun keçdiyi yerindən hasarın üzərindən çöl tərəfə keçirmiş, daha sonra oğurladıqları əmlakı avtomobilin yük yerinə yığaraq Göyçay rayonunun Qarayazı kəndinə getmiş, Təqsirləndirilən şəxs1la birlikdə oğurladıqları mühərrikləri Şahid1 180 (bir yüz səksən) manata sataraq “xxxx” ASCyə ümumilikdə 2270 (iki min iki yüz yetmiş) manat dəyərində ziyan vurmuşdur. Bundan başqa 2018-ci ilin may ayının əvvəllərində dəqiq tarixi məlum olmayan gündə, təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan danışıb razılaşaraq bir qrup şəxs halında birləşib ona məxsus avtomobillə saat 01:00 radələrində ASC-nin yan hasarının yaxınlığına gələrək avtomobili orada saxlamış, hasarın üzərindən keçib qanunsuz olaraq ASC-nin həyətinə daxil olmuş, sonra isə anbarın plastik pəncərəsini itələyib açaraq həmin anbara daxil olmuş, anbarda qutularda olan hər birinin dəyəri 1 manat 80 qəpik təşkil edən ümumilikdə 1820 ədəd vintilləri götürüb pəncərədən çölə çıxardıb hasarın yanına gətirmiş, orada oğurladıqları qutularda qablaşdırılmış vintilləri 8 ədəd kisəyə boşaldıb özləri ilə birlikdə gətirdikləri kəndirlə hasarın üzərindən digər tərəfinə keçirərək avtomobilin yük yerinə yığaraq yaşadıqları kəndə gəlmiş, Təqsirləndirilən şəxs1la birlikdə oğurladıqları vintilləri Mirəli Qədirova 611 (altı yüz on bir) manata satmaqla “xxxx” ASC-yə ümumilikdə 3276 (üç min iki yüz yetmiş altı) manat ziyan vurmuşdur. Bundan başqa xx xxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib onun idarə etdiyi avtomobili ilə saat 01:00 radələrində ASC-nin yan hasarının yaxınlığına gəlmiş, o, avtomobilini yaxınlıqda saxladıqdan sonra onlar ASC-nin hasarının üzərindən keçib qanunsuz olaraq həyətə daxil olmuş, həyətdəki anbarın pəncərəsini içəri itələyib açdıqdan sonra həmin anbara daxil olaraq anbarda qutularda olan ümumilikdə 6450 ədəd vintilləri özləri ilə birlikdə gətirdikləri kisələrə yığmış və əlavə olaraq bir ədəd göy rəngli 120 diametrində olan vintili götürərək daxil olduqları pəncərədən çölə çıxarmışlar. Orada kisələri kəndirlə bağlayıb hasarın üzərindən dartaraq hasarın digər tərəfinə keçirmiş, sonra isə oğurladıqları əmlakı avtomobilinin yük yerinə yığaraq yaşadıqları kəndə qayıtmış, Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladıqları vintilləri Mirəli Qədirova 2340 (iki min üç yüz qırx) manata satmaqla “xxxx” ASC-yə ümumilikdə xeyli miqdar hesab olunan 11760 (on bir min yeddi yüz altmış) manat ziyan vurmuşdur. Bundan başqa x xxxxxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin ərazisinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və ona məxsus avtomobillə saat 01:00 radələrində birlikdə ASC-nin yan hasarının yaxınlığına gəlmiş, avtomobili orada saxladıqdan sonra hasardan keçərək ASCnin ərazisinə qanunsuz daxil olmuş, ASC-nin spirt çəkmə aparatının qurğusu olan estekada adlanan binaya daxil olaraq estekadanın 3-cü mərtəbəsindəki 215x65 sm ölçülü, mis materialdan hazırlanmış spirt hazırlama aparatının deflektor adlanan başlıqlarını boltlardan açaraq ASC-nin hasarının yanına gətirmiş, özləri ilə gətirdikləri kəndirlə həmin deflektorları hasarın digər tərəfinə keçirərək onun idarə etdiyi avtomobilə yükləyib Göyçay rayonunun Qarayazı kəndinə gəlmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladıqları deflektorları Mirəli Qədirova 1124 (bir min yüz iyirmi dörd) manata satmaqla “xxxx” ASCyə ümumilikdə xeyli miqdar hesab olunan 12000 (on iki min) manat ziyan vurmuşdur. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2018-ci il tarixdə, saat 01:00 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən “xxxx” ASC-nin yaxınlığına gələrək ASC-nin hasarının üzərindən keçib qanunsuz olaraq ASC-nin ərazisinə daxil olmuş, oğurluq edəcəkləri ASC-nin spirt çəkmə aparatının qurğusu olan estekada adlanan binasına yaxınlaşaraq binanın arxa tərəfində olan boşluqdan içəri daxil olub binanın giriş qapısını içəridən açmış, binanın içərisinə daxil olduqdan sonra binanın 4-cü mərtəbəsindəki hər biri 4000 manat qiymətində 195x50 sm ölçülü mis materialdan hazırlanmış 2 ədəd deflektoru boltlardan açıb oğurlamaq istəmiş, bu zaman onlarda boltları açmaq üçün 19 ölçülü açar olmadığından boruları aça bilməmiş və oğurluq cinayətini törətməyə yönəldilmiş əməli öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib ASC-nin binasını tərk etməklə “xxxx” ASC-nin xeyli miqdar hesab olunan ümumilikdə 8000 (səkkiz min) manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib “xxxx” ASC-nin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs4 idarə etdiyi evakuator ilə onları Göyçay rayonunun Qaraməryəm dairəsində gözləmiş, onlar isə hasar döngəsinin boşluq hissəsindən keçib qanunsuz olaraq ASC-nin ərazisinə daxil olmuş, estekada adlanan binanın içərisinə daxil olaraq 4-cü mərtəbədəki 5 ədəd, hər biri 195x50 sm ölçülü deflektorları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 birlikdə açmağa başlamış, o, telefonun işığı ilə ətrafı işıqlandırmış, Təqsirləndirilən şəxs3 isə ətrafa nəzər salmışdır. Deflektorları açdıqdan sonra onlardan dörd ədədini binadan çölə daşımış və hasarın yaxınlığına gətirib özləri ilə götürdükləri kəndirlə hər iki tərəfindən bağlayıb hasarın üzərindən kəndir ilə dartıb hasarın digər tərəfinə keçirmişlər. Təqsirləndirilən şəxs4 evakuatoru ilə həmin yerə gəlmiş, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmin deflektorları evakuatora yükləmiş və Göyçay şəhərinə apararaq 1580 (bir min beş yüz səksən) manata Mirəli Qədirova satmaqla “xxxx” ASCyə ümumilikdə xeyli miqdar hesab olunan 16000 (on altı min) manat ziyan vurmuşdur. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən əlbir olan bir qrup şəxs halında birləşib ona məxsus avtomobillə xx xxxxxx 2018-ci il tarixdə, saat 01:00 radələrində ASC-nin hasarının yaxınlığına gələrək avtomaşını orada saxlamış, hasar döngəsinin boşluq hissəsindən keçib ASC-nin ərazisinə qanunsuz daxil olduqdan sonra birlikdə oradakı anbarın plastic pəncərəsindən içəriyə daxil olaraq anbarın içərisində yerə yığılmış hər biri 175x40 sm ölüçü 4 ədəd, hər birinin dəyəri 3300 manat təşkil edən spirt çəkən aparatın kalonunun salqalarını və iki ədəd, hər birinin dəyəri 600 manat təşkil edən 7.5 kv mühərrik nasosunu pəncərədən çölə çıxartmış, özləri ilə gətirdikləri kəndirlə kalonun salqalarını və iki ədəd mühərrik nasosunu iki tərəfindən bağlayıb hasarın üzərindən dartıb hasarın digər tərəfinə keçirərək avtomobilinin yük yerinə yığdıqdan sonra yaşadıqları kəndə gəlmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladıqları salqaları Mirəli Qədirova 780 (yeddi yüz səksən) manata, mühərrik nasosu isə şəxsiyyəti məlum olmayan şəxsə 150 manata satmaqla “xxxx” ASC-yə ümumilikdə xeyli miqdar hesab olunan 14400 (on dörd min dörd yüz) manat ziyan vurmuşdur. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə təkrarən oğurluq, yəni “xxxx” ASC-nin binasına qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmkəndlisi X35 oğlunun idarə etdiyi avtomobillə xx xxxxxx 2019-ci il tarixdə ASC-nin binasının yaxınlığına gəlmiş, oradan Məhəmmədi kəndə yola saldıqdan sonra ASC-nin hasar döngəsinin boşluq hissəsindən keçib ASC-nin ərazisinə qanunsuz daxil olub oğurluq edəcəkləri anbarın plastik pəncərəsini fiziki güc tətbiq etməklə içəri itələyib açmaqla həmin pəncərədən içəri daxil olub anbarın içərisində yerə yığılmış spirt çəkən aparatın 4 ədəd hər birinin dəyəri 3300 manat təşkil edən 175 x40 sm ölçüdə və bir ədəd dəyəri 3000 manat təşkil edən 100x40 sm ölçüdə olan kalonunun salqalarını pəncərədən çölə çıxarıb özləri ilə gətirdikləri kəndirlə hasarın digər tərəfinə keçirmişlər. Onlar ilk öncə salqaların iki ədədini, sonra isə üç ədədini Məhəmməd Talıbovun avtomobili ilə Göyçay rayonu Qarayazı kəndinə gətirib ona məxsus pay torpaq səhəsində boşaltmış, Təqsirləndirilən şəxs1la birlikdə oğurladıqları əmlakı Mirəli Qədirova 1688 (bir min altı yüz səksən səkkiz) manata satmaqla “xxxx” ASCyə ümumilikdə xeyli miqdar hesab olunan 16200 (on altı min iki yüz) manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, binaya, anbara və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq edərək CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında, binaya, anbara və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq edərək CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında, binaya, anbara və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq edərək CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(037)-53/2019 saylı hökmündən zərərçəkmiş “xxxx” ASC-nin qanuni təmsilçisi X39 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi X25 apelyasiya şikayəti vermişdirlər. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş “xxxx” ASC-nin qanuni təmsilçisi X39 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, CPM-in 399.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar oİduğundan hökm dəyişdirilməli və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğluna, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 hər birinə təyin edilmiş cəza ağırlaşdırılmaqla, ittiham olunduqları maddələr üzrə daha ciddi cəza təyin edilməlidir. İlk öncə qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğluna, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 istintaq orqanı tərəfindən verilmiş ittiham və hər birinin təqsirləndirildikləri cinayət əməli ibtidai istintaq zamanı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər törətdikləri cinayət əməllərini etiraf etmişlər. Məhkəmə istintaqı mərhələsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istintaq orqanı tərəfindən elan edilmiş ittihamda 2018-ci ilin may ayının əvvəllərində “xxxx” ASC-yə məxsus zavoddan oğurladıqları və Mirəli Qədirova satdıqları vintillərin sayının və dəyərinin həddindən artıq şişirdildiyini, zavod ərazisindən ittihamda qeyd edildiyi kimi 8270 ədəd deyil, 1824 ədəd vintilləri oğurladıqları, təyin edilmiş əmtəəşünaslıq ekspertizası rəyində də istintaq orqanının təqdim etdiyi say üzrə oğurlanmış vintillərə görə verildiyini və buna görə də oğurlanmış vintillər üzrə məbləğin yüksək müəyyən edildiyini bildirmişlər. Həmçinin, xx.xx.2018-ci il tarixdə ümumiyyətlə zavoddan heç bir oğurluq etmədiklərini, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecədə yalnız 1 ədəd mis borunu oğurladıqlarını bildirmişlər. İşə baxan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən ifadələrindən zavod ərazisindən oğurlanmış vintillərin sayı və hesablanmış ziyan məbləği ilə bağlı epizodlarla razılaşmış, bu xüsusatların işin məhkəmədə müəyyən edilmiş digər halları ilə uyğun gəldiyini hökmdə qeyd etmişdir. Bunu məhkəmə yalnız həmin vintilləri alan və bunun müqabilində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pul ödəyən şahid Mirəli Qədirovun ifadəsi ilə uyğunluq təşkil etməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, İsmayıllı rayon Məhkəməsinin yuxarıda qeyd edilən nəticəyə gəlməsi qanunsuz və absurddur. Hesab edir ki, burada məqsəd təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməllərinə düzgün olmayan qiymət vermək, cinayət törətmiş şəxsləri həmin hissələrdə məsuliyyət həddini azaltmaq və zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın məbləğini azaltmaq olmuşdur. Belə ki, cinayət işi üzrə zərər çəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş Qorxmaz Əbilov məhkəmə istintaqı zamanı göstərmişdir ki, 2019-cu ilin fevral ayında ASC ərazisinə və anbarlarına baxış keçirilərkən anbardan 8270 ədəd vintillərin oğurlanması müəyyən edilmişdir. Bundan başqa cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasınınxx.xx.2019cu il tarixli 12011/12012 saylı rəyi ilə də təsdiq edilmişdir ki, oğurlanmış 8270 ədəd vintillərin ümumi dəyəri 14.886 manat təşkil edir. Buna baxmayaraq işə baxan İsmayıllı Rayon Məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iki epizod üzrə oğurladığı vintillərin sayı ilə bağlı məhkəmə istintaqında qeyd etdiyi xüsusatları şahid Mirəli Qədirovun ifadəsi ilə daha da bərkitməyə çalışmışdır. Birincisi, hesab edir ki, Mirəli Qədirov təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zavod ərazisindən oğurladıqları əmlakların alışını həyata keçirən demək olar ki, yeganə şəxs olmuşdur və onun təqsirləndirilən şəxslərin oğurluq əməllərindən məlumatsız olması və ya aldığı əmlak-avadanlığın oğurluq olmasını bilməməsi, onların sayından və çəkisindən xəbərsiz olması absurd görünür. İkincisi, şahid Mirəli Qədirov ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aldığı, zavoddan oğurlanmış əmlakların - vintillərin sayı və çəkisi, o cümlədən aldığı vintillərə görə ödədiyi pul məbləği ilə bağlı düzgün ifadə versə də, sonradan məhkəmə istintaqı mərhələsində verdiyi ifadəsində aldığı vintillərin sayı ilə maraqlanmadığını, saymadığını, vintillərin çəkisini deyil, yalnız ödədiyi pulun məbləğini dəqiq xatırladığını göstərmişdir. Birinci instansiya məhkəməsi yalnız cinayət işinin istintaqını aparan baş müstəntiq Azər Bağırovu əlavə şahid qismində dindirmiş, sonuncunun istintaq gedişində təqsirləndirilən şəxslərə və digər şəxslərə təsir-təzyiq etməməsi barədə verdiyi ifadə ilə kifayətlənmişdir. İsmayıllı Rayon Məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdə ümumiyyətlə zavoddan heç bir oğurluq etməmələri, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecədə yalnız 1 ədəd mis borunu oğurlamaları barədə ifadələrində göstərdikləri xüsusatlara təndiqi yanaşmış və bu ifadələrin onların özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən azad olunmaq niyyəti ilə verildiyi qənaətinə gəlmişdir. Belə olan halda, sual olunur, nə üçün işə baxan İsmayıllı Rayon Məhkəməsi təqsirləndirilən şəxslərin oğurladıqları vintillərlə bağlı ifadələrini məsuliyyətdən azad olunmaq məqsədi ilə verildiyi və özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlməmişdir? İsmayıllı Rayon Məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxslərin oğurluq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini, anbara və saxlanc yerinə daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədilməsini və xüsusən törətdikləri cinayət nəticəsində vurulmuş ziyanı ödəmədiklərini cəza təyin edərkən nəzərə almamışdır. Məhkəmə hökmündə zərər çəkmiş şəxsin nümayəndəsinin izahatında təqsirləndirilən şəxslərin dəymiş ziyanı qismən ödəmək istəkləri barədə göstərdikləri həqiqəti əks etdirmir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə istintaqı mərhələlərində təqsirləndirilən şəxslərin heç bir zərər çəkmiş ASC-yə vurduqları ziyanın ödənilməsi istiqamətində heç bir tədbir görməmiş, ziyanın ödənilməsi ilə bağlı hər hansı təklif belə verməmişlər. Ziyan ödənilmədiyi halda birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərin hər birinin barəsində tətbiq etdiyi cəzanı ədalətli hesab etmirik. Qabaqcadan əlbir olan bir qrup şəxs halında, anbara və saxlanc yerinə daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törədən və vurulmuş ziyanı ödəməyən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Samir Budaqovun barəsində İsmayıllı Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli hökmlə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini CM-də nəzərdə tutulmuş cəzanın təyini prinsiplərinə zidd hesab edirik. Göstərilənlərə əsasən və CPM-in 399, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyasından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin CM-in 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 29,177.2.1; 29, 177.2.2; 29,177.2.3; 29, 177.2.4cü maddələri ilə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 CM-in 177.2.1; 177.2.2; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 1 (037)- 53/2019 saylı hökmünü dəyişdirilməsini, hökmlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğluna, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təyin edilmiş cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz olduğundan, onların hər birinə təyin edilmiş cəzanı ağırlaşdırılmasını və onlara ittiham olunduqları maddələr üzrə daha ciddi cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi X25 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə, zərərçəkmiş şəxs “xxxx” ASC-yə vurulmuş ziyanın vintillərlə bağlı hissədə məbləği ilə bağlı düzgün nəticəyə gəsə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2018- ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə keçən gecə zavoddan oğurluq etməmələri, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə törədilmiş oğurluq epizodu üzrə yalnız, bir ədəd mis boru oğurlanması barədə məhkəmə baxışı iclasında verdikləri ifadələrinə tənqidi yanaşaraq təqsirləndirilən şəxslərin özlərini həmin epizod üzrə təqsirli bilməmələri, axırıncı epizodda yalnız bir mis boru oğurlamaları barədə məhkəməyə verdikləri ifadələri özlərini müdafiə xarakteri daşıdığı və həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad olunmaq niyyətində olaları barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdikləri ifadələri onların özlərinin ibtidai istintaqın gedişində verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş ifadələrin yerində yoxlanılması protokolları, üzləşdirmə protokolları, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin epizodlar üzrə ibtidai istintaqın gedişində verdikləri ifadələrini sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin epizodlar üzrə ibtidai istintaqın gedişində verdikləri ifadələrini sübut kimi qəbul etmiş, lakin onların isrintaq zamanı döyülməsi, əsassız tutularaq qanunsuz xxxxdə saxlanılması kimi hallara münasibət bildirməmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 12011/12012 nömrəli rəyinə də düzgün qiymət verməmişdir. Həmin rəylə müəyyən edilmişdir ki, tədqiqat respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olduğunu nəzərə alaraq 2018-ci il və 2019-cu ilin yanvar ayına olan orta bazar qiyməti müəyyən edilmişdir. 215x65 sm ölçüdə mis materialdan hazırlanmış 3 ədəd deflektor (zərərçəkmişin bildiridyinə görə 2011 -ci ildən alınıb) üzərində korroziya izləri var və borularlar birlikdə bir ədədinin qiyməti 4000 manat olmaqla 3 ədədinin qiyməti 12000 manatdır. 195x50 sm ölçüdə mis materialdan hazırlanmış 4 ədəd deflektor (zərərçəkmişin bildirdiyinə görə 2013-cü alınıb) və borularlar birlikdə bir ədədinin qiyməti 4000 manat olmaqla 4 ədədinin qiyməti İİ manatdır. Nümunəsi təqdim edilmiş 175x40 sm ölçülərində olan 8 ədəd salqa borularla birlikdə bir ədədinin qiyməti 3300 manat olmaqla 8 ədədinin ümumi qiyməti 26400 manatdır. Nümunəsi təqdim edilmiş 100x40 sm ölçülərində olan 1 ədəd salqa - borularla birlikdə bir ədədinin qiyməti 3000 manatdır. Bir ədəd 120 mm daimetrində göy rəngli yjntil - 150 manat qiymətindədir. Dörd ədəd mühərrik 7.5 kv istifadə edilmiş nasos -bir ədədinin qiyməti 600 manat olmaqla 4 ədədi 2400 manatdır. Bir ədəd mühərrik "Loher” 0.55 kv Germany təzə vəziyyətdə qiyməti 120 manatdır. Bir ədəd mühərrik “Alarko” 4 kv Türkiyə istehsalı təzə vəziyyətdə qiyməti 500 manatdır. Bir ədəd mühərrik “Alarko” 1,1 kv Türkiyə istehsalı təzə vəziyyətdə 150 manatdır. Bir ədəd mühərrik +nasos istifadə olunmuş vəziyyətdə qiyməti 300 manatdır. Bir ədəd mühərrik “Boctok” istifadə olunmuş vəziyyətdə qiyməti 300 manatdır. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunduğunu nəzərə alaraq 2018-ci il və 2019-cu ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 76206.00 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki manat 06 (altı) qəpik təşkil edir. Göründüyü kimi ekspertiza tədqiqatı əsasən zərərçəkmiş şəxsin məlumatları əsasında, naturada mövcud olmayan bir çox əşyalar barədə keçirilmiş, əşyaların qiyməti süni şəkildə artıq göstərilmişdir, ki, həmin rəy obyektiv hesab edilə bilməz. Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay rayonu Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2019-cu il 250 və 251 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən. 1958ci il təvəllüdlü atası X30, 1969-cu il təvəllüdlü anası X20 və 1994-cü il təvəllüdlü bacısı Əsmərdən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs X15 ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, törətdiyi əməli səmimi etiraf edib peşman olduğunu, zərərçəkimiş şəxsə vurulmuş zərəri ödəməklə barışmağa cəhdlər etməsi məhkəmə iclasında müəyyən edilmişdir. Məhkəmə bunları və ya bunlardan birini cəzanı yüngünləşdirən hal kimi qəbul etməməkdə səhvə yol vermiş, nəticədə təqsirləndirilən şəxsə son dərəcə ağır cəza təyin etmişdir. Məhkəmə göstərilən hüquq normalarını pozmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməkdə, onlara təyin edilmiş cəza növünü seçməkdə və yuxarı həddə cəza təyin etməkdə səhvə yol vermişdir. İsmayıllı rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(037)-53/2019 nömrəli hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməli apelyyasiya şikayəti üzrə məhkəmə iclası qismən istintaq aparılmaqla keçirilməli, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməli, şahidlərdən X9 və X31 təkrar dindirilməsi üçün dəvət edilməli, həmin şəxslərin əməlində cinayət tərkibi olub-olmaması qiymətləndirilməlidir. Odur ki, göstərilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(037)-53/2019 nömrəli hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə məhdudlaşdırılması cəzasına məhkum edilməsini xahiş etmişdir. “xxxx” ASC-nin qanuni təmsilçisi X39 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 tərəfindən etiraz verilmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X26 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətlərinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(037)- 53/2019 saylı hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxs “xxxx” ASC–nin nümayəndəsi X2 Əkbər Ədalət oğlunun və Təqsirləndirilən şəxs2 Cəmaləddin CM-in 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 29,177.2.1; 29, 177.2.2; 29,177.2.3; 29, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 CMin 177.2.1; 177.2.2; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 1 (037)-53/2019 saylı hökmünü dəyişdirilməsini, hökmlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğluna, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təyin edilmiş cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz olduğundan, onların hər birinə təyin edilmiş cəzanı ağırlaşdırılmasını və onlara ittiham olunduqları maddələr üzrə daha ciddi cəza təyin edilməsini xahiş etdi. Vasif Həsənov çıxışına davam edərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 guya zərərin əvəzinin ödəniməsi ilə bağlı ifadələrində səsləndirdikləri fikirləri tamamilə yalndır. Çünki, onlar məhkəmə kollegiyasının iclasında vurduqları zərəri ödəyəcəklərinə söz versələrdə, sonradan həmin zərərin ödənilməsi ilə bağlı hər-hansı bir real hərəkət etməmişlər. Daha sonra müdafiə tərəfinin təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətinə münasibət bildirən zərərçəkmiş şəxs “xxxx” ASC-nin nümayəndəsi X41 bildirdi ki, müdafiəçi X16 bu dəlilləri əsassızıdr. Müdafiəçi vəsatətində rəyə ironuya ilə yanaşmış,.lakin, özü ekspertin rəyini şübhə altına alacaq hər hansı sübut, qiymətlərin səhv göstərilməsi ilə əlaqədar müqayisə üçün hər hansı bir real əsas göstərməmiş, vəsatət müdafiəçinin subyektiv mülahizələrinə əsaslanmışdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 müdafiəçisi X25 bildirdi ki, apelyasiya məhkəməsində epkspertiza keçirilməsi haqqında vəsatətin təmin edilməməsi xaric ədalətli araşdırma aparılmışdır. Müəyyən məqamlara aydınlıq gətirilmişdir.Səfa və Əkbərə münasibətdə birinci instansiya məhkəməsi daha çox ədalətsizlik etmişdir. Ekspertin rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməzdi. Çünki, zərərçəkmiş şəxs dəymiş zərərin 75 min manat olduğunu bildirdiyi halda Ekspert 76 min manat zərər dəysdiyini qeyd edərək məbləği artırmışdır. Ekspertin rəyi əsassızdır. Çünki ,oğurlanan malların nə ilinə, aid bir sənəd, nə qaimə, nə də ki, sertifikat təqdim edilmişdir. Ekspert sadəcə qiymətləri internet üzərindən müqaisəli təhlil aparmaqla araşdırma aparmışdır. Təqsirləndirilən şəxslər bir neşə dəfə dəymiş zərərin 20000 manatını nəğd şəkildə, 10000 manatını natural halda ödəməyə hazırdırlar. Lakin, razılıq əldə edilmədiyindən bu mümkün olmamışdır. Ona görə də, özünün verdiyi apelyasiya şikayətinin təmin edilməsini, “xxxx” ASC-nin qanuni təmsilçisi X21 verdiyi apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs4 müdafiəçisi X53 edən “xxxx” ASC-nin qanuni təmsilçisi X39 tərəfindən verilmiş apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs5 müdafiəçisi X4 müdafiə etdiyi təqsirləndirilən şəxsin apelyasiya şikayəti vermədiyini bildirdi. “xxxx” ASCnin qanuni təmsilçisi X39 tərəfindən verilmiş apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Ona görə də “xxxx” ASC-nin qanuni təmsilçisi X21 apelyasiya şikayətinin təmin edilməməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun müdafiəçisi X16 apelyasiya şikayətinə münasibətdə isə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs1 ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs2 birinci dəfə sahv etmiş şəxs olduğu üçün qismən cəzalandırılmasını barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs3 düzgün qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs4 ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs5 ona köməklik göstərilməsini, ədalətli qərar çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbuledəbilər. CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməs üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi, zərərçəkmiş şəxsin özünün verdiyi apellyasiya şikayətinin təmin edilməsi, təqsirləndirilən şəxslərin müdafiəçisinin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu və Təqsirləndirilən şəxs2 müdafiəçisi X25 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli, “xxxx” ASCnin qanuni təmsilçisi X39 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(037)-53/2019 saylı hökmü Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 münasibətdə cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu CM-in 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 29,177.2.1; 29, 177.2.2; 29,177.2.3; 29, 177.2.4-cü maddələri ilə ona elan olunmuş itihamda özünü xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə törədilmiş oğurluq epizodları üzrə qismən, xx xxxxxx 2018-ci il tarixdə və xx xxxxxx 2018-ci il tarixdə edilmiş oğurluq (oğurluq etməyə cəhdə görə) epizodu üzrə isə təqsirli bilməyərək, digər epizodlarda təqsirli bilərək bildirdi ki, 2018-ci il aprel ayında zavoda girərək bir ədəd mator götürmüşlər. Həmin matoru X46 70 manata satmışlar. Əldə etdikləri pulu Səfa ilə öz aralarında yarıya bölmüşlər. Bundan təxminən 3 gün sonra anbarda saxlanılan 6 ədəd su motorunu birlikdə oğurlamışlar. Həmin matorlar təhvil verilmişdir. 2018-ci ilin may ayının əvvəllərində 8 ədəd qutunu anbardan çölə çıxartmışlar. Qutulardakı vintilləri kisələrə yığmışlar. 28 dekabrda 5 ədəd vintil (əşyaların çoxuna vintil deyir. Dediyinə görə əşyaların çoxunun dəqiq adını bilmir) deyil yalnız 1 ədəd götürmüşlər. 31 dekabrda da 1 ədəd vintil götürmüşlər. 31 dekabrda olan epizodda Məhəmməd yalnız onu hadisə yerinə düşürüb qayıtmışdır. Məhəmmədin baş verənlərlə heç bir əlaqəsi yoxdur. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə 6 dəfə Zavoda daxil olmuşlar. Zavoda birinci dəfə 2018-ci il aprel ayında daxil olmuşlar. Oğurladıqları motoru Nazir adlı şəxsə 70 manata satmışlar. Əldə etdikləri pulu Səfa ilə aralarında yarıya bölmüşük. 2018-ci ilin aprel ayında, birinci oğurluqdan təxminən 3 gün sonra Səfa ilə birlikdə zavoddan oğurladıqları 6 ədəd matoru 180 manata Şahid1 satmışlar. 2018-ci ilin may ayının əvvəlində onlar zavoddan vintil oğurlamışlar. Həmin vintilləri Mirəli adlı şəxsə satmışlar. Bu epizodun olmasını qəbul edir. Lakin, vintillərin sayı həddindən artıq şişirdilmişdir. Bu epizod üzrə onlar cəmi 400 ədəd civarında vintil oğurlamışlar. Bir vintilin çəkisi 350 qramdır. Vintillərə görə birinci dəfədə Mirəli onlara 611 manat pul vermişdir. Vintilin birinin çəkisinin 350 qram olması nəzərə alınmaqla onların zavoddan birinci dəfə oğurladıqları vintillərin sayı 136 kiloqram və ya 388 ədəd olmuşdur. Onların 2018-ci ilin may ayının əvvəllərində zavoddan oğurladıqları vintillərin sayı 400 ədəd civarında olmuşdur. xx xxx 2018-ci il tarixdə zavodun binasına daxil olaraq oğurluq etmişlər. Lakin, oğurladıqları vintillərin sayı çox göstərilib. Onlar 2 noyabr tarixində zavoddan heç nə oğurlamamışlar. Zavoddan Deflektor adlanan başlıqları götürsələr də, 2 noyabr tarixində göptürməmişlər. Həmçinin, defloktor başlıqlarının sayı da çox göstərilib. Bu epizodun ittihama salınması müstəntiqin onları aldatması ilə bağlı olmuşdur. Telfonlarının həmin gün cinayət əməlinin törədildiyi yeri göstərdiyi üçün o epizod ittihama salınmışdır. xx xxxxxx 2018-ci il tarixdə cəhd epizodunu qəbul etmir. Çünki, 19 nömrəli açarı tapmaq problemli bir şey deyildir. xx xxxxxx 2018-ci il tarixdə 5 ədəd deflektoru 1580 manata Mirəli Qədirova satmışlar. xx xxxxxx 2018-ci il tarixdə onlar 5 ədəd kalon salqalarını oğurlamamışlar. Oğurladıqları salqa cəmi 1 ədəd olmuşdur. Məbləği ona görə həddən artıq şişirdilmiş hesab edir ki, oğurladıqları əşyalar ekspertiza zamanı təzə kimi qiymətləndirilmişdir. İsmayıllı Rayon Polis Şöbəsinin müstəntiqi onlara tutulma olmayacağını, dəymiş zərərin ödənilməsi ilə bağlı onlara təmizlik kağızı verəcəyini bildirərək, onlara müxtəlif yerlərə imza etdirmişdir. Zərərçəkmişin şikayətçi olmayacağını bildirmişdir. 2018-ci ilin may ayının əvvəllərində zavoddan oğurluq etmişlər. Zavoddan həmin vaxt vintil oğurlamışlar. Oğurladıqları vintil 8 qutu olmuşdur. Oğurladıqları vintillərin sayı 400 ədəd civarında olmuşdur. Onlar vintillərin 1 kilosunu 4 manat 50 qəpiyə satmışlar. May ayının 17-də isə zavoddan 36 ədəd qutu vintil və bir ədəd 120 diametrində vintil oğurlamışlar. Götürdükləri vintillər qutuda hazır vəziyyətdə olmuşdur. Bir qutuya təxminən 50 ədəd vintil yerləşir və vintilin birinin çəkisi 350 qram olur. Məhkəmədə verdiyi ifdəni təsdiqləyir. 02 noyabrda onlar zavoddan oğurluq etməmişlər. Həmin tarixdə Mirəliyə də heçnə satmamışlar. Mirəli də İsmayıllı Rayon Məhkəməsində verdiyi ifadəsində ona 02 noyabrda heçnə satmadığımızı təsdiqləmişdir. Zavoddan ümumilikdə 6 ədəd defloktor götürmüşlər. Həmin defloktorları 29 noyabr, 28 dekabr və 31 dekabr tarixlərində götürmüşlər. Bu malları anbardan götürmüşlər. Ora nəzarəti isə mühafizə və müdür həyata keçirmişdir. xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə törətdikləri oğurluq hadisəsində isə Səfa ilə birlikdə zavoddan yalnız bir ədəd mis boru oğurlamış və həmin borunu qohumu və həmkəndlisi olan Məhəmməd Talıbovun avtomobili ilə yaşadıqları kəndə aparmışlar. Məhəmmədin oğurladığı əşyanın oğurluq olmasından xəbəri olmamışdır. Məhəmmədə satdıqları əşyalardan pul verməmişlər. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu CM-in 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 29,177.2.1; 29, 177.2.2; 29,177.2.3; 29, 177.2.4-cü maddələri ilə ona elan olunmuş itihamda özünü xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə törədilmiş oğurluq epizodları üzrə qismən, xx xxxxxx 2018-ci il tarixdə və xx xxxxxx 2018-ci il tarixdə edilmiş oğurluq epizodu üzrə (oğurluq etməyə cəhdə görə) təqsirli bilməyərək, digər epizodlarda təqsirli bilərək göstərdi ki, ona elan olunmuş ittihamda 2018-ci ilin may ayında Əkbərlə birlikdə zavoddan oğurlayaraq Mirəli Qədirova satdıqları vintillərin sayı həddindən artıq şişirdilərək qeyd olunmuşdur. Onların zavoddan oğurlayaraq birinci dəfədə Mirəliyə satdıqları vintilərin hər kiloqramını 4 manat 50 qəpikdən satılmışdır. Vintillərə görə birinci dəfədə Mirəli onlara 611 manat pul vermişdir. Vintilin birinin də çəkisi təxminən 350 qram olmuşdur. Bela olduğu halda onlar birinci dəfədə zavoddan təxminən 388 ədəd vintil oğurlamışlar. Bu qaydada ikinci dəfədə də oğurladıqları vintillərin sayının 1435 və ya 1436 olması müəyyən olunur. Əkbərlə ikisi zavoddan iki dəfədə cəmi 1824 ədəd vintil oğurlamışlar. Onlara verilmiş ittihamda isə iki dəfədə oğurladıqları vintillərin sayı 8270 ədəd göstərilməklə xeyli dərəcədə şişirdilmişdir. Bu dedikləri işin faktiki halları ilə də uyğun gəlir. Təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası isə 8270 ədəd vintilin qiymətini müəyyən etmiş və vurulmuş ziyan bu qaydada şişirdilmişdir. Ona görə də vurulmuş ziyanın həmin epizodlar üzrə oğurlanmış vintillərin sayına görə müəyyən edilməsini xahiş etmişdir. Bundan əlavə bildirir ki, xx xxxxxx 2018-ci il tarixdə isə Əkbərlə o ümumiyyətlə zavoda getməmiş və heç bir oğurluq hadisəsi törətməmişlər. 01 noyabr epizodunun ittihama salınması onların öz səhvindən baş vermişdir. Belə ki, müastəntiq onlara istintaqın yekunlaşdığını bildirmişdir. Necə olmuşsa 28 dekabr epizodunda və 31 dekabr epizodunda oğurladıqları əşyaların sayında artım baş vermişdir. 02 noyabr epizodu ittihama salınmalı deyildi. Etdiyi oğurluq hərəkətlərini etiraf edir. Amma 02 noyabr tarixində onlar zavoddan oğurluq etməmişlər. 28 noyabrda 19 açarın olmaması səbəbindən oğurluğu yekunlaşdıra bilməməyi ittiham aktında öz əksini tapmışdır. Lakin, zavoddan oğurladıqları əşyaların əksəriyyətində 19 ölçülü açara ehtiyac vardır. 19 nömrəli açarın olmaması ucbatından oğurluğun yekunlaşdırılmamasının göstərilməsi absurddur. 28 dekabrda 1 ədəd mis boru oğurlamışlar. Axırıncı epizod olan yəni xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə törətdikləri oğurluq hadisəsində isə Əkbərlə birlikdə zavoddan yalnız bir ədəd mis boru oğurlamış və həmin borunu Əkbərin qohumu, onunsa həmkəndlisi olan Məhəmməd Talıbovun avtomobili ilə yaşadıqları kəndə aparmışlar. Qalan epizodlar üzrə özünü təqsirli sayır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, 28 dekabrda oğurladıqları mis borunun ümumi çəkisi 43 kiloqram olub. Kilosunu 7 manat 50 qəpiyə satmışlar. Lakin, ittiham aktında məbləğ xeyli şişirdilmişdir. X36 Rayon Məhkəməsində 28 dekabrda oğurladıqları mis borunun 4 ədəd olmasını qeyd etməmişdir. Oğurladıqları mis borunun çəkisi 43 kiloqram olmuşdur. 1 kiloqramını da 7 manat 50 qəpiyə satmışlar. Nə qədər pul aldıqları dəqiq yadında deyil. 28 dekabr epizodunda Əkbərlə birlikdə oğurluq etmişlər. 31 dekabrda 1 ədəd boru götürmüşlər. O, Məhəmmədi oğurluq edəndə görməmişdir. Onu yalnız məhkəmədə görmüşdür. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs3 ifadə verərək göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək həmin zavodda spirt emalı aparatının qurulduğu estekada adlanan binaya daxil olub oradan spirt emalı aparatının mis materialdan olan hissələrini oğurlayacağını bildirmiş və ona köməklik etməsini xahiş etmişdir. İlk əvvəl buna narazılığını bildirsə də, sonradan razılaşmışdır. Hadisə günü, yəni xx xxxxxx 2018-ci ildə onlar açdıqları 4 ədəd borunu evakuatora yükləmişlər. O yalnız bir ədədini yükləməyə kömək etmişdir. Daha sonra evə getmişdir. Bu barədə Əkbərə məlumat vermiş və oranı tərk etmişdir. Əkbər ona səhər oğurladıqları boruları satdıqdan sonra onun pulunu verəcəyini bildirmişdir. Lakin, ona pul verilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir. Həmin əməlin ictimai təhlükəliliyini, zərərli təsirlərini, bu əmələ görə məsuliyyətimi dərk etmişdir. Əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduğum ziyanın bir hissəsini ödəmək istəsə də zərərçəkmiş şəxsin nümayəndəsi dəymiş zərəri bütövlükdə ödənilməsini tələb edərək onun təklifini qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, valideynləri dəfələrlə vurulmuş zərərin ödənilməsinə cəhd etsə də qarşı tərəflə razılıq əldə edilməmişdir. 29 noyabrda oğurluğa 5 nəfər getmişlər. Həmin gün vurulan zərərin 15 000 manat olduğunu bilir. Onun tərəfindən vurulan zərər 3000 manat müəyyən edilmişdir. İş birinci instansiya məhkəməsində olarkən onlar zərərin ödənilməsinə cəhd etmişlər. Hazırda heç nə ödəyə bilmir. Maddi imkanı yoxdur. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs4 ifadə verərək göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs5 ona zəng edərək İsmayıllı şəhərində yükünün olmasını bildirmiş, ondan həmin yükü İsmayıllı rayonundan Göyçay şəhərinə hansı qiymətə gətirməsini soruşmuşdur. Ona yükün müqabilində ondan 60 manat pul alacağını bildirmişdir. Hadisənin səhəri günü 60 manatını almışdır. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs4 ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, o neçə boru açdılarını bilmir. Evakuatora yalnız 4 ədəd boru yüklənmişdi. Üzərinə düşən zərəri ödəməyə hazırdır. Ona 60 manat evakuator pulu ödənməli idi. Neçəyə satdıqlarını və nə qədər pul aldıqlarını bilmir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs5 ifadə verərək göstərdi ki, ona verilən ittihamı qəbul edir. Birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiqləyir. O törətdiyi cinayət əməlini etiraf edir. Həmin əməlin ictimai təhlükəliliyini, zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu ziyanın bir hissəsini ödəmək istəsə də zərərçəkmiş şəxsin nümayəndəsi dəymiş zərəri bütövlükdə ödənilməsini tələb edərək onun təklifini qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs5 ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, o neçə boru açdıqlarını bilməmişdir. Evakuatora yalnız 4 ədəd boru yüklənmişdi. Zərərçəkmş şəxsə ödəniş etmək fikri vardır. Üzərinə düşən zərəri ödəməyə hazır olsada, maddi imkanı olmadığından vurduğu zərəri ödəyə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid Məhəmməd Talıbov ifadə verərək göstərdi ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin iclası zamanı verdiyi ifadələri təsdiqləyir. Ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, cəmi bir dəfə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun zavodda olduqlarının şahidi olmuşdur. Yəni bir gündə iki dəfə zavoda gedib gəlmişik. İlk dəfə Qarayazıdan Kürdmaşıya gətirib düşürtmüşdür. Başqa yerə getməmişdir. Onları Kürdmaşı kəndinə 31 dekabr tarixində gətirib düşürtmüşdür. Sonra evə qayıtmışdır. Üstündən 2 saat sonra Əkbər ona zəng vurmuş, o da onlu düşürtdüyü yerə götürmək üçün gəlmişdir. Onu götürməyə gəldikdən sonra yerdə 5 ədəd borunun olduğunu görmüşdür. Həmin borularadan birini baqaja, ikisini də salona qoymuşdur. Boruların uzunluğu təxminən 1.2 metr olmuşdur. Diametrini isə bilmir. Boruları götürdükdən sonra sahibinin kim olduğunu bilmədiyi həyətyanı sahəyə düşürtmüşdür. Sonra yenidən geri qayıdaraq qalan iki ədəd borunu salona qoymuşlar. Bu zaman Səfa ilə Əkbər qabaq oturacaqda əyləşmişlər. Fiziki cəhətdən boruların yüklənməsində iştirak etməmiş, həmçinin çəkiləri barədə də təsəvvürü olmamışdır. Əkbəri düşürməyi ilə götürməyi arasında 2-3 saat vaxt fərqi olmuşdur. O Əkbəri ora əvəzsiz aparmışdır. Əkbərlə münasibəti çox yaxşı olmuşdur. Həmin vaxt onların oğurluq etmələrindən xəbəri olmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid Mirəli Qədirov ifadə verərək göstərdi ki, İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələri təsdiq edir. Ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, Əkbər ona ilk dəfə may ayında vintil gətirib vermişdir. Vintillərin açıb-bağlama dəstəyi olmamışdır. Həmin vintilləri çəki ilə aldığı üçün sayını bilməmişdir. İstintaq zamanı verdiyi ifadəsində isə sayını bildirməsi vintillərin ümumi çəkisinin bir vintilin çəkisinə bölünməsi ilə alınan nəticəni bildirməsi ilə əlaqədardır. Vintilin bir ədədinin çəkisi təqribən 400 qramdır. Təqdim etdikləri vintillərin sayını bilmir. Lakin müvafiq olaraq ardıcıl təqdim etdikləri vintillərin çəkisi 360 və 94 kiloqram ola bilərdi. Birinci dəfə gətirdikləri vintillərin təqribi çəkisinin 100 kiloqrama yaxın olduğunu xatırlayır. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 3 ədəd mis boru gətirərək satmaq istədiklərini ona bildirmişdir. O, həmin boruları da tərəzidə çəkib onlara hər kiloqramı 6 manat 50 qəpik olmaqla cəmi 1124 manat pul vermişdir. Həmin mis boruların diametrinin nə qədər olduğunu bilməsə də birinin təqribi şəkisinin 40 kiloqram olduğunu qeyd edir. xx xxxxxx 2019- cu il tarixdə isə 5 ədəd mis boru almışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 2016-cı ilin fevral ayının 20-dən 2018-ci ilin avqust ayının 3-dək İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən spirt emalı zavodunda buxar qazanına nəzarətçi vəzifəsində işləmişdir. 2018-ci ilin avqust ayının 3-də isə işdən çıxmışdır. Təxminən 2018-ci ilin aprel ayının ortalarında işlədiyi zavoddan oğurluq etməyi planlaşdırmışdır. Bu səbəbdən 2017-ci ilin aprel ayının ortlarında tanışı Təqsirləndirilən şəxs2 zəng edərək işlədiyi spirt emalı zavodunda olduğunu və zavodun anbarından mühərrikli su nasosunu oğurladığını, zavoda gələrək onu aparmasını xahiş etmişdir. O, Səfaya həmin su nasosunu sataraq əldə edəcəkləri qazancı yarıya böləcəklərini təklif etmişdir. Səfa onunla razılaşaraq idarə etdiyi özünə məxsus olan avtomobili ilə yola düşmüşdür. Yolda Səfaya telefonla danışan zaman zavodun hasarının beton kalonun üstünə “xxxx” sözü yazdığını, həmin yazı olan yerə çatdığı vaxt ona telefonla məlumat verməsini bildirmişdir. Səfa həmin yerə çataraq ona zəng etmişdir. O, “xxxx” sözü yazılmış hasarın yanında olan iki tikilinin arasındakı dəmir çənlərin üzərinə çıxıb oğurladığı həmin mühərrikli su nasosunu hasarın digər tərəfinə tullamışdır. Səfa həmin su nasosunu götürüb avtomobilinə qoyub oradan uzaqlaşaraq çıxıb getmiş, səhər saat 11:00 radələrində həmin nasosu Səfa ilə birlikdə Göyçay şəhər ərazisində elektrik motorlarının təmiri ilə məşğul olan Nazir adlı şəxsə 70 manata satmışlar. Həmin pulu Səfa ilə öz aralarında yarıya bölmüşlər. Bundan təxminən 3 gün sonra o, yenə Səfaya zəng edərək işdə olduğunu, anbarda daha altı ədəd su nasosu olduğunu və həmin nasosları oğurlamaq istədiyini bildirmişdir. O, Səfaya ona bu işdə kömək lazım olduğunu deyib birlikdə oğurluq etməyi təklif etmişdir. Səfa onunla razılaşmışdır. Həmin gecə saat 01:00 radələrində Səfa öz avtomobilini zavoddan kənarda saxlayıb hasarın üzərinə çıxıb zavodun içərisinə daxil olmuşdur. Səfa ilə zavodun həyətində görüşüb su nasoslarının olduğu anbarı Səfaya göstərmiş və motorların anbarda sağ tərəfdə divarın dibində olmasını bildirmişdir. O, anbarın plastik materialdan olan pəncərəsini əli ilə itələyib açdıqdan sonra Səfa anbara daxil olmuşdur. Səfa anbarda yerdə olan altı ədəd motoru götürüb anbarın daha enli və alçaqda yerləşən pəncərəsindən bir-bir ona vermişdir. Onlar birlikdə çölə çıxartdıqları su nasoslarını götürüb Səfanın hasardan zavodun ərazisinə daxil olduğu yerə gətirmişlər. Bundan sonra Səfa hasarın üzərinə çıxmış, o isə zavodun həyətindəki motorları kəndirlə bağladıqdan sonra Səfa onları kəndirlə yuxarı qaldırıb hasarın çöl tərəfinə çıxartmışdır. Həmin motorların dörd ədədi nasossuz mühərrik, iki ədədi isə mühərrik və su nasosundan ibarət olmuşdur. Onlar oğurladıqları həmin motorları birlikdə Səfanın avtomobilinə yükləmişlər. Səfa həmin yerdən uzaqlaşmış və səhər ona zəng edərək oğurladığları su nasoslarını Rəşad adlı şəxsə 180 manata satdığını bildirmişdir. Həmin pulu da Səfa ilə yarıya bölmüşlər. Təxminən 2018-ci ilin may ayının əvvəllərində pula ehtiyacı olduğundan zavoddan yenə oğurluq etmək qərarına gəlmişdir. Yenə də Səfa ilə danışıb razılaşaraq Səfaya məxsus avtomobil ilə saat 24 radələrində zavodun yanına gəlmişlər. Zavodun yanından 200 metr qabağa keçərək avtomobili qarşıda saxlamışlar. Onlar avtomobildən düşərək piyada zavodun hasarının üzərinə çıxaraq oradan zavodun həyətinə daxil olmuşlar. Həmin vaxt saat 01:00 radələri olmuşdur. Onlar zavodun giriş qapısının yanında olan anbarın yanına gəlmiş və o, yerdən götürdüyü dəmir parçasını anbarının plastik pəncərəsinin arasına salıb içəriyə doğru itələyib pəncərəni açdıqdan sonra birinci olaraq o, sonra isə Səfa həmin anbara daxil olmuşlar. Anbarın içərisində sağ tərəfdə spirt çənlərinin, içərisində latun materialdan olan vintillər olan qutuların olmasını görmüşlər. Onlar həmin qutulardan səkkiz ədədini iki-iki üst-üstə qoyub qucaqlarında apararaq daxil olduğları pəncərəyə yaxınlaşdırmışlar. Sonra isə o, anbardan çölə çıxmış, Səfa isə həmin qutuları pəncərədən çölə ona ötürmüşdür. Oradan isə qutuları hasarın üzərindən daxil olduqları yerə aparmışlar. Oğurladıqları vintilləri zavodun içərisindən tapdıqları səkkiz ədəd kisəyə boşaltdıqdan sonra özləri ilə gətirdikləri kəndir ilə hasarın üzərindən keçirməklə çöl tərəfə çıxartmışlar. Sonra isə onlar birlikdə həmin kisələri avtomobilin yük yerinə qoymuşlar və avtomobilə əyləşərək yaşadıqları kəndə gəlmişlər. Səhər saat 10:00 radələrində zavoddan oğurladıqları vintilləri satmaq üçün Göyçay şəhəri “Azpetrol” yanacaq doldurma məntəqəsinin arxa tərəfində yerləşən metal alqı-satqı məntəqəsinə gəlmiş, orada olan zaman metal alqı-satqı məntəqəsini işlədən Mirəli adlı şəxsə yaxınlaşıb avtomobilin yük yerində kisədə olan vintilləri göstərmişlər. Mirəli Qədirov həmin vintilləri hər kiloqramına görə onlara 4 manat 50 qəpik pul olmaqla ümumilikdə onlara 611 manat pul vermişdir. Həmin pulu Səfa ilə yarıya bölmüşlər. Bundan təxminən 15 gün sonra, təxminən 2018-ci ilin may ayının 17-də axşam saat 01:00 radələrində yenidən Səfa ilə birlikdə zavodun anbarından yenə həmin vintillərdən oğurlamaq üçün Səfaya məxsus avtomobillə zavodun yanına gəlmişlər. Yenə həmin yerdən zavodun hasarının üzərindən zavodun ərazisinə daxil olaraq anbara girmişlər. Anbardakı 36 ədəd qutuda olan vintilləri özləri ilə gətirdikləri 36 ədəd kisələrə yığmış və bir ədəd göy rəngli böyük vintili isə ayrıca olaraq götürüb anbardan çölə, oradan zavodun ərazisinə daxil olduqları hasarın yanına gətirmişlər. Onlar ötən dəfədə olduğu kimi kisələrin hər birini və həmin göy rəngli vintili növbə ilə kəndir ilə dartıb hasarın çölünə çıxartmışlar. Özləri də zavodun həyətindən çölə çıxmışlar və oğurladıqları vintilləri avtomobilə yükləyərək yaşadığları kəndə gəlmişlər. Səfa ayrıca götürdüyü göy rəngli böyük vintili öz həyətində istifadə etmək üçün ona lazım olduğunu deyərək vintili özünə götürmüşdür. Səhər saat 10:00 radələrində onlar vintilləri satmaq üçün Göyçay şəhərinə yola düşmüşlər. Yolda Səfa ona göy rəngli böyük vintili işlədə bilməyəcəyini deyərək onu da götürdüyünü bildirmişdir. X49 metal alqı-satqı məntəqəsinə gəlib oğurladığları 36 ədəd kisədə olan latun materildan olan vintilləri və həmin bir ədəd 120 diametrində olan göy rəngli vintili Mirəliyə satmış və Mirəli onlara ümumilikdə 2340 manat pul vermişdir. Pulu Səfa ilə yarıya bölmüşlər. 2018-ci ilin avqust ayının əvvəllərində o, həmin zavoddan işdən çıxmış, Səfa isə Bakı şəhərində fəhlə işləməyə getmişdir. Səfa xx xxxxxx 2018-ci il tarixdə kəndə qayıtmışdır. xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə keçən gecə Səfa ilə birlikdə oğurluq edərək pul əldə etmək məqsədi ilə təkrarən “xxxx” ASC-nin binasının yaxınlığına gəlmiş və əvvəlki qaydada ASC-nin həyətinə daxil olmuşlar. Orada estekada adlanan binanın 4-cü mərtəbəsində iki ədəd borunun müəyyən sayda boltlarını açmış, lakin həmin gün həmin boruların bərkidildiyi boltların çoxu 19 nömrəli açarla açıldığından boruları boltlardan tam aça bilməmişdir. Həm də həmin borular ağır olduğundan onlara əlavə kömək lazım olmuşdur. Bu səbəbdən həmin gecə ASC-dən oğurluq edə bilməmişlər. Onlara oğurluq etmək üçün əlavə kömək və avtomobil lazım olduğundan o, bir nəfər tanışının onlara köməklik edəcəyini, həmin tanışına bu barədə deyib onunla razılaşdığını Səfaya bildirmişdir. Səfa isə öz növbəsində tanışı Təqsirləndirilən şəxs5 ilə bu barədə söhbət etmişdir. Təqsirləndirilən şəxs5 həmin boruları oğurlamaq üçün özünün kömək edəcəyini, bunun üçün həm balaca avtomobil və həm də boruları yükləmək üçün yük avtomobili tapacağını bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs5 boruları daşımaq üçün tanışı Təqsirləndirilən şəxs4 idarə etdiyi evakuatoru tapmış və tanışı Nicat adlı şəxsin qara rəngli “Vaz 2107” markalı avtomobilini bir günlük götürmüşdür. Həmin gün saat 23:00 radələrində Təqsirləndirilən şəxs5 həmin avtomobil ilə onların yaşadığı Göyçay rayonunun Qarayazı kəndində gəlmiş və onlar həmin avtomobilə əyləşərək oradan Göyçay rayonu Qaraməryəm dairəsinə getmişlər. Həmin vaxt Samir oğurlayacağları boruları daşımaq üçün evakuator sürücüsü ilə danışmış, evakuator sürücüsü olan Sadiq onları Qaraməryəm dairəsində gözlədiyini bildirmişdir. Onlar Qaraməryəm dairəsinə çatmış və Samir “Vaz 2107” markalı avtomobildən düşüb evakuatora əyləşmişdir. Evakuatorda olan bir nəfər, əvvəllər tanımadığı, sonradan adının Elçin olmasını bildiyi şəxs Samirin idarə etdiyi Vaz 2107 markalı avtomobilin sükanı arxasında əyləşdikdən sonra onlar İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən həmin zavodun yanına gəlmişlər. Zavodun qarşısında keçib onun tanışı Təqsirləndirilən şəxs3 yaşadığı küçənin başından götürüb yenidən zavodun yanına qayıtmışlar. Həmin vaxt zavodun sol tərəfi ilə ayrılan yolun girişində evakuator saxlamış, Samir həmin evakuatordan düşüb “Vaz 2107” markalı avtomobilə əyləşmiş, sonra isə evakuator sürücüsü Sadiq adlı şəxslə razılaşdığını, Sadiqin onları kənarda gözləyəcəyini, işlərini qurtardıqdan sonra gəlib onları aparacağını, bunun üçün isə Sadiqə 200 manat pul verəcəklərini bildirmişdir. Sonra onlar “Vaz 2107” markalı avtomobil ilə bir qədər qarşıya gedib, yolda avtomobildən düşmüş, Samir həmin avtomobili idarə edən Elçinə onları gözləməsini bildirmişdir. O, Səfa, Samir və Hüseyn hasarın döngəsinin boşluq olan yuxarı hissəsindən zavodun ərazisinə daxil olmuşlar. Həmin vaxt estakada adlanan spirt emalı sexinin qarşısına gəldikdən sonra, o, sexin arxa tərəfində yerləşən boşluqdan içəri daxil olub estekadanın giriş qapısını açmış, sonra isə hamısı binanın içərisinə daxil olub dəmir pilləkənlə dördüncü mərtəbəyə çıxmışlar. Həmin yerdə mis boruların olmasını görmüş, bu vaxt o, özü ilə gətirdiyi 19 ölçülü açarlarla Samir ilə birlikdə boruları açmağa başlamışdır. Bu zaman Səfa telefonun işığı ilə həmin yeri işıqlandırmış, Hüseyn isə pəncərədən çölə baxaraq ətrafa nəzarət etmişdir. O, Samirlə birlikdə boltları açdıqdan sonra Səfanın köməkliyi ilə açılmış 1 metr 50 sm uzunluğunda, 70 sm diametrində olan mis boruları (spirt çəninin kalonun salqalarını) pilləkən ilə aşağı düşürdüb yerə yığmışlar. Həmin gecə ayrıayrı spirt çəkən aparatın 5 ədəd başlığını açsalar da onlardan dörd ədədini həmin binanın giriş qapısından çölə çıxardıb həmin bina ilə üz-üzə yerləşən hasarın yanına, üzərində “xxxx” sözü yazılmış hasarın beton kalonun yanına gətirmişlər. Sonra isə o və Səfa həmin hasardan çölə çıxmaq üçün zavoda daxil olduqları hasarın həmin yerinin yaxınlığında, tut ağacının yanında olan dəmir nərdivanı gətirib barıya söykəmiş, sonra isə həmin nərdivanla Səfa və Samir hasarın üzərinə çıxmışlar. Hüseyn isə boruları bir-bir özləri ilə gətirdikləri kəndirlə bağlamış, onlar isə kəndiri dartaraq boruları barının üzərinə, oradan isə hasarın çöl tərəfinə çıxartmışlar. Bu vaxt Samir evakuator sürücüsünə zəng gedib gəlməsini bildirmiş, evakuator həmin yerə gəldikdə artıq bir ədəd borunu hasardan çölə çıxartmış, qalan üç ədəd borunu isə hasarın üzərinə çıxardıb oradan yerə düşürməyə çalışmışlar. Evakuator sürücüsü Sadiq də onların hasarın üzərindən boruları çölə çıxartmalarını görmüşdür. Onlar digər üç ədəd borunu da hasarın üzərindən yerə tulladıqdan sonra Samir kəndirdən tutub hasarın digər tərəfinə keçmişdir. Samir, Hüseyn və Sadiq həmin boruları evakuatora yükləmişlər. O isə Səfa ilə birlikdə zavoda daxil olduqaları yerdən çölə çıxaraq evakuatorun dayandığı yerə gəlmişlər. Samir evakuatora oturaraq Sadiqlə birlikdə Göyçay istiqamətində getmiş, Hüseyn isə onlardan ayrılaraq evinə getmişdir. Səfa isə Elçinə zəng gedib olduqları yerə çağırmış, Elçin gəldikdən sonra o və Səfa həmin avtomobilə əyləşib oradan yaşadığları kəndə gəlmişlər. Səhər Səfa Göyçay şəhərinə gedib Samir ilə görüşmüş, Səfa ona Samirin boruları Mirəli Qədirova sataraq əldə etdiyi 1580 manat puldan 200 manat evakuator sürücüsünə verdiyini bildirmişdir. Əvvəlcədən razılaşdıqları kimi o, Təqsirləndirilən şəxs3 veriləsi pulun özünə düşən puldan verəcəyini bildirdiyindən həmin pulu üç yerə bölmüşlər. Onların oğurluq əməllərindən Elçin adlı şəxsin məlumatı olmamış və onlar Elçinə pul verməmişlər. Həmin gün, yəni xx xxxxxx 2018-ci il tarixdə Səfa Bakı şəhərinə getmişdir. Təxminən 2018-ci ilin dekabr ayının sonunda Səfa ilə telefonla danışan zaman ona yenə də zavoda daxil olub oradan həmin borulardan oğurlamalarını təklif etmişdir. O, zavodun rəhbərliyinin yeni spirt çəkən aparat sifariş verdiyini, zavoddakı aparatın isə boruların sökülərək anbara yığıldığını bildirmişdir. Səfa xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərindən yaşadığı kəndə gəlmiş və xx xxxxxx 2018-ci il tarixdə saat 24:00 radələrində Səfanın idarə etdiyi avtomobillə zavodun yanına gəlmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində əvvəlki oğurluqlarında zavodun ərazisinə daxil olduqları yerdən zavodun ərazisinə girərək anbara daxil olmuşlar. Onlar anbarın pəncərəsindən dörd ədəd mis materialdan olan borunu və iki ədəd mühərrikli su nasosunu çölə çıxartmışlar. Onlar boruları hasarın yanına gətirərək kəndirlə növbə ilə hasardan çölə çıxartmışlar. Boruları və iki ədəd mühərrikli su nasosunu çölə çıxartıqdan sonra isə Səfa avtomobilini həmin yerə gətirib oğurladıqları boruları və nasosları avtomobilin yük yerinə qoymuş, sonra isə oradan yaşadığları kəndə gəlmişlər. Səhər saat 11:00 radələrində Səfa ilə birlikdə Mirəli Qədirovun işlətdiyi metal alqı-satqı məntəqəsinə gəlib həmin dörd ədəd mis borunu 780 manata satmışlar. Mirəli Qədirov mis borunun hər kiloqramına görə onlara 6 manat 30 qəpik pul vermişdir. İki ədəd mühərrik nasosu isə Göyçay şəhərində tanımadıqları bir nəfər şəxsə 150 manata satmış, pulu isə öz aralarında iki yerə bölüb oradan yaşadığları evə gəlmişlər. Bundan sonra xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-ci il tarixə keçən gecə yenidən zavoddan oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt Səfa avtomobilini satdığından o, Səfaya oğurlayacağları boruları qohumu X5 məxsus avtomobil ilə daşıyacaqlarını demişdir. Məhəmmədi bu barədə razı salacağını bildirsə Məhəmmədlə danışdığı zaman ona oğurluq əməlləri barədə bildirməmişdir. O, Məhəmmədə işlədiyi zavodda işdə olan iş yoldaşlarının yeni il bayramını təbrik etməkdən ötrü onları İsmayıllı rayonuna aparmasını xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində Məhəmmədin avtomobili ilə İsmayıllı rayonunun Kürdmaşı kəndinə gəlmişlər. Məhəmməd zavodun yaxınlığında onları avtomobildən düşürmüşdür. O, Səfa ilə zavodun yaxınlığına gəlmiş, əvvəlki oğurluq əməllərində keçdikləri hissədən zavodun ərazisinə daxil olmuşlar. Əvvəlkilərdə olduğu kimi anbara daxil olub bir ədəd mis borunu anbarın sağ tərəfində yerləşən pəncərəsindən çölə çıxartmışlar. Sonra isə onlar borunu barının digər tərəfinə keçirmişlər. Sonra o, Məhəmmədə zəng edib onları aparmasını xahiş etmişdir. Məhəmməd onların yanına gəldikdə o, Məhəmmədə həmin borunun nəzarətçinin ona pay verdiyini bildirmişdir. Məhəmməd onun ASC-dən işdən çıxmasını bilmədiyindən ondan şübhələnməmişdir. Onlar oğurluq əməlləri barədə Məhəmmədə hər hansı bir məlumat verməmiş və Məhəmməd onların haradan ASC-yə daxil olmalarını görməmişdir. Onlar borunu avtomobilinin yük yerinə qoyaraq yaşadıqları kəndə gətirib Təqsirləndirilən şəxs2 məxsus torpaq səhəsinə qoymuşlar. Oğurladıqları borunu səhər saat 12:00 radələrində Mirəli Qədirovun işlətdiyi metal alqısatqı məntəqəsinə gətirmiş və sonuncuya satmışlar. O, verilmiş ittihamda 2018-ci ilin may ayının əvvəllərində zavoddan oğurlayaraq Mirəli Qədirova satdıqları vintillərin sayının həddindən artıq şişirdilərək qeyd olunduğunu bildirir. Belə ki, onların oğurlayaraq birinci dəfədə Mirəliyə satdıqları vintilərin hər kiloqramı 4 manat 50 qəpikdən satılmış, lakin verilmiş ittihamda səhv olaraq hər kiloqramına görə Mirəlinin onlara 6 manat 50 qəpik pul verildiyi qeyd edilmişdir. Vintillərə görə birinci dəfədə Mirəli onlara 611 manat pul vermişdir. 611 manat /4 manat 50 qəpik= 136 kiloqram. Vintilin birinin çəkisinin 350 qram olması nəzərə alınmaqla onların zavodan birincidə oğurladıqları vintillərin sayı 136 kiloqram/0,350 kq= 388 ədəd. Onların 2018-ci ilin may ayının əvvəllərində zavoddan oğurladıqları vintillərin sayı 388-389 ədəd civarında olmuşdur. 2018-ci ilin may ayının 17-də isə oğurladıqları vintillərə və bir ədəd göy rəngli böyük vintilə görə Mirəli onlara hər kilosuna 4 manat 50 qəpikdən hesablanmaqla ümumilikdə 2340 manat pul vermişdir. Göy vintilin çəkisinin 15-20 kiloqram olması nəzərə alınmaqla onların Mirəliyə satdıqları vintillərin ümumi çəkisi 2340 manat / 4 manat 50 qəpik= 520 kiloqram, həmin çəkidən bir ədəd göy vintilin orta çəkisi çıxılmaqla 520 kq-17,5 kq=502,5 kq, vintillərin hər birinin çəkisinin 350 qram olması nəzərə alınmaqla 502,5 kq/ 0,350 kq= 1435,7 vintillərin sayı. Beləliklə onların zavoddan iki dəfədə oğurladıqları vintillərin ümumi sayı 1824 ədəd təşkil etmişdir. Onlara verilmiş ittihamda isə iki dəfədə oğurlanmış vintillərin sayı 1820+6450=8270 ədəd göstərilməklə xeyli dərəcədə şişirdilmişdir. Təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası isə həmin sayda vintilin qiymətini müəyyən etmiş və vurulmuş ziyan şişirdilmişdir. Ona görə də vurulmuş ziyanın həmin epizodlar üzrə oğurlanmış vintillərin sayına görə müəyyən edilməsini xahiş edir. xx xxxxxx 2018-ci il tarixdə isə onlar ümumiyyətlə zavoda getməmiş və oğurluq etməmişlər. Axırıncı epizod olan yəni xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə törətdikləri oğurluq hadisəsində o, Səfa ilə birlikdə zavoddan yalnız bir ədəd mis boru oğurlamış və həmin borunu qohumu və həmkəndlisi olan Məhəmməd Talıbovun avtomobili ilə yaşadıqları kəndə aparmış, səhəri gün isə Göyçay şəhərinə apararaq Mirəliyə satmışlar. Ona görə d,ə ona verilmiş ittihamdan xx xxxxxx 2018-ci il tarixdə oğurluq etmələri epizodunun xaric edilməsini xahiş edir. xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə törətdikləri oğurluq epizodu üzrə isə bir ədəd mis borunun (deflektorun) oğurlanmasında özünü təqsirli bilir. Onların oğurladıqları əşyaların qiymətləri şişirdilmiş, həmin əşyaların qiymətləri real bazar qiymətlərindən dəfələrlə artıq qeyd olunmuşdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası zamanı isə böyük əksəriyyət təşkil edən əmlakların qiymətləri onların istismar olunmaları nəzərə alınmadan təzə əmlak olaraq qiymətləndirilmışdir. Halbu ki, onların oğurladıqları əmlakların hamısı zavodda işlədilmiş, bir hissəsi isə atrıq istismara yararsız olaraq anbara yığılmış əmlaklar olmuşdur. Törətdiyi cinayət əməllərindən peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu ziyanın öz payına düşən hissəsini ödəməyə cəhd göstərmişdir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisi olmaqla eyni məktəbdə oxumuşlar və münasibətləri yaxşı olmuşdur. 2018-ci ilin aprel ayının ortalarında yaşadığı evdə olan zaman Əkbər onun mobil telefonuna zəng edərək zavodda işdə olduğunu və zavodun anbarından mühərriki ilə birlikdə su nasosu oğurladığını demişdir. Əkbər ona həmin su nasosunu aparmasını, nasosu satdıqdan sonra isə əldə edəcəyi qazancı onunla yarıya böləcəyini təklif etmişdir. O, Əkbərlə razılaşmış və həmin vaxt istifadəsində olan, özünə məxsus “Vaz 21074” markalı avtomobili ilə saat 23:00 radələrində Əkbərin iş yerinin yaxınlığına gəlmişdir. Yolda Əkbərlə telefonla danışan zaman Əkbər ona zavodun hasarının beton kalonun üstünə “xxxx” sözü yazdığı hissəsinə gəlməyi bildirmişdir. O, avtomobilini Əkbərin bildirdiyi yerdə saxlayaraq Əkbərə zəng edərk məlumat vermişdir. Bundan sonra Əkbər içəridən bir ədəd su motorunu hasarın üzərindən ona tərəf tullamış, o, su nasosunu götürüb avtomobilinin yük yerinə qoyaraq yaşadığı kəndə gəlmişdir. Səhər saat 11:00 radələrində həmin su motorunu Əkbər ilə birlikdə Göyçay şəhər ərazisində motor təmiri ilə məşğul olan X46 70 manata satmışlar. Əldə etdikləri pulu Əkbər ilə öz aralarında yarıya bölmüşlər. Bundan təxminən 3 gün sonra Əkbər yenə ona zəng edərək zavodda işdə olmasını, anbarda saxlanılan 6 ədəd su motorunu birlikdə oğurlamağı ona təklif etmişdir. O, Əkbərlə razılaşmış və gecə saat 01:00 radələrində özünə məxsus avtomobili ilə həmin zavodun sol tərəfi ilə gedən yola daxil olmuşdur. Avtomobilini həmin yerdən təxminən 200 metr qarşıda saxlamış və yük yerinə qoyduğu kəndiri götürüb zavodun hasarına yaxınlaşmışdır. Daha əlverişli olan hissədən zavodun içərisinə daxil olub zavodun həyətində Əkbərlə görüşmüş, Əkbər motorların olduğu anbarı ona göstərmişdir. Əkbər anbara giriş qapısının sağ tərəfində yerləşən plastik materialdan olan pəncərəni içəri itələyib açdıqdan sonra o, anbara daxil olmuşdur. Anbarın daha enli və alçaqda yerləşən pəncərəsindən motorları çölə çıxartmışdır. Çölə çıxartdığı motorları isə Əkbər ondan götürərək hasarın yanına aparmışdır. O, bu üsulla 6 ədəd motorun hamısını bir-bir həmin pəncərədən çıxardıb Əkbərə vermişdir. Sonra isə özü həmin pəncərədən çıxıb hasarın yanına gəlmişdir. Əkbər zavodun həyətində motorları kəndirə bağlamış, o, isə kəndirlə bağlanmış motorları yuxarı dartıb hasarın digər tərəfinə, çölə çıxartmışdır. Sonra isə avtomobilini həmin yerə sürərək motorları avtomobilinin yük yerinə yığmış və yaşadığı kəndə gəlmişdir. Səhər həmin motorların hamısını Əkbərlə birlikdə Göyçay rayonundan olan Şahid1 180 manat satmışlar. Əldə etdikləri pulu Əkbər ilə birlikdə yarıya bölmüşlər. 2018-ci ilin may ayının əvvəllərində pula ehtiyacı olduğundan zavoddan yenə oğurluq etmək qərarına gəlmişlər. Gününü dəqiq xatırlamadığı vaxt, saat 24:00 radələrində Əkbər ilə razılaşaraq idarə etdiyi avtomobili ilə zavodun yanına gəlmişlər. Saat 01:00 radələrində əvvəl keçdikləri yerdən zavodun həyətinə daxil olmuş və anbara yaxınlaşmışlar. Əkbər yerdən götürdüyü dəmir parçasını anbarın plastik pəncərəsinin arasına salıb açdıqdan sonra ilk öncə Əkbər, sonra isə o, həmin anbara daxil olmuşlar. Anbarda pəncərə ilə üz-üz, içərisində latun materialdan olan vintillər olan kardon qutuların olmasını görmüşlər. Onlar həmin qutuları iki-iki üst-üstə qoyub qucaqlarında anbara daxil olduqları pəncərəyə yaxınlaşdırmış, sonra isə Əkbər anbardan çölə çıxaraq həmin qutuları pəncərədən ondan almış və bu üsulla 8 ədəd qutunu anbardan çölə çıxartmışlar. Qutuları hasardan keçirmək çətin olduğu üçün onlar zavodun içərisindən 8 ədəd kisə taparaq qutulardakı vintilləri kisələrə yığmışlar. Sonra isə kisələri özləri ilə gətirdikləri kəndirlə hasarın çöl tərəfinə çıxartmışlar. Həmin kisələri avtomobilin yük yerinə yığaraq yaşadıqları kəndə gəlmişlər. Səhər saat 10:00 radələrində zavoddan oğurladığları 8 ədəd kisədə olan vintilləri Göyçay şəhərində Mirəli adlı şəxsin işlətdiyi metal alqı-satqı məntəqəsinə gətirmiş və Mirəliyə göstərmişlər. Mirəli Qədirov həmin vintilləri almağa razı olmuş və hər kiloqramına görə onlara 4 manat 50 qəpik, ümumilikdə 611 manat pul vermişdir. Həmin pulu Əkbərlə yarıya bölmüşlər. Bundan təxminən 15 gün sonra, 2018-ci ilin may ayının 17-də gecə saat 01:00 radələrində yenidən Əkbər ilə birlikdə idarə etdiyi avtomobil ilə zavodun yanına gəlmişlər. Yenə həmin yerdən zavodun həyətinə daxil olub anbara girmişlər və əvvəlki üsulla 36 ədəd qutuda olan vintilləri özləri ilə gətirdikləri 36 ədəd kisəyə yığmışlar. Bu zaman yaşadığı həyət evində su borusunun başlığına bağlayıb istifadə etmək üçün əlavə olaraq bir ədəd 120 diametrli göy rəngli böyük vintili də götürüb anbardan çölə çıxmışlar. Əvvəlki oğurluq əməlində olduğu kimi kisələrin hər birini və həmin göy rəngli vintili növbə ilə kəndir ilə bağlayıb dartıb hasarın üzərindən çölə çıxartmışlar. Səhər saat 10:00 radələrində Mirəli Qədirovun metal alqı-satqı məntəqəsinə gəlib oğurladığları 36 ədəd kisədə olan latun materialdan olan vintilləri və həyətində istifadə üçün yararsız olan bir ədəd 120 diametrində olan göy rəngli vintili Mirəliyə satmışlar. Mirəli onlara hər kiloqramı 4 manat 50 qəpikdən olmaqla 2340 manat pul vermiş və həmin pulu Əkbər ilə birlikdə yarıya bölmüşlər. 2018-ci ilin avqust ayının əvvəllərində Əkbər həmin zavoddan işdən çıxmış, onun özü isə Bakı şəhərində fəhlə işləməyə getmişdir. xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs1 ilə birlikdə yenidən oğurluq etmək məqsədi ilə zavoda daxil olub estekada adlanan binanın 4-cü mərtəbəsində 2 ədəd borunun boltlarını açmış, lakin həmin gün həmin boruların bərkidildiyi boltların çoxu 19 açarla açıldığından boruları tam aça bilməmişlər. Bu səbəbdən həmin gecə zavoddan oğurluq edə bilməmişlər. Onlara oğurluq etmək üçün əlavə kömək və avtomobil lazım olduğundan Əkbər bir nəfər tanışının onlara köməklik edəcəyini və onunla danışacağını bildirmişdir. O isə tanışı Təqsirləndirilən şəxs5 bu barədə dedikdə Samir həmin boruları oğurlamaq üçün özünün kömək edəcəyini, bunun üçün həm balaca avtomobil və həm də boruları yükləmək üçün yük avtomobili tapacağını bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs5 boruları daşımaq üçün evakuator tapmış və tanışı Nicat adlı şəxsin “Vaz 2107” markalı avtomobilini bir günlük götürərək onlara məlumat vermişdir. Həmin gün saat 23:00 radələrində Təqsirləndirilən şəxs5 həmin avtomobil ilə onların yaşadıqları kəndə gəlmiş və onlar birlikdə oradan Göyçay rayonu Qaraməryəm dairəsinə getmişlər. Qaraməryəm dairəsinə gəldikdə Samir idarə etdiyi avtomobildən düşüb Sadiq adlı şəxsin idarə etdiyi evakuatora əyləşmiş, evakuatorda olan Elçin adlı şəxs isə Samirin idarə etdiyi avtomobilin sükanı arxasında əyləşdikdən sonra onlar zavodun yanına gəlmişlər. Bir az irəli sürərək Əkbərin tanışı olan Təqsirləndirilən şəxs3 yaşadığı küçənin başından götürüb yenidən zavodun yanına qayıtmışlar. Həmin vaxt zavodun sol tərəfi ilə ayrılan yolun girişində evakuator saxlamış, Samir həmin evakuatordan düşüb onların olduğu avtomobilə əyləşmişdir. Samir evakuator sürücüsü Sadiq adlı şəxslə razılaşdığını, Sadiqin onları kənarda gözləyəcəyini, işlərini qurtardıqdan sonra gəlib onları aparacağını, bunun üçün isə Sadiqə 200 manat pul verəcəklərini bildirmişdir. Sonra onlar bir qədər qarşıya gedərək avtomobildən düşmüşlər. Samir həmin avtomobili idarə edən Elçinə onları gözləməsini bildirmişdir. O, Əkbər, Samir və Hüseyn hasarın boşluq olan hissəsindən zavodun ərazisinə daxil olmuşlar. Əkbər sexin arxa tərəfində yerləşən boşluqdan içəri daxil olub estekadanın giriş qapısını açmış və onlar binanın içərisinə daxil olub dəmir pilləkənlə dördüncü mərtəbəyə çıxmışlar. Bu vaxt Əkbər özü ilə gətirdiyi 19 ölçülü açarla Samirlə birlikdə boruları açmağa başlamış, o, telefonun işığı ilə həmin yeri işıqlandırmış, Təqsirləndirilən şəxs3 isə pəncərədən çölə baxaraq ətrafa nəzarət etmişdir. Əkbər və Samir boltları açdıqdan sonra onun köməkliyi ilə 1 metr 50 sm uzunluğunda, 70 sm diametrində olan mis boruları (spirt çəninin kalonun salqalarını) pilləkən ilə aşağı daşıyıb yerə yığmışlar. Həmin gecə ayrı-ayrı spirt çəkən aparatın 5 ədəd başlığını açmışlar. Həmin borulardan dörd ədədini binanın giriş qapısından çölə çıxardıb həmin bina ilə üz-üzə yerləşən hasarın yanına gətirmişlər. Onlar özləri ilə gətirdikləri kəndirlə boruları hasarın üzərinə, oradan isə hasarın çöl tərəfinə çıxartmağa çalışmışlar. Bu vaxt Samir evakuator sürücüsünə zəng gedib gəlməsini bildirmişdir. Evakuator sürücüsü Təqsirləndirilən şəxs4 onların hasarın üzərindən boruları çölə çıxartmalarını görmüş, onlar digər üç ədəd borunu da hasarın üzərindən yerə tulladıqdan sonra Samir kəndirdən tutub hasarın digər tərəfinə keçmiş, həmin vaxt Samir, Hüseyn və Sadiq həmin boruları evakuatora yükləmişlər. Onunla Əkbər zavoda daxil olduqları yerdən çölə çıxaraq evakuatorun dayandığı yerə gəlmişlər. Bu vaxt Hüseynin orada tək qalmasını, Samirin isə evakuatorda getməsini bilmişlər. Onlar piyada asfalt yola çıxmışlar və o, Elçinə zəng gedib gəlib onları aparmasını bildirmişdir. Elçin onların olduqları yerə gəldikdən sonra isə o və Əkbər həmin avtomobilə əyləşib oradan yaşadığları kəndə gəlmiş, Hüseyn isə oradan piyada yaşadığı evə getmişdir. Oğurladığları borular evakuatorda qalmış, səhər Göyçay şəhərinə gedib Samir ilə görüşmüşdür. Samir boruları Mirəli Qədirova satdığını, əldə etdiyi 1580 manat puldan 200 manat evakuator sürücüsünə verdiyini bildirmişdir. Əvvəlcədən razılaşdıqları kimi Əkbər Hüseynə veriləsi pulu özünə düşən puldan verəcəyini bildirdiyindən həmin pulu üç yerə bölmüşlər. Həmin oğurluq əməllərindən isə Elçin adlı şəxsin məlumatı olmadığından Elçinə pul verilməmişdir. Həmin gün o, Bakı şəhərinə getmişdir. Təxminən 2018-ci ilin dekabr ayının sonunda Əkbər ona zəng edərək zavod müdürünün yeni spirt çəkən aparat sifariş verdiyini, boruların sökülərək anbara yığıldığını bildirərək təkrar həmin zavoddan oğurluq etməyi demişdir. O, Əkbərlə razılaşıb xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərindən yaşadığı kəndə gəlmişdir. xx xxxxxx 2018-ci il tarixdə saat 24:00 radələrində Əkbərlə görüşüb özünə məxsus avtomobillə birlikdə həmin zavodun yanına gəlmişlər. Saat 01:00 radələrində zavodun ərazisinə girərək anbara daxil olmuşlar. Hər ikisi anbarın daha alçaqda yerləşən aliminium pəncərəsindən dörd ədəd mis materialdan olan borunu və iki ədəd mühərrik nasosu çölə çıxartmışlar. Oradan boruları və mühərrik nasosları özləri ilə gətirdikləri kəndirlə dartaraq növbə ilə hasardan çölə çıxartmışlar. Sonra isə avtomobilini həmin yerə gətirib oğurladıqları əmlakı avtomobilin yük yerinə qoyub oradan yaşadığları kəndə gəlmişlər. Səhər saat 11:00 radələrində Əkbər ilə birlikdə Mirəli Qədirovun işlətdiyi metal alqı-satqı məntəqəsinə gəlib həmin dörd ədəd mis borunu 780 manata Mirəliyə satmışlar. Mirəli mis borunun hər kiloqramına görə onlara 6 manat 30 qəpik pul vermişdir. İki ədəd mühərrik nasosu isə Göyçay şəhərində tanımadığı bir nəfər şəxsə 150 manata sataraq pulu isə öz aralarında bölmüşlər. Bundan sonra xx xxxxxx 2018-ci il tarixdə Əkbər ilə telefonla danışıb pula ehtiyacı olduğunu bir-birilərinə bildirdikdən sonra yenidən zavoddan oğurluq etmək qərarına gəlmişlər. Lakin həmin vaxt o, avtomobilini satdığından Əkbər oğurlayacağları əşyaları qohumu X5 məxsus avtomobil ilə daşıyacaqlarını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Məhəmmədin avtomobili ilə İsmayıllı rayonunun Kürdmaşı kəndinə gəlmişlər. Məhəmməd zavodun yaxınlığında onları avtomobildən düşürtdükdən sonra o və Əkbər piyada zavodun yaxınlığına gəlmiş, zavodun hasarının boşluq olan hissəsindən zavodun ərazisinə daxil olmuşlar. Oradan isə anbara daxil olub bir ədəd mis borunu anbarın sağ tərəfində yerləşən pəncərəsindən çıxartmışlar. Əvvəlki oğurluq əməllərində olduğu kimi borunu barının digər tərəfinə keçirmişlər. X56 zəng edib gəlib onları aparmasını xahiş etmiş, Məhəmməd həmin yerə gəldikdən sonra borunu onun avtomobilinin yük yerinə qoyaraq yaşadıqları kəndə gətirib ona məxsus torpaq səhəsində borunu boşaltmışlar. Oğurladıqları borunu səhər Mirəli Qədirovun işlətdiyi metal alqı-satqı məntəqəsinə gətirərək satmışlar. O, verilmiş ittihamda 2018-ci ilin may ayının əvvəllərində zavoddan oğurlayaraq Mirəli Qədirova satdıqları vintillərin sayının həddindən artıq şişirdilərək qeyd olunduğunu bildirir. Belə ki, onların oğurlayaraq birinci dəfədə Mirəliyə satdıqları vintillərin hər kiloqramı 4 manat 50 qəpikdən satılmış, lakin verilmiş ittihamda səhv olaraq hər kiloqramına görə Mirəlinin onlara 6 manat 50 qəpik pul verildiyi qeyd edilmişdir. Vintillərə görə birinci dəfədə Mirəli onlara 611 manat pul vermişdir. 611 manat /4 manat 50 qəpik= 136 kiloqram. Vintilin birinin çəkisinin 350 qram olması nəzərə alınmaqla onların zavoddan birincidə oğurladıqları vintillərin sayı 136 kiloqram/0,350 kq= 388 ədəd. Onların 2018-ci ilin may ayının əvvəllərində zavoddan oğurladıqları vintillərin sayı 388-389 ədəd civarında olmuşdur. 2018-ci ilin may ayının 17-də isə oğurladıqları vintillərə və bir ədəd göy rəngli böyük vintilə görə Mirəli onlara hər kilosuna 4 manat 50 qəpikdən hesablanmaqla ümumilikdə 2340 manat pul vermişdir. Göy vintilin çəkisinin 15- 20 kiloqram olması nəzərə alınmaqla onların Mirəliyə satdıqları vintillərin ümumi çəkisi 2340 manat / 4 manat 50 qəpik= 520 kiloqram, həmin çəkidən bir ədəd göy vintilin orta çəkisi çıxılmaqla 520 kq-17,5 kq=502,5 kq, vintillərin hər birinin çəkisinin 350 qram olması nəzərə alınmaqla 502,5 kq/ 0,350 kq= 1435,7 vintillərin sayı. Beləliklə onların zavoddan iki dəfədə oğurladıqları vintillərin ümumi sayı 1824 ədəd təşkil etmişdir. Onlara verilmiş ittihamda isə iki dəfədə oğurlanmış vintillərin sayı 1820+6450=8270 ədəd göstərilməklə xeyli dərəcədə şişirdilmişdir. Təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası isə həmin sayda vintilin qiymətini müəyyən etmiş və vurulmuş ziyan şişirdilmişdir. Ona görə də vurulmuş ziyanın həmin epizodlar üzrə oğurlanmış vintillərin sayına görə müəyyən edilməsini xahiş edir. xx xxxxxx 2018-ci il tarixdə isə onlar ümumiyyətlə zavoda getməmiş və oğurluq etməmişlər. Axırıncı epizod olan yəni xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə törətdikləri oğurluq hadisəsində o, Əkbər ilə birlikdə zavoddan yalnız bir ədəd mis boru oğurlamış və həmin borunu Əkbərin qohumu və həmkəndlisi olan Məhəmməd Talıbovun avtomobili ilə yaşadıqları kəndə aparmış, səhəri gün isə Göyçay şəhərinə apararaq Mirəliyə satmışlar. Ona görə də ona verilmiş ittihamdan xx xxxxxx 2018-ci il tarixdə oğurluq etmələri epizodunun xaric edilməsini xahiş edir. xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə törətdikləri oğurluq epizodu üzrə isə bir ədəd mis borunun (deflektorun) oğurlanmasında özünü təqsirli bilir. Onların oğurladıqları əşyaların qiymətləri şişirdilmiş, həmin əşyaların qiymətləri real bazar qiymətlərindən dəfələrlə artıq qeyd olunmuşdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası zamanı isə böyük əksəriyyət təşkil edən əmlakların qiymətləri onların istismar olunmaları nəzərə alınmadan təzə əmlak olaraq qiymətləndirilmışdir. Halbu ki, onların oğurladıqları əmlakların hamısı zavodda işlədilmiş, bir hissəsi isə artıq istismara yararsız olaraq anbara yığılmış əmlaklar olmuşdur. Törətdiyi cinayət əməllərindən peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu ziyanın öz payına düşən hissəsini ödəməyə cəhd göstərmişdir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs “xxxx” ASC-nin nümayəndəsi X32 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, “xxxx” ASC-nin baş mühəndisi vəzifəsində işləyir. Həmin zavod İsmayıllı rayonu Kürdmaşı kənd ərazisindən keçən İsmayıllı- Qaraməryəm yolunun sağ tərəfində yerləşir. Zavod spirt emalı ilə məşğuldur. Zavod qarşı tərəfdən 4 metr, yan və arxa tərəflərdən isə 5 metr hündürlükdə daş hasarla əhatə olunmuşdur. Zavoda giriş qapısının yanında gözətçi otağı vardır. Zavodun ərazisində anbarlar, qıcqırtma sexi, müxtəlif tikililər, spirt emalı sexi, qaraj, dəmir və beton çənlər vardır. Zavodda təmir aparılması, yeni avadanlıqların quraşdırılması və köhnə avadanlıqların sökülərək anbara yığılması onun nəzarətində olmuş, qeyd etdiyi işlər rəsmi sənədləşmə aparılmadan həyata keçirilməsinə baxmayaraq o, zavodda olan bütün növ avadanlıqların hansı sayda olmasını, hansıların yeniləri ilə əvəz olunmalarını, köhnə avadanlıqların hara yığılması və hansı sayda olması barədə məlumatlı olmuşdur. O, ilk əvvəl həmin zavoddan 3 ədəd spirt çəkən aparatın kalononun salqalarının oğurlanması ilə bağlı 2019-cu ilin fevral ayının 12-də İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə isə ASC-nin ərazisinə və anbarlarında ətraflı baxış keçirdikdə həmin anbardan hər biri 1 manat 80 qəpik olan 8270 (səkkiz min iki yüz yetmiş) ədəd vintilin və bir ədəd 120 millimetr diametrli göy rəngli 150 manat dəyərində vintilin oğurlandığını bilmişdir. Həmin vintillərin bir ədədinin çəkisi 350 qram, böyük vintilin çəkisi isə təxminən 16-18 kiloqramdır. Digər anbardan isə 9 ədəd hər biri 3300 (üç min üç yüz) manatdan olmaqla ümumilikdə 29,700 (iyirmi doqquz min yeddi yüz) manat dəyərində 96 faizli spirt çəkən aparatın kolonunun salqalarının, 9 ədəd hər biri 300 (üç yüz) manat olmaqla 2700 (iki min yeddi yüz) manat dəyərində mühərriki ilə birlikdə nasosların, dəmir konstruksiyadan olan estakadadan spirtçəkmə aparatının qurğusu olan 7 ədəd hər biri 4000 (dörd min) manat olmaqla ümumilikdə 28,000 (iyirmi səkkiz min) manat dəyərində deflektorların oğurlandığını aşkar etmişlər. ASC-nin həyətində oğurluq baş vermiş anbarın uzunluğu 41 metr, eni isə 21 metrdir. Anbar birmərtəbəli olmaqla üst hissəsi, giriş qapısı dəmir materialdandır, anbar mişar daşı ilə tikilmişdir, qabaq və arxa hissələri daşla tikilmiş, həmin məsafədən yuxarı isə plastik pəncərə ilə örtülmüşdür. Giriş qapısı qərb istiqamətindədir, qapının uzunluğu 3,42 m, hündürlüyü isə 2,90 sm-dir. Anbarın içərisində 25 ədəd iritutumlu dəmir materialdan olan çənlər, tikinti materialları və s. əşyalar vardır. Qapıda möhür olduğundan oğurluq edən şəxslər plastik pəncərədən içəri daxil olaraq oğurluq əməllərini törətmişlər. Oğurluq hadisəsi baş vermiş digər anbar bir mərtətəbəli olmaqla eni 11 metr, uzunluğu isə 35 metrdir. Anbarın içərisində qərb istiqamətində 1 ədəd kiçik ölçülü otaq vardır. Həmin otaqdan çölə dəstək hissəyə müdaxilə nəticəsində plastik pəncərə açılıb-bağlanır. Anbarın içərisində müxtəlif markalı sementlər, kabellər, spirt çəkən aparatın kalonunun sarqaları, deflektorları, su nasosları və s. materiallar vardır. Həmin anbarın içərisindən 9 ədəd mis materialdan olan 96 faizli spirt çəkən aparatın kolonunun sarqaları, 9 ədəd hər biri 300 (üç yüz) manat olmaqla 2700 (iki min yeddi yüz) manat dəyərində ümumi istifadə üçün olan mühərrikləri ilə birlikdə su nasosu oğurlanmışdır. Zavodun spirt çəkmə sexi isə dəmir materialdan tikilmişdir, 6 mərtəbəlidir. Sexin giriş hissəsində kiçik qapı vardır və dəmir pilləkənlərlə yuxarı mərtəbələrə çıxılır. Sexin üçüncü mərtəbəsindən 7 ədəd hər biri 4000 (dörd min) manat dəyərində delfektorları oğurlanmış və dəmir pilləkənlərə aşağı düşürdülmüşdür. Onun şikayəti üzrə araşdırılma aparılan zaman zavoddan oğurluq edən şəxslərin zavodun keçmiş işçiləri olmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Əkbərin həmkəndlisi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxslər törətdikləri oğurluq əməlləri nəticəsində “xxxx” ASC-yə vurduqları ziyanı ödəməmişlər. Təqsirləndirilən şəxslər vurulmuş ziyanın bir hissəsini ödəmək istəsələr də, ASCnin rəhbərliyi dəymiş ziyanın bütövlükdə ödənilməsini tələb edərək təqsirləndirilən şəxslərin təkliflərindən imtina etmişdir. Təqsirləndirilən şəxslər barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş və birincin instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifаdə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır. 2018-ci ilin aprel ayının ortalarında Səfa ona zəng edərək özündə su nasosu olmasını, gəlib həmin su nasosalarına baxmasını bildirmişdir. Üç saatdan sonra Səfaya zəng edərək Göyçay rayonu Çayarxı kəndinin girişində olan çayxanaya gəlməsini bildirmişdir. Bir azdan sonra Səfa özünə məxsus “Vaz 20174” markalı avtomobili ilə onun bildirdiyi yerə gəlmişdir. O, çayxanadan çıxıb Səfa ilə görüşmüş və Səfa su mühərriklərinin avtomobilinin yük yerində olmasını bildirmişdir. Avtomobilin yük yerinə 6 ədəd su mühərriki olmuş və həmin su mühərriklərinin hansı qiymətə ona satacağını Səfadan soruşmuşdur. Səfa həmin mühərriklərin bir ədədini ona 30 manata satacağını bildirmişdir. O, öz stixanasında həmin su mühərriklərindən istifadə etmək üçün həmin mühərrikləri almaq barədə razılaşmışdır. Lakin həmin su məhərriklərinin işlək vəziyyətdə olmamasından narahat olduğundan Səfaya həmin mühərrikləri tanışı Vüsal üçün alacağını, yararsız olacağı halda gətirib qaytaracağını bildirmişdir. Bu səbəbdən Səfa həmin su mühərriklərinin Vüsalın alacağını başa düşmüşdür. Lakin həmin su mühərriklərini özü üçün almışdır. Bununla bağlı Vüsal və Səfa arasında hər hansı bir danışıq olmamışdır. Sonra həmin mühərrikləri Səfanın avtomobilinin yük yerindən götürüb özünə məxsus “Qazel” markalı yük avtomobilinə yükləyib oradan yaşadığı evə gətirmişdir. Səhər isə Səfa ilə görüşüb 180 manat pulu Səfaya vermişdir. Səfadan isə həmin mühərrikləri haradan əldə etməsini soruşduqda Səfa həmin su nasosların işlədiyi işə görə pul yerinə ona verildiyini demişdir. O, polis şöbəsinə çağrılan zaman Səfanın həmin su mühərriklərini oğurluq yolla əldə etməsini bilmişdir. Həmin mühərriklərdən iki ədədini ona lazım olmadığından Göyçay şəhərində tanış olduğu köhnə və işlənmiş əşyalar alan şəxsə satmışdır. Qalan 4 ədədini isə sonradan polisə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X57birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, Göyçay şəhərində yaşadığı evin həyətindəki emalatxanasında motor təmiri ustası işləyir. 2018-ci ilin aprel ayının tarixini xatırlamadığı günündə adını sonradan bildiyi Göyçay rayonu Qarayazı kənd sakini Təqsirləndirilən şəxs2 yanında bir nəfər şəxs ilə birlikdə işlədiyi emalatxanaya gələrək 3 faza 2.2 kv-luq mühərriki ilə birlikdə su nasosunu satmaq istədiyini ona bildirmişdir. O, həmin motoru haradan əldə etməsini Təqsirləndirilən şəxs2 soruşduqda Səfa həmin motorun özünə məxsus olmasını bildirmişdir. O, Səfaya inanmış və həmin su nasosunu Səfadan 70 (yetmiş) manata almışdır. Təqsirləndirilən şəxs2 həmin mühərrik nasosu oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Mühərrikli su nasosunu almaqda məqsədi onun hissələrindən istifadə etmək olmuşdur. O, sonradan həmin mühərrikli su nasosunu polisə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X31 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, səkkiz ilə yaxın bir müddətdir ki, metal alqı-satqı məntəqəsini işlədir. Məntəqədə onun işi müxtəlif şəxslər tərəfindən gətirilmiş yararsız metal tullantılarını almaqdan ibarətdir. O, həmin tullantıları alan zaman ilk öncə növ üzrə ayırmış və sonra isə tərəzidə çəkib qəbul etmişdir. Qəbul edilmiş metal tullantılarını isə Bakı şəhərinə göndərmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. 2018-ci ilin may ayının əvvəllərində həmin şəxlər onun işlədiyi məntəqəyə gələrək ona 8 ədəd kisədə latun materialdan olan vintilləri satmaq istədiklərini bildirmişlər. O, sonuncuların gəldikləri avtomobilin yük yerində olan vintillərə baxaraq həmin vintilləri alacağını bildirmişdir. Vintillərin kisələrdə , tozlu-torpaqlı olmasına görə onları saymamış, o, aldığı metalı tullantı kimi aldığı üçün həmin vintillərin sayılmasına heç zərurət də olmamışdır. Bundan sonra avtomobilin yük yerində ağ kisədə olan həmin vintilləri çəkərək ümumi çəkisini müəyyən etmiş, həmin çəki və vintillərin ümumi sayı onun yadında qalmasa da hər kiloqrama görə onlara 4 manat 50 qəpik pul ödəməsini, onlara ümumilikdə 611 manat pul verməsini xatırlayır. O, həmin şəxslərin hər ikisindən həmin vintilləri haradan əldə etmələrini soruşduqda onlar İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən spirt emalı zavodunda yeniləmə işləri getdiyini, həmin vintilləri oradan aldıqlarını və gətirib ona satmaqla qazanc əldə etdiklərini bildirmişlər. 2018-ci ilin may ayının 18-də həmin şəxslər yenə “Vaz 2107 markalı avtomobildə işlətdiyi məntəqəyə gəlmişlər. Avtomobili Səfa idarə etmişdir. Həmin şəxslər avtomobilin yük yerində ona əvvəl satdıqları latun metaldan olan vintillərin olmasını bildirmişlər. O, yenə avtomobilə yaxınlaşıb yük yerinə baxmış və orada çoxlu sayda kisədə həmin vintillərdən olmasını görmüşdür. O, həmin kisələrdə olan vintilləri alacağını deyərək həmin kisələri məntəqənin qarşısında olan tərəzinin üzərinə yığmasını bildirmişdir. Vintillərin sayının və ümumi çəkisinin nə qədər olmasını xatırlamasa da Səfa və Əkbərə hər kiloqramı 4 manat 50 qəpikdən olmaqla cəmi 2340 manat pul verdiyini xatırlayır. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 3 ədəd mis boru gətirərək satmaq istədiklərini ona bildirmişdir. O, həmin boruları da tərəzidə çəkib onlara hər kiloqramı 6 manat 50 qəpik olmaqla cəmi 1124 manat pul vermişdir. Sonradan xx xxxxxx 2018-ci il tarixdə onlar daha 4 ədəd mis borunu gecə vaxtı məntəqəyə gətirmişlər. Həmin boruları isə Əkbər və Səfa özləri deyil, başqa şəxslər evakuatorda gətirib məntəqənin həyətində yerə boşaltmış, həmin vaxt isə o, işdə olmamışdır. Səhər məntəqəyə gəldikdə həmin 4 ədəd mis borunun yerdə olmasını görmüş, gözətçi ona həmin boruları evakuatorda iki nəfər cavan oğlanın gətirmələrini demişdir. Bir müddət sonra bir nəfər şəxs onun iş yerinə gəlmiş, həmin şəxs adının Samir olduğunu demiş, həmin boruların Səfanın göndərdiyini demişdir. O, Səfa ilə telefonla danışmış və onların gətirdikləri 4 ədəd mis borunu tərəzidə çəkib hər çəkisinə görə 6 manat 50 qəpik olmaqla cəmi 1580 manat pul vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə dörd ədəd və xx xxxxxx 2019- cu il tarixdə isə 5 ədəd mis boru almışdır. Lakin həmin vaxt misin qiyməti ucuzlaşdığından o, hər kiloqramına görə onlara 6 manat 30 qəpik pul vermişdir. xx xxxxxx 2018-ci il tarixdə aldığı dörd ədəd mis boruya görə onlara 780 manat, xx xxxxxx 2019-ci il tarixdə isə aldığı 5 ədəd mis boruya görə isə onlara 1688 manat pul vermişdir. Bundan başqa həmin şəxslərdən başqa heç bir metal almamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aldığı vintillər toz-torpaq içində olduğuna görə onların işlək vəziyyətdə olmalarını bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona satmaq üçün gətirdikləri mis boruların kənarına bərkidilmiş boru hissələri və bir ədəd böyük vintil məntəqədə qalmışdır. O, həmin bir ədəd böyük göy rəngli vintili və mis boruların kənarından qaynaq vasitəsi ilə kəsilmiş boru hissələrini polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılması üçün işlətdiyi metal tullantıları məntəqəsinə gətirilən zaman onların İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən “xxxx” ASC-dən oğurluq etmələrini, ona satdıqları əşyaların oğurluq yolla əldə etmələrini bilmişdir. İbtidai istintaq zamanı onun ifadəsi düzgün qeyd edilməmiş, vintillərin sayını bilmədiyi halda onun adından vintillərin dəqiq sayları qeyd edilmişdir. Eyni zamanda o, iki dəfədə aldığı vintillərini çəkisini bildirməsə də onun ifadəsində vintillərin çəkisinin birincə dəfədə 94 kiloqram, ikinci dəfədə isə 360 kiloqram olması qeyd edilmişdir. Halbu ki, məhkəməyə verdiyi ifadəsində qeyd etdiyi kimi vintilləri metal tullantısı kimi aldığı üçün onların sayı onun üçün maraqlı olmamış və saymamışdır. Qeyd etdiyi kimi latundan olan vintillərin çəkilərini xatırlamasa da həmin vintillərin hər kiloqramına və ümumilikdə verdiyi pulun miqdarını dəqiq xatırlayır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş əlavə şahid qismində dindirilən X10 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləri olmaqla, Təqsirləndirilən şəxs1 ilə həm də qohumluq əlaqələri var. Təqsirləndirilən şəxs1 İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən spirt emalı zavodunda işləmişdir. xx xxxxxx 2018-ci il tarixdə saat 23:00 radələrində yaşadığı evdə olduğu zaman qohumu Təqsirləndirilən şəxs1 onu evdən küçə qapısının qarşısına çağırıb işlədiyi zavodda işdə olan iş yoldaşlarının yeni il bayramını təbrik etməkdən ötrü onları İsmayıllı rayonuna aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 yanında Təqsirləndirilən şəxs2 da olmuşdur. O, Təqsirləndirilən şəxs1 xahişi ilə razılaşıb onları İsmayıllı rayonuna aparacağını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində avtomobili ilə Əkbər və Səfanı İsmayıllı rayonu Kürdmaşı kəndinə gətirmişdir. Əkbər işlədiyi zavodu ona göstərib ASC-də iş yoldaşları ilə görüşüb bayramı birlikdə keçirəcəklərini, ona yaşadığı evə getməsini, əgər onları gəlib aparmaq lazım olacağı halda ona zəng edəcəyini demişdir. O, bundan sonra yaşadığı kəndə qayıtmış, təxminən 03:00 radələrində Əkbər ona zəng edərək gəlib onları aparmasını xahiş etmişdir. O, Əkbər və Səfanı düşürdüyü yerə gəldikdə onların yanında yerdə 5 ədəd mis borunun olmasını görmüş, Əkbər həmin boruları ona göstərib işlədiyi zavodun nəzarətçinin ona pay verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 zavoddan işdən çıxmasını bilmədiyindən ondan şübhələnməmişdir. O, Əkbərin xahişi ilə ilk öncə iki ədəd borunu avtomobilinin yük yerinə yığmış, üç ədəd boru isə hasarın yanında yerdə qalmışdır. Həmin iki ədəd borunu yaşadıqları kəndə gətirib Təqsirləndirilən şəxs2 məxsus torpaq səhəsində boşaltmış, sonra yenidən o, Əkbərlə birlikdə İsmayıllı rayonuna qayıtmışdır. Səfa isə orada onları gözləmişdir. O, Əkbərlə birlikdə qalan üç ədəd borunu da yenidən avtomobilə yükləyib həmin yerə gətirmişlər. Sonra isə Əkbər və Səfadan ayrılıb yaşadığı evə gəlmişdir. Polis şöbəsinə çağrılan zaman bilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin 5 ədəd borunu İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən “xxxx” ASC-dən oğurluq yolla əldə etmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş əlavə şahid qismində dindirilən X22 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci il mart ayından “xxxx” ASC-nin anbardarı vəzifəsində işləyir. O, zavoda anbardar vəzifəsinə təyin ediləndə təhvil-təslim olmamış və anbarı həmin vaxt olduğu vəziyyətdə təhvil almışdır. Zavodun həyətində köhnə və təzə avadanlıqlar yığılmış iki anbar vardır. Baş verən oğurluq hadisələrindən onun xəbəri olmamış və anbara yığılmış avadanlıqlar pərakəndə şəkildə olduğundan ilk əvvəllər oğurluq olunduğunu müəyyən etmək mümkün olmamışdır.Sonradan isə oğurluq baş verdiyi müəyyən olunmuş və anbara yığılmış avadanlıqlar siyahılaşdırılarkən vintillərin, mühərriklərin, mis deflektorların və salqaların oğurlandığı məlum olmuşdur. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş əlavə şahid qismində dindirilən X17 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin noyabr ayının ortalarından həmin ilin dekabr ayının 10-15nədək 23 gün “xxxx” ASC-nin gözətçisi vəzifəsində işləmişdir. Baş verən oğurluq hadisələrindən onun xəbəri olmamış, lakin noyabr ayının xatırlamadığı günündə gecə növbəsində olduğu zaman zavodun həyətindəki anbardan müxtəlif səslər eşitmişdir. O, bu barədə baş mühəhdis Qorxmaz Əbilovu məlumatlandırmışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş əlavə şahid qismində dindirilən İsmayıllı rayon Polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi X33 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, X29 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 isə CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı ona həvalə olunmuş və o, cinayət işinin xüsusiylə mürəkkəb olması, baş vermiş oğurluq əməlləri üzrə epizodların çoxluğu vurulmuş ziyanın böyük həcmdə olmasını nəzərə alaraq cinayət prosessual qanunvericiliyin bütün tələblərinə riayət etməklə araşdırmalar aparmış, zəruri olan bütün istintaq hərəkətləri tərəfindən həyata keçirilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərə heç bir halda onun və yaxud digər şəxslərin hər hansı bir təzyiqi, təsiri olmamış və törədilmiş cinayət əməlləri ilə bağlı təqsirləndirilən şəxslərin bildirdikləri xüsusatlar dedikləri kimi qeydə alınmışdır. Oğurlanmış vintillərin sayındakı ziddiyyətlə bağlı bildirir ki, təqsirləndirilən şəxslər Əkbər Talibov və Təqsirləndirilən şəxs2 bildirdiklərinə əsasən vintillərin sayı o sayda qeyd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş 13 fevral 2019-cu il tarixli “Hadisə yerinin baxışının keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, “xxxx” ASC-nin zavod binası İsmayıllı rayonu Kürdmaşı kənd ərazisində keçən İsmayıllı- Qaraməryəm yolunun sağ tərəfində yerləşir. Zavod spirt emalı ilə məşğuldur. Zavod qarşı tərəfdən 4 metr, yan və arxa tərəflərdən isə 5 metr hündürlükdə daş hasarla əhatə olunmuşdur. Zavoda giriş qapısının yanında gözətçi otağı vardır. Zavodun ərazisində anbarlar, qıcqırtma sexi, müxtəlif tikililər, spirt emalı sexi, qaraj, dəmir və beton çənlər vardır. Oğurluq hadisələri baş vermiş yerlər zavodun həyətində yerləşən anbarlar və estakadanın yerləşdiyi dəmir konstruksiyalarla quraşdırılmış binadır. “xxxx” ASC-nin baş mühəndisi vəzifəsində işləyən X32 və anbardar vəzifəsində işləyən İskəndərli Rəvan Vaqif oğlu baş vermiş oğurluq əməllərinin törədildiyi sahələri, oğurlanmış əmlakın hasardan çölə çıxarıldığı yerləri əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə - əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 12011/12012 nömrəli rəyindən görünür ki, müvafiq aparılmış tədqiqat nəticəsində respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olduğunu nəzərə alaraq 2018-ci il və 2019cu ilin yanvar ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir.Sarı rəngli metal vintil bir ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla 8270 ədədinin ümumilikdə qiyməti 14886 manatdır. 215x65 sm ölçüdə mis materialdan hazırlanmış 3 ədəd deflektor (zərərçəkmişin bildiridyinə görə 2011-ci ildən alınıb) üzərində korroziya izləri var və borularlar birlikdə bir ədədinin qiyməti 4000 manat olmaqla 3 ədədinin qiyməti 12000 manatdır. 195x50 sm ölçüdə mis materialdan hazırlanmış 4 ədəd deflektor (zərərçəkmişin bildirdiyinə görə 2013-ci ildən alınıb) və borularlar birlikdə bir ədədinin qiyməti 4000 manat olmaqla 4 ədədinin qiyməti 16000 manatdır. Nümunəsi təqdim edilmiş 175x40 sm ölçülərində olan 8 ədəd salqa - borularla birlikdə bir ədədinin qiyməti 3300 manat olmaqla 8 ədədinin ümumi qiyməti 26400 manatdır. Nümunəsi təqdim edilmiş 100x40 sm ölçülərində olan 1 ədəd salqa - borularla birlikdə bir ədədinin qiyməti 3000 manatdır.Bir ədəd 120 mm daimetrində göy rəngli vintil – 150 manat qiymətindədir. Dörd ədəd mühərrik 7.5 kv istifadə edilmiş nasos –bir ədədinin qiyməti 600 manat olmaqla 4 ədədi 2400 manatdır.Bir ədəd mühərrik “Loher” 0.55 kv Germany təzə vəziyyətdə qiyməti 120 manatdır. Bir ədəd mühərrik “Alarko” 4 kv Türkiyə istehsalı təzə vəziyyətdə qiyməti 500 manatdır.Bir ədəd mühərrik “Alarko” 1,1 kv Türkiyə istehsalı təzə vəziyyətdə 150 manatdır.Bir ədəd mühərrik +nasos istifadə olunmuş vəziyyətdə qiyməti 300 manatdır.Bir ədəd mühərrik “Boctok” istifadə olunmuş vəziyyətdə qiyməti 300 manatdır.Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunduğunu nəzərə alaraq 2018-ci il və 2019cu ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 76206.00 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat 06 (altı) qəpik təşkil edir. Cinаyət işinin materiallarında olan İsmayıllı rayon Polis Şöbəsinin İstintaq Qrupunun müstəntiqinin maddi sübut kimi tanınma haqqında xx xxxx 2019-cu il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun xxxx-ASC-də ifadələrinin yerində yoxlanılması zamanı “xxxx” ASCnin nümayəndəsi X13 nümünə qismində təqdim etdiyi oğurlanmış vintillərlə eynilik təşkil edən üç ədəd vintil, X14 təqdim etdiyi 3.15 sm uzunluğunda 100 mm diametrində bir ədəd, 2.10 sm uzuluğunda 90 mm diametrində 1 ədəd, 1.67 sm uzunluğunda 90 mm diametrində bir ədəd, 2.50 sm uzunluğunda 90 mm diametrində bir ədəd, 1.97 sm uzunluğunda 50 mm diametrində bir ədəd, 1.29 sm uzunluğunda 75 mm daimetrində bir ədəd, 0.87 sm uzunluğunda 90 mm diametrində bir ədəd, 0.75 sm uzunluğunda 50 mm diametrində bir ədəd, hər iki yan tərəfinə 0.20 sm uzunluğunda 40 mm diamterində qaynaq vasitəsilə bərkidilmiş boruları olan 1.36 sm uzunluğunda, 50 mm diametrində iki ədəd, 25 sm uzunluğunda 50 mm diametrində S formasında olan və hər iki baş hissəsinə fləns qaynaqlanmış bir ədəd, 63 sm uzunluğunda, 60 mm diametrində olan boruya yan tərəfindən qaynaqla bərkidilmiş iki ədəd olmaqla, bir ədədi 140 sm uzunluğunda və üzərində vintil bərkidillmiş 50 mm diamterində, digəri isə 98 sm uzunluğunda olan uc hissəsi rezbalı 50 mm diamterində nerj materialdan olan borular, həmçinin bir ədəd 120 mm diametrində göy rəngli vintil, Şahid1 təqdim etdiyi iki ədəd “ALARKO”, bir ədəd “LOHER” və bir “mühərrik Bostok” markalı mühərriklər və X40 təqdim etdiyi bir ədəd mühərrikli nasos maddi sübut qismində tanınmışdır. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş . İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli 222 nömrəli məktubdan görünür ki, Cəbiyev X18 rayon poliklinikasında ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Göyçay rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli 1417 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu Göyçay rayon Mərkəzi xəstəxanasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Göyçay rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli 1418 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs5 Göyçay rayon Mərkəzi xəstəxanasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Göyçay rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli 1419 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 Göyçay rayon Mərkəzi xəstəxanasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx xxxxxx 2019-cu il tarixli və xx xxx 2019-cu il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 məhkumluqları barədə Azərbaycan Respublikası DİN BƏSİİ-də məlumat yoxdur. Cinаyət işinin materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı rayonu Kürdmaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il 437 və 438 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Cəbiyev X18 rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1970-ci il təvəllüdlü atası X42, 1968-ci il təvəllüdlü anası X47 və 1999-cu il təvəllüdlü bacısı Arzudan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinаyət işinin materiallarında olan Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay rayonu Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2019-cu il 250 və 251 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1958-ci il təvəllüdlü atası X30, 1969-cu il təvəllüdlü anası X20 və 1994-cü il təvəllüdlü bacısı Əsmərdən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinаyət işinin materiallarında olan Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay rayonu Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2019-cu il 248 və 249 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1962-ci il təvəllüdlü atası X11, 1975-ci il təvəllüdlü anası X43, 1998, 2006, 2012 və 2014-cü il təvəllüdlü bacı və qardaşları Məlahət, Səhhət, Nailə və Zeynəbdən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinаyət işinin materiallarında olan Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2019-cu il 7/1311 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Göyçay şəhəri M.P.Vaqif küçəsi dalan 8, ev 1-də qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1994-cü il təvəllüdlü arvadı X23, 2013 və 2-16-cı il təvəllüdlü uşaqları Nəzrin və Hüseyndən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinаyət işinin materiallarında olan Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2019-cu il 7/1397 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 Göyçay şəhəri Natavan küçəsi ev 8-də qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və 1968-ci il təvəllüdlü anası X3 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinаyət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxx 2019-cu il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu xx xxxxxx 2019-cu il tarixdə saat 15:40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinаyət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxx 2019-cu il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 17:55-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinаyət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxx 2019-cu il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2019-cu il tarixdə saat 21:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur Cinаyət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(037)-07 /2019 nömrəli qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində “xxxx” qətimkan tədbiri seçilmiş və xxxxetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu andan, yəni 13 fevral 2019-cu il tarixdə saat 17:55-dən hesablanmaqla xxxxdə saxlanılma müddəti xx xxx 2019-cu il tarixədək müəyyən edilmişdir. Cinаyət işinin materiallarında olan ş İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 4(037)-09 /2019 nömrəli qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu barəsində “xxxx” qətimkan tədbiri seçilmiş və xxxxetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu andan, yəni 13 fevral 2019-cu il tarixdə saat 15:40-dan hesablanmaqla xxxxdə saxlanılma müddəti xx xxx 2019- cu il tarixədək müəyyən edilmişdir. Cinаyət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(037)-08 /2019 nömrəli qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 barəsində “xxxx” qətimkan tədbiri seçilmiş və xxxxetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu andan, yəni 13 fevral 2019-cu il tarixdə saat 21:10-dan hesablanmaqla xxxxdə saxlanılma müddəti xx xxx 2019-cu il tarixədək müəyyən edilmişdir. Cinаyət işinin materiallarında olan ş İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 4(037)-21 /2019 nömrəli qərarından müəyyən edilir ki, həmin tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 xxxxdə saxlama müddəti 2 (iki) ay, xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinаyət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 4(037)-22 /2019 nömrəli qərarından müəyyən edilir ki, həmin tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun xxxxdə saxlama müddəti 2 (iki) ay, xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinаyət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 4(037)-22 /2019 nömrəli qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “xxxx” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, o, dərhal məhkəmə iclas zalında xxxxdən azad edilmişdir. Cinаyət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxx 2019-cu il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cu il tarixdə saat 20:40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinаyət işinin materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqinin 25 fevral 2019-cu il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 13:20-də saxlanıldığı İsmayıllı Rayon Polis Şöbəsinin X19 dərhal xxxxdən azad edilmişdi Cinаyət işinin materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqinin “ təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə” xx xxx 2019-cu il tarixli qərarından və xx xxx 2019-cu il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs5 xx xxx 2019-cu il tarixdə saat 17:05-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinаyət işinin materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqinin xx xxx 2019-cu il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs5 barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 19:20-də saxlanıldığı İsmayıllı Rayon Polis Şöbəsinin X19 dərhal xxxxdən azad edilmişdir. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu ilə Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı tərəflər öz ifadələrini təsdiq etmişlər Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş 24 fevral 2019-cu il tarixli üzləşdirmə protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı tərəflər öz ifadələrini təsdiq etmişlər. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı tərəflər öz ifadələrini təsdiq etmişlər. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxx 2019-cu il tarixli üzləşdirmə protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı tərəflər öz ifadələrini təsdiq etmişlər. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxx 2019-cu il tarixli üzləşdirmə protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs5 oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı tərəflər öz ifadələrini təsdiq etmişlər. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxx 2019-cu il tarixli üzləşdirmə protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu ilə Təqsirləndirilən şəxs5 oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı tərəflər öz ifadələrini təsdiq etmişlər. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxx 2019-cu il tarixli üzləşdirmə protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs5 ilə Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı tərəflər öz ifadələrini təsdiq etmişlər. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 oğurluq və oğurluğa cəhd etdiyi “xxxx” ASC-nin spirt zavodunun həyətində, zavodun daxilində və zavodun çölündə törətdikləri oğurluq cinayətlərinin törədilmə üsullarını, cinayət əməllərini törədərkən etdiyi bütün hərəkətləri ardıcıllıqla əyani şəkildə göstərmişdir. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu oğurluq və oğurluğa cəhd etdiyi “xxxx” ASC-nin spirt zavodunun həyətində, zavodun daxilində və zavodun çölündə törətdikləri oğurluq cinayətlərinin törədilmə üsullarını, cinayət əməllərini törədərkən etdiyi bütün hərəkətləri ardıcıllıqla əyani şəkildə göstərmişdir. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 oğurluq etdiyi “xxxx” ASC-nin spirt zavodunun həyətində, zavodun daxilində və zavodun çölündə törətdikləri oğurluq cinayətinin törədilmə üsullarını, cinayət əməllərini törədərkən etdiyi bütün hərəkətləri ardıcıllıqla əyani şəkildə göstərmişdir. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxx 2018- ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 törətdikləri oğurluq cinayətinin törədilmə üsullarını, cinayət əməllərini törədərkən etdiyi bütün hərəkətləri ardıcıllıqla əyani şəkildə göstərmişdir. Cinаyət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxx 2018- ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs5 oğurluq etdiyi “xxxx” ASC-nin spirt zavodunun həyətində, zavodun daxilində və zavodun çölündə törətdikləri oğurluq cinayətinin törədilmə üsullarını, cinayət əməllərini törədərkən etdiyi bütün hərəkətləri ardıcıllıqla əyani şəkildə göstərmişdir. Öyrənilən işdən bəlli olur ki, həm verilmiş apelyasiya şikayətində, eləcədə təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun birinci instansiya məhkəməsinin, həmçinin hazırkı məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrində xx xxxxxx 2018-ci il tarixdə və xx xxxxxx 2018-ci il tarixdə edilmiş oğurluq (oğurluq etməyə cəhdə görə) epizodu üzrə özlərini ümumiyyətlə təqsirli hesab etməmişlər, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecədə yalnız 1 ədəd mis boru oğurladıqlarını bildirmişlər. Məhkəmə kollegiyası ilk olaraq təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun xx xxxxxx 2018-ci il tarixdə və xx xxxxxx 2018ci il tarixdə oğurluq epizodları üzrə təqsirli bilmələrinə münasibət bildirməyi zəruri sayır. Belə ki, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu xx xxxxxx 2018-ci il tarixdə tarixdə zavoddan heç bir oğurluq etmədiklərini, ümumiyyətlə zavodda olmadıqlarını göstərsələrdə, bu hal təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri, həmçinin şahid Mirəli Qədirovun birinci instansiya məhkəməsinin iclası, eləcədə hazırkı məhkəmə kollegiyasının iclası zamanı verdiyi ifadəsi ilə təkzib olunur. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş X9 ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, cəmi bir dəfə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun zavoddan oğurluq etmələrinin şahidi olmuşdur. Yəni bir gündə iki dəfə zavoda gedib gəlmişik. İlk dəfə Qarayazıdan Kürdmaşıya gətirib düşürtmüşdür. Başqa yerə getməmişdir. Onları Kürdmaşı kəndinə 31 dekabr tarixində gətirib düşürtmüşdür. Sonra evə qayıtmışdır. Üstündən 2 saat sonra Əkbər ona zəng vurmuş, o da onlu düşürtdüyü yerə götürmək üçün gəlmişdir. Onu götürməyə gəldikdən sonra yerdə 5 ədəd borunun olduğunu görmüşdür. Həmin borularadan birini baqaja, ikisini də salona qoymuşdur. Boruların uzunluğu təxminən 1.2 metr olmuşdur. Diametrini isə bilmir. Boruları götürdükdən sonra sahibinin kim olduğunu bilmədiyi həyətyanı sahəyə düşürtmüşdür. Sonra yenidən geri qayıdaraq qalan iki ədəd borunu salona qoymuşlar. Həmçinin, şahid Mirəli Qədirov həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində verdiyi ifadəsi zamanı göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 3 ədəd mis boru gətirərək satmaq istədiklərini ona bildirmişdir. O, həmin boruları da tərəzidə çəkib onlara hər kiloqramı 6 manat 50 qəpik olmaqla cəmi 1124 manat pul vermişdir. Həmin mis boruların diametrinin nə qədər olduğunu bilməsə də birinin təqribi şəkisinin 40 kiloqram olduğunu qeyd edir. xx xxxxxx 2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlundan 5 ədəd mis boru almışdır. Bundan başqa, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu xx xxxxxx 2018-ci il tarixdə oğurluqa cəhd epizodu üzrə özlərini təqsirli bilmədiklərini, həmin vaxtı ümumiyyətlə zavodda olmadığlarını göstərsələrdə, araşdırılan iş materialları bunun tamamilə əksini düşünməyə imkan verir. Belə ki, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu ibtidai istintaq zamanı verdikləri ifadələrində əməllərini etiraf etmiş, birinci instansiya məhkəməsinin iclası zamanı isə qeyd olunan halı mübahisələndirməmiş, orada da cəhd epizodunu qəbul etmişlər. Digər tərəfdən iş materiallaında İİİ cild səhifə 200-204də olan diskə baxış protokolundan görünür ki, təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu ilə Təqsirləndirilən şəxs5 arasında sms yazışmaları onların xx xxxxxx 2018-ci il tarixdə oğurluqa cəhd etdiyini bir daha təsdiq edir. Onların bir–birinə ünvanladığı sms mətnləri isə aşağıdakı məzmunda olmuşdur: xx.xx.2018-ci il Təqsirləndirilən şəxs5 10:04:06– bildim yaxşı. Dünən açdız?boltları? Təqsirləndirilən şəxs2- 10:07:07 maşın tapammadı ciirt cirt açar zad tapıb deyr rahatdı tapmaq. xx.xx.2018-ci il Təqsirləndirilən şəxs2 03:27:54- indi gəldim evə acib hazirladiq. 19 açar lazım oldu olmadigi ucun getremmedik. Təqsirləndirilən şəxs5 03:29:12- yaxwi necesin?acdız Təqsirləndirilən şəxs2 03:31:02- 2 hazırdida. Amma qalanları üçündə 19 lazimdi oncun da vaxt oldurmedik. Sen bedbext ne vaxt yatıb ne vaxt durassan. Birdeki sabah bir günluk 100 azn tapa bilersen? Göründüyü kimi təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu ilə Təqsirləndirilən şəxs5 arasında sms yazışmaların mətnlərindən onların xx xxxxxx 2018-ci il tarixdə oğurluqa cəhd etdiyi bir daha təsdiq olunur. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun onların ibtidai istintaq zamanı verdikləri ifadələrinin fizki təsir altında alınması ilə bağlı ifadələrində söylədikləri hallar isə iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun məhkəmə kollegiysının iclası zamanı verdikləri ifadələrində göstərdikləri bu xüsusatları, yəni xx.xx.2018 və xx xxxxxx 2018-ci il tarixdə ümumiyyətlə zavoddan heç bir oğurluq etməmələri, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecədə yalnız 1 ədəd mis borunu oğurlamaları barədə ifadələrində göstərdikləri xüsusatlara təndiqi yanaşır və bu ifadələrin onların özünü müdafiə xarakteri daşıması, obyektiv gerçəkliyi əks etdirməməsi səbəbindən qeyri səmimi ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun müdafiəçisi X8 həm apelyasiya şikayətinin əsas dəlilləri kimi həm də məhkəməyə təqdim etdiyi vəsatətində “təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu tərəfindən oğurlanmış əşyaların qiymətlərinin şişirdirildiyini, həmin əşyaların qiymətlərinin olduğundan dəfələrlə artıq qeyd olunduğunu, ekspertiza tədqiqatının əsasən zərərçəkmiş şəxsin məlumatları əsasında, naturada mövcud olmayan bir çox əşyalar barədə keçirildiyini, qeyd etməklə, həmin rəyi obyektiv hesab etməyərək, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməli olduğunu bildirmişdir. Öz növbəsində məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlili ilə razılaımır və qeyd edir ki, ekspertin rəyi kifayət qədər əsaslıdır. Belə ki, öyrənilən işdən aydın olur ki, xx.xx.2019-cu il tarixdə ekspert tərəfindən maddi sübutlara baxış keçirilmiş borulardan nümunələr götürülmüş, daha sonra məlum ekspert rəyində göstərilmişdir ki, malın (işin, xidmətin) bazar qiyməti tələb və təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja koterovkaları haqqında məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumatlarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, respublikada yerəşən ticarət məntəqələrində, internet saytlarında mövcüd olan qiymətlərdən və elecə dəMərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş malları istifadədə olduğunu nəzərə alaraq, 2018-ci il və 2019-cu ilin yanvar ayına olan orta bazar qiyməti müəyyən olunmuşdur. Rəydən görünür ki, ekspert şəxsi mülahizələrinə görə deyil, sırf tədqiqata təqdim edilmiş, götürülmüş nümunələr əsasında tədqiqat aparmış, həmçinin burada zərərçəkmiş şəxsin fikirlərinə istinad edilməmiş, eləcədə ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmaqla, yaralı olması nəzərə alınmışdır. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmişhəqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunun və Təqsirləndirilən şəxs2 əməlləri düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunun və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri iləcinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Yuxarida şərh olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, həmin subutlar kifayət qədər aydın, mötəbər və biri-birini tamamlayan təkzibolunmaz faktlara əsaslanır. Bununla da, məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası həm təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun müdafiəçisi X8 apelyasiya şikayətində göstərdiyi (cəzanın ağırlığı ilə bağlı) dəlillərinə, həm də zərərçəkmiş şəxs “xxxx” ASC-nin qanuni təmsilçisi X21 apelyasiya şikayətində göstərdiyi (cəzanın yüngüllüyü ilə bağlı) dəlillərinə münasibət bildirməyi zəruri sayır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun müdafiəçisi X8 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı sərtliyinə görə, zərərçəkmiş “xxxx” ASC-nin qanuni təmsilçisi X39 isə bütün təqsirləndirilən şəxslərə münasibətdə cəzanın yüngüllüyinə görə mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin bu dəlillərinə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun müdafiəçisi X8 apelyasiya şikayəti təmin edilməməli zərərçəkmiş “xxxx” ASC-nin qanuni təmsilçisi X21 apelyasiya şikayəti isə qismən təmin edilməməlidir. Çünki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunun və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterinivə ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsinşəxsiyyətini, vurulmuş zərərin ödənilməməsini,həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları,habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə,(CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyinetmişdir. Bununla yanaşı məhkəmə kollegiyası əməlin tövsifi, eləcədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Məhəmməd oğluna və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsada, CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilətəqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5təyin edilmiş cəzanı (təqsirləndirilən şəxslərin hər birinə 3 il azdlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir) cinayət qanunvericiliyin tələblərinə uyğun bilmir, uyğun olaraqTəqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təyin edilmiş cəza ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 dəfələrlə dəymiş zərərin ödənilməsi tövsiyyə edilmiş, bununla bağlı məhkəmə kollegiyasının iclası bir-neçə dəfə təxirə alınsada, sonuncular dəfələrlə vurduqları zərəri ödəyəcəklərinə söz versələrdə, vurulmuş zərərin ödənilməsi ilə bağlı hər hansı bir real hərəkət etməmişlər. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “AzərbaycanRespublikasınınbəziqanunvericilikaktlarınaəlavələrvədəyişiklikləredilməs ibarədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 Məhəmməd oğluna və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da yüngül cəzanın təyin edilməsini, eləcədə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə X52 məhkəməsi x xxxx 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun törətdiyi cinayət əməlinin tövsifini, onların barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirkarların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alsada, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 münasibətdə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab etmir. Bu səbəbdən də, məhkəmə kollegiyası bu qənaətdədir zərərçəkmiş şəxs “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətiqismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(037)-53/2019 saylı hökmü təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təyin eilmiş cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.3, 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək xxxxdə və xx xxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay müddət ona təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “xxxx” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalında xxxx edilməli, Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək xxxxdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “xxxx” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında xxxx edilməli, Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs5 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, xx xxx 2019-cu il tarixdə xxxxdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “xxxx” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında xxxx edilməli, Təqsirləndirilən şəxs5 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi X25 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(037)-53/2019 saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətiqismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(037)-53/2019 saylı hökmü təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təyin eilmiş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək xxxxdə və xx xxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay müddət ona təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “xxxx” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında xxxx edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək xxxxdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “xxxx” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında xxxx edilsin. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs5 CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, xx xxx 2019-cu il tarixdə xxxxdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “xxxx” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında xxxx edilsin. Təqsirləndirilən şəxs5 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi X25 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(037)-53/2019 saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-8/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-8/2020
27.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver