Məhkəmə qərarları › İş №1(107)-8/2023

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-8/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-8/2023 09.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və X11 ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi-Yevlax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022ci il tarixli 1(091)-83/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər B.Məmmədov (məruzəçi) və N.Mirzəyevdən ibarət tərkibdə) 23 avqust 2022-ci il tarixli 1(091)-83/2022 nömrəli hökmü ilə xx.xx.1990-cı ildə Ağdaş rayonu, Qəribli kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta-ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2arəsində həbs qətimkan tədbiri seçilməklə X6 saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi həbsə alındığı 14 oktyabr 2021-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 93,20 AZN (doxsan üç manat 20 qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan-Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlanma kamerasında saxlanılan 4949,6 qram, 47,76 qram və 3,11 qram narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi, 03 ədəd DVD diskin iş materiallarında saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicənin təyin edilməsi və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 1(091)-83/2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5002,09 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib 4950 qramını bir ədəd sellofan torbada qablaşdırıb Ağdaş rayonu, Qəribli kəndində yerləşən, mərhum babası X2 qalmış yaşayış evinin həyətindəki tövləyə daşıyaraq orada, qalan 48,96 qramını ayrı-ayrılıqda 8,31 qram, 8,08 qram, 7,49 qram, 8,41 qram, 8,34 qram və 8,33 qram olmaqla 06 ədəd kibrit qutusunda qablaşdırıb tanışı X19 istifadəsində olan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının yan hissəsində saxlamış, qalan 3,13 qramını bir ədəd kibrit qutusunda qablaşdırıb istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışı Ziya Əliyevə hədiyyə kimi vermiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə saat 0300-da Ağdaş rayonu, Qəribli kəndində tanışı X32 ilə birlikdə saxlanılaraq öz iştirakı və icazəsi ilə babası Nəriman Mirzəliyevdən qalmış evin həyətyanı sahəsinə baxış keçirilən zaman külli miqdarda 4950 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan torbada olmaqla tövlənin içərisindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən X32 14 oktyabr 2021-ci il tarixdə Regional Şöbənin inzibati binasına gətirildikdən sonra həmin gün saat 0730-da üzərinə şəxs axtarış keçirilən zaman onun tanışı Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etdiyi 3,13 qram çəkidə qurudulmuş marixuana əynindəki cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 14 oktyabr 2021-ci il tarixdə saat 1930-dan etibarən Təqsirləndirilən şəxs iştirakı ilə tanışı X19 istifadəsində olan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus 48,96 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 8,31 qram, 8,08 qram, 7,49 qram, 8,41 qram, 8,34 qram və 8,33 qram olmaqla avtomobilin qabaq sərnişin oturacağının yan hissəsindən 06 ədəd ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 1(091)-83/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 apellyasiya şikayətlərində Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 1(091)- 83/2022 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişlər. Hökmdən apellyasiya protesti, həmçinin verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayətlərinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 1(091)- 83/2022 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin təmin edilməməsini, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 1(091)-83/2022 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 1(091)-83/2022 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi ilə əlaqədar bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs оğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində tanışı Ziya adlı şəxslə sonuncunun idarə etdiyi avtomaşınla Ağdaş rayonu Qəribli kəndində babasına məxsus evə getmiş, həmin vaxt avtomaşında oturub mobil telefonla danışan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdikdən sonra onu öz avtomaşınlarına tərəf aparıb orada avtomaşından balaca bükümdə narkotik vasitə gətirərək həmin bükümün ona məxsus olmasını bildirmişlər. Polis əməkdaşlarına həmin narkotik vasitənin ona məxsus olmadığını bildirdikdən sonra polislər babasına məxsus evin qapısını sındıraraq onu evə salmış, orada ona təzyiq göstərməyə başlamışlar. Ondan yanında əlavə adamların olub-olmadığını soruşduqda sonunculara yanında heç kimin olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onu çölə çıxardaraq həyətə onun razılığı ilə daxil olmaları barədə ərizəyə imza atmasını istəmiş, buna etiraz etdiyinə görə yenidən onu həyətə apararaq ona təzyiq göstərmişlər. Ona həddən artıq təzyiq göstərdikdən sonra polis əməkdaşları qara sellofanda narkotik vasitə gətirərək boynuna almasını tələb etmiş, X39n də onunla əlbir olduğunu bildirmişlər. Məcbur qaldığına görə polis əməkdaşlarının ona dedikləri ilə razılaşmış, evə baxış keçirilərkən torbanın içərisində ədyala bükülmüş vəziyyətdə olan 4 kq 800 qram marixuana aşkar edilmişdir. Sonra avtomaşına baxış keçirilmədən onu Gəncə şəhərinə aparmışlar. Orada ona digər kağızlara imza edəcəyi təqdirdə Ziya Əliyevi buraxacaqlarını bildirmiş, sonra Ziyanın avtomaşınında 6 qutu narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Onun narkotik vasitələrə heç bir aidiyyəti olmamış, həmin narkotik vasitələri polis əməkdaşları onun evinə qoymuşlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin avqust ayında Ağdaş rayonu ərazisində “Şirvan” kanalı deyilən ərazinin yaxınlığında “Soyuqbulaq” adlanan köhnə istirahət mərkəzinin yaxınlığından içərisində parça adyala bükülmüş formada narkotik vasitə qurudulmuş marixananın olduğu bir ədəd qara rəngli sellofan torba taparaq Ağdaş rayonu, Qəribli kəndində yerləşən mərhum babasından qalmış və heç kəsin yaşamadığı evə aparmış, həmin evin həyətyanı sahəsində sol tərəfdə heyvanların saxlanması üçün nəzərdə tutulan tövlədə axırın içərisinə qoyaraq həmin yerdə saxlamışdır. Təxminən 7 oktyabr 2021-ci il tarixdə Ağdaş rayonu ərazisində tanışı X32 ilə görüşdüyü zaman tapdığı narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürdüyü 1 ədəd kibrit qutusunda qurudulmuş marixuananı istifadə etməsi məqsədi ilə sonuncuya vermişdir. 14 oktyabr 2021-ci il tarixdə gecə vaxtı yol pulu olmadığı üçün tanışı Ziya Əliyevdən idarə etdiyi avtomobil ilə Ağdaş rayonu, Qəribli kəndində mərhum babasına məxsus evə gedərək nəzarət edib sonra qayıtmalarını xahiş etmiş, sonuncunun idarə etdiyi Vaz 2106 markalı **-BM-*** qeydiyyat nişanlı avtomobil ilə həmin evə getmişlər. Evin qarşısına çatdıqda Ziya Əliyev həyət darvazasının yanında idarə etdiyi avtomobildə gözləmiş, o isə evin həyət darvazası bağlı olduğu üçün hasardan atlanaraq həyətə daxil olmuşdur. Həyətə göz gəzdirdikdən sonra sol tərəfdə yerləşən tövləyə daxil olub, tövlədə sellofan torbanın içərisində saxladığı narkotik vasitə qurudulmuş marixuanadan 6 ədəd kibrit qutusunda götürərək əynində olan gödəkçənin altına gizlədərək həyətdən çıxmışdır. Ziya Əliyevin idarə etdiyi avtomobilə əyləşdiyi zaman gödəkçəsinin altında gizlətdiyi içərisində qurudulmuş marixuana olan kibrit qutularını əyləşdiyi oturacağın sağ tərəfində gizlədib saxlamış, lakin Ziya Əliyevin bundan məlumatı olmamışdır. 14 oktyabr 2021-ci il tarixdə saat 03:00 radələrində evin qarşısında olduqları zaman bir neçə nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını, onun qanunsuz olaraq Ağdaş rayonu, Qəribli kəndində yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və ərizə verərək qeyd edilən ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Videoçəkilişlə evin həyətyanı sahəsində olan tövləyə baxış keçiril zaman evin həyətinin sol tərəfində yerləşən tövlədə saxladığı 01 ədəd sellofan torbada külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Polis əməkdaşları həmin sellofan tobada olan kütləni onların iştirakı ilə qablaşdıraraq götürmüş, sonra onun və Ziya Əliyevin iştirakı ilə sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin sərnişin oturacağının sağ tərəfindən 6 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. 6 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı yaşadığı ünvanda saxladığı narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürərək avtomobilə qoyduğunu, avtomobilə qoyduğu 6 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutularından Ziya Əliyevin məlumatının olmadığını, onun bu işlə ümumiyyətlə aidiyyətinin olmadığını qeyd etmişdir. Bundan sonra avtomobildən aşkar olunmuş 6 ədəd kibrit qutusunda olan narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş X32 ifadəsində göstərdi ki, 13 oktyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs ona bildirmişdir ki, babanın həyətinə mal salıblar. Ora getmək lazımdır. Onlar da həmin həyətə çatmışlar. Həyətə çatanda Təqsirləndirilən şəxs bildirmişdir ki, evin haçarı yadından çıxmışdır. Bu vaxtı mülki formada vətəndaşlar yaxınlaşaraq Nərimandan kim olmasını soruşmuşlar. Nəriman özünü təqdim edəndən sonra onlar bildirdmişlər ki, onlar polis əməkdaşlarıdır. Evə baxış keçirməlidirlər. Evin açarını tələb etmişlər. Nəriman həyətin açarının olmadığını bildirəndən sonra polis əməkdaşları həyətin qapısını sındıraraq içəri daxil olmuşlar. Bir az keçəndən sonra onlar çölə çıxaraq Nərimanı döyə-döyə içəri aparmışlar. Sonra onların hər ikisini Gəncə şəhərinə apararaq onun avtomaşınına baxış keçirilən zaman avtomaşından 6 qutu narkotik vasitə olan marixuana aşkar edilmişdir. Onun həmin narkotik vasitədən xəbəri olmamış, Nəriman onun avtomaşınına əyləşən zaman əlində heç bir torba olmamışdır. Nəriman ona narkotik vasitə verməmiş, onun üzərindən çıxan narkotik vasitəni polis əməkdaşları ona verərək əgər buraxılmasını istəyirsə həmin narkotik vasitəni Nərimandan almasını deməsini bildirmişlər. Buna görə də polislərin ona verdiyi və üzərindən aşkar olunan 3 qram narkotik vasitə olan marixuananı Nərimandan aldığını bildirmişdir. Bundan sonra isə onu Bakı şəhərində həbsdən azad etmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə axşam saatlarında işdən çıxan zaman tanışı Təqsirləndirilən şəxs sonuncunun babasına məxsus olan Ağdaş rayonu Qəribli kəndində yerləşən evinə getməsini xahiş etmiş, evin qarşısında Təqsirləndirilən şəxs evə daxil olub geri qayıtdıqdan sonra polis əməkdaşları onlara yaxınlaşmış, Nərimanı evə apararaq on dəqiqə orada qaldıqdan sonra geri qayıdıb evdə narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Həmin vaxt Nərimanın həyətdən səsləri gəldiyinə görə sonuncunun polislər tərəfindən təzyiqə məruz qaldığını başa düşmüşdür. Sonra onların hər ikisini Gəncə şəhərinə apararaq onun avtomaşınına baxış keçirilən zaman avtomaşından 6 qutu narkotik vasitə olan marixuana aşkar edilmişdir. Onun həmin narkotik vasitədən xəbəri olmamış, Nəriman onun avtomaşınına əyləşən zaman əlində heç bir torba olmamışdır. Nəriman ona narkotik vasitə verməmiş, onun üzərindən çıxan narkotik vasitəni polis əməkdaşları ona verərək əgər buraxılmasını istəyirsə həmin narkotik vasitəni Nərimandan almasını deməsini bildirmişlər. Buna görə də polislərin ona verdiyi və üzərindən aşkar olunan 3 qram narkotik vasitə olan marixuananı Nərimandan aldığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X32 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla təxminən 2020-ci ilin oktyabr ayında Balakən rayonunda inşaat işləri ilə məşğul olan zaman tanış olmuş, hadisədən təxminən bir həftə əvvəl Nərimanla Ağdaş şəhərində görüşən zaman sonuncunun ona pay verdiyi marixuananı kibrit qutusunda üzərində saxlayıb gəzdirmişdir. 14 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində onlar Ağdaş rayonunda Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olarkən bir neçə nəfər mülki geyimli şəxs ona və Nərimana yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək Nərimanın qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və yaşadığı evinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs buna heç bir etiraz etməmiş, bununla bağlı ərizə təqdim etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı həyətin sol tərəfində ev heyvanlarının saxlanıldığı tövlədə heyvanların yemlənməsi üçün istifadə olunan “axur” adlandırılan yerdə sellofan torbanın içində yun ədyala bükülmüş halda narkotik vasitə olan marixuanaya bənzər maddələr aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkildikdən sonra aşkar olunduğu sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Daha sonra onların ikisi də Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Gəncə şəhərində yerləşən X33 Şöbəsinə getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu masanın üzərinə qoymaqla təqdim etmiş və içərisindəki kütlənin narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq götürülmüş, sonra ona məxsus avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin ön tərəfində sərnişin oturacağının qarşısında olan ayaqaltının altında 6 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Baxış zamanı avtomobildən aşkar olunan marixuanadan məlumatsız olduğunu bildirmiş və Təqsirləndirilən şəxs da bunu təsdiq etmişdir. Aşkar olunan kibrit qutuları qablaşdırılaraq götürülmüşdür. Məhkəmə kollegiyası iclasıda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, səhv etmirsə 2021-ci ilin oktyabr ayında ona narkotik vasitələrin qeyriqanuni dövriyyəsi ilə məşğul olan şəxs barəsində məlumat daxil olmuşdur. Tərəfindən şəxsin şəxsiyyəti müəyyən edilmiş, bu barədə rəhbərliyə məruzə olunmuşdur. Müvafiq əməliyyat qrupu yaradılmış və qrupun rəhbəri özü olmuşdur və Ağdaş rayonu ərazisində tərəflərindən əməliyyat tədbirləri keçirilmişdir. Həmin vaxt təxminən gecə 12 radələrini keçmişdir. Səhərə yaxın təxminən 3-5 radələrində onlar Təqsirləndirilən şəxsla Əliyev Ziyanı avtomobildə oturarkən saxlamışlar. Onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. X9 Nərimanı qərarla tanış edərək hüquq və vəzifələrini izah etmişdir. Ondan sonra evində narkotik vasitənin olması barədə məlumatın olduğunu bildirmişdir. Nəriman narkotik vasitənin olmasını etiraf etmişdir və evinə baxış keçirilməsinə etiraz etməmişdir. Sonra evinə baxış keçirilmişdir. Həyətə girəndə sol tərəfdə tövlə olmuş, tövlədə mal-qaranın ot yeməsi üçün xüsusi taxtadan hazırlanmış xüsusi yerin üstündə olan otun altından qara torba aşkar edilmişdir. Torbanın içərisindən parçaya bükülmüş çəkisi 4 kq artıq olan qurudulmuş marixuana olan narkotik vasitə aşkar edilmişdir. Bu baxış zamanı o, X41 Fikrətoğlu, Şahid4 və Şahid3 da iştirak edirmiş. X39 və Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasına aparmışlar. Orada onların üzərinə baxış keçirtmişlər. Eyni zamanda avtomobilə də baxış keçirtmişlər. Avtomobilə baxış keçirilən zaman avtomobildə 6 ədəd kibrit qutusunda narkotik vasitə olan kibrit qutusu aşkar edilmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Müabrizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2021-ci il tarixdə xx.xx.1990-cı ildə Ağdaş rayonu, Qəribli kəndində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 951 ünvanında qeydiyyat olmaqla, Ağdaş rayonu, Qəribli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq yaşadığı ünvanda saxlaması barədə daxil olmuş məlumat əsasında baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, sürücü polis nəfəri, polis baş serjantı Şahid3 və operator polis nəfəri, polis baş serjantı Şahid4 ibarət yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 0300-da X27 rayonu, Qəribli kəndində yaşadığı evin yaxınlığında tanışı X32 ilə birlikdə saxlanılmış, sonuncunun etirazı olmamasına dair ərizə alındıqdan sonra yaşadığı ünvana baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin həyətinin sol hissəsində yerləşən heyvanların saxlanması üçün nəzərdə tutulan tövləyə daxil olaraq orada saxladığı 01 ədəd sellofan torbanı göstərib içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin torba açıldıqda içərisində ədyala bükülü formada yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlə çəkilərək, polietilen kisəyə yerləşdirib, möhürlənib qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu kəndin ərazisindən tapdığını, həmçinin Ziya Əliyevin idarə etdiyi avtomobildədə ona məxsus narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Ziya Əliyev sonuncunun idarə etdiyi avtomobili də götürərək birlikdə DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına getmiş, orada hər ikisi şübhəli şəxs qismində tutlduqdan sonra müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən hər hansı bir əşya və ya vasitə aşkar olunmamış, Ziya Əliyevin üzərində şəxsi axtarış aparılan zaman sonuncu üzərində olan 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananın olmasını bildirərək həmin kibrit qutusunu şalvarının sol yan cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Ziya Əliyevin təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması aşkar edilmiş, həmin kibrit qutusu çəkilib zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa Ziya Əliyevin üzərindən heç nə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Ziya Əliyev üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı tutulduğu vaxtdan təxminən 1 həftə əvvəl tanışı Təqsirləndirilən şəxs aldığını, lakin bunun müqabilində sonuncuya ödəniş etmədiyini bildirmişdir. Bundan X39n və Təqsirləndirilən şəxs iştirakları ilə VAZ 2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs avtomobilin qabaq sərnişin oturacağının sağ tərəfində ona məxsus 6 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olmasını bildirərək həmin kütlələri təqdim etmişdir. Nəriman Nərimianov 6 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı yaşadığı ünvanda saxladığı narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürərək avtomobilə qoyduğunu, avtomobilə qoyduğu 6 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutularından Ziya Əliyevin məlumatının olmadığını bildirmişdir. Bundan sonra avtomobildən aşkar olunmuş 6 ədəd kibrit qutusunda olan narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Müabrizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinin təhqiqatçısı X15 ifadəsində göstərdi ki, Nəriman adlı şəxs barəsində oktyabr ayında əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Şəxsin yaşadığı Ağdaş rayonu Qəribli kəndinə getmişlər. Həmin vaxtı şəxsi yaşadığı evin qarşısında Ziya adlı şəxslə saxlamışlar. Onlar Vaz 2106 markalı avtomobildə olmuşlar. Onlara tərəfindən qərar elan edilmişdir. Bundan sonra ona getmələrinin məqsədi elan edilmişdir. Nərimana evində baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Sonuncu evinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə də yazmışdır. Bundan sonra evinə baxış keçirilən zaman şəxs özü etiraf etmişdir ki, onun həyətində yerləşən tövlədə narkotik vasitə gizlədir. Tərəflərindən həmin yerə baxış keçirilmişdir. Şəxs özü həmin yeri göstərərək narkotik vasitəni onlara təqdim etmişdir. Qara torbada parçaya bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Çəkisi 4 kq-dan çox imiş. Həmin narkotik vasitə qablaşdırılmişdir. Bundan sonra həmin şəxsləri və nəqliyyat vasitəsini Gəncə şəhərinə gətirərək şəxslərin üzərində şəxsi axtarış keçirilmişdir. Gəncə şəhərinə təxminən 1 saata çatmışdır. Hər ikisinin üzərində şəxsi axtarış keçirtmişlər. Şəxsi axtarış zamanı Nərimanın üzərində heç bir şey aşkar edilməmişdir. Ziyanın üzərində isə bir ədəd kibrit qutusu qrudulmuş marixuana aşkar edilmişdir. Həmin kütləni Ziya bildirmişdir ki, Nərimandan almışdır. Ancaq pul ilə almamışdır. Pay şəklində vermişdir. Bundan sonra Ziyanın avtomobilinə baxış keçirilmişdir. Vaxtı yadında deyil. Avtomobilin sağ oturacağının yanından içərisində narkotik vasitə olan marixuana olan 6 ədəd kibrit qutusu aşkar edilmişdir. Nərimanın deməsinə görə narkotik vasitə ona məxsusdur. Özü üçün saxlamışdır. Həmin narkotik vasitələr də qablaşdırılmış və götürülmüşdür. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin sürücü polis nəfəri vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, əməliyyat məlumatı daxil olmuş. Onun əsasında Ağdaş rayonu Qəribli kəndinə gedərək şəxsi saxlamışlar. Özlərini təqdim etmiş. Evində narkotik vasitə olub-olmamasını araşdırmışlar. Həyətində tövlədə narkotik vasitə aşkar edilmişdir. Evin qapısını özü açarla açmışdır. Nəqliyyat vasitəsinə və üzərlərinə baxış idarədə olmuşdur. Həmin hərəkətlər zamanı orada iştirak etmişdir. Həmin şəxslərə heç bir təyziq və təsir olmamışdır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən X20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olub. Rəhbərliyə bu barədə məruzə olunub. Əməliyyat qrupu yaradılıb. O, da həmin qrupun üzvü olmuşdur. Kənd ərazisində küçədə saxlanılıb. Baxış zamanı həyətində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Sonra şəxslər gətirilib Gəncə şəhərində üzərlərinə baxış keçirilib. Təqsirləndirilən şəxs üzərində heç nə aşkar edilməyib. Sonra digər şəxsin maşınında narkotik vasitə aşkar edilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin operator polis nəfəri Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixə keçən gecə qardaşı oğlu Nərimanın evinin qarşısında adamların yığışmasını eşidib oraya gedərkən qapının bağlı olmasını və içəridən səs gəldiyini eşitmiş, qapını döysə də içəridən ona oradan getməsini, hadisə barədə sonradan xəbər tutacağını bildirmişlər. Hadisə barədə ərinə zəng vurub məlumat verdikdən sonra oradan uzaqlaşmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X4 eyni məzmunlu ifadə verərək X1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında ekspert qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2021-ci il tarixdə sintetik kisənin içərisində bir ədəd bağlama daxil olmuş, həmin bağlama polis nəfəri Şahid4 iştirakı ilə Azərbaycan Respublikası Meterologiya və Standartlaşdırma idarəsi tərəfindən sertifikat verilmiş “Amel” markalı tərəzidə çəkilmiş, narkotik vasitənin təmiz çəkisi 4950 qram olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, oğlu Nəriman tutulduqdan sonra müstəntiq onu yanına çağıraraq oğlunun narkotik vasitə satıb evlərini təmir etdiyini bildirmiş, bunun yalan olduğunu və evi ona edilən yardımlarla təmir etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 16/1089 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədən aşkar olunmuş...” yazı və imzalar olan 01 ədəd sintetik kisədəki, 01 ədəd, polietilen paket və parçadan ibarət bağlamada, təmiz çəkisi 4950 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 16/1091 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əyləşdiyi VAZ 2106 markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobildən...” yazı və imzalar olan kağız paketdəki 06 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 8,31 qram, 8,08 qram, 7,49 qram, 8,41 qram, 8,34 qram, 8,33 qram, ümumi təmiz çəkisi 48,96 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs əyləşdiyi VAZ 2106 markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobildən....” yazı və imzalar olan 01 ədəd kağız paketdəki, 06 ədəd kibrit qutusunda olan marixuanalar ilə üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədən aşkar olunmuş....” yazı və imzalar olan 01 ədəd sintetik kisədə olan marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 16/1093 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X19 əynindəki şalvarının sol yan cibindən aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisində yaşıl rəngli kəskin iyli paketdəki, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3,13 qram bitki mənşəli kütlə, narkotik vasitəqurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4809 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu Qəribli kəndindəki evin həyətindəki tövlədə ümumi çəkisi 4 kq 850 qram olan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, X19 üzərinə keçirilən şəxsi axtarış zamanı ümumi çəkisi 6,52 qram narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, X25 məxsus VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşından ümumi çəkisi 62,14 qram olan 6 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 15 dekabr 2021-ci il tarixli 166 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Qəribli kəndində anadan olmuşdur. Həmin kənddə qeydiyyatda olmamasına baxmayaraq Qəribli kəndində onun mərhum babası X7 məxsus hazırda heç kəsin yaşamadığı yaşayış evi vardır. Təqsirləndirilən şəxs ara-sıra həmin evə gəlib-getməsi, istifadə etməsi müşahidə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 13 dekabr 2021-ci il tarixli 4471 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri R.Rza küçəsi 6/68 nömrəli evdə qeydiyyatda olmaqla himayəsində xx.xx.2014-cü ildə doğulmuş Nuray Nərimanlı və xx.xx.2020-ci ildə doğulmuş Narın Nərimanlı adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X30 Kolleci tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, kollecdə təhsil almış Təqsirləndirilən şəxs təhsil aldığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” X28 alınmış 22 noyabr 2021-ci il tarixli xx/xx-13217 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicə olunmamış və qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılığa məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İlk növbədə apellyasiya şikayətlərinin dəlllərinə cavab verilməsi üçün məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və X14 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Belə ki, məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır. Halbuki, CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Təhlil olunan işdən aydın olur ki, apellyasiya şikayətinin əsas dəlillərindən biri kimi təqsirləndirilən şəxsin polis əməkdaşlarının təsir və təzyiqlərinə məruz qaldığı üçün ibtidai istintaq zamanı o cür ifadələr verməsi təsvir edilmişdir. Öz növbəsində birinci instansiya məhkəməsi sadalanan hallara aydınlıq gətirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması, ona göstərilən təzyiq nəticəsində narkotik vasitənin ona özünə məxsus olmasını bildirməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə sərbəst şəkildə videoçəkilişlə verilən ifadə zamanı narkotik vasitənin özünə məxsus olmasını, həmçinin ona qarşı hansısa zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərə mümnasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona heç bir aidiyyəti olmaması, həmin narkotik vasitələrin polis əməkşdaşları tərəfindən onun evinə və avtomaşına qoyulmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman sonuncu həmin aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu bildirdikdən sonra, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə Ziya Əliyevə məxsus nəqliyyat vasitəsinə də baxış zamanı da aşkar olunan narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda Ziya Əliyev də şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçisinin iştirakı ilə aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxsov polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasına görə etiraf edici ifadələr verməsinə dair qyed edilməlidir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən araşdırma aparılaraq həmin xüsusatlar təsdiq olunmadığına görə preyudisial əhəmiyyət daşıyan qərar qəbul edilmişdir. Həmçinin məhkəmə Ziya Əliyevin də məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə də tənqidi yanaşaraq həmin ifadənin də Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasına cəhd kimi qiymətləndirir və onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına uyğun gəldiyinə görə daha obyektiv ifadə kimi qəbul edir. Həmçinin məhkəmə Sehranə Mirzəliyeva və Rəfsanə Allahverdiyevanın da ifadəsinə də tənqidi yanaşaraq həmin şəxslərin təqsirləndirilən şəxsin qohumları olduğunua görə sonuncunun müdafiəsi üçün ifadə verdiklərini hesab edir. Bu baxımdan da apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası sadalanan dəlilləri inandırıcı qəbul edir, uyğun olaraq bununla bağlı birinci instansiya məhkəməsinin qənaətini əsaslı bilmir. Belə ki, işdən görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 iyul 2022-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs törətmədiyi cinayət əməlini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qalmasına dair göstərdiyi xüsusat üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin rədd qərarı üzrə istinad edilən 04 may 2023-cü il tarixli 213 saylı məhkəmə-tibb ekspertiza rəyində isə Təqsirləndirilən şəxs bədən səthi üzərində gözlə görünən xəsarət və onun izlərinin aşkar edilməməsi qeyd edilmişdir. Yuxarıda qeyd edilən qərardan verilən şikayət məhkəmə nəzarəti qaydasında Səbail Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və yenidən araşdırılması üçün AR Baş prokurorluğunun X18 istintaq, təhqiqat və qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Daha sonra cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs törətmədiyi cinayət əməlini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qalmasına dair göstərdiyi xüsusat üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin rədd qərarı üzrə istinad edilən 18 yanvar 2023-cü il tarixli T14/2023 saylı təkrar məhkəmə tibbekspertiza rəyində isə Təqsirləndirilən şəxs sol əlin V daraq sümüyünün qabarıqlığı, sol əlin və sol dizin çapıqları aşkar olunmuşdur. Qeyd edilən xəsarətlərdən sol əlin və sol dizin çapıqları çox güman ki, yüksək hərarətli əşyanın, sol əlin V daraq sümüyünün qabarıqlığı isə küt əşyanın təsirindən yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin olunmur. Qeyd edilən xəsarətlərlə bağlı təqdim edilmiş tibbi sənədlərdə hər hansı bir məlumat olmadığından onların yaranma müddəti haqqında fikir söyləmək mümkün olmadı. Xəsarətlər əlçatan nahiyədə yerləşdiyindən onlar istər şəxsin özü, istərsə də kənar şəxs tərəfindən yetirilə bilərdi. Hansı ki, Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsi zamanı, həm də məhkəmə kollegiyasının iclaslarında polis əməkdaşları tərəfindən saxlanılan vaxt elə həmin yerdə, o cümlədən babasına məxsus həyətdə döyüldüyünü, sol əlindən xəsarət aldığını, eyni zamanda sol əlinin üstünə və sol dizinə siqaret basılaraq etirafedici ifadələr verilməsinə məcbur edildiyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş video görüntünün olduğu CDdiskdən Təqsirləndirilən şəxs sol əlinin üst sətində qırmızı gözlə görünən yeni ləkənin olması faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs DİN BNM-nin QBRŞ-nin əməkdaşları tərəfindən etirafedici ifadə verməyə məcbur edilməsi barədə təqsirləndirilən şəxsin ifadəsini daha inandırıcı və səmimi ifadə kimi qəbul edir. Məhkəmə kollegiyası araşdırması zamanı şahid qismində dindirilmiş DİN BNM-nin QBRŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs qarşı heç bir fiziki işgəncə və ya psixoloji təsir etməməsini bildirmişlər. Göründüyü kimi, ifadələrinə istinad edilmiş şahidlər də faktiki olaraq təqsirləndirilən şəxsin üzərində hər hansı bir xəsarətin olmasını inkar etmişlər. Bu isə öz növbəsində təqsirləndirilən şəxsin saxlanılarkən və bundan sonra ondan etirafedici ifadələr alınarkən qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması faktı ilə bağlı apellyasiya şikayətinin dəlillərini inkar etmir. İlkin olaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxsin işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması barədə dəlillərini, apellyatorun bununla bağlı əsaslandığı halları nəzərdən keçirərkən müəyyən etmişdir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə məhkəmə araşdırması təqsirləndirilən şəxsin qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara məruz qalması barədə halların araşdırılmaması ilə aparılmış, hökmdə təqsirləndirilən şəxsin işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlərə qalmasına dair dəlillərə hər hansı hüquqi qiymət verilməmişdir. Məhkəmə təcrübəsində təsadüf edilən, Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşmayan vəziyyət olaraq ilk növbədə qeyd edilməli olan hal odur ki, bəzən məhkəmələr müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəməyədək icraatda işgəncəyə, pis rəftara məruz qalmasına, etirafedici izahat və ifadələrin, maddi sübutların, digər sübutların bu kimi qanunsuz metodlardan istifadə olunmaqla əldə olunmasına dair iddiaları ümumiyyətlə araşdırmır, hökmlərdə bu cür iddialara münasibət bildirmir və yaxud da heç bir əsaslandırma gətirmədən, motivlərini əks etdirmədən belə iddiaları “özünümüdafiə xarakterli”, yəni əsassız dəlillər kimi (hazırkı işdə olduğu kimi) qiymətləndirirlər. Avropa Məhkəməsinin də hüquqi mövqeyi bundan ibarətdir ki, nəinki işgəncənin mövcudluğu, hətta işgəncə barədə iddiaların araşdırılmaması, təqsirləndirilən şəxsin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən hüququnu pozur, yəni artıq özüözlüyündə müdafiə tərəfinin işgəncə və digər qanunsuz metodlardan istifadə olunmaqla əldə olunması kimi dəlillə mübahisələndirdiyi sübutların mümkünlüyü, kifayətedənliyi üzrə məhkəmə qənaətini, ümumiyyətlə aparılan icraatın nəticələrini şübhə altına alan ciddi pozuntu kimi çıxış edir. Avropa Məhkəməsinin şərh olunan məsələ üzrə hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı göstərmək olar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə qədər məsələni araşdıran Avropa Komissiyası hadisələrin üstündən dörd ildən artıq vaxt keçdiyinə və Bolqarıstanının dövlət orqanları tərəfindən vaxtında kifayət qədər müstəqil istintaq aparılmadığına görə iddiaçının, və yaxud Bolqarıstan hökümətinin mülahizələrinin daha mötəbər olduğunu müəyyən edə bilməmişdir. Avropa Məhkəməsi də Komissiya kimi, ona təqdim olunmuş sübutlar əsasında ərizəçiyə xəsarətlərin polis tərəfindən yetirilib-yetirilməməsinin müəyyən edilməsini qeyri-mümkün hesab etmişdir. Buna baxmayaraq, Avropa Məhkəməsi Assenovun iddiasının əsaslı olması, Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gəldi və belə nəticə üçün əsas yaradan hal olaraq xüsusilə onu qeyd etdi ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, effektiv rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olacaqdır və bəzi hallarda, dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “AksoyTürkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirdi (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Göründüyü kimi, ortada işgəncə barədə iddia (şübhə) vardır. Lakin birinci instansiya məkəməsi tərəfindən həmin iddianın yoxlanılması üçün adekvat araşdırma aparılmamış, bununla da işgəncənin olub-olmaması (ifadələrin, maddi sübutun, digər sübutların işgəncənin təsiri ilə əldə olunub-olunmaması) məsələsi üzrə mövcud olan şübhə aradan qaldırılmamışdır. Yəni faktiki olaraq birinci instansiya məkəməsi CPM-in 21.2, 125.1, 125.2.2 və 145.3-cü maddələrinin tələblərinin ziddinə olaraq mövcud şübhəni təqsirləndirilənin ziyanına təfsir edilməklə onun məhkəməyədək icraatda verdiyi (müdafiə tərəfinin işgəncənin təsiri ilə əldə olunduğunu iddia etdiyi) ifadələrdən, digər sübutlardan ittihamın əsaslandırılmasında istifadə etmiş və digər sübutlarla yanaşı həmin sübutlara görə də şəxsin cinayətdə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarmışdır. Belə ki, CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin, və digər əşyaların həqiqilinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. CPM-in 125.2.2-ci maddəsi zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunan sübutları yoverilməz elan edir. CPM-in 21.2 və 145.3-cü maddələri isə məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin qeyrinə təfsir etməyi tələb edir. Odur ki, işə yenidən baxan apellyasiya məhkəməsinin cinayət kollegiyası birinci instansiya məkəməsinin hökmünü kifayət qədər əsaslandırılmış saymır. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Birinci instansiya məkəməsinin hökmündən göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması və hadisə günü onu polislərə təqdim etməsi məhz onun özünün və X19 ibtidai istintaqda verdiyi, lakin məhkəmədə imtina etdikləri ifadələri ilə əsaslandırmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında həmin ifadələrdən imtina etməsini polislər tərəfindən tutulduqdan sonra fiziki və psixoloji təzyiqlərə məruz qalması, döyülməsi və bunların təsiri altında həqiqətə uyğun olmayan izahat və ifadələr verməsi ilə izah etmişdi. Lakin, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs polis tərəfindən döyülməsinə dair ifadəsini yalan, ekspert rəyini isə onun döyülməsinə dəlalət etməyən sübut kimi qiymətləndirərkən bu məsələ ilə bağlı konkret araşdırma aparmamış, şahidlərin ifadələrinə, özünün tələb edib əldə etdiyi sənədləri tədqiq etməmişdir. Əksinə məlum halları şərh edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması, ona göstərilən təzyiq nəticəsində narkotik vasitənin ona özünə məxsus olmasını bildirməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təhlil olunan işdən bəlli olur ki, təqsirləndirilən şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə məhkəməyədək icraatı aparan orqan tərəfindən qiymət verilsə də, məhkəmə kollegiyasının sorğusuna əsasən alınmış təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı toplanmış materiallar əlavə edilmiş 18 yanvar 2023-cü il tarixli T14/2023 saylı təkrar məhkəmə tibb-ekspertiza rəyində Təqsirləndirilən şəxs sol əlin V daraq sümüyünün qabarıqlığı, sol əlin və sol dizin çapıqları aşkar olunmuşdur. Qeyd edilən xəsarətlərdən sol əlin və sol dizin çapıqları çox güman ki, yüksək hərarətli əşyanın, sol əlin V daraq sümüyünün qabarıqlığı isə küt əşyanın təsirindən yarana bilinməsi barədə xüsusat, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlarla bağlı üst-üstü düşür. Məhkəmə kollegiyası hazırki cinayət işində təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki zorakılığın olub-olmamasının şübhə doğurmasi ilə bağlı bir faktı da, qeyd etmək edir ki, hazır ki, cinayət işinin materiallarından aydın şəkildə görsənir ki, Təqsirləndirilən şəxs baxış keçirilmiş evin qarşısında 14 oktyabr 2021-ci il tarixdə gecə saat 3:00-da saxlanılmış, (cild 1 iş.v 27-də olan tutma protokolu), lakin həmin ünvana baxış 3:25-də başlanmışdır. (cild 1 iş.v 11-12-də olan baxış protokolu). 25 dəqiqə ərzində isə cinayət işinin materiallarında polis əməkdaşlarının hər hansı bir prosessual hərəkət aparmaları müəyyən edilmir ki, bu da həmin müddət ərzində təqsirləndirilən şəxsə fiziki və ya psixi təsirin olub-olmasa barədə şübhə yaradır. Eyni zamanda narkotik vasitənin aşkar olunduğu ünvana baxış keçirilməsini özündə əks etdirən CD diskə baxış zamanı təhqiqatçı Rafiq Əhmədov baxışın 13 oktyabr 2021-ci il tarixdə keçirildiyini qeyd edir. (Həmin xüsusatla bağlı məhkəmə kollegiyasının iclasında təhqiqatçı Rafiq Əhmədov baxış zamanı texniki səhv olaraq 13 oktyabr 2021-ci il tarixdə aparıldığı qeyd etmişdir). Məhkəmə kollegiyası hesab edir ki, yaranmış bu şübhələri hər hansı bir sübutlarla aradan qaldırmaq mümkün olmadığından Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbi baxımından bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsidə qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası xatırlatmağı zəruri sayır ki, qanunvericiliyin tələbinə görə işə baxan məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz məhkəmənin vəzifəsidir ki, həmin işdə qanunçuluğun əməl olunmasını ciddi yoxlasın. Oxşar məsələlərdən bəhs edən "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Həmin Qərarın 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Bu Qərarın 28-ci bəndində qeyd edilir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Hazırki işin materiallarından görünür ki, bu iş üzrə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə, sonradan isə onun bu ittiham üzrə təqsirli bilinərək cəzalandırılmasına əsas olmuş bir sıra sübutlar prosessual hüquq normalarının tələbləri pozulmaqla əldə edilmiş, həmin sübutların toplanması və araşdırılması zamanı onların müdafiə, azadlıq, ədalətli məhkəmə araşdırmasına nail olmaq və digər hüquqlarının pozulmasına yol verilmiş, iş üzrə müəyyən edilmiş zəruri hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və qeyd edilən pozuntulara heç bir münasibət bildirilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, DİN BNM-nin QBRŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 DİN BNMnin QBRŞ rəisinə ünvanladığı 14 oktyabr 2021-ci il tarixli raportuna əsasən, həmin şöbəyə daxil olmuş məlumata görə, Ağdaş rayonu Qəribli kəndində yaşayan Nəriman adlı şəxsin yaşadığı evdə külli miqdarda vasitə marixuana saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, onunla əlaqədar olaraq DİN BNM-nin QBRŞ-nin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş olunur. Həmin raport əsasında 14 oktyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 207.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. 14 oktyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarının qərara aldım hissəsinin 3,4-cü bəndlərində isə qeyd edilmişdir ki, - Operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən yaşadığı ünvanda saxladığı və satdığı narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimallarını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirləri həyata keçirilsin. - Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilsin, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi aparılsın, zərurət olduğu təqdirdə yaşayış yerinə və nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə, eləcə də yaşadığı ünvanda olan digər şəxslərin üzərinə şəxsi axtarış keçirilsin. Göründüyü kimi, təhqiqat orqanı qeyd edilən qərarda göstərir ki, zərurət olduğu təqdirdə yaşayış yerinə və nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə, eləcə də yaşadığı ünvanda olan digər şəxslərin üzərinə şəxsi axtarış keçirilməsinii qeyd etsə də, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və Ziya Əliyev 14 oktyabr 2021-ci il tarixdə saat 03:00 saxlanılsalar da, (qeyd: müvafiq olaraq iş.v 27 və iş.v 49-da olan tutma prokollarında həm Təqsirləndirilən şəxs və həmçinin də Ziya Əliyevin yaşadıqları ünvanda saxlanılaraq, yaşadıqları ünvana baxış keçirildiyi qeyd edilmişdir) saxlanıldıqlar və evə baxış keçirtdikləri yerdə və həmin vaxt yox, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış saat 06:30-dan-06:40-dək, Ziya Əliyevin barəsində şəxsi axtarış və götürmə saat 07:30dan-07:42-dək Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin Gəncə şəhərində yerləşən inzibati binasında aparılmış və Ziya Əliyevin üzərindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. X19 istifadəsində olan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış isə bundan bir qədər də gecsaat 19:30-dan 19:45-dək keçirilmiş və 06 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin " Layicov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. İşin qısa məzmunu Ərizəçinin həbsi və barəsindəki ibtidai istintaq N.V və H.M polisə ərizəçinin narkotik alverçisi olması və onlara narkotik maddələr satmaq istəməsini bildirmələrindən sonra 2005-ci il 16 martda ərizəçinin həbsi üçün əməliyyat tədbiri hazırlanmışdır. 2005-ci il 17 martda, təxminən saat 16.00 radələrində ərizəçi benzin doldurmaq üçün Balakəndəki yanacaqdoldurma məntəqəsində dayanmışdır. Həmin vaxt ona mülki geyimdə olan bir neçə polis işçisi yaxınlaşmışdır. Ərizəçinin sözlərinə görə, polis işçiləri onu avtomobilindən çıxarmış və döyməyə, yumruq və ayaqla zərbələr edirməyə, dəyənəklə vurmağa başlamışlar. Sonra o, huşunu itirmişdir. Özünə gələndə o, yuxarıda qeyd edilən polis işçiləri ilə birlikdə hərəkətdə olan avtomobilin arxa oturacağında olduğunu görmüşdür. Ərizəçinin sözlərinə görə, arxa oturacaqda onun hər iki tərəfində oturmuş iki polis əməkdaşından biri gizlicə şalvarının sağ cibinə nə isə qoymuşdur. Ərizəçi onu dayandırmaq istəmiş, lakin polis işçisi onun baş nahiyyəsinə yumruqla və tapançanın arxa hissəsi ilə vurmuş və o, yenidən huşunu itirmişdir. Onu Zaqatala Rayon Polis Şöbəsinə aparmışlar. Ərizəçinin sözlərinə görə, onu Zaqatala Rayon Polis Şöbəsində dəfələrlə döyüblər. Polis şöbəsində ərizəçinin və onun avtomobilinin üzərində axtarış aparılmışdır. Axtarış protokoluna görə axtarış 2005-ci il 17 martda, saat 16.30-da ərizəçinin, polis əməkdaşlarının və iki hal şahidinin iştirakı ilə həyata keçirilmişdir. Protokoldan göründüyü kimi, ərizəçi vəkillə təmin olunmamışdır. Axtarış zamanı onun maşınında və üzərində narkotik maddə (həşiş mənşəli) aşkar edilmişdir. Ərizəçi narkotikin ona məxsus olmadığını və gizli şəkildə cibinə qoyulduğunu iddia etmişdir. O, axtarış protokolunu imzalamaqdan imtina etmişdir. Ərizəçinin sözlərinə görə, axtarış prosesi lentə alınmışdır və lent yazısı onun bədənində pis rəftarın izlərinin olmasını üzə çıxarırdı. 2005ci il 18 martda, saat 19 radələrində polis müstəntiqi ərizəçi barədə tutma protokolunu tərtib etmişdir. Protokolda ərizəçinin 2005-ci il 17 martda deyil, 18 martda tutulduğu göstərilmişdir. Ərizəçi protokolu imzalamaqdan imtina etmişdir. 2005ci il 18 martda dəqiq məlum olmayan saatda müstəntiq ərizəçiyə onu təmsil edə biləcək Zaqatala Vəkillər Assosiyasiyasının dörd vəkili barədə məlumat vermişdir. Ərizəçi onlardan heç birini seçməmiş və müdafiəsini özünün aparacağını bildirmişdir. Lakin o, hüquqi yardımdan imtina etməsi barədə sənədə imza etməkdən imtina etmişdir. 2005-ci il 20 martda Zaqatala Rayon Məhkəməsi ərizəçi barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi və həbs müddətinin 2005-ci il 18 martdan hesablanması barədə qərar qəbul etmişdir. Həmin gün Zaqatala Rayon Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin məhkəmətibb eksperti ərizəçini müayinə etmişdir. Məhkəmə-tibb ekspertinin rəyinə görə ərizəçi 2005-ci il 17 martda polis tərəfindən pis rəftara məruz qaldığını bildirmişdir. Ekspert onun boyun nahiyyəsində oval formalı qançır izi olduğunu müəyyənləşdirmişdir. Dindirmə dövründə vaxtı dəqiq olmayan tarixdə ərizəçi müstəntiqə avtomobilində bıçağın olduğunu bildirmişdir. O, bununla bağlı qeyd etmişdir ki, polis 2005ci il 17 martda onun avtomobilində «əsl» axtarış həyata keçirməmiş və yalnız orada özləri tərəfindən gizlədilmiş narkotik maddə aşkarlanmışdır. Belə olmasaydı, onlar bıçağı da tapardılar. Ərizəçinin dindirilməsindən sonra 2005-ci il 25 martda onun avtomobilində yenidən axtarış aparılmış və bıçaq aşkar edilmişdir. 2005-ci il 14 iyunda Zaqatala Rayon Polis Şöbəsinin müstəntiqi sübutların qiymətləndirilməsi barədə qərar qəbul etmişdir. Qərardan göründüyü kimi, ərizəçinin üzərində həmçinin məhkəmə-tibb narkoloji eksperti tərəfindən müayinə aparılmış və o, ərizəçinin narkotik maddələrdən istifadə etmədiyi, narkotik aludəçisi olmadığını müəyyən etmişdir. 2005-ci il 25 iyunda tərtib edilmiş ittiham aktına görə ərizəçiyə o cümlədən Cinayət Məcəllənin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdür. Qərarda daha sonra T.Layıcovun işinə ölkədaxili müxtəlif məhkəmələrdə baxılması, lakin onun ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlı şikayətlərinə həmin məhkəmələrdə baxılmaması qeyd edilmişdir. Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə: Avropa Məhkəməsi həmin qərarında Tacir Layıcova qarşı Avropa Konvensiyasının 3-cü maddəsinin (işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qalmamaq hüququ) və 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu müəyyən etmişdir. Həmin işin Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusunun müəyyən edilməsi hissəsində Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 19-cu maddəsinə görə onun vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən üzərinə götürdükləri öhdəliklərinə əmələ etmələrini təmin etməkdir. Xüsusilə, milli məhkəmələr tərəfindən törədilməsi iddia olunan fakta və ya hüquqa aid səhvlə məşğul olmaq, əgər bu səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqların pozulmasına səbəb olmuşdursa, Məhkəmənin funksiyası deyil (bax: Şenk İsveçrəyə qarşı iş). Buna görə prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verməli olan sual bütünlüklə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmamasıdır. Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, prosesin bütünlüklə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: «Xan» işi, 35 və 37-ci bəndlər). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha çox əhəmiyyət kəsb etmiş olur (bax «Allan» işi, Bıkov Rusiyaya qarşı iş). Qeyd olunan standartları hazırki işə tətbiq edən Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin əvvəldən təqsirləndirildiyi üç cinayətdən ikisi üzrə ittiham sonradan bir çox maddi və prosessual hüquq normalarının pozulması ilə əlaqədar yerli məhkəmələr tərəfindən rədd edilmiş və ərizəçi sonda qanunsuz narkotik saxlamağa görə məhkum edilmişdir. Onun barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni polis tərəfindən 2005-ci il 17 martda həyata keçirilmiş axtarış nəticəsində onun üzərində və avtomobilində tapılmış narkotik maddəyə əsasən çıxarılmışdır. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır («Bıkov» işi və Lisica Xorvatiyaya qarşı iş). Həmin iş üzrə birinci məsələ ilə bağlı Avropa Məhkəməsi bir sıra çatışmazlıqlar üzə çıxarmışdır. Belə ki, Məhkəmə bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə bundan əlavə qeyd etmişdir ki, istintaq orqanları ölkədə keçirilmiş məhkəmə prosesləri zamanı ərizəçinin və onun avtomobilinin axtarışının videoçəkilişinin surətini təqdim etməmiş və Hökumətdən açıq şəkildə xahiş edilsə də, o, sözügedən videoçəkilişin surətini Məhkəməyə təqdim etməmişdir. Hər bir halda hazırki işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyildir. İkincisi, məhkəmə hazırki işdə ərizəçinin 2005-i il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyn etmişdir. Üçüncüsü, məhkəmə qeyd etmişdir ki, sonralar yerli məhkəmələr tərəfindən də müəyyən edildiyi kimi, ərizəçinin 2005-i il 17 martda həbsi sənədləşdirilməmiş və o, bir gün qanunsuz olaraq polis idarəsində saxlanmışdır. İkinci məsələyə gəlincə, Məhkəmə qeyd etmişdir ki, ərizəçi onun üzərində və avtomobilində tapılmış maddi sübutun mötəbərliyi məsələsini istər cinayət prosesinin başlanğıcında, istərsə də bütün məhkəmələrdə keçirilmiş proseslərdə qaldırmışdır. Lakin bu məsələyə ölkə məhkəmələri adekvat şəkildə baxmamışdır. Belə ki, onların qərarlarında bu məsələyə toxunulmamışdır. Məhkəmə bununla bağlı həmçinin qeyd etmişdir ki, ərizəçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum edilməsini son olaraq müəyyən etmiş Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarı ərizəçinin əleyhinə N.V və H.M.-nin ifadələri kimi digər sübutların istifadə edilməsini istisna etmiş, lakin 2005-ci il 17 mart tarixində həyata keçirilmiş axtarış zamanı əldə edilmiş sübutlardan istifadə məsələsinə toxunmamışdır. Ali Məhkəmənini ərizəçinin üzərində və avtomobilində axtarışın hansı səbəbdən həbs yerində dərhal həyata keçirilmədiyini araşdırmağa apellyasiya məhkəmələrindən xahiş etməsinə baxmayaraq, Apellyasiya Məhkəməsi 2006cı il 22 dekabr tarixli qərarında bu məsələyə toxunmamışdır. Bu işlə bağlı Avropa Məhkəməsi daha sonra bildirmişdir: «Hər bir halda ərizəçinin sübutun mötəbərliyi və ondan ölkə məhkəmələri tərəfindən istifadə edilməsi ilə bağlı şikayətlərinə ölkə məhkəmələri tərəfindən onun barəsində sözügedən bu sübut əsasında ittiham hökmü çıxarılan zaman baxılmamasının səbəblərinə ölkə məhkəmələri və ya Hökumət tərəfindən hər hansı izah verilməmişdir. Buna görə də Məhkəmə ərizəçiyə sübutun mötəbərliyini təkzib etməsi və ondan ölkə məhkəmələrində istifadəyə etiraz etməsi üçün imkan yaradılmadığı nəticəsinə gəlməyə gilməz. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, hesab edir, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir». Göründüyü kimi, Avropa Məhkəməsi hər hansı bir xüsusi hal olmadığı halda axtarışın şəxsin saxlanılandan dərhal sonra həyata keçirilməsini zəruri hesab edir ki, bu halı baxılan cinayət işində görmək mümkün deyildir. Məhkəmə kollegiyası bu xususatla bağlı da qeyd edir ki, təhqiqat orqanı tərəfindən, heç bir zərurət olmadan Ziya Əliyevin barəsində şəxsi axtarış və götürmə saxlanıldığı vaxtdan dörd saat yarımdan, istifadəsində olan avtomobilinə isə baxışı on altı saat yarımdan sonra keçirilmiş və həm üstündən və həm də avtomobilindən marixuana aşkar edilmişdir. Hansı ki, avtomobildən aşkar olunmuş narkotik vasitənin tərkibi ilə, Təqsirləndirilən şəxs babasından qalmış yaşayış evindən aşkar olunmuş narkotik vasitənin tərkibi ilə eynilik təşkil edir. Göründüyü kimi iş materiallarında və həmçinin də, məhkəmə kollegiyasının iclasında təhqiqat orqanı əməkdaşlarının qeyd edilən baxış və götürməni nəyə görə dərhal və yaxud da Ağdaş Rayon Polis şöbəsində deyil, uzun müddət sonra, özlərinin nəzarətində kifayət qədər qaldıqdan sonra Gəncə şəhərində apardıqları aydın görünmür ki, bu subutlar da haqlı olaraq müdafiə tərəfindən mübahisələndirilir. Məhkəmə kollegiyası hesab edir ki, yaranmış bu şübhələri də digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbi baxımından bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Sakit Zayidov Azərbaycana qarşı” 20 fevral 2014-cü il tarixli qərarında göstərilmişdir ki; İşin qısa məzmunu-faktlar Həmin iş üzrə müəyyyən olunmuş hallarından görünür ki, S.Zayidov 23 iyun 2006-cı il tarixdə, saat 19-da polis əməkdaşları tərəfindən tutulmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Onun üzərində axtarış 23 iyun 2006-cı il tarixdə, saat 19.20-də aparılmışdır. Ərizəçi üstündə tapılan narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoylmasını, bu sübutun məhkum edilməsi üçün yeganə sübut olmasını və onun qanunsuz yolla əldə edilməsini, lakin ölkə məhkəmələri tərəfindən buna qiymət verilməməsini və bununla da onun Avropa Konvensiyasında nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasını bildirmişdir. Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Hazırki işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi nəticədə Cinayət Məcəllənin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə məhkum olunmuşdur. Ərizəçinin ittiham olunduğu əməldə təqsirli olması yalnız 23 iyun 2006-cı ildə keçirilən şəxsi axtarış zamanı onun üstündə tapılmış maddi sübuta (narkotik vasitə) əsasən müəyyən olunmuşdur. Hansı ki, həmin maddi sübut olmadığı halda, belə nəticəyə gəlmək qeyri-mümkün idi. Belə olan halda, Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilibverilmədiyini araşdırmışdır. Araşdırılan birinci məsələ ilə bağlı Məhkəmə vurğulamışdır ki, tərəflər arasında mübahisə doğurmur ki, ərizəçinin şəxsi axtarışı onun 23 iyun 2006-cı il tarixdə, saat 19-da tutulmasından dərhal sonra keçirilməmişdir. Həmin axtarış 23 iyun 2006-cı il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində 23 iyun 2006-cı il tarixdə, saat 19.20-də keçirilmişdir. Həbslə axtarış arasında təxminən 20 dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaradır. Belə ki, bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində idi. Hər bir halda, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmasını güman etməyə heç bir əsas yoxdur. Daha sonra məhkəmə qeyd etmişdir ki, ərizəçi tərəfindən birbaşa vəsatət verilməsinə baxmayaraq, milli məhkəmələr axtarışın video çəkilişini tədqiq etməkdən imtina etmişlər. Bundan əlavə, Hökümət Məhkəmənin soruğusuna baxmayaraq, bu videoçəkilişin surətini təqdim etməmişdir. Məhkəmə o halı da nəzərdən qaçıra bilməz ki, polis əməkdaşları ərizəçinin tutulmasını dərhal sənədləşdirməmişlər. O cümlədən tərəflər ərizəçinin polis əməkdaşları tərəfindən 23 iyun 2006-cı il tarixdə, saat 19-da tutulması faktını mübahisələndirməsələr də, tutulma protokolu 23 iyun 2006-cı il tarixə, saat 22.50-ə qədər tərtib olunmamışdı. Bundan əlavə, deyəsən, tutulma və DİN BNMİ-də axtarış zamanı ərizəçi müdafiəçi ilə təmin olunmamışdır. Qeyd edilənlərə əsasən Avropa Məhkəməsi belə hesab etmişdir ki, ərizəçinin təqsirli bilinməsi üçün milli məhkəmələrin gəldiyi nəticənin əsasında duran maddi sübutun keyfiyyəti şübhəldir. Belə ki, onun əldə edilməsi üsulu onun mötəbərliliyini şübhə altında qoyur. İkinci məsələ ilə bağlı Məhkəmə qeyd etmişdir ki, ərizəçi maddi sübutun mötəbərliyini və onun istifadə edilməsini bütün milli məhkəmələrdə qaldırmışdır. Bununla bağlı Məhkəmə nəzərə çatdırmışdır ki, ərizəçinin konkret şikayətinin olmasına baxmayaraq, 23 iyun 2006-cı il tarixdə keçirilən axtarış zamanı əldə edilmiş sübutun istifadəsi məsələsi qulaqardına vurulmuşdur. Xüsusilə onlar, nəyə görə ərizəçinin axtarışının dərhal onun tutulduğu yerdə həyata keçirilməməsi və ümumiyyətlə axtarışın prosessual normalara uyğun keçirilib-keçirilməməsi məsələsini araşdırmamışlar. Milli məhkəmələr heç ərizəçinin yuxarıda göstərilən şikayətinə baxmamaqla, o qərara gəlməklə kifayətlənmişlər ki, onun cibinə narkotik vasitənin qoyulması barədə ərizəçinin bildirdikləri özünü müdafiə xarakteri daşıyır və məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlməyə bilməz ki, ərizəçiyə bu məsələnin qaldırılması üçün imkan yaradılmamışdır. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə daha sonra qeyd etmişdir: «Məhkəmə ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizlər Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun etirazlar və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Qeyd edilən qərarı da, hazırki cinayət işinə tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, təhqiqat orqanı tərəfindən, heç bir zərurət olmadan Ziya Əliyevin barəsində şəxsi axtarış və götürmə saxlanıldığı vaxtdan dörd saat yarımdan, istifadəsində olan avtomobilinə isə baxışı on altı saat yarımdan sonra keçirilmişdir ki, onun saxlanılması ilə axtarış arasında olan qeyd edilən uzun sürən vaxt boşluğu sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaradır. Belə ki, bu müddət ərzində həm Ziya Əliyev və həm də onun istifadəsində olan avtomobili tamamilə polis əməkdaşlarının tam nəzarətində olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yaranmış bu şübhələri də digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbi baxımından bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, X19 istifadəsində olan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokol tərtibi 20:15-də Gəncə şəhərində başlamış və 20:35-də bitmişdir. Daha sonra 14 oktyabr 2021-ci il tarixdə X32 və Təqsirləndirilən şəxs izahatları alınmışdır(həmin izahatların alınması vaxtı dəqiq müəyyən edilməsə də, izahatların məzmunundan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə haqqında isintaq hərəkətindən sonra alınması müəyyən edilir cild 1, iş.v. 77-78). X32 və Təqsirləndirilən şəxs izahatları alındıqdan sonra onlar barəsində material ilə DİN BMCM-yə müvafiq prosessual qərar qəbul edilməsi üçün Gəncə Şəhərindən Bakı şəhərinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında təhqiqatçı Rafiq Əhmədova ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, avtomobilə keçirilmiş baxışın 20:35-də bitməsini, ondan sonra hər iki şəxsin izahatlarının alınması və materialın DİN BMCM-yə göndərilməsi üçün tam hazır olmasını saat 23:00-a çatdırmaq mümkün olar. Lakin iş materiallarına əlavə edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinin rəisi Elvin Abbasovun 14 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, 14 oktyabr 2021-ci il tarixdə X32 və Təqsirləndirilən şəxs barəsində toplanmış material aidiyyatı üzrə baxılıb prosessual qərar qəbul edilməsi üçün şəxsiyyətləri ilə birlikdə DİN BMCM-nin rəisi Əbülfət Rzayevə göndərilmiş, həmin məktubun üzərinə əlavə edilmiş dərkənardan görünür ki, Əbülfət Rzayev həmin tarixdə R.Kərimova müvafiq tədbirin görülməsini, o da öz növbəsində elə həmin tarixdə E.Həsənova CPM-nin 207-ci maddəsinə əsasən qərar qəbul edilməsinii xahiş etmişdir. Daha sonra 14 oktyabr 2021-ci il tarixdə X32 və Təqsirləndirilən şəxs onların müstəntiq Elvin Həsənova ünvanlanmış ərizələrinə əsasən müvafiq olaraq Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili X16 və Bakı şəhər Mərkəz Vəkil bürosunun vəkili X17 müdafiəçi qismində hazırkı cinayət işinə qoşulmuş, 14 oktyabr 2021-ci il tarixli orderləri istintaq orqanına təqdim etmişlər. Daha sonra 14 oktyabr 2021-ci il tarixli 16/1093 saylı və 16/1091 saylı məhkəmə bioloji ekspertiza rəyləri 14 oktyabr 2021-ci il tarixli müşayiət məktubu ilə birlikdə iş materiallarına əlavə edilməsi üçün DİN BMCM-yə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istintaq və təhqiqat orqanının şəxslər barəsində aparılmış istintaq hərəkətlərini qeyd edilən zaman kəsiyində, yəni şəxslərin ilkin izahatları alındıqdan sonra Gəncə şəhərindən Bakı şəhərinə gətirilməsi, hər iki şəhər arasındakı məsafəyə görə sərf edilən zaman sərfiyyatı, daha sonra DİN BMCM-nin Bakı şəhərində yerləşən inzibati binasında da müvafiq prosessual hərəkətlərin edilməsi özü-özlüyündə hazırkı cinayət işi üzrə təhqiqat və istintaq orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması ilə yanaşı, eyni zamanda həmin müddətlərdə təqsirləndirilən şəxslərin saxlanma yeri və şəraitinin qeyrimüəyyən olması, bundan sonra həmin qeyri-müəyyənliyin istintaqın gedişatı zamanı etirafedici ifadələrinin alınmasına təsir göstərmə ehtimalını artırır ki, bu səbəbdən də onların məhkəmə kollegiyasının iclası zamanı vermiş olduqları ifadələrin daha mötəbər və əsaslı olması, daha ağlabatan və inandırıcı görsənir. Bundan əlavə məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN BMCM-nin QBRŞ-nin əməkdaşlarının ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, həmin şəxslər iş üzrə maraqlı şəxslərdir və onların verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-ciü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyinəzərindən qiymət verir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Buna görə də məhkəmə kollegiyası istintaq zamanı təqsirləndirilən şəxsin ifadələri arasında qeyd edilən kəskin ziddiyyətli şübhələri, başqa subutlarla aradan qaldırılmasının mümkün olmaması qənaətinə gələrək hesab edir ki, həmin şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlanma kamerasında saxlanılan 4949,6 qram, 47,76 qram və 3,11 qram narkotik vasitə qurudulmuş marixuana Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan 03 ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olan 93,20 AZN-nin (doxsan üç manat iyirmi qəpik) ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikаyətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərаr çıxarmağa haqlıdır. Eyni zamada İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001 -ci il, "X21rşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X5rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Odur ki, məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 1(091)- 83/2022 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməli, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı, ona izah edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 350.4-cü maddəsinin tələblərinin yerinə yetirilməsi ilə üçün cinayət işi üzrə materialın surəti müvafiq prokurorluq orqanına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 350, 352-353, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 1(091)- 83/2022 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlanma kamerasında saxlanılan 4949,6 qram, 47,76 qram və 3,11 qram narkotik vasitə qurudulmuş marixuana Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılsın. İş üzrə maddi sübut olan 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 93,20 AZN-nin (doxsan üç manat iyirmi qəpik) ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 350.4-cü maddəsinin tələblərinin yerinə yetirilməsi ilə üçün cinayət işi üzrə materialın surəti müvafiq prokurorluq orqanına göndərilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar