Məhkəmə qərarları › İş №1(107)-8/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-8/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-8/2024 03.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X20 Hacı oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X7 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X14 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli hökmü ilə xx.xx.1964-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, evli, Zərdab şəhəri Xətai küçəsi, dalan 1, ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, təyin olunmuş cəzaların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs Zərdab Rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, mülki iddianın təmin edilməsi və Təqsirləndirilən şəxs 9010,70 (doqquz min on manat, yetmiş qəpik) pulun alınaraq zərərçəkmiş Azərbaycan Respublikası Zərərçəkmiş şəxs X23 hesabına ödənilməsi, iş üzrə maddi sübut kimi tanınan xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəllərinin, 15 may 2017-ci il tarixli nömrəsiz müqavilənin, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokolun, xx.xx.2017-ci il tarixli, 09 nömrəli ödəniş tapşırığının, aktivlərin Zərdab rayonu üzrə iş axtaran şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsi ilə bağlı 2017-2018-ci illərdə tərtib edilmiş 13 aktın, xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622408 nömrəli qaimə fakturanın cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 04 iyul 2013-cü il tarixli, 85 saylı əmrlə Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 24 aprel 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində X16ndə iş axtaran şəxs kimi qeydiyyata alınmış 7 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında Zərdab rayon Məşğulluq mərkəzinə ayrılmış 31.094,7 manat(otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistikası sektorunun müdiri vəzifəsində işləyən Şahid11 2017-ci ilin may ayında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 31.094,7 manat(otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində maddi aktivlərin alınması üzrə guya Zərdab rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olması barədə 2017-ci ilin may ayında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Zərdab rayon Məşğulluq mərkəzinə yuxarıda adları göstərilən hüquqi şəxslə özü arasında bağlanaraq göndərdiyi 15 may 2017-ci il tarixli nömrəsiz müqavilə, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokolu və digər sənədlərin Şahid11 yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 noyabr 2016-cı il tarixli 37 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri Şahid10, Şahid8 və Şahid9 tərəfindən ünvan 2 ünvanında yerləşən Zərdab rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğusu üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC-nin həmin kotirovka sorğusunun qalibi olması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirmədən, yuxarıda adı qeyd edilən hüquqi şəxsin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci il tarixli 09 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ******************** nömrəli hesabına 31.094,7 manat (otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən 7 nəfərə verilməsi nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxsin adından heç bir səlahiyyəti olmadığı halda Şahid14 və Şahid12 2017-ci ilin iyun ayı ərzində Ağcabədi, Beyləqan rayonları ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan, habelə Zərdab rayonunda fərdi satıcılardan aldıqları mal-qaranı, cücə, buğda, yem və yemləmə avadanlığınıZərdab rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid4 3.600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.072 manat dəyərində maddi aktivlər verilməsi, Şahid6 2.784 manat dəyərində maddi aktivlər verildiyi halda guya 3.646,7 manat dəyərində maddi aktivlər verilməsi, Şahid2 2.900 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.118 manat dəyərində maddi aktivlər verilməsi, Şahid3 2.900 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.118 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.072 manat dəyərində maddi aktivlər verilməsi, Şahid1 3.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.950 manat dəyərində maddi aktivlər verilməsi,Şahid7 2.900 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.118 manat dəyərində maddi aktivlər verilməsibarədə tamah və şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa X11 inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 13 iyun 2018-ci il tarixli aktların mərkəz üzrə yaradılmış satınalma komissiyasının üzvü Şahid10 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə maddi aktivlərin verilməsi üçün ayrılmış 31.094,7 manat (otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində vəsaitdən faktiki olaraq 22.084 (iyirmi iki min səksən dörd) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 9.010,7 manat (doqquz min on manat yetmiş qəpik) məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən zərərçəkmiş hüquqi şəxs tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli nömrəli iş üzrə hökmü qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İş üzrə bir çox maddi və prosessual hüquq normaları pozulmuşdur. Zərdab Rayon Məhkəməsi ittiham aktında buraxılmış nöqsanları davam etdirmiş, təqsirləndirilən şəxsin cinayət əməli törətməsi məhkəmə istintaqı ilə sübut olunmamış, ümumilikdə məhkəmə səhv nəticəyə gəlmiş və düzgün olmayan hökm çıxarmışdır. İttiham Aktından kifayət qədər əsaslı şikayət təqdim edilsə də məhkəmə həmin şikyətə “barmaqarası” baxmış və şikayətdə göstərilən dəlillərin araşdırılmasını təmin etməmişdir. "xxxx" MMC-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zərdab rayon Məşğulluq Mərkəzi tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu Filialında olan AZ84İBAZ******************** nömrəli hesabına ödənilmiş 31.094,70 manat pul vəsaitinin xərclənməsinə və qazanc olaraq göstərilmiş məbləğə dair sənədlərin tələb edilməsinə dair məhkəməyə vəsatət təqdim etməyinə baxmayaraq həmin vəsatət məhkəmə tərəfindən qəbul olunsa da icrası təmin edilməmiş, yarımçıq araşdırmanın nəticəsi olan hökm çıxarılmışdır. Həmçinin dəfələrlə şifahi və xx.xx.2023-cü il tarixdə teleqram vasitəsilə müraciət etməsinə baxmayaraq hələ də Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli nömrəli hökmünün ona göndərilmədiyini bildirmişdir. Ona görə də Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli nömrəli hökmü hökmünün ləğv edilərək ona bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-in 179.2.1, 179.2.3, 179.2.4, 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli nömrəli hökmü ona təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə təklif etdiyi hədlərdə azadlıqdan məhrum etmə və əlavə cəza təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə dəyişdirilməlidir. Məhkəmə hökmdə cəza təyin edilmənin əsaslarını müəyyən edən CM-in 8,41, və 58-ci maddələrinə formal olaraq istinad etsə də, həmin maddələrin tələblərini faktiki olaraq nəzərə almamışdır. Halbuki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi CM-in 179-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyekti mülkiyyət münasibətləridir. Təqsirləndirilən şəxs 9010,7 manat məbləğində - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamışdır. Qeyd olunan cinayət qəsdən törədilməklə az ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Təqsirləndirilən şəxs törətdiyi CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyekti dövlət orqanlarının normal fəaliyyətidir. Əlavə obyekti qismində vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyd olunan cinayət qəsdən törədilməklə az ağır cinayətlər kataqoriyasına aiddir. Həmçinin məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını onun əməlində cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Lakin, vəzifəli şəxs kimi bir qrup şəxs halında xidmət vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş və xeyli miqdarda özgə əmlakını talamaqla qəsdən cinayət əməlləri törətmiş və törətdiyi cinayətlərin nəticəsini aradan qaldırmağa cəhd etməmiş şəxsin hansı xüsusiyyətlərinə görə müsbət xarakterizə edilməsini hökmdə əsaslandırmamışdır.Həmçinin iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində dəymiş maddi ziyanı ödəməmiş, ümumiyyətlə özünü təqsirli bilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza təyin etmiş, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bu kimi cinayətlərin törədilməsinə bir növ zəmin yaratmış, dövlət tərəfindən mülkiyyətin toxunulmazlığının müdafiə olunmasına verilən inamlı zəmanətin şübhə altına düşməsinə səbəb olmuş, cəzasızlıq mühiti formalaşdırmışdır. Bundan başqa hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsi ilə təqirli bilib onu həmin maddə ilə 01 il 06 ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Halbuki, CM-in 308.1-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əsas cəza kimi nəzərdə tutulmuşdur. Məhkəmə isə həmin cəzanı təyin edərkən CM-in 46.2-ci maddəsinə istinad etməmiş və nəticədə eyni əmələ görə təqsirləndirilən şəxsə 2 əsas cəza təyin edilmişdir. Bundan başqa təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma cəzası qeyri-müəyyən olaraq qalmış, faktiki olaraq hökmdə təqsirləndirilən şəxsin hansı vəzifələri tutmaq və hansı fəaliyyət növləri ilə məşğul olmaq hüququndan məhrum edilməsi müəyyən edilməmişdir. Halbuki, CPM-nin 353.4.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsə sübuta yetirilmiş hesab edilən hər bir cinayətə görə təyin edilmiş cəzanın növü və həddi göstərilməlidir. Ona görə də, Təqsirləndirilən şəxs CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli hökmünün onun təqsirli bilindiyi maddələr və cinayətlərin məcmusu üzrə təklif edilən həddə azadlıqdan məhrum etmə və əlavə cəza təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs verilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. Belə ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi tərəfindən onun Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 28 fevral 2022ci il tarixli ittiham aktı Zərdab rayon məhkəməsinin icraatına daxil olmuşdur. Zərdab rayon Məhkəməsi 1(035)-18/2022 saylı iş üzrə 28 fevral 2023-ci il tarixdə cinayət işinə baxaraq onun Azərbaycan Respublikası CM-in 179.2.1. 179.2.3, 179.2.4, və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə hökm çıxarmışdır. Hökmə əsasən o, Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, və 308.1 -ci maddələri ilə təqsirli bilinmiş və 4 il müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmışdır. Aşağıdakı dəlillərə, qanunvericiliyə görə Zərdab rayon məhkəməsinin 28 fevral 2023-cü il hökmü qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İş üzrə bir çox maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə İttiham Aktında buraxılmış nöqsanları davam etdirmiş, təqsirləndirilən şəxsin cinayət əməli törətməsi məhkəmə istintaqı ilə sübut olunmamış, ümumilikdə məhkəmə səhv nəticəyə gəlmiş və düzgün olmayan hökm çıxarmışdır. İttiham aktından kifayət qədər əsaslı şikayət təqdim etsə də məhkəmə həmin şikayətə “barmaqarası” baxmış və şikayətdə göstərilən dəlillərin araşdırılmasını təmin etməmişdir. "xxxx" MMC-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zərdab rayon Məşğulluq Mərkəzi tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu Filialından olan AZ84İBAZ4 006001944********** nömrəli hesabına ödənilmiş 31.094,70 manat pul vəsaitinin xərclənməsinə və qazanc olaraq göstərilmiş məbləğə dair sənədlərin tələb edilməsinə dair məhkəməyə vəsatət təqdim etməyinə baxmayaraq həmin vəsatət məhkəmə tərəfindən qəbul olunsa da icrası təmin edilməmiş, yarımçıq araşdırmanın nəticəsi olan hökm çıxarılmışdır. O, bu şikayəti yazarkən yəni xx.xx.2023-cü il tarixdə dəfələrlə şifahi və xx.xx.2023-cü il tarixdə teleqram vasitəsilə müraciət etməyinə baxmayaraq hələ də Zərdab rayon məhkəməsinin 28 fevral 2023-cü il hökmü ona göndərilməmişdir. Odur ki, apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(035)-02/2023 nömrəli hökmünün ləğv edilərək ona bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, o, ittiham olunduğu maddələri qəbul etmir və özünü həmin maddələr üzrə təqsirli bilmir. Zərdab rayonunda bu sahə üzrə ilk dəfə idi ki, pilot layihə həyata keçirilirdi. Pilot layihəyə, əsasən, Zərdab rayonundan olan yeddi nəfər vətəndaşa iribuynuzlu heyvan verilməli idi. Pilot layihə Zərdab rayonunda 2017-ci ildə keçirilsə də, 2022-ci ildə işi aparan müstəntiq hesabdan-hesaba köçürmə zamanı 9000 manatın kəsir olduğunu aşkar etmişdir. O, nə heyvanların alqı-satqısında iştirak etməmişdir, nə də həmin alqı-satqıdan xəbəri olmayıb və alqı-satqı barədə ona şikayət edən olmayıb. Pilot layihədən xəbəri olub. Sənədləri o, imzalamışdır. Vətəndaşlar heyvanları Zərdab rayonundan almayıblar. Onun alqı-satqı zamanı yaranmış 9000 manat kəsirdən xəbəri olmayıb. Məhkəmə zamanı şirkətin nümayəndəsi də bildirib ki, heyvanlar 3500 manata alınsa da, alqı-satqı sənədində həmin məbləğ 15000 manat göstərilib. heyvanların 3500 manata alındığını bilməmişdir. Sənədləri özü imzaladığı üçün alqı-satqıdan xəbəri olub. Alqı-satqını prosesini təşkil etmiş şirkətin nümayəndəsi bildiridb ki, yaranmış 9000 manat kəsir şirkətə aiddir və şirkətin puludur. Katirovka sorğusundan və tenderin keçirilməsindən xəbəri olmayıb. Ona hazır sənədlər təqdim olunub və o da həmin sənədləri imzalamışdır. Zərdab rayonunda pilot layihə ilk dəfə təşkil olunduğundan heç nədən xəbəri olmayıb. Pulun mənimsənilməsi ilə bağlı özünü təqsirli bilmir. Şahid11 müvafiq sənədləri ona göndərərək imzalamağını bildirmişdir. Birinci dəfə imzalamaqdan imtina etmişdir. Lakin ikinci dəfə sənədləri imzalamışdır. Şahid11 Zərdab rayon Məhkəməsində yalan ifadə verib. Sənədlərin qanunsuz olduğundan şübhələndiyi üçün imza etməmişdir. Sonra Şahid11 ona zəng vuraraq bildirdi ki, “bütün rayonlar sənədləri imzalayıb, bir sən qalmısan. Nəyə nail olmaq istəyirsən?”. O da sənədləri üç gün sonra imzalayıb göndərmişdir. Tabeliyində çalışan mühasib və baş məsləhətçi onun sənədləri imzalamaqdan imtina etdiyini təsdiqləməyəcəklər. Onlar ifadə veriblər ki, guya o, onlara zorla sənədlərə imza etdirmişdir. O, hazırkı iş üzrə tam haqlı olduğunu hesab etmir. O, bilirdi ki, atacağı addım nisbətən qanunsuzdur. Pozuntunun olduğunu bilirdi, lakin hansı nəticələr verəcəyini bilmirdi. Sənədləri imzalamağına səbəb qanunları bilməməyi olub. O, tenderlərdə iştirak etməmişdir və tenderin nə olması ilə bağlı məlumatı olmayıb. Onun tenderin keçirilməsinə şübhəsi olub. Mülki iddianı da qəbul etmir. Hazırkı cinayət işi üzrə özünü təqsirli bilmir. Katirovka işlərindən əlavə Şahid11la əlaqələri olub. Şahid11 başqa katirovka sənədləri ilə bağlı heç kəslə əlqəsi olmayıb. Tender sənədlərini ona yol maşını ilə göndəriblər. Katirovkanı keçirilməsi ilə bağlı sənədləşmədən mühasib və iki nəfər məsləhətçinin xəbəri olub. Mərkəzin əməkdaşları həmin proseslərdə iştirak etməyiblər. Həmin prosesdə qalib təşkilatın nümayəndəsi bir də məşğulluqla bağlı müraciət edən şəxs iştirak ediblər. O, təhvil-təslimdə iştirak etməmişdir. O, qalib təşkilatların hesabına 31000 manat pul köçürmüşdür. Onların ödənmiş pulun xərcləndiyinə nəzarət etməyə icazələri yox idi. Həmin proses başlayan zaman Şahid11 bir neçə rayona, eləcə də Zərdab rayonuna işçi qrupunun kuratoru təyin olunmuşdu. Tender sənədləri ona Şahid11 tərəfindən göndərilib. Şahid11 ona bildirb ki, harada möhür yeri var oranı möhürləyib, imza olunası yerləri də imzalayıb göndərsin. Həmin sənədlərdə işçilərin də imzalayası yerlər var idi. Şahid11 ondan şöbədə kimlərin işlədiyini soruşdu və həmin şəxslərin öz ad və soyadları qarşısında imza etməyi bildirdi. Şahid11 onunla həm xidməti telefonla, həm də mobil telefonla əlaqə saxlayırdı. Tender sənədləri ona hazır formada göndərilirdi. Sənədlər ona tanımadığı avtomobil sürücüsü ilə göndərilib. O da sənədləri şöbəyə verib gedib. Şahid11 ona zəng edib sənədləri çatıb-çatmamasını soruşdu və həmin sənədləri imzalayıb və möhürləyib geri, özünə qaytarmağını bildirdi. Sənədləri 3 gün ərzində imzalayıb göndərmişdir. Əvvəllər katirovka ilə bağlı heç bir tədbir olmayıb. Pilot layihə Zərdab rayonunda olduğu üçün onun heç nədən anlayışı olmayıb. O, hazır sənədləri imzalayıb möhürləmişdir. İşçilər bilirdilər hansı sənədləri imzalayırlar. O, Zərdab rayon Məhkəməsində də bu cür ifadə vermişdir. Onun şirkətin nümayəndəsi və ya hər hansı vətəndaşla əlaqəsi olmayıbdır. Bütün bu işlərə rəhbərliyi Şahid11 edib. Məhkəmə kollegiyasının iclasında Şahid11 ifadə verərək bildirdi ki, özünüməşğulluq birinci il yarananda nazirlik tərəfindən işçi qrupu formalaşdırıldı. İşçi qrupun bir üzvü də o, idi. İşçi qrupunun yaradılma səbəbi prosesə əməli-metodiki köməkliyin göstərilməsi və situasiya yarananda tövsiyyələrin verilməsi idi. Özünüməşğulluğun mərhələləri var: təlim, biznes planların qimətləndirilməsi, aralıq və yekun monitorinq. O, bu proseslərin təşkilinə nəzarət edirdi. Məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, özünüməşğulluq qrupu 2016-cı ildə yaradılıb. Özünüməşğulluğun əsas fəaliyyət istiqaməti hər bir rayon üzrə işsiz və iş axtaran şəxslərin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatların qurulmasıdır. Hazırki işlə bağlı onun heç bir əlaqəsi olmayıb. O, ümumi prosesin gedişatına nəzarət edirdi. Onun işi təlimlərin təşkili, keçirilməsi və monitorinqin nəticələrini araşdırmaq olub. Həmin proseslər gedən vaxt o, Təqsirləndirilən şəxs heç bir sənəd göndərməmişdir. Ümumiyyətlə maliyyə məsələləri işçi qrupuna aid deyildi. Tenderlərin keçirilməsi də işçi qrupunun səlahiyyətlərinə aid deyildir. Onun işin gedişatı ilə əlaqədar bütün filialların rəhbərləri ilə əlaqəsi olub. Tenderin keçirilməsi və ya katirovka sorğusu ilə bağlı o, Təqsirləndirilən şəxsla əlaqə saxlamamışdır. Bildiyi qədər onun barəsində cinayət işi yoxdur. Bütün maliyyə prosesi X6 maliyyə və mühasibatlıq şöbəsi tərəfindən həyat keçirilib. İşçi qrupunun maliyyə məsələləri ilə bağlı səlahiyyəti olmayıb. O, bu iş üzrə şahid qismində dindirilmişdir. Təqsirləndirilən şəxs hansı səbəbdən belə ifadə verməsini bilmir. Katirovka işləri ilə Maliyyə və Mühasibatlıq şöbəsi məşğul olub. O, sıravi işçi olmuşdur. İşçi qrupunun fəaliyyətində maliyyə hissəsi olmayıb. İşçi qrupunda onun işi şəxslərin düzgün seçilməsi və təlimə cəlb olunmasından ibarət olub. O, Mərkəzi Aran rayonları üzrə kurator olmuşdur. Mərkəzi Aran rayonları üzrə iki və ya üç rayon üzrə cinayət işi açılıb. Hesabatlarla bağlı Təqsirləndirilən şəxsla telefon əlaqəsi olub. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X22 bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsaslıdır. Zərdab Rayon Məhkəməsi tərəfindən işin halları hər tərəfli araşdırılmayıb. Təqsirləndirilən şəxsin əməlində cinayət əməli mövcud deyil. Odur ki, apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(035)-02/2023 nömrəli hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, appellyasiya protestinin təmin edilməsini və Təqsirləndirilən şəxs CM-in 179.21, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərdab rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmünün onun təqsirli bilindiyi maddələr və cinayətlərin məcmusu üzrə təklif edilmiş həddə azadlıqdan məhrum etmə və əlavə cəza təyin edilməklə, həmçinin cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə dəyişdirilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 ifadə verərək mülki iddianın təmin edilməsini və dəymiş zərərin ödənilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, halhazırda katirovka və tenderlər kağız üzərində keçirilir. Kağız üzərində deyərkən, yəni katirovka keçirilmədən və qəzetdə elan verilmədən keçirilən tender nəzərdə tutulur. Həmin dövrdə işləmədiyi üçün Təqsirləndirilən şəxs dediklərinin doğru olduğunu dəqiq deyə bilmir. Katirovka sorğusu ilə bağlı o, heç nə deyə bilmir. Əgər məşğulluq mərkəzlərinin direktorları həmin sənədləri imzalamasaydılar bu gün məhkəmə qarşısına çıxmazdılar. 2017-ci ildə gedən proseslərdən onun xəbəri yoxdur. Onlar Təqsirləndirilən şəxs dəymiş ziyanın ödənilməsini tələb edirlər. Qalib təşkilatlar xərclərini smetada düzgün göstərməyiblər. Bütün xərcləri aktivlərin üstünə yazıblar. Ona görə də hazırkı problemlər yaşanır. Aktivlər qalib təşkilatın hesabına pul keçiriləndən sonra alınıb. İlk növbədə akta qol çəkilir, sonra aktiv vətəndaşa təhvil veriləndə aktivin qiyməti akta qeyd edilir. Onların əməkdaşlardan cinayət məsuliyyətinə cəlb olunan olmayıb. Hüquq məsələləri Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsı CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apellyasiya şikayətinin, apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya protesti təmin edilməməli, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2003-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru təyin olunmuş, 24 aprel 2019-cu ildə öz ərizəsi ilə vəzifəsindən azad edilmişdir. Evlidir, 3 övladı var. 2016-cı ilin sonlarından başlayaraq əhalinin özünə məşğulluğunun təmin edilməsi məqsədilə Mərkəzdə işsiz kimi qeydiyyata alınmış şəxslərlə biznesin qurulması məqsədilə 2 aylıq kurslar təşkil olunmağa başlamışdır. Kursu bitirmiş şəxslər quracağı biznes sahəsi ilə bağlı biznes planlarını tərtib edib görəcəkləri işin dəyərini planda göstərmişlər. Məqsəd dövlət vəsaiti hesabına həmin şəxslərə əvəzsiz olaraq maddi aktivlərin verilməsi olmuşdur. 2017-ci ilin may ayında X11 Baş İdarə üzrə birbaşa kuratoru Şahid11 ona zəng edərək bildirmişdir ki, rəhbərliyin göstərişi ilə maddi aktivlərin alınması ilə bağlı ona imzalanması üçün hazır sənədlər göndərəcək, həmin sənədləri özü və digər əməkdaşlar imzalayıb, möhür vursun və qısa zamanda həmin sənədləri ona qaytarsın. Bir neçə saat sonra Şahid11 hazırda xatırlamadığı şəxslə sənədləri ona göndərmişdir. Sənədlərdə əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədilə Zərdab rayon Məşğulluq Mərkəzi üzrə 2017-ci ildə kotirovka sorğusu keçirilməsi, həmin sorğuda bir neçə şirkətlərin iştirak etməsi, komissiya üzvlərinin Zərdab rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının olması, sorğuda "xxxx" MMC adlı şirkətin qalib olması barədə protokol, təkliflər, yazışmalar, qalib təşkilat kimi "xxxx" MMC ilə Zərdab rayon Məşğulluq Mərkəzi adından onun tərəfindən bağlanmış və sözügedən təşkilat tərəfindən artıq möhürlənmiş və imzalanmış müqavilə, habelə sair sənədlər olmuşdur. Özü bu sahədə işlədiyinə görə bilmişdir ki, kotirovka sorğuları Mərkəzin özü tərəfindən keçirilməli, adları göstərilən şirkətlər faktiki olaraq kotirovkada iştirak etməli, görüləcək işlərlə bağlı qiymətlər təklif olunmalı, əlverişli qiymət təklif edən şirkət komissiyanın qiymətləndirməsi ilə seçilib qalib elan edildikdən sonra həmin şirkət ilə müqavilə bağlanmalıdır. Sadaladıqlarının heç biri olmadığına görə, yəni faktiki olaraq Zərdab rayon Məşğulluq Mərkəzi üzrə heç bir kotirovka sorğusu keçirilmədiyinə görə, adları qeyd olunan şirkətləri tanımadığına və onların heç biri faktiki olaraq kotirovka sorğusunda iştirak etmədiklərinə görə həmin sənədləri imzalamaqdan və möhürləməkdən çəkindiyini Şahid11 bildirmiş, lakin Şahid11 ona demişdir ki, bu tapşırıq rəhbərliyin tapşırığıdır və mübahisəsiz icra olunmalıdır, lakin konkret olaraq hər hansı ad çəkməmişdir. O, Şahid11 təkidindən sonra başa düşmüşdür ki, sənədləri imzalamadığı halda işində problemlər yaranacaq, vəzifəsindən azad oluna bilər, buna görə də həmin sənədləri imzalamış və digər əməkdaşları, yəni komissiya sədri kimi adı qeyd olunmuş Şahid10, komissiya üzvləri kimi adları qeyd olunmuş Şahid8 və Şahid9 imzalatdırıb, Mərkəzin möhürü ilə möhürləyib hazırda xatırlamadığı taksi sürücüsü ilə Şahid11 göndərmişdir. Sənədləri imzalayan Mərkəzin əməkdaşlarına da izah etmişdir ki, sənədləri imzalanması barədə göstəriş Şahid11 gəlmiş, sonuncu isə ümumi olaraq tapşırığın rəhbərlikdən gəldiyini bildirmişdir. Bundan sonra isə Şahid11 göstərişinin davamı olaraq guya kotirovka sorğusunun qalibi olmuş və buna görə də müqavilə bağlanmış "xxxx" MMC adlı şirkətin bank hesabına müvafiq olaraq 31.094,70 manat pul vəsaitlərinin köçürülməsi barədə baş mühasib Şahid10 göstəriş vermiş, bununla bağlı müqaviləni, protokolu və digər sənədləri sonuncuya təqdim etmiş, özü də köçürmə ilə bağlı müvafiq sənədləri imzalayıb Mərkəzin möhürü ilə möhürləyib "xxxx" MMC adlı şirkətin bank hesablarına 31.094,70 manat pul vəsaitinin köçürülməsini təmin etmişdir. xx.xx.2017-ci il tarixli 09 nömrəli ödəniş tapşırığı ilə"xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ******************** nömrəli hesabına 31.094,70 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan sonra öyrənmişdir ki, vətəndaşlara aktivlər verilmiş, hər hansı narazıçılıq olmamışdır. Aktivlər müqavilə bağlanmış şirkətin əməkdaşları tərəfindən paylanmış, Mərkəzin əməkdaşı Şahid10 onları ancaq müşayiət etmiş və aktivlərin hansı qiymətlərə alınmasından, ümumiyyətlə hansı qiymətə alınmalı olmasından xəbəri olmamışdır. Çünki Şahid11 onun, o cümlədən X11 digər hər hansı əməkdaşının aktivlərin hansı qiymətlərə alınması, ümumiyyətlə aktivlərin alınması məsələsinə qarışmamalarını tapşırmışdır. Özü 2018-ci ildə aktivlərin mülkiyyətə verilməsini Şahid11la birgə yoxlamış və həmin vaxt da hər hansı narazılıq olmamışdır. O, sadəcə aktivlərin tam həcmdə verilibverilməməsini aydınlaşdırmış, aktivlərin hansı qiymətlərə alınması ilə maraqlanmamışdır. Eyni zamanda bildirir ki, sadaladığı saxta kotirovka sorğusuna görə ona heç bir pul ödənilməmiş, heç kəs ona kotirovka sənədlərini imzalamağı və möhürləməyi, müqavilə bağlamağı, təşkilatın hesabına pul köçürməyi üçün pul yaxud digər maddi nemət verməmiş, buna görə vəzifəsi artırılmamış, yaxud digər hər hansı üstünlük və ya imtiyaz verilməmiş, o həmin sənədlərin rəsmiləşdirilməsini ancaq Şahid11 tapşırığı ilə onun həmin tapşırığın rəhbərlik tərəfindən verilməsi barədə dedikləri əsasında həyata keçirmişdir. Zərdab rayon Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı "xxxx" MMC ilə bağlanılmış müqavilə, kotirovka sorğusunun nəticələrinə dair yekun protokol, qaimə fakturalar və digər sənədlərdə adının qarşısında olan imzalar özünə məxsusdur. X16 üzrə maddi akvtilərin alınması ilə bağlı faktiki olaraq heç bir kotirovka sorğusu keçirilməmiş, ümumiyyətlə adı qeyd olunan müəssisəni tanımır. O, heç bir maddi aktivi almamış, həmin qaimə faktura və digər sənədlər də vəsaitin köçürülməsi üçün Baş İdarədən verilmiş sənədlər olmuşdur. Baş İdarədən göndərilmiş sənədlər olduğuna görə həmin sənədləri arzuolunmayan işçi olmamaq üçün imzalamalı və möhürləməli olmuş, həmin sənədləri imzalamaqda başqa məqsədi olmamışdır. O, bildirmişdir ki, rəhbərliyin göstərişi ilə tender, kotirovka sorğusu qaliblərinin hesablarına köçürülmüş vəsaitdən ona heç bir məbləğ verilməmişdir. Bundan başqa ona qarşı irəli sürülmüş ittihamda onun həmin hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi ilə bağlı özünü təqsirli bilmir. Qaliblərin hesablarına köçürülmüş vəsaitdən ona heç bir məbləğ ödənilmədiyindən hesab edir ki, o, dövlətə ziyan vurmamış və hər hansı bir pul vəsaitini mənimsəməmişdir. Bu səbəbdən də heç bir ziyan ödəməmişdir. Rəhbərliyinin göstərişlərini icra etməsinin nəticəsi kimi ona ittihamlar irəli sürüldüyündən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş X13 publik hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2003-2019-cu illərdə Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmişdir. 2018-ci ildə Maliyyə Nazirliyi tərəfindən Dövlət Məşğulluq Xidmətində aparılan yoxlama nəticəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı toplanmış material Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Araşdırmanın nəticəsi olaraq Zərdab rayonu üzrə Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs da ittiham verilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. X13 publik hüquqi şəxsə Təqsirləndirilən şəxs əməlləri nəticəsində 9.010,7 manat ziyan dəymişdir. Həmin ziyan ödənilmədiyi üçün məhkəməyə mülki iddia verilmişdir. Mülki iddianı müdafiəedir, 9.010,7 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq X13 publik hüquqi şəxsin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən Zərdab rayon Məşğulluq Mərkəzində baş mühasib təyin edilmiş, 2020-ci ilin sentyabr ayında səhhəti ilə əlaqədar işdən çıxmışdır. 2017-ci ilin may ayında X11 direktoru Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq Dövlət Məşğulluq Xidmətindən ona Zərdab rayonu Məşğulluq Mərkəzi üzrə kotirovka sorğusunun keçirilməsinə dair hazır sənədlər verildiyini, həmin sənədlərdə komissiya sədri kimi onun, komissiya üzvləri kimi Mərkəzin digər əməkdaşlarının adlarının olduğunu, Məşğulluq Xidmətindən ona həmin sənədləri Mərkəzin əməkdaşlarına imzalatmasının tapşırıldığını, həmin tapşırığın rəhbərlikdən gəldiyini bildirmiş, lakin konkret olaraq ad çəkməmişdir. Həmin sənədlərin içərisində 2017-ci ildə Zərdab rayonu üzrə kotirovka sorğusu keçirilməsi, komissiya üzvlərinin Mərkəzin əməkdaşlarının olması, kotirovka sorğusunda 31.094,70 manat təkliflə "xxxx" MMC adlı şirkətin qalib gəlməsinə dair protokol, həmin şirkətlə bağlanmış müqavilə, qaimə-faktura və digər sənədlər olmuşdur. Əslində isə 2017-ci ildə Zərdab rayon Məşğulluq Mərkəzi üzrə hər hansı kotirovka sorğusu keçirilməmişdir. Təqsirləndirilən şəxs verilmiş hazır kotirovka sorğusuna dair sənədlər onun özü, habelə protokol komissiya sədri kimi onun tərəfindən, komissiya üzvləri kimi adları qeyd edilmiş Şahid8, Şahid9 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs göstərişi əsasında sənədlərin içərisində kotirovkanın nəticələrinə dair bağlanmış müqavilələrin icra edilməsi üçün kassa xərclərinin sifarişi cədvəllərini və ödəniş tapşırıqlarını Təqsirləndirilən şəxsla bərabər imzalayaraq "xxxx" MMC-nin bank hesabına 31.094,70 manat köçürülməsini təmin etmişdir. Maliyyə İdarəsinə köçürmələri aparmaları kotirovka keçirilməsinə dair sənədləri təqdim etsə də, kotirovka keçirilib-keçirilməməsi barədə heç nə deməmiş, bu barədə ondan heç nə soruşulmamışdır. Eyni zamanda bildirir ki, qaimələrdə Zərdab rayon Məşğulluq Mərkəzinə "xxxx" MMC-nin tərəfindən 31.094,70 manatlıq aktivlərin təhvil verilməsi qeyd olunsa da, Mərkəzə hər hansı aktiv təhvil verilməmişdir. Sənədlərin imzalanması və müqavilələrin icraya yönəldilməsi üçün hər hansı məbləğdə pul almamış, Təqsirləndirilən şəxs inandığı üçün onun tapşırığı əsasında kotirovka sənədlərini imzalamış və müqavilələri icraya yönəltmişdir. Təqsirləndirilən şəxs ona sənədlərin imzalanması və pul vəsaitlərinin köçürülməsi barədə tapşırığın Dövlət Məşğulluq Xidmətindən gəldiyini dediyinə görə arzuolunmaz işçi olmamaq üçün sənədləri imzalayıb pul vəsaitlərinin "xxxx" MMC-nin hesabına köçürülməsini təmin etmişdir. Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolda, ödəniş tapşırığında və kassa xərclərinin sifarişi cədvəllərində adının qarşısında olan və ya ona istinad olunan imzaların hamısı özü tərəfindən icra edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən Zərdab rayon Məşğulluq Mərkəzində baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Hazırda X6 19 saylı ərazi Məşğulluq filialının Zərdab rayon Xidmət şöbəsində böyük mütəxəssis vəzifəsində işləyir. 2017-ci ilin may ayında X11 direktoru Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq Dövlət Məşğulluq Xidmətindən ona Zərdab rayonu Məşğulluq Mərkəzi üzrə kotirovka sorğusunun keçirilməsinə dair hazır sənədlər verildiyini, həmin sənədlərdə komissiya sədri kimi Mərkəzin baş mühasibi Şahid10, komissiya üzvləri kimi onun və Mərkəzin digər əməkdaşı Şahid8 adlarının olduğunu, Məşğulluq Xidmətindən ona həmin sənədləri Mərkəzin əməkdaşlarına imzalatdırılmağın tapşırıldığını, həmin tapşırığın rəhbərlikdən gəldiyini dediyini bildirmiş, lakin konkret olaraq ad çəkməmişdir. Həmin sənədlərin içərisində 2017ci ildə Zərdab rayonu üzrə kotirovka sorğusu keçirilməsi, komissiya üzvlərinin Mərkəzin əməkdaşlarının olması, kotirovka sorğusunda 31.094,70 manat təkliflə "xxxx" MMC adlı şirkətin qalib gəlməsinə dair protokol, həmin şirkətlə bağlanmış müqavilə, qaimə-faktura və digər sənədlər olmuşdur. Təqsirləndirilən şəxs verilmiş hazır kotirovka sorğusuna dair sənədlər onun özü, habelə protokol komissiya sədri kimi Şahid10 tərəfindən, komissiya üzvləri kimi adları qeyd edilmiş Şahid8 və özü tərəfindən imzalanmışdır. Əslində isə 2017ci ildə Zərdab rayon Məşğulluq Mərkəzi üzrə hər hansı kotirovka sorğusu keçirilməmişdir, protokolda adları qeyd olunan şirkətlərin heç birini tanımır. Protokolun imzalanması üçün hər hansı məbləğdə pul almamış, Təqsirləndirilən şəxs inandığı üçün və ona protokolun imzalanması barədə tapşırığın baş idarədən gəldiyini dediyinə görə həmin sənədi imzalamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid9 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Zərdab rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı ondan pul tələb edilməmiş, o, da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət edərək təlimə cəlb etmişlər. Təxminən 2 aylıq kursdan sonra Kürdəmir rayonunda Olimpiya kompleksinin inzibati binasında imtahandan keçmiş, biznes planı heyvandarlıqla məşğul olmaqla əlaqədar olmuşdur. İmtahandan keçdikdən sonra 2017-ci ilin iyun ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını bildirməyərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu, Bakı şəhərindən Zərdab rayonuna gələcəyini bildirib ona verilməli olan aktivləri, yəni 2 baş yanı balalı inəyi verəcəyəni, lakin aktivləri özünün tapmağını və aktivlərin cəmi dəyərinin 2900 manatdan yuxarı olmamasını tapşırmışdır. O da Ağcabədi rayon bazarına getmiş, oradan adını bilmədiyi şəxsdən bir başı 1450 manata yanı balalı inək tapmış, bu barədə həmin şəxsə məlumat vermişdir. Növbəti gün özünü şirkətin nümayəndəsi kimi təqdim edən həmin şəxslə Ağcabədi rayon bazarına getmiş və həmin şəxs bir başı 1450 manata olmaqla cəmi 2 baş yanı balalı inəyə 2900 manat məbləğində pul vermiş, həmin heyvanları ona təhvil vermiş, bu barədə akt tərtib etmiş və aktı imzalamış, aktivləri özü öz hesabına evə aparmışdır. Həmin şəxs ona daşıma və yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışdır, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişdir və həmin aktı da imzalamışdır. Aktlarda aktivlərin adları olsa da qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün Təqsirləndirilən şəxs pul və ya hər hansı bir qiymətli əşya verməmişdir. Aktivləri çoxaltmış və hazırda da həyətində heyvanları saxlamaqla ailəsini dolandırır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Zərdab rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı ondan pul tələb edilməmiş, o, da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət edərək təlimə cəlb etmişlər. Təxminən 2 aylıq kursdan sonra Kürdəmir rayonunda Olimpiya kompleksinin inzibati binasında imtahandan keçmiş, biznes planı quşçuluq təsərrüfatının saxlanması ilə əlaqədar olmuşdur. İmtahandan keçdikdən sonra 2017-ci ilin iyun ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını bildirməyərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu, Bakı şəhərindən Zərdab rayonuna gələcəyini bildirib ona verilməli olan aktivləri verəcəyəni, lakin aktivləri özünün tapmağını tapşırmışdır. O da ona verilməli olan aktivləri rayon ərazisində bir neçə şəxsdən tapmış, bir neçə gün sonra həmin şəxs Zərdab rayonuna gəlmiş, onlar birlikdə gedərək Zərdab rayonunda Təzəkənd kəndində Zivər adlı şəxsdən hər cücənin vahidi 1,80 manat olmaqla cəmi 954 manata 530 baş cücəni, Zərdab şəhərində kənd təsərrüfatı malları satan Zaur adlı şəxsdən 2 ton yemi hər kiloqramına 70 qəpik olmaqla 1400 manat, 300 kq buğdanı hər kiloqramına 60 qəpik olmaqla 180 manata və 1 ədəd yemləmə avadanlığını 250 manata almışlar. Aktivlərə ümumi olaraq 2784 manat pul xərclənmişdir. Aktivlərin pulunu həmin şəxs özü onun yanında Zivər və Zaur adlı satıcılara vermiş, eyni zamanda aktivləri ona təhvil vermiş, bu barədə akt tərtib etmiş və aktı imzalamışlar, aktivləri özü öz hesabına evə aparmışdır. Həmin şəxs ona daşınma və yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktlardakı imzalar özünündür. Aktlarda aktivlərin adları olsa da qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün Təqsirləndirilən şəxs pul və ya hər hansı bir qiymətli əşya verməmişdir. Cücələr tələf olduğundan fəaliyyətini davam etdirə bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Zərdab rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı ondan pul tələb edilməmiş, o, da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət edərək təlimə cəlb etmişlər. Təxminən 2 aylıq kursdan sonra Kürdəmir rayonunda Olimpiya kompleksinin inzibati binasında imtahandan keçmiş, biznes planı heyvandarlıqla məşğul olmaqla əlaqədar olmuşdur. İmtahandan keçdikdən sonra 2017-ci ilin iyun ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını bildirməyərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu, Bakı şəhərindən Ağcabədi rayon bazarına gələcəyini bildirib ona verilməli olan aktivləri, yəni 4 baş dana verəcəyəni, lakin aktivləri özünün tapmağını tapşırmışdır. O da Ağcabədi rayon bazarına getmiş, oradan adını bilmədiyi şəxsdən bir başı 1000 manata ətlik dana tapıb bəyənmiş, bu barədə həmin şəxsə məlumat vermişdir. Növbəti gün özünü şirkətin nümayəndəsi kimi təqdim edən həmin şəxslə Ağcabədi rayon bazarında görüşmüş, həmin şəxs bir başı 1000 manata olmaqla cəmi 4 baş ətlik dananı satıcıya 4000 manat məbləğində pul verərək almış, həmin heyvanları ona təhvil vermiş, bu barədə akt tərtib etmiş və aktı imzalamışlar, aktivləri özü öz hesabına evə aparmışdır. Həmin şəxs ona daşıma və yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktlarda aktivlərin adları olsa da qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün Təqsirləndirilən şəxs pul və ya hər hansı bir qiymətli əşya verməmişdir. Hal-hazırda da heyvandarlıqla məşğuldur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Zərdab rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı ondan pul tələb edilməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət edərək təlimə cəlb etmişlər. Təxminən 2 aylıq kursdan sonra Kürdəmir rayonunda Olimpiya kompleksinin inzibati binasında imtahandan keçmiş, biznes planı heyvandarlıqla məşğul olmaqla əlaqədar olmuşdur. İmtahandan keçdikdən sonra 2017-ci ilin iyun ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını bildirməyərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu, Bakı şəhərindən Zərdab rayonuna gələcəyini bildirib ona verilməli olan aktivləri, yəni 4 baş dana verəcəyəni, lakin aktivləri özünün tapmağını və aktivlərin cəmi dəyərinin 3600 manatdan yuxarı olmamasını tapşırmışdır. O, da Ağcabədi rayon bazarına getmiş, oradan adını bilmədiyi şəxsdən bir başı 900 manata ətlik dana tapmış, bu barədə həmin şəxsə məlumat vermişdir. Növbəti gün özünü şirkətin nümayəndəsi kimi təqdim edən həmin şəxslə Ağcabədi rayon bazarına getmiş və həmin şəxs bir başı 900 manata olmaqla cəmi 4 baş ətlik danaya 3600 manat məbləğində pul verərək almış, həmin heyvanları ona təhvil vermiş, bu barədə akt tərtib etmiş və aktı imzalamışlar, aktivləri özü öz hesabına evə aparmışdır. Həmin şəxs ona daşıma və yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktlarda aktivlərin adları olsa da qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir.Ona maddi aktivlər verilməsi üçün Təqsirləndirilən şəxs pul və ya hər hansı bir qiymətli əşya verməmişdir. Hal-hazırda da heyvandarlıqla məşğuldur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Zərdab rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı ondan pul tələb edilməmiş, o, da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət edərək təlimə cəlb etmişlər. Təxminən 2 aylıq kursdan sonra Kürdəmir rayonunda Olimpiya kompleksinin inzibati binasında imtahandan keçmiş, biznes planı heyvandarlıqla məşğul olmaqla əlaqədar olmuşdur.İmtahandan keçdikdən sonra 2017-ci ilin iyun ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını bildirməyərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu, Bakı şəhərindən Zərdab rayonuna gələcəyini bildirib ona verilməli olan aktivləri, yəni 2 baş yanı balalı inəyi verəcəyəni, lakin aktivləri özünün tapmağını tapşırmışdır. O, da Zərdab rayonunda, Şahhüseynli kəndində hazırda adını xatırlamadığı şəxsdən bir baş 1450 manata yanı balalı inək tapmış, bu barədə həmin şəxsə məlumat vermişdir. Növbəti gün həmin özünü şirkətin nümayəndəsi kimi təqdim edən şəxslə qeyd etdiyi fərdi satıcının yanına getmiş və həmin şəxs bir başı 1450 manata olmaqla cəmi 2 baş yanı balalı inəyə 2900 manat məbləğində pul verərək almış, həmin heyvanları ona təhvil vermiş, bu barədə akt tərtib etmiş və aktı imzalamışlar, aktivləri özü öz hesabına evə aparmışdır. Həmin şəxs ona daşıma və yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktlarda aktivlərin adları olsa da qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün Təqsirləndirilən şəxs pul və ya hər hansı bir qiymətli əşya verməmişdir. Hal-hazırda da heyvandarlıqla məşğuldur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Zərdab rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı ondan pul tələb edilməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət edərək təlimə cəlb etmişlər. Təxminən 2 aylıq kursdan sonra Kürdəmir rayonunda Olimpiya kompleksinin inzibati binasında imtahandan keçmiş, biznes planı heyvandarlıqla məşğul olmaqla əlaqədar olmuşdur. İmtahandan keçdikdən sonra 2017-ci ilin iyun ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını bildirməyərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu, Bakı şəhərindən Zərdab rayonuna gələcəyini bildirib ona verilməli olan aktivləri, yəni 2 baş yanı balalı inəyi verəcəyəni, lakin aktivləri özünün tapmağını və aktivlərin cəmi dəyərinin 2900 manatdan yuxarı olmamasını tapşırmışdır. O da Beyləqan rayon bazarına getmiş, oradan adını bilmədiyi şəxsdən bir başı 1450 manata yanı balalı inək tapmış, bu barədə həmin şəxsə məlumat vermişdir. Növbəti gün özünü şirkətin nümayəndəsi kimi təqdim edən həmin şəxslə Beyləqan rayon bazarına getmiş və həmin şəxs bir başı 1450 manata olmaqla cəmi 2 baş yanı balalı inəyə 2900 manat məbləğində pul vermiş, həmin heyvanları ona təhvil vermiş, bu barədə akt tərtib etmiş və aktı imzalamışlar, aktivləri özü öz hesabına evə aparmışdır. Həmin şəxs ona daşıma və yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktlarda aktivlərin adları olsa da qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün Təqsirləndirilən şəxs pul və ya hər hansı bir qiymətli əşya verməmişdir. Hal-hazırda da heyvandarlıqla məşğuldur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Zərdab rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı ondan pul tələb edilməmiş, o, da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət edərək təlimə cəlb etmişlər. Təxminən 2 aylıq kursdan sonra Kürdəmir rayonunda Olimpiya kompleksinin inzibati binasında imtahandan keçmiş, biznes planı heyvandarlıqla məşğul olmaqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin iyun ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını bildirməyərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu, Bakı şəhərindən Zərdab rayonuna gələcəyini bildirib ona verilməli olan aktivləri, yəni 25 baş quzunu verəcəyəni, lakin aktivləri özünün tapmağını və bir baş quzunun 120 manatdan baha olmamasını tapşırmışdır. O, da Zərdab rayonunda, Bəyimli qəsəbəsində yerləşən hazırda adını xatırlamadığı şəxsə məxsus olan fermadan almaq üçün quzuları tapmış, bu barədə həmin şəxsə məlumat vermişdir. Növbəti gün özünü şirkətin nümayəndəsi kimi təqdim edən həmin şəxslə qeyd etdiyi fermaya getmiş və həmin şəxs bir başı 120 manata olmaqla cəmi 25 baş quzuya 3000 manat məbləğində pul verib almış, həmin quzuları ona təhvil vermiş, bu barədə akt tərtib etmiş və aktı imzalamışlar, aktivləri özü öz hesabına evə aparmışdır. Həmin şəxs ona daşıma və yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edibetmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktlarda aktivlərin adları olsa da qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Ona maddi aktivlər verilməsi üçün Təqsirləndirilən şəxs pul və ya hər hansı bir qiymətli əşya verməmişdir. Halhazırda da heyvandarlıqla məşğuldur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2009-cu ilin yanvar ayından ƏƏSMN yanında Baş Məşğulluq İdarəsində aparıcı məsləhətçi kimi işə qəbul olunmuş, sonra 2011-ci baş məsləhətçi olmuş, xx.xx.2012-ci ildə Əmək bazarının təhlili sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. 2019-cu ilin noyabr ayında Özünü məşğulluğun və işədüzəltmə tədbirlərinin təşkilinə kömək şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs X23 Məşğulluq Tədbirləri Departamentinin Özünü məşğulluq şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, hazırda da həmin vəzifədə işləyir. Özünü məşğulluq prosesinin mahiyyətini qısa olaraq belə izah edə bilər ki, işsiz kimi seçilmiş şəxslər təlimlərə cəlb edilir, onlara biznes plan yazmaq, biznesi idarə etmək vərdişləri öyrədilir, bundan sonra onların yazdıqları layihələr öyrənilir, qiymətləndirilir, bəziləri seçmə qaydada yoxlanılır, ayrılmış vəsait hesabına onlara mal-material-avadanlıqlar ayrılır ki, özünü məşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını yaratsınlar, sonradan həmin istifadəyə verilmiş əmlaklar şəxsin öz mülkiyyətinə verilir. Özünü məşğulluq proqramı üçün ilkin vəsait Prezidentin ehtiyat fondundan ayrılsa da, sonradan, xx.xx.2018-ci ildən bu vəsait işsizlikdən sığorta fondundan ayrılır. Həmin fondun vəsaitləri 05 faiz işləyən şəxslərin, 05 faiz isə işəgötürənlərin ödənişlər hesabına formalaşır. İşsiz kimi seçilmiş şəxslərə təlimlər X2 sertifikatını almış təlimçilər tərəfindən keçirilir, 36 saatlıq təlimlərdə onlara biznes plan yazmaq, maya dəyəri və xalis gəliri hesablamaq, təsərrüfatı yaxud istehsalı idarə etmək vərdişləri öyrədilir, vergilər, kənd təsərrüfatı nazirliklərinin nümayəndələri dəvət edilməklə işçilərə zəruri biliklər aşılanır. Yazılmış biznes planlar Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi tərəfindən yaradılmış komissiya tərəfindən qiymətləndirilir. Əvvəl vəsait yerli məşğulluq mərkəzinə ayrılırdı, həmin mərkəz tender keçirmək və ya kotirovka sorğusu ilə aidiyyatı təşkilatları seçirdi, həmin təşkilatlar isə tələb olunan mal-materialı-avadanlığı təmin edib işsiz şəxslərə təqdim edirdi. Hazırda isə tender və kotirovkaların keçirilməsini Mərkəzi aparat təşkil edir. Dövlət Məşğulluq Xidməti rəhbərliyinin əmrinə əsasən ölkə ərazisi müxtəlif regionlar üzrə kurasiyalara bölünmüş, 7-8 əməkdaş kurasiya üzrə rayonlarda bu prosesin keçirilməsinə nəzarət etmişdir. Onun kurasiyasında Saatlı, Sabirabad, İmişli, Zərdab, Füzuli, Cəbrayıl, Beyləqan və Xocavənd rayonları olmuşdur. Həmin rayonlarda biznes planların seçilməsi, istifadə üçün verilmiş maddi aktivlərin bir il sonra istifadəçilərin mülkiyyətinə verilməsi prosesində özü iştirak etmiş və görüşdüyü hər bir şəxsin təsərrüfatına yaxud yaratdığı iş sahəsinə baxış keçirmiş və yerində akt tərtib edilmiş, bununla da proses başa çatmışdır. Bir dəfə özünü məşğulluq çərçivəsində layihələrin icrasına cəlb edilmiş şəxslər növbəti illərdə işsiz kimi heç bir layihəyə cəlb edilməmişlər. Mal-materialların alınması ilə bağlı keçirilən tender və kotirovka sorğularına dair işlərə isə qarışmamışdır. Zərdab rayonunda 2017-ci ildə müxtəlif şəxslərə istifadə üçün verilmiş mal materialların 2018-ci ilin iyun ayında onların mülkiyyətinə verilməsi ilə bağlı tərtib edilmiş aktlarda adının qarşısında olan imzalar özünə məxsusdur. Qeyd olunan aktlarla əlaqədar bildirir ki, özünün və X11 bir nəfər əməkdaşı tərəfindən bütün şəxslərin ünvanlarına baxış keçirilmiş, həmin mal-material və avadanlıqların adları aktda qeyd edilən şəxslərə verilməsini və onun istifadəsində olmasını görəndən sonra onların mülkiyyətinə verilmələrinə dair akt tərtib edilərək imzalanmışdır. Aktların məzmununu özü yox, mərkəzin əməkdaşı yazmışdır. Akt vətəndaş tərəfindən imzalandığı vaxt onun yazılmalı olan bütün qrafa və bəndləri doldurulmuş vəziyyətdə olmuş, ona iş axtaran şəxslər tərəfindən heç bir şikayət və narazılıq bildirilməmişdir. Zərdab rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Təqsirləndirilən şəxs ifadəsində onun 2017-ci ildə "xxxx" MMCnin qalib kimi göstərildiyi guya Zərdab rayon Məşğulluq Mərkəzi üzrə kotirovka keçirilməsi ilə əlaqədar hazır sənədlər toplusunu, yəni kotirovka sorğusunun keçirilməsinə dair protokolu, müqaviləni, qaimə-fakturaları və digər sənədləri göndərərək həmin sənədləri imzalamasını və möhürləməsini, habelə Mərkəzin digər əməkdaşlarına imzalatdırmasını tapşırmasını göstərməsi ilə əlaqədar isə bildirir ki, o, Təqsirləndirilən şəxs bu məzmunda göstəriş verməmiş, sonuncuya heç bir sənəd göndərməmiş, onun hansı səbəbdən bu məzmunda ifadə verdiyini bilmir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon şöbəsində baş məsləhətçi, DSMF-nin Saatlı rayon şöbəsində müdir müavini vəzifəsində işləmiş, 2019-cu ildən etibarən işsizdir. Ailəsinin Saatlı rayonunda 150 baş iri buynuzlu, 350 baş xırda buynuzlu heyvandan ibarət heyvandarlıq təsərrüfatı mövcuddur. Həmin təsərrüfatı özü və qardaşı Mirmansur Abasov idarə edir. Fiziki şəxs kimi ona ********** nömrəli VÖEN verilmiş, 2010-cu ildə qeydiyyata alınmışdır. 2017-ci ildən etibarən fəaliyyətini dayandırmışdır. Eyni zamanda bildirir ki, "xxxx" MMC şirkətinin direktorudur, əvvəllər həmin şirkətlə heyvandarlıq fəaliyyəti göstərmiş, VÖEN-i **********-dir. Şahid12lə tələbə yoldaşı olmuş, tanışlıqları həmin vaxtdandır. Şahid12 ona təklif etmişdir ki, təsərrüfatı olduğu üçün və vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyinə görə onun adından kotirovka sorğuları və tenderlərdə iştirak edib qazandığı pulun bir hissəsini ona verə bilər. O, da həmin təkliflə razılaşmış, Şahid12 etibarnamə vermişdir. Şahid12 tərtib edib ona təqdim etdiyi müxtəlif rayonlarda keçirilən tender və kortirovka sorğuları ilə bağlı sənədləri imzalamış, həmin sənədlərin içərisində Lənkəran rayonu və Mingəçevir şəhəri üzrə tender sənədləri də olmuşdur. Özü heç bir rayona sənəd göndərməmiş, heç bir kotirovka sorğusu və ya tenderdə iştirak etməmişdir. 2017-ci ildə bir neçə dəfə Şahid12lə birlikdə Beynəlxalq Banka gedib orada onun hesabına köçürülən təqribən 500.000 manata yaxın vəsaiti hesabdan çıxarıb Şahid12 təqdim etmişdir. Pulu hesabdan çıxarıb dərhal Şahid12 verdiyinə görə məbləğini dəqiq xatırlaya bilmir. Aralarında olan danışığa görə həmin pul hesabına Şahid12 özünüməşğulluq proqramı çərçivəsində müxtəlif şəxslər üçün iri və xırda buynuzlu heyvanların verilməsini təşkil edəndən sonra qalan qazancın bir hissəsini ona verməliymiş, lakin Şahid12 sonradan heyvanların qiymətinin bahalaşmasını bəhanə edib ona pul verməmişdir. O da əvvəldən yoldaşlıq münasibətləri olduğuna görə bu barədə Şahlara heçnə deməmişdir. Möhürü Şahid12 versə də onun adından tərtib edilmiş bütün sənədləri şəxsən ona imzalatdırmışdır. Konkret olaraq hansı rayonlara tender və kotirovka sorğuları ilə bağlı müraciətlər göndərilməsini, müqavilələr bağlanmasını hazırda xatırlaya bilmir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2007-2009-cu illərdə mal-qara alqı satqısı ilə məşğul olmuş, müxtəlif rayonlardan mal-qara alıb satmışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə daxil olmuş və 2013-cü ildə həmin fakültəni bitirmişdir. Bundan sonra hazırkı dövrə kimi mal-qara alqı satqısı ilə məşğul olur. 2017-ci ilin may-iyul aylarında qəzetdə və İnternet saytında görmüşdür ki, Lənkəran, Mingəçevir, Sumqayıt, Qax, Oğuz, Kürdəmir, Zaqatala, Abşeron, Binəqədi, Suraxanı, Nərimanov, Sabunçu və respublikanın digər rayon və şəhər Məşğulluq Mərkəzi üzrə işaxtaran şəxslərə aktivlərin alışı ilə bağlı tender və kotirovka sorğusu keçirilir. Elandan başa düşmüşdür ki, həmin Məşğulluq mərkəzləri vətəndaşlara verilməsi üçün mal qara və digər ləvazimatlar, avadanlıqlar almaq istəyir və buna görə də tender və kotirovka keçirir. Bundan sonra həmin tenderlərdə və kotirovkalarda iştirak etmək qərarına gəlmiş, lakin tender və kotirovkada iştirak etmək üçün müəyyən tələblər olduğuna görə tender və kotirovkada iştirak etmək üçün Rəşad adlı dostu vasitəsilə tanış olduğu, fiziki şəxs kimi vergi ödəyicisi olan, habelə "xxxx" adlı şirkətin direktoru olmaqla Saatlı rayonunda mal-qara ferması olan Seyidrəsul Abbasova təklif etmişdir ki, qeyd etdiyi rayonlar üzrə Məşğulluq mərkəzi tərəfindən keçirilən kotirovka sorğularında və tenderlərdə fiziki şəxs kimi onun adından və Seyidrəsulun direktoru olduğu "xxxx" MMC-nin adından iştirak etsinlər, əldə olunan qazancı yarı bölsünlər. Seyidrəsul təklifi ilə razılaşmışdır. Eyni qaydada müxtəlif şəxslər vasitəsilə tanış olduğu X19, X10 və X5 direktorları olduğu hüquqi şəxslər olan müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “Sabit” kəndli fermer təsərrüfatının adından tender və kotirovkada iştirak etmək qərarına gəlmiş, Seyidrəsulun və həmin şirkətlərin direktorlarının adından kotirovkada və tenderdə iştirak etmək üçün ərizələr almış, bank rekvizitlərini almış, təklif olunan qiymətlərini paketə qoyub həmin sənədləri Məşğulluq mərkəzlərinə təqdim etmişdir. Eyni zamanda direktorların və Seyidrəsulun adından etibarnamələr alaraq tender və kotirovkalar keçirilən Məşğulluq mərkəzlərinə təqdim etmişdir. Təklifləri verdikdən sonra həmin Mərkəzlərdə kotirovka sorğuları və tenderlər keçirilmiş, lakin kotirovkanın və tenderlərin Məşğulluq Mərkəzlərinin hansı otaqlarında keçirilməsini xatırlamır. Hər tender və kotirovkada onun təmsil etdiyi şirkətlərdən başqa digər iki şirkət də iştirak etmiş, lakin konkret kimlərin iştirak etməsini xatırlamır, konkret olaraq Məşğulluq mərkəzinin hansı əməkdaşlarının komissiyada iştirak etmələrini xatırlamır. O, bir çox rayonda qeyd etdiyi şirkətlərin adından iştirak etdiyi tender və kotirovka sorğularının qalibi olmuşdur. Şirkətlərə və Seyidrəsul Abbasovun hesabına köçürülmüş pulu direktorlar özləri bankdan çıxarıb, vergilər və sair xərclər çıxmaqla qalanını aktivləri almaq üçün ona vermişlər. Onu da qeyd edir ki, şirkət rəhbərləri və Seyidrəsul ümumiyyətlə tender və kotirovka sorğusu prosessi ilə maraqlanmamışlar, onlar ancaq bununla bağlı onun tərtib etdiyi sənədləri imzalamışlar, həmin şirkətləri faktiki olaraq o, özü təmsil etmişdir. Tender və kotirovkalarda qalib gəlib şirkətlərlə müqavilələr bağlandıqdan sonra o, müqaviləyə uyğun olaraq vətəndaşları hər aktiv paylanmalı olan rayonun özündə yaxud həmin rayonda iri mal bazarı olmadıqda qonşu rayonda yerləşən mal bazarına aparıb orada istədikləri heyvanı alıb vermiş, habelə heyvandarlıqla əlaqədar olmayan aktivləri Bakı şəhərində müxtəlif mağazalardan, habelə “Sədərək” Ticarət Mərkəzindən alıb paylamış, hər aktivi verəndə bununla bağlı akt tərtib etmiş, aktları bəzən özü, bəzən də onunla bərabər ona aktivlərin paylanmasında və daşınmasında iştirak edən qardaşı Şamxal Mirzəyev, tanışları Şahid14 və Samir Hüseynov imzalamışlar, aktivləri alarkən isə pulunu özü vermişdir. Dövlət Məşğulluq Xidmətinin hər hansı bir əməkdaşını tanımır, onun həmin əməliyyatlarda iştirak etməyi üçün heç kim heç kimdən heçnə xahiş etməmişdir. Bundan əlavə əldə etdiyi qazancından heç kimə pul verməmişdir. İşaxtaran şəxslərə vermək üçün aldığı aktivlərin qiyməti tender və kotirovka sorğularında təqdim etdiyi qiymətlərdən aşağı olmuşdur. Aldığı aktivlərin real bazar qiymətləri ilə faktiki olaraq alınmış qiymətləri arasında fərqləri onunla izah edir ki, o, faktiki olaraq bazar qiymətlərini müəyyən edib bu qiymətləri təklif etmişdir. Həmin qiymətlərin içərisində tender və kotirovkada iştirak edən hüquqi və fiziki şəxslərin qazancı, vergiləri və sair xərcləri hesablanmışdır. Onu da qeyd edir ki, Zərdab rayonunda "xxxx" şirkəti ilə kotirovka sorğusunda iştirak etmiş və aktivləri həm özü, həm də köməkçisi Şahid14 Ağcabədi, Beyləqan bazarlarından, habelə fərdi satıcılardan alaraq vətəndaşlara paylamışlar. 2017-ci ildə özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara aktivlərin verilməsi ilə bağlı aktlarda adının qarşısında olan imzaların hamısı özü tərəfindən icra edilmiş və imzası olan aktlar özü tərəfindən tərtib edilmiş, aktlar aktivləri paylayan və aktı imzalayan şəxslər tərəfindən tərtib edilmiş, aktivlərin vətəndaşların mülkiyyətinə verilməsi barədə aktlar isə onlar tərəfindən tərtib edilməmiş, həmin prosseslərdə iştirak etməmişlər. Həmçinin bildirir ki, əldə etdiyi qazancından heç kimə xüsusilə də Təqsirləndirilən şəxs pul verməmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622408 nömrəli qaimə fakturadan görünür ki, bir başı 2059 manat olmaqla 6 baş yanı balalı inəyin 12354.0 manata, bir başı 1268 manat olmaqla 8 baş ətlik dananın 10144,0 manata, bir başı 198 manata olmaqla 25 baş quzunun 4950,0 manata, bir ədədi 2 manata olmaqla 530 ədəd cücənin 1060,0 manata, bir kiloqramı 1.1 manata olmaqla 2000 kiloqram cücə yeminin 2200,0 manata, bir kiloqramı 0,80 manata olmaqla 300 kiloqram buğdanın 240,0 manata və bir ədədi 146.7 manat olmaqla 1 ədəd yemləmə avadanlığının 146.7 manata olmaqla ümumilikdə 31094,7 manat məbləğində aktivlərin alınaraq Zərdab rayon Məşğulluq mərkəzinə təhvil verilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarında olan “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlardan görünür ki, Şahid4 adına 5072.0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, ifadəsinə əsasən sonuncuya 3600.0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1472,0 manat fərq yaranmışdır. Şahid6 adına 3646,7 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, ifadəsinə əsasən sonuncuya 2784.0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 862.7 manat fərq yaranmışdır. Şahid2 adına 4118.0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 2900.0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1218,0 manat fərq yaranmışdır. Şahid3 adına 4118.0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 2900.0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1218,0 manat fərq yaranmışdır. Şahid5 adına 5072.0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 4000,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1072,0 manat fərq yaranmışdır. Şahid1 adına 4950,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 3000,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1950,0 manat fərq yaranmışdır. Şahid7 adına 4118.0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 2900.0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1218,0 manat fərq yaranmışdır. Cinayət işinin materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 04 iyul 2013-cü il tarixli, 85 saylı əmrlə Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 24 aprel 2019-cu il tarixədək həmin vəzifədə işləmişdir. Cinayət işinin materiallarında olan sənədlərin surətindən görünür ki, 31.094,7 manat (otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində maddi aktivlərin alınması üzrə Zərdab rayon Məşğulluq mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur. Cinayət işinin materiallarında olan 15 may 2017-ci il tarixli nömrəsiz müqavilənin surətindən görünür ki, həmin tarixdə Zərdab rayon Məşğulluq Mərkəzi direktor Təqsirləndirilən şəxs şəxsində hüquqi şəxs "xxxx" MMC ilə cəmi 31.094,7 manat(otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəllərindən görünür ki, Zərdab rayon Məşğulluq Mərkəzi dövlət büdcəsi vəsaitlərindən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin hesabından müvafiq olaraq Zərdab rayon Məşğulluq mərkəzinə ayrılmış cəmi 31.094,7 manat(otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində vəsaitin ödənilməsi barədə Zərdab rayon Maliyyə İdarəsinə müraciət etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli 09 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ******************** nömrəli hesabına 31.094,7 manat (otuz bir min doxsan dörd manat yetmiş qəpik)məbləğində pul vəsaitinin köçürülməsi təmin edilmişdir. Maddi aktivlərin istifadəyə verilməsi ilə bağlı 2017-ci ildə tərtib edilmiş aktlardan görünür ki, "xxxx" MMC tərəfindən tədarük olunmalı olan mallar Şahid12 və qeyriləri tərəfindən 2017-ci ilin iyun ayı ərzində Ağcabədi və Beyləqan rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan, habelə Zərdab rayonunda fərdi satıcılardan alınmış və həmin maddi aktivlər 07 nəfər iş axtaranın istifadəsinə verilmişdir. Həmin aktivlərin şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı 2018-ci ildə tərtib edilmiş aktlara əsasən müəyyən edilir ki, 2017-ci ildə Ağcabədi və Beyləqan rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan, habelə Zərdab rayonunda fərdi satıcılardan alınmış maddi aktivlər heç bir əsaslandırması və izahı olmadan faktiki dəyərindən daha yuxarı qiymətlərlə rəsmiləşdirilməklə 2017-ci ildə istifadəsinə verilmiş 07 nəfər şəxsin mülkiyyətinə verilmişdir. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəlləri, 15 may 2017-ci il tarixli nömrəsiz müqavilə, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokol, xx.xx.2017-ciiltarixli 09 nömrəli ödəniş tapşırığı, aktivlərin Zərdab rayonu üzrə iş axtaran şəxslərinistifadəsinə və mülkiyyətinə verilməsi ilə bağlı 2017-2018-ci illərdə tərtib edilmiş 13 akt, xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622408 nömrəli qaimə faktura maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işinin materiallarında olan Zərdab rayon İHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş 153 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan ƏƏSMN-i yanında DSMF-nin Zərdab rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 027476 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. Cinayət işinin materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X15 “2-ci Qarabağ Müharibəsi” iştirakçısıdır və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2713 saylı Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2715 saylı Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2719 saylı Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalları ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Apellyasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə tövsif etsə də, Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın həmin Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə əhatə olunduğu halda onun əməlini həmin maddələrlə tövsif edib, sonuncunu təqsirli bilməklə cəzalandırmışdır. Kollegiya belə nəticəyə gələrkən təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, habelə iş üzrə şahidlərin həm məhkəmə kollegiyasında, həm birinci instansiya məhkəməsinin iclasında, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Beləliklə, təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərilən dəlillər barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapmışdır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələrinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamda göstərilən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə yanaşı ona həmin Məcəllənin 308.1-ci maddəsilə də ittiham verilməsi və həmin ittiham üzrə də birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilinməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 2013-cü il 4 mart tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyət etibarı ilə həm qanunvericiliyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir. Bu prinsip həm də cinayət-hüquqi əhəmiyyəti olan eyni bir halın iki dəfə cinayətin tövsifi zamanı nəzərə alınmasını istisna edir. Belə ki, bu prinsip hər hansı bir cinayət-hüquqi xarakterli tədbirin cinayət əməlinə hüquqi qiymət verilərkən təkrarən tətbiq olunmasına qadağa qoyur. Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən, heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayətprosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsinə dair konstitusiya prinsipi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliklərində də öz əksini tapmışdır. Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsində isə göstərilmişdir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 39-cu bəndində göstərilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). X25 qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayətin əlamətləri həmin Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə əhatə olunduğu üçün onun əməlinin əlavə olaraq CM-in 308.1-ci maddəsi ilə tövsif edilməsinə zərurət yoxdur, odur ki, CM-in 308.1-ci maddəsi ilə verilmiş ittiham ümumi ittihamdan xaric edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərdab rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli hökmünün onun təqsirli bilindiyi maddələr və cinayətlərin məcmusu üzrə təklif edilən həddə azadlıqdan məhrum etmə və əlavə cəza təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə dəyişdirilməsinə dair protestdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının təqsirləndirilən şəxsə həddindən artıq yüngül və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları –2-ci qrup əlil olmasını, oğlunun 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ağırlaşdıran halın olmaması, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli hökmü qismən, Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə aid hissədə dəyişdirilməli, CM-in 308.1-ci maddəsi ilə verilmiş ittiham Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan xaric edilməli, habelə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən – cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar xaric edilməli, hökm baxılmış apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(035)-02/2023 nömrəli hökmü dəyişdirilsin. Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(035)-02/2023 nömrəli hökmündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına, habelə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən – cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin. Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(035)-02/2023 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar