Məhkəmə qərarları › İş №1(107)-80/2020

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-80/2020

23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-80/2020 23.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X14, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X10, zərərçəkmiş şəxsin nümayəndəsi X17 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair X32 Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X18 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəməiclasında baxaraq müəyyən etdi: X32 Məhkəməsinin (sədrlik edən hakim X22, hakimlər X19 (məruzəçi) və X6 ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1961-ci ildə İsmayıllı rayonunun Qalınçaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, İsmayıllı rayonunun Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X7 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı xx xxxx 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə ərazi Narkoloji Dispanserində profilaktik qeydiyyata alınması, iş üzrə maddi sübut olan – İsmayıllı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 774 kq 998,60 qram olan çətənə bitkiləri, təmiz çəkisi 4 kq 679,90 qram olan qurudulmayan marixuana, 1 ədəd boz rəngli dəmir vedrə, 1 ədəd sarı rəngli plastik üzlüyə malik qayçı, 1 ədəd bir tərəfi qara rəngli, digər tərəfi ağ rəngli parça materialdan olan əlcək, 2 ədəd 2 litrlik üzərində “coca-cola” yazısı olan plastik qab, 1 ədəd üzərində “Qax” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd üzərində “fusetea” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd bel məhv edilməsi, iş üzrə 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılması müəyyən edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində yerləşən meşə sahəsində yabanı halda bitmiş 2 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığdığı toxumları özündə saxlamış, tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə 2019-cu ilin may ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 X34 X4 rayonu Qalınçaq meşəbəyliyinin 9 saylı dolayının 48-ci kvartalına aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində, 15 metr uzunluğunda olan 150 kvadtrat metr hissəsini becərib əkin üçün yararlı vəziyyətə gətirməklə özbaşına tutmuş, tərkibində narkotik maddələr olan ümumilikdə 750 ədəd çətənə bitkisinin toxumlarını həmin yerə səpib qanunsuz olaraq külli miqdar təşkil edən 750 ədəd çətənə bitkisini əkərək, su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, bundan sonra çətənə bitkilərinin hissələrindən satış məqsədi ilə yığıb toplayaraq qanunsuz olaraq kustar üsulla əldə etdiyi ümumi təmiz çəkisi 4 kiloqram 680 qram (dörd kiloqram altı yüz səksən qram) təşkil edən narkotik vasitə olan qurudulmayan marixuananı həmin yerdə sintetik kisənin içərisində saxlamış, xx xxxx 2019-cu il tarixdə, saat 08 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 775 kiloqram olan, külli miqdar təşkil edən 750 ədəd çətənə bitkiləri və həmin bitkilərdən satış məqsədi ilə qanunsuz olaraq toplayıb kustar üsulla hazırlayaraq əldə etdiyi və saxladığı 4 kiloqram 680 qram (dörd kiloqram altı yüz səksən qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. İş üzr yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. X32 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X18 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi X18 verdiyi apellyasiya şikayətində həmin hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsini, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2-ci maddəsindən 237.1-ci maddəsinə tövsif edilməsini, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. X32 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Hacıbala oğlu tərəfindən apellyasiya şikayəti, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X18 apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X23 apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X28 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxsin nümayəndəsi, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X18 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair X32 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-17/2020 nömrəli hökmü ləğv edilməli, iş üzrə yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona CM-in 188.1-ci maddəsi ilə bəraət verilməli, Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan CM-nin 234.4.3-cü maddəsi ona verilmiş ümumi ittihamdan çıxarılmalı, CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclası zamanı verdiyi ifadəsinin məzmununa uyğun ifadə verərək ona qarşı CM-in 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən (CM-in 237.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilir) təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5-6 ildir ki, marixuanadan istifadə etməklə 2018-cu ilin oktyabr ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonu Qalınçaq kəndinin meşə sahəsində təsadüfən qarşısına çıxan yabanı halda bitmiş 2 ədəd çətənə bitkisi diqqətini cəlb etdiyi üçün bitkinin toxumlarından bir ovuc yığıb özündə saxlamış, bitkinin hissələrindən isə bir qədər yığıb siqaretə dolduraraq çəkmişdir. 2019-cu ilin may ayında dəqiq tarixini xatırlamadığı gündə Qalınçaq kəndinin meşə ərazisində həmin bitkiləri əkib becərmək üçün üçün yer axtararkən meşə sahəsində bir yerdə ətrafı ağaclıqla və kolluqla əhatələnmiş bir yerdə yabanı şəkildə bitmiş təxminən 700-dən artıq çətənə bitkisi görmüşdür. Həmin bitkilərin yanında olan əlavə kol-kosları təmizləyərək özü ilə götürdüyü çətənə bitkisinin toxumlarını da orada səpmiş, yaxınlıqdan su arxı keçdiyi üçün arxdan su götürüb həmin toxumları sulamışdır. Orada səpələdiyi toxumlardan təxminən 50 ədəd çətənə bitkisi çıxmış, şitillərdən 11 ədədinə qulluq göstərmiş, qalanları isə münbit meşə torpağı olduğu üçün özləri yetişmişdir. xx xxxx 2019-cu il tarixdə saat 07 radələrində həmin bitkilərə qulluq etməyə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu dedikdən sonra o da, həmin yerdə narkotik tərkibli bitkiləri özünün əkib becərdiyini etiraf etmişdir. Səpələdiyi toxumlardan çıxmış 12 ədəd çətənə bitkisinə qulluq göstərmiş, digərləri isə yabanı halda özü yetişmişdir. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman 2 nəfər hal şahidi və aqronom-mütəxəssis də iştirak etmişdir. Baxış zamanı orada əkdiyi çətənə bitkisinin hissələrindən tullamaq üçün toplayıb kənara qoyduğu bitkinin yararsız hissələri də aşkar edilmiş, həmin hissələr xüsusi elektron tərəzidə çəkilərkən çəkisinin 4 kiloqram 750 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş çətənə bitkiləri və hissələri sintetik kisədə qablaşdırılıb götürülmüşdür. Polis əməkdaşları həmin kütlələrin və çətənə bitkisinin kimə məxsus olduğunu ondan soruşduqda həmin vaxt qorxduğundan bitkilərin özünə məxsus olmasını və özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Həmçinin baxış zamanı polis əməkdaşlarının ona inanmayacağını fikirləşib orada olan özü qulluq etdiyi 12 ədəd bitkilərdən başqa 738 ədəd çətənə bitkisinin, yəni ümumilikdə 750 ədəd çətənə bitkisinin özünə məxsus olmaqla özü istifadə etmək məqsədi ilə əkib-becərdiyini bildirmişdir. Baxış zamanı həmçinin orada saxladığı ona məxsus 1 ədəd bel, 1 ədəd boz rəngli dəmir vedrə, 1 ədəd sarı rəngli plastik üzlüyə malik qayçı, 1 ədəd bir tərəfi qara rəngli, digər tərəfi ağ rəngli parça materialdan olan əlcək, 2 ədəd 2 litrlik üzərində “coca-cola” yazısı olan plastik qab, 1 ədəd üzərində “Qax” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd üzərində “fusetea” sözləri yazılmış 1 litrlik plastik qab da aşkar edilmiş, beli orada 12 ədəd çətənə bitkilərinə qulluq etmək üçün saxlamışdır. Qabları işlədiyi vaxt su içmək üçün istifadə etmək məqsədi ilə həmin yerə gətirmiş və orada qalmışdır. Qayçı ilə bitkinin yararsız hissələrini kəsmək üçün istifadə etmişdir. Həmin əşyalar da polis əməkdaşları tərəfindən sintetik kisədə qablaşdırılaraq götürüldükdən sonra bu barədə tərtib edilmiş protokolu imzalamışdır. Aşkar olunmuş cəmi 12 ədəd çətənə bitkilərinə qulluq etmiş, marixuana hissələri onun tərəfindən toplanmamışdır. Buna görə özünü yalnız CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X28 ifadəsində bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə X34 X4 bölməsində olan Qalınçaq meşəbəyliyinin 9 saylı dolayının 48-ci kvartalında İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmayıllı rayonunun Qalınçaq kənd sakini, Təqsirləndirilən şəxs əkib-becərdiyi 750 ədəd narkotik tərkibli çətənə bitkiləri və qurudulmayan marixuana aşkar olunaraq götürüldüyünü eşitmiş, həmin ərazidə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkib becərməsindən və qurudulmayan marixuana saxlamasından onun və Mərkəzin digər vəzifəli şəxslərinin məlumatı olmamışdır. X34 X4 bölməsi olaraq hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs narkotik əkdiyi sahə adi şəraitdə gedilməsi nəzərdə tutulmayan, bataqlıq olan sahələrin yanında yerləşir. X34 X4 bölməsi olaraq ilin müxtəlif vaxtlarında öz ərazilərində reydlər apararaq orada aşkar edilən, kim tərəfindən əkilməsi onlara məlum olmayan narkotik vasitələr, o cümlədən həmin ərazinin ətraflarında da dəfələrlə yabanı halda bitmiş narkotik vasitələr aşkar edilmiş və onlar müvafiq olaraq məhv edilmişdir. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Məhkəmə Ekspertiza Mərkəzi Şəki Regional Bölməsinin eksperti X15 ifadəsində göstərdi ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli 421 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyi onun tərəfindən verilmişdir. Ona tədqiqat üçün verilmiş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus narkotik tərkibli vasitəyə bənzər bitki kol və kütlələri” sözləri və imzalar yazılmış 25 (iyirmi beş) ədəd sintetik kisələrin içərisində, yaş vəziyyətdə ümumi təmiz çəkisi- 775 kiloqram olan ümumilikdə 750 (yeddi yüz əlli) ədəd bitkilər narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmuşdur. Narkotik tərkibli çətənə bitkilərinin kök hissəsi xaric, gövdə, yarpaqları və s. digər hissələri narkotik vasitə kimi istifadə olunur. Lakin, narkotik tərkibli çətənə (kannabis) bitkilərinin gövdə hissəsinə münasibətdə yarpaq hissələrində narkotik vasitə preparatları daha çox olur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 X34 X5 meşəbəyliyinin meşəbəyi köməkçisi vəzifəsində işləyən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Hacıbaba oğlu ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə X34 X4 bölməsində olan Qalınçaq meşəbəyliyinin 9 saylı dolayının 48-ci kvartalında İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmayıllı rayonunun Qalınçaq kənd sakini, Təqsirləndirilən şəxs əkib-becərdiyi 750 ədəd narkotik tərkibli çətənə bitkiləri və qurudulmayan marixuana aşkar olunaraq götürüldüyünü eşitmiş, həmin ərazidə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkib becərməsindən və qurudulmayan marixuana saxlamasından onun və Mərkəzin digər vəzifəli şəxslərinin məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında xx xxxx 2019-cu il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin tarixdə saat 07 radələrində qərarın icrası ilə əlaqədar RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı X24, RPŞ-nin X3 baş inspektor kriminalisti X20, RPŞ-nin X13 Qrupunun əməliyyat müvəkkili Şahid5, RPŞ-nin Post Patrul Xidmət Tağımının komandiri Şahid2, RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X25, PPXT-nın polis nəfərləri Şahid6 və X1 rayonunun Qalınçaq kəndində meşə sahəsinə gedərək saat 07 radələrində Təqsirləndirilən şəxs meşəyə ərazisinə gəldiyini görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitəli bitkiləri əkibbecərməkdə şübhəli olduğunu və meşə sahəsinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs özü də meşə sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin yeri göstərə biləcəyini etiraf edərək baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Dəvət edilmiş aqronommütəxəssisin və iki nəfər hal şahidinin iştirakı ilə meşə sahəsinə baxış zamanı Qalınçaq kəndinin meşə ərazisində ağac və kolların əhatəsində 10 metr enində 15 metr uzunluğunda sahədə yaşıl rəngli, spesifik iyi olan narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar olunmuş və Təqsirləndirilən şəxs həmin kolların gələcəkdə istifadə etmək üçün özünün əkib becərdiyi narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Bitkilər spesifik iyi olmaqla bəziləri yerə yıxılıb qırılmaması üçün torpağa basdırılmış taxta ağaclara bağlanaraq bərkidilmiş, kollar çıxarıldıqdan sonra bir-bir sayıldıqda cəmi 750 ədəd olmaqla, hündürlüklərinin 1 metrdən 2 metrə qədər olmaları müəyyən olunmuşdur. Bitkilərin narkotik tərkibli olmasına dair ehtimallar olduğundan 25 ədəd sintetik kisələrə yığılaraq qablaşdırılıb götürülmüşdür. Baxış zamanı iştirak edən aqronom-mütəxəssis həmin bitkilərə baxdıqdan sonra kəskin iydən, formasından narkotik tərkibli çətənə bitkilərinə oxşadığını, bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Həmin əraziyə baxış zamanı həmin kolların əkildiyi yerin yaxınlığında üzəri qara sellofanla örtülmüş və taxta dirəklərin yerə basdırıldığı, qalmaq üçün yerin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin yeri narkotik tərkibli çətənə bitkilərinə qulluq etmək məqsədilə yağışdan qorunmaq üçün özünün düzəltdiyini bildirmişdir. Həmin yerə baxış keçirilərkən bir ədəd ağzı açıq vəziyyətdə ağ rəngli sintetik kisənin içərisində topa şəklində narkotik tərkibli çətənə bitkisinin yarpaqlarına bənzər hissələr aşkar edilmiş, bitki kütlələri xüsusi elektron tərəzidə çəkilərkən çəkisinin 4 kiloqram 750 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütlələrini əkib-becərdiyi bitkinin hissələrindən yığaraq əldə etdiyini, qurutmaq üçün orada saxladığını bildirmişdir. Həmin bitki kütlələrinin də narkotik tərkibli olmasına dair şübhələr olduğundan bir ədəd sintetik kisədə qablaşdırılıb götürülmüşdür. Baxış keçirilərkən həmin yerin yaxınlığında kolluq yerdə 1 ədəd boz rəngli dəmir vedrə, 1 ədəd bel, 2 ədəd 2 litrlik üzərində “coca-cola” yazısı olan plastik qab, 1 ədəd üzərində “Qax” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd üzərində “fusetea” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd sarı rəngli plastik üzlüyə malik qayçı, 1 ədəd bir tərəfi qara rəngli, digər tərəfi ağ rəngli parça materialdan olan əlcək aşkar olunmuş, Təqsirləndirilən şəxs dəmir vedrəni yaxınlıqdakı çaladan su götürüb çətənə bitkilərinə qulluq etmək üçün qoyduğunu, dəmir qayçını da, ip və sair kəsmək üçün həmin ərazidə istifadə etdiyini, bellə isə bitkilərin diblərini boşaltmaq üçün həmin yerdə saxladığını, plastik qablarda isə özü üçün içmək məqsədilə həmin yerə su gətirdiyini demişdir. Həmin əşyalar da əhəmiyyət kəsb etdiyi üçün sintetik kisəyə qoyulub qablaşdırılaraq götürülmüşdür. Torpaq üzərində kiçik diametrli su çalası aşkar edilmiş, Təqsirləndirilən şəxs çətənə bitkilərinə su vermək üçün həmin su quyusunu bellə qazıb düzəltdiyini və içərisinə su doldurduğunu demişdir. Bundan sonra bu barədə tərtib edilmiş protokol digər iştirakçılarla birlikdə onun tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid2, Şahid6, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək X8 yuxarıda göstərdikləri xüsusatı bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2019cu il tarixli 421 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus narkotik tərkibli vasitəyə bənzər bitki kol və kütlələri” sözləri və imzalar yazılmış 25 (iyirmi beş) ədəd sintetik kisələrin içərisində, yaş vəziyyətdə ümumi təmiz çəkisi- 775 kiloqram olan ümumilikdə 750 (yeddi yüz əlli) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus narkotik tərkibli vasitəyə bənzər bitki kol və kütlələri” sözləri və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisində, təmiz çəkisi- 4 kiloqram 680 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 750 (yeddi yüz əlli) ədəd çətənə bitkiləri həm öz aralarında, həm də təqdim olunmuş qurudulmamış marixuana ilə tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 750 (yeddi yüz əlli) ədəd çətənə bitkilərinin və qurudulmamış marixuananın ümumilikdə təmiz çəkisi-779 kiloqram 680 qramdır. Aqronom mütəxəssis X9 xx.xx.2019-cu il tarixli rəyinə əsasən, 750 (yeddi yüz əlli) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 697 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş hadisə yerinə baxış protokolundan görünür ki, xx xxxx 2019-cu il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndinin inzibati ərazisindəki meşə sahəsində aqrotexniki qaydada qulluq edilmiş 750 ədəd narkotik tərkibli çətənə bitkiləri və 4,75 kq çətənə bitkisinin hissələri aşkar edilərək götürülmüş, onlar sintetik kisələrdə qablaşdırılmışdır. Bu barədə foto şəkillər və video çəkiliş aparılaraq CD disk protokola əlavə edilmişdir. Məhkəmə iclasında cinayət işində olan və iş üzrə sübut kimi tanınmış xx xxxx 2019cu il tarixli baxış protokoluna əlavə olunmuş CD diskdə olan video görüntülərə baxış keçirilərək xx xxxx 2019-cu il tarixdə hadisə yerinə baxış keçirilməsi, baxış zamanı Təqsirləndirilən şəxs çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirməsi, orada sığınacaq yerinin aşkar olunması, Təqsirləndirilən şəxs həmin yerdən qarovul çəkmək üçün istifadə etdiyini, çətənə bitkisinin hissələrinin aşkar olunduğu, həmin hissələri yararsız olduğun üçün qopartdığını, su çalasının aşkar olunduğu, aşkar olunmuş su çalasından suvarma üçün istifadə etdiyini, aşkar olunmuş vedrə, su qabları, bel və əlcəyin ona məxsus olması və bitkilərin əkilib becərilməsi zamanı istifadə etdiyini bildirməsinə dair görüntülərin qeydiyyata alındığı müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1045də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxx 2019cu il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qalınçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi xx xxxx 2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Seyidov X12 rayonu Qalınçaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Poliklinikasının xx.xx.2019-cu il tarixli 375 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon Mərkəzi Poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 X37 Təsərrüfatı Mərkəzindən alınmış xx xxxxxxx 2019-cu il tarixli 934 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi ərazi X37 X5 meşəbəyliyinin 9 saylı dolayının 48-ci kvaralında aiddir. Yuxarıda qeyd edildiyi kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-in 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi də təqsirləndirilən şəxsi həmin maddələr üzrə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya məhkəməsi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən CM-in 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə ittiham verildiyindən onun barəsində apellyasiya şikayəti üzrə işə yenidən baxan məhkəmə kollegiyası hər üç maddə üzrə gəldiyi hüquqi nəticəsini aşağıda qeyd edilənlər ilə əsaslandırır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki,Təqsirləndirilən şəxs qarşı CM-nin 188.1ci maddəsi ilə ittihamın irəli sürülməsi əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs ona görə CM-in 188.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində yerləşən meşə sahəsində yabanı halda bitmiş 2 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığdığı toxumları özündə saxlamış, tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə 2019-cu ilin may ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 X34 X4 rayonu Qalınçaq meşəbəyliyinin 9 saylı dolayının 48-ci kvartalına aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində, 15 metr uzunluğunda olan 150 kvadtrat metr hissəsini becərib əkin üçün yararlı vəziyyətə gətirməklə özbaşına tutmuşdur. CM-in 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə səbəb olur. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxslərin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxslər becərdikləri torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn, dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarında olan sübutlardan, o cümlədən foto cədvəllərdən görünür ki, İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində yerləşən meşə sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi, maddənin dispozsiyasında göstərildiyi kimi, Təqsirləndirilən şəxs tərəfindən özbaşına hasarlanmamış, çəpərə alınmamış, təqsirləndirilən şəxsin həmin torpaq sahəsini əkinçilik məqsədilə istifadə etməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxs gizli şəkildə dövlətə məxsus torpaq sahəsində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkotik tərkibli çətənə bitkisi əkmişlər. Təqsirləndirilən şəxsin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin məlumatı olmuşdur ki, ona məxsus torpaq sahəsindən təqsirləndirilən şəxs ondan icazəsiz istifadə etmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxsin niyyəti torpaq sahəsini zəbt etməyə deyil, çətənə bitkisinin toxumlarını əkmək üçün münasib yer seçməyə yönəlmişdir. CM-in 188.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilən cinayətlərə aid olduğundan Təqsirləndirilən şəxs qarşı həmin maddə ilə ittiham irəli sürülməsi o zaman əsaslı olardı ki, onların məqsədi dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt etmək olsun. Lakin Təqsirləndirilən şəxs torpaq sahəsini zəbt etmək məqsədi olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, şəxs “daxil olmaq” (yaşayış sahəsinə) əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-in 157-ci maddəsi (mənzil toxunulmazlığını pozma) ilə də tövsif etməyə ehtiyac yoxdur. Eyni məntiqlə belə nəticəyə gəlmək olar ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri özgəyə məxsus zəbt etdiyi torpaq sahəsində əkib becərmiş şəxsin də əməlini CM-in 237-ci maddəsindən əlavə olaraq CM-in 188-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əsassız olaraq CM-in 188.1-ci maddəsi ilə ittiham verilmişdir. Ona görə də şəxsin barəsində həmin maddə üzrə bəraət hökmünü çıxarılması işin faktiki hallarına uyğundur. Həmçinin, apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs verilmiş digər maddələr üzrə, yəni onun CM-nin 234.4.3 və 237.2.3-cü maddələri üzrə təqsirli bilinməsi ilə bağlı qeyd edir ki, ona həmin maddələr üzrə verilmiş ittihamdan CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham çıxarılmalıdır. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunur, buna görə ona CM-in 234.4.3cü maddəsi ilə də ittiham verilməsi əsassızdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, tərkibində narkotik maddələr olan ümumilikdə 750 ədəd çətənə bitkisinin toxumlarını İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində yerləşən meşə sahəsində səpib qanunsuz olaraq külli miqdar təşkil edən 750 ədəd çətənə bitkisini əkərək, su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, bundan sonra çətənə bitkilərinin hissələrindən satış məqsədi ilə yığıb toplayaraq qanunsuz olaraq kustar üsulla əldə etdiyi ümumi təmiz çəkisi 4 kiloqram 680 qram (dörd kiloqram altı yüz səksən qram) təşkil edən narkotik vasitə olan qurudulmayan marixuananı həmin yerdə sintetik kisənin içərisində saxlamış, xx xxxx 2019-cu il tarixdə, saat 08 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 775 kiloqram olan, külli miqdar təşkil edən 750 ədəd çətənə bitkiləri və həmin bitkilərdən satış məqsədi ilə qanunsuz olaraq toplayıb kustar üsulla hazırlayaraq əldə etdiyi və saxladığı 4 kiloqram 680 qram (dörd kiloqram altı yüz səksən qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-cu il tarixli Qərarında qeyd olunur ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasınagörə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin göstərilir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə isə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin yığılması tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) qanunsuz əldə edilməsi sayıldığı halda, əkilib becərilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması həmin bitkilərin qanunsuz kultivasiya edilməsi hesab olunur. Konkret halda Təqsirləndirilən şəxs əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-becərmiş və həmin bitkilərdən ümumi təmiz çəkisi 4 kiloqram 680 qram (dörd kiloqram altı yüz səksən qram) təşkil edən narkotik vasitə olan qurudulmayan marixuananı həmin yerdə sintetik kisənin içərisində saxlamış, bununla da o, bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişlər. Konstitusiya Məhkəməsinin Qərarında qeyd edildiyi kimi, əməlin CM-in 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Beləliklə, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması CM-in 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin hissələrinin (yarpaqlarının) toplanmasına görə CM-in 234-cü maddəsi ilə əlavə ittiham verilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə əkib becərməsini, onun hissələrini satış məqsədi ilə topladıqlarını bildirsə də, onun əməli yalnız CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunur, bu səbəbdən CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın ona qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılmalıdır. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində qeyd etdiyi dəlillər yəni, X41 Məhkəməsinin məlum hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci və 234.4.3cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2-ci maddəsindən 237.1-ci maddəsinə tövsif edilməsi, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etməsi ilə bağlı təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.1-ci maddəsi ilə tövsif edilməsi hissəsi xaric digər hissələr ilə razılaşır və hesab edir ki, həmin dəlillər əsaslıdır. Lakin, təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı məhkəmə kollegiyası sübutlаrı аyrıаyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 237.2.3-cü mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, CPM-in 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən isə, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Habelə, CPM-in 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxsna CM-in 188.1-ci və 234.4.3-cü maddələri ilə ittiham verilərkən onun əməli CPM-in 144-145ci maddələrinin tələblərinə uyğun qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs əməlində ona istinad edilən CM-in 188.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibi yoxdur. Birinci instansiya məhkəməsi onları CM-in 188.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilib cəza təyin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, bu da hökmün ləğv edilməsi üçün əsasdır. CPM-in 398.1.2-ci maddəsinə əsasən apelyasiya şikаyətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərаr çıxarmağa haqlıdır. CPM-in 399-cu maddəsinə müvafiq olaraq, (399.1.2) məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; (399.1.4) cinayət qanunu normasının düzgün tətbiq edilməməsi – apelyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. CPM-in 401.1 və 401.1.1-ci maddələrinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. CPM-in 403.0 və 403.0.3-cü maddələrinə əsasən, cinayət qanunu normasının düzgün şərh (təfsir) edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsna qarşı CMin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməli, ona Azərbaycan Respublikası 234.4.cü maddəsi ilə verilmiş ittiham CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan CM-nin 234.4.3-cü maddəsi ona verilmiş ümumi ittihamdan çıxarılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə kollegiyasıTəqsirləndirilən şəxs qarşı CM-in 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı əsaslı sayır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onuncinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs ancaq 12 ədəd çətənə bitkisinə qulluq etməsini, aşkar olunmuş çətənə bitkisinin hissələrini isə yararsız olduğuna görə tullamaq üçün kənara qoyduğunu göstərməsini məhkəmə kollegiyası özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs çətənə kollarını əkdiyi meşə sahəsinə baxış keçirilən zaman həmin istintaq hərəkətinin əks olunduğu videoçəkilişdən də göründüyü kimi orada aşkar olunmuş çətənə bitkilərinə aşkar surətdə qulluq olunmaraq həmin bitkilərin yanında çubuq ağacların basdırılaraq bitkilərə bağlanması, aşkar olunmuş çətənə kollarının 1-2 metr hündürlüyündə olmaqla kifayət qədər inkişaf etməsi, Təqsirləndirilən şəxs ilkin ifadəsində çətənə bitkilərinə qulluq etməsini etiraf etməsi kimi hallar əsas verir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxsna cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşiman olmasını, yaşlı olmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cəzasının əvvəli şübhəli çəxs kimi həbsə alındığı xx xxxx 2019-cu il tarixdən hesablanmalı və CMnin 56.1.2-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan İsmayıllı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 774 kq 998,60 qram olan çətənə bitkiləri, təmiz çəkisi 4 kq 679,90 qram olan qurudulmayan marixuana, 1 ədəd boz rəngli dəmir vedrə, 1 ədəd sarı rəngli plastik üzlüyə malik qayçı, 1 ədəd bir tərəfi qara rəngli, digər tərəfi ağ rəngli parça materialdan olan əlcək, 2 ədəd 2 litrlik üzərində “coca-cola” yazısı olan plastik qab, 1 ədəd üzərində “Qax” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd üzərində “fusetea” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd bel məhv edilməlidir. CPM-in 399.1 və 399.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin nəticələri üzrə həmin məhkəmənin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 399.1, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxsin müdafiəçisi X18 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair X32 Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 1(091)-17/2020 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona CM-in 188.1-ci maddəsi ilə bəraət verilsin və ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ izah edilsin. Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan CM-nin 234.4.3-cü maddəsi ona verilmiş ümumi ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə ərazi Narkoloji Dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – İsmayıllı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 774 kq 998,60 qram olan çətənə bitkiləri, təmiz çəkisi 4 kq 679,90 qram olan qurudulmayan marixuana, 1 ədəd boz rəngli dəmir vedrə, 1 ədəd sarı rəngli plastik üzlüyə malik qayçı, 1 ədəd bir tərəfi qara rəngli, digər tərəfi ağ rəngli parça materialdan olan əlcək, 2 ədəd 2 litrlik üzərində “coca-cola” yazısı olan plastik qab, 1 ədəd üzərində “Qax” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd üzərində “fusetea” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd bel məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar